Məhkəmə qərarları › İş №2(107)-914/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-914/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-914/2020 17.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı nümayəndəsi X6 oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh, 3-cü şəxslər Mıxlıqovaq kənd X18 və Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinə qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin alqı-satqı müqaviləsinin qanunla müəyyən olunmuş formaya uyğun gəlməməsini əsas tutaraq torpaq sahəsini alıcıya vermək vəzifəsindən imtina etmiş satıcıdan ona verilmiş pulun və digər xərclərin tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-19/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-19/2020 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) İddiaçı Cavabdeh, 3-cü şəxslər Mıxlıqovaq kənd X18 və Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinə qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin alqı-satqı müqaviləsinin qanunla müəyyən olunmuş formaya uyğun gəlməməsini əsas tutaraq torpaq sahəsini alıcıya vermək vəzifəsindən imtina etmiş satıcıdan ona verilmiş pulun və digər xərclərin” tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, aparılmış məhkəmə xətşünaslıq ekspertizasının dəyəri 297 (iki yüz doxsan yeddi) manatın İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh, 3-cü şəxslər Mıxlıqovaq kənd X18 və Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6.000.00 (altı min) manat 0.62 ha. torpaq sahəsinə görə ona verilmiş pulun, özgə vəsaitindən qanunsuz istifadəyə görə 4.200.00 (dörd min iki yüz) manat pulun və torpaq sahəsinin yaxşılaşdırılması və saxlanılmasına görə çəkilmiş 4.000.00 (dörd min ) manat məbləğində xərclərin (pulun) alınaraq ona verilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 2012-ci ildə Qəbələ rayonun Mıxlıqovaq kəndi ərazisindən torpaq sahəsi almaq niyyəti barədə məlumat yaymışdır. Cavabdeh Mikayılov Elmdar (ailə başçısı) özünə və ailə üzvlərinə məxsus 0.72 ha. torpaq sahəsinin 0.62 ha.( 0.52+0.10) hissəsini satmaq istədiyini ona bildirmiş və torpaq sahəsinin ondan almağını xahiş etmişdir. Bu barədə onlar müqavilə öncəsi danışıqlar apararaq həmin torpaq sahəsinin 6.000 (altı min) manata alqı-satqısı barədə razılığa gəlmişlər. Uzun müddət xarici dövlətdə yaşamışdır. Azərbaycan qanunvericiliyini az bilir. Torpaq sahəsinin alqı-satqısı müqaviləsinin natorial təsdiq olunmalı olduğunu bilmədiyinə görə, satıcı Mikayılov Elmdarın təklifi ilə alqı-satqının rəsmiləşdirilməsi üçün X10 və Mıxlıqovaq Bələdiyyəsinə müraciət etmişlər. Ərazi üzrə İcra nümayəndəsinin və bələdiyyənin sədrinin iştirakı ilə müvafiq alqı-satqı aktları tərtib etmişlər. Alqı-satqı aktında şəxsiyyət vəsiqələrinin nömrələri göstərilməklə Elmdar və onun ailə üzvləri həmin aktı imzalamışlar. Alqı-satqının təsdiqi olaraq torpaq sahəsinə dair JN0612 nömrəli dövlət aktının və JN-751A nömrəli şəhadətnamənin əsli ona verilmişdir. 0.62 ha. torpaq sahəsinin müqabilində satıcıların ailə başçısı Mikayılov Elmdara 6.000 (altı min) manat pul ödəmişdir. Bundan dərhal sonra Elmdar sərhədlərini göstərərək , JN-0612 nömrəli "torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı üzrə 0.52 ha. və JN-0751A "torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə üzrə 0.10 ha. cəmi 0.62 ha. torpaq sahəsini onun istifadəsinə vermişdir. 2012- ci il tarixdən hal-hazırkı vaxtadək həmin torpaq sahəsi onun ixtiyarındadır. Bu yeddi il ərzində həmin torpaq sahəsinin üzərində xeyli işlər görmüş, kənarlarını bağlamış, ağaclar əkmiş, torpaq sahəsinin yaxşılaşdırılması işlərini görmüşdür. Oradakı əmlakın qorununb saxlanılması üçün qarovulçu qismində işlətdiyi Əlsahib adlı şəxsə hər ay otuz manat pul vermişdir. Cəmi yeddi il ərzində qarovulçuya 2500 manat məbləğində pul vermişdir. Ümumiyyətlə həmin torpaq sahəsinə dəyərindən əlavə, 7 il ərzində bu işlərin ərsəyə gətirilməsi üçün cəmi 4000.00 (dörd min) manat pul xərcləmişdir. Bu yeddi il ərzində torpaq sahəsi ilə bağlı cavabdehin ona qarşı heç bir etirazı olmamışdır. Bu yaxınlarda cavabdeh Elmdar alqı-satqı müqaviləsinin qanunun tələblərinə uyğun tərtib edilmədiyini, torpaq sahəsinin geri qaytarmaq istəməsini, guya onlara torpaq sahəsinə görə pul verilmədiyini bildirməyə başlamışdır. Öz növbəsində bu yaxınlarda bilmişdir ki, kənddə bu qaydada tərtib edilmiş müqavilələr digər şəxslər arasında da mövcuddur və rəsmiləşdirilmə qaydalarında buraxılmış səhvləri nəzərə alaraq həmin müqavilələri tərəflər lazımı natorial qaydasına salmağa başlamışlar. Lakin onun müqavilə tərəfi Elmdar bu alqısatqının rəsmiləşdirilməsındə buraxılmış səhvdən istifadə etmək və bu üsulla hazır bağ formasına salınmış torpaq sahəsini əlindən almaq istəyir. Belə olduğu halda o da öz növbəsində cavabdehə verdiyi altı min manat pulu, torpaq sahəsinə çəkdiyi xərcləri və onun 6 min manat pulundan 7 il ərzində istifadə etdiyinə görə bank uçot dərəcəsinə uyğun 10% tələb etmək qərarına gəlmişdir. Ərizəyə əlavə etdiyi xx xxxx 2012-ci il tarixli "Alış aktı"ndan görünür ki, həmin akt Mıxlıqovaq Bələdiyyəsində bağlanmış, aktı cavabdeh imzalamış, akt üzrə 0.62 ha. torpaq sahəsinə görə cavabdehə 6000.00 manat pul ödənilmiş, akt Mıxlıqovaq kənd İcra Ərazi nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Bundan başqa, ərizəyə "Torpaq sahəsinin satılmasına dair" Akt əlavə edilir. Həmin akt da cavabdeh tərəfindən imzalanmış, akt Mıxlıqovaq Bələdiyyəsi və Mıxlıqovaq İƏN tərəfindən təsdiq edilmişdir. Beləliklə görünən odur ki, cavabdeh özünün iradəsinə uyğun olaraq torpaq sahəsini ona satmış, torpaq sahəsinin dəyərini ondan almış, uzun müddət torpaq sahəsini ona şatılmış hesab etmiş, həmin torpaq sahəsinin üzərində vicdanlı alıcı qismində xeyli işlər görmüşdir. Cavabdeh alqı-satqı müqaviləsinin bağlanmasında buraxılmış səhv barəsində bildikdə dərhal torpaq sahəsini gerı almaq şansından istifadə etmək niyyətinə düşmüşdür. Qeyd olunanlardan da görünür ki, sözü gedən torpaq sahəsinin alqı-satqısı artıq həm onun tərəfindən həm də cavabdeh tərəfindən icra olunmuşdur, torpaq sahəsi yeddi ildir ki, onun ixtiyarındadır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X17 iddianı müdafiə edərək tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, onunla həmkəndlisi İddiaçı atası Nüsrət Aslanov ilə şifahi olaraq aralarında razılaşaraq 2012-ci il tarixdə ona və ailə üzvlərinə X5 xx xxxxxx 1997-ci il tarixli qərarı ilə verilmiş 0.61 ha pay torpaq sahəsinin ona məxsus hissəsini 800 manata satmışdır. Nüsrət Aslanov razılaşdığı 800 manatdan 600 manatı ona verib qalan 200 manatı qalmışdır və hələ də verməmişdir. Onlar arasında hər hansı bir rəsmi razılaşma və ya müqavilə olmayıb heç bir yerə imza atmayıb, o, yalnız 600 manat pulun Nüsrət Aslanovdan alması barədə sənədi imzalayıb. Onunla İddiaçı arasında bağlandığı irəli sürülən xx xxxx 2012-ci il tarixli Qəbələ rayon Mıxlıqovaq İƏN-də bağlandığı torpaq sahəsinin satılmasına dair aktda və xx xxxx 2012-ci il tarixli Qəbələ rayon Mıxlıqovaq bələdiyyəsində bağlandığı Alış aktında olan imza ona məxsus deyil. O, sözügedən alqısatqı müqaviləsinin bağlanması məqsədilə Mıxlıqovaq bələdiyyəsində və Mıxlıqovaq kənd İƏN-də olmamış, nə də həmin müqavilələri imza etməmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən 3-cü şəxs Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin sədri X13, iddianın ədalətli həllini məhkəmənin mülahizəsinə buraxaraq göstərmişdir ki, Qəbələ rayon, Mıxlıqovaq kənd sakinləri İddiaçı, onun atası Nüsrət Aslanov və Cavabdeh ilə birlikdə Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin inzibati binasına gələrək aralarında torpaq alqı-satqı razılaşma olduğunu bildirmiş və həmin razılaşmanı bələdiyyənin aktı ilə rəsmiləşdirilməsini xahiş etmişdir. Tərələrin verdiyi məlumatlar əsasən bələdiyyənin müavini alış aktı hazırlamışdır. Akt hazır və imzalamış vəziyyətdə ona təqdim olunmuş, o, da öz növbəsində aktı imzalayaraq doğruluğunu bələdiyyənin möhürü ilə təsdiqləmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən 3-cü şəxs Mıxlıqovaq kənd X11 nümayəndəsi X21 iddianın ədalətli həllini məhkəmənin mülahizəsinə buraxaraq göstərmişdir ki, tərəflərin arasında olan mübahisə ilə bağlı heç bir xəbəri yoxdur, belə ki, həmin ərəfədə Mıxlıqovaq kənd X15 heç bir vəzifədə çalışmadığından aktların tərtib edilməsində və imzalanmasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid X8 ifadəsində göstərmişdir ki, cavabdeh onun qardaşıdır. Ona və ailə üzvlərinə X5 xx xxxxxx 1997-ci il tarixli qərarı ilə verilmiş 0.61 ha pay torpaq sahəsi verilmişdir. Təxminən 2012-ci ildə qardaşı Elimdar özünə və ailə üzvlərinə məxsus 0.10 ha torpaq sahəsini İddiaçı adlı şəxsə satmışdır. Həmin vaxt o Rusiyada yaşayırdı. O, həmin torpaq sahəsini heç kəsə satmamışdır. Qardaşı Cavabdeh ilə həmkəndlisi İddiaçı arasında bağlandığı irəli sürülən xx xxxx 2012ci il tarixli Qəbələ rayon Mıxlıqovaq İƏN-də bağlandığı torpaq sahəsinin satılmasına dair aktda və xx xxxx 2012-ci il tarixli Qəbələ rayon Mıxlıqovaq bələdiyyəsində bağlandığı Alış aktında olan imza ona məxsus deyil. Həmin vaxt Rusiyada olduğu üçün qed olunan aktları ümumiyyətlə imzalaya bilməzdi. Rusiyada olması xarici pasportundakı çıxışı və girişi barədə qeydlər sübut edir. Şahid X8 birinci instansiya məhkəməsinə xarici pasportunu təqdim etmiş, ifadəsində qeyd olunanlar öz təsdiqini tapmışdır İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tam və hərtərəfli araşdırmamış, məhkəmə tədqiqatı zamanı ortaya çıxmış və iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş, məhkəmənin gəldiyi nəticəyə təsir edə biləcək sübutlar tam tədqiq edilməmiş, qətnamədə göstərilmiş nəticə ziddiyyətli, qeyri-mötəbər sübutlarla təsdiq edilir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)- 19/2020 nömrəli qətnaməsini tamamilə ləğv edib, tam hüquqlu məhkəmə kimi işi tam yoxlayaraq, komissyon məhkəmə xətşünaslıq ekspertizası keçirməklə, təqdim edilmi sübutlar, verilmiş izahatlar əsasında iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X17 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx xxxx 2012-ci ildə tərtib edilmiş aktların tərtib edilməsində, torpaq sahəsinin alınmasında və pulun verilməsində nə o, nə də nümayəndəsi olduğu qardaşı İddiaçı iştirak etməmişdir. Bütün işləri onların atası Nüsrət Aslanov özü icra etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(025)-19/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, özünə məxsus 11 sot torpaq sahəsini iddiaçının atası Nüsrət Aslanova 800 manata satsa da ondan cəmi 600 manat pul almışdır. Həmin torpaq sahəsi hal-hazırda da iddiaçı tərəfin istifadəsindədir. İddiaçı tərəf həmin torpaq sahəsini ona geri qaytaracağı təqdirdə o da, Nüsrət Aslanovdan aldığı 600 manat pulu onun vərəsələrinə qaytarmağa hazırdır. 3-cü şəxslər Mıxlıqovaq kənd X16 və Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin nümayəndələri və İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-19/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan JN-0612 (Kod: 40614018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən, X2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,61 ha fərdi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-751A (Kod: 406140018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in in xx xxxxxx 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən, X14 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,10 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxx 2012-ci il tarixli Torpaq sahəsinin satılmasına dair Aktdan görünür ki, X14 özünə və ailə üzvlərinə məxsus olan 0.62 ha torpaq sahəsini 6000 manata İddiaçı satmışdır. X12 sədri V.Həbibov, Mıxlıqovaq kənd ərazi nümayənəsi S.Nəbiyev, Mıxlıqovaq Bələdiyyəsinin baş mühasibi M.Cavadov, Mıxlıqovaq kənd sakinləri X1 Vəfadar İmam oğlu, X7 və İddiaçı adları qeyd olunmuş və imzalanmışdır. İşdə olan xx xxxx 2012-ci il tarixli Alış aktından görünür ki, 0.62 ha (0,52 ha+0.10 ha) torpaq sahəsinə görə cavabdehə cəmi 6000 manat pul ödənilmiş, aktda X1 Vəfadar İmam oğlu və İddiaçı adları qeyd olunmuş və imzalanmışdır. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(025)-983/2019 nömrəli qərardadı ilə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: xx xxxx 2012-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin satılmasına dair aktın sonunda “4.” rəqəmin və “Mikayılov E” arasında olan imzanın, xx xxxx 2012-ci il tarixdə tərtib edilmiş alış aktın sonunda “İkinci tərəf” sözlərindən sonra, “manat aldım” sözlərindən sonra və həmin aktın arxa hiisəsində “1.” rəqəmin və “Cavabdeh İ.” arasında olan imzaların Cavabdeh mənsubdurmu? Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 19628 saylı ekspert rəyi ilə müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ekspertizaya təqdim olunmuş mülki işin 9-cu vərəqəsində olan xx xxxx 2012-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin satılmasına dair aktın sonunda 4-cü sırada “Mikayılov E” önündəki imzanın, xx xxxx 2012-ci il tarixdə tərtib edilmiş alış aktın (i.v.11) sonunda “İkinci tərəf” və “manat aldım” qrafalardakı imzalar və həmin aktın arxa tərəfində “1.” rəqəminin önündəki imza – eyni şəxs tərəfindən icra olunmuşdur; ekspertizaya təqdim olunmuş mülki işin 9-cu vərəqəsində olan xx xxxx 2012-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin satılmasına dair aktın sonunda 4-cü sırada “Mikayılov E” önündəki imzanın, xx xxxx 2012-ci il tarixdə tərtib edilmiş alış aktın (i.v.11) sonunda “İkinci tərəf” və “manat aldım” qrafalardakı imzalar və həmin aktın arxa tərəfində “1.” rəqəminin önündəki imza - Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Ekspert qarşısında qoyulan sual tam olaraq cavablandırılmadığından Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-983/2019 nömrəli qərardadı ilə təkrar məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: xx xxxx 2012-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin satılmasına dair aktın sonunda “4.” rəqəmin və “Mikayılov E” arasında olan imzanın, xx xxxx 2012-ci il tarixdə tərtib edilmiş alış aktın sonunda “İkinci tərəf” sözlərindən sonra, “manat aldım” sözlərindən sonra və həmin aktın arxa hissəsində “1.” rəqəmin və “Cavabdeh İ.” arasında olan imzaların Cavabdeh mənsubdurmu? Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 27815 saylı ekspert rəyi ilə müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ekspertizaya təqdim olunmuş mülki işin 9-cu vərəqəsində olan xx xxxx 2012-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin satılmasına dair aktın sonunda 4-cü sırada “Mikayılov E” önündəki imzanın, xx xxxx 2012-ci il tarixdə tərtib edilmiş alış aktın sonunda “İkinci tərəf” və “manat aldım” qrafalardakı imzalar və həmin aktın arxa tərəfində “1.” rəqəminin qarşısında “Mikayılov Elmdar” yazılarından əvvəl yerləşən imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, JN- 0612 (Kod: 40614018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən X2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,61 ha fərdi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-751A (Kod: 406140018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsi ilə Qəbələ rayon AİK-in in xx xxxxxx 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən X14 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,10 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı xx xxxx 2012-ci il tarixli Torpaq sahəsinin satılmasına dair akta və xx xxxx 2012-ci il tarixli Alış aktına əsaslanaraq yuxarıda qeyd edilən torpaq sahələrinin alqısatqısının baş tutmasını təkid edir. Lakin, ekspert rəyi və şahid ifadələri ilə cavabdeh X4 həmin aktların imzalanmaması, ümumiyyətlə cavabdehin torpaq sahələrinin alıb-satılması barədə xəbərin olmaması öz təsdiqini tapmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə cavabdeh X3 6000 manat 0.62 ha torpaq sahəsinə görə ona verilmiş pulun, özgə vəsaitindən qanunsuz istifadəyə görə 4200 manat pulun və torpaq sahəsinin yaxşılaşdırılması və saxlanılmasına görə çəkilmiş 4000 manat məbləğində xərclərin (pulun) alınaraq ona verilməsini iddia etsə də, tələbini əsaslandıra bilməmiş və iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün iddia tələbi təmin edilməməlidir. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış məhkəmə xətşünaslıq ekspertizasının dəyəri 297 (iki yüz doxsan yeddi) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-19/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. İddiaçı iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi barədə xahişi Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-914/2020 nömrəli qərardadı ilə təmin edilməmişdir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiаçı İddiaçı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-19/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar