Məhkəmə qərarları › İş №2(107)-855/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-855/2025

09.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-855/2025 09.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X8 qarşı “aliment öhdəliyindən azad edilmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Aliment borcundan azad edilmə) X4 (sədrlik edən və məruzəçi), Musayev Taleh Valeh oğlu və X14 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh X7 iştirakları ilə, İddiaçı cavabdeh X8 qarşı “aliment öhdəliyindən azad edilmə” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(046)-740/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli e-2(046)-101/2024 saylı qətnaməsi ilə xx.xx.2018cı il təvəllüdlü X1 üçün ondan cavabdeh X5 xeyrinə sabit pul məbləğində tutulan alimentin ödənilməsi öhdəliyindən azad edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin 13 may 2024- cü il tarixli e-2(046)-101/2024 saylı qətnaməsi ilə X5 ona qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, aralarında xx.xx.2014-cü il tarixdə Göyçay rayon İHB-nin Alpoud kənd İƏD üzrə nümayəndəliyində 23 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 16 avqust 2016-cı il təvəllüdlü X18 və xx.xx.2018-cı il təvəllüdlü X16 anaları X5 yanında saxlanılması, 16 avqust 2016-cı il təvəllüdlü X15 ondan alınaraq iddiaçı X6 verilməsi, qətnamənin 16 avqust 2016-cı il təvəllüdlü X15 ondan alınaraq X6 verilməsi hissəsində icra edilərkən, icra prosesində Elminin təhsil aldığı məktəbin psixoloqunun və pedaqoqun iştirakının təmin edilməsi, qətnamənin bu hissədə qanuni qüvvəyə mindiyi gündən 15 gündən gec olmayaraq icra edilməsi, 16 avqust 2016-cı il təvəllüdlü X15 və xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq X6 verilməsi, azyaşlı xx.xx.2018-ci il təvəllüdlü X2 üçün tutulan alimentin Dilruba Məmmədova iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən, azyaşlı 16 avqust 2016-cı il təvəllüdlü X3 üçün tutulan alimentin azyaşlı X11 ondan alınaraq X6 verildiyi vaxtdan hesablanması, qətnamənin azyaşlı xx.xx.2018-cı il təvəllüdlü X2 üçün tutulan alimentə dair hissədə dərhal icra edilməsi, ondan 63.2 manat məbləğində rüsumun alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra verilmiş icra sənədi icra edilməsi üçün Göyçay rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tərlan Əhmədzadənin 31 iyul 2024-cü il tarixli qərarı ilə Göyçay Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli e-2(046)- 101/2024 saylı icra sənədi icraata qəbul edilərək icra hərəkətlərinə başlanılmışdır. İcra mərhələsində sadaladığı sənədlərdən də göründüyü kimi, övladlarından xx.xx.2016-cı il təvəllüdlü X18 anası, hazırki iş üzrə cavabdeh qismində qeyd etdiyi X6 getməkdən imtina etmişdir. Övladına anasına qarşı mənfi münasibət göstərməməsini izah etmiş, heç vaxt övladlarından analarına qarşı istifadə etməmiş və qətnamənin icra edilməməsində onun heç bir təqsirli hərəkət və hərəkətsizliyi yoxdur. İcra təyin olunan günlərdə və vaxtlarda həmişə övladı ilə dəvət olunduqları yerdə olmuşlar və icra üçün dəvət edilmiş psixoloqun, pedaqoqun, icra məmurunun işinə müdaxilə etməmişdir. Lakin bütün bunlara baxmayaraq, övladı öz daxili istək və arzusuna, düşüncəsinə və dünyagörüşünə uyğun olaraq hərəkət etmiş və anasının yanında yaşamaq istəmədiyini bildirmişdir. Belə ki, Göyçay rayon İcra və Probasiya Şöbəsinin 26 sentyabr 2024-cü il tarixli, 10 oktyabr 2024-cü il tarixli, 15 noyabr 2024-cü il tarixli aktlarından göründüyü kimi icra məmuru Tərlan Əhmədzadə tərəfindən icra sənədinin icrası mərhələsində iştirakı vacib olan şəxslərlə birlikdə Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının mümkün olmaması, xx.xx.2016-cı il təvəllüdlü X15 anasının yanına getməkdən imtina etməsinə dair müvafiq aktlar tərtib etmişdir. Aktlar adları qeyd edilən şəxslər tərəfindən imzalanmışdır. Eləcə də, icra mərhələsində uşağın davranışı ilə əlaqədar Göyçay RİHB yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə məsləhətçipsixoloqu və uşağın təhsil aldığı məktəbin direktoru tərəfindən müvafiq rəylər tərtib edilərək imzalanmış və icra məmuruna təqdim edilmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tərlan Əhmədzadənin 06 yanvar 2025-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarından göründüyü kimi, yuxarıda adı çəkilən icra sənədi azyaşlının anasına getmək istəməməsi səbəbindən icra edilmədiyindən məhkəməyə geri qaytarılmışdır. Məhkəmə qətnaməsi qəbul ediləndən əvvəl də, sonra da övladı Elmin onun yanında və himayəsində yaşayır və onun bütün tələbatlarını imkan daxilində qarşılamağa, qayğılarını həll etməyə çalışır. Sözügedən qətnamə ilə ondan digər övladı Solmazın saxlanılması üçün uşağın anasının xeyrinə aliment tutulması qət edilmişdir. Elminin bütün qayğılarının həll edilməsi çətinliyi bütünlüklə onun üzərinə düşür. Bununla yanaşı digər övladının saxlanılması üçün hazırki iş üzrə cavabdehin xeyrinə aliment tutulması onun qeyri-qənaətbəxş olan maddi vəziyyətini çox çətinləşdirir. Eləcə də, qanunla valideynlərin üzərinə uşaqlara münasibətdə bərabər şəkildə qoyulmuş vəzifələrin icrası baxımından tarazlıq pozulmuş olur. O, eyni zamanda hər iki uşağın bütün yükünü daşıya bilməz. Cavabdehin vəziyyətini dərk edərək, ondan Elminin saxlanması üçün hər hansı tələbləri və gözləntiləri yoxdur. Qanunvericilik normalarından göründüyü kimi o, hazırki halda digər övladı Solmaza münasibətdə aliment öhdəliklərindən azad edilməlidir. Belə ki, qanunvericilik uşaqlar üzərində valideynlərin bərabər hüququnun olmasını müəyyən etməklə yanaşı, bərabər vəzifələr də daşımaq öhdəliyini müəyyən etmişdir. Solmaz körpəlik dönəmindən çıxmışdır, cavabdeh Elminin maddi tələbatlarını təmin etməyə çalışır, cavabdeh də qadınlara layiq işlərlə (şirniyyat və s. bişirmə, əl işləri, paltar tikmə və s.) məşğul olaraq Solmazı maddi cəhətdən təmin edə bilər. Onu da məhkəmənin nəzərinə çatdırır ki, əgər cavabdehə münasibətdə maddi vəziyyəti qənaətbəxş olsaydı hər hansı vəzifədə işləyərək stabil və yüksək əmək haqqı alsaydı, onda o həm Elminin həm də Solmazın maddi tələbatlarını tam şəkildə qarşılayardı. Lakin təəssüf ki, belə deyil. İddia təmin ediləcəyi təqdirdə belə gələcəkdə cavabdehə münasibətdə maddi vəziyyəti düzəlsə o, hər hansı məhkəmə qətnaməsi olmadan heç bir məcburetməyə məruz qalmadan könüllü şəkildə Solmazın saxlanılması üçün maddi dəstək göstərməyə hazırdır. Solmaz da Elmin kimi onun övladıdır, aralarında hər hansı fərq qoymur və Solmaz da Elmin kimi ona əzizdir. Lakin hazırda iki uşağın maddi qayğılarının tam şəkildə həll edilməsinə maddi imkanı yoxdur. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdeh X12 iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, Göyçay Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli e- 2(046)-101/2024 saylı qətnaməsinə əsasən İddiaçı Mirrədin oğlu ilə xx.xx.2014-cü il tarixdə Göyçay rayon İHB-nin Alpoud kənd İƏD üzrə nümayəndəliyində 23 saylı akt qeydi ilə bağlanmış nikahları pozulmuş, birgə nikahdan olan 16 avqust 2016-cı il təvəllüdlü X18 və xx.xx.2018-cı il təvəllüdlü X16 onun himayəsinə verilmiş, iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 180 manat sabit pul məbləğində aliment İddiaçı alınaraq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra İddiaçı uşağı Elmini qaçırdaraq aparmış və onunla görüşməyə maneəçilik yaratmışdır. Məhkəmə qətnaməsi icraya yönəldildikdən sonra uşağı Elmin onunla görüşmək istəmədiyi üçün icra məmuru iş üzrə icraata xitam vermiş, icra məmurunun qərarından məhkəmə qaydasında şikayət vermişdir. İddiaçı tərəfin maddi imkanın olmaması ilə bağlı göstərdiklərinin heç biri həqiqətə uyğun deyil. Belə ki, onun yaxşı həyat şəraiti, mülkləri və torpaq sahələri vardır. Buna görə də iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

5. Göyçay Rayon Məhkəməsinin (hakim Gülnaz Qurbanova) 22 aprel 2025-ci il tarixli, 2(046)-740/2025 nömrəli qətnaməsi ilə, İddiaçı cavabdeh X8 qarşı aliment öhdəliyindən azad edilmə tələbinə iddiasının təmin edilməməsi, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahda olmuşlar və onların birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X18 və xx.xx.2018-ci təvəllüdlü X16 anadan olmuşdur. Həşimli X9 Elvin Mirəddin oğluna qarşı nikahın pozulması və aliment tələbinə dair məhkəməyə müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin e-2(046)-101/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 16 avqust 2016-cı il tarixdə anadan olmuş X18 və xx.xx.2018-cı il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı İldırım oğlundan hər ay hər uşağa görə 180 manat, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda faktiki olaraq xx.xx.2016-cı il təvəllüdlü X18 İddiaçı himayəsində, xx.xx.2018-ci təvəllüdlü X16 Cavabdeh himayəsindədir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd etmişdir ki, uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir. Eyni zamanda valideynlərin uşaqları saxlamaq vəzifəsi təkcə onlara edilən maddi yardımla məhdudlaşmır. Uşaqların saxlanılması, onlara qulluq edilməsi, təlimtərbiyələri ilə məşğul olmaq və sair valideynlərin uşaqları saxlamaq vəzifələrinə daxildir. Uşaqların saxlanılması, bütün qayğıları ilə, təlim-tərbiyəsi ilə məşğul olmaq hazırda həm iddiaçı həm də cavabdehin üzərindədir. Belə olan halda iddiaçının uşağa maddi yardım etmək vəzifəsindən də boyun qaçırması, maddi tələbatının ödənilməsini də cavabdehin üzərinə qoymaq istəməsi əsassız və ədalətsizdir.

8. Məhkəmə iddianın dəlili olaraq qeyd etmişdir ki, Göyçay Rayon Məhkəməsinin e- 2(046)-101/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixindən sonra iddiaçının maddi vəziyyətinin pisləşməsini, ailə və maddi vəziyyətinin bu alimenti ödəməyə imkan vermədiyini təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmiş, eyni zamanda, məhkəmə baxışı zamanı məhkəməyə də təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, həmçinin, yetkinlik yaşına çatmayan xx.xx.2018-ci təvəllüdlü X10 əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, iddiaçının aliment öhdəliyindən azad edilməsinə dair iddia tələbi təmin edilməməlidir.

9. Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78.1, 78.2, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3.1, 18.1, 27.2 maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13, 19-cu maddələrinə, “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının 27-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217-ci maddələrinə, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarının 2.4-cü bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o, hаzırki hаldа digər övlаdı Sоlmаzа münаsibətdə аlimеnt öhdəliklərindən аzаd еdilməlidir. Çünki, qаnunvеricilik uşаqlаr üzərində vаlidеynlərin bərаbər hüququnun оlmаsını müəyyən etməklə yanaşı, bərаbər vəzifələr də dаşımаq öhdəliyini müəyyən еtmişdir.

13. Vurğulаyır ki, Sоlmаz körpəlik dönəmindən çıхmışdır, cаvаbdеh əmək qаbiliyyətli şəхs оlmаqlа, işləyə və övlаdı Sоlmаzı mаddi cəhətdən təmin еdə bilər. Nеcə ki, o, rəsmi şəkildə оlmаsа dа, təsаdüfi işlər görərək, fəhlə kimi əmək fəаliyyəti ilə məşğul оlub Еlminin mаddi tələbаtlаrını təmin еtməyə çаlışır, cаvаbdеh də qаdınlаrа lаyiq işlərlə (şirniyyаt və s. bişirmə, əl işləri, pаltаr tikmə və s.) məşğul оlаrаq, Sоlmаzı mаddi cəhətdən təmin еdə bilər.

14. Qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Çünki, işə baxan məhkəmə işin həqiqi və faktiki hallarını düzgün müəyyən etməmiş, eləcə də tətbiq etdiyi maddi hüquq normalarının tələblərini səhv təfsir etmişdir. Bu isə nəticədə qeyd edilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.

15. Odur ki, Göyçay Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(046)-740/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin еdilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(046)-740/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, onun aliment borcunun ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X12 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(046)-740/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin; 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

20. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.

21. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin; 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.

22. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası Göyçay Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(046)-740/2025 nömrəli qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

28. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

29. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 19 dekabr 2014-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X18 və xx.xx.2018-ci tarixdə X16 anadan olmuşlar. Sonradan tərəflərin münasibətləri pisləşdiyindən aralarında bağlanmış nikah Göyçay Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2(046)-101/2024 nömrəli qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahlarından olan uşaqları xx.xx.2016-cı il təvəllüdlü X18 və xx.xx.2018-ci təvəllüdlü X10 anaları Cavabdeh himayəsində saxlanılmaları, xx.xx.2016-cı il təvəllüdlü X15 cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi, İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat alimentin tutulması qət edilmişdir. Lakin hazırda xx.xx.2016-cı il təvəllüdlü X18 faktiki olaraq İddiaçı, xx.xx.2018-ci təvəllüdlü X16 isə Cavabdeh himayəsindədirlər.

30. Məhkəmə kollegiyası iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə dair dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

31. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin onun hаzırki hаldа digər övlаdı Sоlmаzа münаsibətdə аlimеnt öhdəliklərindən аzаd еdilməli olmasına dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Göyçay Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2(046)-101/2024 nömrəli qətnaməsindən müəyyən edildiyi kimi 19 dekabr 2014-cü il tarixdə bağlanmış nikahın pozulması məsələsinə baxılarkən tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X15 və xx.xx.2018-ci təvəllüdlü X10 analarının yanında saxlanılmaları qət edilmişdir. Yəni qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan uşaqlarının yaşayış yeri kimi analarının yaşayış yeri müəyyən edilmişdir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, Göyçay Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2(046)-101/2024 nömrəli qətnaməsinin xx.xx.2016-cı il təvəllüdlü X15 İddiaçı alınaraq Cavabdeh verilməsi hissəsində icrası üzrə yaranmış çətinliklər İddiaçı xx.xx.2018cı il təvəllüdlü X1 üçün ondan cavabdeh X5 xeyrinə sabit pul məbləğində tutulan alimentin ödənilməsi öhdəliyindən azad edilməsi üçün əsas təşkil etmir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının aliment borcundan azad edilməsi üçün əsasların olmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmirlər.

35. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, birinci instansiya məhkəməsi mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən etmiş, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(046)-740/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(046)-740/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar