Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-927/2020 20.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı akt əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-165/2020 nömrəli qətnaməsindən Cavabdeh İB-nin nümayəndəsi X4 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-165/2020 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddiа təmin edilmiş, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı əsassız hesablanmış 201,60 manat borcun onun abonent hesabından silinməsi, Cavabdehndən 20 manat dövlət rüsumunun alınaraq, İddiaçı ödənilməsiqət edilmişdir. İşin halları İddiaçı Cavabdeh Balakən rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən dəymiş ziyanın bərpasına dair olan tələbnamənin etibarsız hesab edilməsi, yaranmış 201,60 manat borcun silinməsi və ödənilmiş 10 manat dövlət rüsumununun cavabdehdən adlınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı Cavabdeh Balakən rayon şöbəsinin əsl Cavabdeh ilə əvəz edilməsinə razı olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi iddiaçının razılığını nəzərə alıb, Cavabdeh X5 Regional Qaz X7 rayon şöbəsini (xidmət sahəsini) əsl Cavabdeh ilə əvəz etmişdir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh X5 Regional Qaz X7 rayon şöbəsi (xidmət sahəsi) hüquqi şəxs deyildir və ona görə də məhkəmədə cavabdeh qismində iştirak edə bilməz. Əsl cavabdeh isə Cavabdeh X5 Regional Qaz X7 xidmət sahəsinin tabe olduğu Cavabdehdir. Birinci instansiya məhkəməsinin iclasında həmçinin İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən dəymiş ziyanın bərpasına dair olan tələbnamənin etibarsız hesab edilməsi tələbi hissəsində iddia tələbinin həcmini azaldaraq, yalnız ona əsassız hesablanmış 201,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı Nəsrədldin oğlu iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, Balakən rayonu Gərəkli kəndində ailəsi ilə birlikdə yaşayır. Digər həmkəndliləri kimi o da təbii qazdan istifadə edir. Qaz sayğacı yolda, küçə tərəfdə, hasarın üzərində yerləşdirilmişdir. Küləkdən və digər maneələrdən, yoldan keçən mal-qaranın toxunmasından və onun bilmədiyi digər səbəblərdən qaz sayğacının giriş yerindən boru zədələnmişdir. Oradan qazın sızmasını görüb, o, qəza xidmətinə zəng etmişdir. Onlar gəlmiş və cavabdehin nümayəndələri akt tərtib etmişlər. Aktda göstərmişlər ki, sayğaca heç bir müdaxilə olunmamışdır. Onlar qaz xəttində olan sayğacı dəyişdirmiş və yeni sayğac yerləşdirmişlər. Aktda qeyd olunmuşdur ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verildi. Bundan sonra Cavabdeh əməkdaşları dəymiş ziyannı bərpasına dair tələbnaməni ona təqdim etmişlər. Həmin tələbnamədə göstərmişlər ki, aşkar edilmiş nöqsan olaraq Metrologiya departamenti sayğacların müayinə laboratoriyası qaz sayğacının yoxlanılması barədə xx.xx.2019-cu il tarixli, **********6 №-li akta əsasən Q-4 markalı ******* №-li sayğacın hesablama mexanizmindən keçən hissəsi plastmass borusu oturacaqdan aralanmışdır. Nəticədə təbii qazın itkisi yaranmışdır. Mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki tələbinə uyğun sayğacla əvəz edilməsi, itirilmiş qazın bərpası ilə bağlı dəymiş ziyanın hesablanması və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Dəymiş ziyanın 2016 m3 qazın sayğacdankənar sərfiyyatı hesablanmaqla, onu 201,60 manat cərimə etmiş və bu cərimə məbləği borc kimi onun abonent saldosuna daxil edilmişdir. Bu 201,60 manat borc ona əsassız hesablanmışdır. Qaz sayğacı evindən kənarda yerləşir. Onun mühafizəsinə o, və ailə üzvləri cavabdeh deyillər. Cərimə olunması qanunsuzdur. Belə ki, o, qaz sayğacına heç bir müdaxilə etməmişdir və onun bu işdə heç bir təqsiri yoxdur. İddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Birinci instansiya məhkəməsi işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh Cavabdeh nümayəndəsi X3 apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi X3 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Balakən Rayon Məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-165/2020 nömrəliqətnaməsinin ləğv edilməsi, həmçinin apelyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Cavabdeh nümayəndəsi və İddiaçı lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh Cavabdeh nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-165/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Cavabdeh Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx xxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı evində qaz sayğacı çıxarılmış və əvəzinə yeni sayğac quraşdırılmışdır. İşdə olan ARDNŞ-nin Cavabdeh X2 istifadə qaydalarının pozulması haqqında ******* №-li aktda qeyd edilmişdir ki, Cavabdeh» İstehsalat Birliyinin mütəxəssisləri tərəfindən baxış keçirilən zaman Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh İB-nin 29/1710-009862-2 nömrəli aktına əsasən Balakən rayonu Gərəkli kəndində yaşayan İddiaçı məxsus evdəki sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğacın yivli birləşmələri deformasiyaya uğrayıb, sayğacın giriş plastmas borusu oturacaqdan aralanmışdır. Aktda həmçinin dəymiş ziyanın hesablanaraq, ödənişə cəlb olunması göstərilmişdir. İşdə olan Cavabdeh Zaqatala X12 İdarəsiinin rəis müavininin təsdiq etdiyi dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, İddiaçı xx.xx.2019cu il tarixli, ******* akt əsasında 2016 m3 itirilmiş qaz hesablanmışdır. Həmin vaxt qazın bir kubmetrinin qiyməti 0,10 manat olduğu təqdirdə ehtimal olunan 2016 kub metr itirilmiş qazın qiyməti 201,60 manat təşkil edir. İşdə olan İddiaçı **********08190 nömrəli abonent saldosundan görünür ki, həmin 201,60 manat borc kimi qalıq və aktlar qrafasında həmin abonentin- İddiaçı abonent hesabına daxil edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 20 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 21.1, 21.2, 385.1, 386.1, 425.1, 427.1, 427.2 442, 443.1, 443.2, 445.1, 448.1, 459.1, 1091.1, 1091.2, 1096.1 və 1097.1-ci maddələrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.6,, 4.7, 4.8, 4.9 və 5.2-ci maddələrinə, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, Azərbaycan Respublikası MPM-nin 119.1 və 119.2-ci maddələrinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.1.5-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən оlunmuşdur ki, İddiaçı yaşayış evinə qaz sayğacı bu yaşayış evinin içində deyil, küçə tərəfdə quraşdırılmışdır ki, həmin yer də ictimai yer hesab olunur. Qaz sayğacına müdaxilə ilə bağlı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx xxxx 2019-cu il tarixli, ******* nömrəli akt, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №- li akt tərtib olunarkən, həmçinin həmin akt əsasında 2016 kub metr itirilmiş qaz itkisi ilə bağlı xx xxxx 2019-cu il tarixli tələbnamə verilərkən qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin İddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. İş üzrə cavabdeh tərəfindən də İddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunması, həmçinin xx xxxx 2019-cu il tarixli aktın, ******* nömrəli aktın və xx.xx.2019-cu il tarixli tələbnamənin həqiqəti əks etdirməsi və əsaslı olması barədə məhkəməyə heç bir sübut təqdim olunmamış, iddia tələbinə olan etirazın əsaslandırıldığı hallar sübut olunmamışdır. Məhkəmə, Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx xxxx 2019-cu il tarixli aktı, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li aktı və xx xxxx 2019-cu il tarixli tələbnaməni həqiqəti əks etdirmədiyi, əsaslı olmadığı, işin həqiqi halları ilə ziddiyyət təşkil etdiyi üçün iddia tələbinə etirazı əsaslandıran hallarla bağlı mötəbər sübutlar kimi qəbul etmir. Həmçinin Cavabdeh tərəfindən iddia tələbinə etirazın əsaslandırıldığı hallar kimi İddiaçı qaz sayğacına ehtimal olunan müdaxilə etməklə qanunazidd hərəkəti nəticəsində ona 2016 kub metr qaz itkisi olmaqla 201,60 manat məbləğində zərər vurulması, bu zərərlə iddiaçının ehtimal olunduğu qanunazidd hərəkəti arasında səbəbli əlaqənin olması və bu zərərin vurulmasında iddiaçının təqsirli olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, iddia tələbinə etirazın əsaslandırıldığı həmin hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya 201,60 manat cərimə borcu əsassız hesablanmış və əsassız olaraq da həmin cərimə borcu iddiaçının abonent hesabına daxil edilməklə ondan tələb edilir. Bu da qaz istehlakçısı kimi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ona görə də iddiaçının hüquqları bərpa olunmalı və həmin 201,60 manat əsassız hesablanmış borc iddiaçının abonent hesabından silinməlidir. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, iddiaçının evinə aid qaz sayğacının küçədə yerləşməsini,cavabdeh tərəfindən sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, sayğacın yivli birləşmələrinin deformasiyaya uğraması və sayğacın giriş plastmas borusunun oturacaqdan aralanmasının iddiaçının təqsiri üzündən baş verməsinə vəbunun iddiaçı tərəfindən törədilməsinə dair heç bir sübut təqdim edilməməsini nəzərə alaraq, hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı əsassız hesablanmış 201,60 manat borc onun abonent hesabından silinməlidir. Lakin iş materiallarından görünür ki, hazırki iddianın qaldırılması üçün İddiaçı 500 manat məbləğdən aşağı məbləğlər üzrə qanunda nəzərdə tutulmuş miqdarda-20 manat dövlət rüsumu ödəmişdir. Ona görə iddia təmin edildiyi və iddiaçı hazırki iddia üzrə dövlət rüsumunu ödədiyi üçün məhkəmə həmçinin hesab edir ki, Cavabdehndən 20 manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehin nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin nümayəndəsinin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn cаvаbdeh Cavabdeh nümayəndəsi X1 apelyasiya şikаyəti təmin edilmədən, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-165/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-165/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cаvаbdeh Cavabdeh nümayəndəsi X3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-927/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-927/2020
20.05.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver