Məhkəmə qərarları › İş №2(107)-881/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-881/2020

16.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-881/2020 16.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X5 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dаir qarşılıqlı iddia ərizəsi üzrə çıxarılmış İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-41/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh mənəvi zərərin əvəzi kimi 10.000 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı 3.000 manat maddi, 14.000 manat mənəvi zərərin əvəzi kimi – cəmi 17.000 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-41/2020 nömrəli (hakim R.Şirinov) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 10.000 manat mənəvi zərər tələbinə dair iddiasının rədd edilməsi, Cavabdeh İddiaçı qarşı 3.000 manat maddi, 14.000 manat mənəvi zərər olmaqla, cəmi 17.000 manat tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxx 1997-ci ildə rəsmi nikahla ailə qurmuş və birgə nikahlarından xx xxxx 1999-cu ildə Aleksandr və xx xxxx 2002-ci ildə Yelena adlı iki övladları olmuşdur. Aralarındakı nikah İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli 2(037)261/2008 nömrəli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından doğulmuş uşaqlar azyaşlı olduqlarından Cavabdeh yanında saxlanılmış, uşaqların maddi təminatı üçün sonuncunun xeyrinə minimum əmək haqqının 1/3-i miqdarında aliment müəyyən edilmişdir. Cavabdeh bununla kifayətlənməyərək 2012-ci ildə alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2(037)-292/2012 nömrəli qətnaməsi ilə aliment artırılaraq hər bir uşağa sabit pul məbləği ilə 25 manat olmaqla, cəmi 50 manat məbləğində təyin edilmişdir. Lakin o, həmin məbləğdə alimenti ödəyə bilmədiyindən, yaşadığı və işlədiyi İsmayıllı rayon İvanovka kəndinin aid olduğu Nikitin adına kolxozda 30-40 manat aylıq əmək haqqı ödənildiyi bir şəraitdə alimeti ödəyə bilmədiyindən işləmək üçün Rusiya Federasiyasına getmişdir. O, bir neçə il orada qalsa da istəyinə çata bilmədiyindən geri qayıtmışdır. Lakin o, Rusiyada olduğu və lazım olan məbləğdə pul qazana bilməməyinə baxmayaraq gücü çatdığı qədər alimenti ödəməyə çalışmışdır. Buna baxmayaraq, onun müəyyən məbləğdə aliment borcu yaranmışdır. Bununla da kifayətlənməyən Cavabdeh 2015-ci ildə alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(037)-581/2015 nömrəli qətnaməsi ilə aliment artırılaraq hər bir uşağa sabit pul məbləği ilə 50 manat olmaqla, cəmi 100 manat məbləğində təyin edilmişdir. Cavabdeh yenidən 2019- cu ildə onun barəsində İsmayıllı Rayon Məhkəməsinə, İsmayıllı Rayon İcra və Probasiya şöbəsinə əsassız və qərəzli şikayətlər etmiş, nəticədə İsmayıllı Rayon İcra və Probasiya şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikasl İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş açılaraq İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. O, qohumlarından borc götürərək aliment borcunun bir hissəsini ödədiyindən İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 3(037)- 307/2019 nömrəli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Lakin Cavabdeh bununla razılaşmayaraq qərardan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 3(107)-213/2019 nömrəli qərarı ilə sonuncunun apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 3(037)-307/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda Cavabdeh tələbinə əsasən İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2015ci il tarixli 2(037)-581/2015 və xx xxxxxx 2019-cu il tarixli 2(037)-654/2019 nömrəli qətnamələri ilə müəyyən edilmiş aliment artırılaraq sabit pul məbləği ilə bir uşağa 110 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh uşaqlarının və kənddə hər kəsin yanında guya onun rüşvət verib qəbul olunan qərarları həmişə öz xeyrinə həll elətdirdiyini danışmışdır. Bununla da Cavabdeh həm onun şərəf və ləyaqətini alçaltmış, həm də məhkəmənin çıxardığı qanuni qərar və qətnamələri şübhə altına almışdır. Cavabdeh ona qarşı qərəzli mövqe tutaraq mütəmadi iddia qaldırmaqla, onu əsassız olaraq rüşvət verməkdə ittiham edərək şərəf və ləyaqətini yaxın qohumlar, kənd sakinləri və doğma uşaqlarının yanında alçaltmışdır. Ona vurulmuş mənəvi zərəri 10.000 manat məbləğində qiymətləndirir. Cavabdeh ona qarşı qarşılıqlı iddiası əsassız olmaqla, hər hansı sübuta söykənmir. Ona görə də Cavabdeh mənəvi zərərin əvəzi kimi 10.000 manat alınaraq ona verilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla özünün iddia tələbinin təmin edilməsini, Cavabdeh qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh özünün qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı iddiası əsassız, qərəzli və yalan iddialardır. O, heç vaxt uşaqlarının və kənddə yaşayan insanların yanında İddiaçı şərəf və ləyaqətini alçaldan hərəkətlər etməmişdir. Əksinə olaraq, İddiaçı onu təhqir edərək, haqqında böhtan xarakterli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı mütəmadi olaraq onun şərəf və ləyaqətini alçaldaraq təhqir etmiş, hər dəfə alimentin artırılmasından, həyətyanı torpaq sahəsi və evin bölünməsindən ötrü rüşvət verməkdə günahlandırmışdır. İddiaçı ona qarşı qərəzli mövqe tutaraq əsassız olaraq sonuncunun şərəf və ləyaqətini alçaltması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ona və uşaqlarına qarşı qanunsuz, qərəzli hərəkətləri və məhkəməyə verdiyi əsassız iddiası nəticəsində özü və qızı Prokofyeva Yelena sarsıntılar keçirərək xəstəliyə düçar olmuşdur. Nəticədə külli miqdarda maddi və mənəvi zərərə düşmüşlər. Hal-hazırda müalicələri davam edir. Onlara vurulmuş maddi zərəri 3.000 manat, mənəvi zərəri isə 14.000 manat məbləğində qiymətləndirirlər. Ona görə də İddiaçı 3.000 manat maddi, 14.000 manat mənəvi zərərin əvəzi kimi – cəmi 17.000 manat alınaraq ona verilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla özünün qarşılıqlı iddia tələbinin təmin edilməsini, İddiaçı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunmasına və qarşılıqlı iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasını yenə də təxirə salınmasını, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh isə onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəfləin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli 2(037)-261/2008 nömrəli qətnaməsinin sürətindən görünür ki, X1 İddiaçı qarşı nikahın pozulmasına dair iddia tələbi təmin edilərək X3 ilə İddiaçı arasında xx xxxx 1997-ci ildə bağlanmış və İsmayıllı RİHB-nin İƏB üzrə nümayəndəliyində 9 sayla qeydə alınmış nikah pozulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2(037)-292/2012 nömrəli qətnaməsinin sürətindən görünür ki, X1 İddiaçı qarşı nikahın aliment miqdarının artırılmasına dair iddia tələbi ilə aliment artırılaraq hər bir uşağa sabit pul məbləği ilə 25 manat olmaqla, cəmi 50 manat məbləğində təyin edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-654/2019 nömrəli qətnaməsinin sürətindən görünür ki, X1 İddiaçı qarşı nikahın aliment miqdarının artırılmasına dair iddia tələbi ilə aliment artırılaraq bir uşağa 110 manat məbləğində müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 3(037)-307/2019 nömrəli qərarının sürətindən görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli 3(107)-213/2019 nömrəli qərarının sürətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 3(037)-307/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İsmayıllı rayon Uşaq Poliklinikasının xx xxxxxx 2019-cu il tarixli 273 nömrəli arayışından görünür ki, X2 xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi “nevrasteniya, astenanevrativ vəziyyət, vegetativ distaniya” diaqnozu ilə ambulator müalicədə olmuşdur. İsmayıllı rayon Mərkəzi Xəstəxanasının xx xxxxxx 2019-cu il tarixli 1429 nömrəli arayışından görünür ki, Cavabdeh həkim kardioloqun müayinəsində olmuş və ona “neyrosirkulyartor distoniya kardial tip” diaqnozu qoyulmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə təq-dim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə ala-raq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdı-rıl-masına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və X6 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir... Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır... Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu sözügedən Qərarında həmçinin izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun... Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mülki Prosessuаl Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Eyni zamanda, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh (qarşılıqlı iddiaçı) arasında uzun müddətdir ki, ailə məişət zəmnində narazılıq var. Hazırki iddiaların da məğzi məhz həmin narazılıqlardan irəli gəlmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qərəzli mövqe tutaraq ona qarşı mütəmadi iddia qaldırmaqla, onu əsassız olaraq rüşvət verməkdə ittiham edərək onun şərəf və ləyaqətini yaxın qohumlar, kənd sakinləri və doğma uşaqlarının yanında alçaltmasını, 10.000 manat mənəvi zərər dəydiyini bildirsə də həmin faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmin faktlar məhkəmə iclasında da təsdiq edilməmişdir. Cavabdeh İddiaçı mütəmadi olaraq hər dəfə alimentin artırılması, həyətyanı torpaq sahəsi və evin bölünməsinə görə onun şərəf və ləyaqətini alçaldaraq təhqir etdiyini, 3.000 manat maddi, 14.000 manat mənəvi zərər dəydiyini bildirsə də həmin faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırki iş üzrə, iddia tələbinin faktiki halları qanuni əsasların şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçün heç bir hüquqi əsas yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Nikolayeva tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-41/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar