Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-120/2024 05.07.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X2 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Subroqasiya qaydasında pul tələbi”nə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli, e2(110)-191/2024 nömrəli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “BMW 320” markalı, ** ZS *** dövlət qe ydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 2000 (iki min) manat pulun və ödənilmiş 40.40 (qırx manat qırx qəpik) manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli, e-2(110)-191/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, 2000 (iki min) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməsi, iddia təmin olunduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 40.40 (qırx manat qırx qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh vəkili və nümayəndəsi Vəkil vasitəsi ilə apellyasiya şi kayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(078)-191/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(078)-191/2024 nömrəli qətnaməsindən narazıdırlar, qətnamə qanuna zidd və əsassızdır. Ona görə də ləğv olunmalıdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, xx.xx.2020-ci il tarixdə Cavabdeh qanuni sahibliyində olan (avtomobil iddiaçının qeyd etdiyi kimi onun qanuni sahibliyində deyil, Dövlət Neft Şirkətinə məxsusdur) və onun tərəfindən idarə olunan “Hyundai County” markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “BMW 320” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsindən çıxarışdan görünür ki, sözügedən “Hyundai County” markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da icbari sığorta müqaviləsi ilə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş sığorta ödənişini təsdiq edən ödəniş tapşırığından da göründüyü kimi, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, zərərlərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “BMW 320” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə mülkiyyətçinin etibarnaməsi ilə X3 2000 (iki min) manat sığorta ödənişi həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş, inzibati tənbeh vermə haqqında qərardan və inzibati xəta protokolundan aydın olur ki, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh olmuşdur. İnzibati xəta haqqında protokoldan və qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin Cavabdeh öz izahatında da hadisə yerindən getdiyini bildirmişdir. Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. 2000 (iki min) manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. O, cavabdehin vəkili və nümayəndəsi olaraq 14 yanvar 2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi göndərmiş, ərizədə qeyd etmişdir ki, İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ilə Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin şikayət üzrə iddiaçı tərəfindən verilmiş iddia, onun verilməsi üçün nəzərdə tutulmuş müddət keçdiyi üçün rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 372.2 maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2 maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin məcəllənin 377.1 maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüqu qunun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı ilə cavabdeh arasındakı hüquq münasibətləri onlar arasında bağlanmış PAT********** saylı sığorta müqaviləsindən yaranmışdır. Buna görə həmin iddia üzrə tələb də müqavilədən irəli gəlmiş tələbdir və bu iddiaya müqavilə tələbləri üçün müəyyən edilmiş üç illik iddia müddəti tətbiq olunmalıdır. İddiaçı bildirir ki, cavabdeh idarə etdiyi “Hyundai County” markalı, 90JJ450 dövlət qeydiyyat nişanlı avtomobillə “BMW 320” markalı, 10SZ383 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sığorta hadisəsi baş verib və iddiaçı “BMW 320” markalı, 10SZ383 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə 2000 manat sığorta ödəyib. Həmin hadisədə cavabdeh hadisə yerindən yayındığı üçün iddiaçı həmin pulu subroqasiya qaydasınd a cavabdehdən tələb edir. İddiaçı həmin pulu xx.xx.2020-ci il tarixli 3109 saylı ödəniş tapşırığına əsasən zərərçəkmişə ödəyib və həmin gündən onun subroqasiya hüququ yaranıb. Hətta ondan da əvvəl, yəni hadisə barədə ona məlumat verildiyi gündən. Həmin vaxtdan isə üç ildən artıq müddət keçdiyi üçün iddiaçı bu hüququnu itirib. Ona görə onun iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MM-nin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Cavabdehin idarə etdiyi “Hyundai County” markalı, 90JJ450 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının qeyd etdiyi kimi onun qanuni sahibliyində deyil, Dövlət Neft Şirkətinə məxsusdur. Ona görə məhkəmə müddəti buraxılmamış hesab etsə belə iddiaçının tələbi cavabdehə deyil, onun işçisi olduğu hüquqi şəxsə yönəldilməlidir. Etirazının qəbul edilərək iddiaçının iddiasının rədd edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 15 yanvar 2024-cü il tarixdə məhkəməyə mülahizə göndərmişdir. Həmin mülahizədə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən verilmiş etiraz əsassızdır və təmin edilməməlidir. Belə ki, subroqasiya hüququna dair iddia müddəti məsələsinə Ali Məhkəmə oxşar işlərdə bir neçə dəfə toxunmuş və belə öhdəliklərin mülki-hüquq pozuntusundan (deliktdən) yarandığını qeyd edərək, 10 illik iddia tələbinin şamil edilməsi qənaətinə gəlmişdir. Belə ki, Mülki Məcəllə müxtəlif əsaslardan irəli gələn öhdəliklərə münasib ətdə fərqli iddia müddətlərini nəzərdə tutur (m. 373). Bu baxımdan hazırkı mübahisə üzrə iddia müddətinin keçib-keçmədiyinə hüquqi qiymət verilməsi üçün iddiaçı "xxxx" SŞ ASC ilə Cavabdeh arasındakı öhdəlik hüquq münasibətlərinin təbiətinin müəyyənləşdirilməsi zəruridir. Cavabdeh ilə "BMW 320" markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi, sığorta olunan X5 arasında mülki-hüquq pozuntusundan irəli gələn (delikt) öhdəlik münasibətləri yaranmışdır. "xxxx" SŞ ASC-nin "BMW 320" markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilə görə sığorta ödənişini həyata keçirməsi nəticəsində MM-in 936.1-ci ("Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqla rdan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.") və 936.2-ci ("Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.") maddələrinə əsasən, həmçinin “İcbari Sığortalar Haqqında" qanunun 63.1- ci maddəsinə əsasən, "BMW 320" markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinin Cavabdeh qarşı olan və mülki-hüquq pozuntusundan irəli gələn tələb hüququ "xxxx" SŞ ASC-yə keçmişdir. Başqa sözlə, "xxxx" SŞ ASC, zərərçəkən nəqliyyat vasitəsinin mülkiyyətçisi ilə Cavabdeh arasında olan mülki-hüquq pozuntusundan irəli gələn öhdəlik münasibətində zərərçəkəni əvəzləmişdir. Nəticə eti barilə, "xxxx" SŞ ASC-nin bu münasibətlərə sığorta müqaviləsi və ödədiyi sığorta ödənişi əsasında daxil olması həmin öhdəlik münasibətlərinin təbiətini dəyişdirməmişdir, yəni tərəflər arasındakı öhdəlik münasibəti yenə də mülki-hüquq pozuntusundan irəli gələn öhdəlik münasibətdir. Bu növ tələblərə isə, 10 illik ümumi iddia müddəti şamil olunur (m. 373.1). Öhdəlik hüquq münasibətinin xx.xx.2020-ci il tarixdə (yəni yol- nəqliyyat hadisəsinin baş verdiyi tarixdə) yarandığını, bu növ öhdəliklərin isə əmələ gəldiyi tarixdən icrası tələb edilə bilən öhdəliklər olduğunu nəzərə alsaq, iddia müddətinin axımı həmin tarixdən başlamışdır (m. 377.3). "xxxx" SŞ ASC-nin bu münasibətlərə daxil olması iddia müddətinin axımı tarixini dəyişdirməmişdir; çünki MM-in 377.4-cü maddəsinə görə, reqress öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Lakin yuxarıda qeyd edilən səbəblərdən hazırkı iddiaya 10 illik müddət şamil edilməli olduğundan müddətin keçməsindən söhbət gedə bilməz. Məhkəmə iddiaçı tərəfin nümayəndələrinin məhkəməyə göndərdikləri ərizələri nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aktında qeyd olunur ki, mülki iş üzrə 01 fevral 2024-cü il tarixə, 15 fevral 2024-cü il tarixə və 05 mart 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehin vəkili və nümayəndəsi Vəkil mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin vəkil və nümayəndəsi həmin məhkəmə iclaslarında iştirak etməmişdir. O, məhkəmənin hazırlıq iclsında şəxsən iştirak etmiş və etirazını şəxsən hakimə təqdim etmişdir. Məhkəmə hesab edir ki, ilkin olaraq cavabdehin vəkil və nümayəndəsinin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirilməlidir. Cavabdehin vəkil və nümayəndəsi tərəfindən məhkəməyə göndərilmiş etiraz ərizəsində qeyd olunmuşdur ki, İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ilə Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin şikayət üzrə iddiaçı tərəfindən verilmiş iddia, bunun üçün nəzərdə tutulmuş müddət keçdiyi üçün rədd edilməlidir. İddiaçı həmin pulu xx.xx.2020-ci il tarixli 3109 saylı ödəniş tapşırığına əsasən zərərçəkmişə ödəyib və hə min gündən onun subroqasiya hüququ yaranıb. Həmin vaxtdan isə üç ildən artıq müddət keçdiyi üçün iddiaçı bu hüququnu itirib. Məhkəmə qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 3 iyun 2013-cü il tarixli qərarında göstərmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmənin sitat gətirərək əsaslandığı bu qərarda hazırkı iş üzrə tərəflər arasında yaranan hüquq münasibətlərinin haradan yarandığı və bu hüquq münasibətinə hansı iddia müddətinin tətbiq olunmalı olduğu barədə heç nə qeyd olunmayıb. Məhkəmə cavabdeh tərəfin diqqətinə çatdırıb ki, hazırki mülki iş üzrə iddia müddəti 3 il təşkil edə bilməz. Belə ki, 3 illik iddia müddəti müqavilə münasibətlərindən irəli gələn tələblərə şamil olunur. Hazırkı iş üzrə tələb etmə hüququ mülki hüquq pozu ntusu əsasında vurulmuş ziyanla əlaqədar olduğundan hazırkı tələbə ümumi iddia müddəti (10 il) tətbiq olunur. Mülki iş materiallarından görünür ki, iddiaçı həmin müddəti ötürmədən məhkəməyə müraciət edib və 10 illik iddia müddətini ötürməyib. Hakim özü qətnamədə qeyd edir ki, iş materiallarında olan İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin istifadəçi sorğusundan görünür ki, “Hyundai County” markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış, sığortalı qismində "xxxx" MMC qeyd olunmuşdur, 168 manat məbləğində sığorta haqqı ödənilmişdir. İddiaçı SŞ ASC zərərçəkmişə 2000 manat pulu məhz həmin sığorta müqaviləsinə əsasən vermişdir və onunla cavabdeh arasındakı hüquq münasibətləri də məhz həmin sığorta müqaviləsindən yaranmışdır. Ona görə həmin tərəflər arasındakı iddialara ümumi iddia müddəti tətbiq oluna bilməz. Hakim onun etirazına münasibət bildirərkən və onu əsassız sayarkən heç bir qanuni müddəaya əsaslanmayıb, yalnız iddiaçının mülahizəsini əsas götürərək hazırkı iş üzrə tələb etmə hüququnun mülki hüquq pozuntusundan yarandığını bildirib və ona ümumi iddia müddətinin (10 il) tətbiq olunduğu qənaətinə gəlib. İddiaçı isə Ali Məhkəmə Plenumunun bu növ iddialara ümumi iddia müddəti tətbiq etdiyini ümumi cümlələrlə bildirsə də, konkret hansı Qərara istinad etdiyini bildirməmişdir. Ona görə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(078)-191/2024 nömrəli qətnaməsi ləğv edilməli, iddi a tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyator sonda Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(078)191/2024 nömrəli qətnaməsinin ləğv edilərək və iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmiş, şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 373.2, 377.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.1, 217.3-cü maddələrinə istinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh İddiaçı Sığorta Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuş, etirazda göstərilmişdir ki, apelyasiya şi kayəti əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Cavabdeh tərəfindən yol vərəqəsi ilə idarə olunan Hyundai County” markalı ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci ildə yol-nəqliyyat hadisəsi törədərək “BMW 320” markalı 10 ilə toqquşmuşdur. Cavabdeh tərəfindən yol vərəqəsi ilə idarə olunan Hyundai County” markalı ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı İddiaçı SŞ ASC-də icbari qaydada sığortalı olmuşdur. Hadisənin baş verməsində iş materiallarında olan polis sənədlərinə əsasən Cavabdeh təqsirli bilinmiş, buna görə də sığorta şirkəti tərəfindən zərərçəkənə 2000 AZN sığorta ödənişi olunmuşdur. Cavabdeh apelyasiya şikayətin ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehin qanuni sahibl iyində olmamış, Dövlət Neft Şirkətinə məxsusdur. Ona görə də, iddia tələbi ona yox, işçisi olduğu hüququ şəxsə yönəldilməldir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sadalanan maddələrə əsasən, həmçinin "xxxx" QSC tərəfindən Cavabdeh verilmiş yol vərəqinə əsasən (iş materiallarına əlavə edildi) deyə bilərlər ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" QSC olsa da, verilmiş yol vərəqəsi əsasında Cavabdeh nəqliyyat vasitəsinə qanuni sahiblik həyata keçirmişdir. Mülki Məcəllənin 1108-ci maddəsinin tələblərinə əsasən, ət rafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmçinin, “icbari sığortalar haqqında” qanunub 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüquq u yaranır. Maddənin məzmunundan görünür ki, şəxsin hadisə yerindən yayınması halında subroqasiya hüququ hadisəni bilavasitə törətmiş şəxsə qarşı yaranır. Hadisə zamanı nəqliyyat vasitəsini qanuni əsaslarla idarə edən şəxs Cavabdeh olduğundan iddia tələbi ona qarşı yönəldilmişdir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətində həmçinin iddia müddəti məsələsinə toxunulmuş belə münasibətlərə müqavilələrdən əmələ gələn öhdəliklər üçün tətbiq edilən 3 illik iddia müddətinin tətbiq edilməli olduğu göstərilmişdir. AR Ali Məhkəməsinin 2013-cü il tarixi 1 saylı bülletenində “Subroqasiya hüququna aid iddia müddətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinin tələbinə uyğun hesablanmalıdır” adlı yazısında, həmçinin Ali Məhkəmənin 2019-cu il tarixli 1 saylı bülletenində “Subr oqasiya hüququndan istifadə etməklə sığorta şirkətinin zərər vuran şəxsə qarşı verdiyi iddia üzrə tərəflər arasındakı mübahisəli hüquqi münasibətləri sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Ona görə də bu növ öhdəliklərdən irəli gələn tələblərə müqavilə tələbləri üzrə münasibətlərə şamil edilən 3 illik iddia müddəti deyil, zərər vurmadan əmələgələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir” başlıqlı yazılarında da Subroqasiya hüququnda iddia müddətləri məsələsinə toxunulmuş və belə iddia tələblərinə münasibətdə 10 illik iddia müddətinin tətbiq edilməsi qeyd olunmuşdur. Belə ki, Mülki Məcəllə, müxtəlif əsaslardan irəli gələn öhdəliklərə münasibətdə fərqli iddia müddətlərini nəzərdə tutur (m. 373). Bu baxımdan hazırkı mübahisə üzrə idd ia müddətinin keçib-keçmədiyinə hüquqi qiymət verilməsi üçün iddiaçı "xxxx" SŞ ASC ilə Cavabdeh arasındakı öhdəlik hüquq münasibətlərinin təbiətinin müəyyənləşdirilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki sığorta olunan Cavabdeh “Hyundai County” markalı ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək nəticədə zərərçəkən “BMW 320” markalı ** ZS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qüsur aktına uyğun olaraq 2000 manat zərər dəymişdir. Yəni zərərvuranla zərərçəkən arasında mülki hüquq pozuntusundan (deliktdən) əmələ gələn hüquq münasibətləri yaranmışdır. İddiaçı SŞ ASC isə öz növbəsində dəymiş zərərlə bağlı sığorta ödənişini (2000 AZN) zərərçəkənə ödəyərək, zərərçəkənin zərərvufan qarşısında malik olduğu bütün hüquq və vas itələri əldə etmişdir (MM 930-ci maddə). Deliktdən əmələ gələn hüquq münasibətində zərərçəkəni əvəzləyərək onun yerinə keçmişdir. Nəticə etibarilə, "xxxx" SŞ ASC-nin bu münasibətlərə “Hyundai County” markalı ** JJ *** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsi və ödədiyi sığorta ödənişi əsasında daxil olması həmin öhdəlik münasibətlərinin təbiətini dəyişdirməmişdir, yəni tərəflər arasındakı öhdəlik münasibəti yenə də mülki-hüquq pozuntusundan irəli gələn öhdəlik münasibətdir. Digər tərəfdən nəzərə alsaq ki, qanunverici tərəfindən sığorta hadisələri nəticəsində zərərçəkən şəxslərin sığorta tələbləri ilə bağlı konkret müddət müəyyən edilmədiyindən zərərçəkənlərin nə zaman müraciət edəcəyini təxmin etmək olmur. (Məsələn, praktikada 12 il so nra sığorta ödənişinin verilməsi ilə bağlı müraciət edən şəxslər var). Subroqasiya hüququnun yaranması üçün isə əvvəlcə sığorta tələbi əsasında sığorta ödənişi edilməlidir ki, Subroqasiya hüququ yaransın və ödənilmiş məbləğ geri istənilsin. Əks təqdirdə hələ ödənilməmiş vəsaitə görə Subroqasiya qaydasında geri tələb etmək hüququ yaranmır. Bu cür məsələlərə müqavilədən irəli gələn münasibətlərə tətbiq olunan 3 illik iddia müddəti tətbiq edilərsə, sığortaçıların əsaslı mənafeləri pozulmuş olar. Başqa bir məsələ ondan ibarətdir ki, Mülki Məcəllənin subroqasiya hüququna anlayış verən 936.1-ci maddəsinin məzmunundan anlaşılır ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi ver miş sığortaçının istifadə etmək hüququdur. Normal qaydada zərərçəkənin ona dəymiş mülki ziyana görə cavabdehə qarşı 10 il ərzində iddia qaldırmaq hüququ vardır. Sığorta ödənişini zərərçəkənə ödəyərək onun yerinə keçən sığortaçı sığorta ödənişini almış zərərçəkənin malik olduğu hüquqları, həmçinin onun mülki zərərlə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu da özünə keçirmiş olur. Hazırki işdə pul tələbi tərəflər arasında müqavilə öhdəliyindən deyil, sığortaolunanın (zərərvuran) təqsirindən əmələ gələn ziyanla bağlı yaranmışdır. Çünki iddiaçı ilə cavabdeh arasında bağlanan sığorta müqaviləsində Subroqasiya şərti əlavə edilməmişdir. Hadisə baş verdiyi təqdirdə ödənilən sığorta ödənişinin müqavilə üzrə tərəfdən alınması müqavilənin məzmununda əks olunan maddə, şərt və ya razılaşma kimi göstəri lməmişdir. Qabaqcadan tərəflər arasında razılaşdırılan müqavilə üzrə öhdəlik deyil. Bu öhdəlik və hüquq qanunverici tərəfindən sığorta müqaviləsindəki tərəflərin razılaşdırdıqları şərtlərdən aşlı olmayaraq bütün sığortaçılara verilir. Bu hüququ (Subroqasiya) iddiaçıya qanunvericilik vermişdir və qanunverici sığorta hadisəsi nəticəsində şəxsin qanunla nəzərdə tutulan hallarda, məsələn sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsi, hadisə yerindən yayınması, sürücülük hüququ olmayan şəxsə nəqliyyat vasitəsinin idarə etmək üçün verilməsi zamanı iddiaçının zərərçəkənə ödəmiş olduğu sığorta ödənişinin sığortalı və ya sığorta olunandan geri alınması hüququnu təsbit etmişdir. Beləliklə, iddiaçının subroqasiya hüququ və cavabdehin subroqasiya qaydasında ödənilmiş sığorta ödənişini iddiaçı ya geri ödəməsi ilə bağlı öhdəliyi müqavilədən deyil, qanun əsasında yaranmışdır. Buna görə də bu cür öhdəliklərdən yaranan münasibətlərə 10 illik iddia müddiəti tətbiq edilməlidir. Cavabdeh İddiaçı Sığorta Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə sonda yuxarıda qeyd etdiklərini nəzərə alaraq Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini təmin edilməməsini, Naxçıvan Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli, e2(110)-191/2024 nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak etməmiş, lakin cavabd ehin vəkili və nümayəndəsi Vəkil kollegiyaya elektron qaydada ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsinin xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyas ından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən as ılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası m əhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübut ları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu səbəbdən də gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində gös tərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. - İş materiallarında olan İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin sorğusundan məlum olmuşdur ki, “Hyundai County” markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış, sığortalı qismində "xxxx" MMC qeyd olunmuş və 168 manat məbləğində sığorta haqqı ödənilmişdir. - "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi he sab edilə bilən halın təfərrüatları barədə" arayışdan görünür ki, 12 fevral 2020ci il tarixdə Babək prospektində yol nəqliyyat hadisəsi baş vermiş, “Hyundai County” markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx"un mülkiyyətindədir, hadisə baş verdiyi vaxt həmin nəqliyyat vasitəsini Cavabdeh idarə etmiş, hadisə baş verdiyi an sürücü Cavabdeh hadisə yerini tərk etmiş, yol nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi “BMW 320” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. - "xxxx" QSC tərəfindən verilmiş 213 nömrəli minik avtomobilləri üçün yol vərəqəsinin surətindən görünür ki, “Hyundai County” markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabde h təhkim edilmiş və avtomovilin saz vəziyyətdə təhvil alınmasına dair Cavabdeh tərəfindən müvafiq imza edilmişdir. - Azərbaycan Respublikası DİN-in Xətai rayonu DYPŞ tərəfindən verilmiş xx.xx.2020ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş və onun barəsində 100 (yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. - Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 24 noyabr 2020-ci il tarixli hesabatdan görünür ki, “BMW 320” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 2000 (iki min) manat olmuşdur. - xx.xx.2021-ci il tarixli, 083280 nömrəli sığorta aktına əsasən X3 məxsus “BMW 320” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 2000 (iki min) manat sığorta ödənişi edilmişdir. - xx.xx.2020-ci il tarixli, 3109 nömrəli ödəniş tapşırığına əlavədən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X3 həmin tarixdə 2000 (iki min) manat məbləğində sığorta ödənişi verilmişdir. - İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli, O-AP-2020-4321 nömrəli pretenziyadan (xəbərdarlıq məktubundan) görünür ki, Cavabdeh 2000 (iki min) manat məbləğində sığorta ödənişini 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi tələb edilmiş ödəmədiyi təqdirdə iddia ərizəsi il ə məhkəmə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. Beləliklə mülki işin yuxarıda sadalanan təqdim edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, “Hyundai County” markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış, sığortalı qismində "xxxx" MMC qeyd olunmuş, 12 fevral 2020-ci il tarixdə Babək prospektində yol nəqliyyat hadisəsi baş vermiş, "xxxx"un mülkiyyətində olan və həmin Cəmiyyət tərəfindən verilmiş yol vərəqəsi əsasında təhkim edilərək hadisə baş verdiyi vaxt nəqliyyat vasitəsini idarə edən Cavabdeh “Hyundai County” markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitə si ilə qəza hadisəsi törətmiş, hadisə baş verdiyi an sürücü Cavabdeh hadisə yerini tərk etmiş, yol nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi “BMW 320” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Azərbaycan Respublikası DİN-in Xətai rayonu DYPŞ tərəfindən xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyi üçün onun barəsində 100 (yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi hesabatı əsasında “BMW 320” markalı, ** ZS *** dövlət qeydiyyat nişanl ı avtonəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 2000 (iki min) manat olmuş xx.xx.2021-ci il tarixli, 083280 nömrəli sığorta aktına və xx.xx.2020-ci il tarixli, 3109 nömrəli ödəniş tapşırığına əsasən X3 məxsus “BMW 320” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 2000 (iki min) manat sığorta ödənişi edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli, OAP-2020-4321 nömrəli pretenziyaya əsasən, Cavabdeh 2000 (iki min) manat məbləğində sığorta ödənişinin 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi tələb edilmiş, lakin həmin məbləğ cavabdeh tərəfindən iddiaçı təşkilata ödənilmədiyindən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tari xdə Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “BMW 320” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 2000 (iki min) manat pulun və ödənilmiş 40.40 (qırx manat qırx qəpik) manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli, e2(110)-191/2024 nömrəli qətnaməsi ilə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Mülki işin mübahisəli hallları isə ilkin olaraq apellyatorun şikayətində mübahisələndirdiyi iddia müddətinin tətbiqi ilə bağlı məsələ olmuşdur ki, kollegiya həmin dəlilə münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, iş üzrə Cavabdeh vəkili və nümayənd əsi Vəkil apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvinə əsas və mülki işin mübahisəli halı kimi “...iddiaçı ilə cavabdeh arasındakı hüquq münasibətlərinin onlar arasında bağlanmış PAT********** saylı sığorta müqaviləsindən yarandığını, buna görə həmin iddia üzrə tələbin də müqavilədən irəli gəlmiş tələb olduğunu və bu iddiaya müqavilə tələbləri üçün müəyyən edilmiş üç illik iddia müddəti tətbiq olunmalı olduğunu, hakimin onun etirazına münasibət bildirərkən və onu əsassız sayarkən heç bir qanuni müddəaya əsaslanmadığını, yalnız iddiaçının mülahizəsini əsas götürərək hazırkı iş üzrə tələb etmə hüququnun mülki hüquq pozuntusundan yarandığını bildirib və ona ümumi iddia müddətinin (10 il) tətbiq olunduğu qənaətinə gəldiyini, iddia çının isə Ali Məhkəmə plenumunun bu növ iddialara ümumi iddia müddəti tətbiq etdiyini ümumi cümlələrlə bildirsə də, konkret hansı Qərara istinad etdiyini bildirmədiyini, ona görə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(078)-191/2024 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməli olduğunu” göstərmişdir ki, kollegiya həmin dəlillərə münasibətdə qeyd edir ki, göstərilən bu dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Çünki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 3 iyun 2013-cü il tarixli qərarında göstərmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, on ların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Apellyasiya kollegiyası qeyd edir ki, hazırki iddia tələ binin məzmunundan da göründüyü kimi tələbin əsasını və predmetini subroqasiya qaydasında pul tələbi təşkil edir. Qeyd olunmalıdır ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində təsbit olunmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız v arlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi hazırkı halda iş üzrə tərəflər arasında hər hansı bir müqavilə olmamışdır və öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir. Hazırki tələb üzrə iddia müddəti 3 il təşkil edə bilməz, çünki mülki qanunvericiliyin tələbinə görə 3 illik iddia müddəti müqavilə münasibətlərindən irəli gələn tələblərə şamil olunur. Hazırkı iş üzrə tələb etmə hüququ mülki hüquq pozuntusu əsasında vurulmuş ziyanla əlaqədar olduğundan bu tələbə ü mumi iddia müddəti (10 il) tətbiq olunur. Yəni subroqasiya qaydasında olan tələblər bir qayda olaraq deliktdən (qanundan) irəli gəlir və bu tələblər üçün Mülki Məcəllədə xüsusi iddia müddəti müəyyən edilmədiyindən, 10 illik ümumi iddia müddəti əsas götürülməlidir. Mülki işin apellyasiya qaydasında tədqiq olunmuş hallarından isə məlum olur ki, iddiaçı təşkilat birinci instansiya məhkəməsinə müraciət edərkən həmin kateqoriya tələblər üzrə qanunvericiliklə nəzərdə tutulmuş 10 illik iddia müddətini ötürməmişdir. Belə olan halda isə kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi cavabdeh tərəfin iddia müddətini tətbiq edilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Mülki işin cavabdeh tərəfindən mübahisələndirilən digər halı isə apellyatorun şikayətində qeyd etdiyi “C avabdehin idarə etdiyi “Hyundai County” markalı, 90JJ450 dövlət qeydiyyat nişanlı avtomobilin onun qanuni sahibliyində deyil, Dövlət Neft Şirkətinə məxsus olması, ona görə də məhkəmənin müddəti buraxılmamış hesab etsə belə, iddiaçının tələbi cavabdehə deyil, onun işçisi olduğu hüquqi şəxsə yönəldilməli olduğu” barədə göstərdiyi dəlilləridir ki, kollegiya bu dəlilləri mülki işin müəyyən olunmuş halları ilə qarşılıqlı tədqiq edərək əsassız olması qənaətinə gəlir və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; ti kinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Q ərarında qeyd olunmuşdur ki, “ Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Yuxarıda da qeyd olunduğu kimi, "xxxx" QSC tərəfindən verilmiş 213 nömrəli minik avtomobilləri üçün yol vərəqəsinin surətindən məlum olmuşdur ki, Cəmiyyət mülkiyyətində olan “Hyundai County” markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh təhkim etmiş və avtomobilin saz vəziyyətdə təhvil alınmasına dair Cavabdeh tərəfindən müvafiq imza edilmişdir. Beləlik llə yol nəqliyyat hadisəsinin baş verdiyi tarixdə “Hyundai County” markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi iş üzrə Cavabdeh qanuni sahibliyində və istifadəsində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəl lənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şə xsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2020 -ci il tarixdə Cavabdeh qanuni sahibliyində olan və onun tərəfindən idarə olunan “Hyundai County” markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “BMW 320” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, Cavabdeh hadisə yerindən yayınmışdır. Azərbaycan Respublikası DİN-nin Xətai rayonu DYPŞ tərəfindən xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinmiş və onun barəsində 100 (yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “BMW 320” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2000 (iki min) manat məbləğində sığorta ödənişi edilmişdir. Kollegiya qeyd edir ki, Cavabdeh törətdiyi əmələ görə inzibati məsuliyyətə cəlb edilməsi ilə və mülki iş materiallarında olan sübutlarla hadisə nəticəsində təqsirli olması və “BMW 320” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurması təsdiqini tapmışdır. Zərərin vurulmasında təqsirkar Cavabdeh olduğuna və sonuncu hadisə yerindən yayındığına görə iddiaçının “İcbari sığorta haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsasən icbari sığorta müqaviləsi üzrə zərərçəkmiş şəxsə ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında Cavabdeh qarşı tələb hüququ yaranmışdır. Kollegiya qeyd edir ki, apellyasiya şikayətində qeyd olunan digər faktlar mübəhisənin hallarını özündə əks etdirən ümumi məlumatlardan ibarət olduğundan həmin faktlara apellyasiya şikayətinin dəlili kimi qiymət verilməsinə zərurət yoxdur. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instan siya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə o nun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bütün yuxarıda sadalananları nəzərə alan kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Subroqasiya qaydasında pul tələbi”nə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli, e2(110)-191/2024 nömrəli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli, e-2(110)-191/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, kollegiya qeyd edir ki, icraatda olan iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki qətnaməsindən kassasiya şikayəti verilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan.... az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 402.1- ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Subroqasiya qaydasında pul tələbi”nə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 05 mart 2024- cü il tarixli, e-2(110)-191/2024 nömrəli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli, e-2(110)-191/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-120/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-120/2024
05.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver