Məhkəmə qərarları › İş №2(107)-928/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-928/2020

06.05.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-928/2020 06.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, iddiaçı və digər İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər Cavabdeh4, Cavabdeh6 Əyyub oğlu, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı X17 və Şəki rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilə və çıxarışların ləğvi» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-11/2020 nömrəli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində olan M.Müşfiq küçəsində yerləşən Şəki Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsasən əmlakın 1-ci mərtəbəsində yerləşən 26.45 kv.m olan hissə Cavabdeh6 Eyyub oğlunun adına paylı mülkiyyətdə olmaqla xx xxxxxxxx 2006-cı il tarixdə, ********* qeydiyyat nömrəli və Cavabdeh3 adına xx xxx 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli DƏDRX-dən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Mülki işə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayon 1 saylı DNK-nin xx xxxxxx 2006-cı il tarixli, 4Ə02/368 saylı alqı-satqı müqaviləsi və xx xxxxxxxx 2006-cı il tarixdə ********* dövlət reyestrindən çıxarış, Şəki rayon 1 saylı DNK-nin xx xxxxxx 2008-ci il tarixli, 4Ə-2/408 saylı alqı-satqı müqaviləsi, Şəki rayon 1 saylı DNKnin xx xxxxxx 2009-cu il tarixli, 4Ə-01/232 alqı-satqı müqaviləsi, Şəki rayon 1 saylı DNKnin xx xxxx 2010-cu il tarixli, 4Ə-01/201 saylı alqı-satqı müqaviləsi, Şəki rayon 1 saylı DNK-nin xx xxx 2015-ci il tarixli, 4Ə-318 bağışlanma müqaviləsi, Cavabdeh3 adına xx xxx 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmçinin X1 adına Şəki şəhər texniki invertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən reyestr kitabı 1, səhifə 61, qeydiyyat №243, xx xxxxxx 2006-cı il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, məhkəmə tərəfindən X10, Cavabdeh6 və Cavabdeh2 üçüncü şəxs qismində cəlb olunmuşlar. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon 1 saylı DNK-nin xx xxxxxx 2006-cı il tarixli, 4Ə02/368 saylı Cavabdeh4 ilə Cavabdeh6 Əyyub oğlu arasında bağlanmış alqı-satqının, onun əsasında verilmiş xx xxxxxxxx 2006-cı il tarixli, ********* nömrəli çıxarışın, Şəki rayon 1 saylı DNK-nin xx xxxxxx 2008-ci il tarixli, 4Ə-2/408 saylı Cavabdeh2 ilə X4 arasında bağlanmış alqısatqının, Şəki rayon 1 saylı DNK-nin xx xxxxxx 2009-cu il tarixli, 4Ə-01/232 saylı X4 və X8 arasında bağlanmış alqısatqının, Şəki rayon 1 saylı DNK-nin xx xxxx 2010-cu il tarixli, 4Ə-201 saylı X8 ilə X10 arasında bağlanmış alqı-satqının, Şəki rayon 1 saylı DNK-nin xx xxx 2015-ci il tarixli, 4Ə-318 saylı X10 ilə Cavabdeh3 arasında bağlanmış bağışlama müqaviləsinin, xx xxx 2015-ci il tarixli Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, DƏDRX-dən çıxarışın ləğv edilməsi, həmçinin mülkiyyət hüquqlarının bərpa edilməsi, Cavabdeh6 Əyyub oğlu, Cavabdeh3 da cavabdeh kimi əlavə edilməsi, Cavabdeh6 Əyyub oğlundan 72000 manat bu vaxtadək əldən çıxmış gəlirin, Cavabdeh3 və X5 44000 manat pulun alınıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı2, İddiaçı1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayon 1 saylı DNK-nin xx xxxxxx 2006-cı il tarixli, 4Ə- 02/368 saylı Cavabdeh4 ilə Cavabdeh6 Əyyub oğlu arasında bağlanmış alqı-satqının, onun əsasında verilmiş xx xxxxxxxx 2006-cı il tarixli, ********* nömrəli çıxarışın, Şəki rayon 1 saylı DNK-nin xx xxxxxx 2008-ci il tarixli, 4Ə-2/408 saylı Cavabdeh2 ilə X4 arasında bağlanmış alqı-satqının, Şəki rayon 1 saylı DNK-nin xx xxxxxx 2009-cu il tarixli, 4Ə-01/232 saylı X4 və X8 arasında bağlanmış alqı-satqının, Şəki rayon 1 saylı DNK-nin xx xxxx 2010-cu il tarixli, 4Ə-201 saylı X8 ilə X10 arasında bağlanmış alqı-satqının, Şəki rayon 1 saylı DNK-nin xx xxx 2015-ci il tarixli, 4Ə-318 saylı X10 ilə Cavabdeh3 arasında bağlanmış bağışlama müqaviləsinin, xx xxx 2015-ci il tarixli Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, DƏDRX-dən çıxarışın ləğv edilməsi, həmçinin əşyaları ilə birlikdə mülkiyyətlərindən çıxarılması, Şəki şəhər texniki invertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən reyestr kitabı 1, səhifə 61, qeydiyyat №243, xx xxxxxx 2006-cı il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin, yəni çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X13 tapşırılması, Cavabdeh6 Əyyub oğlundan 72000 manat bu vaxtadək əldən çıxmış gəlirin, Cavabdeh3 və X5 44000 manat pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, məhkəmə tərəfindən Cavabdeh6 və Cavabdeh4 cavabdeh, Cavabdeh2, X6, X7, X4, X8, Cavabdeh3 və X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Mülki işə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunun hissədə baxılmamış saxlanılması və cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X15 saxlayaraq Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunun xx xxxxxx 2006-ci il tarixli, 4Ə02/358 saylı alqı-satqı müqaviləsi və xx xxxxxxxx 2006-cı il tarixdə, ********* nömrəli dövlət reyestrindən çıxarış, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunun xx xxxxxx 2008- ci il tarixli, 4Ə-2/408 saylı alqı-satqı müqaviləsi, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunun xx xxxxxx 2009-cu il tarixli, 4Ə- 01/232 alqı-satqı müqaviləsi, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunun xx xxxx 2010cu il tarixli, 4Ə-01/201 saylı alqı-satqı müqaviləsi, Cavabdeh3 adına xx xxx 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmçinin Şəki şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən reyestr kitabı 1, səhifə 61, qeydiyyat nömrəsi 243, xx xxxxxx 2006-cı il tarixdə verilmiş qeydiyyat əsasında X2 məxsus olan qeydiyyat vəsiqəsinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-11/2020 nömrəli qərardadı ilə (hakim Pərviz Hacıyev) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh6 Əyyub oğlu, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı X17 və Şəki rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilə və çıxarışların ləğvi» tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər Cavabdeh4, Cavabdeh6 Əyyub oğlu, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı X17 və Şəki rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilə və çıxarışların ləğvi» tələbinə dair iddia ərizələri üzrə iddia tələbinin «Şəki şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən reyestr kitabı 1, səhifə 61, qeydiyyat nömrəsi 243, xx xxxxxx 2006-cı il tarixdə verilmiş qeydiyyat əsasında X2 məxsus olan qeydiyyat vəsiqəsinin bərpa edilməsi» hissəsində icraata xitam verilmiş, İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin tələblə bağlı Şəki İnzibati Məhkəməsində iddia qaldıra bilmək hüquqları izah edilmişdir. Qərardaddan nаrаzı qalan iddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 şikаyət vermişlər. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-11/2020 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh6 Əyyub oğlu, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X17 və Şəki rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilə və çıxarışların ləğvi» və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər Cavabdeh4, Cavabdeh6 Əyyub oğlu, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı X17 və Şəki rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilə və çıxarışların ləğvi» tələbinə dair iddia ərizələri üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-11/2020 nömrəli iddia tələblərinin «Şəki şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən reyestr kitabı 1, səhifə 61, qeydiyyat nömrəsi 243, xx xxxxxx 2006-cı il tarixdə verilmiş qeydiyyat əsasında X2 məxsus olan qeydiyyat vəsiqəsinin bərpa edilməsi» hissəsində xitam verilməsi haqqında qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 verdikləri şikayət müzakirə olunması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və digər İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı X17, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunun nümayəndələri, Cavabdeh6 və Cavabdeh4, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh2, X6, X7, X4, X8, Cavabdeh3 və X10 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-11/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibatı Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsаsən ş əxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsаsən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddianın «Şəki şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən reyestr kitabı 1, səhifə 61, qeydiyyat nömrəsi 243, xx xxxxxx 2006-cı il tarixdə verilmiş qeydiyyat əsasında X2 məxsus olan qeydiyyat vəsiqəsinin bərpa edilməsi» hissəsinə xitam verilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianın «Şəki şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən reyestr kitabı 1, səhifə 61, qeydiyyat nömrəsi 243, xx xxxxxx 2006-cı il tarixdə verilmiş qeydiyyat əsasında X2 məxsus olan qeydiyyat vəsiqəsinin bərpa edilməsi» hissəsinə Şəki Rayon Məhkəməsində deyil, Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər - iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə İcraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Beləliklə, hazırkı halda iddia tələbinin «Şəki şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən reyestr kitabı 1, səhifə 61, qeydiyyat nömrəsi 243, xx xxxxxx 2006-cı il tarixdə verilmiş qeydiyyat əsasında X2 məxsus olan qeydiyyat vəsiqəsinin bərpa edilməsi» tələbinə dair hissəsi üzrə icraata xitam verilməli, iddiaçılar İddiaçı2 və İddiaçı1 həmin tələblə Şəki İnzibati Məhkəməsində iddia qaldıra bilmək hüquqları izah edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-11/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1, 400, 402-404 və 405-ci mаddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-11/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar