Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-977/2025 07.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (açar sözlər: Mənəvi və maddi ziyanın ödənilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X3 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “vurulmuş mənəvi və maddi ziyana görə pul tələbinə dair” mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 27 may 2025-ci il tаrixli, 2(014)-212/2025 saylı qətnаməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 1(100)-57/2023 saylı hökmün surətindən görünür ki, İddiaçı AR Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o dərhal məhkəmə iclası zalında həbsdən azad edilmişdir. İddiaçı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın mülki mühakimə icraatı qaydasında iddia qaldırmaqla ödənilməsini tələb etmək hüququnun olması izah edilmişdir.
2. İşin materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2023cü il tarixli, 1(100)-57/2023 saylı qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olmuş X1, X20, X13 və X7, o cümlədən cinayət işinin ibtidai istintaqını aparmış DİN BMVMİ-nin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis polkovnikleytenantı X11 tərəfindən Azərbaycan Respublikası CPM-in tələbləri pozulduğuna görə barələrində müvafiq tədbirlər görülməsi üçün X21 məlumat verilmişdir.
3. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(104)-67/2024 saylı qərarının surətindən görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-57/2023 saylı hökmü dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
4. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-2008/2024 saylı qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(104)-67/2024 saylı qərarı dövlət ittihamçısı X4 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
5. İş materiallarında olan Ağdaş RİHB-nın Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 noyabr 2024-cü il tarixli 2587 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda yaşayır.
6. İş materiallarında olan Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən verilmiş hüquqi yardımın göstərilməsi haqqında müqavilələrdən və ödəniş qəbzlərindən görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsinə görə ümumilikdə vəkilə 1140 (bir min yüz qırx) manat pul ödəmişdir.
7. İş materiallarında olan 19 aprel 2019-cu il tarixli 162 saylı xidməti müqavilədən görünür ki, “Azəriqaz” İB X22 istismarı İdarəsi ilə İddiaçı arasında xidməti müqaviləsi bağlanılmışdır.
8. İş materiallarında olan DOST İş Mərkəzi MMC və İddiaçı arasında 05 yanvar 2021-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır.
9. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentiliyi DOST İş Mərkəzi tərəfindən verilmiş 25 oktyabr 2023-cü il tarixli, 3-17-7/2-Y-41221/2023 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən 05 yanvar 2021-ci il tarixindən 07 aprel 2022-ci il tarixinədək "xxxx" MMC-də AR Dövlət Neft Şirkəti nəzdində “Azəriqaz” İB-nin X22 İstismar İdarəsi üzrə Ağdaş rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsində çalışmışdır. F.Ş. Yusubovun işlədiyi illər üzrə aldığı əmək haqqı xx.xx.2021-xx.xx.2021 tarixdə 250 manat, xx.xx.2022-xx.xx.2022 tarixdə 300 manat olmuşdur.
10. İş materiallarında olan 19 fevral 2025-ci il tarixli, 3-17-7/2-9494/2025 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işləri təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin Dostu” proqramına başlanılmışdır. Həmin proqram Mərkəz tərəfindən icra olunur. Proqamin icrası çərçivəsində Mərkəz hal-hazırda 35 minə yaxın işsiz vətəndaş ilə əmək müqaviləsi bağlayaraq işlə təmin etmişdir. İddiaçı ilə Mərkəz arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İB-nin X22 İstismr İdarəsinə ictimai işlər üzrə köməkçi vəzifəsində təhkim edilmişdir. Haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində tərəflərin hüquqları məsuliyyəti səlahiyyət və vəzifə bölgüsü “Azəriqaz” İstehsalat Birliyi və DOST iş Mərkəzi arasında xx.xx.2020-ci il tarixində bağlanmış “İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş”lə müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimlənir. İddiaçı barəsində Azərbaycan Respublikası məhkəmələri tərəfindən hər hansı məlumat Mərkəzi daxil olmamışdır. İddiaçıla Mərkəz arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilmiş və son haqq-hesab ödənilmişdir.
11. İş materiallarında olan İddiaçı 18 noyabr 2023-cü il tarixli müayinə sənədlərindən görünür ki, İddiaçı müayinəsi zamanı qaraciyərində, böyrəklərində dəyişiklik müşahidə olunur.
II. Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Cavabdehnə qarşı “vurulmuş mənəvi və maddi ziyana görə pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi və barəsində qətimkan tədbiri qismində “həbs” seçilməsi ilə əlaqədar ona vurulmuş mənəvi ziyan kimi 100.000 (bir yüz min) manat, maddi ziyana görə 10.000 manat, nəqliyyat xərci 500 (beş yüz) manat, vəkilə ödənilən xərc 1140 (bir min yüz qırx manat) cəmi 111.640 (bir yüz on bir min altı yüz qırx) manat pulun cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onun haqqında xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq uzun müddət istintaq aparılmışdır. İstintaqın nəticəsi olaraq o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş ona görə ki, o, guya satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 15,387 qram çəkidə narkotik vasitə heroini və 138,28 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib külli miqdarda 10,452 qram çəkidə narkotik vasitə heroini və 8,28 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı üzərində, küllü miqdarda 4,935 qram çəkidə heroini və 130 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı özünə məxsus idarə etdiyi “VAZ 2107” markalı **- BJ-*** dövlət nömrə nişanlı avtomobildə saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatçıları tərəfindən 22 oktyabr 2021-ci il tarixdə həyala keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində o, həmin gün saat 18:30-da ünvan 2 ünvanında yerləşən “Azərqaz” X6 rayon X12rşısında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Gəncə şəhəri, Atatürk prospekti, 41 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional şöbəsinə dəvət olunub, həmin gün saat 20.50-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd polietilen kəsiyi bükümündə külli miqdarda 10,452 qpam çəkidə narkotik vasitə heroin və bir ədəd kibrit qutusunda 8,28 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bundan başqa həmin tarixdə saat 21:55-də şöbənin inzibati ərazisində baxış zamanı ona məxsus “VAZ-2107“ markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol oturacağın altından bir ədəd sellofan bükümdə üzərində aşkar edilərək götürülmüş qurudulmuş marixuana ilə eyni tərkibdə 130 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi, həmin oturacağın qarşısında yerləşən kül qabının içərisindən isə üzərindən aşkar edilərək götürülmüş heroin ilə eyni kimyəvi tərkibli olan bir ədəd polietilen kəsiyi bükümündə külli miqdarda 4,935 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Lakin nə onun üzərində, nə də ki, avtomobilində narkotik vasitə olmuş, aşkar edilmiş narkotik vasitələri onun üzərinə və avtomobilinə polis əməkdaşlarının özləri qoymuşlar. Ona Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş və Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 24 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlanma müddəti 22 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 3 ay müddətinə, yəni 22 may 2022-ci il tarixədək uzadılmışdır. Bundan sonra yenidən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbsdə saxlanılma müddəti 2 ay - 9 ayadək, yəni 22 iyun 2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının CMin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməyi barədə cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsində uzun müddət ərzində işə baxılıb və məhkəmənini 26 sentyabr 2023-cü il tarixli, 1(100)-57/2023 saylı hökmü ilə ona CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilərək məhkəmə iclas zalından azad edilməsi hökm edilmişdir. Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə ona bəraət verilməsi ilə əlaqədar cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın mülki mühakimə icraatı qaydasında iddia qaldırmaqla ödənilməsini tələb etmək hüququ olması hökmlə ona izah edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin onun barəsində olan xx.xx.2023-cü il tarixli bəraət hökmü yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanıldığından qanuni qüvvəsini almışdır. O, 22 oktyabr 2021-ci il tarixdən, 26 sentyabr 2023-cü il tarixədək, yəni 1 il, 11 ay, 4 gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. Qanunsuz həbsdə saxlanılmağına görə Cinayət Prosessual Məcəllənin 58-ci maddəsinin tələbinə görə ona dəymiş maddi və mənəvi zərər ödənilməlidir. O, 1 il, 11 ay, 4 gün müddət ərzində qanunsuz həbsdə saxlanıldığı müddətdə maddi və mənəvi mərhumiyyətlərə məruz qalmışdır. İstintaq təcridxanasında saxlanıldığı müddət ərzində istintaq orqanı tərəfindən narkotik vasitələrin ona məxsus olmasını etiraf etməyi üçün mütəmadi olaraq döyülmüş, insana yaraşmayan söyüşlər və hərəkətlərlə təhqir olunmuş, işgəncələrə məruz qalmış, hər zaman öz həyatına qəsd etmək istəmiş, lakin qoca yaşlı ata və anası gözünün önünə gəldiyi üçün bundan imtina etmişdir. Cinayət məsuliyyətinə cəlb olunmağı və uzun müddət barəsində cinayət təqibi aparılması ona mənəvi iztirab vermişdir. Barəsində müxtəlif şaiyələr gəzmiş, «narkotik satıcısı» kimi şərəf və ləyaqətini ləkələyən informasiyalar yayılmışdır. Belə informasiyaların yayılması onun işgüzar nüfuzuna da mənfi təsir etmiş, işlədiyi “Azəriqaz” X6 rayon X17 işçilərinin şüurunda “narkotik maddə satan şəxs” kimi qalmışdır. O, xx.xx.1991-ci il təvəllüdlü olmaqla hazırda 33 yaşı vardır. Həbsdən azad olunduqdan sonra atası və anası onu evləndirmələri üçün müxtəlif ailələrə elçi getmələrinə baxmayaraq, qarşı tərəf onu “narkoman” kimi cinayət törətmiş şəxs hesab edərək heç bir ailə ona evlənməyi üçün qız verməmiş, bu isə ona həddindən artıq istirab verir. Bundan başqa qanunsuz həbsdə olduğu müddət ərzində daim narahatlıq hissi yaşamış, məyus olmuş və stres çəkmişdir. Həbsxana şəraitində sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkərək iztirab keçirmişdir. Hal hazırda da xəstə vəziyyətindədir. Bütün bu qeyd olunanlara görə ona vurulmuş mənəvi ziyanı 100.000 (bir yüz min) manat qiymətləndirir. O həbsdə olduğu müddət ərzində öz işindən məhrum olunmuşdur. Həmin vaxt o “Azəriqaz” X6 rayon X18 çilingər vəzifəsində çalışmışdır. Onun qanunsuz oluraq həbsdə olduğu müddət ərzində itirdiyi maaşın məbləği 10000 (on min) manat miqdarındadır. Qeyd edilən məbləğ maaş və ona edilən əlavələrlə birlikdə yaranır. Bundan başqa barəsində gedən cinayət işinə Gəncə Apelyasiya Məhkəməsində baxılarkən dəfələrlə məhkəməyə gedib gəlmişdir. Bununla əlaqədar yollara 500 manat civarında xərc çəkməklə maddi ziyan çəkmişdir. Eləcə də müqavilə əsasında müdafiəçiyə hüquqi xidmət üçün 1140 manat pul ödəmişdir. Beləliklə, təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş və cəmiyyət içərisində hörmətdən düşmüşdür. Hər kəs ondan nə baş verdiyini soruşmuş, bunun da nəticəsində sarsıntı keçirmişdir. Ona görə də ona dəymiş mənəvi ziyan kimi 100.000 (yüz min) manat, maddi ziyana görə 10.000 manat, nəqliyyat xərci 500 (beş yüz) manat, vəkilə ödənilən xərc 1140 (min yüz qırx) manat ağlabatan və ədalətli hesab edilib cavabdehdən tutulub ona ödənilməlidir.
14. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbinə uygun izahat verərək bildirmişdir ki, 2021-ci ildə DOST MMC-də işləmişdir. xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi 1 ay müddətində bağlanılmışdır. Bir aydan bir müqavilə təzələnirdi. 24 oktyabr 2021-ci il tarixdə həbs olunduqdan sonra işdə 3 ay adı getmişdir, tutulduqdan sonra onu işdən çıxartmış, xx.xx.2022-ci il tarixdə işinə xitam verilmişdir.
15. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı zamanı 1 il 11 ay 4 gün həbsdə saxlanılmışdır. Həbs olunmamışdan qabaq o, DOST iş mərkəzində işləyərək minimum əmək haqqı almışdır. Həbs olunduqdan sonra o, işini itirmişdir. Həbs olunduqdan sonra Fərid fiziki və mənəvi işgəncələrə məruz qalmışdır. Fəridin atası ilə birlikdə maşın tutaraq dəfələrlə onun yanına getmişlər. İddiaçı qanunsuz olaraq həbsdə saxlanıldığından ona mənəvi ziyan vurulmuşdur. İddiaçı həbsdən çıxdıqdan sonra iş tapa bilməmiş, evlənmək üçün getdiyi elçiliklərdə həbs olunduğu üçün ona qız verilməmişdir. Buna görə də iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Cavabdeh nümayəndəsi Ağdaş rayonu üzrə Maliyyə Şöbəsinin rəisi birinci instansiya məhkəməsinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, həmin iddia tələbi rədd edilməlidir. İddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə 10.000 manat məbləğində kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materillarına əlavə edilməmişdir. İddiaçı həmçinin nəqliyyat xərci olaraq 500 manat kompensasiya ödənilməsini də tələb edir. Bununla bağlı bildirilir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində ödənilən ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər və s) konkret növləri göstərilmişdir. Həmin qanunda iddiaçının tələb etdiyi xərclər nəzərdə tutulmamışdır. İddiaçı vəkilə ödənilən xərc olaraq 1140 manatın əvəzinin ödənilməsini də ərizəsində qeyd etmişdir. Bildirirlər ki, hüquqi yardımla bağlı kompensasiya tələb edilərkən, hüquqi yardımla bağlı sənədlər, yəni müdafiəçi ilə bağlanılmış müvafiq müqavilələrin surətləri işin materiallarına əlavə olunmalı və hətta bunların iddiaçıya qarşı cinayət işi ilə bağlı olması sübut olunmalıdır. Mənəvi ziyana görə 100.000 manat kompensasiya ödənilməsi tələbi ilə bağlı qeyd edirlər ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edirik ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Cavabdeh haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Cavabdeh dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1- 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda “Dövlət büdcəsi” ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini də nəzərə almalıdır. Belə ki, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi, cinayət prosesini həyata keçirən orqan (və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Göstərilənləri nəzərə alaraq İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsini xahiş etmişdir.
17. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, İddiaçı DOST iş mərkəzinin işçisi olmuşdur. DOST iş mərkəzi sosial lahiyədir, 2018-ci il tarixdən başlanılmışdır. Sosial lahiyə olduğu üçün razılaşmalar əsasında müqavilələr bağlanılır. İşçi qüvvəsinin təmin olunmasına nəzarəti onlar baxmırlar, onlar sadəcə pul ödəyirlər. Müqavilə 1 ay müddətində bağlanılır. Əgər işinə xitam verilmirsə bir aydan bir uzadılır. Əgər işdən çıxmaq istəyirsə, 7 gün əvvəl məlumat verilir, 2-3 aya tabel göndərilir. İddiaçı ilə 05 yanvar tarxində müqavilə bağlanmışdır, aprel ayına qədər vaxtı var idi, əgər Fərid işinə davam etsəydi, müqavilə davam edəcəkdi. Lakin aprel ayında işə gəlmədiyindən müqavilənin vaxtı bitdiyinə görə müqaviləyə xitam verilmişdir. Onlar sorğu verdikdən sonra bilmişlər ki, İddiaçı tutulmuşdur, yoxsa bu barədə məlumatları olmamışdır.
18. Ağdaş Rayon Məhkəməsinin (hakim Aygün Mürsəlova) 27 may 2025-ci il tаrixli, 2(014)-212/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh vurulmuş mənəvi ziyana görə 23133 (iyirmi üç min yüz otuz üç) manat, maddi ziyana görə 7177 (yeddi min yüz yetmiş yeddi) manat, vəkilə ödənilən xərcə görə 1140 (min yüz qırx) manat, ümumilikdə 31450 (otuz bir min dörd yüz əlli) manat tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
19. Məhkəmə iddia tələbinin iddiaçıya dəymiş mənəvi ziyan kimi 100.000 (bir yüz min) manat hissəsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə təcrübəsinə görə qanunsuz həbsdə saxlanılan hər bir ay üçün adətən 1000 manat nəzərdə tutulur. İddiaçı 1 il 11 ay 4 gün həbsdə saxlanıldığından iddia tələbi həmin hissədə qismən təmin edilərək qanunsuz tutulma, təqsirləndirilən şəxs qismində cəlb edilmə, barəsində həbs qətimkan tədbiri seçilmə və qanunsuz məhkəməyə verilmə nəticəsində dəymiş mənəvi ziyana görə iddiaçının xeyrinə 23133 (iyirmi üç min otuz üç) manat cavabdehdən tutulmalıdır.
20. Məhkəmə iddia tələbinin maddi ziyana görə 10 000 manat ödənilməsi hissəsinə münasibətdə müəyyən etmişdir ki, iddiaçı həbs olunmazdan əvvəl DOST İş Mərkəzində çalışaraq 2021-ci ilin noyabr, dekabr ayları üzrə hər ay 236 manat olmaqla 472 manat, 2022-ci il üzrə hər ay 300 manat olmaqla 3600 manat, 2023-cü ilin sentyabr ayınadək hər ay 345 manat olmaqla 3105 manat, ümumilikdə 7177 manat əmək haqqından məhrum olunmuşdur. Bu səbəbdən iddia tələbi maddi ziyana münasibətdə qismən təmin olunaraq cavabdehdən iddiaçinin xeyrinə həmin hissədə 7177 (yeddi min yüz yetmiş yeddi) manat pul tutulmalıdır.
21. Məhkəmə iddia tələbinin vəkilə ödənilən 1140 (bir min yüz qırx) manat hissəsinə münasibətdə hesab etmişdir ki, iddiaçı tərəfindən həmin ödənişlərə dair müqavilələr və qəbzlər məhkəməyə təqdim olunduğundan iddia həmin hissədə əsaslıdır və təmin olunmalıdır.
22. Məhkəmə iddia tələbinin 500 (beş yüz) manat nəqliyyat xərci hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən iddianın həmin hissəsini sübut edəcək sənədlər təqdim olunmadığından iddia həmin hissədə təmin edilməməlidir.
23. Məhkəmə həmçinin, qeyd etmişdir ki, Mülki Məcəllənin 1101.1-ci maddəsinə əsasən, zərəri ödəməli subyekt Azərbaycan Respublikasıdır və dövlətin maliyyə sahəsində səlahiyyətlərini Cavabdeh həyata keçirir. İddia tələbi üzrə öhdəliyin icrası dövlət büdcəsinə yönəlmiş, Maliyyə Nazirliyi həmin tutmanı icra edən təşkilatdır.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 1101.1ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununa istinad etməklə əsaslandırmışdır.
25. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilmişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
26. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmuş, şikayətdə həmçinin göstərilmişdir ki, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret Maliyyə Nazirliyi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. İddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən Ağdaş Rayon Məhkəməsinin 27 may 2025-ci il tаrixli, 2(014)- 212/2025 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, ...həbsdən azad olunduqdan sonra atası və anası onu evləndirmələri üçün müxtəlif ailələrə elçi getmələrinə baxmayaraq, qarşı tərəf onu “narkoman” kimi cinayət törətmiş şəxs hesab edərək heç bir ailə ona evlənməyi üçün qız verməmiş, bu isə ona həddindən artıq istirab verir. Bundan başqa qanunsuz həbsdə olduğu müddət ərzində daim narahatlıq hissi yaşamış, məyus olmuş və stres çəkmişdir. Həbsxana şəraitində sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkərək iztirab keçirmişdir. Hal-hazırda da xəstə vəziyyətindədir. İşin yuxarıda göstərdiyi həqiq halları işə əlavə olunmuş məhkəmə hökmü, qərarları və digər sənədlərlə tam sübut olunur. Ona görə də hesab edir ki, qanunsuz həbsdə saxlanılmağına görə qanunvericiliyin tələbinə görə dövlət tərəfindən ona dəymiş maddi və mənəvi zərər ödənilməlidir. Ona görə də işə baxan Ağdaş Rayon Məhkəməsi düzgün olaraq həmin maddi hüquq normasına istinad edərək düzgün olaraq cavabdeh Maliyyə Nazirliyi ilə aralarında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdeh Nazirliyin ona münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, ona vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya qismində ödənilməli olan pul vəsaitin də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən icra edilməsi qənaətinə gəlmişdir. İşə baxan məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. İş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. Göründüyü kimi işə baxan Ağdaş Rayon Məhkəməsi yuxarıda göstərdiyim işin həqiqi hallarını tam və hərtəfli araşdırmış, iddia tələbi əsaslı olduğundan haqlı olaraq iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. İşə baxan Ağdaş Rayon Məhkəməsi iş üzrə qətnamə qəbul edərkən heç bir maddi və prosessual hüquq normalarının və digər qanunvericilik aktlarının tələblərini pozmamışdır. Qeyd olunanlara əsasən Ağdaş Rayon Məhkəməsinin 27 may 2025-ci il tаrixli, 2(014)-212/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
28. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil hər biri ayrıayrılıqda apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 27 may 2025-ci il tаrixli, 2(014)-212/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
29. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
32. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
33. İş üzrə cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdikləri üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
34. Maddə 6 8 . Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. İİİ. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. İV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.
35. Maddə 7 1 .İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
36. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
37. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
38. Maddə 43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.
39. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
40. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
41. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
42. Maddə 1101.3. Ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi:
43. Maddə 56.0. Aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: - 56.0.1. bəraət almış təqsirləndirilən şəxs; (...).
44. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.
45. Maddə 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.
46. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu:
47. Maddə 1. Ümumi müddəlar -Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; (...). 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; (...). -Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.
48. Maddə 5. Ödənilən ziyan -Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; (...). 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
49. Maddə 6. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsin əmlakına vurulmuş ziyanın ödənilməsi qaydası - Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
50. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş fiziki və mənəvi ziyanın ödənilməsi - Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. - Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.
51. Maddə 8. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsin işdən (vəzifədən) azad edilməsi və ya kənarlaşdırılması ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi - Qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edilməli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir.
52. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı ...mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
53. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli, xx.xx.2008-ci il tarixli Qərarı: “...İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 41ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır...”
54. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Cavabdeh haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndi: Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
60. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
61. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
62. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
63. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
64. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 27 may 2025-ci il tаrixli, 2(014)- 212/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
66. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
67. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
68. Müəyyən edilmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2023cü il tarixli, 1(100)-57/2023 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o dərhal məhkəmə iclası zalında həbsdən azad edilmişdir. İddiaçı AR Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın mülki mühakimə icraatı qaydasında iddia qaldırmaqla ödənilməsini tələb etmək hüququnun olması izah edilmişdir.
69. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı həbs olunmazdan əvvəl DOST İş Mərkəzində çalışaraq 2021-ci ilin noyabr, dekabr ayları üzrə hər ay 236 manat olmaqla 472 manat, 2022-ci il üzrə hər ay 300 manat olmaqla 3600 manat, 2023-cü ilin sentyabr ayınadək hər ay 345 manat olmaqla 3105 manat, ümumilikdə 7177 manat əmək haqqından məhrum olunmuşdur.
70. İddiaçı cavabdehə qarşı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Ağdaş Rayon Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.
71. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmalı və onlara hüquqi qiymət verilməlidir.
72. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
73. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərlə bağlıdır.
74. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə yəni, iddianın təmin edilməsi hissəsində mübahisələndirmiş və ümumiyyətlə cavabdeh iddia tələbinin rədd edilməsini tələb edir.
75. Məhkəmə kollegiyası işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının tələbi qismən əsaslı olmuşdur.
76. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.
77. Kollegiya xüsusilə vurğulayır ki, şəxsin azadlıq hüququndan məhrum olması və ya azadlığının məhdudlaşdırılması bir sıra digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərməklə onu əlverişsiz vəziyyətdə qoyur. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, azadlıq hüququ olmadan insanın digər hüquqlarının real mahiyyəti heçə enir və həmin hüquqlar deklarativ xarakter daşıyır.
78. Azadlıq hüququ həm də onunla şərtlənir ki, onun pozulması həmin şəxsin müəyyən hüdudlara, sərhədə malik olan ərazidə, müəssisədə saxlanılması ilə müşayiət olunur. Hər kəs azadlığa malik olmalıdır və bu azadlıq yalnız müstəsna hallarda, hər bir halda qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər.
79. Azadlıqdan məhrum etmənin qanuniliyi tələbi həm prosesə, həm də onun məzmununa şamil olunur. Qanunilik həmçinin onu nəzərdə tutur ki, azadlıqdan məhrum etmə zamanı həm daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunmalıdır. Şəxsin azadlıqdan məhrum edildiyi hallarda ilk növbədə qanunun tələblərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır.
80. İnsan hüquqlarının, o cümlədən azadlıq hüququnun müdafiəsi ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir.
81. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər.
82. Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi institutu isə Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ona ödənilməsi hüququ vardır.
83. Nəzərə alınmalıdır ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1 və 4-cü maddələrinin məzmununa əsasən, şəxsin haqqında bəraətverici hökm, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda, inzibati xəta haqqında işə xitam verildikdə, şəxs ona vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir.
84. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 56.0.1-ci maddəsinə əsasən bəraət almış təqsirləndirilən şəxs, CPM-in 56.0.5-ci maddəsinə əsasən qanunsuz həbs olunmuş və ya tibb, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs, CPM-in 56.0.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı qanunsuz olaraq bu Məcəllənin 176 və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalmış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər.
85. Avropa Konvensiyasının 5-ci maddəsinin 5-ci bəndi və 7 saylı Protokolun 3-cü maddəsi də tələb edir ki, dövlət maddi hüquq normaları pozulmuş şəxsə kompensasiya verilməsi üçün öz ölkəsində tədbirlər görsün. Bununla bağlı kompensasiya almaq hüququ həm maddi, həm də mənəvi zərəri əhatə edir.
86. “X5rşı işdə” İnsan hüquqları üzrə Avropa Məhkəməsi bildirdi ki, yalnız azadlıqdan məhrum etmə dövlətdaxili qanunvericiliyə görə qanunsuz sayıldığı halda ərizəçilər 5-ci bəndə əsasən komensasiya almaq hüququna malik olacaqlar. Məhkəmə qeyd etdi ki, 5-ci bəndi tətbiq etmənin mümkünlüyünün bu cür şərhi bu bəndin predmetinə və məqsədinə cavab vermir, çünki onun formulundan aydın görünür ki, kompensasiya o hallarda verilməlidir ki, həbs və ya tutma “bu maddənin müddəaları pozulmaqla” həyata keçirilmiş olsun. Məhkəmə sonda bu nəticəyə gəldi ki, ərizəçilər dövlətdaxili hüquqa görə qanuni qaydada tutularaq həbs edilsələr də, bu, 5-ci maddənin 3-cü bəndi pozulmaqla baş verib. Dövlətdaxili qanunvericilik maddi müddəanın pozulduğu müəyyən edildikdə kompensasiya almaq hüququnu nəzərdə tutmadığına görə, burada həm də 5-ci maddənin 5-ci bəndi pozulub.
87. İddiaçının qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi işin mübahisəsiz hallarıdır.
88. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına görə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi barədə arqumentlərini əsaslı hesab edir. Belə ki, iddiaçının qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum edilməsi nəticəsində onu tanıyan şəxslər arasında nüfuzdan düşmüş, şəxsin barəsində mənfi fikir formalaşmış, habelə onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr yaranmasına səbəb olmuşdur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında qeyd olunmuşdur ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
89. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə təcrübəsinə görə qanunsuz həbsdə saxlanılan hər bir ay üçün adətən, 1000 manat nəzərdə tutulur. İddiaçı 1 il 11 ay 4 gün həbsdə saxlanıldığından iddia tələbi həmin hissədə qismən təmin edilərək qanunsuz tutulma, təqsirləndirilən şəxs qismində cəlb edilmə, barəsində həbs qətimkan tədbiri seçilmə və qanunsuz məhkəməyə verilmə nəticəsində dəymiş mənəvi ziyana görə iddiaçının xeyrinə 23.133 manat cavabdehdən tutulmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin müddət ərzində iddiaçı ciddi fiziki məhrumiyyətlərə məruz qalmış, əzablara düçar olmuş, mənəvi sarsıntılar keçirmiş, onun nüfuzuna zərər gəlmiş, barəsində mənfi fikir formalaşmışdır.Eyni zamanda nəzərə alınmalıdır ki, İddiaçı Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olmuş X1, X20, X13 və X7, o cümlədən cinayət işinin ibtidai istintaqını aparmış DİN BMVMİ-nin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X11 tərəfindən Azərbaycan Respublikası CPM tələbləri pozulduğuna görə barələrində xüsusi qərar çıxarılaraq müvafiq tədbirlər görülməsi üçün X21 məlumat verilmişdir.
90. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin əvəzi olaraq birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 23133 manat vəsait iddiaçının keçirtdiyi mənəvi iztirab və sarsıntıların həcmi və xarakteri baxımından cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətlərinin adekvat və effektiv şəkildə aradan qaldırılması baxımından məqsədəmüvafiqdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mənəvi zərər əvəzində Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına 23133 manat alınaraq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
91. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçıya mənəvi ziyan dəydiyi və bu ziyanın əvəzinin ödənilməli olması barədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd edir ki, qanunsuz həbs edilərək 1 il, 11 ay, 4 gün həbsdə saxlanılması nəticəsində iddiaçı fəal ictimai həyat tərzindən məhrum olmuş, işgüzar nüfuzuna xələl gəlmiş, azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, iztirab və mənəvi sarsıntılara məruz qalmış, sağlamlığına zərər dəymişdir.
92. Birinci instansiya məhkəməsi iddiaçının qanunsuz həbsdə qalmaqla mənəvi iztirab çəkməsini, bu halda şəxsə vurulmuş zərərin Azərbaycan Respublikası tərəfindən tam həcmdə ödənilməli olmasını, dövlət büdcəsi vəsaitlərindən istifadə sahəsində dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının Maliyyə Nazirliyi olduğunu nəzərə alaraq, iddiaçının tələb etdiyi zərərin əvəzini MM-in 1101.1-ci maddəsinə əsasən, cavabdeh təşkilatdan qismən tutmuşdur.
93. Birinci instansiya məhkəməsi iddia tələbinin maddi ziyana görə 10.000 manat ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı həbs olunmazdan əvvəl DOST İş Mərkəzində çalışaraq 2021-ci ilin noyabr, dekabr ayları üzrə hər ay 236 manat olmaqla 472 manat, 2022-ci il üzrə hər ay 300 manat olmaqla 3600 manat, 2023-cü ilin sentyabr ayınadək hər ay 345 manat olmaqla 3105 manat, ümumilikdə 7177 manat əmək haqqından məhrum olunmuşdur. Bu səbəbdən iddia tələbi maddi ziyana münasibətdə qismən təmin olunaraq cavabdehdən iddiaçinin xeyrinə həmin hissədə 7177 (yeddi min yüz yetmiş yeddi) manat pul tutulmalıdır.
94. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticəni də əsaslı sayır. Belə ki, iş materiallarından da, o cümlədən birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş DOST iş mərkəzində şöbə müdiri vəzifəsində işləyən X2 ifadəsindən də göründüyü kimi, İddiaçı DOST iş mərkəzinin işçisi olmuşdur. Daha sonra X8 ifadəsində DOST iş mərkəzi sosial lahiyə olduğu üçün razılaşmalar əsasında müqavilələr bağlanıldığını, onların işçi qüvvəsinin təmin olunmasına nəzarəti etmədiklərini, sadəcə pul ödədiklərini, müqavilənin 1 ay müddətinə bağlanıldığını, əgər işinə xitam verilmirsə, hər dəfə 1 ay uzadıldığını, axırıncı dəfə İddiaçı ilə 05 yanvar 2022-ci il tarixində müqavilə bağlanıldığını, əgər Fərid işinə davam etsəydi, müqavilənin davam edəcəyini, lakin aprel ayında işə gəlmədiyindən müqavilənin vaxtı bitdiyinə görə müqaviləyə xitam verildiyini, sorğu verdiklərindən sonra İddiaçı tutulduğunu bildiklərini, ona qədər bu barədə məlumatları olmadıqlarını göstərmişdir.
95. Göründüyü kimi, iddiaçı Fərid Usubov onun iradəsindən asılı olmayan səbəbə görə müqavilə əsasında çalışdığı işindən və bunun müqabilində almalı olduğu əmək haqqından məhrum olmuşdur.
96. İş materiallarında hissəsinə münasibətdə iddiaçı tərəfindən vəkilə 1140 manat məbləğində ödənişlərə dair müqavilələr və qəbzlər olduğundan iddia həmin hissədə əsaslı olmuşdur.
97. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, ...iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin heç bir hüquqi əsası yoxdur. Bu səbəbdən iddia tələbi üzrə öhdəliyin Maliyyə Nazirliyinin üzərinə qoyulması qanunsuzdur.
98. Kollegiya bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 1101.1-ci maddəsinə əsasən zərəri ödəməli subyekt Azərbaycan Respublikasıdır və dövlətin maliyyə sahəsində səlahiyyətlərini Cavabdeh həyata keçirir. İddia tələbi üzrə öhdəliyin icrası dövlət büdcəsinə yönəlmiş, Maliyyə Nazirliyi həmin tutmanı icra edən təşkilatdır.
99. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Hazırkı iş üzrə iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyana görə Azərbaycan Respublikası məsuliyyət daşıdığından və “Cavabdeh haqqında Əsasnamə”yə əsasən dövlət büdcəsinin kassa icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı kimi Maliyyə Nazirliyi nəzərdə tutulduğundan, belə kateqoriyadan olan işlər üzrə dövlətin adından cavabdeh kimi Cavabdeh cəlb olunur. Cavabdeh belə kateqoriyadan olan işlərdə cavabdeh kimi cəlb olunması həmin dövlət orqanının delikt törədən şəxs kimi qəbul olunması anlamını vermir. Eyni zamanda cavabdehin ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, bu kateqoriyadan olan işlərə baxılarkən ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməsi məhkəmənin vəzifəsi deyildir.
100. “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 2004-cü il tarixli 75 nömrəli Qərarın 5.1-ci bəndinə əsasən, dövlət büdcəsi Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların tabeliyindəki təşkilatlar tərəfindən dövlət xəzinədarlığı vasitəsilə icra edilir.
101. Həmin Qərarın 5.23-cü bəndinə əsasən, dövlət xəzinədarlığının öhdəsində olan nağd pul vəsaiti onun vahid hesabında Cavabdeh tərəfindən müəyyən edilmiş müvəkkil banklarda saxlanılır.
102. Həmin Qərarın 5.40-cı bəndinə əsasən, dövlət büdcəsinin icrasına nəzarəti öz səlahiyyətləri daxilində Cavabdeh həyata keçirir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 440 nömrəli, 11 oktyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”nda isə (“Büdcə xərclərinin funksional təsnifatı”, “Əsas bölmələrə aid edilməyən tədbirlər üzrə digər fəaliyyət” bölməsi - 12.9.0) 12.9.0 bölməsinin 222980-cı paraqrafı bilavasitə “məhkəmənin qərarlarına əsasən fiziki və hüquqi şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və tədqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı xərcləri” nəzərdə tutulmuşdur.
103. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırkı halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması ilə hüquq normaların pozulmasına səbəb olmamışdır.
104. Məhz bu hallar nəzərə alınmaqla, birinci instansiyası məhkəməsi iddianı qismən təmin edərkən, iddiaçıya vurulan ziyanın “Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi”ni qət etmişdir.
105. Kollegiya apellyasiya şikayətinin vurulmuş zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalı olmasına dair dəlili ilə bağlı qeyd edir ki, sözügedən maddədə söhbət cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxsə verilməli olan kompensasiyadan gedir. İndiki vəziyyətdə iddiaçı cinayət əməli ilə vurulmuş ziyana görə zərərçəkmiş şəxs qismində tanınmış şəxs deyildir. Belə olan halda hazırkı mübahisəyə Cinayət-Prosessual Məcəllənin 190-cı maddəsinin tətbiqi istisna olunur. Ona görə də şikayətin həmin dəlili də əsassızdır.
106. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
107. Apellyasiya şikayətinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
108. İnsаn hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
109. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
110. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
111. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
112. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 27 may 2025-ci il tаrixli, 2(014)-212/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 27 may 2025-ci il tаrixli, 2(014)-212/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov