Məhkəmə qərarları › İş №2(108)-19/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-19/2024

12.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-19/2024 12.01.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X7 və X2 ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqdan ayrı yaşayan valideynin məcburi xərclərə cəlb edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(078)-929/2023 nömrəli qətnaməsindən iddiaçının vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X6, 01 aprel 2010-cu il tarixdə anadan olmuş X8 v ə 28 mart 2014-cü il tarixdə anadan olmuş X1, təhsili və sağlamlığı üçün sərf olunan 2340 (iki min üç yüz qırx) manat əlavə xərclərə cəlb edilərək onlara sərf olunmuş məbləğin yarısının, yəni 1170 (min yüz yetmiş) manat vəsaitin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizəni məhkəməyə təqdim edərək, Cavabdeh qarşı uşaqdan ayrı yaşayan valideynin məcburi xərclərə cəlb edilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, həmin iş üzrə tələbinin həcminin artırılmasını istədiyini qeyd edərək xx.xx.2023-cü il tarixli mədaxil orderində göstərilən sənədlərin tərcümə olunması üçün ödənilmiş 120 (bir yüz iyirmi) man at məbləğində pulun Cavabdeh alınaraq ona verilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(078)-929/2023 saylı qərardadı ilə İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin təmin edilməsi, iddia tələbinə iddiaçının cavabdehlə birgə nikahdan doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X6, 01 aprel 2010-cu il tarixdə anadan olmuş X8 və 28 mart 2014-cü ildə anadan olmuş X1, təhsili və sağlamlığı üçün sərf olunan 2340 (iki min üç yüz qırx) manat əlavə xərclərə cəlb edilərək, onlara sərf olunmuş məbləğin yarısının yəni 1170 (min yüz yetmiş) manat vəsaitin və xx.xx.2023-cü il tarixli mədaxil orderində göstərilən sənədlərin tərcümə olunması üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi həddində baxılmas ı qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(078)-929/2023 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan İddiaçı vəkili Vəkil vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(078)-929/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulm uş 10 aprel 2008-ci il təvəllüdlü X6, 01 aprel 2010-cu il tarixdə anadan olmuş X8 və 28 mart 2014-cü il tarixdə anadan olmuş X1, təhsili və sağlamlığı üçün sərf olunan 2340 (ikimin üç yüz qırx) manat əlavə xərclərə cəlb edilərək onlara sərf olunmuş məbləğin yarısının, yəni 1170 (min yüz yetmiş) manat vəsaitin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-12/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh ilə aralarındakı 07 iyun 2007-ci il tarixli Naxçıvan Şəhər Nikah Evində bağlanmış və 156 nömrə ilə qeydə alınmış nikah pozulmuş və birgə nikahdan doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X10 onun, 01 aprel 2010-cu il tarixdə anadan olmuş X15 və 28 mart 201 4-cü il tarixdə anadan olmuş X9 anasının yanında qalması qət edilmişdir. Həmin qətnamədən o, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti vermiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qətnaməsi ilə uşaqların üçü də ona verilmişdir. Bu qətnamədən cavabdeh şikayəti üzrə kassasiya qaydasında Ali Məhkəmədə baxılmış və 2(102)-2106/2022 saylı Qərarla Naxçıvan MR Ali Məhkəməsinin qətnaməsi qüvvədə saxlanmışdır. Beləliklə uşaqların üçü də onun yanında saxlanılmışdır. Hazırda uşaqların təhsil, qidalanma, geyim və repetitor xərclərini, pensiyaçı olaraq qarşılaya bilmədiyi üçün Azərbaycan Respublikası AM-nin 75-ci maddəsinin tələblərinə əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqları üçün uşaqlara az da olsa aliment təyin olunmuşdur. Bu günə kimi cavabdeh qismən ödəniş etmişdir. Uşaqların əlavə təhsili, sağlamlığı üçün ümumilikdə 2340 manat vəsait sərf etmişdir. Bu xərclərə uşaqların ötən müddətdə sağlamlıqlarının bərpası üçün xəstəxanaya və apteklərə ödədiyi 126.31 manat, talona 50 manat, psixoloqa 230 manat, Manafın repetitor müəlliminə 120 manat (qəbzlə ödədiyi), Fatimə və Aysunun hazırlıq xərcləri, Aysunun musiqi təhsili üçün Qanon aləti 430 manat olmaqla, cəmi 956.31 manatdır. Həmçinin göstərilən müayinə və müalicələr nəticə vermədiyindən 23-25 mart 2023-cü il tarixlərdə Fatimə, Aysu və Manafın Türkiyə Respublikasının Ərzurum şəhəri Atatürk Universiteti Araştırma Xəstəxanasında və Buxara Xəstəxanasında müayinə və müalicə olunmaq üçün çəkilən xərcləri, yəni, şəxsi avtomobillə Naxçıvan şəhərindən İğdır şəhərinə getmək və qayıtmaq üçün avtomobil ə benzin yanacağı 30 manat, avtomobilin xarici ölkəyə çıxışı üçün yaşıl sığorta xərci 17 manat, İğdır şəhərindən Ərzurum şəhərinə avtobusa bilet 68 manat (750 tl), Ərzurum şəhərindən İğdır şəhərinə avtobusa bilet 50 manat (550 tl), Ərzurum şəhərində 2 günlük otel xərci 264 manat (2920 tl), Atatürk xəstəxanası Manaf və Aysu üçün müayinə xərci 88 manat (964 tl), X14 üçün müayinə xərci 504manat (5570 tl), yazılan resept üzrə dərmanların xərci 109 manat (1200 tl) olmaqla, cəmi 1130 manatdır. Əlavə xərclər bələdçi 19 manat (200 tl), taksi 19 manat (200 tl), şəhər içi avtobus 11 manat (120 tl), günorta və axşam yeməyi 145 manat (1600 tl) olmaqla, cəmi 194 manatdır. Bunlar cəmi 1324 manat, ümumilikdə çəkilən xərc isə 2340 manatdır. Bu xərclərin yarısının cavabdehdən tutulmalı olduğunu hesab edir. 22 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizəni məhkəməyə təqdim edərək, cavabdeh X4 qarşı uşaqdan ayrı yaşayan valideynin məcburi xərclərə cəlb edilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, həmin iş üzrə tələbinin həcminin artırılmasını istədiyini qeyd edərək xx.xx.2023-cü il tarixli mədaxil orderində göstərilən sənədlərin tərcümə olunması üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində pulun cavabdeh X3 alınaraq ona verilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(078)-929/2023 saylı qərardadı ilə İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin təmin edilməsi, iddia tələbinə iddiaçının cavabdehlə birgə nikahd an doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X6, 01 aprel 2010-cu il tarixdə anadan olmuş X8 və 28 mart 2014-cü ildə anadan olmuş X1, təhsili və sağlamlığı üçün sərf olunan 2340 (ikimin üç yüz qırx) manat əlavə xərclərə cəlb edilərək, onlara sərf olunmuş məbləğin yarısının yəni 1170 (min yüz yetmiş) manat vəsaitin və xx.xx.2023-cü il tarixli mədaxil orderində göstərilən sənədlərin tərcümə olunması üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində pulun cavabdeh X3 alınaraq ona verilməsi həddində baxılması qərara alınmışdır. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş 11 avqust 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək xx.xx.2023-cü ild ə Naxçıvan Şəhər Məhkəməsinə İddiaçı tərəfindən ona qarşı uşaqdan ayrı yaşayan valideynin məcburi xərclərə cəlb edilmə tələbinə dair iddia ərizəsi daxil olduğunu, iddia ərizəsinə etiraz olaraq iddiaçının 2 il yarım, nikah müddətində əldə etdikləri daşınar və daşınmaz əmlakların ona düşən 1/2 payından istifadə edərək kifayət qədər kirayədən pullar əldə etdiyini, uşaqlarının ondan zorla alınmasından sonra hər zaman, hər an bir ana olaraq övladlarının mənafeyini hər şeydən üstün tutduğunu, bununla bağlı heç bir iş yeri, gəlir yeri, yaşayış yeri olmamağına rəğmən mənzillərə həbs qoymaq tələbini irəli kirayədən gələn pulların övladlarının ehtiyaclarına xərclənməsi üçün sürmədiyini, bundan əlavə ona ayrılan aliment miqdarını qismən də olsa ödədiyini, indi iddiaçının ondan benzin pulu istədiyini, halbuki istifadə etdiyi avtomobil üzərinə də həbs qoyulmadığını, neçə dəfə uşaqları tələb etsə də, hər etirazında maddi vəziyyətinin buna imkan verməməsini, uşaqların ehtiyaclarını ödəyəcək imkanının olmamasını irəli sürdüyünü, məhkəmədən bir ana, bir qadın kimi yuxarıdakıları və maddi vəziyyətini nəzərə alaraq iddianın təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəm işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı tərəfindən izahat təqdim olunmuşdur. İzahatda Cavabdeh ilə birgə nikahdan olan övladları Fatimə, Aysu və Manafın saxlanılması üçün Cavabdeh dəstək olmasını dəfələrlə təklif etsə də onun imtina etdiyini, dövlət tərəfindən təyin ol unmuş alimenti ödəməkdən boyun qaçırdığını, əlavə xərclərdə iştirakı üçün Dövlət Mediasiya Xidməti vasitəsilə təklif göndərsə də nəticəsinin olmadığını, uşaqlarda nikahın pozulması və yaşadıqlarından hər birində yaranan xəstəliklərin (oğlu Manafın gözündə quruluq səbəbindən yaranan yaranın davamlı müalicəsi, qızı Fatimənin ağciyər nəfəs borusunda allergiya səbəbindən çoxlu asqırma, ayaqlarında revmotizma və Raynaud sindromu xəstəliyindən, qızı Aysuda yastı pəncəlikdən əziyyət çəkməsi) davamlı müayinə və müalicəsi üçün olan xərcləri çatdıra bilmədiyini, üç uşağın qida, təhsil, repetitor, geyim və sağlamlıqları üçün tələb olunan vəsaitin imkanı xaricində olduğunu, məhkəməyə təqdim etdiklərinin xərclərin bir qismi olduğunu, uşaqdan ayrı qalan valideyn Cavabdeh uşaqların sağlamlıq və digər təl əb olunan xərclərdə iştirakını ötən müddətdə könüllü olaraq təmin etməsinin mümkün olmadığını, ona görə də məhkəmə tərəfindən həmin xərclərin yarısının cavabdehdən alınması üçün qərar çıxarılmasını xahiş etmişdir. Keçirilmiş məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında uşaqlarının hüquqlarının təmin edilməsini istədiyini, X8 anasının yanında qaldığı 1 il müddətində təhsildən yayındığını, cavabdehin uşağın atasını və bacısını görməsin deyə məktəbə getməyə qoymadığını, bu səbəbdən X8 intellektual səviyyəsinin aşağı düşdüyünü, X15 ona verildikdən sonra heç olmasa bir peşəsinin olması üçün musiqi məktəbinə qoymağa məcbur olduğunu, anasının yanında qaldığı müddət ərzində aldığı psixoloji təzyiqlərə görə uşağın gündəlik dərslərdə yaxşı qiymət aldığını ancaq imtahanlarda nəticə göstərə bi lmədiyini, qızı Fatimənin Buxara xəstəxanasında verdiyi qan analizinin nəticəsi üçün oteldə qaldıqlarını, ən ucuz oteldə qaldıqlarını, digər otellərin çox baha olduğunu, ancaq qalmağa başqa yerlərinin olmadığı üçün məcbur oteldə qaldıqlarını, Aysunun burada aldığı müalicə fayda vermədiyi üçün Buxara xəstəxanasına apardıqlarını, müalicənin hələ də davam etdiyini, birdəfəlik proses olmadığını, Fatimənin 5 fəndən hazırlığa getdiyini, hər bir hazırlığa görə 40 manat ödədiyini, yaxşı oxuduğunu, sağlamlıq cəhətdən də problemləri olduğu üçün həm təhsilinə, həm də sağlamlığına maddi vəziyyətinin kifayət etmədiyini, qəbzlərdən gətirə biləcəklərini təqdim etdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddianın rədd edilməsi haqqı nda qətnamə qəbul etmişdir. Bundan başqa qeyd olunmuşdur ki, məhkəmə iclasın sonunda iddia tələbinin qismən təmin olunmasını qeyd etmiş və elektron kabinetdə də iddianın qismən təmin olunduğunu yazmış, lakin 2 gündən sonra “iddia rədd edildi” kimi qeyd etmişdir. Apellyator sonda qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf apellyasiya şikayətinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 81.1, 81.2, 81.3-cü maddələrinə istinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Apellyasiya şikayətinə qarşı heç bir etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə İddiaçı şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş, Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(078)-929/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçının vəkili Vəkil və Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə i ştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönə ldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məc əllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə t utulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu səbəbdən də gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayara q tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərdiyi hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinə baxılması zamanı mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 1723 nömrəli fakturadan İddiaçı tərəfindən “X24”ə 550 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli sərnişin minik talonundan X9 İğdırdan Ərzuruma getməsi üçün 150 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli sərnişin minik talonundan X6 İğdırdan Ərzuruma getməsi üçün 150 tl ödənilməsi; -iş mate riallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli sərnişin minik talonundan X8 İğdırdan Ərzuruma getməsi üçün 150 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli sərnişin minik talonundan İddiaçı İğdırdan Ərzuruma getməsi üçün 150 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli sərnişin minik talonundan X12 Ərzuruma getməsi üçün 150 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli mühasibin əmanət qəbzindən X8 müalicə xərci üçün Atatürk Universiteti Araşdırma Xəstəxanasına 482.30 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli mühasibin əmanət qəbzindən X8 müalicəsi üçün elmi işçiyə əlavə ödəniş olaraq Atatürk Universiteti Araşdırma Xəstəxanasına 175 tl ödənilməsi; -iş materiallarına əlavə ol unmuş xx.xx.2023-cü il tarixli mühasibin əmanət qəbzindən X9 müalicə xərci üçün Atatürk Universiteti Araşdırma Xəstəxanasına 482.30 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli mühasibin əmanət qəbzindən X9 müalicəsi üçün elmi işçiyə əlavə ödəniş olaraq Atatürk Universiteti Araşdırma Xəstəxanasına 175 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli fakturadan X6 qulaq-burunboğaz xəstəlikləri müayinəsi üçün Buxara Xəstəxanasına 870 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli fakturadan X6 müalicəsi üçün Buxara Xəstəxanasına ümumilikdə 4700 tl ödənilməsi; Həmçinin iş materiallarına nəzər salan zaman o da aydın olmuşdur ki, tərəflər arasında Naxçıvan Şəhər Nikah Evində 07 iyun 2007-ci ildə nikah bağlanmış, tərəf lərin birgə nikahlarından 10 aprel 2008-ci il təvəllüdlü X10, 01 aprel 2010-cu il təvəllüdlü X15 və 28 mart 2014-cü il təvəllüdlü X16 adlı övladları anadan olmuş, İddiaçı cavabdeh Qəribova (Nəsirova) Şəlalə Fəxrəddin qızına qarşı 06 may 2020-ci il tarixdə nikahın pozulması, uşaqların atanın himayəsində qalması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək onunla Qəribova (Nəsirova) Şəlalə Fəxrəddin qızı arasında nikahın ləğv edilməsinə, uşaqların onun yanında saxlanılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(078)-12/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Qəribova (Nəsirova) Şəlalə Fəxrəddin qızı arasında 07 iyun 2007-ci il tarixdə Naxçıvan şəhər Nikah Evind ə bağlanmış və 156 nömrə ilə qeydə alınmış nikahın pozulması, iş üzrə tərəflərin uşaqları - 10 aprel 2008-ci il təvəllüdlü X6 atası İddiaçı, 01 aprel 2010-cu il təvəllüdlü X8 və 28 mart 2014-cü il təvəllüdlü X9 isə anaları Qəribova (Nəsirova) Şəlalə Fəxrəddin qızının yanında saxlanılmaları, iddianın qalan hissədə rədd edilməsi, nikahın pozulması dövlət qeydiyyatına alınarkən İddiaçı 15 (on beş) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(078)-12/2021 nömrəli qətnaməsindən narazı qalan İddiaçı 16 may 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(078)-12/2021 nömrəli qətnaməsinin qismən ləğv olunması, onun Qəribova (Nəsirova) Şəlalə Fəxrəddin qızına qarşı “uşaqların onun yanında saxlanılması tələbi”nə dair iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-125/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(078)-12/2021 nömrəli qətnaməsi qismən mübahisələndirilən - “iddia qismən təmin edilsin, iş üzrə tərəflərin uşaqları - 01 aprel 2010cu il təvəllüdlü X15 və 28 mart 2014-cü il təvəllüdlü X16 isə anaları Qəribova Şəlalə (Nəsirova) Fəxrəddin qızının yanında saxlanılsın və iddia qalan hissədə rədd edilsin” hissələrdə ləğv edilməsi və ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməsi, iddianın tam təmin edilməsi, iş üzrə tərəflərin birgə nikahdan doğulmuş uşaqları - 01 aprel 2010-cu il təvəllüdlü X8 və 28 mart 2014-cü il təvəllüdlü X9 ataları İddiaçı yanında saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Qəribova (Nəsirova) Şəlalə Fəxrəddin qızı vəkili X17 vasitəsi ilə kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-125/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək uşaqların İddiaçı yanında saxlanılması hissəsində rədd olunması barədə qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndə rilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2106/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-125/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş 10 aprel 2008ci il təvəllüdlü X6, 01 aprel 2010-cu il tarixdə anadan olmuş X8 və 28 mart 2014-cü il tarixdə anadan olmuş X1, təhsili və sağlamlığı üçün sərf olunan 2340 (iki min üç yüz qırx) manat əlavə xərclərə cəlb edilərək onlara sərf olunmuş məbləğin yarısının, yəni 1170 (min yüz yetmiş) manat vəsaitin cavabdehdən tutulması barə də qətnamə qəbul edilməsini xahiş etmiş, 22 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizəni məhkəməyə təqdim edərək, Cavabdeh qarşı uşaqdan ayrı yaşayan valideynin məcburi xərclərə cəlb edilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, həmin iş üzrə tələbinin həcminin artırılmasını istədiyini qeyd edərək xx.xx.2023-cü il tarixli mədaxil orderində göstərilən sənədlərin tərcümə olunması üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(078)-929/2023 saylı qərardadı ilə İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin təmin edilməsi, iddia tələbinə idd iaçının cavabdehlə birgə nikahdan doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X6, 01 aprel 2010-cu il tarixdə anadan olmuş X8 və 28 mart 2014-cü ildə anadan olmuş X1, təhsili və sağlamlığı üçün sərf olunan 2340 (iki min üç yüz qırx) manat əlavə xərclərə cəlb edilərək, onlara sərf olunmuş məbləğin yarısının yəni 1170 (min yüz yetmiş) manat vəsaitin və xx.xx.2023-cü il tarixli mədaxil orderində göstərilən sənədlərin tərcümə olunması üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi həddində baxılması qərara alınmış, Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(078)-929/2023 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Mülki işin yuxarıda sadal anan sənədlərinə və apellyasiya baxışı zamanı idiaçının verdiyi izahata əsaslanan kollegiya müəyyən etmişdir ki, tərəflər arasında nikahın pozulması, onların birgə nikahından doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X6, 01 aprel 2010-cu il təvəllüdlü X8 və 28 mart 2014-cü il təvəllüdlü X9 ataları İddiaçı yanında saxlanılmaları və onların saxlanılması üçün Cavabdeh hər bir uşağa görə 80 (səksən) manat olmaqla, üç uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin hər ay tutularaq İddiaçı ödənilməsi, daha sonra isə iddiaçının tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsi tərəfindən aliment məbləğinin artırılaraq hər uşaq üçün 150 manat olmaqla ümumilikə 450 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi işin mübahisəsiz hallarıdır. İddiaçının cavabdehlə birgə nik ahdan doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X6, 01 aprel 2010-cu il tarixdə anadan olmuş X8 və 28 mart 2014-cü il tarixdə anadan olmuş X1, təhsili və sağlamlığı üçün sərf olunan 2340 (iki min üç yüz qırx) manat əlavə xərclərə cəlb edilərək onlara sərf olunmuş məbləğin yarısının, yəni 1170 (min yüz yetmiş) manat vəsaitin cavabdehdən tutulmasını tələb etməsi isə işin mübahisəli halıdır. Kollegiya iddia tərəfinin apellyasiya şikayətində göstərdiyi dəlilləri müzakirə edərək həmin dəlillərin əsassız olması qənaətinə gəlir və qeyd edir ki, mülki işin araşdırılımış hallarından görünür ki, iddiaçı övladlarının Türkiyə Respublikasında müayinə və müalicə edilməsi və bununla bağlı yol, yanacaq, müayinə, qonaqlama və.s bu kimi xərclər üçün məhkəməyə yuxarıda qeyd edilən fakturaları təqdim etsə də, ö vladlarının Azərbaycan Respublikasında müalicəsinin mümkün olmaması, Ailə qanunvericiliyi ilə nəzərdə tutulmuş ağır xəstə olması və məhz Türkiyə Respublikasında müalicəsinin zəruri olması barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki işin tədqiq olunmuş hallarından görünür ki, iddiaçının övladlarını Azərbaycan Respublikasının səhiyyə xidmətlərindən kənarda müayinə və müalicəsi üçün aparması onun özünün könüllü olaraq seçimi olmuşdur ki, belə olan halda həmin xərclərin çəkilməsi üçün ödənilmiş məbləğin yarısının cavabdehdən tutulması qanunauyğun hesab oluna bilməz. Belə ki, apellyasiya baxışı zamanı verilən sualları cavablandıran İddiaçı övladlarının müayinə və müalicəsinin ölkə hüdudlarından kənarda aparılması üçün hər hansı həkim göstərişinin və ya göndərişinin olmadığını, sadəcə öz seçimi əsasında yerli həkimlərə və verilən analiz cavablarına etibar etmədiyi üçün Türkiyə Respublikasının səhiyyə müəssisələrinə müraciət etdiyini bildirmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində uşaqların sağlamlığının qorunması və mühafizəsi dövlətin vəzi fələrindən biri kimi təsbit olunmuşdur. Həmin Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanların “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq, sanitariya-gigiyena tələblərinə cavab verən şəraitdə təhsil almaq və əməklə məşğul olmaq, peşə yararlığı müəyyənləşd irilərkən dövlət büdcəsinin vəsaiti hesabına tibbi məsləhətlər almaq, büdcə vəsaitləri hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada güzəştli şərtlərlə qidalanmaq və tibbi sosial yardım almaq hüququ vardır. Fiziki və ya ruhi çatışmazlıqları olan yetkinlik yaşına çatmayanlar valideynlərinin və ya qanuni nümayəndələrinin müraciəti ilə sosial xidmət müəssisələrində saxlanıla bilərlər. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1-1.1 - 1-1.3-cü maddələrinə əsasən tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir. Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortasının tər kib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edir. “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 5 nömrəli Qərarının 3.1-ci maddəsinə əsasən Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər təcili və təxirəsalınmaz tibbi yardım, ilkin tibbi-sanitariya yardımı, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım növlərini əhatə edir. Həmin Qərarın 3.2-ci maddəsinə əsasən Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tibbi xidmətlərin tarifləri bu Sənədin əlavəsinə uyğun olaraq müəyyən edilir. Həmin Qərarın “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə” əlavə olan “Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifi” cədvəlinə əsasən isə 10 aprel 2008-ci il təvəllüdlü X6, 01 aprel 2010-cu il tarixdə anadan olmuş X8 və 28 mart 2014-cü il tarixdə anadan olmuş X9 həmin zərfə daxil olan tibbi xidmətlər daxilində müayinə və müalicə olunması mümkün olmuşdur. Lakin bir daha qeyd olunmalıdır ki, apellyasiya baxışı zamanı iş üzrə İddiaçı verilən sualları cavablandırarkən İcbari tibbi sığorta üzrə müəyyən olunmuş xidmətlərdən istifadə etməyərək övladlarının müayinə və müalicəsi üçün başqa ölkəyə getməsini yerli həkim və analiz cavablarına etibar etməməsi ilə əsaslandırmışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçının övladlarını ölkədən kənarda müayinə və müalicəsi üçün aparması onun özünün könüllü seçimi olmu şdur. Bundan başqa kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1ci maddəsində göstərilir ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarında qeyd olunur ki, “...Ailə Məcəllə sinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına m ünasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiy acı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir...”. Beləliklə yuxarıda qeyd edilən normalardan da göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanm ası və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Kollegiya apellyatorun şikayətində övladlarının təhsili və musiqi alətinin alınması ilə bağlı çəkdiyi xərclərin yarısının cavabdehdən tutulması ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarında göstərilmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun 5.1, 5.2 və 5.4-cü maddələrinə əsasən Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Həmin Qanunun 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Həmin Qanunun 34.1-34.1.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində hüquqları kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunu n 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Yuxarıda sadalanan normaların məzmunundan da göründüyü kimi, “Təhsil haqqında” Qanuna əsasən Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir, Dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir və təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququ mövcuddur, eyni zamanda uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək valideynin hüququ kimi təsbit olunmuşdur. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Qeyd olunanlardan göründüyü kimi ölkə ərazisində tam orta təhsil pulsuz olduğundan iddiaçı tərəfindən musiqi təhsili alınması ilə bağlı musiqi alətinin alınması, həmçinin uşaqların dərsdən əlavə olaraq repetitor yanına hazırlıqlara getməsi iddiaçının hüququ və könüllü seçimi olmuşdur. Belə olan halda isə həmin xərclərin yarısı cavabdehdən tələb oluna bilməz. Qanunvericiliyin tələbinə əsasən qeyd oluna xərclər uşağından ayrı yaşayan valideyndən tələb olunacaq əlavə xərclərə aid deyildir. Bir daha qeyd olunmalıdır ki, iş materiallarına və apellyasiya baxışı zamanı idiaçının verdiyi izahata əsaslanan kollegiya müəyyən etmişdir ki, tərəflərin birgə nikahından doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X6, 01 aprel 2010-cu il təvəllüdlü X8 və 28 mart 2014-cü il təvəllüdlü X1 üçün Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızından hər bir uşağa görə 80 (səksən) manat olmaqla, üç uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin hər ay tutularaq İddiaçı ödənilməsi, daha sonra isə iddiaçının tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsi tərəfindən aliment məbləğinin artırılaraq hər uşaq üçün 150 manat olmaqla ümumilikə 450 manat alimentin Qəribova (Nəsirova) Şəlalə Fəxrəddin qızından tutularaq İddiaçı ödənilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisən in faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya sonda belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı uşaqdan ayrı yaşayan valideynin məcburi xərclərə cəlb edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(078)929/2023 nömrəli qətnaməsindən iddiaçının vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(078)-929/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən “Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı uşaqdan ayrı yaşayan valideynin məcburi xərclərə cəlb edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(078)-929/2023 nömrəli qətnaməsindən iddiaçının vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(078)-929/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət ver

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar