Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-810/2021 06.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X20 iclas katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı cavabdeh Daşdəmirova (Zəkəryəyeva) Günay Umudvar qızına qarşı “aliment” tələbinə dair iddia ərizəsini və cavabdeh Daşdəmirova (Zəkəryəyeva) Günay Umudvar qızının İddiaçı qarşı “aliment məbləğinin artırılması” tələbinə dair qarşılıqlı iddia iş üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(075)-341/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşdəmirova (Zəkəryəyeva) Günay Umudvar qızından oğlu azyaşlı xx xxxxxxx 2004-cü il təvəllüdlü X1 üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq uşağın saxlanılması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(075)-341/2021 nömrəli qətnaməsi ilə (hakim C.İmanov) iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbini onunla əsaslandırmışdır ki, Daşdəmirova (Zəkəryəyeva) Günay Umudvar qızı ilə xx xxxx 2003-cü il tarixində ailə qurmuşlar. Bu nigahdan iki övladı xx xxxxxxx 2004-cü il təvəllüdlü X16 və xx xxxxxx 2006cı il təvəllüdlü X17 adlarında övladları doğulmuşdur. Uşaqlardan biri xx xxxxxxx 2016-cı il tarixindən xx xxxxxxx 2004-cü il təvəllüdlü X16 onun himayəsindədir. Onun səyi və gücü nəticəsində oğlu təhsil alır. Digər övladı isə cavabdeh Daşdəmirova (Zəkəryəyeva) Günay Umudvar qızının himayəsindədir. Cavabdeh bu səbəbdən ondan hər ay aliment alır. O, işləmir, yəni işi və qazancı hazırda yoxdur. Hesab edir ki, cavabdeh ondan aliment istədiyi kimi onunda cavabdehdən aliment almaq ixtiyarı var. O, bu səbəbdən də cavabdehdən aliment istəyir. Cavabdeh müəllimə işləyir, aylıq əmək haqqısı 300-500 manat arasındadır. O, bütün bunları nəzərə alaraq oğlunun təhsilini və ona əlavə qulluğu qiymətləndirərək, cavabdehində qanunla aliment öhdəliyi daşıdığını dəyərləndirərək ondan xx.xx.2004-cü il təvəllüdlü oğlu X14 hər ay 150 manat aliment tutulmasını və uşağın saxlanılmasına sərf edilməsini istəyir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 385.1 .l-ci, 385.1.3-cü, 385.1.4-cü maddələrinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Bildirir ki, o Daşdəmirova (Zəkəryəyeva) Günay Umudvar qızı ilə xx xxxx 2003-cü il tarixində ailə qurmuşdur. Bu nigahdan iki övladlar xx xxxxxxx 2004-cü il təvəllüdlü X16 və xx xxxxxx 2006-cı il təvəllüdlü X17 adlarında övladları doğulmuşdur. Uşağının biri xx xxxxxxx 2004-cü il təvəllüdlü X16 xx xxxxxxx 2016-cı il tarixindən onun himayəsinədir. Onun səyi və gücü nəticəsində oğlu təhsil alır. Digər övladı isə cavabdeh Daşdəmirova (Zəkəryəyeva) Günay Umudvar qızının himayəsindədir. Cavabdeh bu səbəbdən ondan hər ay aliment alır. O, işləmir, yəni işi və qazancı hazırda yoxdur. Hesab edir ki, cavabdeh ondan aliment istədiyi kimi onunda cavabdehdən aliment almaq ixtiyarı var. Mən bu səbəbdəndə bu şəxsdən aliment istəyir. Cavabdeh müəllimə işləyir, aylıq əmək haqqısı 300-500 manat arasındadır. O, bütün bunları nəzərə alaraq oğlunun təhsilini və ona əlavə qulluğu qiymətləndirərək, cavabdehində qanunla aliment öhdəliyi daşıdığını dəyərləndirərək ondan xx.xx.2004-cü il təvəllüdlü oğlu X14 hər ay 150 manat aliment tutulmasını və uşağın saxlanılmasına sərf edilməsini istəmişdir. Ancaq məhkəmə onun hüquqularına münasibətdə düzgün qərar qəbul etməmişdir. Onunda Ailə Məcəlləsinə müvafiq olaraq uşağın saxlanılması üçün cavabdehdən aliment istəmək hüququları vardır. Məhkəmə onunda mövqeyinə ədalətlə baxıb qərar qəbul edə bilərdi. Ancaq bütün bunlar ona münasibətdə düzgün qiymətləndirilməmişdir. O, bütün bunlarla razılaşmır. Hesab edir ki, Şəki Apellyasiya Məhkəməsində qeyd etdiyi hallar tam, obyektiv olaraq qiymətləndiriləcəkdir. O, aliment məbləğini özünəə istəmir, uşağın saxlanılması üçün istəyir. Ailə Məcəlləsinin alimentlə bağlı normaları cavabdehə də şamil edilməlidir. Bütün bunlar cavabdehə də münasibətdə öz həllini tapmalıdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, iş № 2(075)-341/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birgə nikahdan anadan olmuş uşaqlardan biri, yəni İlkin onun yanında, digər oğlu Aqşin isə cavabdehin yanında yaşayır. Əsl məqsədi heç də aliment ödəməkdən yayınmaq deyil, əksinə bir ata kimi uşaqlarına lazımi qaydada baxır və bundan sonra da baxacaqdır. Sadəcə, işi Rusiya ilə əlaqədar olduğundan tez-tez sərhəd keçməli olur. Hər dəfə də sərhədkeçmə məntəqəsində problemlə üzləşir. Cavabdeh ondan aliment tələb etdiyi kimi, onun da cavabdehdən aliment tələb etmək hüququ var. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, uşaqların saxlanılmasında hər iki valideyn bərabər hüquq və vəzifələrə malikdir. Cavabdeh aliment tələb etdiyi kimi, iddiaçının da belə bir hüquqdan istifə etmək imkanı vardır. Hesab edir ki, birinci instansiya məhkəməsi lazımi araşdırma aparmamış, yekun nəticəyə gələrkən tərəflər arsındakı qarşılıqlı münasibətə düzgün qiymət verməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, nikah pozularkən hər iki uşaq onun yanında saxlanılmışdır, lakin sonradan böyük oğlu İlkin atasının yanına getmiş və hazırda atası ilə birlikdə yaşayır. İddiaçı Rusiyada ticarətlə məşğul olur və kifayət qədər qazanca malikdir. İddiaçı tərəfindən ikinci uşağın saxlanılması üçün ödənilən 100 manat məbləğində aliment heç uşağın maddi təminatını lazımi qaydada ödəməyə çatmır. İddiaçının belə bir mövqeyi anlaşılan deyil. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(075)-341/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(075)-4042/2016 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, X15 ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları-xx xxxxxxx 2004-cü il təvəllüdlü X16 və xx xxxxxx 2006-cı il təvəllüdlü X13 anaları X8 yanında saxlanılmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat məbləğində alimentin İddiaçı X9 verilməsi, alimentin tutulmasının əvvəlinin xx xxxxx 2016-cı il tarixdən hesablanması qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1807/2019 saylı qətnaməsindən görünür ki, xx xxxxxxx 2004-cü il təvəllüdlü X12 onun himayəsindən alınaraq atası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. Şəki şəhər İHB-nın Qoxmuq kənd İƏD-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 982 nömrəli arayışdan görünür ki, X2 qeydiyyatdadır. Lakin, hal-hazırda Şəki şəhərində yaşayır. Şəki şəhər İHB-nın Qoxmuq kənd İƏD-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 983 nömrəli arayışdan görünür ki, Zəkəryəyev X3 qeydiyyatdadır. Lakin, atasının şifahi məlumatına əsasən hal- hazırda Rusiya Federasiyası ərazisindədir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2021- ci il tarixli, 1104/16 nömrəli arayışdan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 4042/2019 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə hal-hazırda 1800 (bir min səkkiz yüz) manat məbləğində ödənilməmiş aliment borcu mövcuddur. Belə ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1807/2019 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X16 atası İddiaçı himayəsinə verilsə də həmin uşağa aid hissədə tələbkar tərəfindən alimentlə bağlı tələbindən imtina edilməmişdir. Şəki Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(075)-926/2018 saylı qətnaməsindən görünür ki, cavabdeh X10 7850 (yeddi min səkkiz yüz əlli) ABŞ dolları borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-4631/2017 saylı qətnaməsindən görünür ki, X5 100 000 (yüz min) rus rubulu və X6 isə 2000 ABŞ dolları pul qətnamənin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq İddiaçı verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-5367/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh, X11 və Şəki şəhəri 1 saylı X18rşı Şəki şəhəri 1 saylı X29 tərəfindən tərtib edilmiş və Cavabdeh tərəfindən bağlanmış xx xxxxxxx 2013-cü il tarixli 4Ə-3/1164 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə düzgün nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Beləliklə məhkəmə kollegiyası iclasında tərəflərin izahatı və təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, tərəflər xx xxxx 2003-cü il tarixində ailə qurmuşlar. Bu nikahdan xx xxxxxxx 2004-cü il təvəllüdlü X16 və xx xxxxxx 2006-cı il təvəllüdlü X17 adlarında övladları doğulmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(075)-4042/2016 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulması, birgə nikahdan olan uşaqları xx xxxxxxx 2004-cü il təvəllüdlü X16 və xx xxxxxx 2006-cı il təvəllüdlü X13 anaları X8 yanında saxlanılmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat məbləğində alimentin İddiaçı X9 verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1807/2019 saylı qətnaməsi ilə xx xxxxxxx 2004-cü il təvəllüdlü X12 anası Cavabdeh himayəsindən alınaraq atası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasındakı nikah pozularkən hər iki azyaşlı uşaq anaları olan cavabdehin himayəsində saxlanılmış və həmin uşaqların saxlanması üçün ananın yəni indiki cavabdehin aliment almağa ehtiyacının olması məhkəmə tərəfindən müəyyən edilmişdir. Lakin sonradan uşaqlardan biri olan 16 yaşlı İlkin atasının yanında qalmaq istəmiş və məhkəmə qətnaməsi ilə atanın yanında saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı heç də aztəminatlı olmamaqla, kifayət qədər qazanca və uşaqlarını lazımı qaydada saxlamaq imkanına malik olmaqla, uşaqların tələbatlarını ödəmək imkanına malikdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kifayət qədər təminatlıdır və onun himayəsində saxlanmış uşağın saxlanılması üçün alimentə ehtiyacı yoxdur. Kollegiyanın araşdırması zamanı həmçinin müəyyənləşdirildi ki, iddiaçının əsl niyyəti heç də aliment tələb etmək və ya digər uşağa aliment ödəməkdən yayınmaq deyil, sadəcə ölkədən xaricə çıxarkən və ya qayıdarkən müəyyən problemlərlə üzləşməsi olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və tələbin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası sonda qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 404-1-ci (kassasiya şikayətinin mümkünlüyü) maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırkı işdə iddianın qiyməti 1800 manat (150x12) təşkil edir. Kollegiya belə qənaətə gəlir ki, tələb olunan alimentin məbləğinin bir illik ödəməsinin məcmusu 2000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(075)-341/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-810/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-810/2021
06.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver