Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-178/2023 28.12.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X5 və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(079)-527/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “07” sentyabr 2023-cü il tarixdə vəkili və nümayəndəsi X6 vasitəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin 14 fevral 2012-ci il tarixli, 2(079)-7/2012 nömrəli qətnaməsi ilə müəyyən edilmiş Cav abdeh tutulan alimentin tutulma qaydasının dəyişdirilməklə, 02 noyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə 09 oktyabr 2023-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddianın predmetini dəyişərək Babək Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli, 2(079)-173/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsaslanmaqla mülki işə alimentin miqdarının dəyişdirilməsi-artırılması çərçivəsində baxmışdır. Babək Rayon Məhkəməsi nin 27 oktyabr 2023-cü il tarixli, 2(079)-527/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, Babək Rayon Məhkəməsinin 31 may 2016cı il tarixli, 2(079)-173/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, tərəflərin birgə nikahından olan övladları 02 noyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 160 (bir yüz altmış) manat miqdarında alimentin tutularaq anası İddiaçı ödənilməsi, Cavabdeh 16 (on altı) manat, 20 (iyirmi) qəpik miqdarında rüsumun tutularaq, dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Res publikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Babək Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(079)-527/2023 nömrəli qətnaməsində qismən dəyişiklik edilərək, kəsilmiş aliment miqdarının azaldılmaqla, 2 noyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin tutularaq anası İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır ona görə ki, onun hal-hazırda rəsmi iş yeri yoxdur. Allahverdiyev Əlidən başqa dörd uşağı da var. Onların da qarğısına qalıb, ehtiyaclarını ödəməlidir. Birincisi ikinci nikahından olan dörd övladından biri ikinci dərəcəli əlildir. Onun da əlavə xərcləri olur. Onun öz evi y oxdur, neçə ildir ki, kirayədə qalır. Əlavə olaraq da ayda 200 manat kredit ödəyir. Krediti də oğlu Allahverdiyev Adilin xəstəliyi üçün götürüb. Halhazırda Adil müalicə alır. İkincisi İddiaçı qeyd edir ki, işləmir, amma bu doğru deyil. Hansı ki, bu həqiqəti əks etdirmir. Tutunun rəsmi iş yeri var və yaxşı da əmək haqqı var. Üçüncüsü qətnamə ilə onun uşaqla həftədə bir dəfə görüş hüququ müəyyən edilsə də, Tutu ona övladı ilə görüşməyə icazə vermir. Onun kəsilən məbləğdə aliment ödəməyə gücü çatmır. Bu məbləğdə alimenti ödəmək onun imkanları xaricindədir. Bütün bunlar alimenti heç bir əsas olmadan, onun imkanları xaricində yüksək şəkildə kəsən Babək Rayon Məhkəməsinin qətnaməsinin qərəzli və qeyri-obyektiv olduğunu sübut etməkdədir. Bir daha qeyd etməyi zəruri hesab edir ki, Babək Rayon Məhk əməsində məhkəmə araşdırılması dövründə iddiaçı tərəf məhkəməyə onun qazancı barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmənin hansı sübuta söykənərək bu qədər aliment kəsməsinin heç bir hüquqi əsası yoxdur ya onun üçün anlaşılan deyildir. O, uşağını saxlamaqdan heç vaxt boyun qaçırmır, lakin məhkəmə iddiaçının heç bir sübut və əsası olmadan yalnız onun istək və arzusu ilə bu qədər yüksək aliment kəsməsini qanunsuz və qərəzli sayır. Azərbaycan Respublikasının Ailə Məcəlləsində də göstərilib ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. İddiaçı da uşaqlarını saxlamağa borcludur. Bu onun bir ana kimi borcudur. Yuxarıda qeyd olunan səbəblərdən də Babək Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(079)-52//2023 nömrəli qətnaməsi ilə Babək Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli, 2(079)-173/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, tərəflərin birgə nikahından olan 02 noyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ondan 160 (bir yüz altmış) manat miqdarında alimentin tutularaq, anası İddiaçı ödənilməsi barədə qətnamənin qismən dəyişdirilərək alimentin miqdarının azaldılmasını istəyir. O, övladının saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment ödəyə bilər, bundan artıq miqdarda kəsilmiş alimentin tərəfindən ödənilməsi imkanı xaricindədir. Hesab edir ki, məhkəmə yuxarıda qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan və düzgün qiymətləndirmə aparmadan qətnamə qəbul etmişdir. Beləliklə də Babək Rayon Məhkəməsi işə baxarkan bir sıra qanunvericilik normalarını düzgün tətbiq etməmişdir. Apellyator sonda Babək Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(079)527/2023 nömrəli qətnaməsində qismən dəyişiklik edilərək, kəsilmiş aliment miqdarının azaldılmaqla, 2 noyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq anası İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. İddiaçı tərəfindən kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh kollegiyadakı izahatında apellyasiya şikayətini müdafiə edərək Babək Rayon Məhkəmə sinin 27 oktyabr 2023-cü il tarixli, 2(079)-527/2023 nömrəli qətnaməsində qismən dəyişiklik edilərək, kəsilmiş aliment miqdarının azaldılmaqla, 2 noyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq anası İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı kollegiyadakı izahatında apellyasiya şikayətini qəbul etməyərək Babək Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(079)-527/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbayca n Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkə məsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun ol araq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materialla rını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu səbəbdən də gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, c avabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Beləliklə, yuxarıda da qeyd olunduğu kimi Cavabdeh apellyasiya şikayətinin əsas dəlilləri kimi “onun hal-hazırda rəsmi iş yeri olmadığını, Allahverdiyev Əlidən başqa dörd uşağının da olduğunu, onların da qayğısına qalıb, ehtiyaclarını ödəməli olduğunu, ikinci nikahından olan dörd övladından birinin ikinci dərəcəli əlil olduğunu, onun da əlavə xərcləri olduğunu, öz evi olmadığını, neçə ildir ki, kirayədə qaldığını, əlavə olaraq da ayda 200 manat kredit ödədiyini, hal-hazırda Adilin müalicə aldığını, İddiaçı işləmədiyini qeyd etdiyini, amma bunun doğru olmadığını, bu Tutunun rəsmi iş yeri olduğunu və yaxşı da əmək h aqqı aldığını, onun kəsilən məbləğdə aliment ödəməyə gücü çatmadığını, bu məbləğdə alimenti ödəməyin onun imkanları xaricində olduğunu, bütün bunların alimenti heç bir əsas olmadan, onun imkanları xaricində yüksək şəkildə kəsən Babək Rayon Məhkəməsinin qətnaməsinin qərəzli və qeyri-obyektiv olduğunu sübut etdiyini, Babək Rayon Məhkəməsində məhkəmə araşdırılması dövründə iddiaçı tərəfin məhkəməyə onun qazancı barədə heç bir mötəbər sübut təqdim etmədiyini, məhkəmənin hansı sübuta söykənərək bu qədər aliment kəsməsinin heç bir hüquqi əsası olmadığını, iddiaçının da uşaqlarını saxlamağa borclu olduğunu, bunun onun bir ana kimi borcu olduğunu” göstərmişdir. Kollegiya cavabdehin yuxarıda göstərdiyi bütün bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən dəyişdirilərək, kəsilmiş aliment miqdarının azaldılması üçün əsas hesab etmir və qeyd edir ki, alimentin məbləği müəyyən edilərkən ilk növbədə tərəfin marağı deyil, qanuna uyğun olaraq uşaqların mənafeləri üstün götürülməlidir. Cavabdehin apellyasiya şikayətində dəlil kimi istinad etdiyi həmin hallar onun bir valideyn kimi uşağını sağlam şəraitdə böyütmə, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etmə, müstəqil həyata hazırlama, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlamalı olması, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi kimi vəzifələrindən azad edilməsi üçün əsas deyildir. Belə ki, mülki işin birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı tədqiq olunmuş hallarından məlum olmuşdur ki, tərəflər arasında 13 iyul 2010-cu ildə nikah bağlanmış, tərəflərin həmin nikahdan 02 noyabr 2010-cu il tarixdə övladları X7 doğulmuş, Babək Rayon Məhkəməsinin 14 fevral 2012-ci il tarixli, 2(079)-7/2012 nömrəli qətnaməsi ilə tərəflər arasından bağlanmış nikahın pozulması, onların birgə nikahından olan övladları X3 iddiaçının yanında qalması, cavabdeh X2 hər ay daimi iş yeri olduqda aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında, bu mümkün olmadıqda isə 50 manat aliment tutularaq 02 noyabr 2010-cu il təvəllüdlü X1 üçün iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli, 2(079)-173/2016 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən o da aydın olmuşdur ki, İddiaçı 02 may 2016-cı il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək, Babək Rayon Məhkəməsinin 14 fevral 2 012-ci il tarixli, 2(079)-7/2012 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək X1 üçün cavabdehdən hər ay sabit pul məbləğində 117 manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Babək Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli, 2(079)173/2016 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmaqla X1 üçün cavabdehdən hər ay sabit pul məbləğində 90 manat miqdarda alimentin tutulması qət edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli, 2(079)-173/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını məhkəmədən xahiş etmiş, Babək Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(079)-527/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, Babək Ra yon Məhkəməsinin 31 may 2016-cı il tarixli, 2(079)-173/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, tərəflərin birgə nikahından olan 02 noyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 160 (bir yüz altmış) manat miqdarında alimentin tutularaq uşağın anası İddiaçı ödənilməsi, Cavabdeh 16 (on altı) manat, 20 (iyirmi) qəpik miqdarında rüsumun tutularaq, dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli Plenum Qərarının 8.2 və 8.7-ci bəndlərində məhkəmələrə tövsiyyə olunmuşdur ki, “Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad et mir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 17-ci maddəsində qeyd olunur ki, uşağın ailədə valideyn ləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində isə qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Həmin Qanununun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq x ərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu isə hər il müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Beləliklə, kollegiya cavabdehin yuxarıda göstərdiyi dəlilləri işin halları ilə əlaqəli şəkildə təhlil edib, bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən dəyişdirilərək, kəsilmiş aliment miqdarının azaldılması üçün əsas hesab etmir və qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi alimentin ödəniş forması və məbləği müəyyən edilərkən ilk növbədə tərəflərin marağı deyil, qanuna uyğun olaraq uşaqların mənafeləri üst ün götürülməlidir. Qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə alimentin ödəniş qaydasını və miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini, həmçinin digər diqqətəlayiq olan halları nəzərə almalıdır. Lakin bu qayda və məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Kollegiya qeyd edir ki, cavabdeh hal-hazırda rəsmi iş yeri olmadığını, Allahverdiyev Əlidən başqa dörd uşağının da olduğunu, onların da qayğısına qalıb, eh tiyaclarını ödəməli olduğunu, ikinci nikahından olan övladlarından birinin ikinci dərəcəli əlil olduğunu, onun da əlavə xərcləri olduğunu, öz evi olmadığını, neçə ildir ki, kirayədə qaldığını, əlavə olaraq da ayda 200 manat kredit ödədiyini, hal-hazırda Adilin müalicə aldığını bildirsə də, qeyd edilən bütün bu hallar onu, ilk nikahından olan övladını normal saxlanılması vəzifəsindən azad etmir. Bundan əlavə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən hər iki tərəfin mənafeyini nəzərə almış və məhz mübahisənin diqqətəlayiq hallarını nəzərə almaqla iddia tələbini tam deyil, qismən təmin etmiş, 2023-cü ildə uşaqlar üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az məbləğdə aliment təyin etmişdir. Belə ki, Konstitusi ya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Kollegiya eyni zamanda qeyd edir ki, Ali Məhkəmənin yuxarıda qeyd olunmuş Plenum Qərarının 8.7-ci bəndində göstərilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haq qı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin ödəniş qaydası və məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmiş, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş ya şayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsində qeyd olunur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qanunvericiliyin sadalanan bu normasının mənasına görə sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması müəyyənləşdirilir. Bu zam an müəyyənləşdiriləcək məbləğ uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına kifayət etməklə yanaşı respublika ərazisində uşaqlar üçün müəyyən olunan yaşayış minimumuna uyğun olmalıdır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi Babək Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(079)527/2023 nömrəli qətnaməsi ilə 2023-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalmasını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sa yını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, onun yaşına uyğun olaraq təhsili ilə bağlı yaranmış xərcləri, həmçinin cavabdehin ikinci dəfə ailə qurmasını, onun uşaqlarının sayını, özünün fərdi sahibkar kimi fəaliyyət göstərdiyini və digər diqqətəlayiq halları nəzərə almaqla düzgün və ədalətli nəticəyə gəlmişdir. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün fak tiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(079)-527/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Babək Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(079)-527/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-ci maddəsinə uyğun olaraq “ Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan,..... az olan iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kolleg iyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..” Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(079)-527/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(079)-527/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-178/2023
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-178/2023
28.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver