Məhkəmə qərarları › İş №2(108)-171/2023

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-171/2023

20.12.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-171/2023 20.12.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), X3 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin və çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(089)-221/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Culfa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh ilə aralarında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha olan torpaq sahəsinin alqı-satğısı ilə bağlı Culfa rayon notariat ofis ində 06 sentyabr 2017-ci il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi və ödənilmiş 73 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 27 iyul 2023-cü il tarixdə iddiaçı tələbin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha olan torpaq sahəsinin alqı-satğısı ilə bağlı Culfa rayon notariat ofisində 06 sentyabr 2017-ci il tarixdə bağlanmış müqavilənin, Cavabdeh həmin əmlak üzərində hüquqlarının qeydiyyata alınması barədə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ödənilmiş 73 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin 22 se ntyabr 2023-cü il tarixli, 2(089)-221/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən: Mehrab Məmmədov) iddia təmin edilərək İddiaçı və Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha olan torpaq sahəsinin alqı-satğısı ilə bağlı Culfa rayon notariat ofisində 06 sentyabr 2017-ci il tarixdə bağlanmış, 4Ə-101 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satğı müqaviləsinin, Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha olan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması barədə 03 oktyabr 2017-ci il tarixli, (**********15 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi) ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı tərəfindən ödənilmiş 73 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alı nıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Culfa Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(089)-221/2023 nömrəli qətnaməsinin ləğv olunub, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamə ilə razılaşmadığını, razılaşmadığının əsasları kimi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha olan torpaq sahəsi İddiaçı mülkiyyətində olduğunu, həmin torpaq sahəsinin alqı-satğısı ilə bağlı tərəflər arasında razılıq olduğunu, torpaq sahəsi Culfa rayonunun notariat ofisində 06 sentyabr 2017-ci il tarixdə bağlanmış alqı-satğı müqaviləsi ilə İddiaçı tərəfindən Cavabdeh satıldı ğını, müqavilənin 4-cü bəndində satıcı daşınmaz əmlakı 5300 manat qiymətinə satması, alıcının isə həmin qiymətə aldığının qeyd edildiyini, alıcı Cavabdeh satıcı İddiaçı satdığı tam hissəni (0.0505 ha) ondan 5300 manat qiymətə almasının qətnamədə qeyd olunduğunu, belə ki, anası X5 40 il əvvəl İddiaçı mərhum atası X1 Culfa rayon Yaycı kəndində yerləşən sahəsi 840 kv.m olan torpaq sahəsini istifadə etməsi üçün Ə.Qəhrəmana verdiyini, anasının torpaq sahəsini Ə.Qəhrəmana verərkən övladlarının Culfada yaşadığını, vaxtı gələndə həmin əmlakın qarşılığında Qəhrəmanın da onlara Culfadan torpaq alıb verməsi barədə razılaşdıqlarını, təxminən 2 il sonra Ə.Qəhrəman anasına zəng edərək onlara Culfada torpaq sahəsi verəcəklərini, həmin torpaq sahəsini notariat ofisinə gedərək onun öz adına keçirməyini bil dirdiyini, bundan sonra o, Mehmanla Culfa şəhər notariat ofisinə gedərək dəyişmə yolu ilə onun bütün xərcləri qarşılayaraq həmin, yəni Mehmanın iddia etdiyi həmin torpaq sahəsini öz adına dəyişmə yolu ilə keçirdiyini, təxminən 2-3 ay olar ki, Mehmaınn artıq onun mülkiyyətində olan əmlakın pulunu tələb etdiyini, hətta Mehmanın bununla bağlı Culfa Rayon Məhkəməsində iddia qaldırdığını, anasının mərhum Ə.Qəhrəmana verdiyi torpaq sahəsinin üzərində fərdi yaşayış evi, ağaclıq sahə, kərpicdən divar olduğunu, iddiaçı və atasının həmin əmlakdan rəsmi şəkildə öz adlarına keçirmədən istifadə etdiklərini, Ə.Mehman atasının ölümündən sonra hazırda da həmin əmlakı öz adına keçirmədən istifadə etdiyini, razılıq əsasında sənədləşdirmə işləri apardığını, məhkəmənin bunları araşdırmadan əsassız bir qərar q əbul edildiyini, iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab etdiyini bildirərək, Culfa Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(089)221/2023 nömrəli qətnaməsinin ləğv olunub, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Culfa rayon Notariat ofisinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, Notariat ofisinin notariusu Səbuhi Əmirov 08 dekabr 2023-cü il tarixdə kollegiyaya məktub göndərərək, məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçrilməsini xahiş etmişdir. Kollegiya cavabdehin məktubunu nəzərə a laraq Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında 40 il əvvəl anasının icazə ilə iddiaçının atası-mərhum X4 onun anasının dədə-baba torpağı olan torpağından bugünə qədər istifadə etdiyini, anasının da sonuncuya “bunun qarşılığında Culfa rayonunda torpaq verərsiniz” dediyini, iddiaçı tərəfin öz adlarına salmadan həmin torpağı neçə illər istifadə etdiklərini, iddiaçının atasının 2017-ci ildə onu çağırdığını, birlikdə Notariat ofisinə getdiklərini, həmin müqaviləyə imza atdıqlarını, həmin zaman İddiaçı da orada olduğunu, aralarında torpağın dəyişdirilməsinə görə müqaviləni imza etdiklərini, hətta Mehmanın atasının ona zarafatyana “mən də b u torpağı sənə hədiyyə etdim” dediyini, indiyə qədər iddiaçının onların torpağından istifadə etdiyini və indi də gəlib ona qarşı iddia qaldırdığını, müqaviləni dəyişmə müqaviləsi zənn etdiyi üçün onu imzaladığını, notariusda olan alqı-satğı müqaviləsində olan pul söhbətindən xəbərinin olmadığını, həmin müqaviləyə bilmədən imza atdığını, 06 sentyabr 2017-ci ildə Notariat ofisində torpağın dəyişilməsinə görə müqaviləyə imza çəkdiyini, həmin müqaviləni oxumadığını, iddiaçının Culfa rayonunda olan torpağı ona Yaycı kəndində olan torpaqdan istifadə etdiyinə görə verdiyini qeyd edib, apellyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında Culfa rayonunda olan torpağı cavabdehə satdığını, cavabdehin də bunun müqabilində ona həm müqavilədə nəzərdə tutulmuş 5300 manat pulun həm də Yaycı kəndində olan torpağı verəcəyini, lakin bu günə kimi həmin müqavilənin şərtlərinə əməl etmədiyini və həmin torpağı iddiaçıya vermədiyini, Culfa rayon Yaycı kəndindəki torpağın Adilin anasının mülkiyətində olduğunu, hətta birinci instansiya məhkəməsinin prosesinin gedişində cavabdehin anasının Asan Xidmət mərkəzində həmin Yaycı kəndində olan torpağın bəzi hissələrinin Yavər və İlham adlı şəxslərə satdığını, alqı-satqı müqavilə bağlandığı vaxt Adilin ona torpağa görə müqavilədə göstərilən pul məbləğini ödəmədiyini, atasının o vaxtlar ona “eybi yoxdur Adil qoy getsin işləsin, anasına deyərəm torpağın pulunu verər” dediyini, uzun müddət cavabdehin gah Türkiyədə, gah da Ukray nada işlədiyindən onunla əlaqə yaradıb pulu ala bilmədiyini, cavabdehin onu aldadıb pulu vermədiyini, iddia müddətinin bitməsinə az qaldığından məcbur qalıb cavabdehi məhkəməyə verdiyini qeyd edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul e dilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Culfa Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(089)-221/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Ko mitəsi tərəfindən verilmiş ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindın çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 31 iyul 2017ci il tarixdə **********15 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 06 sentyabr 2017-ci il tarixli, ******* nömrəli alqı-satğı müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha olan torpaq sahəsini Cavabdeh oluna satmış, alqı-satğı müqaviləsində torpaq sahəsinin satış qiyməti 5300 manat müəyyən olunmuşdur. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş ******* nömrəli Hüquqların D övlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindın çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha olan torpaq sahəsinə Cavabdeh mülkiyyət hüququ 03 oktyabr 2017-ci il tarixdə (**********15 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi) qeydiyyata alınmışdır. Kollegiya apellyasiya şikayətində qeyd olunan cavabdehin Mehmanla Culfa şəhər notariat ofisinə gedərək dəyişmə yolu ilə onun bütün xərclərini qarşılayaraq həmin, yəni Mehmanın iddia etdiyi torpaq sahəsini öz adına dəyişmə yolu ilə keçirməsi, təxminən 2-3 ay olar ki, Mehmanın artıq onun mülkiyyətində olan əmlakın pulunu tələb etməsi, hətta Mehmanın bununla bağlı Culfa Rayon Məhkəməsində iddia qaldırması dəlili ilə əlaqədar qeyd edir ki, iş materiallarına əlavə olunmuş qeyd olunan sənədlərd ən də aydın olduğu kimi İddiaçı ilə Cavabdeh arasında yaranmış öhdəlik hüquq münasibəti dəyişdirmə müqaviləsindən deyil, daşınmaz əmlakın alqı-satğı müqaviləsindən irəli gəlir. Birinci instansiya məhkəməsində iştirak etmiş Culfa rayon notariat ofisinin nümayəndəsi X7 da bunu öz izahatında təsdiq edərək qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha olan torpaq sahəsinin alqı-satqısı ilə bağlı İddiaçı 06 sentyabr 2017-ci il tarixdə notariat ofisinə müraciət etmiş, notariat ofisinə qanunvericiliklə müəyyən olunmuş zəruri sənədlər təqdim edilmişdir. 06 sentyabr 2017-ci il tarixdə İddiaçı və Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha torpaq sahəsinin alqı-satqısı müqaviləsi bağlanmış, müqavilədə torpaq sahəsinin satış qiyməti 5300 manat qeyd edil mişdir. Mülki mübahisənin tərəfləri arasında bağlanmış 06 sentyabr 2017-ci il tarixli, ******* nömrəli alqı-satğı müqaviləsinə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha olan torpaq sahəsinin əvəzinə 5300 manat pul məbləğini nəğd olaraq İddiaçı ödədiyi qeyd olunmuşdur. Müqaviləninin 18-ci bəndinə əsasən müqaviləyə dəyişiklik və əlavələrin olması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Müqaviləninin 19-cı bəndinə əsasən tərəflərin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Müvafiq alqı-satğı müqaviləsi ilə tərəflərə ( İddiaçı və Cavabdeh) hüquq və vəzifələri izah edilməklə, notariat hərəkətinin aparılmasının nəticələr i barədə xəbərdarlıq edilmiş, müqavilə tərəfləri isə müqavilədən irəli gələn hüquq və vəzifələrinin izah olunub, nəticələri barədə xəbərdarlıq olunmalarını öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüquq unun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddənin məzmunundan da aydın olduğu kimi, alqı-satğı müqaviləsinin etibarlı hesab edilməsi üçün müqavilə tərəfləri qarşılıqlı olaraq öz öhdəliklərini yerinə yetirməlidirlər. Lakin Cavabdeh 06 sentyabr 2017-ci il tarixli, ******* nömrəli alqı-satğı müqaviləsinə əsasən yaranmış öhdəliyini yerinə yetirməyərək daşınmaz əmlakın əvəzinə müəyyənləşdirilmiş pul məbləğ ini (qiyməti) ödəməmişdir. Qeyd olunan hal cavabdehin birinci instansiya və apellyasiya instansiya məhkəmələrində keçirilmiş məhkəmə baxışı iclaslarında verdiyi izahatlarla da öz təsdiqini tapır. Belə ki, Cavabdeh izahatlarında bildirir ki, onlar arasında alqı-satğı deyil, dəyişmə müqaviləsi bağlanmışdır, iddiaçının atasının onun anası ilə 0.0505 ha torpaq sahəsinin əvəzində anasının Culfa rayonunun Yaycı kəndində mülkiyyətində olan 840 kv.m torpaq sahəsinin iddiaçının adına rəsmləşdiriləcəyi barədə razılaşdıqlarını, bu razılaşmaya əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha olan torpaq sahəsinin Cavabdeh adına keçirildiyini, buna görə də iddiaçıya alqı-satğı müqaviləsində qeyd edilmiş 5300 manat pulu vermədiyini, bu barədə razılaşmalarının olmadığını qeyd etmişdir. Göründ üyü kimi alqı-satğı müqaviləsində qeyd edilmiş 5300 manat müəyyənləşdirilmiş pul məbləğini daşınmaz əmlakın əvəzinə iddiaçıya ödəmədiyini cavabdeh özü də etiraf edir. Azərbaycan Respublikası MM-nin 421.1-421.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İş materia llarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli məktubdan aydın olur ki, İddiaçı Cavabdeh məktub vasitəsi ilə müraciət edərək bildirişi aldıqan sonra 5 gün ərzində alqısatğı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi barədə razılığa gəlinməsi imkanının müzakirə edilməsini cavabdehə təklif etmiş, lakin buna baxmayaraq iddiaçının xəbərdarlığı nəticəsiz qalmışdır. Kollegiya hesab edir ki, işin yuxarıda sadalanmış hallarında da göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, qeyd edilən hal cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozduğundan birinci instansiya məhkəməsi düzgün olaraq alq-satqı müqaviləsinin ləğv edilməli olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişd irilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində qeyd olunmuşdur ki, “Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqları nın dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İş materiallarına əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha olan torpaq sahəsinə Cavabdeh mülkiyyət hüququnun əmələ gəlməsinin əsasını isə müvafiq alq-satqı müqaviləsi təşkil etdiyindən və müvafiq əqd ləğv edildiyindən, həmin hüquqa dair qeydiyyat, yəni hüququn tanınması və təsdiq olunması barədə 03 oktyabr 2017-ci il tarixli, (**********15 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi) ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv e dilməsi hissəsində də birinci instansiya məhkəməsi düzgün, əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətində cavabdehin anası X5 40 il əvvəl İddiaçı mərhum atası X1 Culfa rayon Yaycı kəndində yerləşən sahəsi 840 kv.m olan torpaq sahəsini istifadə etməsi üçün Ə.Qəhrəmana verməsi, anasının torpaq sahəsini Ə.Qəhrəmana verərkən övladlarının Culfada yaşadığını, vaxtı gələndə həmin əmlakın qarşılığında Qəhrəmanın da onlara Culfadan torpaq alıb verməsi barədə razılaşdıqları,....anasının mərhum Ə.Qəhrəmana verdiyi torpaq sahəsinin üzərində fərdi yaşayış evi, ağaclıq sahə, kərpicdən divar olması, iddiaçı və atasının həmin əmlakdan rəsmi şəkildə öz adlarına keçirmədən istifadə etdikləri, Ə.Mehmanın atasının ölümündən sonra hazırda da həmin əmlakı öz adına keçirməd ən istifadə etməsi ilə bağlı göstərilənlərə münasibətdə qeyd edir ki, müvafiq hallar hazırkı iddia tələbinin predmeti olmadığından həmin hallara hüquqi qiymət verməyi kollegiya zəruri hesab etmir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbаycаn Respublikаsının Mülki-Prosessuаl Məcəlləsinin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş q üvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən kollegiya qətnaməni dəyişmədən, apel lyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393, 403, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı müqavilənin və çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(089)-221/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Culfa Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(089)-221/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına ka

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar