Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-111/2021 27.05.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 15 mart 2021-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 13 iyul 2017-ci il təvəllüdlü X2 və 20 sentyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək bir uşağın saxlanılması üçün 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində olmaqla iki uşağın saxlanılmasına 350 (üç yüz əlli) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12 aprel 2021-ci il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək ilkin iddianın təmin ediləcəyi halda, 13 dekabr 2016-cı ildə onunla İddiaçı Vahid qızı arasında bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qərardadı ilə (hakim Daşqın Səfərov) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin Cavabdeh geri qaytarılması qərara alınmışdır. Məhkəmənin qərardadından narazı qalan Cavabdeh 03 may 2021-ci il tarixdə şikayət ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon Məhkəməsinin 2(090)-61/2021 nömrəli, 12 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət işlə birlikdə baxılması üçün Naxçıvan Мuxtar Respublikası Ali Мəhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Cavabdeh şikayətində hakimin qərardadda qarşılıqlı iddia ərizəsində tələbinin ilkin iddianın təmin edilməsi ilə şərtləndirildiyini və qarşılıqlı iddia tələbinin tam qeyd edilməməsini göstərdiyini və Mülki Prosessual Məcəllənin 149.2.2 və 149.2.3-cü maddələrinin tələbinə əsaslandığını, iddiaçının ona qarşı aliment tələbi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyini, əgər İddiaçı ilə barışarlarsa onun iddia tələbindən imtina edəcəyini, ona görə qarşılıqlı iddia tələbində ilkin iddia təmin edilərsə aralarındakı nikahın pozulmasının nəzərə alınmasını göstərdiyini, bundan əlavə olaraq Mülki Prosessual Məcəllənin 149.2.2 və 149.2.3-cü maddələrinin tələblərinə tam riayət etdiyini, belə ki, mülki işdə iştirak edən şəxslərin adları, soyadları və onların poçt ünvanlarının dəqiq göstərildiyini, aydın şəkildə cavabdehlə aralarında bağlanmış nikahın pozulmasını tələb etdiyini, qərardadda dövlət rüsumu barədə qəbzin surətinin iddia ərizəsinə əlavə edilməsinin göstərildiyin i, dövlət rüsumunun elektron qaydada məhkəmə portalı vasitəsilə ödənildiyini, dövlət rüsumu barədə qəbzi printerdən çıxdığı formada iddia ərizəsinə əlavə etdiyini, sadəcə kartdan silinmiş pulun qəbzinin surətini əlavə etdiyini, istənilən vaxt məhkəmə portalı vasitəsilə elektron qaydada ödənilmiş rüsumunu yoxlamağın mümkün olduğunu qeyd edərək şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 9.1, 9.3, 267.2, 267.3, 269.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə baxışı iclasındakı izahatında İddiaçı şikayətin təmin edilməməklə Şahbuz Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Cavabdeh 25 may 2021-ci il tarixdə teleqramla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini qeyd edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilib tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə uyğun olaraq mülki işə Cavabdeh iştirakı olmadan baxmışdır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, şikayətin dəlillərini müzakirə edib, İddiaçı izahatını dinləyib, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Şikayətin qeyd olunan əgər İddiaçı ilə barı şsalar onun iddia tələbindən imtina edəcəyi, qarşılıqlı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2 və 149.2.3-cü maddələrinin tələblərinə tam riayət etməsi, aydın şəkildə iddiaçı ilə aralarında bağlanmış nikahın pozulmasını tələb etməsi dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. İddianın verilməsinin ümumi qaydaları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulmuşdur. İstər iddia ərizəsi, istərsə də qarşılıqlı iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulmuş forma-məzmun tələbl ərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyun 2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında da təsbit olunduğu kimi hüquq münasibətlərinə xitam verilməsi ilə əlaqədar iddialarda iddiaçının birtərəfli iradə ifadəsi konkret olmalıdır. Kollegiya bununla əlaqədar onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə yə müraciət edərkən yol verilmiş nöqsanların aradan qaldırılması birinci instansiya məhkəməsinin qərardadının ləğv üçün deyil, yenidən ümumi qaydada məhkəməyə müraciət etmək üçün əsas təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə uyğun olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe ilə razılaşaraq belə hesab edir ki, qarşılıqlı iddia ərizəsini geri qaytarmaqda məhkəmə haqlı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, Şahbuz Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən qarşılıqlı iddia ərizəsi verilərkən 03 aprel 2021-ci il tarixdə X7 vasitəsi ilə Cavabdeh tərəfindən ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehə geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qərardadından Cavabdeh tərəfind ən verilmiş şikayət təmin edilməsin. Şahbuz Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qarşılıqlı iddia ərizəsi verilərkən 03 aprel 2021-ci il tarixdə X7 vasitəsi ilə Cavabdeh tərəfindən ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehə geri qaytarılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-111/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-111/2021
27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver