Məhkəmə qərarları › İş №2(108)-17/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-17/2024

12.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-17/2024 12.01.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X7 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, Kəngərli Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(111)-255/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Kəngərli Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(111)-255/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 06 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 24 avqust 2017-ci il təvəllüdlü X2 və 02 fevral 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər a y bir uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 60.8 (altmış manat, səksən qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi və iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. İşin halları: İddiaçı 06 sentyabr 2023-cü il tarixdə iddia ərizəsi ilə Kəngərli Rayon Məhkəməsinə müraciət edərək 24 avqust 2017-ci il təvəllüdlü X4 və 02 fevral 2020-ci il təvəllüdlü X5 hər uşaq üçün hər ay sabit məbləğdə 220 manat olmaqla, ümumilikdə 440 manat alimentin tutularaq ona - İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kəngərli Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(111)-255/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişd ir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh 05 dekabr 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsində qismən dəyişiklik edərək 24 avqust 2017-ci il təvəllüdlü X2 və 02 fevral 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində bir uşağa 100 (bir yüz) manat olmaqla iki uşağa görə cəmi 200 (iki yüz) manat miqdarında aliment tutularaq anaları İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş Cavabdeh apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İş üzrə Cavabdeh apell yasiya şikayətini onunla əsaslandıraraq qətnamə ilə razılaşmır ona görə ki, onun rəsmi iş yeri yoxdur və heç bir yerdə işləmir. Ayda Kapital banka 267 (iki yüz altmış yeddi) manat, Fincaya 225 (iki yüz iyirmi beş) manat kredit ödəyir. Yəni ümumilikdə 492 (dörd yüz doxsan iki) manat aylıq kredit ödənişi ödəyir. O, uşaqlarını saxlamaqdan boyun qaçırmır. Başa düşür ki, bir ata olaraq onların saxlanmasına köməklik göstərməlidir. Lakin hazırkı vəziyyətdə onun aylıq 340 manat aliment ödəməyi imkanları xaricindədir. O, aylıq hər uşağa görə 100 (bir yüz) manat olmaqla ümumilikdə iki uşağa görə 200 (iki yüz) manat aliment ödəyə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsində də göstərilib kı, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Belə olan halda nəyə görə iddiaçı da uşaqlarını saxlamaq üçün işləməməlidir? İddiaçı işləyib uşaqlarının saxlanmasında iştirak edə bilər və etməlidir. Bu onunda bir ana kimi borcudur. Yuxarıda qeyd olunan səbəblərdən və Kəngərli Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(111)-255/2023 nömrəli qətnaməsi ilə 06 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 24 avqust 2017-ci il təvəllüdlü X2 və 02 fevral 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ondan hər ay bir uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamənin qismən dəyişdirilərək alimentin miqdarının azaldılmasını istəyir. O, övladının saxlanması üçün hər ay bir uşağa 100 (bir yüz) manat olmaqla, iki uşağa ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment ödəyə bilər, bundan artıq miqdarda kəsilmiş alimentin tərəfindən ödənilməsi imkanı xaricindədir. Hesab edir ki, məhkəmə yuxanda qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan və düzgün qiymətləndirmə aparmadan qətnamə qəbul etmişdir. Beləliklə də Kəngərli Rayon Məhkəməsi işə baxarkən bir sıra qanunvericilik normalarını düzgün tətbiq etməmiş, həmçinin məhkəmə qeyd olunan maddi və prosessual hüquq normalarını nəzərə almadığından alimentlə bağlı əsassız olaraq nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi işin hallarına və sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. İddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 78.2, 112.1-ci maddələrinə, həmçinin Azərbaycan Respublik ası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarına istinad edərək göstərilənlərin nəzərə alınmaqla məhkəmənin qətnaməsində qismən dəyişiklik edərək 24 avqust 2017-ci il təvəllüdlü X2 və 02 fevral 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində bir uşağa 100 (bir yüz) manat olmaqla iki uşağa görə cəmi 200 (iki yüz) manat miqdarında aliment tutularaq anaları İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında cavabdehlə 2016-cı ildə nikah bağlayaraq evləndiklərini və onların bu evliliyindən 2 qız övladlarının doğulduğunu, Nərimanın uşaqlarının saxlan ılmasında könüllü iştirak etmədiyindən onun iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, Kəngərli Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(111)-255/2023 nömrəli qətnaməsi ilə cavabdehdən uşaqların saxlanılması üçün ümumilikdə 340 manat aliment tutulmasının qət olunduğunu, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 235 manat müəyyən edildiyini, məhkəmənin isə uşaqların hər birinə 170 manat müəyyən etməklə iddia ərizəsinə münasibətdə cavabdehin daha aşağı məbləğdə aliment ödəməsini nəzərdə tutduğunu hesab etdiyini, hazırda cavabdehin uşaqların saxlanılması üçün müəyyən olunmuş aliment pulunu vaxtlı-vaxtında ödəmədiyini, ödədikdə isə ödənişi tam həyata keçirmədiyini, hər ay iki uşağa görə cəmi 200 manat aliment verdiyini, onun hazırda heç bir yerdə işləmədiyini, başqa yerdən gəlirinin olmadığını, uşaqlarını dolandıra bilmədiyini, uşaqların zəruri ehtiyaclarını ödəmək üçün mağazadan malı nisyə götürməli olduğunu, aliment pulunu tam və vaxtında ala bilmədiyindən mövcud ehtiyacları ödəyə bilmədiyini, cavabdehlə 2020-ci ilin oktyabr ayının 4-dən faktiki olaraq ayrı yaşadıqlarını, aralarında olan nikahın pozulmadığını, onun uşaqları ilə birlikdə öz atasının himayəsində qaldığını, cavabdehin isə Kəngərli rayonu, Böyükdüz kəndində qeydiyyatda olmasına baxmayaraq hazırda Bakı şəhərində yaşadığını, ayrı yaşadıqları müddətdə cavabdehın böyük qızını aparıb Bakı şəhərində 2 ay yanında saxladığını, bundan başqa uşaqlara heç bir maddi köməklik göstərmədiyini, hətta cavabdehin ailə üzvlərindən belə heç kimin köməklik edib uşaqlara sahib çıxmadıqlarını, onların bund an sonra barışaraq ailəni bərpa etmək ehtimallarının olmadığını, hazırda cavabdehin boşanmaq üçün ərizə vermədiyini, onun ərizə verib boşanmaq istədiyini, cavabdehin rəsmi iş yeri barədə sübutunun olmadığını, ancaq cavabdehin dediyinə görə onun hazırda Bakı şəhərində “Şahabbas” hamamında kassir işlədiyini və hər ay üçün 750 manat əmək haqqı aldığını bildiyini, onların hər ikisinin də orta təhsilli olduqlarını, cavabdehin sağlamlığında problemi olmadığını, birlikdə yaşadıqları müddətdə cavabdehin ailənin dolanışığını təsərrüfatla və əkinçiliklə məşğul olmaqla qarşıladığını, cavabdehin Kapital Bankdan əldə etdiyi krediti hansı məqsədlə götürdüyünü bilmədiyini, ancaq Finca Bankdan götürdüyü kreditin cavabdehin adına sənədləşdirilməsinə baxmayaraq onun dayısı Sarvan Əhmədovun cavabdehə borcu o lması səbəbindən həmin kreditin hər ay 225 manat olmaqla dayısı tərəfindən banka ödənildiyini, cavabdehin kreditləri necə əldə etdiyini bilmədiyini, ancaq həmin kreditlərin ailə təsərrüfatının birgə idarə olunması üçün götürülmüş kreditlər olmadığını qeyd edərək Kəngərli Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(111)-255/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilməsinə baхmayaraq məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin araşdırılmı ş halları ilə müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə 08 sentyabr 2016-ci ildə Kəngərli rayon Qeydiyyat şöbəsində 102 nömrə ilə nikaha daxil olduqlarını, birgə nikahdan birgə yaşadıqları müddətdə iki övladlarının - xx.xx.2017-ci ildə X2 və xx.xx.2020-ci ildə X3 doğulduğunu, özünün heç bir yerdə işləmədiyini, cavabdehin hal-hazırda Bakı şəhərində yaşadığını, ayrı yaşadıqları müddət ərzində cavabdehin ailəsinin dolanışığı ilə maraqlanmadığını, övladlarını maddi cəhətdən təmin etmədiyini, bu səbəbdən də onların maddi cəhətdən sıxıntı içində yaşadıqlarını göstərərək Cavabdeh hər uşaq üçün hər ay sabit məbləğdə 220 manat olmaqla, ümumilikdə 440 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 08 sentyabr 2016-cü ildə Kəngərli rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, birgə nikahdan 24 avqust 2017-ci ildə X8 və 02 fevral 2020-ci ildə X9 adlı iki uşaqları doğulmuş və hər iki uşaq anaları, yəni iş üzrə İddiaçı himayəsindədirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin maddənin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, o nları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kim i tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun valideynlərin hüquq və vəzifələrini müəyyən edən 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinin mənasına görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, in zibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi Kəngərli Rayon Məhkəməsində məhkəmə araşdırılması dövründə onun rəsmi iş yerinın olmaması və heç bir yerdə işləməməsi, ayda Kapital banka 267 (iki yüz altmış yeddi) manat, Fincaya 225 (iki yüz iyirmi beş) manat olmaqla ümumilikdə 492 (dörd yüz doxsan iki) manat aylıq kredit ödəniş i ödəməsi, uşaqlarını saxlamaqdan boyun qaçırmaması, bir ata olaraq uşaqların saxlanmasına köməklik göstərməli olması, hazırkı vəziyyətdə onun aylıq 340 manat aliment ödəməyə imkanının olmaması, onun aylıq hər uşağa görə 100 (bir yüz) manat ümumilikdə iki uşağa görə 200 (iki yüz) manat aliment ödəyə bilməsi, məhkəmənin bu qədər aliment kəsməsinin heç bir hüquqi əsasının olmaması, Azərbaycan Respublikasının Ailə Məcəlləsində valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmalarının göstərilməsi, belə olan halda iddiaçının nəyə görə uşaqlarını saxlamaq üçün işləməməsi, cavabdehin işləyib uşaqlarının saxlanmasında iştirak edə biləcəyi və etməli olması, bunun onun bir ana kimi borcu olması ilə əlaqədar dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Konstitusi ya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, aliment ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü yarımbəndində müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Həmçinin həmin qərarın 8.7-ci yarımbəndində qeyd edilmişdir ki, aliment ödəyən şəxsin əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu dedikdə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma nəzərdə tutulur. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Beləliklə uşaqlar üçün yaşayış minimumu 220 manat uşaqların sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərini ödəyir. Hazırkı işdə uşaqların minimum dolanacaq xərclərindən əlavə hər hansı xərcin cavabdehdən tutulması tələb olunmur. Belə olan halda isə uşaqların zəruri ərzaq, geyim, tibbi preparat, təhsil və tərbiyəsi üçün çəkilməli olan xərclər və başqa xərcləri də uşaqların himayəsinə verildiyi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyiş iklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Kollegiya tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını nəzərə alaraq belə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin miqdarının müəyyən edilməsi hissəsinə dair gəldiyi nəticə əsaslı və qanunidir. Kollegiya qeyd edir ki, göstərilən hallar ümumiyyətlə mövcud olmamaqla işə baxan məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi hallarına yol verilməmişdir. Kollegiya həmçinin Cavabdeh rəsmi iş yerinın olmaması və heç bir yerdə işləməməsi, ayda Kapital banka 267 (iki yüz altmış yeddi) manat, Fincaya 225 ( iki yüz iyirmi beş) manat olmaqla ümumilikdə 492 (dörd yüz doxsan iki) manat aylıq kredit ödənişi ödəməsi, buna görə də alimentin qət olunmuş məbləğdə ödənilməsi imkanı olmaması ilə əlaqədar cavabdehin apellyasiya şikayətində göstərdiyi həmin hallara münasibətdə qeyd edir ki, göstərilənlər qət olunmuş alimentin miqdarının azaldılması üçün əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə düzgün nəticə verilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək qət olunmuş alimentin miqdarının hər uşağa görə 100 manat olmaqla 200 manat müəyyən edilməsi üçün əsas ola bilməz. Kollegiya Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392 və 402-ci mаddələrini rəhbər tutaraq kollegiya qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Kəngərli Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(111)-255/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar