Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-172/2023 28.12.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi İddiaçı və Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Şərur Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(110)-846/2023 nömrəli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilən apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Şərur Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(110)-846/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək xx.xx.2023-cü il tarixdən hesablanmaqla, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinli k yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa görə 200 (iki yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi, qətnamənin alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi, iddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün bir uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla iki uşağa görə hər ay 440 (dörd yüz qırx) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(110)-846/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh vəkili və nümayəndəsi Vəkil 06 noyabr 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-846/2023 saylı qətnaməsinin dəyişdirilərək iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şika yətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İş üzrə Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qəbul edilmiş qətnamə maddi və prosessual qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Odur ki, məhkəmənin qətnaməsi cavabdehin maraqlarına uyğun gəlmədiyi üçün aliment məbləği ilə bağlı hissədə dəyişdirilməlidir. Ailə qanunvericiliyinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Hazırki iş üzrə də cavabdeh uşaqlarını saxlamaqdan imtina etməmiş, onlara olan valideynlik borcunu yerinə yetirməkdən yayınmamışdır. İddiaçının iş üzrə vermiş olduğu öz izahatından da göründüyü kimi onlar ailəliklə Türkiyə Respublikasının İstanbul şəhərində yaşamış və aralarında baş vermiş ailə mübahisəsi səbəbindən faktiki olaraq ayrılmışlar. Birgə yaşadıqları müddətdə isə uşaqlarının saxlanmasında aralarında heç bir mübahisə olmamışdır. İstinad edilən qanunvericiliyə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Lakin hazırki iş üzrə cavabdeh məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak etməmiş, bu səbəbdən də onun maddi durumu, əmək qabiliyyəti və s. araşdırılmadan iddiaçının vermiş olduğu izahata əsaslanmaqla maddi hüquq normasının pozulması ilə müşayiət olunan qətnamə qəbul edilmişdir. Hansı ki, cavabdeh İİİ dərəcəli əlil kimi qeydiyyatda dayanır və onun aldığ ı pensiya məbləği dövlət tərəfindən müəyyən edilmiş qaydalara əsasən 150 manat təşkil edir. Eyni zamanda tərəflər faktiki olaraq ayrıldıqları vaxtdan cavabdeh uşaqlarının saxlanmasından imtina etməmiş, valideynlərinin köməkliyi ilə olsa da uşaqlarının saxlanılmasında iddiaçıya yardımçı olmuş, öz valideynlik vəzifələrini mümkün səviyyədə icra etməyə çalışmışdır. Lakin bu hallar məhkəmə tərəfindən araşdırılmamış, həmçinin, iddiaçı tərəf cavabdehin məhkəmə iclasında iştirak etməməsindən yararlanaraq məhkəməni yayındırmış və iş üzrə ədalətli qərarın qəbul edilməsinə maneə olmuşdur. Hansı ki, məhkəmə tərəfindən də qeyd edilən xüsusatlara aydınlıq gətirilməmiş, qanunvericiliyə əsasən ölkə üzrə bir uşağın saxlanması üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin demək olar ki, tam hissəsi cavab deh tərəfindən iddiaçıya ödənilməli olan aliment məbləği kimi müəyyən edilmişdir. Buna görə də göstərilənlərə əsaslanaraq məhkəmə qətnaməsinin maddi hüquq normalarının pozulması şərti ilə qəbul edilməsi səbəbindən həmin qətnamə dəyişdirilməlidir. Qanunvericiliyin tələbinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır və bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Baxılan iş üzrə isə cavabdehin hazırda müalicə məqsədilə Türkiyə Respublikasında olması işin hərtərəfli, tam və obyektiv araşdırılmasına mane olmuş, məhkəmə yalnız iddiaçının bildirdiyi xüsusatlara inanmaqla iddia tələbinə uyğun qətnamə qəbul etmişdir. Hansı ki, işin araşdırılması məqsədilə iş üzrə iddiaçı nın nümayəndə və ya qanuni nümayəndəsinin iştirakının zəruri hesab edilərək təmin edilməsi halında əslində cavabdehin əmək qabiliyyətli olmayan biri olması müəyyən edilməklə iş üzrə ədalətli qərarın qəbul edilməsi mümkün ola bilərdi. Digər tərəfdən məhkəmə tərəfindən qəbul edilmiş qətnaməyə əsasən iddiaçı cavabdehin Türkiyə Respublikasının İstanbul şəhərində yaşayaraq işləməsi, eyni zamanda onun 1500-2000 manata yaxın əmək haqqı almasını iddia etsə də, o bu faktı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmçinin cavabdehin əmək qabiliyyətli olmayan biri olaraq İİİ dərəcə əlil kimi qeydiyyatda dayanmasını da məhkəmədən gizlətmişdir. Hansı ki, prosessual qanunvericiliyə görə sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Nə qədər ki, cavabdeh məhkəmə proseslərində iştirak edə bilməmişdir, ona qarşı irəli sürülmüş iddia tələbi üzrə etiraz və şikayətlərini məhkəməyə bildirmək imkanı olmamışdır. İddia tələbi üzrə zəruri sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin, məhkəmənin ədalətli qərarın qəbul edilməməsi məqsədilə ilə yayındırılması səbəbindən sübutetmə ilə bağlı prosessual qanunvericilik pozulmuş və düzgün tətbiq edilməmişdir. Qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən, guya cavabdeh Türkiyə Respublikasının İstanbul şəhərində işləməklə ayda 1500-2000 manat əmək haqqı alır. İddiaçı qeyd etdiyi faktla bağlı təbii ki, məhkəməyə sübut təqdim etmək imkanına malik deyil. Həmçinin cavabdehin əmək qabiliyyətsiz olaraq qeyd edilən əmək haqqı ilə təmin ediləcək işlə məşğul olması da ağlabatan görünmür. Belə ki, məhkəmə qətnaməsindən də göründüyü kimi, tərəflər faktiki olaraq ayrılsalar da, onlar arasındakı nikah pozulmamışdır və yəqin ki, cavabdehin qeyd edilən gəlirə malik olması onlar arasındakı ailə münasibətinin pozulmasına da imkan verməzdi. Ehtimala əsasən iş üzrə tərəflərin gəlirinin yetərli olmaması onlar arasındakı ailə münasibətinin pozulmasına səbəb olmuşdur ki, qeyd edilən faktın da iş üçün mühüm əhəmiyyət daşıması və məhkəmə tərəfindən iş üzrə bütün faktiki halların araşdırılmaması qənaətindəyik. Qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən, iş üzrə iddiaçının vermiş olduğu izahatına uyğun olaraq məhkəmə bu qənaətə gəlmişdir ki, tərəflər 2013-cü ildə rəsmi nikaha girib ailə qurmuş və onların birgə nikahından 2017-ci və 2020-ci ildə iki övladları doğulmuş və onlar 2022-ci ilin avqust ayından faktiki olaraq ayrılmışlar ki, guya həmin tarixdən c avabdeh uşaqları ilə maraqlanmamış, onların tələbatının ödənilməsində iddiaçıya heç bir yardım göstərməmişdir. Cavabdeh tərəfin məhkəmədə iştirak edə bilməməsi iddiaçının işinə yaramış və o, istəyinə uyğun olaraq məhkəməni öz iddiasına inandırmışdır. Hansı ki, ötən müddət ərzində cavabdeh valideynləri vasitəsilə mümkün qədər iddiaçıya uşaqlarının saxlanılmasında yardımçı olmuş və ailə münasibətlərinin bərpa olunmasına çalışmışdır. Lakin, iddiaçı məhkəmə zamanı cavabdehin hər hansı formada ona etmiş olduğu maddi yardım barədə bildirməmiş, cavabdehin əlil olduğunu məhkəmədən gizləməklə iş üçün əhəmiyyətli olan cavabdehin ona heç bir köməklik göstərməməsi və cavabdehin guya Türkiyə Respublikasında işləməklə aldığı əmək haqqı barədə məlumatları sübuta yetirə bilməmişdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinə dair qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən xx.xx.2017-ciil təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa 200 (iki yüz) manat olmaqla, ümumilikdə iki uşaq üçün 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə aliment məbləğini təyin edərkən, "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa istinad etmişdir ki, həmin qanuna görə 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilib. Eyni zamanda ailə qanunvericiliyinin tələbinə görə valideynlər uşaqları barəsində bərabər hüquqa malikdirlər. Bundan başqa iddiaçı tərəf məhkəmədə izahat verərkən cavabdehin əlil olması və onun aldığı təqri bi pensiya məbləği barədə də məlumatların gizlədilməsi səbəbindən hazırki iş üzrə məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyil. İş üzrə qəbul edilmiş qətnamədən də məlum olur ki, tərəflər arasında nikah pozulmamışdır və cavabdeh hazırda faktiki olaraq Türkiyə Respublikasındadır. Eyni zamanda əlilliyi ilə əlaqədar ona ödənilən müavinətin valideynləri tərəfindən uşaqlarının saxlanılması məqsədilə iddiaçıya ödənilməsi səbəbindən aralarında hər hansı məhkəmə mübahisəsinin olmayacağını düşünmüş, bu səbəbdən də məhkəmə proseslərində iştirak etməmişdir. Buna görə də o, əlilliyi və eyni zamanda əmək qabiliyyətinin olmaması ilə bağlı zəruri sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilən əsaslara görə onlar tərəfindən təqdim edilmiş sübutların prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq apellyasiya kollegiyası tərəfindən qəbul edilərək Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-846/2023 saylı qətnaməsinin dəyişdirilərək iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında Şərur Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(110)846/2023 nömrəli qətnaməsi ilə razı olmadığını, cavabdehin faktiki olaraq Türkiyə Respublikasının İstanbul şəhərində yaşadığını və bu səbəbdən məhkəmə iclasında iştirak etmədiyini, Cavabdeh sağlamlıq imkanının məhdud olması ilə bağlı müvafiq sənədləri apellyasiya şikayətinə əlavə etdiklərini, onun İİİ dərəcə əlil kimi hər ay 150 manat müavinət aldığını, təmsil etdiyi Cavabdeh uşaqların ın saxlanılması üçün aliment ödəməyə etirazı olmadığını, lakin məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment pulunun onun qazancı ilə uyğunluq təşkil etmədiyini hesab etdiyini, çünki cavabdehin müəyyən olunmuş aliment pulunu ödəməyə maddi imkanının çatmadığını, hər ay qət edilmiş aliment pulunun ödənilməsinə onun atasının köməklik göstərdiyini, bu səbəbdən də alimentin miqdarının azaldılmasını tələb etdiyini, tərələr arasında olan nikah qeydinin pozulmadığını, bu baxımdan alimentin yuxarı həddə müəyyən olunmasının gələcəkdə onların arasında olacaq barışıq imkanlarını itirərək münasibətlərini daha da kəskinləşdirə biləcəyini, bu səbəblərdən təyin edilmiş alimentin məbləğinin azaldılmasını zəruri hesab etdiyini, cavabdehin uşaqlarından imtina etmədiyini, ailəsinin bərpasını istədiyini, idd iaçı ilə birgə nikahlarından isə 2 uşaqlarının olduğunu, atasının köməkliyi ilə uşaqların hər birinə 150 manat olmaqla, ümumilikdə 300 manat aliment ödəyə biləcəyini hesab etdiyini, cavabdehin işləyərək qazanc əldə etməsi barədə sübutunun olmadığını, tərəflərin 2022-ci ilin avqust ayından ayrı yaşadıqlarını, uşaqlarının da iddiaçı ilə qaldığını, ayrı yaşadıqları müddətdə cavabdehin atasının uşaqların saxlanılması üçün iddiaçıya maddi köməklik etdiyini, cavabdehin isə ailənin bərpası üçün Naxçıvana gəlməsinə baxmayaraq iddiaçı ilə aralarında barışıq olmadığından yenidən Türkiyə Respublikasına qayıdıb getdiyini, cavabdehin bacısı və anası ilə birlikdə Türkiyə Respublikasında yaşadığını, bacısı ərinin öldüyünü, cavabdehin bacısıgilin ev işinə və ailə təsərrüfatına köməklik etdiyini bildiyini, ancaq konkret olaraq cavabdehin işləməsi barədə məlumatının olmadığını, ailə və təsərrüfat işləri deyəndə onların hər hansı bir mağazasının olduğunu və cavabdehin də həmin mağazada bacısına köməklik etdiyini nəzərdə tutduğunu, tərəflərin birlikdə yaşadıqları müddətdə ailənin qorunub saxlanması və maddi təlabatlarının ödənilməsi üçün cavabdehin valdeynlərinin daim onlara maddi köməklik göstərdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsini və Şərur Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(110)-846/2023 nömrəli qətnaməsinin dəyişdirilərək iddia tələbinin qismən təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında cavabdehin səhhətində xəstəliyin yaranmasının onun təxminən 16-17 yaşı olarkən baş ver diyini, ancaq müalicə olunaraq sağaldığını, sağ əlinin barmaqları olmadığından isə ona dövlət tərəfindən İİİ dərəcə əlillik təyin edildiyini, buna baxmayaraq cavabdehin əmək qabiliyyətli olduğunu, onun cavabdehlə birlikdə işlədiyindən Türkiyənin İstanbul şəhərində işləməklə yaxşı qazanc əldə etdiyini deyə biləcəyini, belə ki, cavabdehin anası ilə birlikdə tekstildə işləyib paltar tikməklə məşğul olduğunu, onların birlikdə yaşadıqları müddətdə kirayə mənzildə qaldıqlarını, cavabdehin bacısıgilin isə özlərinə məxsus evləri olduğunu, əvvəllər cavabdehin anasının da onlarla yaşadığını və onun işləməsi səbəbindən qayınanasının öz nəvəsinə baxmaq üçün hər həftə ondan 600 türk lirəsi məbləğində pul aldığını, cavabdehin bacısı əri öldüyündən hazırda qayınanasının qızı ilə birlikdə yaşadığını, ailə münasibətlərinin pozulmasına səbəb isə cavabdehin 3 uşaqlı bir qadınla əlaqəsinin olmasından qaynaqlandığını, buna görə aralarında dəfələrlə mübahisə olsa da qayınanasının hər dəfə oğlunun tərəfini saxladığını, onun isə uşaqlarının xatirinə birgə yaşadıqları evi tərk edərək ailə münasibətlərini bitirmək istəmədiyini, birgə yaşadıqları evdən çıxmağına cavabdehin məcbur etdiyini, cavabdehin əvvəl uşaqları da ona vermək istəmədiyini, ancaq Türkiyədə olanda polisə müraciət etdikdən sonra uşaqları ona qaytarmağa məcbur olduğunu, onun uşaqlarla birlikdə öz atasının evinə qayıtdığını, onun qayınatasından heç bir narazılığının olmadığını, cavabdehlə ayrı yaşadıqları müddətdə bir valideyn kimi övladlarına göstərilməli olduğu maddi qayğını, babaları kimi qayınatasından gördüyünü, uşaqlarının saxlan ılması üçün cavabdehin könüllü olaraq aliment ödəmədiyini gördüyündən məcbur qalaraq məhkəməyə müraciət etdiyini, məhkəmənin məlum qətnaməsi ilə uşaqların saxlanılması üçün onların hər birinə 200 manat olmaqla, 400 manat aliment qət olunduğunu, uşaqların hazırda 4 və 6 yaşları olduğunu, özünün heç bir yerdə işləmədiyini, müəyyən olunmuş aliment pulu ilə onların maddi təlabatlarını birtəhər qarşıladığını, hazırda 1 il 4 aydır ayrı yaşadıqlarını, cavabdehin bu müddətdə öz səhvini başa düşəcəyini hesab etdiyini, ancaq zaman keçdikcə öz düşüncələrində nə qədər yanıldığını görüb təəssüf hissi keçirdiyini, hazırda cavabdehin uşaqların saxlanılması üçün təklif etdiyi 300 manat aliment pulunu qəbul etmədiyini, əvvəllər ailənin bərpa olunmasını onun da istədiyini, ancaq son bir ayda baş verən hadis ələrdən sonra bunun artıq mümkün olan iş olmayacağını hesab etdiyini, cavabdehin əlilliyinin 8-9 yaşlarından yarandığını, Türkiyəyə işləməyə gedəndə isə artıq onun əlilliyinin mövcud olduğunu, birlikdə yaşadıqları müddətdə cavabdehin hər ay üçün 14000-15000 min türk lirəsi əmək haqqı aldığını, həmin qazancı Azərbaycan manatı ilə əvəz etdikdə bunun hər ay üçün 1000 manat təşkil etdiyini, hazırda isə daha yüksək əmək haqqı aldığını, lakin buna baxmayaraq cavabdehin qazancı barədə əlində mötəbər sübutunun olmadığını, onun işlədiyi müddətdə hər ay üçün 10000 türk lirəsi aldığını, gecə qalıb işləyəndə isə aldığı əmək haqqının 2 mislini ödədiklərini, ayrı yaşadıqları müddətdə cavabdehin gəlib uşaqlarını görüb onunla söhbət etdiyini, onun cavabdehin ailəni bərpa etmək istədiyini düşündüyünü, an caq cavabdehin ona bundan sonra birlikdə yaşaya bilməyəcəklərini bildirdiyini, onun uşaqlarla birlikdə əmisinə məxsus olan evdə yaşadığını, hazırda cavabdehin maddi vəziyyətini nəzərə alaraq onun hər ay üçün iki uşağın saxlanılmasına görə 350 manat aliment ödəməsinə etiraz etmədiyini bildirərək, apellyasiya şikayətinin qismən təmin olunaraq Şərur Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(110)-846/2023 nömrəli qətnaməsinin dəyişdirilib alimentin miqdarının 350 manat müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını müm kün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhk əmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə Türkiyə Respublikasında el adət-ənənələrinə uyğun olaraq ailə qurduqlarını, nikahlarının xx.xx.2013-cü il tarixdə Şərur rayon Çərçiboğan kənd İƏD üzrə Nümayəndəlikdə nikah aktı qeydi kitabında 10 № ilə rəsmi nikah qeydiyyatına alındığını, birgə yaşadıqları müddətdə ailə münasibətinin yaxşı olduğunu, aralarında heç bir ailə məişət zəminində mübahisələrinin olmadığını, ailə təsərrüfatını birgə idarə etdiklərini, onların bu nikahdan iki övladları - xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 doğulduğunu, ailə qurduqdan sonra Türkiyə Respublikasında İstanbul şəhərində yaşadıqlarını, bir müddət birgə yaşadıqdan sonra xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən cavabdehlə tez-tez ailə-məişət zəminində mübahisə etməyə başladıqlarını, bunun da ailə münasibətlərində soyuqluğun yaranmasına səbəb olduğunu, onun Cavabdeh bu kimi hərəkətlərinə artıq dözə bilməyib 2022-ci ilin avqust ayında iki azyaşlı övladı ilə birlikdə Şərur rayon Çərçiboğan kəndində yaşayan valideynlərinin yanına qayıtdığını, həmin tarixdən onların cavabdehlə ayrı yaşadıqlarını və ailə təsərrüfatını birgə idarə etmədiklərini, ayrı yaşadıqları müddətdə Cavabdeh bir dəfə də olsun onlarla maraqlanmadığını, gündəlik zəruri tələbatlarının qarşılanmasına maddi cəhətdən köməklik göstərmədiyini, onların gündəlik zəruri tələbatlarını valideynlərinin qarşıladığını, uşaqların bütün qayğısını onun çəkdiyini, onların qayğısı na qalmaq və onların gündəlik zəruri tələbatlarını qarşılamaq tək qadın olaraq onun üçün çox çətin olduğunu, ona görə də Cavabdeh azyaşlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün ona aliment ödəməli olduğunu, Cavabdeh maddi imkanın yaxşı olduğunu, İstanbul şəhərində tekstil fabrikində işlədiyini və ayda 1500-2000 manat pul qazandığını, onun azyaşlı uşaqlarının saxlanılması üçün aliment ödənilməsinin cavabdehi maddi cəhətdən çətinliyə salmayacağını bildirərək birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün bir uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla iki uşağa görə hər ay 440 (dörd yüz qırx) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilm əsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən və işin araşdırılmış hallarından aydın olur ki, Cavabdeh ilə X6 arasında 02 may 2013-cü il tarixdə Şərur rayon Çərçiboğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra qadına “Hüseynova” soyadı verilmiş (bu barədə AZ-İ, 688935 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir), onların birgə nikahından Türkiyə Respublikasının İstanbul şəhərində xx.xx.2017-ci il tarixdə Bahar adlı qızları və xx.xx.2020-ci il tarixdə Hüseyin adında oğlanları doğulmuşdur (Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğu tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-lV seriyalı, 20 4181 nömrəli və xx.xx.2020-ci il tarixdə verilmiş AZ-lV seriyalı, 371338 nömrəli doğum haqqında şəhadətnamələr). Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin maddənin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci ma ddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödəni lməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun valideynlərin hüquq və vəzifələrini müəyyən edən 19-cu maddəsində göstərilir ki, valideyn lərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinin mənasına görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Həmin Konvensiyanın 27-ci maddəsin ə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola b ilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyr ənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 09 dekabr 2022-ci il tarixli «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşa yış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ tərəfindən verilmiş 18 oktyabr 2023-cü il tarixli, 08/1473 nömrəli arayışdan aydın olur ki, Hüseynov X8 MR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Şərur rayon şöbəsində qeydiyyatda durmaqla İİİ dərəcəli əlil kimi 150 manat sosial müavinət alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Kollegiya tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, diqqətəlayiq digər hal kimi cavabdehin İİİ dərəcəli əlil olmaqla onun əmək qabiliyyətini, gələcəkdə qətnamənin icrasının təmin edilməsinin mümkünlüyünü, alimentin miqdarının 350 manat məbləği miqdarında müəyyən olunmasına etirazının olmamasına dair iddiaçının kollegiyadakı izahatını nəzərə alaraq belə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin miqdarının müəyyən edilməsinə dair hissəsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndind ə göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və bu iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin bir uşağa görə 200 (iki yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment sözləri göstərilən hissəsi dəyişdirilməklə “bir uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment” və iddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumunun sözləri “iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 62 (altmış iki) manat məbləğində dövlət rüsumu” sözləri əlavə olunmalı, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.3, 392 və 402-ci mаddələrini rəhbər tutaraq kollegiya qətetdi: Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(110)-846/2023 nömrəli qətnaməsinin “bir uşağa görə 200 (iki yüz) manat olmaqla, ümumilikdə iki uşağa gö rə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin” və “iddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu” sözləri göstərilən hissəsi dəyişdirilsin. Həmin hissəyə “bir uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment” və “iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 62 (altmış iki) manat məbləğində dövlət rüsumu” sözləri əlavə edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(108)-172/2023
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-172/2023
28.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver