Məhkəmə qərarları › İş №2(107)-858/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-858/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-858/2021 29.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Aslanova (Əliyeva) Maral Rüstəm qızı, Cavabdeh3 Nurəddin oğlu, Cavabdeh5 Nurəddin qızı və Cavabdeh4 Nurəddin qızına qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair Balakən Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(019)-136/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(019)-136/2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Aslanova (Əliyeva) Maral Rüstəm qızına, Cavabdeh3 Nurəddin oğluna, Cavabdeh5 Nurəddin qızına və Cavabdeh4 Nurəddin qızına qarşı JN-435 KOD 40108018 nömrəli Dövlət Aktı üzrə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 0.74 ha torpağa alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(019)-136/2021 nömrəli qətnaməsindən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyаsiyа şikаyəti verərək, iş üzrə Balakən Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(019)-136/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Aslanova (Əliyeva) Maral Rüstəm qızı, Cavabdeh3 Nurəddin oğlu, Cavabdeh5 Nurəddin qızı və Cavabdeh4 Nurəddin qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, JN 435 kod 40108018 nömrəli Dövlət Aktı üzrə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 0.74 ha torpağa alqı-satqı müqaviləsinin etibarlı hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiа ərizəsini оnunlа əsаslаndırmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 nömrəli qərarı ilə JN :435 KOD 40108018 nömrəli Dövlət Aktı əsasında 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kənd təsərrüfatı məhsulları becərmək üçün cavabdehlərə verilmişdir. Onlar cavabdehlərlə eyni kənddə yaşayırdılar. Cavabdehlərin ailə başçısı olan X8 ona maddi vəziyyətinin ağır olduğunu, ona görə də pay torpaqlarını satmaq istədiyini, elə bir adam olsa, yanına göndərməsini demişdir. Bir neçə gündən sonra X2 yanına gedərək, torpağı almaq istədiyini bildirmiş, razılaşmışlar. X8 ilk növbədə 435 saylı planşetdə olan torpağı satmaq qərarına gəlmişdir. Torpağın alqı-satqısı üçün 2002-ci il 26 avqust tarixində Balakən rayonu Qazbinə bələdiyyəsinə getmişlər. Nürəddin Aslanov birinci növbədə 435 saylı planşetdə yerləşən 0.49 ha torpağı birdəfəlik X11 bağışlamağı ilə bağlı izahat yazmışdır. Həmin izahat Qazbinə bələdiyyəsinin möhürü ilə təsdiq edilmişdir. Qazbinə bələdiyyəsinin sədrinin məsləhəti ilə bir neçə nəfərin iştirakı ilə akt tərtib edilməsinin də lazım olduğu bildirilmişdir. Həmin 2002-ci il 26 avqust tarixli aktda da X8 tərəfindən 0.49 ha torpağın birdəfəlik X11 bağışladığı təsdiq edilmişdir. Həmin akt yeddi nəfər; X14, X9, İddiaçı2, X19, X15 və X8 tərəfindən imzalanmışdır. Aktın yekununda X8 tərəfindən torpağın X11 təhvil verildiyi və alıcı tərəfindən də alındığı qeyd edilmişdir. Akt Qazbinə bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. Birdəfəlik bağışlama olsa da, X1 pulla 500 min (beş yüz min-50 şirvan) manat pul vermişdir. İki il sonra isə X2 arvadı Cavabdeh2 yanına gələrək, Dövlət Aktının 435 V və 435 W planşetlərində qalan 0.25 ha torpağı da almasını istəmişdir. X26 ilə 11 avqust 2004-cü il tarixdə Qazbinə bələdiyyəsinə getmişlər. X23 bələdiyyəsində izahat yazaraq, torpağı daimi olaraq X11 verdiyini qeyd etmişdir. Qazbinə bələdiyyəsinin sədri izahatı bələdiyyənin möhürü ilə təsdiq etmişdir. Bundan sonra Cavabdeh2 Qazbinə bələdiyyəsinə də ərizə ilə müraciət edərək (11.08.2004-cü il tarixdə) 0.25 ha torpağı daimi olaraq X10 verdiyini həm öz adından, həm də ailə üzvlərinin adından verdiyini təsdiq etmişdir. O, Qazbinə bələdiyyəsinin sədri Murtuzəli Əmətovun iştirakı ilə Cavabdeh2 köhnə pulla 350 min manat (35 şirvan) pul vermişdir. Eyni zamanda Cavabdeh1 hal- hazırda Bakı şəhərində işləyir. 2020-ci ilin yanvar ayında rayona gəlmişdi. Atasının xəstə olduğunu, onun yanına gəldiyini demişdir. Məhkəməyə verib torpağın alqı satqısını başa çatdırmalarını bildirmişdir. Həm də atası Nürəddin də ona 0.74 ha pay torpağının alqı satqısını yekunlaşdırmasını dediyini qeyd etmişdir. O və arvadı İddiaçı2 da Cavabdeh1 az-çox narazılıq varsa, bildirməsini demişlər. Elşad bir az narazı olduğunu büruzə vermişdir. Arvadı İddiaçı2 torpaq alınıb satılmasında halallıq lazım olduğunu bildirmişdir. Ona görə də, Cavabdeh1 2020-ci ilin yanvar ayında əlavə olaraq 550 manat pul da vermişlər. Onlara məhkəmə olanda özü gələcəyini bildirmişdir. İddia ərizəsinə əlavə edilən Qazbinə bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş, X8 tərəfindən yazılmış 2002-ci il 26 avqust tarixli izahatdan və həmin gün tərtib edilmiş Qazbinə bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş aktdan da bəlli olur ki, ilk növbədə 0.49 ha torpaq ailə başçısı və mülkiyyətçi olan X8 tərəfindən iddiaçılara ömürlük verilmiş, qalan 0.25 ha torpaq sahəsi də digər mülkiyyətçi olan Cavabdeh2 tərəfindən 11 avqust 2004-cü il tarixdə yazılmış və Qazbinə bələdiyyəsi tərəfindən təsdiq edilmiş izahat və ərizə əsasında onlara daimi olaraq digər mülkiyyətçilərin razılığı ilə verilmişdir. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iddiаçı iddia ərizəsində yazılanlara uyğun izahat vermiş, həmçinin 0.74 ha torpaq sahəsinin X2 və onun digər ailə üzvlərinin mülkiyyətinə verildiyini və digər yetkinlik yaşına çatmış torpaq mülkiyyətçilərinin də torpaq sahəsini alqı-satqı etmək və ya bağışlamaq üçün razılıqlarının alınmalı olduğunu bildiyini qeyd edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında 04 dekabr 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı2 iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş, xəstə olduğu üçün növbəti məhkəmə proseslərinə gələ bilməyəcəyindən, hazırki iş üzrə növbəti məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Aslanova (Əliyeva) Maral Rüstəm qızı, Cavabdeh3 Nurəddin oğlu, Cavabdeh5 Nurəddin qızı və Cavabdeh4 Nurəddin qızı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(019)-136/2021 nömrəli qətnaməsindən nаrаzı qalаn iddiaçılar apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırılmışlar ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998- ci il 30 iyun tarixli, 08 nömrəli qərarı ilə JN :435 KOD 40108018 nömrəli Dövlət Aktı əsasında 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kənd təsərrüfatı məhsulları becərmək üçün cavabdehlərə verilmişdir. Onlar cavabdehlərlə eyni kənddə yaşayırdılar. Cavabdehlərin ailə başçısı olan X8 ona maddi vəziyyətinin ağır olduğunu, ona görə də pay torpaqlarını satmaq istədiyini, elə bir adam olsa, yanına göndərməsini demişdir. Bir neçə gündən sonra X2 yanına gedərək, torpağı almaq istədiyini bildirmiş, razılaşmışlar. X8 ilk növbədə 435 saylı planşetdə olan torpağı satmaq qərarına gəlmişdir. Torpağın alqı-satqısı üçün 2002-ci il 26 avqust tarixində Balakən rayonu Qazbinə bələdiyyəsinə getmişlər. Nürəddin Aslanov birinci növbədə 435 saylı planşetdə yerləşən 0.49 ha torpağı birdəfəlik X11 bağışlamağı ilə bağlı izahat yazmışdır. Həmin izahat Qazbinə bələdiyyəsinin möhürü ilə təsdiq edilmişdir. Qazbinə bələdiyyəsinin sədrinin məsləhəti ilə bir neçə nəfərin iştirakı ilə akt tərtib edilməsinin də lazım olduğu bildirilmişdir. Həmin 2002-ci il 26 avqust tarixli aktda da X8 tərəfindən 0.49 ha torpağın birdəfəlik X11 bağışladığı təsdiq edilmişdir. Həmin akt yeddi nəfər; X14, X9, İddiaçı2, X19, X15 və X8 tərəfindən imzalanmışdır. Aktın yekununda X8 tərəfindən torpağın X11 təhvil verildiyi və alıcı tərəfindən də alındığı qeyd edilmişdir. Akt Qazbinə bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. Birdəfəlik bağışlama olsa da, X1 pulla 500 min (beş yüz min- 50 şirvan) manat pul vermişdir. İki il sonra isə X2 arvadı Cavabdeh2 yanına gələrək, Dövlət Aktının 435 V və 435 W planşetlərində qalan 0.25 ha torpağı da almasını istəmişdir. X26 ilə 11 avqust 2004-cü il tarixdə Qazbinə bələdiyyəsinə getmişlər. X23 bələdiyyəsində izahat yazaraq, torpağı daimi olaraq X11 verdiyini qeyd etmişdir. Qazbinə bələdiyyəsinin sədri izahatı bələdiyyənin möhürü ilə təsdiq etmişdir. Bundan sonra Cavabdeh2 Qazbinə bələdiyyəsinə də ərizə ilə müraciət edərək (11.08.2004-cü il tarixdə) 0.25 ha torpağı daimi olaraq X10 verdiyini həm öz adından, həm də ailə üzvlərinin adından verdiyini təsdiq etmişdir. O, Qazbinə bələdiyyəsinin sədri Murtuzəli Əmətovun iştirakı ilə Cavabdeh2 köhnə pulla 350 min manat (35 şirvan) pul vermişdir. Eyni zamanda Cavabdeh1 halhazırda Bakı şəhərində işləyir. 2020-ci ilin yanvar ayında rayona gəlmişdi. Atasının xəstə olduğunu, onun yanına gəldiyini demişdir. Məhkəməyə verib torpağın alqı satqısını başa çatdırmalarını bildirmişdir. Həm də atası Nürəddin də ona 0.74 ha pay torpağının alqı satqısını yekunlaşdırmasını dediyini qeyd etmişdir. O və arvadı İddiaçı2 da Cavabdeh1 azçox narazılıq varsa, bildirməsini demişlər. Elşad bir az narazı olduğunu büruzə vermişdir. Arvadı İddiaçı2 torpaq alınıb satılmasında halallıq lazım olduğunu bildirmişdir. Ona görə də Cavabdeh1 2020-ci ilin yanvar ayında əlavə olaraq 550 manat pul da vermişlər. Onlara məhkəmə olanda özü gələcəyini bildirmişdir. İddia ərizəsinə əlavə edilən Qazbinə bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş, X8 tərəfindən yazılmış 2002-ci il 26 avqust tarixli izahatdan və həmin gün tərtib edilmiş Qazbinə bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş aktdan da bəlli olur ki, ilk növbədə 0.49 ha torpaq ailə başçısı və mülkiyyətçi olan X8 tərəfindən iddiaçılara ömürlük verilmiş, qalan 0.25 ha torpaq sahəsi də digər mülkiyyətçi olan Cavabdeh2 tərəfindən 11 avqust 2004-cü il tarixdə yazılmış və Qazbinə bələdiyyəsi tərəfindən təsdiq edilmiş izahat və ərizə əsasında onlara daimi olaraq digər mülkiyyətçilərin razılığı ilə verilmişdir. Ona görə də, Balakən Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(019)- 136/2021 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclaslarına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-435 seriyalı KOD 40108018 olan Torpağa Mülkiyyə Hüququna X32 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Balakən rayonu Mahamalar kəndində 0.74 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X3, Cavabdeh2, Cavabdeh5 Nurəddin qızının, Cavabdeh3 Nurəddin oğlunun, Cavabdeh1 və Cavabdeh4 Nurəddin qızının ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 26 avqust 2002-ci il tarixli aktdan görünür ki, həmin akt X14, X6, X22, İddiaçı2, X19, İddiaçı1 və X12 tərəfindən tərtib edilməklə, aktda X7 və ailəsinə verilmiş 435 saylı Dövlət Aktında olan 0,74 hektar torpaq sahəsinin birdəfəlik olaraq ömürlük İddiaçı1 bağışlanması göstərilmişdir. İddiaçı1 tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən 11.08.2004-cü il tarixli Cavabdeh2 adına olan izahatda ailələrinə düşən 435 saylı dövlət aktında 0.75 hektar torpaq payını birdəfəlik olaraq Qazbinə bələdiyyəsinin sədrinin iştirakı ilə İddiaçı1 bağışlaması qeyd edilmişdir. İddiaçı1 tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən 26.08.2002-ci il tarixli Aslanov N.-nin adına olan izahatda X4 onun ailəsinə düşən əmlak torpaq payının 435 saylı dövlət aktında olan 0.75 ha torpağı İddiaçı1 birdəfəlik bağışlaması göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən 12 avqust 2020-ci il tarixdə verilmiş 626 nömrəli ölüm haqqında akt qeydindən çıxarışdan görünür ki, X13 25 iyul 2020-ci ildə ölmüş, bu barədə ölüm haqqında 04 avqust 2020-ci il tarixli, 211 №-li akt qeydi tərtib olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları və tərəflərin izahatları əsasında araşdıraraq belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən göstərmişdir ki, iddiaçılar iddia ərizələrində 0.74 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbini qoymuş və bu tələbin əsaslandırıldığı hallar kimi 26 avqust 2002-ci il tarixdə X8 ilə alqı-satqı müqaviləsi bağlandığını və həmin vaxt İddiaçı1 tərəfindən X5 manatın köhnə məzənnəsi ilə 500 min manat verildiyini, həmçinin 11 avqust 20024-cü il tarixdə Nürəddin Aslanovun həyat yoldaşı Aslanova (Əliyeva) Maral Rüstəm qızı ilə alqısatqı müqaviləsi bağlanmaqla, Cavabdeh2 (Əliyevaya) manatın köhnə məzənnəsi ilə 350 min manat verildiyini, 2020-ci ilin yanvar ayında digər mülkiyyətçi Cavabdeh1 550 manat verildiyini, torpaq mülkiyyətçilərinin hər birinin öz payları üzərində sərəncam verdiyini; 0.74 ha torpaq sahəsindən Nürəddin Aslanovdan 0,49 ha, Cavabdeh2 (Əliyevadan) isə 0.25 ha torpaq sahəsinin alındığını göstərirlər. Lakin iddiaçılar 26 avqust 2002-ci il tarixdə 0.74 ha torpaq sahəsinə və ya onun 0.49 ha hissəsinə dair X8 ilə sadə yazılı formada alqı-satqı müqaviləsinin bağlandığını, həmçinin 11 avqust 2004-cü il tarixdə 0.74 ha torpaq sahəsinə və ya onun 0.25 ha hissəsinə dair Aslanova (Əliyeva) Maral Rüstəm qızı ilə sadə yazılı formada alqı-satqı müqaviləsinin bağlandığını, həmin müqavilədə torpaq sahəsinin alqısatqısı predmetinə aid müqavilə şərtlərinin və tərəflərin öhdəliklərinin göstərildiyini, müqavilə öhdəliklərinə əsasən iddiaçı tərəfindən torpağın satış pulu kimi müvafiq olaraq Nürəddin Aslanova manatın köhnə məzənnəsi ilə 500 min manatın və Cavabdeh2 (Əliyevaya) manatın köhnə məzənnəsi ilə 350 min manatın verildiyini, məhz Nürəddin Aslanovun və iddia ərizəsində göstərilən cavabdehlərin bu alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsindən yayınmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçı tərəfin üzərinə düşür. Mülki Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 335.2-ci maddəsinin və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən 22 mart 2006-cı il tarixli qərarının hazırki işdə tətbiq edilməsi üçün torpaq sahəsinin alqı-satqı müqaviləsi sadə yazılı formada bağlanmalı, həmin müqavilə (əqd) qanuna zidd olmamalı, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli, məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalıdır. Qanunun tələbinə əsasən də həmin sadə yazılı formada bağlanmış alqı-satqı müqaviləsində torpağın kim tərəfindən, harada və hansı qiymətə satılması, satıcının torpaq sahəsini alıcıya verməsi, alıcının isə müəyyənləşdirilmiş pul məbləğini satıcya ödəməsi şərtləri göstərilməlidir. Əks hal tərəflər arasında torpaq sahəsinin alqı-satqı müqaviləsinin (əqdinin) ümumiyyətlə bağlanmadığını göstərir ki, hazırki işdə də bu, baş vermişdir. Yəni tərəflər arasında 0.74 ha torpaq sahəsinin sadə yazılı formalı alqı-satqı müqaviləsi bağlanmamışdır. İş materialları ilə İddiaçı1 və İddiaçı2 ilə X8 və onun ailə üzvləri arasında 0.74 ha torpaq sahəsinin alqısatqısı və ya bağışlanması barədə hər hansı müqavilənin bağlanması müəyyən olunmur. Ona görə də hazırki işə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 335.2-ci maddəsində və İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında göstərilən şərtlər tətbiq edilə bilməz və iddia təmin oluna bilməz. İşə apellyasiya qaydasında yenidən baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sərgilədiyi bu hüquqi mövqe ilə razılaşır. Çünki, iddiaçının xahişi “əqdin etibarlı sayılması” tələbindən ibarət olduğundan həmin tələbin əsaslılığını yoxlamaq və bu tələbin təsdiqi kimi iddia ərizəsinə hüquqi cəhətdən qiymət verilməsi üçün öncə iddiaçının tələbinin özlüyündə əsaslandırılmış olması müəyyən edilməli, bunun üçün isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) əqdlərin etibarlılığına dair normalarına müraciət edilməlidir. Oxşar münasibətləri tənzimləyən “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, MM-in 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə əsasən MM-in 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması MM-in 335.2-ci maddəsinin tətbiqini istisna edir. Birinci halla bağlı yəni, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bunun üçün ilk öncə tərəflərin iradə ifadəsi olmalı və tərəflərin nəzərdə tutduqları əqd ən azından formal baxımdan da olsa artıq baqlanmış olmalıdır. İş materiallarından göründüyü kimi mübahisə yaranan zaman torpaq sahəsini özgəninkiləşdirmək imkanına malik olmuşlar. Belə olduğu halda iddiaçının buna real şərait olduğu halda notariat orqanına getmələrini təklif etməsi və cavabdehlərin isə bundan yayınmaları iş materialları ilə sübut edilmir. İkinci halla bağlı, yəni məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əksinə cavabdeh tərəfindən akta edilmiş imza özü özlüyündə təsdiq edir ki, əgər həqiqətəndə torpaq sahəsinin alqısatqısına dair tərəflərin nəzərdə tutduqları əqd bağlanmış olsaydı və bununla bağlı tərəflərin iradə ifadəsi mövcud olsaydı, o zaman həmin akta imza edən tərəflərin notariat kontorundan yayınmasını məhkəmə kollegiyası inandırıcı hesab etmir. Üçüncü halla bağlı, yəni, əqdin özünün qanuna zidd olmaması və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olunması ilə bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, bu hal qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, MM-in 647.1-ci maddəsi daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM-in 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Bundan başqa işdə olan 26 avqust 2002-ci il tarixli aktda X2 ailəsinə məxsus 0.74 ha torpaq sahəsini İddiaçı1 birdəfəlik bağışlaması, həmçinin 11 avqust 2004-cü il tarixli izahatda Aslanova (Əliyeva) Maral Rüstəm qızının 0.74 ha torpaq sahəsini birdəfəlik İddiaçı1 bağışlaması göstərilir. Bağışlama isə subyektlərinə, bağlanma şərtlərinə və hüquqi nəticələrinə görə alqı-satqı müqaviləsindən tamamilə fərqli bir institutdur və heç bir halda alqı-satqı müqaviləsini ehtiva edə və ya əvəz edə bilməz. Ona görə də, qanunverici bağışlama müqaviləsi ilə alqı-satqı müqaviləsini bir-birindən fərqləndirmiş və ayrı-ayrı qanun normalarında təsbit etmişdir. Digər tərəfdən, hətta 26 avqust 2002-ci il tarixdə torpaq sahəsinin iddiaçı tərəfə bağışlanması qəbul olunsa belə, onun özü qanuna zidd olmuşdur. Belə ki, tərtib edilən akt formasında həyata keçirilməsi ehtimal edilən həmin bağışlama qanunda nəzərdə tutulmuş forma və məzmun şərtlərinə əməl edilmiş müqavilə deyildir, qanunun tələblərinə uyğun deyildir, bütün mülkiyyətçilərin razılaşması ilə həyata keçirilməmişdir; bu zaman Nürəddin Aslanovun arvadı olan Aslanova (Əliyeva) Maral Rüstəm qızının və həmin vaxt yetkinlik yaşına çatmış qızı Cavabdeh5 (iş materiallarına əsasən həmin vaxt onun 22 yaşı olmuşdur) buna razılığı alınmamışdır. Bundan başqa, X2 digər torpaq mülkiyyətçilərinin razılığı olmadan həmin bağışlamanı həyata keçirməyə lazımi səlahiyyətləri olmamış və İddiaçı1 da bunu bilmişdir. Belə ki, Cuma Zeynalov birinci instansiya məhkəməsində verdiyi izahatında 0.74 ha torpaq sahəsinin X2 və onun ailə üzvlərinin mülkiyyətinə verildiyini bildiyini bildirmişdir və onun bunu 26 avqust 2020-ci il tarixdə bilməsi iş materialları ilə də təsdiq olunur. Bundan başqa, 26 avqust 2002-ci il tarixli aktda 0,74 ha torpaq sahəsinin bütövlükdə bağışlanması qeyd edilir. Belə olan halda Nürəddin Aslanovun guya həmin torpaq sahəsindən payını təşkil edən 0.49 ha torpaq sahəsini, Cavabdeh2 (Əliyevanın) isə payını təşkil edən 0.25 ha torpaq sahəsini bağışlaması və onların hər birinin öz payları üzərində sərəncam verməsi barədə iddiaçıların göstərdikləri heç bir hüquqi və faktoloji əsasa malik deyildir və işdəki sübutlarla tam təkzib olunur. Belə ki, iş materiallarından görünür ki, 0.74 ha torpaq sahəsi Nürəddin Aslanovun və onun 5 ailə üzvünün ümumi birgə mülkiyyətinə verilmişdir, qanuna görə həmin mülkiyyətçilərin həmin 0.74 ha torpaq sahəsindəki payları bərabərdir və bu ümumi mülkiyyətdən həmin subyektlərdən heç birinin payı ayrılmamışdır. Ona görə də iddiaçı tərəfin guya 0.74 ha torpaq sahəsindən Nürəddin Aslanovun 0.49 ha və Cavabdeh2 (Əliyevanın) 0.25 ha olmaqla guya öz həmin torpaq payları üzərində sərəncam verməsi fikri tamamilə absurd və əsassızdır. Nürəddin Aslanovun imza etdiyi göstərilən akt və Cavabdeh2 (Əliyevanın) izahatı sözügedən ehtimal edilən əqdin qanunauyğun bağlanması və həmin vaxt qüvvədə olan Mülki Məcəlləsinin 335.2-ci maddəsi və Konstitusiüya Məhkəməsi Plenumunun istinad olunan 22 mart 2006-cı il tarixli qərarının şərtlərinə uyğun olması barədə nə forma, nə də məzmun cəhətdən hüquqi əsas vermir. Digər torpaq mülkiyyətçilərinin razılığı olmadan Nürəddin Aslanovun 0.74 ha torpaq sahəsini İddiaçı1 ehtimal edilən bağışlaması qanunazidddir, ona görə də aktla bağlanması ehtimal edilən bağışlamanın alqı-satqı müqaviləsi və ya digər formada və ya ad altında etibarlı saylıması üçün heç bir faktoloji və hüquqi əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.) . Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (MM-in 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (MM-in 178-ci maddəsi). Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nigahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı üzrə həyata keçirilə bilər. İşin tədqiq olunan hallarından göründüyü kimi mübahisə predmetini təşkil edən torpaq sahəsi daşınmaz əmlakdır və mülki qanunvericiliyin tələblərinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarial qaydada təsdiqlənməlidir (MM-in 144.1-ci maddəsi). Başqa sözlə, bu tipli mübahisələrdə işin halları şifahi izahat və yaxud şahid ifadələri, bələdiyyə sədrinin aktı tərtib etməsi yolu ilə deyil, notarial qaydada təsdiq olunmuş sübutlarla təsdiq oluna bilər. Daha öncə qeyd edildiyi kimi mübahisələndirilən müqaviləni notarial qaydada bağlmaq üçün real imkan olduğu halda iddiaçı tərəfindən notarial qaydada bağlanmamışdır. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). MM-in 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür MM-in 648.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı- satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçı həmin torpaq sahəsini hansı məbləğə almasına dair dəlil əlavə etməmiş, alqı-satqı müqaviləsi bağlandığı halda isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş hər hansı pul məbləğini (qiyməti) ödəməsinə dair də sübutunu əlavə etməmişdir. Bu da onu göstərir ki, əqdə onun mövcudluğu prizmasından yanaşsaq belə iddiaçı müqavilə üzrə ödəməli olduğu məbləğin cavabdehlərə ödəmənsi öz təsdiqini tapmır. Belə olan halda, iddiaçının müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirməsi, başqa sözlə əqdi tamamilə icra etməsi barədə iş materiallarında hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Eyni norma Azərbaycan Respublikası Mülki Məcəlləsində də nəzərdə tutulmuşdur. MM-in 152.1 və 152.5-ci maddələrinin ümumi məzmununa görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. MM-in 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Yenə də həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qanunvericinin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bununla da, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd edilən maddi hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır. Apellyasiya şikayətində şərh olunan hallar qətnamənin ləğvi üçün əsas deyildir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(019)-136/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və MPM-in 372, 384, 392, 403- 405-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(019)-136/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar