Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-892/2024 11.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əldən çıxmış faydanın ödənilməsi, qanuni sahiblik, əvəzsiz istifadə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçılardan İddiaçı3, iddiaçıların nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(046)-58/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Göyçay rayonu Cəyirli kəndində yerləşən 1,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə paylı mülkiyyət hüququ üzrə İddiaçı3, X7, İddiaçı1, İddiaçı2, X4, İddiaçı4 Əlisurət qızının və X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci ildə, **********02 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.
2. Mübahisə üzrə hazırda qüvədə olan əvvəlki məhkəmə qərarları ilə Cavabdeh mübahisəli torpaq sahəsindən çıxarılması və cavabdehlər İddiaçı3, X11, İddiaçı1, İddiaçı2, X9, İddiaçı4 Əlisurət qızı və X2 37183 manat 60 (otuz yeddi min yüz səksən üç manat 6 qəpik) qəpik alınaraq Cavabdeh verilməsi, qətnamənin “cavabdehin torpaq sahəsindən çıxarılması və onun girişinə qadağa qoyulması” ilə pulun alınaraq verilməsi hissəsində eyni vaxtda icra edilməsi qət edilmişdir.
3. Hazırki iddia ilə iddiaçılar əldən çıxmış fayda olaraq cavabdehin mübahisəli torpaq sahəsindən son 10 il ərzində əldə etdiyi gəlirlərin yarısını tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh 125000 manat məbləğində əldən çıxmış faydanın və ödənilmiş 410 manat dövlət rüsumunun tutulması və iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. İddiaçılar iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu, Cəyirli kəndində onların mülkiyyətində olan 1,48 ha torpaq sahəsi Cavabdeh tərəfindən 20 ildən artıq müddətdir ki, zəbt olunmuş və həmin torpaq sahəsində Cavabdeh tərəfindən xurma və nar ağacları əkilmiş və torpaq mülkiyyətçilərinə heç bir icarə haqqı və əldə olunan mənfəətdən heç bir manatda ödənilmədən gəlir əldə etmişdir. Həmin torpaq sahəsi iddiaçılara 1998-ci ildə Azərbaycan Respublikası “Torpaq İslahatı haqqında” Qanuna və birgə mülkiyyətə JN- 456 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ayrılmışdır. Həmin torpaq sahəsinə iddiaçıların mülkiyyət hüquqları Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışı ilə öz təsdiqini tapmışdır. Sözügedən torpaq sahəsi iddiaçıların razılığı olmadan zəbt olunmuş və cavabdeh zəbt etdiyi özgənin mülkiyyətində olan torpaq sahəsindən xeyli gəlir əldə edərək əsassız varlanmışdır. Dəfələrlə iddiaçılar tərəfindən cavabdehin həmin torpaq sahəsindən çıxarılması ilə əlaqədar tədbirlər görülsə də, cavabdeh buna məhəl qoymayaraq həmin torpaq sahəsindən çıxmır və iddiaçıların həmin torpaq sahəsindən istifadəsini məhdudlaşdırır. Cavabdehin iddiaçıların mülkiyyətində olan Göyçay rayonu, Cəyirli kəndində yerləşən 1,48 ha torpaq sahəsindən çıxarılması ilə əlaqədar iddiaçılar tərəfindən verilən iddia ərizəsi məhkəmə tərəfindən təmin edilməsinə baxmayaraq cavabdeh həmin torpaq sahəsindən çıxmır və bugünədək istifadə edərək gəlir əldə edir. Sonradan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi Vəkil ərizə verərək Cavabdeh 2000-ci ildən 2024-cü ilədək əldə etdiyi gəlirdən, 125000 manat əldən çıxmış faydanın və ödənilmiş 410 manat dövlət rüsumunun tutulması və iddiaçılar İddiaçı3, İddiaçı2 İddiaçı4 Əlisurət qızına və İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, iddiaçılarla onun arasında olan bu mübahisəyə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyası 04 mart 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Sənan Hacıyev) Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2018-ci il tarixli, 2(107)- 1843/2018 saylı qətnaməsi qarşılıqlı iddianın rədd edilməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilərək həmin mülki iş ləğv olunan hissədə yenidən baxılması üçün yeni apellyasiya baxışına qaytarılarkən xüsusi ilə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsində yaxşılaşdırmaların (xurma ağaclarının əkilməsi, qulluğun edilməsi, torpağın münbitləşdirilməsi və s.) kimin tərəfindən edilməsi, habelə onların dəyərinin qiymətləndirilməsi mübahisənin həlli baxımından mühümdür. Ali Məhkəmənin yuxarıda qeyd olunmuş 04 mart 2019-cu il tarixli qərarındakı göstərişlərə uyğun olaraq apellyasiya məhkəməsi tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin aidiyyatı qurumlarına sorğular verilmişdir. Verilmiş sorğular əsasında X19 İnkişaf Mərkəzi tərəfindən verilmiş aktdan müəyyən edilir ki, Göyçay rayonunun Cəyirli kəndində yerləşən DƏDRXnm ******* saylı çıxarışında göstərilən 1,48 ha torpaq sahəsində inkişaf səviyyəsinə görə 5-9 yaş dövrünə uyğun olan 483 ədəd bar verən xurma və 40 ədəd bar verən nar meyvə ağacları mövcuddur. Həmin torpaq sahəsinə 1998-2019-cu illər ərzində torpağın münbitləşdirilməsinə çəkilən xərclər və həmin illər ərzində yəni həmin meyvə ağacları əkilənədək həmin torpaq sahəsində kənd təsərrüfatı bitkilərinin əkilibəkilməməsini müəyyən etmək mümkün olmadığı üçün istehsal olunmuş məhsullardan dövrünə uyğun olan 483 ədəd bar verən xurma və 40 ədəd bar verən nar ağaclarından istehsal olunan məhsullar və əldə olunmuş gəlir barəsində heç bir hesabat aparılmadığından torpağa çəkilən xərclər, məhsuldan əldə olunmuş ümumi gəlir barəsində rəy vermək mümkün deyildir. Daha sonra Şəki Apellyasiya Məhkəməsi (sədrlik edən və məruzəçi hakim Ayaz Mahmudov) xx.xx.2019-cu il tarixli, 2(107)-1888/2019 saylı qərardadı ilə kənd təsərrüfatı üzrə xüsusi biliyə malik olan mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X6 və Çayçılıq Elmi-Tədqiqat İnstutuna məktub göndərmişdir. Həmin İnstitutun direktor müavini Vahid Əliyevin imzası ilə 01 oktyabr 2019cu il tarixli, 212 nömrəli məktubu Şəki Apellyasiya Məhkəməsinin hakimi cənab Ayaz Mahmudova göndərilmişdir. Kənd Təsərrüfatı Nazirliyinin aidiyyatı qurumlarından müvafiq cavablar alan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (sədrlik edən və məruzəçi hakim X15) 09 oktyabr 2019-cu il tarixli, 2(107)-1888/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Göyçay Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli, 2(046)-1696/2017 saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi, yəni Cavabdehlər İddiaçı3, X11, İddiaçı1, İddiaçı2, X9, İddiaçı4 Əlisurət qızı və X5 qarşı cavabdehlərdən onlara məxsus torpaqda uzun illər aqrotexniki xidmət göstərərək torpağı münbitləşdirdiyi və əkib becərdiyi 508 (beş yüz səkkiz) ədəd xurma ağacına görə hər birinə 200 manat olmaqla cəmisi 101600 manat pulun tutularaq ona ödənilməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməklə, qarşılıqlı iddia qismən təmin edilərək, cavabdehlər İddiaçı3, X11, İddiaçı1, İddiaçı2, X9, İddiaçı4 Əlisurət qızı və X2 37183 manat 60 (otuz yeddi min yüz səksən üç manat altmış qəpik) qəpik alınaraq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın mübahisələndirilən qalan hissədə təmin edilməməsi və qətnamənin “cavabdehin torpaq sahəsindən çıxarılması və onun girişinə qadağa qoyulması” ilə pulun alınaraq verilməsi hissəsində eyni vaxtda icra edilməsi qət edilmişdir. Göründüyü kimi, iddiaçıların iddia ərizəsində göstərdiyi “Cavabdehin iddiaçıların mülkiyyətində olan Göyçay rayonunun Cəyirli kəndində yerləşən 1,48 ha torpaq sahəsindən çıxarılması ilə əlaqədar iddiaçılar tərəfindən verilən iddia ərizəsi məhkəmə tərəfindən təmin edilməsinə baxmayaraq, cavabdeh həmin torpaq sahəsindən çıxmır” fikirləri həqiqəti əks etdirmir. İddiaçıların iddia ərizəsində həmçinin qeyd edirlər ki, «Göyçay rayonunun Cəyirli kəndində bizim mülkiyyətimizdə olan 1,48 ha torpaq sahəsi Cavabdeh tərəfindən 20 ildən artıq müddətdir ki, zəbt olunmuş və həmin torpaq sahəsində Cavabdeh tərəfindən xurma və nar ağacları əkilmiş və torpaq mülkiyyətçilərinə heç bir icarə haqqı və əldə olunan mənfəətdən heç bir naturada ödənilmədən gəlir əldə etmişdir». İddiaçıların bu mövqeyinə cavab olaraq bildirirəm ki, bu mübahisə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyası 04 iyun 2018-ci il tarixli 1(102)-3033/l 8 saylı qərarında (sədrlik edən və məruzəçi hakim Aslan Kalblıyev) xüsusi olaraq vurğulamışdır ki, iş materiallarından da görünür ki, iddiaçılar bir tərəfdən mübahisəli torpağı cavabdeh onların razılığı olmadan uzun müddət qanunsuz zəbt edərək istifadə etmələrini, digər tərəfdən həmin sahədə cavadeh deyil, özləri tərəfdən əkilməsini, torpağın münbitləşdirilməsini göstərmişlər, iddiaçıların cavabdehin torpaq sahəsindən ötən müddət ərzində istifadəsinə etiraz etmələri, aidiyyatı dövlət qurumlarına müraciət etmələri görünmür. Yəni mübahisəli torpağın qanunsuz zəbt edilməsi barədə müraciətləri olmamışdır.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Göyçay rayonu Cəyirli kəndində yerləşən 1,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə paylı mülkiyyət hüququ üzrə İddiaçı3, X7, İddiaçı1, İddiaçı2, X4, İddiaçı4 Əlisurət qızının və X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci ildə, **********02 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Eyni tərəflərin iştirakı ilə baxılmış digər mülki iş üzrə qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli,2(107)-1888/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş faktlardan, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-3033/2018 saylı və Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-1582/2019 saylı qərarlardan görünür ki,Cavabdeh tərəfindən mübahisəli torpaqdan iddiaçıların etirazı olmadan,onların iradəsinə uyğun əvəzsiz istifadə etməsi müəyyən olunmuş,torpaq sahəsinə sahiblik etməsinin özbaşına baş verməsi müəyyən edilməmişdir.
8. Cavabdeh mübahisəli torpaq sahəsinə öz vəsaiti hesabına qulluq göstərməsi və orada yetişdirilmiş bar verən hər bir ağaca məhz onun tərəfindən əkilməsi və becərilməsi,20 ildən artıq olan müddət ərzində əvəzsiz,fasiləsiz və etirazsız olaraq həmin torpaq sahəsindən istifadə etməsi yuxarıda qeyd edilmiş məhkəmə aktları ilə təsdiq olunmuşdur.
9. Belə olduğu halda iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etməsi nəticəsində əldən çıxmış faydaya görə maddi zərər tələbi irəli sürmələri anlaşılan deyil.Əvvəla bir halda ki,mübahisəli torpaq sahəsi əvəzsiz,fasiləsiz və etirazsız olaraq cavabdehin istifadəsinə iddiaçılar tərəfindən verilmişdirsə ,həmin torpaq sahəsində cavabdehin vəsaiti və zəhməti hesabına əkilmiş ağaclardan mənfəət əldə edilməsinə də iddiaçıların aidiyyəti yoxdur.Belə ki,iddiaçılar həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna malik olsalar da,torpaq sahəsinin üzərində olan Cavabdeh vəsaiti hesabına əkib-becərdiyi xurma və nar ağaclarına heç bir subyektiv hüquqa malik olmamışlar.Digər tərəfdən tərəflər arasında torpaq sahəsi üzərində salınacaq bağdan götürülməli olan gəlirin bölüşdürülməsinə dair hər hansı bir sövdələşmənin və ya digər formada razılaşmanın olması müəyyən edilməmişdir.
10. Məhkəmə nəzərə alır ki,qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli, 2(107)-1888/2019 saylı qətnaməsinə əsasən Cavabdeh iddiaçılara məxsus torpaq sahəsindən çıxmaq,iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 isə 37183 manat 60 qəpik məbləğində pulu cavabdehə ödəmək öhdəliyi daşıyır,torpaqdan çıxarılma ilə pulun verilməsi hissədə qətnamənin eyni vaxtda icra edilməsi müəyyən edilmişdir.Lakin iddiaçılar öz öhdəliklərini icra etmədiyi halda cavabdehdən pul tələb edirlər.Bu vəziyyətdə məhkəmə işin hallarına Mülki Məcəllənin 560.1-ci maddəsində müəyyən olunmuş hüquqdan suiistifadənin yolverilməzliyi barədə müddəaları əsasında qiymət vermişdir.
11. Məhkəmə həmçinin nəzərə almışdır ki,Cavabdeh hərəkətlərində nə Mülki Məcəllənin 1091-ci maddəsində nəzərdə tutulmuş əsassız varlanmanın, nə də ki, Mülki Məcəllənin 1096-cı maddəsində nəzərdə tutulmuş mülki hüquq pozuntusunun elementləri mövcud olmamışdır.
12. Göyçay Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(046)-58/2024 nömrəli qətnaməsi ilə (hakim Elçin Qurbanov) iddia rədd olunmuş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı 125000 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçılara aid edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 50 manat ekspertiza xərcinin alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 21, 140, 157 və 560-cı maddələrinə istinad etmişdir.
14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı qaqqında daşınmaz əmlakın Dövlət Reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan çıxarış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı qaqqında daşınmaz əmlakın Dövlət Reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********91,qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan çıxarış X19 İnkişaf Mərkəzinin 06 noyabr 2023-cü il tarixli mütəxəssis rəyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2023-cü il tarixli, 9/7029-9/7043 saylı ekspert rəyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-3033/2018 saylı qərarı Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-1582/2019 saylı qərarı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)- 1888/2019 saylı qətnaməsi Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)- 1277/2020 saylı qərarı
15. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq, əlavə olaraq göstərmişlər ki, sözügedən torpaq sahəsi cavabdeh tərəfindən zəbt edildiyi təqdirdə məhkəmə qətnaməsində qeyd edir ki, torpaq sahəsi Həmidovlar tərəfindən etirazsız verilmiş və belə olan halda iddiaçıların cavabdehdən hər hansı əldən çıxmış fayda istəməyə haqqı yoxdur. Həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunduqdan sonra, dəfələrlə onların çıxması barədə Həmidovlar tərəfindən qonşu kimi məlumat verilsə də, hər dəfəsində bir bəhanə ilə Cavabdeh süni şəkildə vaxtı uzadırmış. Bu məsələ artıq tərəflər arasında mübahisələrə səbəb olduğuna görə 2017-ci ildə Həmidovlar tərəfindən Göyçay rayon Məhkəməsinə müraciət olunmuşdur.
17. Digər məhkəmə qərarları ilə tanış olduqda görəcəksiniz ki, Cavabdeh heç bir prosesdə torpağın onun mülkiyyətində olmasından bəhs etmir. Sonradan qeyri prossesual yollarla həmin mülkiyyət sənədini əldə etmiş və 2024-cü ilin yanvar ayında məhkəməyə təqdim etmiş, həmin çıxarış ona məhkəmə prosesində xx.xx.2024-cü ildə təqdim olunduqdan sonra həmin daşınmaz əmlaka dair verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli dövlət reyestri qeydi ləğv edilməsi və torpaq sahəsinin 2017-ci tarixli koordinatları ləğv edilərək 1998-ci il tarixində verilən koordinatlara uyğun əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi üçün Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir və bununla əlaqədar Göyçay rayon Məhkəməsinə vəsatətlə müraciət edərək Şəki İnzibati Məhkəməsində işə baxılıb qurtaranadək icraatın dayandırılmasını xahiş etsə də, məhkəmə vəsatətinə münasibət bildirmədən xx.xx.2024-cü il tarixli, e-2(046)-58/2024 nömrəli qətnamə ilə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etmişdir. İddia tələbi əsaslıdır və Şəki İnzibati Məhkəməsində işə baxılıb qurtaranadək bu iş üzrə icraat dayandırılmalı idi.
18. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(046)- 58/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iddiaçılardan İddiaçı3 və iddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(046)-58/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 21.1-ci maddəsində əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 157.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. 562.1-ci maddəsinə görə əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ).
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
25. İddiaçılar Göyçay Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(046)-58/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
27. Göyçay rayonu Cəyirli kəndində yerləşən 1,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Göyçay rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli qərarına əsasən JN- 456 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına ilə iddiaçıların mülkiyyətinə verilmiş, xx.xx.2017-ci ildə isə iddiaçıların adına **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Həmin torpaq sahəsi faktiki olaraq Cavabdeh tərəfindən istifadə olunur və bu, işin mübahisələndirilməyən halıdır. Əvvəllər hazırki iddiaçılar və hazırki cavabdeh arasında həmin torpaq sahəsi ilə bağlı mübahisə üzrə Göyçay rayon Məhkəməsinin 24 avqust 2017-ci iltarixli, 2(046)1696/2017 saylı qətnaməsi qəbul edilmiş, həmin iş bir neçə dəfə apellyasiya və kassasiya icraatında olmaqla, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2017-ci il tarixli, 2(107)-2449/2017 saylı qətnaməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kolegiyasının 04 may 2018-ci il tarixli, 2(102)-3033/2018 saylı qərarı, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2018-ci il tarixli, 2(107)-1843/2018 saylı qətnaməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kolegiyasının 04 mart 2019cu il tarixli, 2(102)-1582/2019 saylı qərarı qəbul edilmiş, nəticədə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixdə qəbul edilmiş, 2(107)- 1888/2019 saylı qətnaməsi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kolegiyasının 10 mart 2020-ci il tarixli, 2(102)-1277/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin işin nəticəsində Cavabdeh mübahisəli - Göyçay rayonu Cəyirli kəndində yerləşən 1,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və cavabdehlər İddiaçı3, X11, İddiaçı1, İddiaçı2, X9, İddiaçı4 Əlisurət qızı və X2 37183 manat 60 (otuz yeddi min yüz səksən üç manat 6 qəpik) qəpik alınaraq Cavabdeh verilməsi, qətnamənin “cavabdehin torpaq sahəsindən çıxarılması və onun girişinə qadağa qoyulması” ilə iddiaçılardan pulun alınaraq cavabdehə verilməsi hissəsində eyni vaxtda icra edilməsi qət edilmişdir.
28. İddiaçılar apellyasiya şikayətində, iddia ərizəsində olduğu kimi, sözügedən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia edirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kolegiyasının 04 may 2018-ci il tarixli, 2(102)-3033/2018 saylı qərarının 5-ci vərəqində göstərilmişdir ki, “notarial qaydada təsdiq edilmiş mülkiyyətçi X8 tərəfindən yazılmış, digər mülkiyyətçilərin də imzaladığı Göyçay Rayonu Aqrar İslahat Komissiyasının sədri cənab M.A.Ağayeva və Cəyirli bələdiyyəsinin sədri F.Nəbiyevə ünvanlanmış ərizədə göstərmişdir ki, o, «yaşadığı keçmiş Ş.İ.Xətai adına kolxozda aparılmış torpaq islahatı ilə əlaqədar mənə ailə üzvlərimlə birlikdə “Danqaz” adlanan sahədən JN456 saylı aktla 148 hektar pay torpağı ayrılmışdır. Lakin biz əvvəlcədən 1996-cı ildən “Dəyirman dalı” adlanan sahədən istifadə edərək orda çoxillik bağ salmışıq və hal-hazıradək həmin sahədən istifadə edirik. Həmin sahəyə Dövlət aktı ilə pay torpağı verilmiş digər mülkiyyətçilər gələcəkdə aramızda heç bir mübahisə olmamaq məqsədi ilə öz razılıq ərizələri ilə müraciət edərək onların pay torpaqlarını “Mollahacılı başı” adlanan sahəyə dəyişdirilməsini müraciət etmişlər. Odur ki, bizim pay torpağımızı qanuni sənədiəriə /Dövlət aktlarını/ hal-hazırda istifadə etdiyimiz “Dəyirman dalı” adlanan torpaq sahəsi ilə dəyişdirilməsinə köməklik göstərməyinizi Sizdən xahiş edirik.» 10 nəfərin imzası ilə tərtib edilmiş ərizə və 16 nəfərin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, 1998-ci ildə keçmiş Ş.İ.Xətai adına kolxozda torpaq islahatı keçirilmişdir. İslahat keçirildikdən sonra layihə üzərində bölgü aparılaraq 1999-cu il tarixdə torpaqların yer üzərinə köçürülərkən vətəndaşlar arasında mübahisə yaranmış, Cəyirli kənd sakinləri X8. X10 və X12 adları qeyd olunan vətəndaşlara kolxozun Danqaz yeri adlanan sahədən layihə üzərinə torpaq bölünmüşdür. Lakin onlar əvvəldən istifadə etdikləri Dərman dalı adlanan sahədən istifadə etdiklərinə görə həmin torpaq sahəsinə bölgü vaxtı getmədilər. İ.Mahmudov və İ.Mahmudov ailə üzvləri ilə birlikdə baxçanın alt sahəsi adlanan hissədən torpaq payı layihə üzrə bölünmışdır. Sonradan onların həmkənliləri ilə öz aralarında mübahisə olduğuna görə Damqaz adlanan sahədəki Həmidovlara layihə üzərində bölünmüş torpaq onların öz aralarında olan razılığa əsasən həmin vaxtdan (1999-cu il tarixdən) bu günkü tarixə qədər meyvə ağacları (xurma) 508 (beş yüz səkkiz) ədəd əkərək istifadə edir Göründüyü kimi, cavabdehin torpaqdan istifadəsi üçün hüquq müəyyənedici sənədi olmadığı halda belə mübahisəli torpaqdan iddiaçıların etirazı olmadan istifadə etmişdir.” Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kolegiyasının 04 mart 2019-cu il tarixli, 2(102)-1582/2019 saylı qərarının 4-cü vərəqində göstərilmişdir ki, “məhkəmələr cavabdehin 18 il ərzində iddiaçı tərəfin hər hansı etirazı olmadan həmin sahədən istifadə etməsinin əsaslarını aydınlaşdırmamışdır. Baxmayaraq ki, cavabdeh qarşılıqlı iddianın əsası olaraq həmin sahənin onun tərəfindən özbaşına şəkildə zəbt edilmədiyinə, əksinə iddiaçılar tərəfindən əvəzsiz qaydada istifadəsinə verildiyini qeyd etməklə, buna dair çoxsaylı sübutlara istinad etmişdir. Aşağı instansiya məhkəmələri isə nəinki bu dəlilə qiymət verməmişlər, həmin sübutları belə tədqiq etməmişlər. Halbuki, həmin halın müəyyən edilməsi hazırda apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddia ilə bağlı gəldiyi nəticədən tam şəkildə fərqlənən nəticəyə gəlinməsinə səbə ola bilər. Belə ki, sahənin özbaşına zəbti ilə onun mülkiyyətçiləri tərəfindən əvəzsiz istifadəyə verilməsi əmlakın geri qaytarılması zamanı fərqli hüquqi nəticələrlə səciyyələnir. Göründüyü kimi, aşağı instansiya məhkəmələrinin istinad etdiyi 157.6-cı maddədən fərqli olaraq, tərəfin könüllü şəkildə əvəzsiz istifadəyə verdiyi sahədə edilmiş yaxşılaşdırılmaların aqibəti mülki qanunvericiliyin məhz özgə işlərin tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərinə uyğun müəyyənləşdirilməlidir. Həmçinin əvəzsiz istifadə müqaviləsinin şifahi qaydada bağlanmasını qadağan edən hər hansı norma nəzərdə tutulmamışdır.” İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixdə qəbul edilmiş, 2(107)-1888/2019 saylı qətnaməsində göstərilir ki, “Məhkəmə arşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən tоrpаq sаhəsinə Cavabdeh sаhiblik etməsi heç də özbаşınа bаş verməmiş, iddiaçı tərəfin irаdəsinə uyğun оlmuşdur.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, cavabdehin mübahisəli torpaq sahəsindən istifadəsinin zəbt olmaması, torpaq sahəsinin əvəzsiz istifadə üzrə cavabdehin qanuni sahibliyində olması qanuni qüvvədə olan məhkəmə qərarları ilə təsdiq edilmişdir və hazırki məhkəmə baxışında mübahisələndirilə bilməz. Ona görə də, apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır.
29. Apellyasiya şikayətinin bu qətnamənin 17-ci bəndində göstərilən dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsində icraat vaxtı 18 yanvar 2024-cü ildə keçirilmiş məhkəmə iclasında Göyçay rayonu Cəyirli kəndində yerləşən 1.1399 ha torpaq sahəsinə onun adına verilmiş reyestr nömrəsi **********91,qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan Çıxarışı və torpaq sahəsinin plan və ölçü sənədini məhkəmə təqdim etmişdir.İddiaçıalr isə Şəki İnzibati Məhkəməsində iddia qaldıraraq öz adlarına olan Çıxarışla cavabdehin təqdim etdiyi həmin Çıxarış arasında koordinat mübahisəsi olduğunu iddia etməklə həmin Çıxarışın verilməsinə əsas olmuş reyestr qeydinin ləğv edilməsini tələb etmişlər. Hazırda mübahisələndirilən qətnamənin qəbul edildiyi 17 aprel 2024-cü il tarixli məhkəmə iclasında iddiaçıların icraatın dayandırılması barədə vəsatəti müzakirə edilmiş, həmin iclasda Cavabdeh bildirmişdir ki, məhkəməyə təqdim etdiyi torpağa dair Çıxarış mübahisəli torpaq sahəsinə yaxın, qonşu torpaq sahəsinə verilmişdir. Həmin Çıxarışı işə baxan məhkəməyə ona görə vermişdir ki, həmin vaxtlar torpaq sahəsinin planı və ölçüsü tərtib edilməmişdir, həmin sənəd xx.xx.2023-cü ildə tərtib edilmişdir. Nəticədə, məhkəmə tərəflərin fikirlərini dinlədikdən sonra vəsatətin təmin edilməməsini qərara almışdır. Göründüyü kimi, cavabdeh nə əvvəlki məhkəmə icraatında, nə də hazırki icraatda keçirilmiş məhkəmə iclaslarında mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olduğunu iddia etməmişdir. Məhkəməyə təqdim edilən Çıxarış isə hazırda mübahisələndirilən torpaq sahəsinə aid deyildir. Vəsatətin təmin edilməməsi nəticəsinə gəlməkdə də birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, hazırda mübahisələndirilən torpaq sahəsinin iddiaçıların mülkiyyətində, cavabdehin isə 2020-ci ilə qədər qanuni istifadəsində olduğu əvvəlki məhkəmə qərarları ilə təsdiq edilmişdir. İddiaçıların adına verilmiş xx.xx.2017-ci il tarixli Çıxarışla cavabdehin adına verilmiş Çıxarışın arasında koordinat mübahisəsi varsa belə, bunun hazırki işin həllinə təsiri yoxdur. Ona görə də, apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.
30. Apellyasiya şikayətinin iddianın təmin edilməsi ilə bağlı tələbinə gəldikdə kollegiya aşağıdakıları qeyd edir. Hazırki iddia tələbi 2023-cü ildə məhkəməyə daxil olmaqla, həmin vaxt üçün son 10 ildə cavabdehin mübahisəli torpaq sahəsindən əldə etdiyi gəlirlərin yarısının tələb edilməsi ilə bağlıdır. Beləliklə, iddiaçıların 2013-2023-cü illərdə əldə edilmiş gəlirlərin yarısını tələb etdiyi görünür. Kollegiya hesab edir ki, hazırki iddia tələbinə qiymət verilərkən, 2013-2020-ci illər və 2020-2023-cü illər üzrə tələblər ayrılıqda qiymətləndirilməlidir. Ona görə ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixdə qəbul edilmiş, 2(107)-1888/2019 saylı qətnaməsi ilə cavabdehin iddiaçılara qaytarmalı olduğu torpaq sahəsində etdiyi yaxşılaşdırmalara - üzərində əkilmiş ağaclara görə iddiaçılardan pul alınaraq cavabdehə verilməsi qət edilmiş və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kolegiyasının 10 mart 2020-ci il tarixli, 2(102)- 1277/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmaqla qanuni qüvvəsini almışdır. Yəni, cavabdehin torpaq sahəsində istifadə etdiyi müddət gəlir əldə etdiyi ağacların statusu həmin - 10 mart 2020-ci il tarixdə dəyişmişdir.
31. 2013-2020-ci illər üzrə tələb edilən pula münasibətdə kollegiya qeyd edir ki, iddia tələbi iddiaçıların həmin hissədə tələbə subyektiv hüququnun olmamasına görə əsassızdır. Belə ki, iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixdə qəbul edilmiş, 2(107)-1888/2019 saylı qətnaməsində də müəyyən edilmişdir ki, “məhkəmə iclasında iddiaçı tərəf (qarşılılı iddia üzrə cavabdeh) özü də etiraf etmişdir ki, mübahisəli torpaq sahəsi 1998-ci il tarixdən Cavabdeh fasiləsiz istifadəsində olmaqla, həmin torpaq sahəsinə məhz sonuncu qulluq etmiş və orada yetişdirilmiş bar verən ağaclar da məhz onun tərəfindən əkilib-becərilmişdir. İşin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinin əvvəlki vəziyyəti (boş ərazi) ilə bağlı mülkiyyət hüququna malik olsalar da, onun üzərində cavabdeh tərəfindən öz xərci, gəliri və zəhməti hesabına əklib-becərilmiş xurma və nar ağaclarına heç bir subyektiv hüququn sahibi deyillər.” Həmin yanaşma da Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qanuni hesab edilməklə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
32. 2020-2023-cü illər üzrə tələb edilən pula münasibətdə kollegiya qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixdə qəbul edilmiş və 10 mart 2020-ci il tarixdə qüvvəyə minmiş 2(107)-1888/2019 saylı qətnaməsi ilə iddiaçılardan torpaq sahəsinin üzərindəki ağaclara görə pulun alınıb cavabdehə verilməsi qət edilməklə həmin ağaclar üzərində mülkiyyət iddiaçılara keçmişdir. Yəni, həmin tarixdən iddiaçıların hazırki tələbə subyektiv hüquqları yaranmışdır. Lakin, o da nəzərə alınmalıdır ki, həmin qətnamə ilə torpağın qaytarılması və pulun ödənilməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir. İddiaçılar isə hal-hazıradək cavabdehə ödənilməli olan pulu ödəməmişlər. Bu da öz növbəsində torpaq sahəsinin onlara qaytarılmasını gecikdirmişdir. Mülki Məcəllənin 562.1-ci maddəsinə görə əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ). İddiaçının torpaq sahəsindən 2020-ci ildən sonra gəlir əldə etməyə davam etməsi torpaq sahəsinin onun sahibliyində qalması ilə əlaqəlidir ki, bu hal da iddiaçıların öz hərəkətsizliyinin nəticəsidir. Cavabdeh iddiaçıların ona ödəməli olduqları pulu ödəməmələri səbəbilə torpaq sahəsini öz istifadəsində saxlamaqda haqlıdır. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Ona görə də, iddia tələbinin həmin hissəsi hüquqdan sui-istifadənin yolverilməzliyinə görə əsassızdır.
33. Birinci instansiya məhkəməsi hazırda mübahisələndirilən qətnaməsində iddia tələbini iki hissəyə ayırmasa belə, iddiaçıların subyektiv hüququnun olmamasını, həmçinin hüquqlarından sui-istifadə etmələrini müəyyən etməklə düzgün nəticəyə gəlmişdir və qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.
34. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(046)-58/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(046)-58/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev