Məhkəmə qərarları › İş №2(108)-192/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-192/2021

11.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-192/2021 11.11.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(080)-148/2021 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək Ordubad Rayon Məhkəməsinin 2(080)-125/2020 nömrəli, 15.10.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini, X5 və X1 üçün qazancının 1/3 hissəsi miqdarında alimentin müəyyən edilməsini xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin (sədrlik edən T.Z.Haqveriyev) 23 avqust 2021-ci il tarixli, 2(080)-148/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək Ordubad Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(080)-148/2021 nömrəli qətnaməsinin dəyişdirilərək aşağı həddə alimentin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işləmədiyini, heç bir gəliri olmadığını nəzərə almayaraq və cavabdehin alimentdən qəti surətdə imtina etməsinə baxmayaraq hər ay 200 manat məbləğində alimentin ödənilməsi barədə qərar qəbul etmişdir. Bu pulun verilməsi üçün onun heç bir imkanı olmadığından xəstə valideyn ləri (atasının 81 yaşı var) alimenti ödəməyə məcbur olmuşlar və çox çıxılmaz vəziyyətə düşmüşlər. Aldıqları pensiyalarından dava-dərmana pul çatdıra bilməmələri və qida çətinliyi ilə əlaqədar ağır həyat şəraiti keçirmiş və xəstəlikləri artmışdır. Ancaq uzun fasilədən sonra nəhayət işlə təmin olunmuşdur. Ordubad Şəhər Uşaq Xəstəxanasında texniki işçi işləyir, əmək haqqı 351 manat 16 qəpikdir. Ona görə də işləməyi ilə əlaqədar alimentin endirilməsi üçün Ordubad Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesi zamanı cavabdeh işləməsi ilə əlaqədar iclasda iştirak etməmiş, onun əvəzinə nümayəndəsi Əliyeva Afət iştirak etmişdir. O, iclasın gedişində öz əmək haqqı və qızının aldığı aliment ilə dolandıqlarını, həyat yoldaşı və qızının işləmədiyini söyləmiş və çox çətinliklə dolandıqlarını qey d etmişdir. Halbuki həyat yoldaşı uzun müddətdir ki, Rusiyanın Novosibirsk şəhərində işləyir, qızı isə Bakıda uşaqlar ilə birgə yaşayır və yaxşı əmək haqqı ilə işləyir. O, yalan ifadələrlə məhkəməni inandırmağa çalışmış və buna nail olmuşdur. Məhkəmə isə heç bir araşdırma aparmadan onun yalan ifadələrini əsas götürərək aldığı əmək haqqı müqabilində alimentin dəyişdirilməsi tələbini rədd etmişdir. Məhkəmənin verdiyi qərara əsasən aldığı 361 manat əmək haqqının 200 manatını alimentə ödəsə yerdə qalan151 mantla necə dolanmaq mümkündür? Kommunal xərclərini ödəsə yerdə qalan 90 manatla neçə geyinmək və qidalanmaq, səhhətini qoruyub işləmək olar? Uşaqlarını çox sevir, gələcəkdə maddi vəziyyəti yaxşılaşarsa alimentin məbləğini artıracaqdır. Bu onun atalıq borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci madəsinə əsasən sаbit pul məbləğinin miqdаrı məhkəmə tərəfindən tərəflərin mаddi və аilə vəziyyəti, diqqətəlаyiq оlаn digər hаllаr nəzərə аlınmаqlа uşağın əvvəlki təminаtının səviyyəsinin mümkün qədər mаksimаl sахlаnılmаsı əsаs tutulаrаq müəyyən еdilir. Məhkəmə qanunun göstərilən maddəsinin tələbinə əməl etməyərək onun maddi vəziyyətini, əmək haqqının aşağı olmasını nəzə almamışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı, iddiaçının nümayəndəsi X10, Cavabdeh və cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi kollegiyaya məktub ünvanlayaraq iddiaçının işdən çıxaraq başqa yerə getməsi ilə əlaqədar olaraq məhkəmə baxışında iştirak edə bilməyəcəy ini bildirmiş, cavabdeh kollegiyaya teleqram göndərərək Bakı şəhərində olduğunu və məhkəmə baxışında iştirak edə bilməyəcəyini göstərmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş 856453 və 856454 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 17 yanvar 2014-cü il tarixdə X5 və X8 doğulmuş, atası İddiaçı, anası Cavabdehdır. Ordubad Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(080)-125/2020 nömrəli qətnamənin surətindən görünür ki, Ordubad Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(080)-125/2020 nömrəli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, 17 yanvar 2014-cü il tarixdə doğulmuş X5 və X2 Türkanə Ələsgər qızının ya nında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı alınıb Cavabdeh verilməsi qət edilmişdir. Naxçıvan MR-ın Ordubad Rayon Uşaq xəstəxanasının 25 nömrəli, 02 iyul 2021-ci il tarixli arayışına əsasən, İddiaçı Ordubad Rayon Uşaq Xəstəxanasında fəhlə işləyir və tutqular çıxıldıqdan sonra əmək haqqı 351 manat 16 qəpikdir. Azərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu bоrcun yеrinə yеtirilməsinə dövlət nəzаrət еdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların sa xlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3.1-ci maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Qeyd olunan qanunvericilik аktlаrının tələbindən göründüyü kimi uşaqlar ın saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin əsаs vəzifələrindən biri hеsаb еdilir. Kollegiya qətnamənin əsaslılığını və qаnuniliyini yoxlayıb, apelyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, apelyasiya şikayətinin alimentin azaldılması barədə dəlilləri əsassız olduğundan təmin edilməməli, Ordubad Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(080)-148/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya alimentin azaldılması barədə dəlillərlə bağlı qeyd edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəllə sinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərək Ordubad şəhər uşaq xəstəxanasında fəhlə işlədiyindən aldığı əmək haqqı nəzərə alınmaqla Ordubad Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək iki uşağa görə qazancının üçdə bir hissəsi miqdarında alimentin müəyyən edilməsini xahiş etm işdir. Birinci instansiya məhkəməsi alimentin azaldılaraq iddiaçının qazancının üçdə biri miqdarında, yəni iki uşaq üçün 117 manat miqdarında müəyyən edilməsinin uşaqların əvvəlki təminat səviyyəsinin aşağı düşməklə onların mənafeyinə, maraqlarına zidd olmasını nəzərə alıb düzgün olaraq iddianı təmin etməmişdir. Kollegiya qeyd edir ki, uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vəzifələridir. Aliment ödəməyə borclu olan valideynin qazancından (gəlirindən) alimentin müəyyən hissə kimi tutulmasının mümkünlüyü xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının pisləşməsinə səbəb olmamalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli Qərarının 8.1, 8.2 və 8.3-cü bəndlərində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi)... Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Eyni zamanda həmin Qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqd arının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi, keçmiş həyat yoldaşının aliment almaqdan qəti imtina etməsinə və heç bir gəliri olmamasına baxmayaraq ondan hər ay 200 manat aliment tutulması barədə dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər hazırkı iddianın predmetinə aid olmadığından onlara hüquqi qiymət verilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqın da” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində qеyd olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının MPM-in 384.0 və 384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikasını n MPM-in 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə görə hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün (200 manat əvvəlcə müəyyənləşdirilmiş aliment məbləği)-117(azaldılması tələb olunan aliment məbləği)=83 manat; (iddianın qiyməti 83x12 ay=996 manat) hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-in 402.1. –ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 392, 393, 402.1-ci maddələrini rəhbər tutub kollegiya qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Ordubad Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(080)-148/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar