Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-969/2021 17.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “bir uşağın saxlanılması üçün pensiyasının 50 faizi həcmində alimentin tutulması" tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(075)-512/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki şəhəri, 21-ci rayon, Sarasbki küçəsində yaşayan və qeydiyyatda olan Cavabdeh 230 manat əlillik pensiyasından yarısının 115 manat pulun hər ay ondan tutularaq 16 sentyabr 2009-cu il təvəllüdlü qızları X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi, alimentin tutulması ilk dəfə aliment tələbi barədə məhkəməyə ərizə verildiyi tarixdən hesablanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(075)-512/2021 nömrəli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 04.03.2021- ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehin 230 manat pensiya alması barədə DSMP-nin Şəki şəhər şöbəsinin arayışını sübut sübut kimi ərizəsinə əlavə etməklə məhkəmə əmrin verilməsini məhkəmədən xahiş edir. Ərizəsi təmin edilmir ki, tələb mübahisəlidir. O, heç yerdə işləmir, qazancı gəliri, yoxdur həmçinin adına torpaq sahəsi yoxdur. Cavabdehin 230 manat pensiya alması barədə arayışı işə əlavə etmişdir. Respublikada uşaqlar üçün müəyyən olunmuş yaşayış miniumu 170 manatdır. Uşağın bütün təlbatını o ödəməli deyildir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi və prosesual hüquq normaların tələbləri pozulmaqla çıxarılan qətnaməni tam qanunsuz hesab edir. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə hansı maddi hüquq normasına əsaslanıb onun tələbini rədd edir. Qətnamədə əsaslandığı maddi hüquq normasını göstərməlidir. Maddi hüquq normasına əsaslanmayan qətnamə qanuni hesab edilə bilməz. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birgə nikahdan anadan olmuş Dəniz adlı qızı hazırda onun himayəsindədir. Özü heç bir yerdə işləmir. Cavabdeh hazırda xəstəliyi ilə əlaqədar pensiya alır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh onun bacısıdır. Cavabdeh uzun müddətdir ki, epillepsiya xəstəliyindən əziyyət çəkir. Dava-dərmanının bir hissəsini dövlət versə də, qalan hissəsini özləri alır. Cavabdeh xəstəliyi ilə bağlı tez-tez stasionar müalicədə olur. Pensiya dava-dərmana güclə çatır. Ona görə də birinci instanisya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(075)-512/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2 (075)-591/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı ilə Cavabdeh arasında 05 aprel 2008-ci il tarixdə şəki şəhər İHB-nin Orta Zəyzid kənd İƏD-si üzrə Nümayəndəliyində bağlanmış 11 nömrəli nikah pozulmuş, tərəflərin uşaqları olan-16 sentyabr 2009-cu il tarixdə anadan olmuş X6 atası İddiaçı yanında saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 02 iyul 2020-ci il tarixli, 2 (075)-886/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı Cavabdeh 16 sentyabr 2009cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat sabit pul məbləğində alimentin müəyyən edilərək hər ay cavabdehdən tutulub ona verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. DSMF-nun Şəki şəhər filialı tərəfindən verilmiş 16 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh ikinci qrup əlilliyə görə 233,20 manat əmək pensiyası alır. Şəki şəhər İHB-nin Orta Zəyzid kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 oktyabr 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı adına daimi qeydiyyat ünvanında heç bir mağaza və obyekt yoxdur. X7 tərəfindən verilmiş 09 oktyabr 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı adına X7nin ərazisində torpaq sahəsi yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə düzgün nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Beləliklə məhkəmə kollegiyası iclasında tərəflərin izahatı və təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, İddiaçı Cavabdeh ilə ailə quraraq, 05 aprel 2008-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə yaşadıqları müddətdə 16 sentyabr 2009-cu il tarixdə Dəniz adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan onların arasında olan ailə münasibətləri pisləşmiş və ayrılmışlar. Bundan sonra İddiaçı iddiası əsasında Şəki Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2 (075)- 591/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 05 aprel 2008-ci il tarixdə şəki şəhər İHB-nin Orta Zəyzid kənd İƏD-si üzrə Nümayəndəliyində bağlanmış 11 nömrəli nikah pozulmuş, tərəflərin uşaqları olan-16 sentyabr 2009-cu il tarixdə anadan olmuş X6 atası İddiaçı yanında saxlanılmışdır. Kollegiyanın iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh ikinci qrup əlil olmaqla, Şəki Rayon Psixatriya Xəstəxanasında dispanser qeydiyyatdadır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, cavabdeh xəstə və aztəminatlı olmaqla hazırda aliment ödəmək imkanına malik deyil. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası sonda qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 404-1-ci (kassasiya şikayətinin mümkünlüyü) maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırkı işdə iddianın qiyməti 1380 manat (230:2=115x12=1380) təşkil edir. Kollegiya belə qənaətə gəlir ki, tələb olunan alimentin məbləğinin bir illik ödəməsinin məcmusu 2000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(075)-512/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-969/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-969/2021
17.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver