Məhkəmə qərarları › İş №2(108)-137/2022

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-137/2022

21.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-137/2022 21.11.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Xıdırov Əhliman Mehman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Muradov Vüsal Hicran oğlunun məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(111)-184/2022 nömrəli qətnaməsindən iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı nümayəndə vasitəsi ilə Kəngərli Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciə t edərək cavabdeh X1 12 oktyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək bir uşağın saxlanılması üçün 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəngərli Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(111)-184/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Kəngərli Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(111)-184/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayən dəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırımışdır ki, qətnamə ilə razılaşmır ona görə ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. İddianın təmin edilməməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdikləri halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmə iddianı təmin edilməməsini onunla əsaslandırmışdır ki, İddiaçı Türkiyə Respublikasında fəhlə işlədiyinə, günə muzd qazandığına, övladına ba xmaqda çətinlik çəkdiyinə, cavabdehin isə maddi imkanının yaxşı olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki təqdim ediləcək həmin sübutların iddiaçının aliment tələbi ilə heç bir bağlılığı yoxdur ondan ötəri ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Həmçinin onu da qeyd etmək istəyir ki, uşaqla birlikdə yaşayan valideyn uşaqdan ayrı yaşayan valideyndən aliment tələb etmək hüququna malikdir. Sabit pul məbləğində alimentin tələb olunmasının təmin edilməməsini ailə qanunvericiliyi nəzərdə tutmamışdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 28 mart 2016cı il tarixli Qərarın 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması o nu uşağı saxlamaq, qanunvericiklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Nəticə etibarı ilə hesab edir və inanır ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyəti şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəkdir. Apellyator sonda Kəngərli Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(111)-184/2022 nömrəli qətnaməsinin ləğv edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə İddia çı şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş, Kəngərli Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(111)-184/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətini müdafiə edərək Kəngərli Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(111)-184/2022 nömrəli qətnaməsinin ləğv edilməklə, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçının nümayəndəsi Nümayəndə Kəngərli Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tar ixli, 2(111)-184/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə Cavabdeh kollegiyadakı izahatında apellyasiya şikayətini qəbul etməyərək Kəngərli Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(111)-184/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəmə sinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, apellyasiya baxışı zamanı tədqiq olunmuş iş materiallarını, apellyasiya şikayətinin təmin edilməklə Kəngərli Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(111)-184/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə iddia tərəfinin dəlillərini, eyni zamanda apellyasiya şikayətinin rədd edilməklə Kəngərli Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(111)-184/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə cavabdehin izahatını dinləyib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvinə əsas kimi “...birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxılmasını, işin faktiki hallarının araşdırılmaması və düzgün hüquqi qiymət verilməməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul etməsinin məhkəmə tərəfindən işin dəqiq araşdırılmamasının nəticəsi kimi verilmiş bir qərar olduğun u hesab etdiyini, məhkəmənin qeyd etdikləri halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlməsini hesab etdiyini, məhkəmənin iddianı təmin edilməməsini İddiaçı Türkiyə Respublikasında fəhlə işlədiyinə, günə muzd qazandığına, övladına baxmaqda çətinlik çəkdiyinə, cavabdehin isə maddi imkanının yaxşı olmasına dair məhkəməyə heç bir sübut təqdim etməməsi ilə əsaslandırdığını, halbuki təqdim ediləcək həmin sübutların iddiaçının aliment tələbi ilə heç bir bağlılığının olmadığını, ona görə ki, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, həmçinin uşaqla birlikdə yaşayan valideynin uşaqdan ayrı yaşayan valideyndən aliment tələb etmək hüququna malik olduğunu, sabit pul məbləğində alimentin tələb olunmasının təmin edilməməsinin ailə qanunvericiliyində nəzərdə tutmamadığın ı” göstərmiş və məhz bu qeyd olunan əsaslara görə Kəngərli Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(111)-184/2022 nömrəli qətnaməsinin ləğv edilməklə, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya iddia tərəfinin apellyasiya şikayətində qeyd etdiyi bu dəlilləri işin mövcud halları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, apellyasiya şikayətində dəlil kimi istinad edilən bu hallar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması üçün əsas hesab edilə bilməz və dəlillər tamamilə əsassızdır. Belə ki, mülki işin birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı tədqiq olunmuş hallarından məlum olmuşdur ki, iş üzrə tərəflər 04 may 2009-cu il tarixdə rəsmi olaraq nikah qeydi yyatından keçməklə ailə həyatı qurmuşlar. Tərəflərin bu nikahlarından övladları 12 oktyabr 2010-cu il təvəllüdlü X5 və 22 iyun 2013-cü il təvəllüdlü X6 doğulmuşdur. Tərəflər arasında olan həmin nikah qeydi Kəngərli Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(111)-118/2017 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnamədə məhkəmə tərəflər arasında bağlanmış sazişlə yetkinlik yaşına çatmayan uşaqlar - 12 oktyabr 2010-cu ildə doğulmuş X3 atasının, yəni hazırki iş üzrə İddiaçı yanında, 22 iyun 2013-cü ildə doğulmuş X4 isə anasının, yəni hazırki iş üzrə Cavabdeh yanında qalmasını müəyyənləşdirdiklərinə dair məhkəməyə saziş təqdim etdiklərinə görə və məhkəmə tərəfindən bu sazişin uşaqların və ya tərəflərdən birinin marağını pozduğu müəyyən edilmədiyinə görə məhkəmə boşanmadan sonr a yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması məsələsinə toxunmamışdır. Lakin həmin qətnamədə uşağın təminatının mümkün qədər maksimal saxlanmasını təmin etmək məqsədilə hər ay Cavabdeh yanında qalmış 22 iyun 2013-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh ödənilməsi qət olunmuşdur. Tərəflərin izahatından məlum olmuşdur ki, hazırda tərəflər ayrı yaşamaqla uşaqlar da tərəflərin hər birinin yanında qalır və iş üzrə hazırkı İddiaçı aliment öhdəliyini yerinə yetirir. Lakin hazırki iddia tələbinin hüquqi mahiyyətindən aydın olur ki, iddiaçının iddianı qaldırmaqda konkret olaraq məqsədi iddiaçının öz yanında qalan övladı 12 oktyabr 2010cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə cavabdeh X1 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsidir. İddia tələbinin əsası kimi isə özünün Türkiyə Respublikasında günə muzd fəhlə işlədiyini, hazırda maddi imkanının çox pis olduğunu, övladına baxmaqda çətinlik çəkdiyini, övladı Kazıma valideynləri tərəfindən baxıldığını, cavabdehin yeni ailə qurub yaşamasını və onun maddi imkanının yaxşı olmasını göstərmişdir. Kollegiya onu da qeyd edir ki, iddiaçının vəkili və nümayəndəsi verdiyi apellyasiya şikayətində də eyni əsaslara istinad etmiş, əlavə olaraq dəlillərində uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, həmçinin uşaqla birlikdə yaşayan valideynin uşaqdan ay rı yaşayan valideyndən aliment tələb etmək hüququna malik olduğunu da göstərmişdir. Kollegiya qeyd olunan bu dəlillərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. İş materiallarından da göründüyü kimi, iş üzrə İddiaçı qanunvericiliyin ona verdiyi məhkəmə müdafiəsi hüququndan istif adə edərək və uşaqların valideynlər tərəfindən saxlanılmasının hər iki valideynin vəzifəsi olması əsasından çıxış edərək məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən isə iş icraata qəbul olunaraq qaldırılan iddia tələbinə mahiyyəti üzrə baxılmışdır. Lakin hazırki iddia tələbinə tətbiq olunmalı olan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsində qeyd olunur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan ali mentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Yuxarıda qeyd olunan maddələrin məzmunundan da aydın göründüyü kimi, Ailə qanunvericiliyi uşaqların valideynlər tərəfindən saxlanılmasının hər iki valideynin vəzifəsi kimi müəyyən etsə də, məhkəmələr tərəfindən aliment miqdarı müəyyən olunarkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas tutulmasını, eyni zamanda tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay aliment tutulmasını müəyyən etmişdir. Göründüyü kimi tərəflərdən hər biri ilə uşaq qaldığı halda məhkəmənin mübahisəyə baxarkən əsas kimi nəzərə almalı olduğu meyar az təminatlı olan valideynin müəyyən olunmasıdır. Həmçinin bu da xü susilə qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən alimentlə bağlı mübahisələrə baxılarkən ilk növbədə tərəflərin marağı deyil, qanuna uyğun olaraq uşaqların mənafeləri üstün götürülməlidir. İş üzrə İddiaçı iddia tələbində və verdiyi apellyasiya şikayətində özünün Türkiyə Respublikasında günə muzd fəhlə işlədiyini, hazırda maddi imkanı çox pis olduğunu, övladına baxmaqda çətinlik çəkdiyini, övladı Kazıma valideynləri tərəfindən baxıldığını, cavabdehin yeni ailə qurub yaşamasını və onun maddi imkanının yaxşı olmasını, yəni Ailə qanunvericiliyində də təsbit olunduğu kimi, özünün aztəminatlı valideyn olmasını iddia etsə də, bütün bu faktları təsdiq edəcək hər hansı bir mötəbər sübut növünü kollegiyaya təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-c i maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə öz növbəsində iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı iş üzrə tərəflərin verdiyi izahatlardan R.K.Məmmdovun tam əmək qabiliyyətli olduğu, uzun zamandır ki, onun Türkiyə Respublikasında işlədiyi, yeni ailə həyatı qurmadığı, himayəsində yalnız bir övladının olduğu, bunun əksinə olaraq isə iş üzrə Cavabdeh heç bir yerdə işləmədiyi, ikinci nikahından da bir azyaşlı övladının olduğu müəyyən olunmuşdur. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların təd qiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(111)-184/2022 nömrəli qətnaməsindən iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Kəngərli Rayon Məhkə məsinin 06 sentyabr 2022-ci il tarixli, 2(111)-184/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianin qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-ci maddəsinə uyğun olaraq “ Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan,..... az olan iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Res publikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..” Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qətetdi: İddiaçı Cavabdeh aliment tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(111)-184/2022 nömrəli qətnaməsindən iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəngərli Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(111)-184/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar