Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-894/2022 26.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin ləğv edilməsi, torpaq payının qaytarılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: təmsiletmə hüququ, alqı-satqı müqaviləsinin ləğv edilməsi, torpaq payının qaytarılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X14, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin ləğv edilməsi, torpaq payının qaytarılması" tələbinə dair mülki iş üzrə çıxarılmış Ağsu Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(016)-207/2022 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Torpağa mülkiyyət hüququna dair JN-0013, kod-40901028 olan Dövlət Aktının surətindən görünür ki, X7 və ailə üzvləri olan X8, X15, X10, X11 və Cavabdeh mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 13 iyul tarixli 07 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 11,07 ha torpaq sahəsi verilmişdir.
2. AN-İ seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Cavabdeh, X7, X8, İddiaçı, X10, X4 rayonu, Navahı kəndində yerləşən birgə mülkiyyətdə ümumi sahəsi 2.1815 ha olan torpaq sahəsini alıcı X1. Alqı-satqı müqaviləsi xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmiş və müqavilədə İddiaçı, həmçinin X5 adından etibarnamə əsasında Cavabdeh imza etmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********46 olan Ağsu rayonu, Navahı kəndində yerləşən 1.5067 ha torpaq sahəsi Cavabdeh, X7, X8, İddiaçı, X10, X6 adlarına qeydiyyat nömrəsi ********** olan ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır.
4. AN-İ seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Cavabdeh, X7, X8, İddiaçı, X10, X4 rayonu, Navahı kəndində yerləşən birgə mülkiyyətdə ümumi sahəsi 1.5067 ha olan torpaq sahəsini alıcı X3. Alqı-satqı müqaviləsi Ağsu rayonu notariat ofisində xx.xx.2020-ci il tarixli rəsmiləşdirilmiş və reyestrdə 4ə-160 nömrə ilə qeydə alınmış, müqavilədə İddiaçı, həmçinin X5 adından etibarnamə əsasında Cavabdeh imza etmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********81 olan Ağsu rayonu, Navahı kəndində yerləşən 1.3469 ha torpaq sahəsi Cavabdeh, X7, X8, İddiaçı, X10, X6 adlarına qeydiyyat nömrəsi ********** olan ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır.
6. AN-İ seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Cavabdeh, X7, X8, İddiaçı, X10, X4 rayonu, Navahı kəndində yerləşən ümumi sahəsi 1.3469 ha olan torpaq sahəsini alıcı X2. Alqısatqı müqaviləsi Ağsu rayonu notariat ofisində xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmiş və reyestrdə 4ə-474 nömrə ilə qeydə alınmış, müqavilədə İddiaçı, həmçinin X5 adından etibarnamə əsasında Cavabdeh imza etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin ləğv edilməsi, torpaq payının qaytarılması" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərini qanunsuz hesab edərək, onun adına Ağsu rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 13 iyul tarixli 07 nömrəli Qərarı ilə JN 0013 saylı, kod 40901028 olan Dövlət Aktına əsasən verilmiş 11,07 hektar torpaq payının qaytarılması, alqı-satqı müqaviləsinin və ya çıxarışının ləğv edilməsi, topaq sahəsinin əvvəlki vəziyyətə qaytarılaraq onun istifadəsinə verilməsi və ödədiyi 100 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağsu rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 13 iyul tarixli 07 nömrəli Qərarı ilə 11,07 hektar torpaq sahəsi JN 0013 saylı, kod 40901028 olan Dövlət Aktına əsasən onların ailə üzvlərinə verilmişdir. Qardaşı Cavabdeh onun payına düşən torpaq sahəsini ondan icazə almadan və onun imzası olmadan tanımadığı şəxslərə satmış və torpaqdan əldə olunan pulları mənimsəmişdir. Onun adına Ağsu rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 13 iyul tarixli 07 nömrəli Qərarı ilə JN 0013 saylı, kod 40901028 olan Dövlət Aktına əsasən verilmiş 11,07 hektar torpaq payının qaytarılması, alqı-satqı müqaviləsinin və ya çıxarışının ləğv edilməsi, topaq sahəsinin əvvəlki vəziyyətə qaytarılaraq onun istifadəsinə verilməsi barədə qətnamə çıxarılmalıdır.
9. Ağsu Rayon Məhkəməsinin (hakim B.Qasımov ) 28 mart 2022-ci il tarixli, 2(016)- 207/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmənin sorğusu əsasında notarial sənədlər təqdim edilmiş, AN-İ seriyalı ******* nömrəli, AN-İ seriyalı ******* nömrəli və AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrindən müəyyən olunur ki, satıcılar Cavabdeh, X7, X8, İddiaçı, X10, X4 rayonu, Navahı kəndində yerləşən (müvafiq olaraq 2.1815 ha, 1.3469 ha və 1.5067 ha olan) torpaq sahələrini satmışlar. Alqısatqı müqaviləsi Ağsu rayon notariat ofisində rəsmiləşdirilmiş, İddiaçı və X5 adından hər üç müqavilə üzrə Cavabdeh çıxış etmişdir. Sənədlərə əlavə edilmiş ƏN-İ-428365 nömrəli etibarnamə ilə Könül Hüseynova tərəfindən Cavabdeh onun Ağsu rayonu Navahı kəndində yerləşən bütün daşınmaz əmlakını idarə etməyi, o cümlədən satmağı və sair barədə səlahiyyət verilməsi müəyyən edilmişdir.
11. Qanunvericiliyə uyğun olaraq verilmiş etibarnamə əsasında etibar edənin adından edilmiş hərəkətlər etibar edən üçün hüquq və vəzifələr yaratdığından etibarnamə verildiyi zaman hüquqlarının pozulmadığı aydın olan iddiaçının həmin etibarnamə əsasında bağlanmış əqdi mubahisələndirilməsi əsassızdır.
12. Məhkəmə eyni zamanda iddianın “çıxarışın ləğv edilməsi, torpaq payının qaytarılması”na dair hissələrini araşdıraraq, hesab etmişdir ki, iddianın bu hissələri törəmə hüquq münasibəti olub, alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddia tələbindən törəndiyindən, iddia tələbi həmin hissədə rədd edilməli olduğundan, iddia tələbinin göstərilən hissələri də rədd edilməlidir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasında 13 və 29-cu maddələrinə, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsinə, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 152.1, 359.1, 362.1, 362.2, 389.1, 394 və 567-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 78.1, 81 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuz olduğundan ləğv eməli və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə qanunu düzgün əsaslandırmadan subyektiv mülahizə əsasında qərar qəbul etmişdir. Məhkəmə sanki cavabdehin istəklərini yerinə yetirərək iddia tələbində göstərilən tələbləri rədd etmişdir. İlk öncə qeyd etmək istəyir ki, cavabdehin əlavə edilmiş sənədləri ona rəsmi qaydada təqdim edilməyib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-362-ci maddələrinə müvafiq olaraq, Ağsu Rayon Məhkəməsinin 28 mart 2022-cı il tarixli 2(016)-207/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, düzdür, o cavabdehə etibarnamə vermişdir, lakin həmin etibarnəmi mübahisəli torpaq sahəsinin satılması ilə bağlı deyil, digər məqsədlər, həmçinin yaşadıqları evin cavabdehin adına keçirilməsi üçün vermişdir. Lakin cavabdeh həmin etibarnamə əsasında torpağı da satmışdır. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı olan bacısı etibarnaməni notariat kontorunda şəxsən özü imza edərək, torpağın satılmasını ona həvalə etmişdir. İndi iddiaçı kənar şəxslərin təsiri ilə bu iddianı vermişdir. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır, ona görə də təmin olunmamasını xahiş edir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. [330] 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətindən görünür ki, apellyator Ağsu Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(016)-207/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(016)- 207/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, iddia tələbinin mahiyyətindən görünür ki, tələb əqdin (alqı-satqı müqaviləsinin) ləğv edilməsi barədədir.
25. İddiaçı tələbinin faktiki əsası kimi rəsmiləşdirilmiş əqddən məlumatsız olduğunu, bununla bağlı razılıq və ya cavabdehə etibarnamə (səlahiyyət) vermədiyini, vermiş olduğu 01.02. 2019-cu il tarixli etibarnamənin də mübahisələndirlən torpaq sahəsinin alqı-satqısı üçün deyil, digər evin rəsmiləşdirilməsi məqsədilə verildiyini bəyan edir.
26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlilləri alqı-satqı müqaviləsinin qanunvericiliyin tələbinə uyğun rəsmiləşdirilməsinin yoxlanılması üçün əhəmiyyətli hal olduğundan ilk növbədə bu istiqamətdə araşdırma aparılmalı, müqavilədəki, o cümlədən 01.02. 2019-cu il tarixli etibarnamənin iddiaçının iradə ifadəsinə uyğun olub-olmaması araşdırılmalıdır
27. İşin mübаhisəsiz hаlı оndаn ibаrətdir ki, torpağa mülkiyyət hüququna dair JN- 0013, kod-40901028 olan Dövlət Aktına əsasən X7 və ailə üzvləri olan X8, X15, X10, X11 və Cavabdeh mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 13 iyul tarixli 07 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 11,07 ha torpaq sahəsi verilmişdir.
28. Həmin torpaq sahəsi satıcılar Cavabdeh, X7, X8, İddiaçı, X10, X12 tərəfindən xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən hissə-hissə satılmış və tərəflərin iradə ifadələrinin təsdiq olunması üçün müqavilə notarial qaydada təsdiq edilmişdir. Mövcud alqı-satqı zamanı İddiaçı və X5 adından etibarnamə əsasında Cavabdeh iştirak etmişdir.
29. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hərəkətlərini qanunsuz hesab edərək, onun adına Ağsu rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 13 iyul tarixli 07 nömrəli Qərarı ilə JN 0013 saylı, kod 40901028 olan Dövlət Aktına əsasən verilmiş 11,07 hektar torpaq payının qaytarılması, alqı-satqı müqaviləsinin və ya çıxarışının ləğv edilməsi, topaq sahəsinin əvvəlki vəziyyətə qaytarılaraq onun istifadəsinə verilməsini xahiş etmişdir.
30. Lakin işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında real alqı-satqı müqavilələri bağlanmış və həmin müqavilə notarial qayda da təsdiq edilmişdir. Alqı-satqı zamanı İddiaçı özü şəxsən iştirak etməsə də, onu notariat qaydasında təsdiqlənmiş etibarnamə əsasında Cavabdeh təmsil etmişdir.
31. Kollegiyanın araşdırması zamanı iddiaçı etibarnamədəki imzanın ona məxsus olduğunu, notariat kontoruna şəxsən gedərək etibarnaməyə imza etdiyini və ona heç bir hədə, qorxu və ya təsirin olmadığını bildirmişdir. Etibarnamə ilə bağlı iddiaçının mübahisələndirdiyi hal ondan ibarət olmuşdur ki, o etibarnaməni hazırki mübahisəli torpaq sahəsi ilə bağlı deyil, digər əmaəliyyatlar üçün vermişdir.
32. Məhkəmə kollegiyası mübahisəli torpaq sahəsi ilə bağlı özünün mövqeyini mülki qanunvericiliyin əqdlər və əqdlərdə təmsilçilik institutları ilə bağlı yanaşmasına uyğun hesab edir.
33. Belə ki, Mülki Məcəllənin əqdlərdə təmsilçiliyin anlayışını müəyyən edən 359.1-ci maddəsində təsbit edilmişdir ki, əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
34. Beləliklə, etibarnamə ilə təmsil edilən təmsilçiyə onun üçün mülki hüquq və vəzifələr yaradan, dəyişdirən və xitam edən əqdlər bağlamaq səlahiyyəti verir. Bu mənada, etibarnamə üzrə əqdlərdə təmsilçilik institutunun mühüm bir cəhəti həm də ondan ibarətdir ki, belə münasibətlərin yaranması və davam etdirilməsi müstəsna olaraq tərəflərin (təmsil edilənin və təmsilçinin) iradələrindən asılıdır.
35. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 365.1.3 və 356.1.4-cü maddələrində etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi, habelə etibarnamə verilmiş şəxsin imtinası etibarnamənin qüvvəsinə xitam verilməsi əsasları kimi təsbit edilmişdir.
36. Eləcə də, Mülki Məcəllənin 365.2-ci maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir.
37. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər isə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
39. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(016)-207/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov