Məhkəmə qərarları › İş №2(107)-975/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-975/2020

16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-975/2020 16.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X8 iclas katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh3 və Göyçay rayon Notariat Ofisinə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1585/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh3, Göyçay rayon notariat ofisinə qarşı iddia qaldıraraq Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3 ilə bağladığı xx xxxxxxx 2014-cü il tarixli AS 009-05 saylı ipoteka müqaviləsinin və xx xxx 2015-ci il tarixli AS 012/A-05 saylı sonrakı ipoteka müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1585/2019 nömrəli (hakim Z.Quliyev) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh3 və Göyçay rayon notariat ofisinə qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin olunmaması, iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 127 (bir yüz iyirmi yeddi) manat iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1585/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. işin faktiki halları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxx 1984-cü il tarixdə Cavabdeh3 ilə Göyçay rayon Qeydiyyat Şöbəsində nikah qeyd etdirməklə ailə qurmuşdur. İddiaçı Cavabdeh3 ilə evli olduqları 35 il müddət ərzində bir sıra daşınmaz və daşınar əşyalar almışlar. Təxminən iki ay əvvəl iddiaçıya məlum olmuşdur ki, Cavabdeh3, birgə nikah dövründə aldıqları, sonuncunun mülkiyyəti kimi DƏDRX-də xx xxxx 2007-ci il tarixdə MN seriyalı ******* saylı dövlət reyestrindən çıxarışla qeydə alınmış, Göyçay şəhərinin Nizami küçəsində yerləşən əmlak kompleksini, xx xxxxxxx 2014-cü il tarixli AS 009-05 saylı ipoteka müqaviləsinə əsasən X5 və xx xxx 2015-ci il tarixli AS 012/A-05 saylı sonrakı ipoteka müqaviləsinə əsasən X1 öhdəliklərinin təminatı kimi digər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə ipoteka qoymuşdur. Halbuki, ipoteka qoyulmuş əmlak kompleksi Cavabdeh3 ilə iddiaçının birgə nikah dövründə aldıqları əmlakdır və yarısı iddiaçının mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələblərinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Lakin Cavabdeh3 digər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə ümumi birgə mülkiyyətlərində olan əmlakın ipoteka qoyulması barədə müqavilə bağlayarkən iddiaçının razılığı alınmamışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı-nin nümayəndəsi X11 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1585/2019 nömrəli qətnaməsi ilə iddiaçı X2 iddiası təmin edilərək, tərəflər arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 13034-024/39333İ nömrəli ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh X3 məxsus «Mercedes Benz ML350» markalı, **- BN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ipoteka ilə yüklü elan edilən zaman onun həyat yoldaşı X4 tərəfindən müvafiq razılıq ərizəsinin olmaması səbəbindən ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. Məhkəmə iddia tələbini təmin edərkən işin bir sıra mühüm faktlarını nəzərə almamışdır. Bank tərəfindən Şəki Rayon Məhkəməsinə iddiaçı X2 «xxxx» ASC-nə və X3 qarşı irəli sürdüyü xx xxxxxx 2013-cü il tarixli 13034-024/39333İ nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2 maddəsində nəzərdə tutulmuş mübahisələndirmə müddətinin tətbiq edilməsi barədə vəsatət təqdim etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq işin təxirə salınmasını xahiş etmiş, lakin növbəti məhkəmə iclasında yenə də iştirak etməmişdir. Cavabdeh1 ASC-nin nümayəndəsi isə məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir (MPM-in 146-cı maddəsi). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən hazırki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi, prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarınında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Göyçay rayonu qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli arayışına əsasən İddiaçı ilə Cavabdeh3 arasında nikah xx.xx.1984-cü ildə bağlanmışdır. Cavabdeh1 ASC ilə borcalan X9 və ipoteka qoyan Cavabdeh3 arasında xx.xx.2014cü ildə imzalanmış AS 009-05 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 Göyçay şəhəri Nizami küçəsində mülkiyyətində olan 1,10 ha torpaq sahəsində yerləşən 509 kv.m ümumi sahədən ibarət əmlak kompleksini (bazarını) bankla borcalan arasında xx.xx.2014cü il və xx.xx.2014-cü il tarixlərdə bağlanmış kredit müqavilələr üzrə öhdəliklərinin icrasının təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü edilmişdir; Cavabdeh1 ASC ilə borcalan X10 və ipoteka qoyan Cavabdeh3 arasında xx.xx.2015ci ildə imzalanmış AS 012/A-05 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 Göyçay şəhəri Nizami küçəsində mülkiyyətində olan 1,10 ha torpaq sahəsində yerləşən 509 kv.m ümumi sahədən ibarət əmlak kompleksini (bazarını) bankla borcalan arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı Göyçay rayon notariat kontoruna ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizəsindən görünür ki, o, həyat yoldaşı Cavabdeh3 məxsus olan və Göyçay şəhəri Nizami küçəsində mülkiyyətində olan 1,10 ha torpaq sahəsində yerləşən 509 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin (bazarının) Cavabdeh1 ASC qarşısında kreditin təminatı üçün ipoteka qoyulmasına razıdır. İddiaçı tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli etibarnaməyə əsasən o, həyat yoldaşı Cavabdeh3 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklarını idarə etməyi, sərəncam verməyi, bütün əqdləri bağlamağı və sairə səlahiyyətləri vermişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli etibarnaməyə əsasında onun adından çıxış edən Cavabdeh3 xx.xx.2014-cü il tarixli ərizəsinə əsasən o, Göyçay şəhəri Nizami küçəsində mülkiyyətində olan 1,10 ha torpaq sahəsində yerləşən 509 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin (bazarının) Cavabdeh1 ASC qarşısında kreditin təminatı üçün ipoteka qoyulmasına razılığı bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən İddiaçı adından Göyçay rayon notariat kontoruna ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizədə “İsmayılova” soyadının önündəki imza - İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 127 manatdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir və bununla bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsində nikah hüququ, o cümlədən ər ilə arvadın hüquqlarının bərabərliyi təsbit olunmuşdur. Ailə Məcəlləsinin 29.1-ci maddəsində isə ər və arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olmaları müəyyən edilmişdir. Ailə Məcəlləsinin 32.1-ci maddəsində nikah müddətində əldə edilən daşınmaz və daşınar əmlakın kim tərəfindən əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, ər-arvadın birgə mülkiyyətinə daxil edilməsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 225.1-ci maddəsində göstərilir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ər-arvadın ümumi əmlak üzərində mülkiyyət hüququnun həyata keçirilməsi Ailə Məcəlləsinin 33-cü maddəsi ilə tənzimlənir. Bu maddəyə müvafiq olaraq ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.4-cü maddəsi). Mülki Məcəllənin 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1). Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Həmin Məcəllənin 339.3. maddəsinə görə, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). İpoteka Haqqında Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə əsasən ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən ümumi paylı mülkiyyətin iştirakçılarının hər biri öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipoteka qoya bilər. İpoteka saxlayanın tələbi ilə həmin paya tutma yönəldildikdə və o, satıldıqda Azərbaycan Respublikası Mülki Məcəlləsinin satın almaqda üstünlük hüququ haqqında qaydaları tətbiq edilir. Həmin Qanunun 10.1-ci maddəsinin tələbinə görə ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Yenə də həmin Qanunun 10.2-ci maddəsinə əsasən İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir (İHQ 10.2-ci maddəsi). Beləliklə də yuxarıda sadalanan normalardan da göründüyü kimi hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlillərlə razılaşmır və həmin dəlilləri inandırıcı hesab etmir. Birincisi ona görə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Göyçay şəhəri Nizami küçəsində 1,10 ha torpaq sahəsində yerləşən 509 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin ipoteka ilə yüklü edilməsi İddiaçı Cavabdeh3 ilə nikahda olduğu vaxt həyata keçirilmişdir. Həmin əmlak üzərində sərəncam vermək üçün İddiaçı notariat qaydasında təsdiq edilmiş xx.xx.2013-cü il tarixli etibarnaməsinə və xx.xx.2015-ci il tarixli ərizəsinə əsasən razılığı alınmışdır. İddiaçı belə razılıq verməməsini mübahisələndirmişdir. Lakin onun iddia ərizəsində göstərdikləri hallar məhkəmə baxışında öz təsdiqini tapmamış və və iddiaçı tərəfindən buna dair mötəbər sübut təqdim olunmamışdır. Əksinə məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə iddiaçının xx.xx.2013-cü il tarixli etibarnaməyə əsasən Cavabdeh3 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklarını idarə etməyi, sərəncam verməyi, bütün əqdləri bağlamağı və sairə səlahiyyətləri verməsi, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyinə görə xx.xx.2015-ci il tarixli ərizədə “İsmayılova” soyadının önündəki imzanın ona aid olması müəyyən olunmuşdur. İkincisi, təqdim olunmuş səndələrdən müəyyən edilidi ki, tərəflərin hər biri öz razılıqları və şəxsi iradə ifadələri əsasında qeyd olunan müqaviləni bağlamışlar. Müqavilələr rəsmiləşdirilən zaman tərəflər, o cümlədən də razılıq vermiş İddiaçı müstəqil olmuş, ona və digərlərinə qarşı qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradə ifadələrinə uyğun hərəkət etmişlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1585/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar