Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-191/2024 15.11.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və X1 ibarət tərkibdə, iddiaçı və digər iddiaçı X2 qanuni nümayəndəsi İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülməklə istifadə hüququnun verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2(078)-284/2024 nömrəli qərardadından Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə 08 yanvar 2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh adına orderi verilmiş Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 13/15, 12 saylı mənzilə üç azyaşlı uşağı ilə birlikdə köçürülmələri və istifadə hüquqlarının verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə vəsatət ünvanlayaraq Cavabdeh Asim oğlu hazırda 14 yaşından yuxarı olduğundan onu iddiaçı qismində qəbul etməklə anası İddiaçı onun qanuni nümayəndəsi kimi nəzərə alınmasını xahiş etmişdi. 10 may 2024-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında Cavabdeh Asim oğlunun iddiaçı qismində qəbul edilməsi və anası İddiaçı onun qanuni nümayəndəsi qismində tanınması qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(078)-284/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh adına order verilmiş ünvan 2 ünv anında yerləşən mənzildən iddiaçı Cavabdeh Asim oğluna istifadə hüququ verilməklə həmin mənzilə köçürülməsi, Cavabdeh adına orderi verilmiş ünvan 2 ünvanında yerləşən mənzildən İddiaçı istifadə hüququ verilməklə azyaşlı uşaqları, 22 iyun 2012-ci il təvəllüdlü X3 və 29 iyun 2014-cü il təvəllüdlü X6 ilə birlikdə həmin mənzilə köçürülməsi, iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil1 xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(078)-284/2024 nömrəli qətnaməsindən şikayət verərək prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin Naxçıvan MR Ali Məhkəməsinə göndərilməsin i xahiş etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2(078)-284/2024 nömrəli qərardadı ilə iddiaçı və digər iddiaçı X2 qanuni nümayəndəsi İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülməklə istifadə hüququnun verilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(078)-284/2024 nömrəli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsi təmin edilməmişdir. Məhkəmənin qərardadından narazı qalan Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil1 25 sentyabr 2024-cü il tarixdə şikayətlə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-284/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməs ini, prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsini və apellyasiya şikayətinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(078)-284/2024 nömrəli qərardadı ilə iddiaçı və digər iddiaçı X2 qanuni nümayəndəsi İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülməklə istifadə hüququnun verilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil1 Naxçıvan Şəhər Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2(078)-284/2024 nömrəli qərardadından verdiyi şikayət əsaslı hesab edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil1 şikayətdə qeyd etmişlər k i, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməli idi. Lakin Cavabdeh qətnamə ona təqdim edilən zaman ağır yataq xəstəsi olduğu üçün, bud sümük nahiyəsi sındığından ağrılar içində yataq şəraitində yaşadığından öz dərdi ilə məşğul olmuş, bud sümüyünün sınması ona evi tərk etməyə imkan vermədiyindən və ağır ağrılar keçirdiyindən vəkillə müqavilə bağlaya bilməmiş və apellyasiya şikayəti verə bilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixində vəkili Nəcəfov X5 şəhərində olan gün vəkil olaraq onunla hüquqi xidmət müqaviləsi bağlamış və qətnamədən apellyasiya şikayəti verilməsini tapşırmış və tərəflərindən qısa müddət ərzində apellyasiya şikayəti verilmiş və üzrlü səbəbdən ötürülmüş müddətin bərpa olunması barədə ərizə ilə qətnaməni qəbul edən məhkəməyə müraciət edilmişdir. Hesab edirlər ki, c avabdehin ağır xəstə şəraitində olması, ağrılar içində olması ona vəkillə görüşərək müqavilə bağlamasına imkan vermədiyindən apellyasiya şikayəti üzrlü hesab edilməli idi. Lakin məhkəmə tərəfindən bu hal üzrlü hesab edilməmişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırırlar ki, cavabdeh ağır yataq xəstəsi olduğu üçün, hazırda da ev şəraitində müalicə alır. Yataq şəraiti davam edir. Göstərilənlərə əsasən hesab edirlər ki, formal əsaslarla ərizə rədd edilə bilməz və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-284/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və prosessual müddətin bərpası barədə ərizələri təmin edilməlidir. Apellyatorlar şikayətin hüquqi əsası kimi AR Mülki Prosessual Məcəlləsinin 133.1, 133.2 və 133.4-cü maddələrinə istinad etmişlər. Apellyatorlar sonda Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-284/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və prosessual müddətin bərpası barədə ərizələrinin təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 1113 nömrəli tibbi arayışda qeyd edilmişdir ki, 1939-cu il təvəllüdlü Naxçıvan şəhər sakini Cavabdeh 06 fevral 2024-cü il tarixdə, saat 1230 radələrində Naxçıvan Muxtar Respublikası Xəstəxanası publik hüquqi şəxsin Təcili yardım şöbəsinə sol bud sümüyünün sınığı diaqnozu ilə daxil olmuşdur. Xəstə müayinə olundu və həmin gün saat 1400 radələrində evə buraxıldı. Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə 29 oktyabr 2024-cü il tarixdə kollegiyaya ərizə göndərərək bildirmişdir ki, Cava bdeh fevral ayından ağır yataq xəstəsidir və hazırda yalnız ev şəraitində müalicə alır. Eyni zamanda ərizəyə cavabdehin yataq xəstəsi olmasına dair fotoşəkillər əlavə edilmişdir. Həmçinin ərizəyə 16 oktyabr 2024-cü il tarixli, 3906 nömrəli tibbi arayış əlavə olunmuşdur. Həmin tibbi arayışda qeyd olunmuşdur ki, Zeynalov X4 şəhər Poliklinikası PHŞ-də sahə həkimi tərəfindən evdə tibbi müayinə olunub, xəstə yataq xəstəsidir və ev şəraitində müalicə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla tərəflərə verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi təklif edilmişdir. İddiaçı tərəfindən 14 noyabr 2024-cü il tarixdə kollegiyaya etiraz ərizəsi daxil olmuşdur. İddiaçı etiraz ərizəsində bildirmişdir ki, iddiaçı və digər iddiaçı X2 qanuni nümayəndəsi İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülməklə istifadə hüququnun verilməsi tələbinə dair iddiasına Naxçıvan Şəhər Məhkəməsində hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi ilə baxılaraq 10 may 2024-cü il tarixdə iddianın təmin olunması barədə 2(078)-284/2024 nömrəli qətnamə qəbul edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, iddiaçılar və onun azyaşlı övladları həmin mənzilə köçürülmüşlər. Lakin Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə təmi n edilməmişdir. Cavabdehin vəkili və nümayəndəsi tərəfindən həmin qərardaddan verilən şikayətə isə 27 sentyabr 2024-cü il tarixdə baxılaraq şikayət əsaslı hesab edilmədiyindən şikayət işlə birlikdə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilmişdir. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyası həmin şikayətə baxılması ilə bağlı məhkəmə iclasını 15 noyabr 2024-cü il tarixə təyin etmişdir. Bildirir ki, iddia tələbinə Naxçıvan Şəhər Məhkəməsində baxılarkən Cavabdeh nümayəndəsi olan oğlu X7 vasitəsilə təmsil olunmuş, o məhkəmə iclaslarında iştirak etmiş, məhkəmə qətnaməsini rəsmi qaydada almışdırlar. Onların hər ikisi qətnamə icra olunarkən iştirak etmişdirlər. Hesab edir ki, üzrsüz səbəb olduğundan müddətin bərpası ilə bağlı cavabdehin vəkil və nümayəndəsinin verdiyi şikayət qanuni o laraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Hesab edir ki, cavabdeh tərəfindən müddətin bərpası ilə bağlı qəbul olunmuş qərardadın ləğv edilməsi və prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi barədə verilən şikayət əsassızdır və təmin oluna bilməz. İddiaçı sonda Naxçıvan Şəhər Məhkəməsinin qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin təmin edilməməsi barədə qərardadın dəyişdirilmədən qüvvədə saxlanılıb şikayətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə qarşılıqlı tə dqiq edib, onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Naxçıvan Şəhər Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2(078)-284/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kollegiya iş üzrə Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil1 verdiyi şikayətdə qeyd etdikləri dəlilləri işin araşdırılmış halları ilə qarşılıqlı tədqiq edib əsassız hesab edərək qeyd edir ki, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh qətnamə ona təqdim edilən zaman ağır yataq xəstəsi olmuşdur. Onun bud sümük nahiyəsi sındığından yataq şəraitində yaşadığından vəkillə müqavilə bağlaya bilməmiş və apellyasiya şikayəti verə bilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixində vəkili Nəcəfov X5 şəhərində olan gün vəkil olaraq onunla hüquqi xidmət müqaviləsi bağlamış və qətnamədən apellyasiya şikayəti verilməsini tapşırmış və tərəflərindən qısa müddət ərzində apellyasiya şikayəti verilmiş və üzrlü səbəbdən ötürülmüş müddətin bərpa olunması barədə ərizə ilə qətnaməni qəbul edən məhkəməyə müraciət edilmişdir. İş materiallarından göründüyü kimi cavabdehin sol bud sümüyünün sınığı 06 fevral 2024-cü il tarixdə, yəni hazırki mülki iş birinci instansiya məhkəməsinin icraatında olarkən baş vermiş, lakin növbəti məhkəmə baxışı iclaslarında cavabdeh qanunvericiliklə müəyy ən edilmiş qaydada səlahiyyətləri təsdiq edilmiş nümayəndəsi – X7 vasitəsilə birinci instansiya məhkəməsində təmsil olunmuş və yekun məhkəmə aktından da xəbərdar olmuşdur. Belə ki, Naxçıvan Şəhər Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(078)284/2024 nömrəli qətnaməsi 29 may 2024-cü il tarixdə poçt rabitə xidməti vasitəsilə cavabdehə və onun nümayəndəsinə göndərilmiş, iş materiallarına əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən də göründüyü ki, cavabdehin və onun nümayəndəsinin ünvanına göndərilmiş müvafiq xəbərnamələr cavabdehin nümayəndəsi X7 tərəfindən 13 iyun 2024-cü il tarixdə qəbul edilmişdir. Cavabdeh və onun vəkili və nümayəndəsi isə apellyasiya şikayətini 06 avqust 2024-cü il tarixdə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitə silə göndərmişlər. Göründüyü kimi, cavabdeh tərəf qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürmüşdür. Kollegiya həmçinin qeyd edir ki, verilmiş hazırki şikayətdə Cavabdeh xx.xx.2024-cü il tarixində vəkili Nəcəfov X5 şəhərində olan gün vəkil olaraq onunla hüquqi xidmət müqaviləsi bağladığı və qətnamədən apellyasiya şikayəti verilməsini tapşırdığı qeyd edilsə də, iş materiallarında olan ******* nömrəli vəkil orderinə nəzər yetirdikdə aydın olur ki, Cavabdeh və Vəkil1 arasında hüquqi xidmət müqaviləsi 06 avqust 2024-cü il tarixdə bağlanmışdır. Buna görə də kollegiya belə hesab edir ki, qeyd olunan əsaslar üzrlü hesab edilərək müddətin bərpası üçün əsas ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə, yəni apellyas iya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi və müddətin bərpasından imtina edilməsi ilə razılaşır və gəlinmiş nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsində qeyd olunan üzrlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə” 25 yanvar 2000-ci il tarixli qərarında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar, ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə, mübahisə üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil1 tərəfin dən verilmiş şikayətdə göstərilən dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmir. Məhz bu səbəbdən və şikayətin təmin edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin olunmamalı, Naxçıvan Şəhər Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2(078)-284/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçı və digər iddiaçı X2 qanuni nümayəndəsi İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülməklə istifadə hüququnun verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2(078)-284/2024 nömrəli qərardadından Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət təmin olunmasın. Naxçıvan Şəhər Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2(078)-284/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-191/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-191/2024
15.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver