Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-89/2020 21.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X3 iclas katibliyi, iddiaçı «xxxxxxxxxx» QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «xxxxxxxxxx» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və həmin evlərin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-110/2019 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı xxxxxxxxxx QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 026R********** saylı kedit razılaşması üzrə 4942.84 ABŞ dolları əsas kredit borcunu, 668.17 ABŞ dolları faiz borcunu, 936.97 ABŞ dolları cərimə borcunu, cəmi 6547.98 ABŞ dolları və 026R********** saylı kedit razılaşması üzrə 23495.44 ABŞ dolları əsas kredit borcunu, 3015.25 ABŞ dolları faiz borcunu, 4199.88 ABŞ dolları cərimə borcunu, cəmi 30710.57 ABŞ dolları kredit borcunun, 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 20 manat dövlət rüsumunun, 42 manat xidmət haqqının tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Göyçay rayonu Kürd kəndində yerləşən 0.06 ha torpaq sahəsinə və Cavabdeh4 məxsus Göyçay şəhəri Atatürk küçəsi bina 52 mənzil 5-ə yönəldilməsi, həmin torpaq sahəsinin və mənzilin satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh4 həmin torpaq sahəsindən və mənzildən çıxarılması, torpaq sahəsinin və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-110/2019 nömrəli (hakim İ.Fəttahov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 026R********** saylı kedit razılaşması üzrə 4942.70 ABŞ dolları əsas borcu, 652.44 ABŞ dolları faiz borcu, 6.97 ABŞ dolları cərimə borcu, cəmi 5602.11 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi və 026R********** saylı kedit razılaşması üzrə 23465.46 ABŞ dolları əsas kredit borcu, 2953.99 ABŞ dolları faiz borcu, 39.88 ABŞ dolları cərimə borcu, cəmi 26459.33 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi, 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 20 manat dövlət rüsumu, 42 manat xidmət haqqı tutularaq xxxxxxxxxx QSC-nin xeyrinə verilməsi, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Göyçay rayonu Kürd kəndində yerləşən 0.06 ha torpaq sahəsinə və Cavabdeh4 məxsus Göyçay şəhəri Atatürk küçəsi bina 52/ 5 saylı mənzilə yönəldilməsi, həmin torpaq sahəsi və mənzil açıq hərracda satılması, əldə edilmiş vəsaitdən cavabdehin banka olan kredit borcunun ödənilməsi, ipoteka predmeti olan torpaq sahəsinin ilkin satış qiymətinin 12.000 manat, mənzilin ilkin satış qiymətinin 20.000 manat məbləğində müəyyən edilməsi və torpaq sahəsi və mənzil açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılsı təmin edilmiş, İddianın qalan hissədə təmin edilməsi, iş üzrə ekspertiza xərci olan 70 manat məbləğində pul iddiaçı xxxxxxxxxx QSCdən alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. işin faktiki halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2009-cu il tarixdə xxxxxxxxxx QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə illik 200000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2011-ci il tarixdə kredit xətti müqaviləsi 120 ay müddətinə uzadılmışdır. xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 2 faiz olmaqla 36 ay müddətinə 5500 ABŞ dolları və xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 1.8333 faiz olmaqla 53 ay müddətinə 24.600 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə xxxxxxxxxx QSC arasında xx.xx.2012-ci il tarixdə, Cavabdeh3 ilə xxxxxxxxxx QSC arasında xx.xx.2009-cu il tarixdə və Cavabdeh4 ilə xxxxxxxxxx QSC arasında xx.xx.2011-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kreditin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixdə və Cavabdeh4 arasında xx.xx.2011-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və Cavabdeh2 özünə məxsus Göyçay rayonu Kürd kəndində yerləşən 0.06 ha torpaq sahəsini və Cavabdeh4 özünə məxsus Göyçay şəhəri Atatürk küçəsi bina 52 mənzil 5-i ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, iddiaçıya hər iki kredit razılaşması üzrə cəmi 37258.55 ABŞ dolları kredit borcu qalmışdır. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərəkən 30 dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqı ödəmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Ona görə ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, qanunvericilik düzgün tətbiq edilməmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üçün əhəmiyyəti olan bütün faktiki halları sübut etməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki məhkəmə iddianı qismən təmin etməklə kreditorun maraqlarını əsas tutmuşdur. Bank ona və digər cavabdehlərə qarşı iddia verən zaman faiz məbləğini həddindən artıq çox hesablamışdır. Bundan başqa ipoteka predmetinə qoyulmuş qiymətlərlə də razı deyil, dəfələrlə qiymətləndiricinin qoyduğu qiymətə narazılığını bildirmişlər. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən «xxxxxxxxxx» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehin məqsədi bu cür şikayətlər verməklə işi süni şəkildə yubatmaqdır. Bundan əlavə göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertizalar keçirilmişdir. Hesab edir apelyasiya şikayəti əsassızdır, ona görə də Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-110/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfln iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunaraq, ipotekaya münasibətdə dəyişdirilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsindən görünür ki, «xxxxxxxxxx» QSC ilə Cavabdeh1 arasında 60 ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. xx.xx.2015-ci il tarixli kredit razılaşmasından görünür ki, “xxxxxxxxxx” QSC ilə Cavabdeh1 arasında aylıq 2 faiz olmaqla 36 ay müddətinə 5500 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. xx.xx.2015-ci il tarixli kredit razılaşmasından görünür ki, “xxxxxxxxxx” QSC ilə Cavabdeh1 arasında aylıq 1.8333 faiz olmaqla 53 ay müddətinə 24600 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. xx.xx.2012-ci il, xx.xx.2009-cu il və xx.xx.2011-ci il il tarixli zaminlik müqavilələrindən görünür ki, «xxxxxxxxxx» QSC ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, xxxxxxxxxx QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə ipoteka müqaviləsi bağlanmış, Cavabdeh2nın mülkiyyətində olan Göyçay rayonu Kürd kəndində yerləşən 0.06 ha torpaq sahəsini ipoteka ilə yüklü etmişdir. xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, xxxxxxxxxx QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 ilə ipoteka müqaviləsi bağlanmış, Cavabdeh4 mülkiyyətində olan Göyçay şəhəri Atatürk küçəsi bina 52 mənzil 5 ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Göyçay rayonu Kürd kəndində yerləşən 0.06 ha torpaq sahəsi iddiaçı xxxxxxxxxx QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus olan Göyçay şəhəri Atatürk küçəsi bina 52 mənzil 5 iddiaçı xxxxxxxxxx QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Bildirişlərdən görünür ki, tutmanin ipoteka predmetinə yönəldilməsi barədə ərizə Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş bildirişə əsasən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Apelyasiya icraatı zamanı “xxxxxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli, 1009/19 nömrəli rəyindən görünür ki, Cavabdeh2 məxsus Göyçay rayonu Kürd kəndində yerləşən 0.06 ha torpaq sahəsinin hаzırkı real bazar dəyəri 18100 manat və Cavabdeh4 özünə məxsus Göyçay şəhəri, Atatürk küçəsi bina 52,5 nömrəli mənzilinin hаzırkı real bazar dəyəri 31000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 443, 448, 470, 472 və 467-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə qismən razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsi ipoteka predmetinin hazırki bazar dəyəri ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin məzmununa görə, Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsinə və xx.xx.2015ci il tarixli kredit razılaşmasının yuxarıda qeyd olunmuş müddəaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh1 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddiaçının cavabdehlər (zaminlər) Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış zaminlik müqavilələri ilə müəyyən olunmuşdur ki, zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminlərə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən edilmişdir ki, zaminlər kredit raşılaşma müqaviləsi üzrə tərtib olunmuş ödəniş planı (ödəniş qrafiki) ilə tanış edilmiş və sonuncular ayrı-ayrılıqda imza etməklə ödəniş planı ilə tanış olduqlarını və etiraz etmədiklərini bildirmişlər Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər birinə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun, faizlərin və cərimənin müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Nəhayət məhkəmə kollegiyası hesab edir ki, zaminə Mülki Məcəllənin 475-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməlidir. Həmin maddəyə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bankla bağladıqları kredit və zaminlik müqaviləsinin şərtlərini lazımınca yerinə yetirmədiklərindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 739.1. maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan əvvəldə qeyd olunduğu kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 apelyasiya şikayətində iddia tələbində qeyd olunmuş ipotekanın qiymətini mübahisələndirmişdir. Apelyasiya icraatı zamanı ipotekanın hazırki real bazar dəyərinin yenidən qiymətləndirilməsi təyin edilmiş və qiymətləndirilməni aparılması “xxxxxxxxxx” MMC-yə həvalə edilmişdir. “xxxxxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli, 1009/19 nömrəli rəyindən görünür ki, Cavabdeh2 məxsus Göyçay rayonu Kürd kəndində yerləşən 0.06 ha torpaq sahəsinin hаzırkı real bazar dəyəri 18100 manat və Cavabdeh4 özünə məxsus Göyçay şəhəri, Atatürk küçəsi bina 52,5 nömrəli mənzilinin hаzırkı real bazar dəyəri 31000 manat müəyyən edilmişdir. Apelyasiya şikayətinin digər dəlilinə, yəni faiz borcunun yüksək qiymətləndirilməsinə gəldikdə isə kollegiya qeyd edir ki, cavabdehlər qətnamə ilə müəyyən olunmuş faiz borcunun tutulmasını mübahisələndirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə də müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən də görünür ki, əsas məbləğə faiz hesablanması məhz müqavilədə nəzərdə tutulmuşdur. Apelyasiya şikayətində faizin çox hesablandığı bildirilsə də apelyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmiş, şikayətini əsaslandırmamışlar. İşdə olan “xxxxxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli, 1009/19 nömrəli rəyindən görünür ki, aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 650 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qiymətləndirmənin dəyəri 650 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada alınaraq "xxxxxxxxxx" MMC-nin AZE12NBCB4006009AZN**********, VÖEN ********** hesabına ödənilməlidir. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətdə qeyd olunan dəlillər qətnamənin ipotekaya münasibətdə dəyişdirilməsinə səbəb olsa da, ümumilikdə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ekspert rəyinə uyğun olaraq əsas ipоtekа predmetinin ilkin sаtış qiymətinə münasibətdə dəyişdirilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanımalıdır. Çünki ipotekanın qoymələndirilməsi istisna olmaqla məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirmə üçün əsaslı olsa da ləğv olunması üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-110/2019 nömrəli qətnaməsi“ipoteka predmeti olan torpaq sahəsinin ilkin satış qiyməti 12.000 manat, mənzilin ilkin satış qiyməti 20.000 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Cavabdeh2 məxsus Göyçay rayonu Kürd kəndində yerləşən 0.06 ha torpaq sahəsinin hаzırkı real bazar dəyəri 18100 manat və Cavabdeh4 özünə məxsus Göyçay şəhəri, Atatürk küçəsi bina 52,5 nömrəli mənzilinin hаzırkı real bazar dəyəri 31000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərcləri cаvаbdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4nа аid edilsin və 650 mаnаt qiymətləndirmə tədqiqаtının dəyəri оnlardаn аlınаrаq "xxxxxxxxxx" MMC-nin AZE12NBCB4006009AZN**********, VÖEN ********** hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-89/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-89/2020
21.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver