Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-864/2024 02.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X7 ibarət tərkibdə, X22 qızının katibliyi, tərcüməçi qismində iştirak edən X8, İddiaçı və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2(046)- 119/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ilə mərhum X19 arasında 2014-cü ildən işgüzar münasibətlər yaranmışdır. İddiaçı şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət edərək, 54 ton xammal spirtin verilməsi vədi ilə Vaqif Məmmədovun 112.000 ABŞ dollarını ələ keçirməsini, bu səbəbdən sonuncu barəsində cinayət işi başlanmasını xahiş etmişdir. İddiaçının şikayəti əsasında o, zərərçəkmiş şəxs qismində tanınmış, ifadəsi alınmış, şikayət ərizəsində göstərdiyi xüsusatlar üzrə araşdırma aparılmış, Vaqif Məmmədovun ifadəsi yerində yoxlanılmış, iddiaçının göstərdikləri sübuta yetirilmədiyindən cinayət işi üzrə icraata sonuncuya münasibətdə xitam verilmişdir. X19 15 dekabr 2020-ci ildə vəfat etmişdir. X10 vərəsələri Cavabdeh2(arvadı) və Cavabdeh1dur(oğlu). Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və iddia tələbinin artırılması barədə(iddia ərizəsinə əlavə) ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X10 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh1 tərəflərindən qəbul edilmiş miras payından onun xeyrinə 103.185,88 ABŞ dolları əsas borcun, 43.448,54 ABŞ dolları faiz borcu, 2.000 manat mənəvi ziyan, ödənilmiş 541,31 manat dövlət rüsumu və göstərilmiş hüquqi xidmətə görə 500 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mərhum X10 kreditorudur. Belə ki, bibisi oğlu Manaşir Sosunov (Manaşir İxiloviç) Rusiya Federasiyasından xammal tədarükü görür. Adətən buradan həmin zavoda xammal spirti göndərilir və orada emal olunmaqla satışa buraxılır. Təxminən 2007-ci ildən Vaqif Mammədovu tanıyır. Belə ki, onunla bibisi oğlu Manaşir Sosunov vasitəsi ilə tanış olmuşdur. X28 Məmmədovla xammal verməsi ilə razılaşmışlar. Vaqif Məmmədov həmin vaxt “Göyçay konyak” zavodunun direktoru olmuşdur. X31 müəyyən müddətdən sonra xammalı Rusiya Federasiyasına göndərməmişdir. Buna görə də, 2008-ci il tarixdə Manaşir Sosunov Bakı şəhərinə gəlmiş və aralarında müəyyən problemlər olduğundan X28 Məmmədovu məhkəməyə vermiş, bundan sonra X17 Sosunov arasında biznes əlaqələri kəsilmişdir. 2014-cü ildə X27 Sosunovla görüşərək, yeni biznes əlaqələri qurmaq üçün müqavilə bağlamış, 28 may 2014-cü il tarixində 295.580 ABŞ dolları “Göyçay konyak” zavodunun hesabına bank vasitəsi ilə köçürmüşdür. Həmin ərəfələrdə Manaşir Sosunov tez-tez Bakı şəhərinə gəlib Vaqif Məmmədovla görüşmüş, həmin görüşlərdə o da iştirak etmişdir. Həmin ilin iyun ayında Vaqif Məmmədovla görüşüb söhbət edərkən Vaqif Məmmədov ona təklif etmişdir ki, hazırda əlində xammal hazırlamaq üçün pul olmadığından Manaşir Sosunova xammal göndərə bilmir, ona pul veriləcəyi halda zavodda Manaşir Sosunova göndərmək üçün xammal hazırlayacaq və həmin xammalı Manaşir Sosunova sataraq hər vaqonda 15-20 min ABŞ dolları aralığında gəlir əldə edəcək. Şifahi razlaşmaya əsasən, Vaqif Məmmədova 112.000 ABŞ dolları məbləğində nağd pul vermişdir. Vaqif Məmmədov demişdir ki, bir müddətdən sonra xammal zavodda hazır olacaq və vaqona yükləyib Manaşir Sosunova göndərəcək. Nəhayət, Vaqif Məmmədov zavodda, ona aid olan 54 ton konyak spirti hazır etmiş və bununla bağlı ona sertifikat da vermişdir. Həmin ilin iyul ayında Rusiyadan gələn texnoloqlarla birlikdə Vaqif Məmmədovun idarə etdiyi “Göyçay konyak” zavoduna getmişlər. Texnoloqlar çənlərdə olan 54 ton xammalı bəyənib onların ağızlarını plomblamışlar. Vaqif Məmmədov həmin şəxslərin yanında da bildirmişdir ki, vaqondakı spirt ona məxsusdur, yaxın vaxtlarda vaqona yükləyib Manaşir Sosunova göndərəcək. X31 malı göndərməmişdir. Hazırlanmış xammalı Vaqif Məmmədovdan ala bilməmişdir. Dəfələrlə Göyçay rayonuna getmiş, lakin onu zavoda buraxmamışlar. Vaqif Məmmədovun mobil telefonuna dəfələrlə zəng etməsinə baxmayaraq, telefon zənglərinə cavab verməmiş və onunla görüşə gəlməmişdir. 112.000 ABŞ dollarını Vaqif Məmmədov ələ keçirərək dələduzluq etmiş və nəticədə pulunu qaytarmamışdır. Bununla əlaqədar olaraq, 2016-cı ilin noyabr ayında Bakı şəhəri Sabunçu rayon prokurorluğuna müraciət etmişdir. Sabunçu rayon prokuroru Ceyhun Şirinov tərəfindən 28 noyabr 2016-ci il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. İddiaçı cinayət işi üzrə 25 dekabr 2016-cı il tarixində zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, “Göyçay konyak” ATSC zavodunun direktoru X19 “X29” QSC-nin sədri X15 məxsus zavoda şərab və konyak emalı üçün xammal tədarük etmək adı ilə etibardan sui-istifadə etməklə ayrı-ayrı (2007-ci il tarixindən 2014-cü il tarixinədək olan müddət) vaxtlarda 500.000 ABŞ dolları pul vəsaitini əvəzsiz olaraq öz mülkiyyətinə keçirərək Manaşir Sosunova külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Uzun müddət axtarışda olan Vaqif Məmmədov tutularaq 48 saat ərzində Sabunçu rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə gətirilmiş, törətdiyi cinayət əməlini etiraf etmişdir. Vaqif Məmmədov ifadə verərkən bildirmişdir ki, 112.000 ABŞ dolları dəyərində konyak spirti Göyçay rayonundakı zavodunda yerləşir. Sabunçu RPİ İŞ-nin müstəntiqi, polis mayoru Abbas Hüseynov tərəfindən Göyçay rayonunda, Konyak zavoduna baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Orada olan spirtdən nümunə götürülmüş, X10 ifadəsi yerində yoxlanılmaqla, protokol tərtib edilmiş, fotoşəkilləri çəkilmişdir. Cinayət işinin istintaqı zamanı ona məxsus 54 ton spirt zavodunda imiş. Vaqif Məmmədov ifadə verərkən, yaxın vaxtlarda spirti satıb, pulunu ona qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən 27 iyul 2018-ci il tarixində X13 Azərbaycan Respublikası CM-in 195.2-ci maddəsi ilə ittiham elan olunmuş və iş üzrə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. 27 avqust 2018-ci il tarixində onunla Vaqif Məmmədov arasında üzləşdirmə keçirilmiş, sonuncu ona borclu olduğunu etiraf etmişdir. Üzləşdirmə zamanı Vaqif Məmmədov zavodda maddi problemlər yarandığı üçün spirti satdığını və ona borclu olduğu pulu qaytarmadığını bildirmişdir. Vaqif Məmmədov üzləşdirmə zamanı ona borclu olduğu 112.000 ABŞ dollarını qısa müddət ərzində qaytaracağına söz vermişdir. 30 avqust 2018-ci il tarixində Manaşir Sosunov Bakıya gəlmiş və Vaqif Məmmədovla üzləşmişdir. Vaqif Məmmədov üzləşmə zamanı Manaşir Sosunovdan üzr istəmiş və borcunu etiraf etmişdir. İstintaq zamanı 30 avqust 2018-ci il tarixli qərarla X18 zərərçəkmiş şəxs qismində tanınmışdır. Vaqif Məmmədov istintaq zamanı İstintaq Təcridxanasından onunla dəfələrlə telefonla əlaqə saxlamış, İstintaq Təcridxanasında onunla görüşməsini xahiş etmişdir. X16 Təcridxanasında görüş zamanı o, xahiş etmişdir ki, Manaşir Sosunovla birlikdə ondan şikayətçi olmasın. Şikayətçi olmadıqları halda, azadlığa çıxan kimi onun 112.000 ABŞ dollarını, eləcə də Manaşir Sosunova borclu olduğu pulu qaytaracaq. X20 pul əvəzinə alternativ Göyçay şəhərindəki Konyak Zavoduna məxsus 62.561 m2 torpaq sahəsini, eləcə də araq doldurulması və satışı ilə məşğul olan “EMİL-1” firmasını təklif etmişdir. Vaqif Məmmədovun təklifi onu qane etmədiyi üçün qəbul etməmişdir. Vaqif Məmmədov yenidən xahiş etmişdir ki, bibisi oğlu Sosunovla birlikdə ona qarşı humanist davransınlar. Manaşir Sosunovla əlaqə saxlayaraq ona Vaqif Məmmədovun xahişini çatdırmış, X23 bağlı artıq hüquq-mühafizə orqanlarına şikayət etməyəcəyini, ancaq Vaqif Məmmədov istintaq təcridxanasından çıxarkən, ona yaranmış borcu ödəməyə başlamasını bildirdirmişdir. Bundan sonra, Vaqif Məmmədovla əlaqə saxlayaraq Manaşir Sosunovun və öz qərarını açıqlamış, ondan bir daha şikayətçi olmayacaqlarını, amma həbsxanadan çıxan kimi onlara borclu olduğu pulu tam qaytaracağını söyləmişdir. Vaqif Məmmədov ona kişi sözü vermişdir ki, həbsdən çıxan kimi pulu qaytaracaq. Vaqif Məmmədov azadlığa çıxandan sonra, ona xx.xx.2019-cu il tarixində 1.200 manat, xx.xx.2019-cu il tarixində 1.300 manat, xx.xx.2019-cu il tarixində 3.000 manat, xx.xx.2019-cu il tarixində 2.000 manat, xx.xx.2019-cu il tarixində 1.500 manat, xx.xx.2019-cu il tarixində 2.000 manat və xx.xx.2019-cu il tarixdə 2.000 manat ödəmişdir. Vaqif Məmmədov ona ümumilikdə yalnız 14.984 manat, yəni 8.814,12 ABŞ dolları pul qaytarmışdır. Vaqif Məmmədovun onun qarşısında öhdəliklərinin yerinə yetirilmə müddəti çoxdan başa çatmış, lakin bu günə kimi Vaqif Məmmədov 112.000 ABŞ dollarını ona tam qaytarmamışdır. Vaqif Məmmədov onunla əlaqə saxlayaraq, “COVİD-19” pandemiyasına görə maddi çətinliklə üzləşdiyini, borclu olduğu pulu qaytara bilmədiyini, üzr istəyib pulu qaytarmaq üçün ona vaxt verməsini xahiş etmişdir. Danışıqlarından bir müddət sonra, Vaqif Məmmədov ölmüşdür. Vaqif Məmmədovun qalan borcu 103.185,88 ABŞ dolları təşkil edir. Vaqif Məmmədovun ölümü ilə bağlı öhdəliklərini yerinə yetirməməsi bu iddia ilə məhkəməyə müraciət etməsi üçün əsas olmuşdur. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(046)- 119/2023 nömrəli iş üzrə qəbul etdiyi 20 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən məhkəməyə Mülki Məcəllənin 405-ci maddəsinin tələblərinə uyğun olan müqavilə təqdim olunmamışdır. Yəni 112.000 ABŞ dollarının ödənilməsi ilə bağlı mərhum Vaqif Məmmədovun hər hansı öhdəliyinin olmasını təsdiq edən müqavilə olmamışdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 72, 60-ci maddələri, “İnsan Hüquqlarının və X9 Haqqında” Konvensiyanın 6 və 13-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 739.1, 740, 442-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeyə, MPM-in 14.1, 4.2, 77.1, 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilir ki, məhkəmə iddia tələbini rədd edərkən gəldiyi nəticəni əsaslandırarkən qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən bir neçə dəfə ləğv edilmiş, işin obyektiv və hərtərəfli araşdırılması üçün yazılı göstərişlər verilmiş, göstərişdə müstəntiq qarşısında qoyulmuş tələblər üzrə əlavə araşdırma aparılmış, iddiaçının göstərdikləri sübuta yetirilmədiyindən, yəni Vaqif Məmmədovun 54 ton xammal spirtin verilməsi vədi ilə iddiaçıdan 112.000 ABŞ dolları alması təsdiqini tapmadığından,cinayət işi üzrə icraata yenidən xitam verilmişdir. Halbuki Azərbaycan Respublikasının Baş Prokuroruyanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 25 oktyabr 2018-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarın nəticə hissəsində 3-cü bənddə iddiaçıdan və Manaşır Sosunovdan spirt istehsalı üçün pul alınması epizodları üzrə Vaqif Məmmədovun barəsində icraata xitam verilmiş və iddiaçıya pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması barədə məlumat verilmişdir. Həmin qərarın təsviri hissəsində də şahidlərin ifadələri ilə iddiaçının tələbinin əsaslı olması sübuta yetir. Məhkəmə qeyd edilən qərarı yanlış izah edərək qərara obyektiv qiymət verməmişdir. Cinayət işinin materiallarınan görə X19 ilə birgə işləyən X5 və X24 hüquq-mühafizə orqanlarında ifadə verirlər ki, iddiaçı 54 ton həcmində konyak spirti istehsalı üçün X2 miqdarda pul vermişdir. Onlar həmçinin "X33" ASC-də yerləşən 54 ton həcmli konyak spirtinin iddiaçının mülkiyyəti olduğunu və iddiaçıya məxsus olduğunu da təsdiq edirlər(cinayət işinin materiallarından sənədlərin surətləri əlavə olunur). X19 barəsində Bakı şəhəri, Sabunçu rayon prokurorluğunda cinayət işi başlandıqdan sonra X19 əməlini etiraf edərək bildirib ki, iddiaçıya məxsus konyak spirti “X33" ASC-də yerləşir. Məhz buna görə də müstəntiq Abbas Hüseynov "X33" ASC-yə gedərək iddiaçıya məxsus 54 ton həcmində konyak spirtinin zavodda olmasına əmin olub və orada olan spirtdən nümunə götürülərək müayinə olunması üçün labaratoriyadan arayış alınmış, X10 ifadəsi yerində yoxlanılmaqla protokol tərtib edilərək fotoşəkilləri çəkilmişdir. Buna əsaslanaraq X11 cinayət işi cinayət xarakterli olmadığı üçün icraata xitam verilib, (arayış, protokol, qərar, fotoşəkillərinin surətləri əlavə olunur). Ancaq bir müddət sonra iddiaçı dəfələrlə öz konyak spirtı üçün "X33" ASC-yə gedəndə Məmmədov Vaqif ondan gizlənməyə başlamış və heç kim iddiaçını zavoda buraxmamışdır. X5 iddiaçıya bildirmişdir ki, X19 iddiaçıya məxsus olan spirti satıb və pulu özü üçün mənimsəyib. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1237/2023 nömrəli iş üzrə 16 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(046)-119/2023 nömrəli qətnaməsi ləğv dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə yarana bilər. İddiaçı ilə Vaqif Məmmədov arasında öhdəlik hüquq münasibətinin yaranması üçün iddiaçı ilə cavabdeh arasında müqavilə mövcud olmayıb. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə aid hissəsinə düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən məbləğdə, yəni 112.000 dollar pulun Vaqif Məmmədova verildiyini bildirsə də buna dair hər hansı bir sübut növü təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başalnmasının rədd edilməsi barədə qərarların surətindən görünür ki, Vaqif Məmmədov iddiaçıdan 112.000 (yüz on iki min) ABŞ dolları almasını etiraf etməmiş, eyni zamanda Vaqif Məmmədov iddiaçıdan aldığı 112.000 (yüz on iki min) ABŞ dollarının hamısını qısa müddətdə qaytaracağına dair hər hansı bir söz verməmişdir. Digər tərəfdən kollegiya qeyd etməyi lazım bilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni cinayət işinin başalanmasının rədd edilməsi barədə qərar sübut kimi qiymətləndirilə bilməz. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və mülki işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonrakassasiya instansiyası məhkəməsi) 2(102)-1081/2024 nömrəli iş üzrə 18 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər – Ə.Xıdırov (sədrlik edən və məruzəçi), E.Şamayev və E.Vəliyeva) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başalanmasının rədd edilməsi barədə qərarların surətindən görünür ki, Vaqif Məmmədov iddiaçıdan 112.000 (yüz on iki min) ABŞ dolları almasını etiraf etməmiş, eyni zamanda Vaqif Məmmədov iddiaçıdan aldığı 112.000 (yüz on iki min) ABŞ dollarının hamısını qısa müddətdə qaytaracağına dair hər hansı bir söz verməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar sübut kimi qiymətləndirilə bilməz. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərilənlərlə razılaşmır. Belə ki, əvvəla, iş materiallarında göstərilən məlumatları ehtiva edən “cinayət işinin başlanmasının rədd edilməsi” barədə hər hansı qərar mövcud deyil.İkinci olaraq ibtidai istintaq və təhqiqat orqanlarında aparılan cinayət təqibi materiallarının, o cümlədən qərarların sübut qismində qiymətləndirilə bilməyəcəyinə dair hər hansı prosessual hüquq norması mövcud deyil. Azərbaycan Respublikasının MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu norma məhkəmə üçün məcburi qüvvəyə malik olmayan qərar və sənədlərin sübut qismində qiymətləndirilməsini istisna etmir. Azərbaycan Respublikasının MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş “İfadənin yerində yoxlanılması barədə” 21 fevral 2018-ci il tarixli protokolun surətinə əsasən X19 “Göyçay konyak” ATSC-də İddiaçı aid olan 54 ton spirtin zavodda olmasını və həmin spirtlərin Dmitriy tərəfindən götürülməsi üçün dəfələrlə onunla söhbətlər aparılmasını göstərmişdir. Protokola əsasən Məmmədov Vaqif spirt olan yeri göstərmiş, həmin yerdə çənlərin və həmin çənlərdə də spirtin olması müəyyən edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərilən sübuta hüquqi qiymət verilməmişdir. Eləcə də, iş materiallarında olan Göyçay Rayon Məhkəməsinin İddiaçı “Göyçay Konyak” ATSC-yə qarşı vərəsəlik əmlakına tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə 21 oktyabr 2021-ci il tarixli, 2(046)-1436/2021 nömrəli qətnaməsinin surətinə əsasən işə hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə baxılmışdır. Həmin qətnamədə qeyd edilmişdir ki, məhkəmə iclasında əldə edilən mötəbər sübutlarla müəyyən edildi ki, İddiaçıiç mərhum Vaqif Məmmədovla qohumu X12 vasitəsi ilə ildə tanış olmuş, bu tanışlıq onların biznes əlaqələrinin qurulmasına zəmin yaratmışdır. Belə ki, Vaqif Məmmədov iddiaçıya təklif etmişdir ki, ona pul verəcəyi halda rəhbərlik etdiyi “X33” ATSC-də konyak hazırlanması üçün xammal istehsal edib qohumu Manaşir Sosunova satacaq, hər vaqon üçün ona 15.000-20.000 manat məbləğində xeyir verəcək. İddiaçıiç Vaqif Məmmədovurn təklifini qəbul etmiş, 2014-cü ilin yay aylarında sonuncuya 112.000 (yüz on iki min) ABŞ dolları vermişdir. Lakin tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. Şifahi razılaşma əsasında Vaqif Məmmədova verilən pulun qaytarılması müddəti müəyyən edilməmiş, yalnız hər vaqon üçün iddiaçıya çatası məbləğlə bağlı razılaşma olmuşdur. Vaqif Məmmədov vəd verdiyi kimi İddiaçıiçdən aldığı pulun müqabilində hazırlanması üçün 54 ton spirt istehsal etsə də, lakin həmin spirti və yaxud həmin spirtin satışından əldə olunan vəsaiti, həmçinin aldığı 112.000 (yüz on iki min) ABŞ dollarını İddiaçıiçə qaytarmamışdır. Bunu görə İddiaçıiç Vaqif Məmmədov barəsində hüquq mühafizə orqanlarına şikayət etmiş, onun və digər şəxsin şikayəti əsasında Azərbaycan Respublikası CM-in müxtəlif maddələri ilə cinayət işi başlanmış, barəsində həbs qətimkan tədbiri seçilmiş, iddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Vaqif Məmmədov həbsdən azad olunacağı halda 112.000 ( yüz on iki min) ABŞ dollarını iddiaçıya ödəyəcəyinə söz versə də, X31 həbsdən çıxdıqdan sonra xx.xx.2019-cu il tarixdə 1.200 manat, xx.xx.2019- cu il tarixdə 13.00 manat, xx.xx.2019-cu il tarixdə 3.000 manat, xx.xx.2019-cu il tarixdə 2.000 manat, xx.xx.2019-cu il tarixdə 1.500 manat, xx.xx.2019-cu il tarixdə 2.000 manat və xx.xx.2019-cu il tarixdə 2.000 manatümumilikdə 12.984 (on iki min doqquz yüz səksən dörd) yəni 7.638 (yeddi min altı yüz otuz səkkiz) ABŞ dolları ödəmiş, qalan vəsaiti vəfat etdiyi üçün ödəyə bilməmişdir. Hazırki işə də Göyçay Rayon Məhkəməsində hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə baxılmış və 20 aprel 2023-cü il tarixli 2-2(046)-119/2023 nömrəli qətnamə qəbul edilmişdir.Həmin qətnamədə qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405-ci maddəsinin tələblərinə uyğun olan müqavilə təqdim olunmamışdır. Yəni, başqa sözlə desək iddiaçı qarşısında 112.000 ABŞ dollarının ödənilməsi ilə bağlı mərhum Vaqif Məmmədovun hər hansı öhdəliyinin olmasını təsdiq edən müqavilə olmamışdır.Həmçinin qətnamədə qeyd edilmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. İşdən məlum olur ki, Göyçay Rayon Məhkəməsinin İddiaçı “Göyçay Konyak” ATSC-yə qarşı vərəsəlik əmlakına tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə 21 oktyabr 2021-ci il tarixli, 2(046)-1436/2021 nömrəli qətnaməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti qaydalarını əməl olunmamasına görə ləğv edilmişdir. Buna baxmayaraq göstərilən hər iki işə birinci instansiya məhkəməsində eyni hakimin sədrliyi ilə baxılaraq birinci iş üzrə göstərilən qətnamədə mötəbər sübutlarla Vaqif Məmmədovun iddiaçıya ona pul verəcəyi halda rəhbərlik etdiyi “X33” ATSC-də konyak hazırlanması üçün xammal istehsal edib qohumu Manaşir Sosunova satacağının, hər vaqon üçün ona 15.000-20.000 manat məbləğində xeyir verəcəyini təklif etdiyinin, İddiaçıiçin Vaqif Məmmədovun təklifini qəbul etdiyinin, 2014-cü ilin yay aylarında sonuncuya 112.000 (yüz on iki min) ABŞ dolları verdiyinin, Vaqif Məmmədov həbsdən azad olunacağı halda 112.000 ( yüz on iki min) ABŞ dollarını iddiaçıya ödəyəcəyinə söz versə də, X31 həbsdən çıxdıqdan sonra xx.xx.2019-cu il tarixdə 1.200 manat, xx.xx.2019-cu il tarixdə 13.00 manat, 19.07,2019-cu il tarixdə 3.000 manat, xx.xx.2019-cu il tarixdə 2.000 manat, xx.xx.2019-cu il tarixdə 1.500 manat, xx.xx.2019-cu il tarixdə 2.000 manat və xx.xx.2019cu il tarixdə 2.000 manat-ümumilikdə 12.984 (on iki min doqquz yüz səksən dörd) yəni 7.638 (yeddi min altı yüz otuz səkkiz) ABŞ dolları ödədiyinin, qalan vəsaiti vəfat etdiyi üçün ödəyə bilmədiyinin müəyyən edildiyi halda, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsində isə iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutların məhkəməyə təqdim edilməməsi qənaətinə gəlməsinin səbəblərini araşdırıb hüquqi qiymət verməli olduğu halda, apellyasiya instansiyası məhkəməsi belə araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. Göründüyü kimi apellyasiya instansiya məhkəməsinin araşdırması Azərbaycan Respublikasının MPM-in 14-cü maddəsində nəzərdə tutulmuş “işin hərtərəfli, tam və obyektiv tədqiqi” prinsipinin tələblərinə tam cavab vermir. Həmçinin apellyasiya instansiyası məhkəməsinin sübutlara qiymət verməsi də Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə cavab vermir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında iddia tələbinin əsassız olduğunu, sübuta yetirilmədiyini bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktının əsaslılığı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər və sair. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 1306.1. vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli Qərarı “... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır..” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının mövqeyindən görünür ki, o, mərhum Vaqif Məmmədova 54 ton spirtin istehsal olunaraq satılması barədə tapşırıq vermiş, bu tapşırığın yerinə yetirilməsi üçün isə sonuncuya 112.000 ABŞ dolları məbləğində pul vermişdir. X21 verilən tapşırığı icra etməmiş, 54 ton spirti satmamış, nə də ki 112.000 ABŞ dolları pulu iddiaçıya qaytarmamışdır. İddianı əsassız hesab edən Rayon Məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405-ci maddəsinin tələblərinə uyğun olan müqavilə təqdim olunmamışdır. Yəni, başqa sözlə desək iddiaçı qarşısında 112.000 ABŞ dollarının ödənilməsi ilə bağlı mərhum Vaqif Məmmədovun hər hansı öhdəliyinin olmasını təsdiq edən müqavilə olmamışdır. Məhkəmə, hesab edir ki, Rayon Məhkəməsi iş üzrə gəldiyi həmin nəticə səhvdir. Belə ki, Məhkəmə tərəfindən tələb edilərək öyrənilmiş ********* nömrəli cinayət işi üzrə Vaqif Məmmədov istintaq orqanına verdiyi ifadəsində (cinayət işi 4-cü cild, səh.171- 175)göstərmişdir ki, əvvəllər Rusiya Federasiyasına Dimitrinin qohumu Sosunov adlı şəxsə istehsal etdiyi konyak spirti satmışdır. Lakin sonradan bu münasibətlərə son qoyulmuşdur. 2014-cü ilin əvvəllərində X1 danışaraq ona yenidən spirtin satılması ilə bağlı danışmış, daha sonra o, iddiaçı və Faiq ilə birlikdə Rusiya Federasiyasına getmiş və bir neçə müqavilə bağlamışlar. O, Faiqin sifarişi ilə Sosunova satılması üçün konyak spirti istehsal etmiş və yenə də Faiqin tapşırığı ilə istehsal etdiyi həmin spirtin 54 tonunu Dimitri üçün ayırmışdır. Lakin Dimitriyə ayrılmış 54 ton spirt satılmamış və zavodda qalmışdır. Bunlarla yanaşı Vaqif Məmmədov həmin ifadəsində Dmitridən 112.000 ABŞ dolları aldığını inkar etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş X6 ifadəsində(cinayət işi 4-cü cild, səh.256- 260) göstərmişdir ki, o, Vaqif Məmmədov və Faiq Cəfərovla birgə biznes fəaliyyəti ilə məşğul olmuşlar. Onda olan məlumata Dimitri spirtin istehsalı və satılması üçün Vaqif Məmmədov və Faiq Cəfərova külli miqdarda pul vermişdir. Verilən pulun məbləği barədə məlumatsız olsa da, həmin məbləğin 1 vaqon spirtin dəyərini təşkil etdiyini bilmişdir. Hətta Dimitri üçün 54 ton spirt istehsal olunmuş və zavodda saxlanılmışdır. Lakin sonradan həmin spirtin zavadda olmadığını görmüş və bu barədə Dmitriyə məlumat vermişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş X24 ifadəsində (cinayət işi 9-cu cild, səh.4- 8)göstərmişdir ki, Dimitrinin spirt istehsalı üçün X33na pul köçürdüyünü, lakin bunun müqabilində Dmitriyə nə pulunun, nə də ki spirtin verildiyini etiraf edir. “İfadənin yerində yoxlanılması barədə” 21 fevral 2018-ci il tarixli protokola və ona əlavə edilmiş fotoşəkillərə (cinayət işi 4-cü cild, səh.289-292) əsasən müəyyən edilir ki, X19 “Göyçay konyak” ATSC-də Yaqubov Dimitriyə aid olan 54 ton spirtin zavodda olmasını və həmin spirtin Dimitriy tərəfindən götürülməsi üçün dəfələrlə onunla söhbətlər aparılmasını göstərmişdir. Protokola əsasən Məmmədov Vaqif spirt olan yeri göstərmiş, həmin yerdə çənlərin və həmin çənlərdə də spirtin olması müəyyən edilmişdir. Cinayət işinin materiallarından(cinayət işi 9-cu cild, səh.65-76) görünür ki, 25 oktyabr 2018-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla spirt istehsalı üçün pulun alınması barədə iddiaçıya aid epizod üzrə cinayət işi üzrə icraata xitam verilmişdir. İşdə olan sənədlərdən və tərəflərin məhkəmələrə bildirdiklərinlən məlum olur ki, Vaqif Məmmədov tərəfindən(onun adından X25) iddiaçıya xx.xx.2019-cu il tarixdə 1.984 manat, xx.xx.2019-cu il tarixdə 1.200 manat, xx.xx.2019-cu il tarixdə 1.300 manat, xx.xx.2019-cu il tarixdə 3.000 manat, xx.xx.2019-cu il tarixdə 2.000 manat, xx.xx.2019-cu il tarixdə 1.500 manat, xx.xx.2019-cu il tarixdə 2.000 manat və xx.xx.2019-cu il tarixdə 2.000 manat ümumilikdə 14.984 yəni 8814,12 ABŞ dolları məbləğində ödənişlər etmişdir. X4 Rayon Polis Şöbəsində verdiyi ifadəsində göstərmişdir ki, o, Vaqif Məmmədovun direktoru olduğu X33nda 2018-ci ilədək direktorun sürücüsü işləmişdir. Sürücülükdən çıxdıqdan sonra isə zavodun həyətində fəaliyyət göstərən çayxananı işlətmişdir. Həmin vaxtlar Vaqif Məmmədovun tapşırığı ilə onun verdiyi pulları poçtdan göndərmişdir. Lakin həmin pulun hansı məqsədlə göndərildiyini və kimə göndərildiyini Vaqif Məmmədov özü bilirdi. İşin araşdırılan həmin hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən mərhum Vaqif Məmmədova spirt istehsal olunaraq satılması barədə tapşırıq verilmiş, bununla bağlı o, sonuncuya 112.000 ABŞ dolları məbləğində pul ödəmişdir. X21 verilən tapşırığı lazımınca icra etməmiş, spirti istehsal etsə də, onu satmamış, həm iddiaçının ödədiyi 112.000 ABŞ dolları məbləğində pulu qaytarmamış, həm də istehsal olunmuş spirti iddiaçıya verməmişdir. Lakin həbsdən azad olunduqdan sonra iddiaçıya müxtəlif tarixlərdə ümumilikdə 14.984 manat (8814,12 ABŞ dolları) məbləğində pul qaytarmışdır. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçıya aid pulun mərhum Vaqif Məmmədovda qalan məbləği 103.185,88 ABŞ dolları təşkil edir. Məhkəmə hesab edir ki, həmin məbləğ mərhumun vərəsələri, hazırki iş üzrə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının iddiası 112.000 ABŞ dolları məbləğində pulun qaytarılması hissəsində qismən əsaslıdır və 103.185,88 ABŞ dolları həddə təmin edilməlidir. Lakin Rayon Məhkəməsi bu tələbi tam həcmdə təmin etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri bu hissədə qismən əsaslıdır. Bununla yanaşı Məhkəmə hesab edir ki, iddiaçının iddiası faiz borcuna görə 43.448,54 ABŞ dolları, mənəvi zərərin əvəzi olaraq 2.000 manat məbləğində pulun tutulması hissəsində əsassızdır, Rayon Məhkəməsi həmin tələbləri təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı 43.448,54 ABŞ dolları faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borclarının məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehlərdən 43.448,54 ABŞ dolları məbləğində pul tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır. Məhkəmə, mənəvi ziyanın əvəzinin ödənilməsi barədə iddiaçının tələbi ilə bağlı bildirir ki, “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına görə, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarına görə, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların X3” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, hazırki mülki mübahisə üzrə sübut etmə vəzifəsi iddiaçının üzərinə düşdüyündən, o, öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı ona cavabdehlər tərəfindən mənəvi ziyan vurulduğunu sübuta yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın vurulması hissəsində sübuta yetmədiyindən Rayon Məhkəməsi iddianı həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayəti həmin hissədə əsaslı deyil. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. İşə baxmış Rayon Məhkəməsi iddianı tam həcmdə təmin etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Məhkəmə MPM-in 119.1-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 500 manatı və vəkil xidməti üçün iddiaçı tərəfindən ödənilmiş 500 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutan, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 aprel 2023-cü il tarixli qətnaməsi qismən, “Cavabdeh2 və Cavabdeh1 103.185,88 ABŞ dolları əsas borcun tutulması” tələbinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 103.185,88 ABŞ dolları məbləğində pul ödəniş gününə azərbaycan manatı ilə tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 500 manatı və vəkil xidməti üçün ödənilmiş 500 manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-864/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-864/2024
02.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver