Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-155/2021 27.08.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(090)-83/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 21 aprel 2021-ci il tarixdə alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Binəqədi Rayon Məh kəməsinin 05 fevral 2021-ci il tarixli, 2(001)-599/2021 saylı qiyabi qətnaməsinin dəyişdirilərək ondan 07 mart 2017-ci il təvəllüdlü X3 və 07 dekabr 2018-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(090)-83/2021 nömrəli qətnaməsi ilə iddia təmin olunmamış, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı 25 iyun 2021-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət etmişdir. Məhkəmə baxışı iclasına dəvət olunmuş Cava bdeh məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinin tələbinə müvafiq olaraq kollegiya Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş kollegiyada baxılarkən İddiaçı 27 avqust 2021-ci il tarixdə ərizə ilə kollegiyaya müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və imtinasının qəbul edilərək apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə İddiaçı apellyasiya şikayətindən imtinasının qəbul edilərək apellyasiya şikayəti üzrə icraata xitam verilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasə n işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.3-cü maddəsinin tələbinə əsasən İddiaçı apellyasiya şikayətindən imtinasının rədd edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsində nəzərdə tutulmuş əsasların olub-olmaması kollegiya tərəfindən yoxlanılaraq İddiaçı apellyasiya şikayətindən imtinasının qəbul edilməməsi üçün həmin maddədə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Buna görə də kollegiya belə nəticəyə gəlir ki, İddiaçı apell yasiya şikayətindən imtina etməsi barədə 27 avqust 2021-ci il tarixli ərizəsi qəbul edilərək iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən iddiaçı apellyasiya şikayəti verərkən ödədiyi dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qərar ver d i: İddiaçı Şahbuz Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tar ixli, 2(090)-83/2021 nömrəli qətnaməsindən verdiyi 25 iyun 2021-ci il tarixli apellyasiya şikayətindən imtinası qəbul edilsin və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına K0500011 terminal nömrəsinə 11788521 əməliyyat İD-ə 23 iyun 2021-ci il tarixdə ödədiyi 15 (on beş) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-155/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-155/2021
27.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver