Məhkəmə qərarları › İş №2(107)-973/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-973/2022

14.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-973/2022 14.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh Müzəffər oğluna qarşı “cehiz əşyaları və əmlakının qanunsuz sahiblikdən geri alınması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, e-2(075)-542/2022 nömrəli qətnaməsindan Cavabdeh Müzəffər oğlu tərəfindən verilmiş şikayətin mümükünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında olan xalçalar (gəvələr) – 3 ədəd; (2 ədəd böyük, 1 ədəd balaca yumru), listur – 2 ədəd, divanüstü – 2 ədəd, obedni servis dəsti – 1 ədəd, baqema qablar (meyve, konfet, kompot qabları, xrustal gülqabı) - hər birindən 1 ədəd, stəkan, nəlbəki, boşqablar, çayxörək qaşıqları, duxovka – 1 ədəd, iki nəfərlik 1 ədəd döşək, yorğan, balınc, albom – 1 ədəd, balınc – 5 ədəd, mütəkkə, ət maşını – 1 ədəd, pərdələr 2 ev üçün, tüllər, pakrıvallar – 1 ədəd, böyük divar saatı – 1 ədəd, çayni servis – 1 ədəd, mantı qazanı, vedre, vanna – hər birindən 1 ədəd, əl-üz dəsmalları, çexollar, balınc üzü – hər birindən 2 ədəd, çaydan – 1 ədəd, çaynik – 1 ədəd, namaz paltarı – 1 dəst, ütü – 1 ədəd, ütü altdığı – 1 ədəd, Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km “ünvan 2 ünvanında olan soyuducu – 1 ədəd, tozsoran – 1 ədəd, paltaryuyan maşın – 1 ədəd, sokçəkən – 1 ədəd, ətçəkən – 1 ədəd, duxovka – 1 ədəd, ütü - 1 ədəd, televizor (düz ekran) – 1 ədəd, kondisioner – 1 ədəd, divanüstü – 1 ədəd, buxoıy adyal qalın – 1 ədəd, ağ mebel dəsti, termo, şfoner, şkaf – hər birindən 1 ədəd, göy qazan dəsti və tava – 1 ədəd, gülqabı, güllər, kül qabı – hər birindən 1 ədəd, əl-üz dəsmalları, prostinlər, çexollar – 2 ədəd, mantı qazanı – 1 ədəd, çay dəsmalları, süfrə nəlbəki, oxlov, yuxayayan – hər birindən 1 ədəd, yorğan – 4 ədəd, döşək – 3 ədəd, iki nəfərlik kravat – 1 ədəd, xalça (gəvə) - 2 ədəd, paltar qurudan – 1 ədəd, pletka (böyük ev qızdırıcı) – 1 ədəd, uşaq kravatı – 1 ədəd daşınar əmlakların (cehiz əşyalarımın) Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, e-2(075)-542/2022 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək

1. Cehiz əşyaları kimi göstərilən əşyalardan 600 manat dəyərində 2 ədəd Türkiyə istehsalı gəvə (xalça) (5x4), 150 manat dəyərində 1 ədəd Türkiyə istehsalı kiçik oval gəvə (xalça), 150 manat dəyərində 2 ədəd lüstur, 60 manat dəyərində 1 ədəd divan örtüyü, 300 manat dəyərində 1 ədəd Türkiyə istehsalı obedni servis dəsti, 350 manat dəyərində 1 ədəd Türkiyə istehsalı Bagema servis dəsti, 70 manat dəyərində 1 ədəd Türkiyə istehsalı Xrustal gül qabı, 20 manat dəyərində olan 12 ədəd stəkan-nəlbəki, 90 manat dəyərində 30 ədəd boşqab, 30 manat dəyərində 24 ədəd xörək çay qaşıqları, 50 manat dəyərində 1 ədəd tuxovka “İltimad”, 20 manat dəyərində 2 ədəd balınc, 50 manat dəyərində 5 ədəd balınc, 20 manat dəyərində 1 ədəd mütəkkə, 50 manat dəyərində 1 ədəd Türkiyə istehsalı ət çəkən maşın, 250 manat dəyərində 2 taqlı ev üçün pərdə və tüllər, 150 manat dəyərində 1 ədəd Tükiyə istehsalı pakrıvallar, 80 manat dəyərində 1 ədəd böyük divar saatı, 250 manat dəyərində 1 ədəd Türkiyə istehsalı çayni-servis dəsti, 20 manat dəyərində 2 ədəd Türkiyə istehsalı əl-üz dəsmalları, 60 manat dəyərində 2 ədəd Türkiyə istehsalı çexollar, 50 manat dəyərində 1 dəst Namaz geyimi, 50 manat dəyərində 1 ədəd ətçəkən (“Gepas”), 120 manat dəyərində 1 ədəd Türkiyə istehsalı göy qazan dəsti (“Tac”), 70 manat dəyərində 1 ədəd Türkiyə istehsalı gül qabı, güllər, 20 manat dəyərində 2 ədəd əl-üz məhrəbası, 20 manat dəyərində 2 ədəd Türkiyə istehsalı prostinlər, 50 manat dəyərində 2 ədəd Türkiyə istehsalı çexollar, 10 manat dəyərində 2 ədəd çay dəsmalları, 24 manat dəyərində 12 ədəd nəlbəki, 3 manat dəyərində 1 ədəd oxloy, 10 manat dəyərində 1 ədəd dördayaq (yuxayayan), 200 manat dəyərində 4 ədəd yun yorğan, 300 manat dəyərində 3 ədəd yun döşək, 30 manat dəyərində 1 ədəd paltarqurudan, 50 manat dəyərində 1 ədəd Türkiyə istehsalı mantı qazan, həmçinin birgə nikahları dövründə iddiaçıya hədiyyə edilmiş 70 manat dəyərində 1 ədəd Türkiyə istehsalı ütü və ütü stolu, 60 manat dəyərində 1 ədəd sokçəkən (“Gepas”), 50 manat dəyərində 1 ədəd duxovka (“İltimat”), 35 manat dəyərində 1 ədəd ütü (“Gepas”), 50 manat dəyərində 1 ədəd Türkiyə istehsalı mantı qazanı olmadıqda isə bu əşyaların dəyəri;

2. Birgə nikah dövründə əldə edilmiş əşyalardan 80 manat dəyərində 1 ədəd Türkiyə istehsalı divan örtüyünün yarı dəyəri olan 40 manat, 150 manat dəyərində 1 ədəd Türkiyə istehsalı qalın buxovıy adyalın yarı dəyəri olan 75 manat, 1200 manat dəyərində 1 ədəd ağ mebel dəstinin (termo, şkaf) (türk-dubay) yarı dəyəri olan 600 manat, 350 manat dəyərində 1 ədəd Türkiyə istehsalı iki nəfərlik çarpayının yarı dəyəri olan 175 manat, 100 manat dəyərində 1 ədəd evqızdırıcı iri pletkanın yarı dəyəri olan 50 manat, 30 manat dəyərində 1 ədəd albom yarı dəyəri olan 15 manat, 1200 manat dəyərində 1 ədəd 2 qapılı Türkiyə istehsalı soyuducunun (“Şarp”) yarı dəyəri olan 600 manat, 150 manat dəyərində 1 ədəd Koreya istehsalı olan tozsoranın yarı dəyəri olan 75 manat, 400 manat dəyərində 1 ədəd paltaryuyan maşının (6 kq-lıq “Şarp”) yarı dəyəri olan 200 manat, 300 manat dəyərində 1 ədəd 83 ekran televizorun (düz ekran) (“LG”) yarı dəyəri olan 150 manat, 500 manat dəyərində 1 ədəd (“LG”) kondisionerin yarı dəyəri olan 250 manat pul məbləğləri Cavabdeh Müzəffər oğlundan alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 130 manat dövlət rüsumunun 100 manatının Cavabdeh Müzəffər oğlundan alınaraq İddiaçı verilməsi, 30 manatın isə iddiaçının özünə aid edilməsi, 50 manat mediasiya xərcinin Cavabdeh Müzəffər oğlundan alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh Müzəffər oğlu şikayət vermişdir. Məhkəmə kollegiyası təqdim olunmuş şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər.

Cavabdeh Müzəffər oğlu tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, sonuncu şikayət üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəllə ilə müəyyən olunmuş lazımi formada tərtib edilməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilməlidir. Şəki Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Lakin iş materiallarından görünür ki, cavabdeh tərəfindən kağız daşıyıcıda, yazılı formada imzalanmış apellyasiya şikayəti skan edilərək elektron kabinetə yüklənmişdir. Lakin məhkəmə kollegiyası apellyatorun diqqətinə çatdırır ki, bu hal özü-özlüyündə apellyasiya şikayətinin elektron kabinet vasitəsilə verilməsi kimi qiymətləndirilə bilməz. Çünki elektron kabinet vasitəsi ilə verilmiş apellyasiya şikayəti həmçinin elektron imza ilə imzalanmalı, apellyasiya şikayətinin elektron qaydada verilməsinin xüsusi şərtlərinə əməl edilməlidir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun qaydada (elektron qaydada) verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şəki Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, e-2(075)-542/2022 nömrəli qətnaməsindan Cavabdeh Müzəffər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar