Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-969/2023 12.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi və aliment məbləğinin azaldılması” ilk iddia, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının artırılması” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment borcunun silinməsi və aliment məbləğinin azaldılması” ilk iddia, “alimentin miqdarının artırılması” qarşılıqlı iddia) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi və aliment məbləğinin azaldılması” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 2(037)-558/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(008)-516/2022 nömrəli qətnaməsi üzrə təyin olunmuş aliment borcunun barışaraq faktiki birgə yaşadıqları 2022-ci ilin fevral ayının 1dən 2022-ci ilin dekabr ayının 21-dək 10 ay 21 gün müddətində yaranmış 4121 (dörd min bir yüz iyirmi bir) manat məbləğində aliment borcunun silinməsi və Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(008)-516/2022 saylı qətnaməsi ilə təyin olunmuş hər uşağa sabit pul məbləği ilə 193 manat aliment olmaqla, cəmi 386 manat aliment məbləğinin azaldılaraq hər bir uşağa sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 29 iyul 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2012-ci ildə X5 və xx.xx.2017-ci ildə X3 adlı iki uşaqları doğulmuşdur. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(008)-516/2022 saylı qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuş, birgə nikahlarından doğulmuş uşaqlar cavabdehin yanında saxlanılmaqla ondan cavabdehin xeyrinə xx.xx.2021-ci il tarixdən başlanılmaqla xx.xx.2022-ci il tarixədək hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat, xx.xx.2022-ci il tarixdən isə hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin məhkəmə prosesindən sonra 2022-ci ilin yanvar ayının sonlarında onlar barışaraq 21 dekabr 2022-ci il tarixədək bir ailədə yaşamış, bu müddət ərzində birgə təsərrüfat idarə etmiş, cavabdehlə hər ikisinin qazancı ailənin ümumi birgə ehtiyaclarına xərclənmişdir. 21 dekabr 2022-ci il tarixdə cavabdeh heç bir əsaslı səbəb olmadan uşaqları da özü ilə götürüb evdən çıxıb getmişdir. Beləliklə də onlar rəsmi olaraq boşansalar da, 2022-ci ilin fevral ayının 1-dən dekabr ayının 21-dək 10 ay 21 gün müddətində bir ailə kimi yaşamışlar. Həmin dövr üçün yaranmış 4121 manat məbləğində alimentin cavabdeh tərəfindən tələb edilməsi ən azı insafsızlıqdır. Qətnamə qəbul edilənədək, yəni cavabdeh uşaqlarla ondan ayrı yaşadığı dövrdə və yenidən ayrıldıqdan sonra cəmi 585 manat aliment ödəmişdir. Birgə yaşadıqları vaxtlarda, yəni tələbkarla birgə təsərrüfat idarə etdikləri müddətdə isə qətnamə üzrə formal olaraq ödənilməyən 4121 manat aliment borcu yaranmışdır. Alimentlə bağlı icra işinin İsmayıllı rayon İcra və Probasiya Şöbəsində olmasına baxmayaraq, ona heç bir göstəriş gəlməmiş, alimentin ödənilməsi istər cavabdeh, istərsə də icra qurumu tərəfindən tələb edilməmişdir. Hesab etmişdir ki, cavabdehlə aralarında səmimi ailə münasibətləri qurulduğundan aliment tələbindən imtina edilmişdir. Odur ki, o, qeyd edilən borc məbləğindən də artıq pulu uşaqların və ümumi ailənin maddi təminatı üçün faktiki olaraq xərcləmiş və ödəmişdir. Hətta cavabdehlə aralarında olan rəsmi nikah ləğv edildikdən sonra barışıb birgə yaşadıqları dövrdə cavabdehin adında olan və "xxxx" ASC-dən alınan krediti də İsmayıllı şəhərindəki ödəniş terminallarında, o, öz vəsaiti hesabına ödəmişdir. Həmin ödəniş qəbzlərinin surətlərini də iddia ərizəsinə əlavə etmişdir. Eyni zamanda cavabdeh İsmayıllı rayon Soltankənd kənd və Basqal qəsəbə orta məktəblərində iki yerdə kimya fənni üzrə müəllim işləyir, həm özünün, həm də uşaqların maddi təminatını ödəyə biləcək həddən də artıq qazanca malikdir. Azərbaycan Respublikası ailə qanunvericiliyinə əsasən, valideynlər uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələr daşıyırlar. Belə olduğu təqdirdə birgə nikahlarından doğulmuş uşaqların maddi təminatında da cavabdeh onunla eyni hüquq və vəzifələr daşıyır. Valideyn olaraq, o və cavabdeh rəsmi işdə, yəni müəllim işləməklə gəlirə malikdirlər. Əlavə olaraq bildirir ki, onun ödədiyi aliment uşaqlarına sərf olunmur, Cavabdeh valideynləri müalicələrini qızının hesabına ödəmək istəyirlər. Eyni zamanda himayəsində yaşa görə 220 manat sosial pensiya alan, onkoloji xəstə olan anası var. Anasının bütün tibbi xərcləri onun üzərinə düşür. Alimentin həddən çox olması və anasının müalicə xərcləri onu ağır maddi duruma salır. O, iddia tələbinin təmin olunaraq cavabdehə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(008)-516/2022 nömrəli qətnaməsi üzrə təyin olunmuş aliment borcunun barışaraq faktiki birgə yaşadıqları 2022-ci ilin fevral ayının 1-dən 2022-ci ilin dekabr ayının 21-dək 10 ay 21 gün müddətində yaranmış 4121 (dörd min bir yüz iyirmi bir) manat məbləğində aliment borcunun silinməsi və Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(008)-516/2022 saylı qətnaməsi ilə təyin olunmuş hər uşağa sabit pul məbləği ilə 193 manat aliment olmaqla, cəmi 386 manat aliment məbləğinin azaldılaraq hər bir uşağa sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat müəyyən olunması və qarşılqlı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 21 yanvar 2022ci il tarixli 2(008)-516/2022 nömrəli qətnaməsi ilə təyin olunmuş sabit pul məbləğində alimentin (hər uşağa hər ay 193 manat olmaqla bir ay üçün cəmi 386 manat) məbləğinin artırılaraq birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçı, hər ay hər bir uşağa görə 220 manat olmaqla ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində istinad etmək istədiyi faktlar yalnız söz yığınından ibarət olmaqla məhkəmədə müəyyən çaşqınlıq yaratmağa hesablanmışdır. İddiaçı iddia ərizəsində xüsusilə önə çəkmək istədiyi fikrin, yəni nikahlarının məhkəmə qaydasında pozulmasından sonra guya barışmaqları, İddiaçı onunla birgə təsərrüfat aparması barədə qeyd etdiklərinin heç bir əsası yoxdur. Bildirir ki, nikahları pozulduqdan sonra onlar yenidən nikaha daxil olmamış, birgə büdcələri və xərcləri olmamışdır. O həm İsmayıllı rayonun Soltankənd kənd, həm də Basqal qəsəbə məktəbində müəllim işləyir. Nikahları pozulduqdan sonra o müəyyən müddət, yəni Soltankənd kəndində özünə kirayə yaşamaq üçün yaşayış sahəsi tapana qədər gəlin köçdüyü, qeydiyyatda olduğu və cehiz əşyalarının da hal-hazırda yerləşdiyi evin bir otağında yaşamış və həmin vaxtlar İddiaçıla nəinki birgə təsərrüfat aparmış, ümumiyyətlə onunla ünsiyyəti olmamışdır. Hal-hazırda o işlədiyi İsmayıllı rayonun Soltankənd kəndində iki azyaşlı uşağı ilə kirayədə yaşayır. Aldığı əmək haqqı kirayə haqqını ödəməyə, uşaqların sağlam böyüməsi üçün qidalanmasına, onların geyimlərinə kifayət etmir. Öz müəllimlik fəaliyyətini davam etdirmək üçün himayəsində iki azyaşlı uşaq ola-ola Bakı şəhərindən yayın istisi, qışın soyuğunda İsmayıllı rayonun Soltankənd kənd orta məktəbində işləmək onun üçün həm maddi, həm mənəvi cəhətdən hədsiz çətinlik törədir. O, həmin məktəblərə gedib-gəlmək üçün aylıq 150 manat yol pulu, kirayədə qalmağa və işdə olduğu vaxt ərzində uşaqlara baxmağa 200 manat pul ödəyir. Bu azmış kimi bu gün də birgə nikah dövründə İddiaçı borclarını ödəmək üçün götürdükləri 12500 manat kreditə görə qrafik üzrə hər ay 261 manat ödəniş edir. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-516/2022 nömrəli iş üzrə qəbul etdiyi 21 yanvar 2022-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini aldığı ötən müddət ərzində müxtəlif sahələrdə olduğu kimi Respublika üzrə yaşayış minimumu istər işləyənlər, istər pensiyaçılar, istərsə də uşaqları üçün nəzərə çarpacaq dərəcədə artırılmışdır. Birgə nikahdan olan iki azyaşlı uşağın saxlanlması üçün məhkəmə qətnaməsi ilə ödənilməsi qət edilmiş ümumilikdə 386 manat (hər uşağa görə 193 manat) isə bu gün üçün iki azyaşlı uşağın ən sadə ehtiyaclarını ödəməyə belə kifayət etmir. Qeyd edilən məhkəmə qətnaməsi icraya yönəldilməsinə baxmayaraq İddiaçı tərəfindən bu günə kimi 585 manat ödənilmişdir. Ona görə də Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(008)-516/2022 nömrəli qətnaməsi ilə təyin olunmuş sabit pul məbləğində alimentin (hər uşağa hər ay 193 manat olmaqla bir ay üçün cəmi 386 manat) məbləğinin artırılaraq birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hər ay hər bir uşağa görə 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınaraq ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 2(037)-558/2023 saylı qətnaməsi ilə (hakim İ.Hüseynov) İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi və aliment məbləğinin azaldılması” tələbinə dair iddiasının təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının artırılması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(008)- 516/2022 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək hər ay 175 manat, xx.xx.2022-ci il tarixdən isə 193 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Tərəflərin birgə nikahından doğulmuş Uğur və Bahar adlı uşaqlar əvvəllər olduğu kimi hazırda da cavabdehin yanında yaşayırlar. İddiaçı/cavabdeh əmək haqqının çox olmadığını, həmçinin himayəsində onkoloji xəstə anasının olduğunu, anasının müalicə xərclərini də özü çəkdiyindən maddi vəziyyətinin ağır olduğunu, Cavabdeh isə İsmayıllı rayon Soltankənd kənd və Basqal qəsəbə orta məktəblərində müəllim işləməklə həm özünün, həm də uşaqların maddi təminatını ödəyə biləcək həddən də artıq qazanca malik olduğunu bildirərək ödənilməmiş 4121 (dörd min bir yüz iyirmi bir) manat məbləğində aliment borcunun silinməsi və təyin olunmuş cəmi 386 manat aliment məbləğinin azaldılaraq hər uşağa 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin müəyyən olunmasını xahiş edir. Cavabdeh/iddiaçı və nümayəndəsi İddiaçı müəllim işləməklə normal aylıq gəlirə malik olduğunu, xəstə anasının müalicəsinə Tehran Abbasovla yanaşı digər bacı-qardaşlarının da kömək etdiyini, Cavabdeh aldığı əmək haqqının yol puluna, kirayə haqqına, işdə olduğu müddətdə uşaqlara baxmaq üçün dayəyə, həmçinin birgə nikah dövründə İddiaçı pis vərdişlərinə görə yaranmış borclarının ödənilməsi üçün götürdükləri kreditin aylıq ödənişlərinin ödənilməsinə sərf olunduğunu, uşaqların saxlanmaları üçün məhkəmə tərəfindən müəyyən edilmiş alimentin hazırki vəziyyətdə iki uşağın saxlanması üçün azlıq etdiyini, İddiaçı isə həmin aliment məbləğini də ödəmədiyini və aliment borcunun yarandığını bildirərək ilkin iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini, hər uşağa hər ay 193 manat olmaqla, cəmi 386 manat təyin olunmuş sabit pul məbləğində aliment məbləğinin artırılaraq birgə nikahdan doğulmuş iki uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq ona ödənilməsi barədə qarşlıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Göründüyü kimi qanunvericilik iddiaçı-cavabdehin yuxarıda qeyd etdiyi xüsusatları aliment öhdəliyindən azad olunması əsası kimi müəyyən etməmişdir. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(008)516/2022 nömrəli qətnaməsi ilə alimentin miqdarı müəyyən edilərkən hər iki tərəfin maddi vəziyyəti və işin digər faktiki halları nəzərə alınmışdır. Alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə vəziyyətində hər hansı dəyişiklik olmamışdır. İddiaçı həmin vaxtdan sonra özünün maddi vəziyyətində də hər hansı dəyişiklik olması, həmçinin yaranmış aliment borcunun hər-hansı üzürlü səbəblərə görə əmələ gəlməsi barədə məhkəməyə sübut təqdim etməmiş, habelə həmin hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Alimentin azaldılması uşaqların maddi vəziyyətinə pis təsir göstərə bilər. İddiaçı əsaslı səbəb olmadan alimentin azaldılması və ödənilməmiş aliment borcunun silinməsi barədə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehə ödəməli olduğu, xx.xx.2022-ci il tarixədək hər ay 175 manat, xx.xx.2022-ci il tarixdən isə hər uşağa hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment hazırki şəraitdə iki uşağın saxlanması üçün ödənilməsi mümkün olan məbləğdir, yaranmış aliment borcunun silinməsinə heç bir əsas yoxdur. Qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin olunmuş xx.xx.2022-ci il tarixədək hər ay 175 manat, xx.xx.2022-ci il tarixdən isə hər uşağa hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment məbləğinin azaldılaraq hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində müəyyən olunması və ödənilməmiş 4121 manat məbləğində aliment borcunun silinməsi barədə iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi cavabdeh-iddiaçı Cavabdeh, təyin olunmuş hər uşağa hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit aliment məbləğinin artırılaraq birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı hər ay hər uşağa görə 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qarşlıqlı iddia tələbinə münasibət bildirirək qeyd etmişdir ki, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(008)-516/2022 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra həmçinin də Cavabdeh da ailə vəziyyətində dəyişiklik olmamış, məhkəməyə bu halı təsdiq edən sübut təqdim olunmamış və bu hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Həmçinin Cavabdeh da İddiaçı kimi müəllim işləməklə aylıq gəlir əldə edir. Məhkəmə hesab edir ki, uşaqların maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni İddiaçıla yanaşı, həm də Cavabdeh vəzifəsidir, ona görə də İddiaçı Cavabdeh ödəməli olduğu, hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment hazırki şəraitdə iki uşağın saxlanması üçün ağlabatan məbləğdir və artırılmasına əsas yoxdur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh/iddiaçının xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin olunmuş hər uşağa hər ay 193 manat olmaqla, cəmi 386 manat aliment məbləğinin artırılaraq hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində müəyyən olunması barədə qarşılıqlı iddia tələbi də təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.2, 75.1, 75.4, 78.1, 76, 78.2, 112.1, 107.1, 107.2, 56.1, 75.1-ci maddələri, Azərbaycan Mülki Prosessual Məcəllənin 88, 220.5, 107 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, onlar 2022-ci ilin fevral ayından 2022-ci ilin dekabr ayının 21-dək 10 ay 21 gün müddətində bir ailə kimi yaşamışlar. Həmin dövr üçün yaranmış 4121 manat məbləğində aliment borcu silinməlidir. O, qeyd edilən borc məbləğindən də artıq pulu uşaqların və ümumi ailənin maddi təminatı üçün faktiki olaraq xərcləmiş və ödəmişdir. Hətta cavabdehlə aralarında olan rəsmi nikah ləğv edildikdən sonra barışıb birgə yaşadıqları dövrdə cavabdehin adında olan və "xxxx"-dan alınan krediti də İsmayıllı şəhərindəki ödəniş terminallarında o, öz vəsaiti hesabına ödəmişdir. Həmin terminal ödəniş qəbzlərinin surətlərini də iddia ərizəsinə əlavə etmişdir. Eyni zamanda, cavabdeh İsmayıllı rayon Soltankənd kənd və İsmayıllı rayon Basqal qəsəbə kənd orta məktəblərində iki yerdə kimya fənni üzrə müəllimə işləyir, kifayət qədər, yəni həm özünün, həm də uşaqların maddi təminatını ödəyə biləcək həddən də artıq qazanca malikdir. Azərbaycan Respublikası Ailə qanunvericiliyinə əsasən, valideynlər uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələr daşıyırlar. Belə olduğu təqdirdə birgə nikahlarından doğulmuş uşaqların maddi təminatında da cavabdeh onunla eyni hüququ və vəzifələr daşıyır. Valideyn olaraq o, və cavabdeh hər iki rəsmi işdə, yəni müəllim kimi işləməklə gəlirə malikdirlər. Uşaqların maddi təminatının yarısı cavabdehin üzərinə düşür. Eyni zamanda himayəsində yaşa görə 220 manat sosial pensiya alan, onkoloji xəstə olan anası var. Onun bütün tibbi xərcləri onun üzərinə düşür. Alimentin həddən çox olması və anasının müalicə xərcləri onu ağır maddi duruma salır. İşə baxan birinci instansiya məhkəməsi isə bu halları heç birini nəzərə almamış, işə birtərəfli mövqedən yanaşaraq iddia tələbimin təmin olunmaması barədə əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi mülki mübahisəyə nəticə verərkən AR Ailə Məcəlləsinin müddəalarına düzgün istinad etməmişdir. Tətbiq olunmalı olan, qeyd edilən maddi hüquq normalarını tətbiq etməmişdir. Belə ki, məhkəmə ən əvvəl valideynlərin uşaqlarına münasibətdə hüquq və vəzifələrinin bərabər olması prinsipinə əhəmiyyət verməmişdir. Hər iki valideyn uşaqlarının saxlanmasına, maddi təminatına, onların fiziki və mənəvi inkişafında eyni hüquq və vəzifələr daşıyırlar. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 2(037)-558/2023 saylı qətnaməsi ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi göndərərək apellyasiya şikayətinin təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin 7 iyun 2023cü il tarixli, 2(037)-558/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və İsmayıllı Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 2(037)-558/2023 saylı qətnaməsi ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 2(037)-558/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. İsmayıllı Rayon Məhkəməsinin 7 iyun 2023cü il tarixli, 2(037)-558/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 2(037)-558/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 2(037)-558/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İlk növbədə kollegiya təyin edilmiş alimentin azaldılması barədə şikayətin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, 2022-cü il üçün uşaqlar üçün müəyyən edilmiş 193 manat aliment məbləğini nəzərdən keçirdikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi alimentin məbləğini hər uşaq üçün 193 manat qət etməklə uşaqların mənafeyini nəzərə almışdır. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşaqların layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq uşaqların saxlanması üçün 193 manat alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2022-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Kollegiya şikayətin və tələbin 2-ci hissəsi olan 4121 manat məbləğində aliment borcunun silinməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi və apelyasiya şikayəti bu hissədə də əsassızdır. Qey etmək lazımdır ki, azyaşlı uşaqların saxlanılması üçün məhkəmə qərarları ilə qət edilmiş, lakin borclu tərəfindən heç bir üzrlü səbəb olmadan ödənilməmişdir. Belə olan halda, iddiaçının məhkəmə qərarlarına əsasən öz uşaqlarına ödəməli olduğu, lakin ödəmədiyindən yaranan aliment borcunu ödəməkdən azad edilməyi barədə tələbi əsassızdır. Kollegiyaya görə, iddiaçının göstərdiyi dəlillər onun qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş alimentin ödənilməsindən azad edilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, iddiaçının xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin olunmuş hər uşağa hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment məbləğinin azaldılaraq hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində müəyyən olunması və ödənilməmiş 4121 manat məbləğində aliment borcunun silinməsi barədə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 2(037)-558/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 2(037)-558/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən iddiaçının tələbi təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-969/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-969/2023
12.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver