Məhkəmə qərarları › İş №2(107)-951/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-951/2024

15.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-951/2024 15.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- mənəvi ziyanın ödənilməsi tələbi) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(014)-1509/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh2 apellyasiya şikayətlərinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 20 mart 2022-ci il tarixində Ağdaş rayon sakinləri Ağdaş Rayon Məhkəməsinin 1(014)-105/2022 saylı hökmü ilə CM-in 221.2.1-ci maddəsi ilə məhkum olunmuş cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 heç bir əsaslı səbəb olmadan Cavabdeh2 istifadəsində olan telefona zəng edərək ondan ona olan 103 (yüz üç) manat borcunu istəmiş, həmin vaxt telefonu oğlu, Cavabdeh3 götürmüş, o isə normal qaydada borcunu istədiyi halda Cavabdeh3 atası cavabdehlə ona böhtan ataraq guya telefon danışığı vaxtı onun cavabdehlərə söydüyünü bəhanə gətirərək, (Əslində isə əvvəllər Cavabdeh2 bu kimi hərəkətlərinə görə başqa şəxslər tərəfindən dəfələrlə döyülən biri kimi tanındığına görə, daha oğlanlarının da böyüdüyü üçün cəsarətlənərək, özünü insanlara yenidən “qoçu” kimi tanıtmaq məqsədi ilə onun kimi çarəsiz vəziyyətdə olan, kimsəsiz, eyni zamanda yetkinlik yaşına çatmayan yetim övladlarına tək baxdığı üçün onu zəif, cavabdehlərin ona etdikləri bu haqsızlıqlar qarşısında haqqını tələb etməyəcəyini hesab edərək sərxoş halda oğlanları ilə birlikdə üzərində qrup halında, üstünlüklərini ətrafdakı insanlara nümayiş etdirmək üçün onu hədəf seçmişdir) Ağdaş şəhəri, S.Səlimoğlu küçəsində yerləşən özünə məxsus mağazaya hücüm edərək ictimai qaydanı kobud şəkildə pozaraq onu döyüb, nalayiq söyüşlərlə təhqir edib sağlamlığına və əmlakına ziyan vuraraq xuliqanlıq cinayəti törətmişlər. Cavabdeh3 və atası cavabdehlə birgə ibtidai və məhkəmə istintaqı dövründə ona böhtan ataraq telefonda onları təhqir etdiyini bildirsə də, həmin telefon danışığının sübut olaraq səs yazısı olduğundan cavabdehlərin ona böhtan atdıqları istintaqa məlum olmuşdur. Bu səbəblərdən ona maddi ziyan və mənəvi zərər dəymişdir, həmçinin cavabdehlər bu hərəkətləri ilə işgüzar nüfuzuna xələl gətirmişlər. Belə ki, cavabdehlər həmin vaxt orada olan müştərilərin və yolda olan insanların yanında onu nalayiq söyüşlərlə təhqir edərək ona mənəvi zərər vurmuşlar. Bundan başqa, cavabdehlərin ona nalayiq söyüşlər söyərək şərəf və ləyaqətini alçaltdıqlarını eşidib görən insanları gördükdə hadisə zamanı ona qarşı olunanları bildikləri üçün və cavabdehlərin (Mahirin deməsinə görə, bank müdiri “bank onun əlində” olan qayını olduğuna görə pul verib həbs olunmamaları, hadisədən xəbəri olanların cavabdehlərin ona qarşı etdiklərinin cəzasını çəkmədiklərini ona deyərək istehza etmələri) layiqli cəza almamaları səbəbindən mənəvi iztirab və sarsıntı keçirir, hal-hazırda da iztirab və sarsıntıları davam etməkdədir. Bu səbəbdən antidepressant tərkibli dərmanları yüksək dozada qəbul edir və həmin dərmanların yan təsirindən səhhətində başqa problemlər yaranıb. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə halı pisləşdiyinə görə Bakı şəhəri, N.Tusi adına klinikada həkimkardioloqun qəbulunda olmuş və exo kardioqrafiya aparatı ilə müayinə olunmuşdur. Həkim-kardioloq halının pisləşməsini yaşadığı neqativ hadisənin təsirindən baş vermiş stres nəticəsində yarandığını bildirib və qəbul etdiyi sakitləşdirici dərmanları dəyişmək və yenidən müalicəni başlamaq üçün psixoterapevtə müraciət etməsini tövsiyə edib. Bu səbəbdən xx.xx.2023-cü il tarixində Mingəçevir şəhəri Mərkəzi Xəstəxanasında həkim qəbulunda olmuş və ona yenidən müalicə təyin olunub. Bu səbəblərdən ona dəymiş mənəvi zərəri 10000 (on min) manat dəyərində qiymətləndirir. Odur ki, bu səbəbdən ona 10000 (manat) mənəvi zərər, hadisə və aldığı xəsarətlər səbəbindən müalicəsinə xərclədiyi və xərcləyəcəyi 1000 (min manat) maddi ziyan dəymişdir. Bundan başqa, cavabdehlər işgüzar nüfuzuna xələl gətirərək də ona maddi ziyan vurublar. Belə ki, cavabdehlərin ona qarşı cinayət törətmələri nəticəsində hadisəni eşidən müştərilərin bəzisi məlum hadisənin yenə baş verə biləcəyini düşünənərək ailə üzvlərinin mağazadan alış veriş etməyə icazə vermirlər. Bundan başqa, hadisə səbəbindən mağazada işləmək üçün təklif etdiyi iş axtaranlar da məlum hadisə səbəbindən mağazada işləmək istəməmişlər və mağaza günlərlə bağlı qaldığına görə də gəliri xeyli miqdarda azalmışdır. Həmçinin bu səbəbdən uzun illər işlətdiyi mağazanı işlətməyi mümkün olmamış, bir müddət mağaza bağlı qaldıqdan sonra məcbur qalaraq mağazanı hadisəyə qədər mağazadan əldə etdiyi aylıq gəlirin yarı miqdarından aşağı qiymətə icarəyə vermişdir. Buna görə hadisə baş verən gündən sonra bu səbəblərdən və mağazanın günlərcə bağlı qaldığına görə 3000 (üç min) manat maddi gəlir əlindən çıxmışdır. Cavabdehlərin onun işgüzar nüfuzuna xələl gətirdiklərinə görə ona 3000 (üç min) manat maddi ziyan dəymişdir. Bundan başqa, cavabdehlər onu yerə yıxıb hər üçü onu təpik və yumruqlarla vuraraq ona xəsarətlər yetirib və nəticədə səhhətində problemlər yaranıb. Bu səbəbdən həmin vaxt, yəni 2022-ci ildə müalicə üçün Bakı və Yevlax şəhərlərinə getmiş, ümumilikdə 500 (beş yüz) manat vəsait xərcləmişdir. Həmçinin yuxarıda göstərdiyi səbəblərdən 2023-cü ildə də müalicə üçün xərc çəkmiş və bundan sonra da çəkməlidir. Odur ki, cavabdehlərin əməlləri səbəbindən 2022-2023-cü illərdə müalicəsinə xərclədiyi və xərcləyəcəyi pulun məbləği ümumilikdə 1000 (min) manatdır. Bundan başqa, hadisə zamanı mağazada olan malların bir hissəsi (50 manat dəyərində olan hissəsi) yerə dağılaraq yararsız hala düşmüş və Cavabdeh3 mağazanın qarşısındakı istintaq tərəfindən maddi sübut kimi götürülmüş 100 (yüz) manat dəyərində ASC-769-T markalı elektron tərəzini yumruqla vurub sındıraraq yararsız hala salmışdır və nəticədə əmlakına 100 (yüz) manat tərəziyə görə, 50 (əlli) manat yararsız hala düşən mallara görə maddi ziyan dəymişdir. Bundan başqa, Cavabdeh2 ona olan 103 (yüz üç) manat borcunu ödəmədiyinə görə də ona 103 (yüz üç) manat maddi ziyan dəymişdir. Bundan başqa, Cavabdeh2 digər cavabdeh oğlanları ilə ona qarşı cinayət törətdikləri halda “bizi heç kim tuta bilməz qaynım bank müdiridir bank bizim əlimizdədir və.s.” sözlər deyərək ona xəbər göndərdiyinə görə həmin vaxt Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X7 ilə müqavilə bağlayaraq onun hesabına ibtidai istintaq dövründəki hüquqi yardıma görə 500 manat, məhkəmə istintaqı dövründə 100 manat olmaqla ümümilikdə 600 manat pul ödəmişdir. Bu səbəbdən də ona 600 manat maddi ziyan dəymişdir. Bundan başqa, Ağdaş Rayon Məhkəməsi cavabdehlərə yüngül cəza verərək onların maraqlarına xidmət edən ədalətsiz hökm çıxartdığına görə apellyasiya və kassasiya şikayətləri vermiş və ədalətin bərqərar olacağı vaxta qədər izdirablarının azalması üçün zərərçəkmiş olaraq bütün şikayət hüquqlarından istifadə etməyə davam edəcək ki, buna da müəyyən qədər pul xərcləməli olur. Ağdaş Rayon Məhkəməsinin 1(014)-105/2022 saylı hökmündə mülki iddiaçı kimi tanınmış, lakin işə baxan məhkəmə (F.Nəsibov) qərəzli şəkildə cavabdehlərə yüngül cəza verdiyi kimi mülki iddianı da baxılmamış saxlamışdır, lakin hökmdə daha sonra mülki qaydada iddia qaldıra biləcəyini bildirmişdir. Bu səbəblərdən dəymiş maddi ziyanın və mənəvi zərərin ödənilməsinə dair mülki mübahisə məhkəmə qaydasında həll edilməlidir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(014)-1509/2023 saylı qətnaməsi ilə (hakim C.Sultanov) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada mənəvi zərərə görə 500 (beş yüz) manatın, yararsız mallara görə 50 (əlli) manat, hüquqi yardıma görə vəkil hesabına ödənilmiş 600 (altı yüz) manatın və dövlət rüsumu olaraq ödənilmiş 37 (otuz yeddi) manatın alınaraq İddiaçı verilməsi, Cavabdeh3 sındırılmış tərəzinin əvəzi olaraq 100 (yüz) manat alınaraq İddiaçı verilməsi, Cavabdeh2 103 (yüz üç) manat məbləğində borcunun əvəzi alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı ilə cavabdehlər arasında mübahisə İddiaçı məxsus mağazada Qəribin Mahirdən borcunu istəməsi səbəbindən baş vermişdir. Hadisə zamanı cavabdehlər tərəfindən iddiaçıya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirilmiş və nəticədə cinayət işi başlanılmış, cavabdehlər Ağdaş Rayon Məhkəməsinin 1(014)-105/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh2 və Cavabdeh1 müyyən müddətə azadlıqdan məhrum etmə cəzasına, Cavabdeh3 isə islah işləri cəzasına məhkum edilmişdir. Sözügedən cinayət işində iddiaçı zərərçəkmiş şəxs olaraq fərdi qaydada fəaliyyət göstərən vəkil X4 hüquqlarının müdafiəsini həvalə etmiş və buna görə ona 600 manat ödəniş etmişdir. Cavabdehlərdən Cavabdeh3 hadisə zamanı iddiaçıya məxsus elektron tərəziyə yumruqla vuraraq sındırmaqla yanaşı 50 manat məbləğində satışda olan mallara da ziyan dəymişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı hazırda ona dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq 14988 manatın cavabdehlərdən alınıb ona ödənilməsini tələb etsə də, mənəvi zərərə görə tələb olunan 10000 manat ağlabatan deyil, həmin məbləği təsdiq edəcək, eyni zamanda işgüzar nüfuzuna xələl gəldiyinə dair heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Lakin işin materiallarına əlavə edilmiş tibbi müayinələrindən və qoyulmuş diaqnozlardan müəyyən etmək olar ki, iddiaçı səhhəti ilə əlaqədar müxtəlif vaxtlarda həkim qəbulunda olmuşdur. Bu hissədə tələbi qismən əsaslıdır. Birinci instansiya məhkəməsi iddiaçıya mənəvi zərərin vurulmasını müəyyən etsə də, hesab etmişdir ki, iddiaçının mənəvi zərərə görə cavabdehlərdən tələb etdiyi 10000 (on min) manat ağlabatan deyildir və buna görə də cavabdehlərdən mənəvi zərərə görə cəmi 500 (beş yüz) manat məbləğində pul alınaraq iddiaçıya verilməsini ədalətli və ağlabatan hesab edir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlərin etirafları ilə sındırılmış elektron tərəzinin dəyərinin 100 manat, mallara dəymiş ziyana görə 50 manat, iddiaçıya olan 103 manat məbləğində borcun olması öz təsdiqini tapmışdır. Bundan başqa, işin materialları ilə iddiaçının cavabdehlərin təqsirli hərəkətləri ilə bağlı hüquqi yardımdan istifadə etməsi və buna görə də cəmi 600 (altı yüz) manat ödəniş etməsi də öz təsdiqini tapmışdır. İddia tələbi qismən əsaslı olduğundan birinci instansiya məhkəməsi hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun 37 manatı cavabdehlərə aid edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada mənəvi zərərə görə 500 (beş yüz) manat, yararsız mallara görə 50 (əlli) manat, hüquqi yardıma görə vəkil hesabına ödənilmiş 600 (altı yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 37 (otuz yeddi) manat alınaraq İddiaçı verilməli, Cavabdeh3 sındırılmış tərəzinin əvəzi olaraq 100 (yüz) manat alınaraq İddiaçı verilməli, Cavabdeh2 103 (yüz üç) manat məbləğində borcun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1115-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə qətnaməni elan edən zaman və qətnamədən çıxarışın “qət etdi” hissəsində “İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada mənəvi zərərə görə 500 (beş yüz) manat, yararsız mallara görə 50 (əlli) manat, hüquqi yardıma görə vəkil hesabına ödənilmiş 600 (altı yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 37 (otuz yeddi) manat alınaraq İddiaçı verilsin. Cavabdeh3 sındırılmış tərəzinin əvəzi olaraq 100 (yüz manat alınaraq İddiaçı verilsin. Cavabdeh2 103 (yüz üç) manat məbləğində borcun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin.” kimi göstərmişdir. Məhkəmənin həmin qətnaməsindən narazı, qətnamənin iddianın təmin olunmayan hissəsi maddi və prosessual hüquq normaları pozulmaqla və düzgün tətbiq edilməyərək çıxarıldığından qismən – iddianın təmin olunmayan hissəsində ləğv edilməli, iddia tələbi əsaslı olduğundan həmin hissədə iddia tələbi tam həcmdə təmin edilməlidir. İşə baxan məhkəmə qətnaməsində "iş materiallarına əlavə edilmiş tibbi müayinələrindən və qoyulmuş diaqnozlardan müəyyən etmək olar ki, iddiaçı səhhəti ilə əlaqədar müxtəlif vaxtlarda həkim qəbulunda olmuşdur. Bu hissədə tələbi qismən əsaslır" kimi göstərsə də, müalicə xərcləri üçün çəkilmiş və çəkilməli olan xərcin əvəzi olaraq tələb etdiyi 1000 manat pula aid olan hissəsini təmin etməmişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, dövlət xəstəxanaları ilə yanaşı özəl klinikalarda da müayinə olunmuşdir. Bundan başqa dövlət xəstəxanalarında müayinə pulsuz olsa da, müalicə üçün təyin olunmuş dərmanlar apteklərdən pul ilə alınmalıdır. Məhkəmə bu hissədə heç bir hüquqi əsasları olmayan, cavabdehlərin mülahizələrini sübut növü kimi qəbul edərək baxmaqla tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etməmiş və tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməmişdir. Həmçinin işə baxan məhkəmə iddia tələbinin mənəvi zərərə aid hissəsini qismən təmin etməklə nəzərə almamışdır ki, ona qarşı cinayət əməli üç nəfər tərəfindən törədilmişdir və mənəvi zərərə görə təyin olunmuş cavabdehlərdən müştərək qaydada alınmalı olan 500 manat üç nəfərə münasibətdə ağlabatan və ədalətli deyildir. İddia tələbinə istinad edən kifayət qədər sübutlarını məhkəməyə təqdim etsə də, işə baxan məhkəmə qətnamədə göstərmişdir ki, “idiaçının mənəvi zərərə görə tələb etdiyi 10000 manat ağlabatan deyil, həmin məbləği təsdiq edəcək, eyni zamanda işgüzar nüfuzuna xələl gəldiyinə dair heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Lakin işin materiallarına əlavə edilmiş tibbi müayinələrindən və qoyulmuş diaqnozlardan müəyyən etmək olar ki, o, səhhəti ilə əlaqədar müxtəlif vaxtlarda həkim qəbulunda olmuşdur. Bu hissədə tələbi qismən əsaslıdır”. Qeyd olunanlarla bağlı təqdim olunmuş videogörüntülər, işə əlavə olunmuş hadisəyə dair foto və digər sənədlərdən hadisənin və dəymiş mənəvi zərərin ağırlıq dərəcəsi məhkəməyə məlum olsa da, məhkəmə iddia tələbinə istinad etdiyi halları və sübutları düzgün qiymətləndirməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(014)-1509/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tamamən əsaslı olduğundan tam həcmdə təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 20 mart 2022-ci il tarixdə, saat 21:20 radələrində Ağdaş şəhəri, Padar küçəsində yerləşən İddiaçı Oktay oğluna məxsus ərzaq mağazasında aralarında mübahisə baş vermiş və o, Qəribə sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Hadisə vaxtı oğlu Cavabdeh3 yumuruqla vurub 100 manat dəyərində tərəzini sındırmışdır. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçının onlardan ümumilikdə 15000 manata yaxın pul istəməsi buna bariz sübutdur. Belə ki, o, hadisə vaxtı iddiaçıya heç bir mənəvi zərər yetirməmişdir. Onun işgüzar nüfuzuna xələl gətirəcək hərəkətlər etməmişdir. Bundan başqa, iddiaçı ondan müalicə xərcləri tələb edir. Halbuki hadisə baş verdikdən sonra istintaq orqanı tərəfindən İddiaçı Oktay oğlunun xəsarətlərinin müəyyən edilməsi üçün keçirilmiş məhkəmə-tibbi ekspertizasının 3 aprel 2022-ci il tarixli, 187 №-li rəyindən də görünür ki, İddiaçı bədənində olan xəsarətlər sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. Belə olan halda İddiaçı hansı müalicə xərcləri həyata keçirib? Ən əsası da, onun bu tələbinin əsassız olmasına sübut Dövlətimiz tərəfindən əhalinin icbari tibbi sığortaya cəlb edilməsi və bütün tibbi xidmətlərin pulsuz olmasıdır. Bundan başqa, iddiaçı ondan yararsız hala düşmüş mallara görə 50 manat məbləğində pul tələb edir. Əgər onun mağazasında olan mallar yararsız vəziyyətə düşmüşdürsə, 6 aya yaxın bir müddətdə istintaq aparılmış, həmin dövürdə niyə bildirməmişdir ki, mağazasında 50 manat məbləğində mallar yararsız hala düşmüşdür. Bundan başqa, iddiaçı 600 manat hüquqi yardıma görə pul ödədiyini tələb edir. İddia ərizəsindən də görünür ki, iddia ərizəsi hansısa vəkil (hüquqşünas) tərəfindən deyil, kompüterdə yazı-pozu işlərini bacaran şəxs tərəfindən aparılmışdır. Əgər hansısa vəkil tərəfindən aparılmışdırsa, niyə hüquqi yardım göstərilməsi barədə müqavilə və hüquqi yardıma pul vəsaiti ödənilmişdirsə, onu təsdiq edən qəbz iddia ərizəsinə əlavə edilməmişdir. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(014)-1509/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(014)-1509/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tamamən əsaslı olduğundan tam həcmdə təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməsini və Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(014)-1509/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediləsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyünə dair heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məclləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona əsassız alınmış pul məbləğinin və dəymiş zərərin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, MM-in 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, iddiaçı Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(014)-1509/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tamamən əsaslı olduğundan tam həcmdə təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh2 Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(014)-1509/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(014)-1509/2023 saylı qətnaməsini apellyasiya şikayətlərinə münasibətdə apellyasiya şikayətlərinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı iddianın mübahisələndirilən 1000 manat mənəvi ziyana aid hissəsi üzrə işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(014)-1509/2023 saylı qətnaməsi qismən, yəni iddianın təmin edilməmiş 1000 manat mənəvi ziyana aid hissəsində təmin edilməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında mübahisə İddiaçı məxsus mağazada Qəribin Mahirdən borcunu istəməsi səbəbindən baş vermişdir. Hadisə zamanı cavabdehlər tərəfindən iddiaçıya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirilmiş və nəticədə cinayət işi başlanılmış, cavabdehlər Ağdaş Rayon Məhkəməsinin 1(014)-105/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh2 və Cavabdeh1 müyyən müddətə azadlıqdan məhrum etmə cəzasına, Cavabdeh3 isə islah işləri cəzasına məhkum edilmişdir. Sözügedən cinayət işində iddiaçı zərərçəkmiş şəxs olaraq fərdi qaydada fəaliyyət göstərən vəkil X4 hüquqlarının müdafiəsini həvalə etmiş və buna görə ona 600 manat ödəniş etmişdir. Cavabdehlərdən Cavabdeh3 hadisə zamanı iddiaçıya məxsus elektron tərəziyə yumruqla vuraraq sındırmaqla yanaşı 50 manat məbləğində satışda olan mallara da ziyan dəymişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən əsaslıdır. Kollegiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. İşin materiallarında olan vətəndaşın şəxsi kabinetində əks olunan məlumatlardan görünür ki, İddiaçı müxtəlif vaxtlarda həkim müayinəsindən keçmiş və baş beyin ocaqlı travması, bel və digər şöbələrin fəqərəarası disklərin radikulopatiya ilə beyin KT (aksial və ya koronal və ya sagital), dəqiqləşdirilməmiş ensefalopatiya, qarın nahiyəsinin və digər dəqiqləşdirilməmiş ağrıları, yüngül dərəcəli depressiz epizod diaqnozları təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə Smirnova Rusiyaya qarşı iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları... onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mənəvi sarsıntı keçirmiş və buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərərin əvəzi kimi iddiaçının tələb etdiyi mənəvi ziyanın 1000 manat məbləği ağlabatan məbləğ kimi qiymətləndirilməlidir. Ona görə də kollegiya hesab edir ki, iddianın təmin edilməyən 1000 manat mənəvi ziyan cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 alınaraq İddiaçı verilməlidir. İşgüzar nüfuzla bağlı şikayətin dəlillərini əsassız sayan kollegiya qeyd edir ki, işgüzar nüfuzun ləkələnməsi həmin şəxsin fəaliyyət göstərdiyi sahədə zərər görməsini ehtiva edir. Zərər həm də bu iş üzrə iddia tələbinin hüquqi əsası olan 1096.1-ci maddəsinin zəruri dispozisiya şərtlərindən biridir. Nəzərə alınmalıdır ki, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin məqsədi məhz zərər çəkənin zərərini qarşılamaqdır. Odur ki, iddiaçı özünün işgüzar nüfuzun ləkələnməsinə istinad etdikdə bununla bağlı düşdüyü zərərin nədə ifadə olunduğunu göstərməli və istinad etdiyi halları sübuta yetirməlidir. İddiaçı isə cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzuna xələl gətirməsinin nədə ifadə olunduğunu, bunun hansı sübutlarla təsdiqləndiyini göstərməmiş, bu xüsusat üzrə sübutları prosessual qanunvericiliyə uyğun olaraq məhkəmələrə təqdim etməmişdir. Bu hal isə iddianın təmin edilməsini istisna edir. Cavabdeh2 apellyasiya şikayətinin ilk dəlili onda ibarətdir ki, o, hadisə vaxtı iddiaçıya heç bir mənəvi zərər yetirməmişdir. Onun işgüzar nüfuzuna xələl gətirəcək hərəkətlər etməmişdir. Bundan başqa, iddiaçı ondan müalicə xərcləri tələb edir. Halbuki, hadisə baş verdikdən sonra istintaq orqanı tərəfindən İddiaçı Oktay oğlunun xəsarətlərinin müəyyən edilməsi üçün keçirilmiş məhkəmə-tibbi ekspertizasının 3 aprel 2022-ci il tarixli, 187 №-li rəyindən də görünür ki, İddiaçı bədənində olan xəsarətlər sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. Belə olan halda İddiaçı hansı müalicə xərcləri həyata keçirib. Ən əsası da, onun bu tələbinin əsassız olmasına sübut Dövlətimiz tərəfindən əhalinin icbari tibbi sığortaya cəlb edilməsi və bütün tibbi xidmətlərin pulsuz olmasıdır. Kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(014)-1509/2023 saylı qətnaməsi ilə müalicə xərcrlərinə aid hissədə iddia tələbi təmin edilməmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Şikayətin ikici dəlili ondan ibarətdir ki, iddiaçı ondan yararsız hala düşmüş mallara görə 50 manat məbləğində pul tələb edir. Əgər onun mağazasında olan mallar yararsız vəziyyətə düşmüşdürsə, 6 aya yaxın bir müddətdə istintaq aparılmış, həmin dövürdə niyə bildirməmişdir ki, mağazasında 50 manat məbləğində mallar yararsız hala düşmüşdür. Kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. Kollegiya qeyd edir ki, cavabdehlər birinci instansiya məhkəməsinin iclasında iddianı qismən qəbul edərək 103 manat məbləğində borcu, elektron tərəzinin əvəzi olaraq 100 manat və 50 manat məğləğində dəymiş ziyanı ödəməyə razı olduqlarını, qalan hissədə isə iddianın əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. Ona görə də kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, iddiaçı 600 manat hüquqi yardıma görə pul ödədiyini tələb etmişdir. İddia ərizəsindən də görünür ki, iddia ərizəsi hansısa vəkil (hüquqşünas) tərəfindən deyil, kompüterdə yazı-pozu işlərini bacaran şəxs tərəfindən aparılmışdır. Kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. Belə ki, iş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, "xxxx" ASC-nin ödəniş terminalı vasitəsi ilə İddiaçı tərəfindən fərdi qaydada fəaliyyət göstərən vəkil X1 hesabına xx.xx.2022-ci il tarixdə 500 manat və xx.xx.2022-ci il tarixdə 100 manat ödəniş edilmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayətin bu dəlili də əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mənəvi ziyana aid hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini tam nəzərə almamışdır. Ona görə də İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(014)-1509/2023 saylı qətnaməsi qismən, yəni iddianın təmin edilməmiş 1000 manat mənəvi ziyana aid hissəsində təmin edilməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(014)-1509/2023 saylı qətnaməsi qismən, yəni iddianın təmin edilməmiş 1000 manat mənəvi ziyana aid hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi 1000 manata aid hissədə təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada mənəvi zərərə görə 1000 manat alınaraq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı tərəfin tələbləri təmin olunmadığı hallarda ona rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar