Məhkəmə qərarları › İş №2(108)-121/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-121/2024

14.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-121/2024 14.11.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), X15 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, iddiaçı Hüseynova (Xudiyeva) Asya Hüseyn qızının Cavabdeh qarşı sağlamlığa dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(078)-56/2024 nömrəli qətnaməsindən Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Hüseynova (Xudiyeva) Asya Hüseyn qızı xx.xx.2023-c ü il tarixdə X7 qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh X6 təqsiri üzündən ona vurduğu 62.778 (altmış iki min yeddi yüz yetmiş səkkiz) manat məbləğində maddi və 100.000 (yüz min) manat dəyərində mənəvi ziyanın, ümumilikdə 162.778 (yüz altmış iki min yeddi yüz yetmiş səkkiz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(078)-56/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 40236.38 (qırx min iki yüz otuz altı manat otuz səkkiz qəpik) manat məbləğində pulun alınaraq, Hüseynova (Xudiyeva) Asya Hüseyn qızına ödənilməsi, Cavabdeh 210.70 (iki yüz on manat yetmiş qəpik) manat dövlət rüsumunun alınıb dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı iş üzrə Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 22 may 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası Şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(078)-56/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətində bildirmişlər ki, məhkəmə qətnaməsi ilə razı deyillər və qənaətlərinə görə qəbul edilmiş qətnamə maddi və prosessual qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Odur ki, aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-56/2023 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Qəbul edilmiş qətnamənin nəticə hissəsinə görə məbləğin hansı hissəsinin maddi, hansı hissəsinin mənəvi ziyana görə ödənilməsi dəqiq əks etdirilməmişdir. Düzdür qətnamənin təsviri hissəsində mənəvi ziyana görə 5000 (beş min) manat məbləğində pulun ödənilməsi barədə qeyd edilsə də, maddi ziyanının konkret məbləği qətnamədə əks olunmamışdır. Hansı ki, cavabdeh tərəf olaraq qətnamənin ödəniləcək ziyanın məbləği ilə bağlı hissəsindən razı deyillər. Baxılan işin araşdırılan hallarına əsasən müəyyən edilir ki, iddiaçı yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığını itirmiş və nəticədə əlil olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsinə görə Şahbuz Rayon Məhkəməsin in 23 iyun 2023-cü il tarixli, 1(090)-1/2023 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət qanunvericiliyinə görə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan törədilən əməldir. Lakin mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəasına görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Göründüyü kimi cavabdeh id diaçıya qəsdən və ya bilərəkdən ziyan vurmamış, bunu arzu etməmişdir. Baş vermiş hadisə ilə əlaqədar cavabdeh də iddiaçı ilə bərabər ən azından mənəvi iztirab çəkməkdədir. Haliyədə cavabdeh iddiaçı ilə rəsmi nikahdadır. Bir gənc olaraq onun da həyat şəraiti pozulmuş, baş vermiş hadisə ilə əlaqədar iddiaçının müalicəsi ilə bağlı düşdüyü ziyanı (çəkdiyi xərcləri) halhazırda ödəməkdə olmaqla mənəvi olaraq iztirab keçirməkdədir. Bu səbəbdən də hesab edirlər ki, iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin maddi hüquq normalarının pozulması şərti ilə qəbul edilməsi səbəbindən həmin qətnamənin ləğv edilməli olması qənaətindədirlər. Baxılan iş üzrə iddia tələbinə görə baş vermiş yol nəqliyyat hadisəsindən sonra guya iddiaçının müayinə və müalicəsi üçün 62778 (altmış iki min yeddi yüz yetmiş səkkiz) manat məbləğində xərc çəkilmişdir. Sonradan yəni məhkəmə iclası zamanı isə iddiaçı tərəfin nümayəndəsi tələbini dəqiqləşdirmiş və 2020-ci ilin sonuna kimi bütün xərclərin cavabdeh (onun yaxınları) tərəfindən ödənilməsini bildirmiş, 2021-2024-cü illər üçün çəkilmiş xərclərin ödənilməsini istəmişdir. Hansı ki, iddiaçının nümayəndəsi öz izahatında guya hər dəfə iddiaçının müayinə olunduğu xəstəxanaya aparılarkən onlardan pul tələb edildiyini bildirsə də, bu fakt məhkəmə icraatı zamanı öz təsdiqini tapmamış, eyni zamanda iddiaçının müalicəsi ilə əlaqədar 2021-2024-cü illər üçün çəkilmiş xərclərin konkret məbləği barədə sübut təqdim edə bilməmişdir. Belə ki, təqdim edilmiş və iş materiallarında olan faktura sənədləri ödəniş edilməsinə dəlalət etmir, həmçinin iş materiallarında olan ödəniş qəbz lərinin məbləği isə məhkəmənin gəldiyi nəticə ilə eynilik təşkil etmir. Eyni zamanda məhkəmə qətnaməsinə əsasən iddiaçının müalicəsi üçün 50.000 manatdan artıq pul sərf edildiyi halda vaxtaşırı müayinələr üçün həmin məbləğin üçdə ikisindən artıq pul sərf edilməsi ağlabatan deyil. Buna görə də göstərilənlərə əsasən sübutetmə ilə bağlı prosessual qanunvericiliyin pozulması və düzgün tətbiq edilməməsi qənaətindədirlər. Qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən 40236.38 (qırx min iki yüz otuz altı manat otuz səkkiz qəpik) manat məbləğində pulun cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi müəyyən edilmişdir ki, iddia tələbinə görə iddiaçı cavabdehdən maddi və mənəvi ziyanın vurulmasına görə ümumilikdə 162778 (yüz altmış iki min yeddi yüz yetmiş səkkiz) manat məbləğində pulun alınıb ona verilməsin i istəmişdir. Məhkəmə ziyanının vurulmasına görə pul məbləğinin ödənilməsini öz qərarında qeyd etsə də, ziyanın vurulması və bu ziyanın məhz cavabdehin təqsiri üzündən vurulması məsələsi yetərli qədər araşdırılmamışdır. Buna görə də məhkəmənin qətnaməsi tərəflərindən qanunauyğun hesab edilməyərək onun gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması qənaətindədirlər. Qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən müəyyən edilir ki, 40236.38 (qırx min iki yüz otuz altı manat otuz səkkiz qəpik) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi müəyyən edilmişdir ki, həmin məbləğin 5000 (beş min) manatı qətnamənin əsaslandırıcı hissəsinə görə mənəvi ziyanın ödənilməsi, qalan digər hissəsi isə maddi ziyanın ödənilməsi üçün nəzərdə tutulmuşdur. Han sı ki, iddiaçının nümayəndəsi məhkəmədə vermiş olduğu izahatında guya hər dəfə iddiaçının müalicə olunduğu xəstəxanaya getdiklərində onlardan əvvəlki müayinə və müalicə üçün pul tələb edildiyini bildirsə də, sonradan müvafiq xəstəxanadan məhkəməyə daxil olmuş sorğunun cavabında iddiaçının müalicə olunduğu “BONA DEA” Hospitalı tərəfindən verilmiş 05 dekabr 2019-cu il tarixli faktura məlumatlarına əsasən, iddiaçının həmin xəstəxanada müalicəsi üçün 01 avqust 2019-cu il tarixdən 29 oktyabr 2019-cu il tarixədək 59203.52 AZN məbləğində ödəniş edilməsi müəyyən edildiyi, 21675.98 manat endirim edilməklə 37527.54 manat xidmət məbləği müəyyənləşdirildiyi, “BONA DEA” Hospital tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli məktuba əsasən, Hüseynova (Xudiyeva) Asya Hüseyn qızının bütün tibbi məsrəflər i “BONA DEA” Hospitalın baş direktoru X21 tərəfindən qarşılandığı məlum olmuşdur. Belə olan təqdirdə iddiaçının ilkin (əsas) müayinəsi üçün 37527.54 manat müəyyən edildiyi halda, sonrakı mərhələlərdə iddiaçının müalicəsinin ancaq fizioterapiya vasitəsilə aparıldığı, bu müalicənin isə Naxçıvan şəhərində və icbari sığorta vasitəsilə ödənişsiz olduğu halda iddiaçının tələbinin əsaslı olmadığı və çəkilmiş xərclərin tam olaraq sübuta yetirilməməsi qənaətindədirlər. Hazırki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 40236.38 (qırx min iki yüz otuz altı manat otuz səkkiz qəpik) manat məbləğində pul ödəməlidir ki, cavabdeh iş materiallarında olan məhkəmə hökmünə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş dir. Belə ki, o yol nəqliyyat hadisəsi baş verənədək "N" saylı hərbi hissədə MAXE hərbi qulluqçu olsa da, sonradan məlum səbəblərdən onunla bağlanmış müqaviləyə xitam verilmişdir. Hazırda isə barəsində olan hökmlə əlaqədar işsiz olduğundan o, məhkəmə qərarı ilə müəyyən edilmiş məbləği ödəmək imkanından məhrumdur. Nə qədər ki, cavabdehin özü də iddiaçı ilə bərabər gözləmədiyi, bədbəxt bir hadisənin qurbanı olmuş, nişanlı olduğu xanımla xəyalını qurduğu xoşbəxt bir həyatın astanasında həyatı puç olmuşdur. Belə bir vəziyyətdə isə təbii ki, cavabdeh tərəfindən məhkəmənin müəyyən etdiyi pul məbləğini ödənilməsi də mümkün deyildir. Buna görə də ziyanın məhz cavabdehin təqsiri üzündən vurulması məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi qənaətindədirlər. Apellyatorlar apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2 və 1096.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1 və 77.1-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarına istinad etmişlər. Apellyatorlar sonda Naxçıvan Şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(078)-56/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Apellyasiya şikayətinə qarşı et iraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə iddiaçı Hüseynova (Xudiyeva) Asya Hüseyn qızı, iddiaçının nümayəndəsi Nümayəndə1 və Cavabdeh 14 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak etməmiş, Cavabdeh iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmiş, nümayəndə və vəkil vasitəsilə məhkəmə iclasında təmsil olunmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixdə kollegiyaya ərizə ünvanlayaraq qızı Asyanı müalicə üçün Moskva şəhərinə aparacağından təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəklərini qeyd edərək ərizəsinin nəzərə alınaraq iştirakları olmadan məhkəmə iclasının keçirilməsini və verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı Hüseynova (Xudiyeva) Asya Hüseyn qızı, iddiaçının nümayəndəsi Nümayəndə1 və Cavabdeh iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya şikayətinə baxılması zamanı cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(078)-56/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə bax ılması zamanı izahat verən iş üzrə cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(078)-56/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiy yəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əs aslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırki halda iş üzrə Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət olunduğundan və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə tam həcmdə mübahisələndirildiyindən məhkəmə kollegiyası hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. 18 sentyabr 2 024-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı cavabdehin vəkili və nümayəndəsi Vəkil2 vəsatəti əsasında Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-121/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspert rəyi kollegiyaya təqdim olunanadək apellyasiya icraatı üzrə icraat dayandırılmış, ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli, 1156 nömrəli ekspert rəyi 25 oktyabr 2024-cü il tarixdə MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuş, 28 oktyabr 2024-cü il tarixli, 2(108)121/2024 nömrəli qərardad ilə iş üzrə icraat təzələnmişdi r. Kollegiya apellyasiya şikayətində qeyd edilən ziyanın vurulması və bu ziyanın məhz cavabdehin təqsiri üzündən vurulması məsələsinin yetərli qədər araşdırılmaması, buna görə də məhkəmənin qətnaməsinin tərəflərindən qanunauyğun hesab edilməyərək onun gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, cinayət qanunvericiliyinə görə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasının ehtiyatsızlıqdan törədilən əməl olması dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən şikayətdə qeyd olunan xüsusat araşdırılaraq düzgün nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarında olan Şahbuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(090)-1/2023 nömrəli hökmündən aydın görünür ki, Cavabdeh 21 iyul 2019-cu il ta rixdə yol nəqliyyat hadisəsini törətmiş və AR Cinayət Məcəlləsinin 263.1-1ci maddəsi ilə təsirli bilinərək, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasına, 01 (bir) il 06 (altı) ay müddətinə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eləcə də bununla əlaqədar kollegiya vurğulayır ki, hüquqi müstəvidə ehtiyatsızlıq məhz təqsirin bir növü kimi nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Kollegiya apellyatorların şikayətdə göstərdiyi cavabdehin iş m ateriallarında olan məhkəmə hökmünə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun yol nəqliyyat hadisəsi baş verənədək "N" saylı hərbi hissədə MAXE hərbi qulluqçu olsa da sonradan məlum səbəblərdən onunla bağlanmış müqaviləyə xitam verilməsi, hazırda isə barəsində olan hökmlə əlaqədar işsiz olması, onun məhkəmə qərarı ilə müəyyən edilmiş məbləği ödəmək imkanından məhrum olması, belə bir vəziyyətdə cavabdeh tərəfindən məhkəmənin müəyyən etdiyi pul məbləğinin ödənilməsinin də mümkün olmaması dəlilini əsassız hesab edərək bildirir ki, qeyd edilən hallar məhkəmə qərarının icrasına mane deyildir. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Apellyasiya şikayətinin iş materiallarında olan ödəniş qəbzlərin məbləğinin məhkəmənin gəldiyi nəticə ilə eynilik təşkil etməməsi, eyni zamanda məhkəmə qətnaməsinə əsasən iddiaçının müalicəsi üçün 50.000 manatdan artıq pul sərf edildiyi halda vaxtaşırı müayinələr üçün həmin məbləğin üçdə ikisindən artıq pul sərf edilməsinin ağlabatan olmaması, buna görə də göstərilənlərə əsasən sübutetmə ilə bağlı prosessual qanunvericiliyin pozulması və düzgün tətbiq edilməməsi, müvafiq xəstəxanadan məhkəməyə daxil olm uş sorğunun cavabında iddiaçının müalicə olunduğu “BONA DEA” Hospitalı tərəfindən verilmiş 05 dekabr 2019-cu il tarixli faktura məlumatlarına əsasən, iddiaçının həmin xəstəxanada müalicəsi üçün 01 avqust 2019-cu il tarixdən 29 oktyabr 2019-cu il tarixədək 59203.52 AZN məbləğində ödəniş edilməsinin müəyyən edilməsi, 21675.98 manat endirim edilməklə 37527.54 manat xidmət məbləğinin müəyyənləşdirilməsi, “BONA DEA” Hospitalı tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli məktuba əsasən, Hüseynova (Xudiyeva) Asya Hüseyn qızının bütün tibbi məsrəflərinin “BONA DEA” Hospitalın baş direktoru X21 tərəfindən qarşılandığının məlum olması, belə olan təqdirdə iddiaçının ilkin (əsas) müayinəsi üçün 37527.54 manat müəyyən edildiyi halda, sonrakı mərhələlərdə iddiaçının müalicəsinin ancaq fizioterapiya va sitəsilə aparılması, bu müalicənin isə Naxçıvan şəhərində və icbari sığorta vasitəsilə ödənişsiz olduğu halda iddiaçının tələbinin əsaslı olmaması və çəkilmiş xərclərin tam olaraq sübuta yetirilməməsi dəlillərinə münasibətdə kollegiya ilk növbədə bildirir ki, iş materiallarınada olan “BONA DEA” Hospital tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli məktuba əsasən, Hüseynova (Xudiyeva) Asya Hüseyn qızının bütün tibbi məsrəfləri “BONA DEA” Hospitalın baş direktoru X21 tərəfindən qarşılanmışdır. Həmçinin “BONA DEA” Hospital tərəfindən verilmiş 02 mart 2024-cü il tarixli məktuba əsasən isə, Hüseynova (Xudiyeva) Asya Hüseyn qızı 2019-cu il avqust ayının 1-də xəstəxanaya daxil olmuşdur. Onun xəstəxanada olduğu 3 ay müddət ərzində müalicə və tibbi məsrəfləri “BONA DEA” Hospitalın baş direktoru X 21 tərəfindən qarşılanmışdır. 2020-ci ildən 2024-cü ilə qədər isə onun bütün müayinə xərcləri öz valideynləri tərəfindən qarşılanmışdır. Buna görə də kollegiya apellyasiya şikayətinin bu dəlilini əsassız sayaraq birinci instansiya məhkəməsinin 2019-cu ildə vurulmuş ziyana görə çəkilmiş xərclərlə bağlı gəldiyi nəticə ilə razılaşır. Belə ki, qeyd olunan il üzrə xərclər “BONA DEA” Hospitalın baş direktoru X21 tərəfindən qarşılandığından vurulmuş ziyana görə çəkilmiş xərclər hesablanarkən nəzərə alınmamalıdır. Kollegiya həmçinin qeyd edir ki, sağlamlığa dəymiş ziyanın ödənilməsinə dair çəkilmiş xərclərlə bağlı hesablamalar aparılması və müvafiq rəy verilməsi üçün xüsusi biliyə malik olan mütəxəssisin məhkəmə iclasına cəlb olunması məqsədilə Naxçıvan MR Maliyyə Nazirliyinə müraciət olunmuş, Nax çıvan MR Maliyyə Nazirliyi tərəfindən mütəxəssisin məhkəmə baxışı iclasında iştirakı təmin olunmuşdur. X1 rəyi əsasında müəyyən edilmişdir ki, 2020-ci il ərzində hospital tərəfindən göstərilmiş xidmətlərin (müayinə, müalicə) dəyərinin ödənilməsi üçün X8 adına 3926 (üç min doqquz yüz iyirmi altı) manat, 2021-ci il ərzində 1050 (min əlli) manat olmaqla, ümumilikdə 4 976 (dörd min doqquz yüz yetmiş altı) manat dəyərində faktura yazılmışdır. X4 tərəfindən 2020-ci ildə 3746 (üç min yeddi yüz qırx altı) manat, 2021-ci ildə isə 860 (səkkiz yüz altmış) manat olmaqla, ümumilikdə 4606 (dörd min altı yüz altı) manat mədaxil qəbzi vasitəsilə “Bona Dea” hospitalının xəzinədarlığına ödəniş edilmişdir. Müvafiq rəyə istinadən kollegiya bildirir ki, rəydə X8 adına yazılmış fakturalar kassa ödəniş sənədi olmadığından nəzərə alınmaması, rəydə qeyd olunan X16 tərəfindən ona göstərilmiş xidmətlərə (müayinə, müalicə) görə 2020-ci ildə 3746 (üç min yeddi yüz qırx altı) manat, 2021-ci ildə isə 860 (səkkiz yüz altmış) manat olmaqla, ümumilikdə 4606 (dörd min altı yüz altı) manat “Bona Dea” hospitalının hesabına ödənildiyindən həmin məbləğin, yəni 4606 (dörd min altı yüz altı) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi məqsədəmüvafiqdir. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçının Naxçıvan şəhərində icbari sığorta vasitəsilə ödənişsiz olaraq müalicə alması ilə bağlı nə birinci instansiya məhkəməsinə, nə də ki kollegiyaya hər hansı bir sübut təqdim edilməmişdir. Apellyasiya şikayətində qəbul edilmiş qətnamənin maddi və prosessual qanunvericiliyin tələblərini pozmaqla qəbul edilməsi dəlil inə münasibətdə kollegiya bildirir ki, müvafiq dəlil hər hansı fakta əsaslanmayan formal mülahizə olaraq qiymətləndirilir və əsaslı hesab edilə bilməz. Kollegiya apellyasiya şikayətinin iddiaçı tərəfin nümayəndəsinin tələbini dəqiqləşdirməsi və 2020-ci ilin sonuna kimi bütün xərclərin cavabdeh (onun yaxınları) tərəfindən ödənilməsini bildirməsi, 2021-2024-cü illər üçün çəkilmiş xərclərin ödənilməsini istəməsi dəlilinə münasibətdə qeyd edir ki, iş materialları ilə iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi öz təsdiqini tapmır. Kollegiya apellyasiya şikayətinin qətnamənin nəticə hissəsinə görə məbləğin hansı hissəsinin maddi, hansı hissəsinin mənəvi ziyana görə ödənilməsini dəqiq əks etdirilməməsi dəlili ilə razılaşaraq həmin dəlilə münasibətdə qeyd edir ki, iddiaçı Hüseynova (Xudiyeva) Asya Hüseyn qızı iddia tələbində Cavabdeh təqsiri üzündən ona vurduğu 62.778 (altmış iki min yeddi yüz yetmiş səkkiz) manat məbləğində maddi və 100.000 (yüz min) manat dəyərində mənəvi ziyanın, ümumilikdə 162.778 (yüz altmış iki min yeddi yüz yetmiş səkkiz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi isə tələb olunan maddi və mənəvi zərərin həcmini qətnaməsində ayrılıqda qeyd etmədən ümumi şəkildə qeyd etmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinə uyğun olmadığından qətnamə həmin hissədə dəyişdirilməlidir. Kollegiya tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə "xxxx" MMC-yə sorğular göndərilərək iş mater iallarına əlavə edilmiş Hüseynov (Xudiyeva) Asya Hüseyn qızının və Nümayəndə1 adına alınmış biletlərin hansı illəri əhatə etməsi və müvafiq biletlərin qiyməti barədə məlumat verilməsi xahiş olunmuş, məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2024-cü il tarixli məktubda sorğu olunmuş biletlərin tarixləri, qiymətləri və müvafiq biletlərin kimlərin adına olması qeyd olunmuşdur. Kollegiya tərəfindən müvafiq sorğuya cavab məktubunda Hüseynov (Xudiyeva) Asya Hüseyn qızı və Nümayəndə1 adına olan biletlərin dəyərinin ümumilikdə 600 (altı yüz) manat olduğu müəyyən olunur. Məhkəmənin növbəti sorğusuna cavab olaraq xx.xx.2024cü il tarixli məktubda isə qeyd olunmuşdur ki, aviabiletlər üçün Hüseynov (Xudiyeva) Asya Hüseyn qızı tərəfindən 25.09.22-ci il tarixdə 50 (əlli) manat, Nümayəndə1 tərəf indən xx.xx.2023-cü il tarixdə 60 (altmış) manat pul ödənilmişdir. Həmçinin, X1 rəyi ilə müəyyən edilmişdir ki, Hüseynova (Xudiyeva) Asya Hüseyn qızı və Nümayəndə1 müalicə olunmaq üçün Bakı şəhərinə gediş-gəliş məqsədilə alınmış biletlərin dəyəri 2021-ci ildə 360 (üç yüz altmış) manat, 2022-ci ildə 360 (üç yüz altmış) manat, 2023-cü ildə 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 840 (səkkiz yüz qırx) manat olmuşdur. Kollegiya qeyd edir ki, Hüseynova (Xudiyeva) Asya Hüseyn qızı və Nümayəndə1 tərəfindən Bakı şəhərinə gediş-gəliş məqsədilə alınmış biletlərlə bağlı verilən sorğulara cavab məktubunda və mütəxəssis tərəfindən verilmiş rəydə qeyd olunmuş 600 (altı yüz) manat və 840 (səkkiz yüz qırx) manat cəmləndiyi zaman aviabiletlərin ümumilikdə qiymətinin 1.440 (min dörd yüz qırx) manat olduğundan, lakin iddiaçı tərəfindən iddia ərizəsində təyyarə biletlərinə görə 1360 (min üç yüz altmış) manat pulun cavabdehdən alınaraq ona ödənilməsinin tələb edildiyindən, 1.440 (min dörd yüz qırx) manatın təmin ediləcəyi halda tələbdən çıxma halının yaranacağı nəzərə alınaraq, buna görə də hazırki tələb üzrə təyyarə biletlərinə görə 1360 (min üç yüz altmış) manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab edilir. X12 adına olan aviabiletlərlə yanaşı, Asya Xudiyevanın hərəkət məhdudiyyəti ilə bağlı olduğundan Nümayəndə1 adına olan aviabiletlərin də dəyərinin nəzərə alınmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim q anunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Kollegiya birinci instansiya məhkəməsinin qətnamədə qeyd etdiyi Cavabdeh 5000 (beş min) manat məbləğində mənəvi zərərin alınaraq iddiaçı Hüseynova (Xudiyeva) Asya Hüseyn qızına ödənilməsi ilə razılaşaraq qeyd edir ki, həmin məbləğ ağlabatan və ədalətlidir. AR Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Res publikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndinin 4-cü abzasında göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri hüquqi hərəkət və ya hər əkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Qeyd olunan Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsi ilə 3050 (üç min əlli) manat taksi istifadəsinə çəkilən xərcin təmin edilərək cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində razılaşmayaraq qeyd edir ki, iş materiallarına nəzər yetirdikdə iddiaçı tərəfindən taksi istifadəsinə çəkilən xərclərlə bağlı hər hansı sübutun təqdim edilmədiyi aydın görünür. Beləliklə, kollegiya iddia tələbinin həmin hissədə təmin olunmaması qənaətindədir. Naxçıvan Şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(078)-56/20 24 nömrəli qətnaməsində İddiaçı dərman peraparatlarına çəkilən xərci üçün 4954 manatın ödənilməsi hissəsində iddia tələbini qismən təmin edərək, iddiaçı tərəfindən sübut olaraq təqdim olunan ödəmə qəbzlərinə əsasən 1468.57 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini qət etmişdir. Kollegiya iş materiallarında olan satış çeklərinə nəzər yetirərək qeyd edir ki, iddiaçı tərəfindən “BONA DEA” Hospitalına müayinə və dərmanlar üçün hazırki işin İİ cildinin 69-cu vərəqinə əsasən 120 (bir yüz iyirmi) manat, 75-ci vərəqinə əsasən 200 (iki yüz) manat, 76-cı vərəqinə əsasən 139 (bir yüz otuz doqquz) manat, 77-ci vərəqinə əsasən 200 (iki yüz) manat və 80-ci vərəqinə əsasən isə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 859 (səkkiz yüz əlli doqquz) manat məbləğində pul ödənilmişdir. Həmçinin iş mat eriallarında olan digər satış çeklərinə nəzər yetirdikdə isə görünür ki, müvafiq çeklərdə İddiaçı aid məlumat olmadığından həmin satış çekləri sübut kimi qiymətləndirilməməlidir. Belə olan halda kollegiya hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(078)-56/2024 nömrəli qətnaməsi 1468.57 manatın alınaraq iddiaçıya verilməsi hissəsində dəyişdirilərək müayinə və dərmanlar üçün 859 (səkkiz yüz əlli doqquz) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Kollegiya həmçinin qeyd edir ki, iş üzrə zərurət yarandığından tibbi biliyə malik mütəxəssisin məhkəmə iclasına cəlb olunması məqsədilə Naxçıvan MR Səhiyyə Nazirliyinə sorğu göndərmişdir. Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsin nevrologiya şöbəsinin həkim-nevropatoloqu X13 məhkəmə iclasına mütəxəssis kimi c əlb olunmuşdur. X2 İddiaçı yaşadığı ünvanda olan iddiaçıya məxsus “BEM” masaj aparatına və dərman vasitələrinə baxış keçirdərək 17 sentyabr 2024-cü il tarixli rəy tərtib etmişdir. Həmin rəydə qeyd edilmişdir ki, BEM – Bioenerqomasaj aparatının əsas funksiyaları: qanın toksinlərdən təmizlənməsi, qan dövranının və limfa dövranının yaxşılaşdırılması, immunitetin gücləndirilməsi, ağrı və ödemin aradan qaldırılması, vegetativ sinir sisteminin və yuxunun yaxşılaşdırılması və s. istifadə olunur. Eleksir fniks: buraxılış forması 30,0 ml, 4 flakondur. Bioloji aktiv qidaya əlavə hesab edilir. İmmun sistemini yaxşılaşdırır, orqanizmi möhkəmləndirir. Baş ağrısında, insultların reabilitasiyası dövründə, hemiparezlərdə, yuxunun yaxşılaşdırılması, depressiyada istifadə göstərişidir. Qaosen: biloloji akti v qida əlavəsidir. Müxtəlif xroniki xəstəliklərin müalicəsində təyin olunur. Neyroaid 400 mq- bioloji aktiv qida əlavəsidir. Əsas istifadəsi insultdan sonrakı reabilitasiya dövründə işlədilir. İstifadə qaydası 2 kap x 3 dəfə, 3 ay müddətində. Gabaqamma 0,3, Keppra 0,5 – epilepsiyada və neyropatik ağrılarda istifadə edilir. Clexan 0,4 – venoz, tromboz və emboliyalarda istifadə olunur. Dideral 40 mq – stenokardiyada və müxtəlif növ aritmiyalarda istifadə olunur. Pantpas 40 mq – mədə və 12 b.b. yaralarında istifadə olunur. İş materiallarına “BEM” masaj aparatının, aparatla birlikdə “Feniks eliksiri”, “Linji”, “Sueçinfu”, “Kalsium” və “Qaosen” adlı dərman vasitələrinin X8 adına Moskvadan Bakı şəhərinə göndərilməsi ilə bağlı əmtəə qaiməsi və onun tərcümə edilmiş surəti əlavə edilmişdir. 18 sent yabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı cavabdehin vəkili və nümayəndəsi Vəkil2 vəsatət təqdim edərək iddiaçıya məxsus fizioterapiya aparatı və dərman preparatlarının qiymətləri ilə bağlı suallar yarandığından qeyd edilən aparat və dərman preparatlarının qiymətlərinin müəyyən edilməsi ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya mülki iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək işin düzgün və ədalətli həlli üçün 2(108)-121/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə 24 yanvar 2022-ci il tarixdə tərtib olunmuş qaimədə qeyd olunmuş “BEM” masaj aparatı və qaimədə aparatla birlikdə adları qeyd olunmuş “Feniks eliksiri”, “Linji”, “Sueçinfu”, “Kalsium” və “Qaosen” adlı dərman vasitə lərinin (İ cild iş səh 178-183) və “BONA DEA” hospitalı üzrə həkim Stevan Tekic tərəfindən Asya Xudiyeva adına verilmiş 2 ədəd resept blankında qeyd olunmuş “Neuroaid İİ” adlı dərman vasitəsinin resept blankının yazıldığı dövr üçün satış qiymətinin müəyyən olunması üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli, 1156 nömrəli ekspert rəyində 24 yanvar 2022-ci il tarixinə 01 dəst üzərində X11 Massager yazıları olan təzə vəziyyətdə “BEM” markalı, FH-JLT modelli bədən üçün masaj aparatının qiyməti 3.500 (üç min beş yüz) manat, dərman vasitələri olan 10 ədəd “Feniks eliksiri”nin qiyməti 60 (altmış) manat, 10 ədəd “Linji”nin qiyməti 40 (qırx) manat, 20 ədəd “Sueçinfi”n in qiyməti 120 (bir yüz iyirmi) manat, 04 ədəd “Kalsium”un 60 (altmış) manat və 02 ədəd “Qaosen”in qiyməti 90 (doxsan) manat, həmçinin 15 iyun 2023cü il tarixinə “Neuroaid” adlı dərmanın 01 ədəd qutusunun qiyməti 1124 (min yüz iyirmi dörd) manat, 12 sentyabr 2023-cü il tarixinə “Neuroaid İİ” adlı dərmanın 01 ədəd qutusunun qiyməti 1124 (min yüz iyirmi dörd) manat müəyyən edilmişdir. Kollegiya ilk öncə ekspert rəyində qeyd olunan üzərində X11 Massager yazıları olan təzə vəziyyətdə “BEM” markalı, FH-JLT modelli bədən üçün masaj aparatının, dərman vasitələri olan “Feniks eliksiri”nin, “Linji”nin, “Sueçinfi”nin, “Kalsium”un və “Qaosen”in qiymətlərinə münasibətdə hesab edir ki, hazırki ekspert rəyində adları qeyd olunan masaj aparatının və dərman vasitələrinin ümumilikdə qiyməti 7320 (yeddi min üç yüz iyirmi) manat təşkil etdiyindən və iddia tələbində aparat və dərman vasitələri üçün iddiaçı tərəfindən 6613 (altı min altı yüz on üç) manat tələb edildiyindən, iddia tələbinin həddi nəzərə alınmaqla, tələb olunan masaj aparatı və dərman vasitələrinə görə 6613 (altı min altı yüz on üç) manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi məqsədəmüvafiqdir. Həmçinin ekspert rəyində göstərilmiş 15 iyun 2023-cü il tarixinə və 12 sentyabr 2023cü il tarixinə olan “Neuroaid” və “Neuroaid İİ” adlı dərmanların dəyəri, yəni 1124 (min yüz iyirmi dörd) manat və 1124 (min yüz iyirmi dörd) manat toplanaraq, ümumilikdə 2248 (iki min iki yüz qırx səkkiz) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 vəsatəti əsasında təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 40 (qırx) manat ekspertiza xərci Cavabdeh alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X20 MR İdarəsində olan hesabına (Kod: 502906, VÖEN: **********, müxbir hesab: AZ88NABZ********************, SİFT BİK: NAXCAZ21) ödənilməlidir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı Hüseynova (Xudiyeva) Asya Hüseyn qızının Cavabdeh qarşı sağlamlığa dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(078)56/2024 nömrəli qətnaməsindən Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsini n 29 mart 2024-cü il tarixli, 2(078)-56/2024 nömrəli qətnaməsi Cavabdeh 40236.38 (qırx min iki yüz otuz altı manat otuz səkkiz qəpik) manat məbləğində pul alınaraq, Hüseynova (Xudiyeva) Asya Hüseyn qızına ödənilməsi hissəsində dəyişdirilərək, Cavabdeh 15 686 (on beş min altı yüz səksən altı) manat məbləğində maddi və 5.000 (beş min) manat dəyərində mənəvi ziyan olmaqla, ümumilikdə 20 686 (iyirmi min altı yüz səksən altı) manat məbləğində pulun alınaraq iddiaçı Hüseynova (Xudiyeva) Asya Hüseyn qızına ödənilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Hüseynova (Xudiyeva) Asya Hüseyn qızının Cavabdeh qarşı sağlamlığa dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(078)-56/2024 nömrəli qətnaməsindən Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(078)-56/2024 nömrəli qətnaməsi Cavabdeh 40236.38 (qırx min iki yüz otuz altı manat otuz səkkiz qəpik) manat məbləğində pul alınaraq, Hüseynova (Xudiyeva) Asya Hüseyn qızına ödənilməsi hissəsində dəyişdirilərək, Cavabdeh 15 686 (on beş min altı yüz səksən altı) manat məbləğində maddi və 5.000 (beş min) manat dəyərində mənəvi ziyan olmaqla, ümumilikdə 20 686 (iyirmi min altı yüz səksən altı) manat məbləğində pul alınaraq iddiaçı Hüseynova (Xudiyeva) Asya Hüseyn qızına ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 40 (qırx) manat ekspertiza xərci Cavabdeh alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X20 MR İdarəsində olan hesabına (Kod: 502906, VÖEN: **********, müxbir hesab: AZ88NABZ********************, SİFT BİK: NAXCAZ21) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azər baycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar