Məhkəmə qərarları › İş №2(108)-158/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-158/2021

13.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-158/2021 13.09.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fəxrəddin Rüstəm oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Muradov Vüsal Hicran oğlunun məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit məbləğdə tutulması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(078)-744/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 08 iyun 2021-ci il tarixdə alimentin sabit məbləğdə tutulması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müra ciət edərək Cavabdeh 09.07.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(078)-744/2021 nömrəli qətnaməsi (sədrlik edən G.X.Səfərəliyeva) ilə iddia qismən təmin edilmiş, Cavabdeh 08 iyun 2021-cu il tarixdən başlayaraq hər ay sabit məbləğdə 150 (bir yüz əlli) manat miqdarında alimentin tutularaq 09 iyul 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməsi, qətnamənin dərhal icra olunması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh 29 iyul 2021-ci il tarixdə apellyas iya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(078)-744/2021 nömrəli qətnaməsini ləğv edib, işə yenidən baxmaqla 100 manat sabit pul məbləğində aliment kəsilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə məhkəmədə baxılarkən onun tərəfindən təqdim olunmuş sübutlara məhkəmədə düzgün qiymət verilməmiş, iddiaçının ümumi sözlərlə yazmış olduğu tələblər daxilində iddiasına baxmaqla onun hüquqlarını pozmuşdur. İddiaçı ilə həqiqətən də 25 iyul 2018-ci il tarixdə nikahlarını rəsmişləşdirib ailə qurmuşlar. Həmin evlilikdən 09 iyul 2019-cu il tarixdə Zəhra adlı bir qızları doğulmuşdur. Hal-hazırda Özləm ilə xasi yyətləri tutmadığından 5 aydır ki, ayrı yaşayırlar. O, aralarında olan nikahın pozulması ilə bağlı Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı ümumi sözlərlə verdiyi izhatında göstərir ki, guya o, “Nəqşicahan Holdinqdə” sürücü işləyir və ayda 600 manat əmək haqqı alır, lakin məhkəmə onun həqiqətən də orada işləyib-işləmədiyini və 600 manat əmək haqqı almağını araşdırmadan bununla bağlı iddiaçıdan hər hansı bir sübut tələb etmədən iki yaşında uşağa 150 manat sabit pul məbləğində aliment kəsmişdir. Əgər iki yaşında uşağa 150 manat aliment kəsilirsə onda 12-18 yaşınadək uşaqlara hansı məbləğdə aliment kəsilməlidir. Onların tələbatları eynidirmi. Uşaqları saxlamaq hər iki valideynin borcu olduğu kimi Azərbaycan Respublikası üzrə uşaqların saxlanılması üçün müəyyən olunmuş 175 manat da hər iki valideyn arasında yarı-yarıya bölünməlidir. Onun özünün şəxsi evi və ya hər hansı bir mülkiyyəti yoxdur. Halhazırda atasına məxsus evdə yaşayır. Özü orta təhsillidir, heç bir yerdə işləmir. Bu səbəbdən də valideynlərinin köməkliyi ilə çox çətinliklə keçinir. Atasına məxsus olan maşınla hərdən işləyir. Əlavə qazancı və ya gəliri yoxdur. Məhkəmə isə təqdim etdiyi sübutları düzgün qiymətləndirməyərək uşağın yaşını nəzərə almadan, onun övladına 100 manat ödəmək istədiyini bilsə də çox yüksək məbləğdə onun heç cürə ödəyə bilməyəcəyi 150 manat sabit pul məbləğində aliment kəsilmişdir. Məhkəmə yuxarıda qeyd olunan bütün bunları nəzərə almayaraq heç bir sübut olmadan hər ay ondan 150 manat alimentin tutulmasına dair qərar çıxarmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbləri ni pozmuşdur. Belə çıxır ki, iddiaçı tam istədiyi firavan şəraitdə yaşamalı, o isə acınacaqlı şəraitdə yaşamalıdır. Təəssüf ki, işə baxan məhkəmə qeyd etdiyi fakları bilsə də qəbul etdiyi qətnamədə bütün bu faktlara ümumiyyətlə qiymət verməmiş və nəticədə sübutlara deyil, yalnız iddiaçının ifadəsinə əsaslanmaqla əsassız bir qətnamə qəbul etmişdir. Məhkəmə qəbul etdiyi qətnamədə heç bir əsaslandırıcı sənədə istinad etmədən qanunsuz və ümumiyyətlə ödənilməsi qeyri-mümkün olan məbləğdə bir qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı heç bir etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasındakı izahatında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmaqla Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(078)-1143/2019 nömrəli qətnaməsinin d əyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında apellyasiya şikayətinin rədd olunmaqla Naxçıvan Şəhər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(078)-744/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yö nəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Kollegiya apellyasiya şikayətində qeyd olunan işə məhkəmədə baxılarkən onun tərəfindən təqdim olunmuş sübutlara məhkəmədə düzgün qiymət verilməməsi, iddiaçının ümumi sözlərlə yazmış olduğu tələblər daxilində iddiasına baxmaqla onun hüquqlarını pozması, uşaqları saxlamaq hər iki valideynin borcu olduğu kimi Azərbaycan Respublikası üzrə uşaqların saxlanılması üçün müəyyən olunmuş 175 manatın da hər iki valideyn arasında yarı-yarıya bölünməli olması, onun özünün şəxsi evi və ya hər hansı bir mülkiyyətinin olmaması, hal-hazırda atasına məxsus evdə yaşaması, orta təhsilli olması, heç bir yerdə işləməməsi, bu səbəbdən də valideynlərinin köməkliyi ilə çox çətinliklə keçinməsi, atasına məxsus olan maşınla hərdən işləməsi, əlavə qazancının və ya gəlirinin olmaması, məhkəmənin isə təqdim etdiyi sübutları düzgün qiymətləndirməyərək uşağın yaşını nəzərə almadan, onun övladına 100 manat ödəmək istədiyini bilsə də çox yüksək məbləğdə onun heç cürə ödəyə bilməyəcəyi 150 manat sabit pul məbləğində aliment kəsməsi, məhk əmənin yuxarıda qeyd olunan bütün bunları nəzərə almayaraq heç bir sübut olmadan hər ay ondan 150 manat alimentin tutulmasına dair qərar çıxarmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərini pozması, belə çıxır ki, iddiaçı tam istədiyi firavan şəraitdə yaşamalı, onun isə acınacaqlı şəraitdə yaşamalı olması, təəssüf ki, işə baxan məhkəmənin qeyd etdiyi faktları bilsə də qəbul etdiyi qətnamədə bütün bu faktlara ümumiyyətlə qiymət verməməsi və nəticədə sübutlara deyil, yalnız iddiaçının ifadəsinə əsaslanmaqla əsassız bir qətnamə qəbul etməsi, məhkəmənin qəbul etdiyi qətnamədə heç bir əsaslandırıcı sənədə istinad etmədən qanunsuz və ümumiyyətlə ödənilməsi qeyrimümkün olan məbləğdə bir qətnamə qəbul etməsi dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası nın 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə uyğun olaraq uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüqu q və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tu tulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.5-ci bəndinə əsasən sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Həmin Qərarın 8.2-ci bəndinə əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müə yyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada v əsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Apellyasiya şikayətində qeyd olunan iki yaşında uşağa 150 manat aliment kəsilməsi, aliment məbləğinin çox yüksək olmasına münasibətdə kollegiya qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Həmin Qanununun 3.1-ci maddəsinə uyğun olaraq minimum istehlak səbəti əhalinin əsas sosial-demoqrafik qrupları üzrə, bir nəfərin və ya ailənin xərc maddələri üzrə ərzaq məhsullar ının minimum toplusundan, fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusundan (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.), xidmətlərin minimum toplusundan (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.) ibarət tərkibdə formalaşdırılır. Qanunun qeyd olunan normalarının məzmunundan məlum olur ki, yaşayış minimumu bir insanın bir ay ərzində minimumum tələbatlarını ödəmək üçün müəyyən edilən məbləğdir. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətində cavabdeh əlavə gəlirinin olmamasını, heç bir yerdə işləməməsini, maddi vəziyyətinin olmamasını qeyd etsə də bu dəlillərini təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim et məmişdir. O da qeyd olunmalıdır ki, valideynin heç bir yerdə işləməməsi, əlavə gəlirinin olmaması onu aliment ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətində qeyd olunan məhkəmənin yalnız iddiaçının sözlərinə istinad edərək qətnamə qəbul etməsi, onun sübutlarını düzgün qiymətləndirməməsi dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh apellyasiya şikayətində təqdim etdiyi sübutların məhkəmə tərəfindən qiymətləndirilməməsini gö stərsə də, həmin sübutların nədən ibarət olmasını qeyd etməmişdir. Birinci instansiya məhkəməsinin bir uşaq üçün müəyyən etdiyi 150 (bir yüz əlli) manat məbləğində aliment qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğinin hədləri daxilində, cavabdehin maddi vəziyyətini nəzərə almaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına yönəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün çıxarılmış qətnamədir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin iddia tələbinin rədd edilməsinə dair hissədə ləğvi üçün əsas təşkil etmir və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(078)-744/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsin ə əsasən aliment alınması haqqındakı iddialarda iddianin qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə uyğun olaraq “Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan,.....az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.”. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 392, və 404-1-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Naxçıvan Şəhər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(078)-744/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(078)-744/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar