Məhkəmə qərarları › İş №2(107)-834/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-834/2020

06.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-834/2020 06.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X60 katibliyi ilə, X1 cavabdehlər ƏMDK yanında DƏDRX-nin 12 saylı X57, Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisinə və Cavabdeh3 ASC-nə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka predmeti olan əmlakın ipotekadan azad edilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 1978/2019 nömrəli qətnaməsindən Cavabdeh3 ASC-nin nümayəndəsi X37 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1978/2019 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia təmin edilmiş, Cavabdeh3 ASC-nin Şəki filialının “xxxx” Dövlət X36 Müəssisəsi MMC, X33 və qeyriləri arasında Şəki rayonu Turan qəsəbəsində yerləşən JN-0099 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətdə olan X13 adından 8,21 ha torpaq sahəsinin yüklü edilməsi barədə xx xxxxxxx 2003-cü il tarixli 3 saylı ipoteka müqaviləsinin ipoteka verən bəndində 1-ci göstərilən X20 aid olan hissəsinin etibarsız hesab edilməsi və həmin ipoteka müqaviləsi üzrə X20 verilmiş 8,21 ha torpaq sahəsinin ipotekadan azad edilməsi, X39 Soltan oğlunun iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İşin halları X3 cavabdehlər ƏMDK yanında DƏDRX-nin 12 saylı X57, Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisinə və Cavabdeh3 ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X13 mülkiyyətində olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 8,21 ha torpaq sahəsi ilə bağlı bağlandığı iddia edilən xx xxxxxxx 2003-cü il tarixli 03 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin ipoteka müqaviləsi üzrə 8,21 ha torpaq sahəsinin ipotekadan azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X2 məhkəməyə iddia tələbinin həcminin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh3 ASC-nin Şəki filialının “xxxx” Dövlət X36 Müəssisəsi MMC, X33 və qeyriləri arasında Şəki rayonu Turan qəsəbəsində yerləşən JN- 0099 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətdə olan X13 adından 8,21 ha torpaq sahəsinin yüklü edilməsi barədə xx xxxxxxx 2003-cü il tarixli 3 saylı ipoteka müqaviləsinin, ipoteka verən bəndində 1-ci göstərilən X20 aid olan ipoteka müqaviləsinin həmin hissəsinin etibarsız hesab edilməsi və həmin ipoteka müqaviləsi üzrə X20 verilmiş 8,21 ha torpaq sahəsinin ipotekadan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X1 iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh3 ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Dövlət X36 Müəssisəsi MMC-dən iddiaçı Cavabdeh3 ASC-nin xeyrinə kredit borcunun tutulması, tutmanın xx xxxxxxx 2003- cü il tarixli, 01 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi məqsədi ilə “xxxx” DKTİ MMC ilə bank arasında xx xxxxxxx 2003-cü il tarixdə bağlanmış 03 nömrəli ipoteka müqaviləsi üzrə X13 və digərlərinin mülkiyyətində olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən torpaq sahələrinə yönəldilməsini xahiş etmişdir. Həmin işə baxılarkən iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2015-ci il tarixli məhkəmə xətşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ipoteka müqaviləsindəki imza anası Zərifəyə aid deyildir. Bütün bunlar diqqətə alınaraq Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 16/2015 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh3 ASCnin iddia tələbinin borcla bağlı hissəsi qismən təmin edilsə də, iddianın xx xxxxxxx 2003-cü il tarixli 03 nömrəli ipoteka müqaviləsi üzrə X13 mülkiyyətində olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 8,21 ha torpaq sahəsinə yönəldilməsinə dair və digər hissələri təmin edilməmişdir. Həmin qətnamədən apelyasiya və kassasiya şikayətləri verilsə də, qətnamə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Qeyd edilən iddiaya məhkəmədə baxılarkən anası X33 da onun adından xəbəri olmadan bağlanmış iöoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlakın ipotekadan azad edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Beləliklə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 16/2015 nömrəli qətnaməsinə əsasən iddianin ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı hissəsi təmin edilməsə də, xx xxxxxxx 2003-cü il tarixli 03 nömrəli ipoteka müqaviləsi üzrə anası X13 mülkiyyətində olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 8,21 ha torpaq sahəsini məhkəmə qərarı olmadan ipotekadan çıxara bilməmişlər. Anası artıq vəfat etmişdir. O, anasının vəfatından sonra bir vərəsə kimi anasından miras qalmış həmin torpaq sahəsi ilə bağlı sənədləşmə işləri aparmaq üçün bundan təxminən 2-3 ay əvvəl Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etmişdir. Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən ona həmin torpaq sahəsinin yüklü edildiyi bildirilmiş və bununla bağlı onu ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 göndərmişlər. ƏMDK yanında DƏDRX-nin 12 saylı X53 isə həmin torpaq sahəsinin Cavabdeh3 ASC qarşısında ipoteka ilə yüklü edildiyi bildirilmişdir. Sonra o, Cavabdeh3 ASC-nə müraciət edərək əmlakın ipotekadan azad edilməsini xahiş etsə də, onun müraciətinə cavab verilməmişdir. Buna görə də anasının vərəsəsi kimi o, özü belə bir tələblə məhkəməyə müraciət etməli olmuşdur. O, 2018-ci ilin iyun ayına qədər Rusiya Federasiyasında olmuşdur. Rusiya Federasiyasından gəldikdən sonra isə hazırki iddianın verilməsindən iki ay əvvəl mirasın qəbulu ilə bağlı müraciət etmişdir. Ona qədər mirasın qəbulu ilə bağlı müraciət etməmişdir. İddiasını müdafiə edir və hesab edir ki, iddiası əsaslıdır. Çünki, anasının və digər paylı mülkiyyətçilərin həqiqətən də, həmin torpaq sahəsinin ipotekaya qoyulmasından məlumatları olmamışdır. İddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, X1 etibarsız hesab edilməsini tələb etdiyi ipoteka müqaviləsi xx xxxxxxx 2003- cü il tarixdə bağlanmışdır. İddia ərizəsindən də göründüyü kimi 2015-ci ildə Cavabdeh3 ASC-nin tələbi üzrə məhkəmə mübahisəsi olmuş, ən geci 2015-ci il tarixdə tərəflər mübahisələndirilən xx xxxxxxx 2003-cü il tarixli ipoteka müqaviləsindən məlumatlı olmuşlar. Belə olduğu halda iddiaçı hazırki tələbi ilə bağlı 1 illik iddia müddətini ötürmüşdür. Buna görə də X1 hazırki iddiasına iddia müddəti tətbiq edilməklə, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Atayeva Könül Soltan qızı izahatında X1 iddiasının əsaslı olduğunu bildirmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsininiclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər DƏDRX-nin 12 saylı X61 və Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Həmçinin, birinci instansiya məhkəməsininiclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 məhkəmə iclasına gəlməmişdir. Birinci instansiya məhkəməsionların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh3 ASC-nin nümayəndəsi X37 аpelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cаvаbdeh Cavabdeh3 ASC-nin nümayəndəsi X37 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni əsassız və qanunsuz hesab edirlər. Məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuş, səhv tətbiq və təfsir edilmişdir. Buna görə də həmin qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh3 ASC ilə iddiaçının anası mərhum X34 arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 03 saylı ipoteka müqaviləsi və həmin müqavilənin etibarlı hesab edilməsi işin mübahisəsiz halıdır. Belə ki, Bank ilə “xxxx” DKTM MMC arasında bağlanmış 01 saylı kredit müqaviləsinə əsasən xxxx DKTM MMC-nin öhdəliklərinin təminatı olaraq X34 və digərlərinin mülkiyyətlərində olan və Turan qəsəbəsində yerləşən torpaq sahələrinin Banka ipotekaya qoyulmasına dair tərəflər arasında xx.xx.2003-cü il tarixli, 03 saylı ipoteka müqaviləsi imzalanmışdır. Qanunun tələbinə əsasən müqavilənin etibarsızlığı ilə bağlı iddia müddəti bir il təşkil edir. Göründüyü kimi iddiaçı nəinki kəsici müddətin tətbiqinə dair ərizə verməmiş, hətta ümumi iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir ki, işin bu halı hakim tərəfindən araşdırılmamış, birtərəfli qaydada iddianın təmin olunmasına qərar verilmişdir. Apelyasiya şikayətinin xüsusi əhəmiyyət kəsb edən ikinci halı ondan ibarətdir ki, məhkəmə qətnaməsində iddiaçının ata və anasının ölüm tarixləri müxtəlif yerlərdə müxtəlif tarixlərlə ifadə olunmuş, bir növ qətnamədə qarışıqlığa səbəb olmuşdur. Belə ki, bir yerdə Zərif Hüseynova və mərhum həyat yoldaşı Soltan Hüseynovun ölüm tarixləri xx.xx.2016-cı il, digər yerdə 1996-cı il tarixləri qeyd edilir. Mübahisəli torpaq sahəsinə dair Vərəsəlik şəhadətnaməsi olmadığı təqdirdə iddiaçını həmin torpaq sahəsinin vərəsəsi kimi göstərir. Yuxarıda qeyd olunan bu anlaşılmazlığın yenidən apelyasiya qaydasında araşdırılmasına xüsusi zərurət yarandığından hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsinə tam hüquqlu vərəsə kimi hüququnun olub-olmaması halları yenidən araşdırılmalıdır. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1978/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Cavabdehlər Cavabdeh3 ASC-nin, ƏMDK yanında DƏDRX-nin 12 saylı X55 və Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisinin nümayəndələri, X3, üçüncü şəxslər Atayev Könül Soltan qızı və X22 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh3 ASCnin nümayəndəsi X37 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1978/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Şəki rayon Torpaq Şöbəsi tərəfindən verilmiş xx xxxxx 1999-ci il tarixli, JN 0099 nömrəli, kod 40401027 nömrəli dövlət aktından görünür ki, Şəki rayonu X19 xx xxxxxx 1998-ci il tarixli, 59 saylı qərarına əsasən X33, X22 və X10 Şəki rayonu Turan Qəsəbəsi ərazisində cizgidə göstərilən sərhəd daxilində yerləşən 8,21 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan Cavabdeh3 ASC ilə ipoteka qoyanlar X33, X14, X35, X29, X38, X15, X23 və “xxxx” DKTİM MMC arasında imzalanmış xx xxxxxxx 2003-cü il tarixli, 3 saylı nümunəvi ipoteka müqaviləsinin surətindən görünür ki, X13 mülkiyyətində olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 8,21 ha torpaq sahəsi, X5 mülkiyyətində olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 14,89 ha torpaq sahəsi, X16 mülkiyyətində olan olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 24,77 ha torpaq sahəsi, X11 mülkiyyətində olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 13,68 ha torpaq sahəsi, X24 mülkiyyətində olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 6,06 ha torpaq sahəsi, X6 mülkiyyətində olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 7,35 ha torpaq sahəsi, X8 mülkiyyətində olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 10,49 ha torpaq sahəsi Cavabdeh3 ASC ilə “xxxx” DKTİM MMC arasında imzalanmışxx xxxxxxx 2003-cü il tarixli 1 nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 ASCnin xeyrinə ipotekaya qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2015-ci il tarixli, 19094 saylı məhkəmə xətşünaslıq ekspertizsının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Şəki şəhər 2 saylı dövlət notariat kontoruna məxsus 3M-89 nömrəli işin 70-82-ci vərəqələrində Cavabdeh3 ASC ilə X33, X17, X35, X29, X38, X15, X23 və “xxxx” Dövlət X36 Müəssisəsi MMC arasında bağlanmış 3 nömrəli xx xxxxxxx 2003-cü il tarixli ipoteka müqaviləsinin “Mündəricat” hissəsinin sonunda “X33” yazılarından əvvəlki imza, həmin müqavilənin sonunda “Tərəflərin hüquqi ünvan və rekvizitləri” yazılarından aşağıda “Hüseynova Z.N.” soyadı önündəki imza, həmin işin 55-ci vərəqəsində X13 adından olan ərizənin sonunda “İmza” sözü qarşısındakı imza-X33 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 16/2015 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddiaçı Cavabdeh3 ASC-nin iddiası qismən təmin edilmiş, cavabdeh “xxxx” Dövlət X36 Müəssisəsi MMC-dən iddiaçı Cavabdeh3 ASC-nin xeyrinə 9920 ABŞ dolları əsas kredit borcu, 62419 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları dəbbə pulu, cəmi 77.339 ABŞ dolları kredit borcu məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tutulması, iddianın “xxxx” Dövlət X36 Müəssisəsi MMC-dən iddiaçı Cavabdeh3 ASC-nin xeyrinə 0,23 ABŞ dolları faizin, 28.906,56 ABŞ dolları məbləğində dəbbə pulunun, 300 manat DƏDRX-nə və Notariat kontoruna ödənilmiş xərclərin ödənilməsi, “xxxx” DKTİ MMC ilə bank arasında xx xxxxxxx 2003-cü il tarixdə bağlanmış 01 nömrəli ipoteka müqaviləsi üzrə tutmanın X9 mülkiyyətində olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən sahəsi 84,40 kvm olan yaşayış evinə, xx xxxxxxx 2003-cü il tarixli 03 nömrəli ipoteka müqaviləsi üzrə X13 mülkiyyətində olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 8,21 ha torpaq sahəsinə, X5 mülkiyyətində olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 14,89 ha torpaq sahəsinə, X16 mülkiyyətində olan olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 24,77 ha torpaq sahəsinə, X11 mülkiyyətində olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 13,68 ha torpaq sahəsinə, X24 mülkiyyətində olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 6,06 ha torpaq sahəsinə, X6 mülkiyyətində olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 7,35 ha torpaq sahəsinə, X8 mülkiyyətində olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 10,49 ha torpaq sahəsinə yönəldilməsi, əmlakların açıq hərracdan satılması, əldə edilmiş pul vəsaiti hesabına kredit tələbinin ödənilməsi, qalan məbləğin cavabdehlərə qaytarılması, əmlaklar satıldıqdan sonra 1 ay müddətində cavabdehlərin həmin əmlaklardan çıxarılması tələbinə dair hissələri təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X30, Əliyeva Rübabə Möhüddin qızı, X25 və X12 iddialarının təmin edilməsi, iddiaçı Cavabdeh3 ASC-nin Şəki filialının borclu “xxxx” Dövlət X36 Müəssisəsi MMC, X29 və qeyriləri arasında Şəki rayonu Turan qəsəbəsində yerləşən JN-0097 KOD ********* saylı torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətdə olan X11 adından 13,68 ha torpaq sahəsinin yüklü edilməsi barədə xx xxxxxxx 2003-cü il tarixli 3 saylı ipoteka müqaviləsinin, ipoteka verən bəndində 4-cü göstərilən X18 aid olan ipoteka müqaviləsinin həmin hissəsinin etibarsız hesab edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiasının təmin edilməsi, iddiaçı Cavabdeh3 ASC-nin borclu “xxxx” Dövlət X36 Müəssisəsi MMC və ipoteka verən X26 arasında Şəki rayonunun Turan qəsəbəsində yerləşən, mülkiyyət hüququna dair 114 nömrəli qeydiyyat vəsiqəsinə əsasən X9 mülkiyyətindəki, sahəsi 84,40 kv/m olan yaşayış evinin yüklü edilməsi barədə xx xxxxxxx 2003-cü il tarixli 1 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, iddiaçı Cavabdeh3 ASC-nin dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun 15 manatının onun özünə aid edilməsi, 15 manat dövlət rüsumunun isə cavabdeh “xxxx” Dövlət X36 Müəssisəsi MMC-dən tutularaq Cavabdeh3 ASC-yə qaytarılması, məhkəmə xətşünaslıq ekspertizası üzrə 180 manat ekspertiza xərcinin Cavabdeh3 ASC-dən, məhkəmə mühasibatlıq ekspertizası üzrə 50 manat ekspertiza xərcinin “xxxx” Dövlət X36 Müəssisəsi MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X30, Əliyeva Rübabə Möhüddin qızı, X25, X31 və X4 iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədikləri dövlət rüsumu məbləğlərinin onların özlərinə aid edilməsi qərara alınmışdır. İşdə olan Şəki rayon, M.Əsədov adına qəsəbə İcra Nümayəndəliyi tərəfindən xx xxxx 1996-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 xx xxxxxx 1996-cı il tarixdə vəfat etmişdir. İşdə olan Şəki şəhər İHB-nin Turan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx xxxxxx 2016-cı il tarixdə vəfat etmişdir. İşdə olan Şəki şəhər İHB-nin Turan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verlmiş xx xxxx 2019-cu il tarixli vərəsəliyə dair arayışdan görünür ki, X33 xx xxxxxx 1996cı il tarixdə vəfat etmiş və onun vərəsələri kimi əri X32 (xx xxxx 1996-cı il tarixdə vəfat etmişdir), qızı Atayeva Könül Soltan qızı, qızı X22 və oğlu X21 qalmışlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 317.1, 324.1, 337.1, 372.2, 373.1, 373.2, 354.1, 375.2, 377.1, 385.1, 386.1, 389.1, 390.1, 425.1, 442, 448.2, 460.1, 1151, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246 və 1248-ci maddələrinə, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminilk, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə iilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Şəki rayonu X19 xx xxxxxx 1998-ci il tarixli, 59 saylı qərarına əsasən X33, X22 və X10 Şəki rayonu Turan Qəsəbəsi ərazisində cizgidə göstərilən sərhəd daxilində yerləşən 8,21 hektar torpaq sahəsi ayrılmış və onların həmin torpaq sahəsi üzərindəki mülkiyyət hüquqları Şəki rayon Torpaq Şöbəsi tərəfindən verilmiş xx xxxxx 1999-ci il tarixli, JN 0099 nömrəli, kod 40401027 nömrəli dövlət aktı ilə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh3 ASC “xxxx” Dövlət X36 Müəssisəsi MMC, X33 və qeyriləri arasında bağlanmış xx xxxxxxx 2003-cü il tarixli 3 saylı ipoteka müqaviləsinə əsasən X13 mülkiyyətində olan həmin 8,21 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. X3 da hazırki iddiasında Cavabdeh3 ASC-nin Şəki filialının “xxxx” Dövlət X36 Müəssisəsi MMC, X33 və qeyriləri arasında Şəki rayonu Turan qəsəbəsində yerləşən JN- 0099 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətdə olan X13 adından 8,21 ha torpaq sahəsinin yüklü edilməsi barədə xx xxxxxxx 2003-cü il tarixli 3 saylı ipoteka müqaviləsinin, ipoteka verən bəndində 1-ci göstərilən X20 aid olan ipoteka müqaviləsinin həmin hissəsinin etibarsız hesab edilməsi və həmin ipoteka müqaviləsi üzrə X20 verilmiş 8,21 ha torpaq sahəsinin ipotekadan azad edilməsini tələb edir. X39 Soltan oğlu iddiasının əsaslandıran hallar kimi anasının həmin ipoteka müqaviləsini imzalamadığını, anasının və digər paylı mülkiyyətçilərin ümumiyyətlə həmin torpaq sahəsinin ipotekaya qoyulmasından məlumatlarının olmadığını bildirir. Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə isə iddiaya bir illik iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Digər cavabdehlər isə məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər və iddiaya qarşı hər hansı bir münasibət bildirməmişlər. Göründüyü kimi iş materiaları, o cümlədən Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 16/2015 nömrəli qətnaməsi ilə müəyyən edilir ki, Cavabdeh3 ASC-nin Şəki filialının “xxxx” Dövlət X36 Müəssisəsi MMC, X33 və qeyriləri arasında Şəki rayonu Turan qəsəbəsində yerləşən JN-0099 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətdə olan X13 adından 8,21 ha torpaq sahəsinin yüklü edilməsi barədə xx xxxxxxx 2003-cü il tarixli 3 saylı ipoteka müqaviləsi X33 tərəfindən imzalanmamışdır. Bununla bağlı təqdim edilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyində də X13 adından torpaq sahəsinin ipotekaya qoyulmasına müqavilənin və buna razılıq verməsini özündə əks etdirən ərizənin X33 tərəfindən imzalanmaması müəyyən edilmişdir. İpoteka qoyan mülkiyyətçi tərəfindən imzalanmamış bir ipoteka müqaviləsi etibarlı hesab oluna bilməz. Qanunvericiliyin tələblərinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi X3 xx xxxxxx 2016-cı il tarixdə vəfat etmiş anası X13 vərəsəsidir. X3 həmçinin, 8,21 hektar torpaq sahəsinin paylı mülkiyyətçilərindən biridir. İddiaçının anasından qalmış mirasla bağlı digər vərəsələr olan bacıları ilə aralarında hər hansı bir ziddiyyətin olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə olan halda iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxslər Şəlalə Hüseynova və Könül Atayevanın məhkəməyə müraciət edilmədən də mirası qəbul etmək imkanları qanunvericiliklə təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hüquq münasibətləri yaranan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq X1 anasından miras qalmış həmin torpaq sahəsi ilə bağlı gözlənilən mülkiyyət hüququ yaranmışdır. Həmçinin, 8,21 hektar torpaq sahəsinin yüklülüyünə dair xx xxxxxxx 2003-cü il tarixli, 3 saylı ipoteka müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun olmadan bağlanması müəyyən edildiyindən 8,21 hektar torpaq sahəsinə tutmanın yönəldilməsi məhkəmə qətnaməsi ilə əsaslı hesab edilməmişdir. Belə olan halda X3 Cavabdeh3 ASC-nin Şəki filialının “xxxx” Dövlət X36 Müəssisəsi MMC, X33 və qeyriləri arasında Şəki rayonu Turan qəsəbəsində yerləşən JN-0099 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətdə olan X13 adından 8,21 ha torpaq sahəsinin yüklü edilməsi barədə xx xxxxxxx 2003-cü il tarixli 3 saylı ipoteka müqaviləsinin ipoteka verən bəndində 1-ci göstərilən X20 aid olan hissəsinin etibarsız hesab edilməsini və həmin ipoteka müqaviləsi üzrə X20 verilmiş 8,21 ha torpaq sahəsinin ipotekadan azad edilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi iclası zamanı Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə iddianın əsaslı olub-olmadığını mübahisələndirməsə də, o, iddiaya bir illik iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Halbuki, Cavabdeh3 ASC-nin nümayəndəsi iddiaçının hüquqlarının pozulmasından hansı vaxtdan xəbərinin olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı özü isə 8,21 hektar torpaq sahəsinin yüklü edilməsinə dair ipoteka müqaviləsindən məhkəməyə müraciət etməmişdən 2-3 ay əvvəl xəbərinin olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh3 ASC-nin nümayəndəsinin iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsinə dair ərizəsini müzakirə edərək hesab etmişdir ki, X1 hazırkı iddia tələbi üzrə iddia müddətinun ötürməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsinə dair ərizəsi əsaslı deyildir və həmin ərizə nəzərə alınmadan işə mahiyyətu üzrə baxılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilərək, Cavabdeh3 ASC-nin Şəki filialının “xxxx” Dövlət X36 Müəssisəsi MMC, X33 və qeyriləri arasında Şəki rayonu Turan qəsəbəsində yerləşən JN-0099 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətdə olan X13 adından 8,21 ha torpaq sahəsinin yüklü edilməsi barədə xx xxxxxxx 2003-cü il tarixli 3 saylı ipoteka müqaviləsinin ipoteka verən bəndində 1-ci göstərilən X20 aid olan hissəsi etibarsız hesab edilməli və həmin ipoteka müqaviləsi üzrə X20 verilmiş 8,21 ha torpaq sahəsi ipotekadan azad edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehin nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin nümayəndəsinin göstərdikləri əsaslı hesab edilə bilməz. Yuxarıda göstərilən qanun normalarının tələblərindən də göründüyü kimi, iddiaçı hazırki iddia ilə məhkəməyə müraicət etməkdə, birinci instansiya məhkəməsi isə iddianı təmin etməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh3 ASC-nin nümayəndəsi X27 apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1978/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 ASC-nin nümayəndəsi X37 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1978/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar