Məhkəmə qərarları › İş №2(108)-141/2025

Ali Məhkəmə Qərardad — İş №2(108)-141/2025

27.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-141/2025 27.08.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə götürülmüş kredit məbləğinin ödənilmiş miqdarının ½ hissəsinin və aylıq ödəniləcək kredit məbləğinin qalıq qalan ½ hissəsinin tutularaq ona ödənilməsinə dair ilkin, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbləri barədə mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-409/2025 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşı lıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yoxlayıb müəyyənetdi: İddiaçı "27" yanvar 2025-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, onunla birgə nikah dövründə əldə edilmiş kredit pulu üzərində ½ pay hüququnun müəyyən olunmaqla ödənilmiş 1760 (bir min yeddi yüz altmış) manat pulun yarısı olan 880 (səkkiz yüz səksən) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi və aylıq ödəniləcək kredit məbləğinin qalıq hissəsi olan 5466.20 (beş min dörd yüz altmış altı manat, iyirmi qəpik) manat pulun yarısını təşkil edən 2733 (iki min yeddi yüz otuz üç) manat pulun cavabdeh tərəfindən ödənilməsi üçün onun aylıq ödədiyi 160 (bir yüz altmış) manat pulun yar ısının hər ay Cavabdeh tutularaq ona ödənilməsi və ödənilmiş 56.13 (əlli altı manat, on üç qəpik) manat dövlət rüsumunun da cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir (iş vərəqə 1-3). Mülki işə birinci instansiya məhkəməsində baxılması zamanı Cavabdeh "24" fevral 2025-ci ildə İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edərək 4000 (dörd min) manat məbləğində pulun indeksasiya və faizi ilə birlikdə hesablanaraq İddiaçı alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 34-36). Naxçıvan Şəhər Məhkəməsinin 24 fevral 2025-ci il tarixli qərardadı ilə mülki işə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə götürülmüş kredit pulunun ödənilmiş ½ hissəsinin və aylıq ödəniləcək kredi t pulunun qalıq məbləğinin ½ hissəsinin tutularaq ona ödənilməsi, Cavabdeh İddiaçı qarşı 4000 manat məbləğində pulun indeksasiya və faizi ilə birlikdə hesablanaraq İddiaçı alınıb ona ödənilməsi tələbi çərçivəsində baxılması qərara alınmışdır (iş vərəqə 53-54). Yekunda hər iki tələb üzrə məhkəmə aktı 12 iyun 2025-ci il tarixdə çıxarılmış və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-409/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri kredit borcu üzərində tərəflərin bərabər borc hüququnun müəyyən edilməsi, tərəflər arasında faktiki ailə münasibətlərinin bitməsi vaxtı nəzərə alınmaqla, iddia ərizəsi verilənə qədər ödənilmiş kreditin 1341.91 (bir min üç yüz qırx bir manat, doxsan bir qəpik) manat pulun yarısı olan 671 (altı yüz yetmiş bir) manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia ərizəsi verildikdən sonra aylıq ödənilən və ödəniləcək qalan kredit pulununborcunun ½ hissəsinin Cavabdeh tərəfindən İddiaçı ödənilməsi öhdəliyinin müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdi (iş vərəqə 93103). Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 04 avqust 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-409/2025 nömrəli qətnaməsinin ləğv edilib, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə c avabdeh İddiaçı ilkin iddiasının rədd olunması və qarşılıqlı iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “26” avqust 2025-ci ildə daxil olmuşdur. Apellyasiya şikayətini qanunvericiliyin tələbləri daxilində yoxlayan kollegiya ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmçinin həmin Məcəllənin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Sözügedən Məcəllənin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbindən çıxış edərək kollegiya qeyd edir ki, prosessual əsaslar dedikdə apell yasiya şikayətinin həmin Məcəllənin 357-ci (apellyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 360-cı (apellyasiya şikayətinin verilmə müddəti), 361-ci (apellyasiya şikayətinin məzmunu, ona əlavə edilməli olan zəruri sənədlər) və 362-ci (apellyasiya şikayətinin verilməsi) maddələrində müəyyən olunmuş tələblərə riayət olunmaqla verilməsi başa düşülür. Bu baxımdan apellyasiyanın mümkünlüyü apellyasiya şikayətinin həmin normaların tələblərinə uyğun verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq qeyd edir ki, Mülki-Prosessual Məcə llənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli qərarında qeyd etmişdi ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Yuxarıda göstərilən hüquq normalarının tələbindən çıxış edərək kollegiya bildirir ki, hər hansı şəxs qanunvericiliklə müəyyən edilmiş instansiya məhkəmələri üzrə müraciət edərkən mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməlidir. Bu tələblərdən biri isə icraatın başlanmasına səbəb olan prosessual sənədə (hazırkı iş üzrə apellyasiya şikayətinə) qanunvericiliklə dairəsi müəyyən edilmiş zəruri sənədlərin əlavə edilməsidir. Apellyasiya şikayətinə əlavə edilməli sənədlərin siyahısı Mülki-Prosessual Məcəllənin 361.2 və 361.3-cü maddələrində öz əksini tapıb ki, həmin prosessual normaların mahiyyətinə görə apellyasiya şikayəti qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verildikdə, apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və y a digər sənəd əlavə edilməlidir. Həmçinin şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normalarla əlaqəli şəkildə yoxladıqda aydın olur ki, o, qanunvericiliklə müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi apellyasiya şikayətinə əlavə etməyib. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.1-ci maddələrinin mahiyyətinə əsasən pul vəsaiti alınması haqqındakı iddialar qiymətləndirilən iddia tələbi olmaqla, həmin tələblər üzrə iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Verilmiş ilkin və qarşılıqlı iddia tələbinin mahiyyətindən görünür ki, onlar qiymətləndirilən i ddia tələbinə aiddir. İlkin iddia tələbinin qiyməti 3613 (üç min altı yüz on üç), qarşılıqlı iddia tələbinin qiyməti isə 4000 (dörd min) manat təşkil edir. Məhkəmə apellyasiya şikayəti vermiş tərəfin nəzərinə çatdırır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumunun miqdarı 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 (bir) faizidir. Sözügedən Qanunun 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun miqdarı həmin Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edil miş dövlət rüsumunun 50 faizi təşkil edir. İstər ilkin, istərsə də qarşılıqlı iddia tələbi qiymətləndirilən iddia tələbinə aid olduğundan, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apellyasiya şikayətində işə baxan birinci instansiya məhkəməsinin hər iki tələb üzrə gəldiyi hüquqi nəticəni mübahisələndirdiyindən, məhkəmə aktından şikayət edən tərəfin ödəməli olduğu dövlət rüsumunun ümumi məbləği 58 (əlli səkkiz) manat 07 (yeddi) qəpik (ilkin iddia tələbi üzrə ödənməli dövlət rüsumunun (56.13 manatın) 50 faizi 28.065 manat, qarşılıqlı iddia tələbi üzrə ödənməli dövlət rüsumunun (60 manatın) 50 faizi-30 manat) manat təşkil edir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə apellyasiya şikayəti ilə müraciət edərkən 30 (otuz) manat 60 (altmış) qəpik məbləğində dövlət rüsumu ödəmişdi (iş vərəqə 130). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1 və 363.1.2-ci maddələrində, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılması öz əksini tapsa da, işə baxan birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, apellyasi ya şikayətinin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-409/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki-Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiy a instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəll ənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 263-264, 358.0.3, 361, 365, 366, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq qərarverdi: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə götürülmüş kredit məbləğinin ödənilmiş miqdarının ½ hissəsinin və aylıq ödəniləcək kredit məbləğinin qalıq qalan ½ hissəsinin tutularaq ona ödənilməsinə dair ilkin, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbləri ba rədə mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-409/2025 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar