Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-124/2023 21.09.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər X1 və X2 heyətində, Məmmədov Qərib Rəşid oğlunun katibliyi ilə, Babək Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(079)-352/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinin (sədrlik edən hakim G.M.İsmayıl) 19 iyul 2023-cü il tarixli, 2(079)-352/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası qismən təmin edilməklə xx.xx.2023-ci il tarixdən hesablanmaqla, xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanıl ması üçün iş üzrə Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 180 (bir yüz səksən) manat olmaqla, iki uşaq üçün 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulub uşaqların anası İddiaçı ödənilməsi, qətnamənin alimentə dair hissədə dərhal icra olunması, Cavabdeh 63.2 (altmış üç manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi və iddianın qalmış hissədə rədd edilməsi qət edilmişdir. İşin halları: İş üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit məbləğdə 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 440 manat alimentin alı naraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil 03 iyul 2023-cü ildə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək hər ay hər bir uşaq üçün sabit məbləğdə 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə iki uşaq üçün 440 manat məbləğində alimentin 27 aprel 2023-cü il tarixdən hesablanmaqla alınıb verilməsini xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(079)-352/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh 27 iyul 2023-cu il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməs inin dəyişdirilməklə təyin olunmuş alimentin məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuşdur. İş üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsi 19 iyul 2023-cü il tarixli, 2(079)-352/2023 nömrəli qətnaməsi ilə iddia tələbini qismən təmin edərkən onun öhdəliklərini nəzərə almamışdır. İddiaçı Babək Rayon Vergilər İdarəsində müfəttiş işləyir, hazırda analıq məzuniyyətindədir. İddiaçı onun əmək haqqı barədə heç bir sübut təqdim etməyib. Birgə nikah dövründə isə 8000 (səkkiz min) manat kredit götürmüşlər. İddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmə sini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu və hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir, məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyildir, işin faktiki halları aydınlaşdırılmamışdır. Belə ki, o işləmir, hazırda aliment ödədiyi digər övladı və Naxçıvan Banka kredit borcu var. Həmçinin onu da qeyd edir ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir, məhkəmə qətnamə qəbul edən zaman bunu nəzərə almamışdır. Ona görə də göstərilənlərin nəzərə alınaraq Babək Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(079)-352/2023 nömrəli qətnaməsinin dəyişdirilməklə təyin olunmuş alimentin məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apell yasiya şikayətini müdafiə edərək, kollegiyadakı izahatında Babək Rayon Məhkəməsinin qət edilmiş aliment pulunun miqdarına etirazının olmadığını, çünki 360 manat məbləğində alimenti övladları üçün verdiyini, ancaq hazırda işsiz olduğunu, heç bir yerdən qazancı və ya gəlirinin olmadığını, onun birinci nikahdan X4 adlı bir övladının olduğunu, onun hər ay övladının saxlanılması üçün də aliment pulu ödədiyini, övladlarının saxlanılması üçün eyni vaxtda aliment verməyə maddi imkanı çatmadığından Babək Rayon Məhkəməsinin hazırki qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin azaldılmasını istədiyini, iddiaçı tərəfin boş bir şeyin üstündə onu gətirib buralara çıxardığını, halbuki onun 11 il müddətində övladları olsun deyə iddiaçının müalicəsinə 78000 manata qədər pul xərclədiyini, iddiaçı ilə aralarında olan problemin övladına öz anasının adını qoymaq istəməsi, Xədicənin bunu qəbul etməməsi, bacısının və onun yoldaşının yol-nəqliyyat hadisəsində faciəvi şəkildə ölməsi, iddiaçının valdeynlərinin bacısının yas mərasimində iştirak etməməsi, bacısının yas mərasiminə başı qarışıq olduğundan uşaqların maddi təlabatlarının qarşılanmasında iştirak etməməsindən qaynaqlandığını, onun əvvəllər Babək Rayon Qaz İdarəsində mühəndis, Naxçıvan Şəhər Abadlıq və Təmir Tikinti İdarəsində baş iş icraçısı işləməklə yaxşı qazanc əldə etdiyini, ailəsini və uşaqlarını maddi olaraq təmin etdiyini, ev tikib iddiaçının adına keçirdiyini, hazırda isə maddi imkanı yaxşı olmadığından məhkəmənin qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğini ödəməkdə çətinlik çəkdiyini, onun həm övladlarının maddı ehtiyacla rını, həm də öz maddi vəziyyətini nəzərə alaraq uşaqların saxlanılması üçün hər ay 250 manat aliment ödəyə biləcəyini, bundan artıq aliment ödəməyə isə sadəcə olaraq onun maddi imkanının çatmadığını, iddiaçı ilə ailənin bərpa olunması üçün 2 dəfə xalasını onun atası evinə göndərdiyini, xalasına onun özünün gəlməsini dediklərini, özünün getdiyini, qayınatasının və qayınanasının onun mövqeyi ilə razılaşdıqlarını, ancaq baldızlarının onların barışmasına imkan vermədiklərini, sonuncu dəfə iddiaçı ilə ailənin bərpası üçün təqribən 4 ay bundan öncə danışdıqlarını, anasının pensiya kartının onda olduğunu, anasının hər ay 360 manat pensiya aldığını, onun ən yaxşı halda həmin pensiyanın 300 manatını övladlarının saxlanılması üçün verə biləcəyini, onun Naxçıvan şəhərində İlqar adlı şəxsin yanında yü k maşını sürməklə söküntüdən əldə edilmiş tikinti materiallarının daşınmasını həyata keçirdiyini, bir gün işləyəndə elə olur ki, 2 gün işləmədiyini, ancaq iş üçün sənədlərini bir neçə yerə təqdim etdiyini, işi düzələr-düzəlməz övladlarının saxlanılması üçün daha artıq aliment ödəyəcəyini, iddiaçı ilə birgə nikah dövründə Naxçıvan Bankdan 8000 manat kredit götürdüyünü, hazırda isə həmin krediti ödəyib qurtardığını göstərərək, apellyasiya şikayətinin təmin edilməsini və Babək Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(079)-352/2023 nömrəli qətnaməsinin dəyişdirilərək alimentin məbləğinin azaldılması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilməsinə baхmayaraq məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. A zərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə xx.xx.2011-ci ildə rəsmi nikah qeydindən keçməklə evləndiklərini, birgə nikahdan xx.xx.2021-ci ildə X6 və X5 adlı uşaqlarının doğulduğunu, cavabdehlə evləndikdən sonra 10 il övladları olmadığını, övladları doğulduqdan sonra, əməliyyat olduğu üçün xəstəxanadan evə deyil, anasının ona qulluq etməsi üçün ata evinə getdiyini, qızlarına ad qoymaq istəyərkən Orucun onların birinə anasının adını qoyacağını bildirdiyini, o buna razı olmadığından aralarında narazılıq olduğunu, hə min vaxtdan artıq öz evlərinə qayıtmadığını, uşaqlarla bərabər atası evində qaldığını, cavabdehin həmin vaxtdan da bir dəfə olsun nə maddi nə də ki, mənəvi formada onlarla maraqlanmadığını, özünün analıq məzuniyyətində olduğunu, cavabdehin söküntü malların alqı-satqısı ilə məşğul olduğunu, onun gəliri barədə məlumatı olmasa da uşaqlarının normal saxlanılması üçün aliment ödəyə biləcəyini bildiyini, hazırda uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyini, onların tələbatlarını valideynlərinin qarşıladığını, bu səbəbdən də cavabdehdən övladlarının saxlanması üçün hər ay hər birinə 220 manat aliment alınıb verilməsini, Cavabdeh uşaqların saxlanması üçün alimentin alınıb verilməsilə bağlı məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, bununla bağlı 27 aprel 2023-cü ildə mediasiya təşkilatında baxılması üçün cavabdehə təklif göndərdiyini, cavabdehin aliment verəcəyini bildiyi halda buna əhəmiyyət vermədiyini, 17 may 2023-cü ildə keçirilən ilkin mediasiya sessiyasında aliment verməyəcəyini bildirdiyini göstərərək, hər ay hər bir uşaq üçün sabit məbləğdə 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə iki uşaq üçün 440 manat məbləğində alimentin 27 aprel 2023-cü il tarixdən hesablanmaqla alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin kollegiyada araşdırılmış halları və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2011-ci ildə Babək Rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, birgə nikahdan xx.xx.2021-ci ildə X6 və X5 adlı iki əkiz uşaqları doğulmuş, uşaqlar hazırda anaları, yəni iş üzrə İddiaçı yanında ünvan 1 ünvanında yaşayırlar və Babək Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(079)-352/2023 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 180 (bir yüz səksən) manat olmaqla, iki uşaq üçün 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin maddənin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valide ynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığ ı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan R espublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun valideynlərin hüquq və vəzifələrini müəyyən edən 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinin mənasına görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qan unvericilik orqanları həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Kollegiya Cavabdeh məhkəmənin onun öhdəliklərini nəzərə almaması, iddiaçının onun əmək haqqı barədə heç bir sübut təqdim etməməsi, birgə nikah dövründə 8000 manat kredit götürdükləri, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab etməsi məhkəmənin g əldiyi nəticənin işin hallarına uyğun olmaması, onun işləməməsi, hazırda aliment ödədiyi digər övladının olması, Naxçıvan Banka kredit borcunun olması, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olması, məhkəmənin qətnamə qəbul edərkən bunu nəzərə almaması ilə əlaqədar apellyasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir. Belə ki, işin araşdırılmış halları və Cavabdeh kollegiyadakı izahatı ilə cavabdehin hazırda banka kredit borcunun olmadığı müəyyən edilmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilərinə münasibətdə isə kollegiya qeyd edir ki, onun işləməməsi və hazırda aliment ödədiyi digər övladının olmasını göstərməsi məhkəmənin qətnaməsinin dəyişdirilərək qət edilmiş alimentin miqdarının azaldılması üçün əsas ola bilməz. Kollegiya cavabdehin apel lyasiya şikayətində göstərdiyi həmin dəlillərinə münasibətdə hesab edir ki, göstərilən həmin halları işə baxan məhkəmə kifayət qədər araşdırıb diqqətəlayiq olan digər halları nəzərə alaraq iddia tələbini qismən təmin etmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, uşaqların qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə d üşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 09 dekabr 2022-ci il tarixli «Azərbaycan Respublikasında 2023-cu il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu dedikdə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma nəzərdə tutulur. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Beləliklə uşaqlar üçün yaşayış minimumu 220 manat uşaqların sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malla rı və xidmətlərini ödəyir. Hazırkı işdə uşaqların minimum dolanacaq xərclərindən əlavə hər hansı xərcin cavabdehdən tutulması tələb olunmur. Belə olan halda isə uşaqların zəruri ərzaq, geyim, tibbi preparat, təhsil və tərbiyəsi üçün çəkilməli olan xərclər və başqa xərcləri də uşaqların himayəsinə verildiyi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstəri lən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə düzgün nəticə verilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək qət olunmuş alimentin miqdarının azaldılması üçün əsas ola bilməz. Kollegiya Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392 və 402-ci mаddələrini rəhbər tutaraq kollegiya qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(079)-352/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(108)-124/2023
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-124/2023
21.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver