Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-131/2021 08.07.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Mirzəyev İlqar Məhərrəm oğlunun (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, Rəhimova Aybəniz Məhəmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 15 mart 2021-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 13 iyul 2017-ci il təvəllüdlü X1 və 20 sentyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək bir uşağın saxlanılması üçün 17 5 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində olmaqla iki uşağın saxlanılmasına 350 (üç yüz əlli) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qətnaməsi (sədrlik edən X4) ilə iddia qismən təmin edilmiş, Cavabdeh 13 iyul 2017-ci il tarixdə doğulmuş X1 və 20 sentyabr 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit məbləğdə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalmış hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülk i kollegiyasına müraciət edərək Şahbuz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qətnaməsini qismən dəyişiklik edərək uşaqların saxlanılması üçün bir uşağa 175 (bir yüz yetmiş beş) manat aliment olmaqla, iki uşağın saxlanılması üçün hər ay 350 (üç yüz əlli) manat alimentin müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim yalnız Cavabdeh mövqeyindən çıxış edərək onun göstərdiyi arqumentlərə fikir belə verməyərək, aşağı məbləğdə alimenti təmin etmişdir. Cavabdehlə onun arasında bağlanmış nikah pozulmayıb, lakin cavabdeh onu və iki azyaşlı övladını bir ildən artıqdır ki, atası evində qoyaraq qeydiyyatda olduğu Saatlı rayonu, Məzrəli kəndinə getmiş və onlara hər iki aydan bir 50-100 manat maddi dəstək olmuşdur. İddiaçı uşaqlar balaca olduğundan heç bir yerdə işləmir, əlavə olaraq qeyd etmək istəyir ki, 13 iyul 2017ci tarixdə doğulmuş X3 mədə-bağırsaq və sidik yolunda infeksiya ilə əlaqədar müalicə xəstəliyi var (xəstəlik arayışları məhkəmədə təqdim olunacaq), o Şahbuz Rayon Məhkəməsində və iddia ərizəsində qeyd etsə də, 2021-ci il tarixində Damlanın müalicə olunması üçün Bakı şəhərinə aparıb və uşağın xəstəxanaya aparılması üçün maddi imkanı olmadığından Kapital bankdan kredit götürüb. İddiaçı Bakı şəhərində olduğu zaman Abbasla əlaqə saxlayıb ki, övladlarını müalicə üçün Bakı şəhərinə gətirib, gəlsin. Abbas yalan danışaraq gəlməyib, uşağın müalicəsi ilə maraqlanmayıb, iddiaçı bunları məhkəməyə bildirsə də məhkəmə ona bildirib ki, uşaqları saxlaya bilmirsə, cavabdehə versin. İd diaçı uşaqlarını saxlayır, lakin uşaqların yaxşı yaşaması və müalicəsi üçün atası aliment ödəməlidir. Məhkəmə cavabdehin etiraz ərizəsini əsas götürməklə etiraz ərizəsində 200 manat məbləğində alimentin kəsilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsini əsas götürməklə 200 manat aliment təmin etmişdir. Hörmətli məhkəmə 200 (iki yüz) manat alimentlə iki azyaşlı övladlarını saxlanılması, övladları Damlanın xəstəliyi ilə əlaqədar Kapital bankdan götürdüyü ödənişin ödənilməsi və əlavə olaraq yenidən Damlanın xəstəliyi üçün Bakı şəhərində müalicə alması və sair üçün aliment çox aşağı həddə kəsilmişdir. Bütün bu faktlar məhkəmə baxışında onun tərəfindən diqqətə çatdırılsa da məhkəmə buna əhəmiyyət verməmiş, onun fikrincə ədalətsiz qərar çıxarmışdır. Apellyasiya şikayətində Azərbaycan Respublikasının 2021-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci (Ailə və dövlət) maddəsinin İ və İİ hissəsinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5, 13-cü maddəsinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmiş və kollegiyaya teleqram ünvanlayaraq fəhlə işlədiyini, cəmi 350 manat əmək haqqı aldığını, övladlarının yetkinlik yaşına çatana kimi hər ay cəmi 200 manat aliment ödəyə biləcəyini, bundan əlavə imkan daxilində övladlarına maddi dəstək olacağını, nəzərə alınmasını xahiş etdiyini, hal-hazırda mad di imkanı olmadığından məhkəmədə iştirak edə bilməyəcəyini, iştirakı olmadan məhkəmə prosesini keçirib Şahbuz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı 08 iyul 2021-ci il tarixli məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayəti verərək Şahbuz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qətnaməsini qismən dəyişiklik edərək uşaqların saxl anılması üçün bir uşağa 175 (bir yüz yetmiş beş) manat aliment olmaqla, iki uşağın saxlanılması üçün hər ay 350 (üç yüz əlli) manat alimentin müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etsə də hal-hazırda cavabdehin də maddi imkanını, həmçinin onun əmək haqqını nəzərə alaraq Şahbuz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qətnaməsi ilə uşaqların saxlanılması üçün müəyyən edilən alimentin məbləğinin artırılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiy a məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitiusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apel lyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadının 60-cı bəndində qeyd edilmişdir ki, apellyasiya ve kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiya məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifad ə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidir. Kollegiya iş üzrə məruzəçinin məruzəsini və mülki iş üzrə araşdırılmış materialları, iddiaçının izahatını, cavabdehin teleqramını nəzərdən keçirib, apellyаsiya şikayətinin dəlillərini müzakirə edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Apellyasiya şikayətindən məlum olur ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi alimentin sabit pul məbləğinin miqdarına dair hissədə mübahisələndirilərək həmin miqdarın artırılması tələb olunur. Göstərilənlərə müvafiq olaraq da birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı alimentin sabit pul məbləğinin miqdarına dair hissədə yoxlanılmalıdır. Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu bоrcun yеrinə yеtirilməsinə dövlət nəzаrət еdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3.1-ci maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prin siplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Kollegiya iddiaçının apellyasiya şikayətində istinad etdiyi həmin dəlilləri işin halları ilə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlmişdir ki, dəlillər qismən əsaslıdır və işə baxan birinci instansiya məhkəməsi sabit pul məbləğinin miqdarını müəyyən edərkən iddianı qismən təmin edərək, bir uşaq üçün tutulacaq aliment məbləğini 100 (bir yüz) manat məbləğində müəyyən etməklə uşaqların mənafelərini kifayət qədər nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qanunvericiliyin sadalanan normasının mənasına görə sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması müəyyənləşdirilir. Bu zaman müəyyənləşdiriləcək məbləğ uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına kifayət etməklə yanaşı respublika ərazisində uşaqlar üçün müəyyən olunan yaşayış minimumuna uyğun olmalıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının müvafiq Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat müəyyən edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə həmin məbləğdən aşağı 100 (bir yüz) manat məbləğində aliment tutulmasını qət etmişdir. Qanunvericiliyin göstərilən tələblərində ifadə olunmuş hüquqi mövqedən də aydın olduğu kimi alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmaqla ilkin olaraq uşağın mənafelərinin üstün tutulması məhkəmələrin əsas öncəliyi kimi müəyyən edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin bir uşaq üçün müəyyən etdiyi 100 (bir yüz) manat məbləğində aliment sözügedən Qanununa görə 2021-ci il üzrə uşaql ar üçün müəyyən olunan 175 (bir yüz yetmiş beş) manat məbləğində yaşayış minimumuna uyğun olmamaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayət deyildir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016cı il tarixli qərarı ilə gəlmiş olduğu nəticəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, həmin Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməli və göstərilən hallara qiymət verərkən məhkəmənin həmçinin “Uşaq hüquq ları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını nəzərə almalıdır. Eyni zamanda mülki işin kollegiyada apellyasiya qaydasında baxılması zamanı müəyyən olunmuşdur ki, cavabdeh uşaqlarla maraqlanmamış, uşaqlarla bağlı çəkilən əlavə xərclərdə iştirak etməmiş, bütün əlavə xərclər İddiaçı tərəfindən çəkilmişdir. Belə olan halda isə məhkəmə tərəfindən uşağın saxlanılması üçün müəyyən olunmuş aliment məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması yerinə, onun əvvəlki təminat səviyyəsinin pisləşməsi ilə nəticələnə bilər. Kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qis mən təmin etməklə hər ay hər bir uşaq üçün sabit məbləğdə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində alimentin tutularaq İddiaçı verilməsini qət edərkən işin bu hallarını nəzərə almamışdır. Kollegiya həmçinin icraatda olan mübahisə üzrə verilmiş apellyasiya şikayətinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlir indən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Beləliklə kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 175 (bir yüz yetmiş beş manat) manat məbləğində müəyyən olunduğunu və 13” iyul 2017-ci il tarixdə doğulmuş X3 və “20” sentyabr 2019-cu il tarixdə doğulmuş X2 analarının himayəsində yaşamalarını, uşaqların yaş həddinə uyğun olaraq gündəlik tələbatlarının olduğunu, həmçinin uşaqların sağlamlıqları ilə bağlı tələbatlarını nəzərə aldıqda, Cavabdeh hər ay 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit məbləğdə alimentin müəyyən olunmasını ağlabatan hesab etmək olmaz. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəm ələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “28” mart 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Kollegiya xeyrinə aliment tutulan uşaqların yaşını, buna mütənasib olaraq onların maddi tələbatlarını, sabit pul məbləğinin miqdarının müəyyənləşdirilməsi üçün əhəmiyyətli olan halları, o cümlədən tərəflərin maddi vəziyyətini və ailə qanunvericiliyi tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq birinci instansiya məhkəməsinin alimentin sabit pul məbləğinin miqdarı ilə əlaqədar gəldiyi nəticə ilə razılaşmır və hеsаb еdir ki, məhkəmənin qətnaməsinin həmin hissədə dəyişdirilməsi üçün işdə əsаslаr mövcuddur. Kollegiya belə nəticəyə gəlir ki, iş üzrə müəyyənləşdirilmiş aliment məbləğinin artırılması qanunvericilik normalarının tələblərinə və yuxarıda göstərilən məhkəmə qərarlarında ifadə olunmuş hüquqi mövqelərə uyğundur. Beləliklə kollegiya apellyasiya şikayətində göstərilmiş dəlilləri işin halları ilə əlaqəli şəkildə təhlil edib, bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək təyin olunmuş aliment məbləğinin artırılması üçün əsaslı hesab edir və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-in apelyasiya instansiya məhkəməsinin səlahiyyəti adlanan 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Bütün bunlara əsasən kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş alimentin miqdarına münasibətdə düzgün nəticəyə gəlinmədiyindən apell yasiya şikayəti qismən təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qətnaməsi dəyişdirilməklə Cavabdeh 13 iyul 2017-ci il tarixdə doğulmuş X1 və 20 sentyabr 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit məbləğdə 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilməlidir. Kollegiya, cavabdeh tərəfindən ödənilməli olan dövlət rüsumuna münasibətdə isə aşağıdakıları qeyd edir: Şahbuz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qətnaməsi ilə Cavabdeh 17,20 (on yeddi manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Lakin koll egiyanın müvafiq qətnaməsi ilə Şahbuz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qətnaməsi dəyişdirildiyi, Cavabdeh 13 iyul 2017-ci il tarixdə doğulmuş X1 və 20 sentyabr 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit məbləğdə 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edildiyi üçün Cavabdeh iddia tələbinin qismən təmin edildiyi hissəyə münasibətdə- 21, 42 (iyirmi bir manat qırx iki qəpik) manat pul alınaraq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in işə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi adlanan 124-cü maddəsinə əsasən İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və id diaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393, 402, 403.1 və 404.1.1, 405.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qətnaməsindən İddiaçı tər əfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şahbuz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qətnaməsi alimentin 100 (bir yüz) manat məbləğində müəyyən edilməsinə dair hissəsində dəyişdirilərək Cavabdeh 13 iyul 2017-ci il tarixdə doğulmuş X1 və 20 sentyabr 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit məbləğdə 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 21,42 (iyirmi bir manat qırx iki qəpik) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar R espublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-131/2021
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-131/2021
08.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver