Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-840/2022 23.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(075)-454/2016 tаrixli qərardadından Borclu1 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: BOKT "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, borclular Borclu1 və Borclu2 müştərək qaydada xeyrinə 1800 ABŞ dolları əsas, 516,16 ABŞ dolları faiz, 36 ABŞ dolları komission haqqı, 19,35 AB dolları cərimə, cəmi 2371,51 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. BOKT "xxxx" MMC-nın ərizəsi Şəki Rayon Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli 2(075)-454/2016 saylı əmri ilə təmin olunmuş, əmrin surəti həmin tarixdə tərəflərə göndərilmişdir. 04 may 2022-ci il tarixdə Borclu1 Şəki Rayon Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli 2(075)-454/2016 saylı əmrindən etirazı məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(075)-454/2016 tаrixli qərardadı ilə Borclu1 Şəki Rayon Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli 2(075)-454/2016 saylı əmrindən etirazı geri qaytarılmışdır. Borclu1 Şəki Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(075)-454/2016 tаrixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, tələbkar BOKT "xxxx" MMC-nin ona və digər borcluya qarşı ərizəsi əsasında 2(075)-454/2016 saylı əmr çıxarılmışdır. Əmrdə göstərilmişdir ki, ondan 2371,51 ABŞ dolları borcun alınaraq BOKT "xxxx" MMC-nin xeyrinə verilməlidir. O, verilən bu əmrə etiraz etmişdir. Çünki, onun BOKT "xxxx" MMC-nə borcu yoxdur. Borcu olmadığı halda ondan borcunun tutulması barədə qərarın da qəbul edilməsi düzgün deyildir. Ona görə də Şəki Rayon Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli, 2(075)- 454/2016 saylı məhkəmə əmrinə etiraz vermişdir. Ailə vəziyyəti çox ağırdır. Halbuki, ondan tələb edilən borc məbləği onun bir illik qazancından da çoxdur. Ailə vəziyyəti həqiqətən çox ağırdır və bu barədə ərizəsində deyil, məhkəmə iclasında ətraflı göstərəcək. Odur ki, etirazının təmin edilərək, həmin iş üzrə çıxarılmış 14 yanvar 2016-cı il tarixli, 2(075)- 454/2016 saylı əmrinin ləğv edilməsini, cərimə borcunun azaldılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 8(075)-373/2016 saylı qərardadına əsasən əmrə etirazı geri qaytarılmışdır. Həmin qərardadla razı deyil. Bir daha bildirir ki, etiraz verdiyi məhkəmə əmri ona məhkəmə tərəfindən rəsmi qaydada təqdim edilməmişdir. Onun hər hansı bir orqanda izahat yazmağı həmin məhkəmə əmrinin məhkəmə tərəfindən ona təqdim edilməsi kimi qəbul edilə bilməz. Belə olan halda, məhkəmə sənədlərinin tərəflərə göndərilməli olması birbaşa qanunvericiliklə müəyyən edilmiş və bu hal zəruridir. Əgər, vətəndaşın icra bölməsində yazdığı izahatı əsas götürülürsə, onda məhkəmə sənədlərinin tərəflərə göndərilməli olması barədə norma qanunvericilikdə artıq olaraq yazılmışdır. Məhkəmə əmrinin ona göndərilməli olması birbaşa qanunvericikdə nəzərdə tutulduğundan, həmin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər məhkəmə əmrinin ona göndərilməməsi və həmin məhkəmə əmrindən verdiyi etirazına bu cür yanaşma onun qanunla müəyyən edilmiş hüquqlarının pozulması ilə nəticələnir. Həmin məhkəmə əmri ona icra məmuru tərəfindən də təqdim edilməmiş, məhkəmə tərəfindən də göndərilməmişdir. Bunun əksini sübut edəcək hər hansı bir sənəd mövcud ola bilməz. Faktiki olaraq məhkəmə tərəfindən həmin məhkəmə əmrinin ona göndərilməməsi onun tərəfindən yazıldığı bildirilən izahatda məhkəmə əmrinin aldığı barədə fikirlərin də onun iradə ifadəni əks etdirmədiyinin əyani sübutudur. Qeyd edilənləri nəzərə alaraq, o, məhkəmə kollegiyasından Şəki Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(075)-454/2016 saylı qərardadının ləğv edilməsi və Şəki Rayon Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli, 2(075)-454/2016 saylı əmrinin ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 26 may 2022-ci il tаrixli, 2(075)-454/2016 saylı qərаrdаdı ilə verilmiş şikayət təmin edilməmiş, şikаyətin mülki işlə birlikdə bаxılmаsı üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(075)-454/2016 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılığı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Odur ki, kollegiya şikayətin dəlillərinin formal müahizələrlə əsaslandırılması qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün kifayətedici əsaslar mövcud deyildir. Beləliklə, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, Borclu1 göndərilmiş Şəki Rayon Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli 2(075)-454/2016 saylı əmrinin yekununda məhkəmə əmrinin surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə məhkəmə əmrindən borclunun etiraz vermək hüququ izah olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, borclu ona göndərilmiş məhkəmə əmrinin yekununda qeyd edilmiş, həmin əmrdən etiraz vermək üçün qanunvericiliklə müəyyən edilmiş 10 gün müddəti ötürdükdən 6 il 3 ay sonra Borclu1 etirazı məhkəməyə daxil olmuşdur. Bundan başqa Şəki Rayon İcra və Probasiya Şöbəsindən sorğu edilərək götürülmüş icra məmurunun 11 dekabr 2017-ci il tarixli, həmin tarixdə Borclu1 tərəfindən imza edilməklə qəbul edilmiş xəbərdarlığından və Borclu1 11 dekabr 2017-ci il tarixli izahatından görünür ki, Borclu1 11 dekabr 2017-ci il tarixdə Şəki Rayon Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli 2(075)-454/2016 saylı əmri barədə məlumatlandırılmaqla yanaşı müvafiq sənədləri icra məmurundan rəsmi qaydada almışdır. 11 dekabr 2017-ci il tarixdən hazırkı etirazın məhkəməyə təqdim edildiyi dövrədək isə 4 il 4 aydan da artıq bir müddət keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Şəki Rayon Məhkəməsinin 10 may 2022-ci il tаrixli, 2(075)-454/2016 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 10 may 2022-ci il tаrixli, 2(075)-454/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 10 may 2022-ci il tаrixli, 2(075)-454/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-840/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-840/2022
23.06.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver