Məhkəmə qərarları › İş №2(107)-994/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-994/2022

17.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-994/2022 17.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X6 qarşı mənzilə köçürmə və yaşayış hüququ tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürmə, yaşayış hüququ) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X16 qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı mənzilə köçürmə və yaşayış hüququ tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(051)-866/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı cavabdeh X3 oğlu X8 ilə 18 aprel 2018-ci il tarixdə Mingəçevir şəhər qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirməklə evlənmiş, cavabdeh X6 məxsus Mingəçevir Şəhər AZDRES qəsəbəsi 2-ci Fazil Əzimov döngəsi 16 ünvanında olan evə köçmüşdür. Onların birgə nikahlarından 4 yanvar 2019-cu ildə X9 doğulmuş, nikahları Mingəçevir Şəhər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(051)-113/2022 saylı qətnaməsi ilə pozulmuş, X9 anası İddiaçı yanında saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh məxsus yuxarıda qeyd etdiyi mənzillərdən birində uşağını yetkinlik yaşına çatana qədər böyüməsi üçün övladına və ona evə köçürülmə və yaşayış hüququ verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, o, cavabdehin oğlu X8 ilə 18 aprel 2018- ci il tarixdə Mingəçevir şəhər qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 4 yanvar 2019-cu il təvəllüdlü X9 doğulmuşdur. O, cavabdehin oğlu ilə rəsmi ailə həyatı qurduqdan sonra cehiz əşyaları cavabdehin Mingəçevir şəhəri AZDRES qəsəbəsi 5-ci Fazil Əzimov döngəsi 16 ünvanda olan evinə gətirdi. Həmin evdə bir övladı dünyaya gəldi. 30 iyul 2021-ci il tarixdə Cavabdeh oğlu Eldəniz Cəfərovla birlikdə onu zor tətbiq edərək azyaşlı övladıyla bərabər gəlin köçdüyü evdən çıxartdılar. Həmin tarixdən atasının Ağdaş rayonu Yuxarı Ləki kəndində olan evində övladıyla bərabər yaşayır. Dəfələrlə cavabdehdən az yaşlı övladıyla bərabər gəlin köçdüyü evdə yaşamağına icazə verməsini xahiş etsə də, onlar bundan qəti imtina etmişdir. Halbuki o həmin evə gəlin köçmüşdür. Burada uşaq dünyaya gətirmişdir. Hal-hazırda cehiz əşyaları da həmin evdədir. Onların 3 yerdə evləri var. 1-ci Yadigar Mansurov küçəsi 1 mənzil 19, 2-ci ev AZDRES qəsəbəsi 5-ci Fazil Əzimov döngəsi 16, 3-cü 5-ci Fazil Əzimov döngəsi 16 ünvanındakı 2-ci evi. X1 da atası X4 yaşadığı Yadigar Mansurov 1 mənzil 19 ünvanında rəsmi qeydiyyatdadır. Onun övladıyla yaşamaq üçün başqa yerdə evləri yoxdur, maddi gəliri də yoxdur, heç yerdə işləmir. Şəhərdə qalmağı isə imkan xaricindədir. Azyaşlı uşağının mənafeyini məhkəmə qorumalıdır. Uşağının yetkinlik yaşına çatana qədər böyüməsi üçün yaşayış hüququnun verilməsi və mənzilə köçürülmə yalnız məhkəmə qaydasında mümkündür. Məhz buna görə də məhkəməyə müraciət edir. Ona görə də məhkəmədən Cavabdeh məxsus yuxarıda qeyd etdiyi mənzillərdən birində uşağını yetkinlik yaşına çatana qədər böyüməsi üçün övladına və ona evə köçürülmə və yaşayış hüququ verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, həqiqətən, İddiaçı oğlu X8 ilə 18 aprel 2018-ci il tarixdə Mingəçevir şəhər qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından nəvəsi 4 yanvar 2019-cu il təvəllüdlü X9 doğulmuşdur. Oğlu ilə rəsmi ailə həyatı qurduqdan sonra cehiz əşyaları cavabdehin Mingəçevir şəhəri AZDRES qəsəbəsi 5-ci Fazil Əzimov döngəsi 16 ünvanda olan evinə gətirdi. Sonradan ailə münasibətləri pozulmuş və Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 113/2022, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuşdur. Bundan sonra Gülər onların mənzilindən çıxmış və atasının Ağdaş rayonu Yuxarı Ləki kəndində olan evinə övladıyla bərabər köçmüşdür. Hazırda iddia ona məxsus mənzillərdən birinə köçürülməsi ilə bağlı iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi ilə razı deyil. Belə ki, həmin mənzillər oğlunun deyil, onun mülkiyyətindədir. Bundan başqa iddiaçı 18 aprel 2018-ci il tarixdə həmin mənzilə gəlin kimi köçmüşdür. Həmçinin izahatında da göstərdiyi kimi onun yaşamağa atasının Ağdaş rayonu Yuxarı Ləki kəndində olan evi vardır. Həmçinin Gülərdən ən tez zamanda qalmış əşyalarını da mənzilindən çıxarmasını tələb edir. Məhkəmədən iddia tələbinin rədd ediməsini xahiş edir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehin oğlu X8 ilə arasında nikah xx.xx.2018-ci il bağlanmış və iddiaçı həmin tarixdən mübahisəli mənzildə yaşamağa başlamışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən həll edilməlidir. Məhkəmə işə əlavə olunmuş sənədləri, tərəflərin izahatlarını və qanunvericiliyin müvafiq normalarını əhatəli şəkildə təhlil edib hesab etmişdir ki, iddiaçının cavabdehə məxsus ünvan 4 ünvanında yerləşən mənzilindən və digər hər hansı mənzilindən istifadə hüququ yoxdur. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi “....yuxarıda qeyd etdiyi mənzillərdən biri...” tələbi əsassızdır. Belə ki, o, iddia ərizəsində və məhkəmə iclası zamanı vediyi izahatında da göstərmişdir ki, gəlin kimi ünvan 4 ünvanında yerləşən mənzilə köçmüş və nikah pozulanadək müddətdə də həmin mənzildə yaşamışdır. Digər mənzilərə dair onun hər hansı bir münasibəti yaranmamışdır. Ona görə də onun digər mənzillərdən yaşayış hüququ tələb etməsi tamamilə əsassızdır. Habelə iddiaçı cavabdehin oğlu ilə xx.xx.2018-ci ildə nikah bağlamış və həmin nikah xx.xx.2022-ci il tarixli qətnamə ilə pozulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarından da görünür ki, 1 oktyabr 2009-cu il tarixdən sonra yaranmış mübahisələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə həll olunmalıdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsini mənasında da görünür ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı keçmiş ailə üzvü (əri) olan X7 məxsus olan mənzili deyil, onun anasına məxsus evə köçürülmə ilə bağlı tələb irəli sürmüşdür. Bu hal isə 1 sentyabr 2000ci il tarixdən sonra yaranmış münasibətlər üçün istisnadır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «Mənzilə köçürülmə və yaşayış hüququ» tələbinə dair iddiası rədd edilməlidir. Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(051)-866/2022 saylı qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia təmin olunmamış, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və yaşayış hüququ tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4- cü maddələrinin şərh edilməsinə” dair 08 oktyabr 2013-cü il tarixli Qərarına istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşə əlavə olunmuş DƏDRX-ın çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil xüsusi olmaqla Cavabdeh tam mülkiyyətindədir. İşə əlavə olunmuş doğum haqqında arayışdan görünür ki, 04 yanvar 2019-cu il təvəllüdlü X5 atası X8, anası isə İddiaçıdır. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-113/2022, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X8 ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində və 167 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulmuş, boşanmadan sonra xx.xx.2019-cu il tarixdə tərəflərin birgə nikahından doğulmuş X5 cavabdeh İddiaçı yanında qalması müəyyən edilmiş və xx.xx.2022-ci il tarixdən başlayaraq həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X2 hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment alınıb cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdeh X8 ilə 18 aprel 2018-ci il tarixində Mingəçevir şəhər qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 4 yanvar 2019-ci il təvəllüdlü X9 adında övladı vardır. Belə ki, ailə qurduqdan bir müddət sonra cavabdehlə münasibəti pisləşmişdir. 30 iyul 2022-ci il tarixində Cavabdeh X8 ilə birlikdə zor tətbiq etməklə azyaşlı övladıyla bərabər gəlin köçdüyü evdən çıxartmışlar və həmin vaxtdan atasının Ağdaş rayonu, Yuxarı Ləki kəndində olan evində övladıyla bərabər yaşayır. Dəfələrlə cavabdehdən azyaşlı övladıyla bərabər gəlin köçdüyü evdə yaşamağa icazə verməsini xahiş etsə də, onlar bundan qəti imtina etmişdir. Halbuki o, həmin evə gəlin köçmüş və burada uşaq dünyaya gətirmişdir. Onların 3 yerdə evləri vardır. X12 küçəsi mənzil 19, ikincisi AZDRES qəsəbəsi Fazil Əhmədov döngəsi 16, üçüncüsü 5-ci Fazil Əhmədov döngəsi 16 ünvanındakı 2-ci evi. X18 da atası X4 yaşadığı Yadigar Mansurov küçəsi mənzil 19 ünvanında rəsmi qeydiyyatdadır. Övladıyla yaşamaq üçün başqa yerdə evi yoxdur, gəliri yoxdur və heç yerdə işləmir. Şəhərdə qalmağı isə imkan xaricindədir. X18 da atası X4 yaşadığı Yadigar Mansurov küçəsi mənzil 19 ünvanında rəsmi qeydiyyatdadır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi 228-ci maddəsinin məzmunundan da görünür ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Belə ki, Cəfərov Eldənizlə aralarında bağlanmış nikah bitsə də, uşağın Yadigar Mansurov küçəsi mənzil 19 ünvanına onunla birlikdə köçürülməsi zərurəti vardır. Belə ki, hazırda övladıyla yaşamaq üçün başqa yerdə evi yoxdur, gəliri yoxdur və heç yerdə işləmir. Şəhərdə qalmağı isə imkan xaricindədir. 4 yanvar 2019-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək böyüməsi üçün Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən olunuış köçürülmə və mənzil hüququ vardır. Hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(051)- 866/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh X6 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə” dair 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1- dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasına tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin qərarda eyni zamanda göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə edilməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, digər qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(051)-866/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdehin oğlu ilə xx.xx.2018-ci ildə nikah bağlamış və həmin nikah xx.xx.2022-ci il tarixli qətnamə ilə pozulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarından da görünür ki, 1 oktyabr 2009-cu il tarixdən sonra yaranmış mübahisələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə həll olunmalıdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin mənasından da görünür ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı keçmiş ailə üzvü (əri) olan X7 məxsus olan mənzili deyil, onun anasına məxsus evə köçürülmə ilə bağlı tələb irəli sürmüşdür. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı «Mənzilə köçürülmə və yaşayış hüququ» tələbinə dair iddiasının rədd edilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. İddiaçı ilə onun kömçək istədiyi evin mülkiyyətçisi X10 arasında yaranmış mənzil hüquq münasibətlərini tənzimləyən konkret hüquq normaları kimi hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri mövcuddur. İddiaçının köçmək istədiyi ev və ya evlərdən hər hansı birinə istifadə hüququnun yaranmasına əsas verən hallar mövcud deyildir. Göründüyü kimi, iddiaçının köçmək istədiyi ev onun keçmiş ərinin anasına məxsusdur. Cavabdeh iddiaçının uşağı ilə birlikdə həmin evə köçməsinə maneə olmayacağı təqdirdə belə, iddiaçının yuxarıda göstərilən maddələrin tələbi baxımından həmin evə köçməyi tələb etməyə subyektiv hüququ yoxdur. İddiaçının 4 yanvar 2019-cu ildə doğulmuş oğlu Bəhman Cəfərov məhkəmə qətnaməsi ilə nikah pozulduqdan sonra anasının yanında saxlanıldığından onun yaşayış yeri anasının yaşadığı yerdir. Bu hal uşağın anasından ayrı qaydada evə köçürülməsini istisna edir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(051)-866/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(051)-866/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar