Məhkəmə qərarları › İş №2(107)-894/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-894/2024

10.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-894/2024 10.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edildi, qüvvə, icraata qəbul) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, e2(014)-1509/2023 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti vermə müddəti bərpa edilməsi barədə Ağdaş Rayon Məhkəməsinin 5 aprel 2024-cü il tarixli, 2(014)-1509/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, e-2(014)-1509/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada mənəvi zərərə görə 500 (beş yüz) manat, yararsız mallara görə 50 (əlli) manat, hüquqi yardıma görə vəkil hesabına ödənilmiş 600 (altı yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 37 (otuz yeddi) manatın alınaraq İddiaçı verilməsi, Cavabdeh3 sındırılmış tərəzinin əvəzi olaraq 100 (yüz) manatın alınaraq İddiaçı verilməsi, Cavabdeh2 103 (yüz üç) manat məbləğində borcun əvəzinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı və Cavabdeh2 apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2(107)-460/2024 saylı qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, e-2(014)-1509/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. Ağdaş Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, e-2(014)-1509/2023 saylı qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, e-2(014)- 1509/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda Cavabdeh2 məhkəməyə apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 5 aprel 2024-cü il tarixli, 2(014)-1509/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, e2(014)-1509/2023 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verilməsi müddəti bərpa edilmiş, apellyasiya şikayətinin baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Ağdaş Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(014)-1509/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 5 aprel 2024-cü il tarixli, 2(014)- 1509/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh2 apellyasiya şikayəti verməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsində göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023cü il tarixli, e-2(014)-1509/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada mənəvi zərərə görə 500 (beş yüz) manat, yararsız mallara görə 50 (əlli) manat, hüquqi yardıma görə vəkil hesabına ödənilmiş 600 (altı yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 37 (otuz yeddi) manatın alınaraq İddiaçı verilməsi, Cavabdeh3 sındırılmış tərəzinin əvəzi olaraq 100 (yüz) manatın alınaraq İddiaçı verilməsi, Cavabdeh2 103 (yüz üç) manat məbləğində borcun əvəzinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qaldığı üçün 19 manat dövlət rüsumu ödəyərək apellyasiya şikayəti vermişdir. Lakin verdiyi şikayət Şəki Apellyasiya Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. Qərardadla tanış olan zaman ona məlum olmuşdur ki, apellyasiya şikayəti verməyi üçün 67,48 manat dövlət rüsumu ödəməlidir. Hazırda qeyd edilən dövlət rüsumunu tam olaraq ödəmişdir. Lakin qətnaməni 14 dekabr 2023-cü il tarixdə aldığından apellyasiya şikayəti verilməsi üçün müddət onun tərəfindən üzürlü səbəbdən buraxılmışdır. Hesab edir ki, həmin müddət bərpa edilməlidir. Odur ki, qeyd edilənlərə əsasən Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, e-2(014)- 1509/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarından görünür ki, Cavabdeh2 Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, e-2(014)-1509/2023 saylı qətnaməsinin surətini 14 dekabr 2023-cü ildə rəsmi qaydada almış və tərəfindən apellyasiya şikayəti 15 yanvar 2024-cü il tarixdə verilmişdir. Lakin apellyasiya şikayəti verilərkən 67,48 manat dövlət rüsumu ödənilməli olduğu halda, Cavabdeh2 19 manat dövlət rüsumu ödəmişdir. Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, e-2(014)-1509/2023 saylı qətnaməsindən İddiaçı da apelyasiya şikayəti vermişdir və hazırkı iddia tələbi hər bir halda baxılması üçün apellyasiya məhkəməsinin baxışına veriləcək. Buna görə də hazırkı halda Cavabdeh2 tərəfindən dövlət rüsumunun az ödənilməsinə dair nöqsanın ən qısa müddət ərzində aradan qaldırılması da nəzərə alınmalı və Cavabdeh2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Mülki iş materiallarını araşdırıb, Cavabdeh2 vəsatətini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, vəsatətin dəlilləri əsaslı hesab edilməklə müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsas kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şiakyət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 5 aprel 2024-cü il tarixli, 2(014)-1509/2023 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin 5 aprel 2024-cü il tarixli, 2(014)-1509/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 5 aprel 2024-cü il tarixli, 2(014)-1509/2023 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, e2(014)-1509/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh2 verdiyi apellyasiya şikayətləri icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar