Məhkəmə qərarları › İş №2(107)-89/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-89/2023

30.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-89/2023 30.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- subroqasiya qaydasında pul tələbi, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(051)-1716/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 1624,81 (min altı yüz iyirmi dörd manat səksən bir qəpik) manat məbləğində sığorta ödənişinin və 36,64 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1661,45 (min altı yüz altmış bir manat qırx beş qəpik) manat məbləğində pulun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Mingəçevir ş, Füzuli küçəsində “Honda CRV minik” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh tərəfindən idarə edilərək yol-nəqliyyat hadisəsi hadisəsi törədimiş və nəticədə "xxxx" ASC-də əmlak sığortası qaydasında sığortalanmış “Hyundai Elantra minik” markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Hadisə zamanı cavabdeh tərəfindən idarə edilən “Honda CRV minik” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşsında mülki məsuliyyəti “Azərbaycan Sənaye Sığorta” ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərər məbləği sığortaçının bir hadisə üzrə əmlaka dəymiş zərər üzrə öhdəlik həcmini keçdiyi üçün mütənasib qaydada 4850,19 manat hissəsi qeyd edilən sığorta şirkəti tərəfindən Cəmiyyətin hesabına ödənilmişdir. Qeyd olunanlara əsasən, "xxxx" ASC sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 6675,00 manat sığorta ödənişinin 200,00 manat azadolma məbləği və 4850,19 manat çıxmaqla 1624,81 manat məbləğini cavabdehdən tələb etmək hüququna sahib olmuşdur. Ona görə də Cavabdeh 1624,81 manat məbləğində verilmiş sığorta ödənişinin və 36,64 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(051)-1716/2022 saylı qətnaməsi ilə (hakim E.Cəbrayılzadə) iddia təmin edilmiş, Cavabdeh 1624,81 (min altı yüz iyirmi dörd manat səksən bir qəpik) manat məbləğində pul alınıb "xxxx" ASC-yə verilməsi, Cavabdeh iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olan 36,64 (otuz altı manat altmış dörd qəpik) manat məbləğində pulun alınıb "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; xx.xx.2022-ci il tarixdə Mingəçevir ş, Füzuli küçəsində “Honda CRV minik” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh tərəfindən idarə edilərək yol-nəqliyyat hadisəsi hadisəsi törədimiş və nəticədə "xxxx" ASC-də əmlak sığortası qaydasında sığortalanmış “Hyundai Elantra minik” markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Hadisə zamanı cavabdeh tərəfindən idarə edilən “Honda CRV minik” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşsında mülki məsuliyyəti “Azərbaycan Sənaye Sığorta” ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərər məbləği sığortaçının bir hadisə üzrə əmlaka dəymiş zərər üzrə öhdəlik həcmini keçdiyi üçün mütənasib qaydada 4850,19 manat hissəsi qeyd edilən sığorta şirkəti tərəfindən Cəmiyyətin hesabına ödənilmişdir. Qeyd olunanlara əsasən, "xxxx" ASC sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 6675,00 manat sığorta ödənişinin 200,00 manat azadolma məbləği və 4850,19 manat çıxmaqla 1624,81 manat məbləğini cavabdehdən tələb etmək hüququna sahib olmuşdur. Ona görə də Cavabdeh 1624,81 manat məbləğində verilmiş sığorta ödənişinin və 36,64 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; xx.xx.2022-ci il tarixdə Mingəçevir ş, Füzuli küçəsində “Honda CRV minik” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh tərəfindən idarə edilərək yolnəqliyyat hadisəsi hadisəsi törədimiş və nəticədə "xxxx" ASC-də əmlak sığortası qaydasında sığortalanmış “Hyundai Elantra minik” markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Hadisə zamanı cavabdeh tərəfindən idarə edilən “Honda CRV minik” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşsında mülki məsuliyyəti “Azərbaycan Sənaye Sığorta” ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərər məbləği sığortaçının bir hadisə üzrə əmlaka dəymiş zərər üzrə öhdəlik həcmini keçdiyi üçün mütənasib qaydada 4850,19 manat hissəsi qeyd edilən sığorta şirkəti tərəfindən Cəmiyyətin hesabına ödənilmişdir. Qeyd olunanlara əsasən, "xxxx" ASC sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 6675,00 manat sığorta ödənişinin 200,00 manat azadolma məbləği və 4850,19 manat çıxmaqla 1624,81 manat məbləğini cavabdehdən tələb etmək hüququna sahib olmuşdur. Ona görə də Cavabdeh 1624,81 manat məbləğində verilmiş sığorta ödənişinin və 36,64 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən subroqasiya qaydasında 1624,19 manat pul və 36,64 manat dövlət rüsumu müştərək qaydada alınıb iddiaçı şirkətə verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.2, 63.5 və 50.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.3cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri Füzuli küçəsində “Honda CRV minik” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun tərəfindən idarə edilərək yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə "xxxx" ASC-də əmlak sığortası qaydasında sığortalanmış “Hyundai Elantra minik” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Hadisə zamanı onun tərəfindən idarə edilən “Honda CRV minik” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti “Azərbaycan Sənaye Sığorta” ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərər məbləği sığortaçının bir hadisə üzrə əmlaka dəymiş zərər üzrə öhdəlik həcmini keçdiyi üçün mütənasib qaydada 4850,19 manat hissəsi qeyd edilən sığorta şirkəti tərəfindən Cəmiyyətin hesabına ödənilmişdir. Qeyd olunanlara əsasən, heç bir qanuni əsas olmadan "xxxx" ASC sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 6675,00 manat sığorta ödənişinin 200,00 manat azadolma məbləği və 4850,19 manat çıxmaqla 1624,81 manat məbləğini ondan tələb etmək hüququna sahib olmuşdur. Birincisi, iddiaçının tələb etdiyi 1624.81 manat maddi ziyanın miqdarı məsələsi məhkəmə tərəfindən tam və obyektiv şəkildə araşdırılmamışdır. Məsələ burasındadır ki, iddia tələbindəki 1624.81 manat maddi ziyanın necə əmələ gəlməsi qeyri-müəyyəndir. Məhkəmə, iş üçün vacib əhəmiyyət kəsb edən bu hala aydınlıq gətirilməmişdir. Bu halın müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməli idi. İkincisi, Məhkəmə işə baxarkən yalnız iddiaçının təqdim etdiyi sənədlərə, qeyri-mötəbər sübutlara istinad etməklə kifayətlənmişdir. İşə baxan məhkəmə maddi ziyanın məbləğinin müəyyən edilməsi zamanı yalnız iddiaçının təqdim etdiyi mübahisəli qiymətləndirmə aktını əlində rəhbər tutmuş, ona mötəbər sübut qiyməti vermişdir. Bununla da baxılan iş üçün əhəmiyyəti olan halın sübut edilməməsi baş vermişdir. Üçüncüsü, məhkəmə bu işə sadələşmiş icraat qaydasında yox, işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarmalı idi, çünki, bu iş üzrə həlledici əhəmiyyət kəsb edən məsələ məhz dəymiş ziyanın məbləği ilə bağlı məsələdir. Bu işə yalnız bir tərəfin “özünə sərf edən” şəkildə tərtib etdiyi qiymətləndirmə aktı əsasında baxılmış və qətnamə çıxarılmışdır, halbuki, iş üzrə AR Ədliyyə Nazirliyinin əmtəəşünaslıq ekspertizası təyin edilməli və müvafiq rəy alınmalı idi. Dördüncüsü, işə baxan məhkəmə iddiaçının tələb etmə hüququnun qanuni əsaslarını yoxlamamışdır. Məsələ burasındadır ki, məhkəmənin gəldiyi nəticəyə görə, iddia tələbi İcbari sığortalar haqqında AR Qanununun 25.1.2-ci maddəsi əsasında yaranmışdır. Lakin həmin maddədə şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması ilə bağlıdır. Sadalanan halların heç biri bu işə aid deyil. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(051)-1716/2022 saylı qətnaməsinin ləğv edilməsini və mübahisə ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini Mingəçevir Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(051)- 1716/2022 saylı qətnaməsinin ləğv edilməsini və mübahisə ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1–ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6–cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2–ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5–ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.2–ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.5–ci maddəsinə əsasən bu Qanunun 52–1.1–ci maddəsində nəzərdə tutulmuş sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıya qarşı subroqasiya hüququndan istifadə edir. Bu zaman zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı subroqasiya hüququ irəli sürmüş sığortaçı qarşısında sığorta ödənişinin bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün öhdəlik daşıyır. Həmin Qanunun 50.1–ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Mingəçevir Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(051)-1716/2022 saylı qətnaməsinin ləğv edilməsini və mübahisə ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 30 avqust 2022ci il tarixli, 2(051)-1716/2022 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Bununla belə birinci instansiya məhkəməsi Cavabdeh 1624,81 (min altı yüz iyirmi dörd manat səksən bir qəpik) manat məbləğində pul alınıb "xxxx" ASC-yə verilməsi hissəsində səhvə yol vermişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(051)-1716/2022 saylı qətnaməsinin Cavabdeh 1624,81 (min altı yüz iyirmi dörd manat səksən bir qəpik) manat məbləğində pul alınıb "xxxx" ASC-yə verilməsi hissəsi, “Cavabdeh 1151,81 manat məbləğində pul alınıb "xxxx" ASC-yə verilməsi manat şəklində dəyişdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri Füzuli küçəsində “Honda CRV minik” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh tərəfindən idarə edilərək yol-nəqliyyat hadisəsi törədmiş və nəticədə "xxxx" ASC-də əmlak sığortası qaydasında sığortalanmış “Hyundai Elantra minik” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Hadisə zamanı cavabdeh tərəfindən idarə edilən “Honda CRV minik” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti “Azərbaycan Sənaye Sığorta” ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərər məbləği sığortaçının bir hadisə üzrə əmlaka dəymiş zərər üzrə öhdəlik həcmini keçdiyi üçün mütənasib qaydada 4850,19 manat hissəsi qeyd edilən sığorta şirkəti tərəfindən Cəmiyyətin hesabına ödənilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apellyator şikayətinin dəlilində bildirmişdir ki, iddiaçının tələb etdiyi 1624.81 manat maddi ziyanın miqdarı məsələsi məhkəmə tərəfindən tam və obyektiv şəkildə araşdırılmamışdır. Məsələ burasındadır ki, iddia tələbindəki 1624.81 manat maddi ziyanın necə əmələ gəlməsi qeyri-müəyyəndir. Məhkəmə, iş üçün vacib əhəmiyyət kəsb edən bu hala aydınlıq gətirilməmişdir. Bu halın müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməli idi. İkincisi, Məhkəmə işə baxarkən yalnız iddiaçının təqdim etdiyi sənədlərə, qeyri-mötəbər sübutlara istinad etməklə kifayətlənmişdir. İşə baxan məhkəmə maddi ziyanın məbləğinin müəyyən edilməsi zamanı yalnız iddiaçının təqdim etdiyi mübahisəli qiymətləndirmə aktını əlində rəhbər tutmuş, ona mötəbər sübut qiyməti vermişdir. Bununla da baxılan iş üçün əhəmiyyəti olan halın sübut edilməməsi baş vermişdir. Üçüncüsü, məhkəmə bu işə sadələşmiş icraat qaydasında yox, işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarmalı idi, çünki, bu iş üzrə həlledici əhəmiyyət kəsb edən məsələ məhz dəymiş ziyanın məbləği ilə bağlı məsələdir. Bu işə yalnız bir tərəfin “özünə sərf edən” şəkildə tərtib etdiyi qiymətləndirmə aktı əsasında baxılmış və qətnamə çıxarılmışdır, halbuki, iş üzrə AR Ədliyyə Nazirliyinin əmtəəşünaslıq ekspertizası təyin edilməli və müvafiq rəy alınmalı idi. Dördüncüsü, işə baxan məhkəmə iddiaçının tələb etmə hüququnun qanuni əsaslarını yoxlamamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə bu işə sadələşmiş icraat qaydasında yox, işə iddia icraatı qaydasında baxılması münasibətdə şikayətin dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. "xxxx" ASC-nin iddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh 1624,81 (min altı yüz iyirmi dörd manat səksən bir qəpik) manat məbləğində sığorta ödənişinin və 36,64 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1661,45 (min altı yüz altmış bir manat qırx beş qəpik) manat məbləğində pulun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi tələb 5000 manatdan azdır. Ona görə də birinci instansiya məhkəməsi hazırkı işə sadələşdirilmiş qaydada baxmaqda haqlı olmuşdur. Kollegiya dəymiş zərərin məbləği ilə bağlı qismən razılaşır. Belə ki, məhkəmə kollegiyasının qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspertin 13 fevral 2023-cü il tarixli 9/9003 saylı rəyinə “AutoColors” avtoservisin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Hyundai Elantra” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6002 manat müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Ona görə də kollegiya hesab edir ki, “Hyundai Elantra minik” makalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təmir işləri 6675,00 manat deyil 6002,00 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, “Honda CRV minik” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti “Azərbaycan Sənaye Sığorta” ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərər məbləği sığortaçının bir hadisə üzrə əmlaka dəymiş zərər üzrə öhdəlik həçmini atdığı üçün mütənasib qaydada 4850,19 (dörd min səkkiz yüzəllimanat, 19 qəpik) hissəsi qeyd edilən sığorta şirkəti tərəfindən Cəmiyyətin hesabına ödənilmişdir. Ona gördə “Hyundai Elantra” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6002 manatdan 4850,19 manat çıxılmaqla 1151,81 manat müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(051)-1716/2022 saylı qətnaməsi Cavabdeh 1624,81 (min altı yüz iyirmi dörd manat səksən bir qəpik) manat məbləğində pul alınıb "xxxx" ASC-yə verilsin hissəsi, Cavabdeh 1151,81 manat məbləğində pul alınıb "xxxx" ASC-yə verilməsi hissəsində dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(051)-1716/2022 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh 1151,81 manat məbləğində pul alınıb "xxxx" ASC-yə verilsin. Mingəçevir Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(051)-1716/2022 saylı qətnaməsi apellyatorun apellyasiya şikayəti üzrə mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 25 manatı Cavabdeh və 25 manatı isə iddiaçı "xxxx" ASC-dən tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar