Məhkəmə qərarları › İş №2(107)-885/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-885/2023

15.08.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-885/2023 15.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Rafael oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X9rşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 Xidməti Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Rafael oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X9rşı “əmək haqqı” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(051)-72/2022 nömrəli qətnaməsindən cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X14i tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçılarla bağlanmış əmək müqavilələrinə xx.xx.2020-ci il tarixli Əlavələrin 1-ci bəndinə əsasən, işçilərlə bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndinə edilmiş dəyişikliyə əsasən işçilərin taarif maaşı müəyyən edilmiş və əmək haqqına əlavənin İcbari Tibbi Sığorta üzrə X7 heyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X12 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na müvafiq olaraq ödənilməsi qərara alınmışdır. Həmin Əlavələrin 3-cü bəndində göstərilmişdir ki, bu əlavələr müvafiq dəyişikliklərin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasından sonra qüvvəyə minir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən müəyyən olunur ki, iddiaçılarla bağlanmış əmək müqavilələrinə xx.xx.2020-ci il tarixli əlavələr 2020-ci ilin avqust ayında elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıların hər birinə 2020-ci ilin yanvar ayından 2020-ci ilin sentyabr ayı ərzində ödənilməmiş 5.000 (beş min) manat vəsaitin cavabdehdən alınıb iddiaçılara ödənilməsi, 01 mart 2020-ci il tarixdən isə aylıq vəzifə maaşlarının 4 misli miqdarında, İddiaçı1 10.000 (on min) manat, İddiaçı2 10.000 (on min) manat, İddiaçı3 10.000(on min) manat, X3 10.000 (on min) manat, İddiaçı5 10.000 (on min) manat, İddiaçı6 15.000 (on beş min) manat, İddiaçı7 15.000 (on beş min) manat, İddiaçı8 10.000 (on min) manat, İddiaçı9 15.000 (on beş min) manat və İddiaçı10 15.000 (on beş min) manat miqdarında əlavənin cavabdehdən alınıb ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar tələblərini belə əsaslandırmışdırlar ki, 07 yanvar 2020-ci il tarixdə cavabdehlə onların hər biri ilə ayrılıqda əmək müqaviləsinə əlavə imzalanmış və müqavilənin 4.1-ci bəndinə əsasən işçinin tarif maaşı müəyyən olunmuş, əmək haqqına əlavə isə İcbari Tibbi Sığorta üzrə X7 Heyətinin 21 yanvar 2020-ci il tarixli 2 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi X12 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi” Qaydasına müvafiq olaraq təyin edilmişdir. Əmək müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən bu əlavə 07 yanvar 2020-ci il tarixində müvafiq dəyişikliklərin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasından sonra qüvvəyə mindiyi nəzərdə tutulmuşdur. Həmin qaydalara uyğun bağlanmış əmək müqaviləsinə əlavələr elektron informasiya sisteminə daxil edilməmiş, qaydalara uyğun əmək haqqının ödənilməsi təmin edilməmişdir. Halbuki həmin Qaydanın 4-cü bəndinə əsasən səhiyyə işçisinin əmək haqqına tarif maaşında əlavə, əmək şəraitinə görə əlavə, həvəsləndirici əlavə və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş həvəsləndirici əlavələr daxil edilmişdir. Qaydaların 17.4-cü bəndinə əsasən təcili və təxirəsalınmaz tibbi yardım stansiyaların rəhbərlərinin, həkimlərinin, tibb işçilərinin və sürücülərin aylıq vəzifə maaşlarına həvəsləndirici əlavənin cədvəli müəyyən edilmişdir. Həmin əlavələrdə gecə növbəsi işləyən işçilərə əlavə əmək haqqının verilməsi də nəzərdə tutulmuşdur. Ancaq cavabdeh işəgötürən onların bu hüquqlarını təmin etməmiş əmək haqqına qaydalarla nəzərdə tutulan əlavələrin verilməsini təmin etməmişdir. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli Sərəncamı da onlara münasibətdə icra olunmamış və əmək haqqıları artırılmamışdır. Sərəncama əsasən Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilmişdir. Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinə həvalə olunmuşdur. 25 mart 2020-ci il tarixdə 112 saylı “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarina müddətli əlavənin müəyyən edilməsi barədə” Qərar qəbul edilmişdir. Qərarın 1.2-ci bəndinə əsasən təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X1 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının dörd misli məbləğində əmək haqlarına müddətli əlavənin məbləği müəyyən edilmişdir. 01 mart 2020-ci ildən hazırki müddətə qədər onlara həmin əlavə də verilməmişdir. Nazirlər Kabinetinin həmin qərarında tibb işçiləri nəzərdə tutulsa da, 21 yanvar 2020-ci il tarixdə qəbul edilmiş qaydalarda sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavələr də nəzərdə tutulmuşdur. Sürücülər sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitində xəstələrə xidmət göstərmişlər. İşəgötürən isə onların hüquqlarını pozaraq Prezidentin Sərəncamı və Nazirlər Kabinetinin qərarına zidd olaraq cəmi bir briqadanı növbəliyə salınmasını göstərməklə xəstələrin sayını gizlətmiş və onlara göstərmiş olduqları xidmətə görə yüksək əmək haqqı almaqlarını əngəlləmişdir. Halbuki pandemiyanın yüksək olduğu vaxtlarda heç kəs müraciət edənin hansı xəstəlikdən əziyyət çəkməsini bilmədən ona yardım göstərirdi. Həmçinin Sərəncamda və Nazirlər Kabinetinin qərarında konkret olaraq göstərilmişdir: yeni növ koronovirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə təcili tibbi yardım xidməti göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı yuxarı instansiya orqanlara şikayətlər vermişlər. X8 isə işəgötürənin əməlində inzibati xəta müəyyən edərək protokol tərtib etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizədə buna əsas kimi, iddiaçıların qanuni mənafelərinin pozulmasından ən pis halda 2020-ci ilin fevral ayında məlumatlı olmaları və həmin müddətdən 1 il keçdikdən sonra məhkəməyə müraciət edilməsi göstərilmişdir. İddiaçıların əmək müfəttişliyinə kollektiv şəkildə ünvanladığı xx.xx.2020-ci il tarixli məktub da iddia müddətinin keçdiyini təsdiq edir. Həmçinin Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 saylı qərarının icrasına 2020-ci ilin mart ayından başlanılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – Şəhər Məhkəməsi) 2(051)- 72/2022 nömrəli iş üzrə 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddia tələbi qismən təmin edilmiş, 21 yanvar 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilmiş əmək haqqı məbləği, həmin vaxt qüvvədə olan əmək müqaviləsinə əsasən iddiaçılar İddiaçı1 692 manat, İddiaçı2 692 manat, İddiaçı3 692 manat, İddiaçı4 Rafael oğluna 664 manat, İddiaçı5 692 manat, İddiaçı6 1080 manat, İddiaçı7 1080 manat, İddiaçı8 692 manat, İddiaçı9 1080 manat və İddiaçı10 1080 manat məbləğində müəyyən edilmiş tarif (vəzifə) maaşları əsasında cavabdeh Mingəçevir şəhər X4 Hüquqi Şəxs tərəfindən “Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyi” X12 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydası”na uyğun olaraq, iddiaçıların hər birinə münasibətdə yenidən hesablanması və hesablanmış əmək haqqı məbləği ilə faktiki ödənilmiş əmək haqqı məbləği arasında yaranmış müsbət fərqin, iddiaçıların hər birinə münasibətdə ayrılıqda ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəhər Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh Mingəçevir şəhər X4 Hüquqi Şəxsin direktorunun “Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında” əmrləri əsasında iddiaçılar xx.xx.2020-ci il tarixdən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmişlər. Belə ki, Mingəçevir şəhərində yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma sayı aşağı səviyyədə (mart ayında 2, aprel ayında 11, may ayında 21 nəfərdə yoluxma halı) olduğundan, həmçinin digər xəstəliklərlə bağlı gündəlik çağrışların sayının 100-120 arası olması və gün ərzində 6 briqadanın növbəyə çıxması nəzərə alınaraq, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə gündəlik, bir nəfər həkim, bir nəfər tibb bacısı və sürücü olmaqla cəmi 3 nəfər tərkibdən ibarət bir briqada cəlb edilmişdir. Həmin briqadaya iddiaçılar növbəlik əsasında cəlb edildiklərindən, onlara müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən hesablanıb ödənilmişdir. İddiaçılarla cavabdeh arasında 07 yanvar 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əlavələrdə 21 yanvar 2020-ci il tarixdə qəbul edilmiş normativ akta istinad edilmişdir. Bu da həmin müqaviləyə əlavələrin əslində 07 yanvar 2020-ci il tarixdə deyil, xx.xx.2020-ci il tarixdən sonra bağlandığını dəlalət edir. Həmçinin, iş materiallarında olan əmək müqaviləsi bildirişləri isə dövlət reyestrinə xx.xx.2020-ci il tarixdə yerləşdirilsə də, iddiaçılara əmək haqqı xx.xx.2021-ci il tarixdən əmək müqaviləsinə əlavələr üzrə hesablanmışdır. Halbuki həmin əlavələr məhz xx.xx.2020-ci il tarixdə qüvvəyə minmişdir. Belə olan halda iddiaçıların hüquqları xx.xx.2020-ci il tarixədək davam etmişdir. Bundan əlavə iddiaçılar tərəfindən kollektiv şəkildə xx.xx.2020-ci il tarixdə X8 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinə müraciət edilsə də, şöbə tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçılara əmək haqqlarının hesablanması və ödənilməsində Mingəçevir Şəhər X4 hüquqi şəxsin qanun pozuntusuna yol verdiyi ilə bağlı məlumat məktubu göndərilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçıların hüquqlarının pozulduğu xx.xx.2020-ci il tarixdə aşkar edildiyindən, onların 2021-ci ilin iyun ayında məhkəməyə müraciətləri iddia müddəti daxilində olmuşdur. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, iddiaçıların əmək haqqı məbləğlərinin əvvəlki qaydada hesablanması, yeni qaydalara münasibətdə iddiaçıların xeyrinə müsbət fərqin yaranması ilə nəticələnir. Bu da işçilərin pozulmuş əmək hüquqlarının bərpa edilməsini ehtiva edir. Ona görə də işəgötürən tərəfindən yol verilmiş qanun pozuntusu aradan qaldırılmalı və iddiaçılara həmin vaxt qüvvədə olan əmək müqaviləsində müəyyən edilmiş məbləğdə əmək haqqı hesablanmalıdır. Məhkəmə iddia tələbinin 01 mart 2020-ci il tarixdən aylıq vəzifə maaşlarının 4 misli miqdarında iddiaçılara müddətli əlavənin verilməsi hissəsini ilə bağlı qeyd etmişdir ki, idda tələbi həmin hissədə əsaslı deyildir. Şəhər Məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəllənin 147.1, 147.4, 154.1, 156.1, 288 və 296-cı maddələrinə, İcbari Tibbi Sığorta üzrə X7 heyətinin xx.xx.2020-ci il tarixli, 2 nömrəli qərarına, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Qərarına istinad etməklə əsaslandırmışdır. İddiaçılar İddiaçı2, İddiaçı6 və İddiaçı8 istisna olmaqla iş üzrə digər iddiaçılar birgə, cavabdeh isə ayrıca həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1270/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), M.Əsədli və Ə.Məcidov) аpellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İddiaçılar İddiaçı1, İddiaçı4 Rafael oğlu, İddiaçı5, İddiaçı7, İddiaçı9 və İddiaçı10 birgə, cavabdeh isə ayrıca həmin qətnamədən kassasiya şikayəti vermişlər. Kassasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1622/2023 saylı iş üzrə 08 may 2023-cü il tarixli qərarı ilə (V.Məmmədov – sədrlik edən və məruzəçi, hakimlər Z.Əliyev, A.Abbasov) Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 1270/2022 nömrəli iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi iddia qismən təmin edilən hissədə ləğv edilməsi, işin eyni hissədə yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X12 kassasiya şikayətinin qismən təmin edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı4 Rafael oğlu, İddiaçı5, İddiaçı7, İddiaçı9 və İddiaçı10 kassasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin kassasiya şikayəti məhkəmənin mübahisəyə iddia müddətini tətbiq etməməsi barədə dəlilinə aid hissədə apellyasiya şikayətinin müvafiq dəlilini təkrarlamışdır. Bu hal ondan irəli gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində də irəli sürdüyü bu dəlilə heç bir münasibət bildirməmiş, hüquqi qiymət verməmiş, dəlillə razılaşdığını yaxud razılaşmadığını öz aktında əsaslandırmamışdır. Halbuki bu Qərarda istinad olunan Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin plenumlarının qərarlarında göstərilmişdir ki, yuxarı instansiya məhkəməsi aşağı instansiya məhkəməsinin qətnaməsindən şikayətə baxdıqda qəbul etdiyi aktda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidir. Cavabdehin kassasiya şikayətinin əmək müqaviləsinə dəyişikliklər (əlavələrin) edilməsinə dair dəlilinə isə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır. Eyni qaydada, iddiaçıların da kassasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə də razılaşır. İşə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən işin faktiki və hüquqi halları dəyərləndirilməklə, apellyasiya şikayətinin mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə dəlilinə qiymət verilməli, şikayətdə qeyd edilən hallara aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Apellyasiya baxışının hədləri İş materiallarından görünür ki, işə baxmış Şəhər Məhkəməsi iddiaçıların iddiasını qismən təmin etmişdir. Həmin qətnamə ilə razılaşmayan iş üzrə iddiaçılar birgə, cavabdeh X14 isə ayrıca apellyasiya şikayəti vermişlər. Hər iki apellyasiya şikayətinə əsasən işə baxmış Şəki Apelyasiya Məhkəməsi, apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsində də iddiaçılar birgə, cavabdeh X14 isə ayrıca kassasiya şikayəti vermişlər. Kassasiya şikayətlərinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi iş üzrə qəbul etdiyi qərarla iddiaçıların birgə verdikləri apellyasiya şikayətini təmin etməyərək, onların mübahisələndirdiyi hissədə, yəni iddianın rədd edilməsi hissəsində qətnaməni qüvvədə saxlamış, cavabdehin mübahisələndirdiyi hissədə, yəni iddianın təmin edilməsi hissəsində isə qətnaməni ləğv edərək, həmin hissədə işi yeni apellyasiya baxışına göndərmişdir. Odur ki, göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinin tələblərini nəzərə alan Məhkəmə qətnamənin yalnız cavabdeh tərəfin mübahisələndirdiyi hissəsinin (iddianın təmin edilməsi hissəsini) əsaslılığını yoxlayır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri İddiaçılar bu məsələ ilə bağlı bir çox yuxarı dövlət qurumlarına müraciət etmiş, bir qrup işçi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərinin, həmçinin Mingəçevir şəhər X4 hüquqi şəxsin qəbulunda olmuşlar. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli, 1947 saylı sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020- ci il tarixli, 112 saylı “Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarının 1.2-ci bəndinə əsasən təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibb Ekspertiza və X1 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun işçilərinə-aylıq vəzifə tarif maaşının 4 misli məbləğində, həmin qərarın 2-ci bəndində isə bu qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq, 2020-ci il martın 1-dən 2021-ci il iyunun 1dək ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçıların iddia etdikləri hal əslində NK nin qərarının 2-ci bəndində izah olunur. Koronovirus infeksiyası ilə mübarizəyə cəlb olunmuş TTYS işçilərinin iş vaxtına mütənasib olaraq müddətli əlavələr mütəmadi qaydada hesablanmış və qanunvericiliyə uyğun olaraq məcburi tutulmalar tutulduqdan sonra ödənilmişdir. Həmçinin iddiaçılar 2020-ci ilin yanvar ayı üçün olan əmək haqqlarını təsdiqlənmiş qaydalara uyğun almışlar. Bundan başqa hər bir vəzifə üzrə tarif maaşı məbləğində əlavə 2020-ci ilin yanvar ayından verilmişdir. Həmin əlavələr xx.xx.2020-ci il tarixdən İcbari Tibi Sığorta Ağentliyinin 2 nömrəli qərarı əsasında təyin edilmişdir. Əlavələr xx.xx.2020-ci il tarixdən verilir. İcbari Sıgortanın xx.xx.2020-ci il tarixli, 2 saylı qərarı ilə yalnız həkimlərə 200 manat həvəsləndirici pilot layihə müddətində verilmişdir. Belə olan halda Mingəçevir Şəhər Məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinin tələbləri pozulmuşdur. Həmin maddədə göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Bununla bağlı bildiririk ki, işə Mingəçevir Şəhər Məhkəməsində baxılan zaman, iddia tələbinə iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd olunması haqqında ərizə verilmişdir. Lakin Mingəçevir Şəhər Məhkəməsi iddia tələbinə iddia müddətini tətbiq etməmişdir. Hesab edirik ki, məhkəmə həmin hissə ilə bağlı səhv nəticəyə gəlmişdir. Halbuki hazırki iş üzrə iddia tələbinə iddia müddəti şamil olunmalıdır. Belə ki, cavabdehlər 2020-ci ilin fevral ayının 5-i əmək haqqılarını alan zaman, əmək haqqılarının azaldılmasından xəbərdar olmuşlar. Elə müddətin axımı da həmin vaxtdan hesablanmalıdır. Lakin iddiaçılar hazırki iddia tələbi ilə 2021-ci ilin iyun ayında məhkəməyə müraciət etmişlər. Belə olan halda iddiaçılar Qanunvericiliklə nəzərdə tutulmuş qaydada 1 illik iddia müddətini ötürmüşlər. Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsi hazırki tələblə bağlı iddia müdddətinin 1 il olduğunu qeyd etmişdir. Lakin işə baxan Mingəçevir Şəhər Məhkəməsi iddia tələbinə iddia müddətini tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçılar apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 Xidməti Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X6 mübahisənin qanuni şəkildə həll edilməsini Məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 288. Fərdi əmək mübahisələrinin predmeti Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; b) əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, apelyasiya baxışına aid hissədə iş materiallarını və cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəhər Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçılarla bağlanmış əmək müqavilələrinə olan xx.xx.2020-ci il tarixli əlavələrin 1-ci bəndindən görünür ki, işçilərlə bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndinə edilmiş dəyişikliyə əsasən işçilərin taarif maaşı müəyyən edilmiş və əmək haqqına əlavənin isə İcbari Tibbi Sığorta üzrə X7 heyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X12 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na müvafiq olaraq ödənilməsi qərara alınmışdır. İddiaçıların əmək haqlarının məbləği ilə bağlı əmək müqavilələrinə edilmiş dəyişikliyin bu barədə əmək müqaviləsi bildirişlərinin sistemə daxil edildikdən sonra qüvvəyə minməsi qərara alınmışdır. Tərəflərin məhkəmələrə verdikləri məlumatlardan və işdə olan sənədlərdən məlum olur ki, iddiaçıların əmək müqaviləsinə edilmiş dəyişikliyə uyğun iddiaçılara əmək haqqının hesablanması 2020-ci ilin yanvar ayından tətbiq edilməyə başlanmışdır. Göstərilənlərə əsasən işin faktiki halları kimi müəyyən edilir ki, iddiaçılarla cavabdeh Mingəçevir şəhər X4 Hüquqi Şəxs arasında bağlanmış 07 yanvar 2020-ci il tarixli əmək müqaviləsinə əlavələr 2020-ci ilin avqust ayında sistemə daxil edilməsinə və həmin tarixdə qüvvəyə minməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçıların əmək haqları 2020-ci ilin yanvar ayından həmin dəyişiklər nəzərə alınmaqla hesablanmış və ödənilmişdir. Göstərilən nöqsanlar baxımından cavabdeh X12 direktoru Könül Ələkbərovun barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Mingəçevir regional ərazi şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, lakin sonradan Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyinə görə onun inzibati məsuliyyətdən azad edilməsi ilə əlaqədar olaraq X8 Xidməti Mingəçevir regional ərazi şöbəsinin inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilmişdir. Göründüyü kimi cavabdeh X12 direktoru Könül Ələkbərovun barəsində qəbul edilmiş qərarın ləğv edilməsi işəgötürənin əməlində inzibati xəta tərkibi olmaması ilə deyil, inzibati məsuliyyətə cəlb etmə müddətin keçməsi ilə bağlı olmuşdur. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin X12 təqsirli hərəkətləri nəticəsində iddiaçıların hüquqlarının pozulması tam sübuta yetirilmişdir. İşin bu halı cavabdeh X12 özü tərəfindən də mübahisələndirilmir. Cavabdeh X12 mübahisələndirdiyi hal – hazırki iş üzrə iddia müddətinin tətbiq edilməli olmasıdır. Belə ki, hazırki işə Şəhər Məhkəməsində baxılması zamanı cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir. Ərizədə göstərilir ki, iddiaçılar hüquqlarının pozulduğunu, 2020-ci ilin fevral ayında, yanvar ayının əmək haqqısını alarkən bilmişlər. Lakin iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə 2022-ci lin iyun ayında müraciət etmişlər. Buna görə də apellyasiya baxışının predmeti olan hissədə iddia tələbi, iddia müddətinin keçməsinə gərə rədd edilməlidir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçılar əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürməmişlər. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Cavabdeh X12 nümayəndəsi izahatında bildirmişdir ki, əmək müqavilələrinə edilmiş əlavələrə uyğun olaraq yalnız əmək müqaviləsi bildirişlərinin sistemə daxil edilməsindən sonra iddiaçılara əmək haqlarının azalmış məbləğdə ödənilməsi nəzərdə tutulsa da, iddiaçılar artıq 2020-ci ilin fevral ayından azalmış məbləğdə əmək haqları almışlar. Yəni iddiaçılar 2020-ci iln fevral ayından hüquqlarının pozulduğunu bilirdilər. Bu səbəbdən də 1 illik iddia müddətinin axımı 2020-ci ilin fevral ayından başlamışdir. İddia müddətinin tətbiq edilməsi barədə cavabdehin təqdim etdiyi ərizənin bu dəlilinə münasibətdə Məhkəmə bildirir ki, həqiqətən də 2020-ci ilin fevral ayından iddiaçıların əmək haqları azalmış məbləğdə ödənilsə də, iddiaçıların bu halı həmin ilin yanvar ayında imzalamış əmək müqaviləsinə əlavə ilə əlaqələndirmələri iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, qarşılıqlı yazılı razılaşmaya görə, müqavilənin həmin yeni şərtinin icrasına əmək müqaviləsi bildirişləri sistemə daxil olduqdan sonra başlanacaqdır. Əmək müqaviləsi bildirişləri isə 2020-ci ilin avqust ayında sistemə daxil edilmişdir. Belə olan halda, iddiaçılara münasibətdə iddia müddətinin axımı da məhz 2020-ci ilin avqust ayından başlamış, iddiaçılar isə 2021-ci ilin iyun ayında iddia ərizəsini Şəhər Məhkəməsinə təqdim etmişlər. İddia müddətinin buraxılması ilə bağlı cavabdehin digər dəlili ondan ibarətdir ki, iddiaçılar xx.xx.2020-ci il tarixdə X5 ünvanladıqları şikayət ərizəsində işəgötürən tərəfindən əmək haqlarının düzgün hesablanmadığını göstərmişlər. Məhkəmə hesab edir ki, cavabdehin istinad etdiyi həmin şikayət ərizəsi də iddiaçılar tərəfindən iddia müddətinin buraxılmasına dəlalət etmir. Belə ki, sözügedən şikayətin məzmunundan göründüyü kimi, şikayətçilər işəgötürən tərəfindən əmək haqlarının düzgün hesablanmadığını göstərmiş, lakin bunu 2020-ci ilin yanvar ayında imzalanmış əmək müqavləsinə əlavə ilə əlaqələndirməmişlər. Bundan başqa, şikayət ərizəsindən görünür ki, həmin şikayəti iddiaçılardan yalnız İddiaçı9, Nazim Hüseynov və İddiaçı7 imzalamışdır, digər iddiaçıların adı və imzası şikayətdə yoxdur. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən pozulmuş hüquqlarının bərpa edilməsi üçün nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürməmişlər. Odur ki, Məhkəmə hesab edir ki, apellyasiya baxışının predmeti olan hissədə iddia əsaslıdır. Şəhər Məhkəməsi bu hissədə iddianı təmin etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 21 iyul 2022ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddia tələbinin qismən təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar