Məhkəmə qərarları › İş №2(108)-2/2025

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-2/2025

12.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-2/2025 12.03.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, Ordubad Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(080)-120/2024 nömrəli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Ordubad Rayon Məhkəməsinin (sədrlik edən hakim T.Z.Haqverdiyev) 04 iyul 2024cü il tarixli, e-2(080)-120/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixdə söz hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl üzük, 8 mart hədiy yəsi olaraq verilmiş 1 ədəd qızıl boyunbağı, xx.xx.2022-ci il tarixdə nişan hədiyyəsi olaraq verilmiş 2 ədəd qızıl qolbaq və 1 ədəd qızıl boyunbağı, xx.xx.2022-ci il tarixdə verilmiş 1 ədəd qızıl qolbaq, xx.xx.2022-ci il tarixdə Ramazan bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı çiçək formalı qızıl sırğa, xx.xx.2022-ci il tarixdə Qurban bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı təkdaş üzük, xx.xx.2022-ci il tarixdə ad günü hədiyyəsi olaraq verilmiş 1 ədəd Bvlgari markalı ağ saat, xx.xx.2022-ci il tarixdə nikah hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı qızıl qolbaq, xx.xx.2022-ci il tarixdə toy hədiyyəsi olaraq verilmiş 1 ədəd ağ qızıl brilyant qaşlı dəst (dəstə 1 ədəd üzük, 1 cüt sırğa və klon ilə 1 ədəd boyunbağı daxildir), xx.xx.2022-ci il tarixdə verilmi ş 1 ədəd qırmızı və ağ brilyant qaşlı dəst (dəstə 1 ədəd qolbaq, 1 ədəd üzük və 1 cüt sırğa daxildir), xx.xx.2022-ci il tarixdə hədiyyə olaraq verilmiş 1 ədəd qızıl boyunbağı, İddiaçı aid 1 cüt mirvari qaşlı qızıl sırğa, xx.xx.2023-cü il tarixdə hədiyyə olaraq verilmiş Apple markalı İphone 14 Pro Max smartfon, mətbəx mebeli, yataq dəsti, qarderob, tv stend, makyaj masası, 12 nəfərlik masa və stul, konsol, tv stend, 65 diaqonal televizor, 4 ədəd qonaq otağı çilçırağı, 6 ədəd kiçik yataq otağı çilçırağı, 2 ədəd mətbəx çilçırağı, yataq otağı, qonaq otağı və mətbəx pərdəsi, 1 ədəd 2x3 ölçülü xalça, aspirator, soyuducu, soba, mikrodalğalı soba, plitə, qabyuyan, paltaryuyan, mətbəx çanağı və kran, kiçik elektrikli mətbəx və ev əşyaları, qabqacaq və qazan dəstləri cehiz əşyalarının alınaraq İddia çı verilməsi, İddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət olunmuşdur. İşin halları: İş üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 vasitəsi ilə Cavabdeh qarşı “ziynət və cehiz əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixdə söz hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl üzüyün, 8 mart hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl boyunbağının, xx.xx.2022ci il tarixdə nişan hədiyyəsi olaraq verilmiş 2 ədəd qızıl qolbağın və 1 ədəd qızıl boyunbağının, xx.xx.2022-ci il tarixdə verilmiş 1 ədəd qızıl qolbağın, xx.xx.2022-ci il tarixdə Ramazan bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı çiçək formalı qızıl sırğanın, xx.xx.2022-ci il tarixdə Qurban bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı təkdaş üzüyün, xx.xx.2022-ci il tarixdə ad günü hədiyyəsi olaraq verilmiş 1 ədəd Bvlgari markalı ağ saat, xx.xx.2022-ci il tarixdə nikah hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı qızıl qolbağın, xx.xx.2022-ci il tarixdə toy hədiyyəsi olaraq verilmiş 1 ədəd ağ qızıl brilyant qaşlı dəstin (dəstə 1 ədəd üzük, 1 cüt sırğa və klon ilə 1 ədəd boyunbağı daxildir), xx.xx.2022-ci il tarixdə verilmiş 1 ədəd qırmızı və ağ brilyant qaşlı dəstin (dəstə 1 ədəd qolbaq, 1 ədəd üzük və 1 cüt sırğa daxildir), xx.xx.2022-ci il tarixdə hədiyyə olaraq verilmiş 1 ədəd qızıl boyunbağının, onun özünə aid 1 cüt mirvari qaşlı qızıl sırğanın, xx.xx.2023-cü il tarixdə hədiyyə olaraq verilmiş Apple markalı İphone 14 Pro Max smartfonun, mətbəx mebelinin, yataq dəstinin, qard erobun, tv stendin, makyaj masasının, 12 nəfərlik masanın və stulun, konsolun, tv stendin, 65 diaqonal televizorun, 4 ədəd qonaq otağı çilçırağının, 6 ədəd kiçik yataq otağı çilçırağının, 2 ədəd mətbəx çilçırağının, yataq otağının, qonaq otağının və mətbəx pərdəsinin, 1 ədəd 2x3 ölçülü xalçanın, aspiratorun, soyuducunun, sobanın, mikrodalğalı sobanın, plitənin, qabyuyanın, paltaryuyanın, mətbəx çanağının və kranın, kiçik elektrikli mətbəxin və ev əşyalarının, qab-qacağın və qazan dəstlərinin, nikah dövründə ona hədiyyə verilmiş həmin ziynət əşyalarının, eyni zamanda valideynləri tərəfindən ona verilmiş cehizin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(080)-120/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək apellyasiya şikayətinin təmin olunmasını, Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(080)-120/2024 nömrəli qətnaməsinin qismən (zinət əşyalarının geri qaytarılması hissəsinin) ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qərarın qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Mülki iş Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apelly asiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmadan iddia tələbini tam şəkildə təmin etmişdir. İddia tələbinin cehiz əşyalarına aid hissəsi ilə razı olsalar da, zinət əşyalarının geri qaytarılması tələbi ilə qəti şəkildə razı deyillər. Belə ki, iddiaçı nikah dövründə yaşadığı evi bir neçə dəfə tərk edərkən iddia tələbində göstərilən bütün zinət əşyalarını özü ilə aparmışdır. İddia tələbində qeyd olunan zinət əşyalarının əyarı və qiyməti (dəyəri) barədə heç bir məlumat verilməmişdir. Eyni zamanda, iddiaçı ilə yaxın və qohumluq münasibətində olan şəxslərin həqiqətə uyğun olmayan ifadələri birinci instansiya məhkəməsində əsas sübut kimi qiymətləndirilmişdir. İddiaçı öz iddia tələbində qeyd edir ki, cavabdehlə birgə kirayə evdə yaşadığı zaman sözügedən zinət əşyalarının oğurlanmasından ehtiyat etdiyi üçün həmin zinət əşyalarını yaşadığı evdə saxlamamış, onları saxlaması üçün cavabdehin anasına vermişdir. Bu səbəbdən nikaha xitam verilən zaman həmin əşyaları iddiaçının götürmək imkanı olmamışdır. İddiaçı ilə cavabdeh təqribi bir ay-ay yarım kirayə evdə yaşayıblar. Ondan sonra cavabdehin yeni evinə köçmüşlər. Həmin evə köçdükdən sonra iddiaçı vaxtaşırı sözügedən zinət əşyalarını cavabdehin anasıgildən götürərək cavabdehlə yaşadığı yeni mənzilinə aparmışdır. Hətta yeni mənzildə cehiz əşyaları quraşdırılandan bir müddət sonra güzgülərdən biri qırılmış, bununla əlaqədar iddiaçı tərəfin qardaşı evə usta çağırmışdır. Evdə usta olan zaman cavabdeh zinət əşyalarının TV stendin üzərində olduğunu gördükdə iddiaçıya səhlənkarlıq səbə bi ilə həmin gün irad da tutmuşdur. Tərəflər arasında nikaha xitam verildikdən 10-15 gün sonra iddiaçı tərəf özünə məxsus şəxsi (paltarlar, diplom, mobil telefon və s.) və cehiz əşyalarının cavabdehdən alınması ilə bağlı DİN Xəzər RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Polis də öz növbəsində cavabdeh tərəfi izahat üçün idarəyə dəvət etmişdir. Cavabdeh həm cehiz, həm də şəxsi əşyaların iddiaçıya qaytarılmasında özü maraqlı olduğunu izahatda da qeyd etmiş, bununla bağlı iddiaçıya heç bir zaman hər hansısa maneənin törətmədiyini və şikayətin nədən qaynaqlandığını da anlamadığını bildirmişdir. Hətta tərəflər arasında cehiz əşyaların qaytarılmasına dair danışıqlar da olmuşdur. Sonuncu dəfə iddiaçı tərəf sözügedən cehiz əşyaların sökülərək daşınması üçün öz ustalarının gələcəyini də cav abdeh tərəfə bildirmişdir. Burada ortalığa bir sual çıxır ki, cehiz və şəxsi əşyaların geri qaytarılması ilə bağlı cavabdehdən polis orqanına şikayət ərizəsi ilə müraciət edən iddiaçı hansı səbəbdən həmin ərizədə zinət əşyalarını qeyd etməmişdir. Məhz bu məqam da zinət əşyalarının hazırda iddiaçının mülkiyyətində və istifadəsində olmasına əsaslı şübhələr yaradır. Həmçinin, birinci instansiya məhkəməsi bir məqamı da nəzərə almamışdır ki, adətən bu tip işlərdə iddiaçı tərəf məhkəmədən müvəqqəti təminat tədbiri barədə qərardadın çıxarılmasını və satılma riski altında olan cehiz və zinət əşyalarının üzərinə həbsin qoyulmasını tələb edir. Amma göründüyü kimi iddiaçı tərəf o barədə arxayın olduğu üçün bu kimi qərardadın çıxarılmasını məhkəmədən xahiş etməmişdir, çünki bilirlər ki, zatən cehiz əş yaların qaytarılmasında cavabdeh tərəf özü maraqlıdır və sözügedən əşyaların mənzildən çıxarılması ilə bağlı iddiaçı tərəfə dəfələrlə məlumat verilmişdir. Birinci instansiya məhkəməsində cavabdehin iştirakı lazımi qaydada təmin edilməmiş, məhkəmə prosesləri barədə cavabdehə müvafiq sms bildirişləri göndərilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi digər tərəfin iştirakını lazımi qaydada təmin etməyərək onu dinləməmişdir. Nəticədə birinci instansiya məhkəməsi tərəfindən qeyri-obyektiv məhkəmə araşdırması aparılmış və ədalətsiz qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmənin qətnaməsinin qismən (zinət əşyalarının geri qaytarılması hissəsinin) ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin qətnaməsi iddia tələbinin təmin olunmuş d igər hissələrində mübahisələndirilməmişdir. Cavabdeh kollegiyadakı izahatında Aygün ilə bir-birilərini sevib ailə qurduqlarını və çox yaxşı yola getdiklərini, Aygün ilə ailə qurduqdan sonra bir müddət kirayə mənzildə yaşadıqlarını, sonradan öz evlərinin olduğunu, kirayədə və öz evlərində yaşayarkən onlarla heç kimin yaşamadığını, Aygünə məxsus qızıl-zinət əşyalarının kirayə mənzildə qaldıqları zaman ev sahibinin hər dəfə evə gəlib-getməsinə ehtiyat etdikləri üçün atasıgilin evində saxlanıldığını, sırf təhlükəsizlik baxımından bu addımı atdıqlarını, hətta o Aygünə qızıllarını istədiyi başqa yerdə saxlamağı təklif etsə də Aygünün onun təklifini qəbul etmədiyini, evlərinə köçəndən sonra həmin evdə qızıl-zinət əşyalarını saxlamaq üçün seyf olmadığını, Aygünün atasıgildə saxlanılmağa verdiyi qı zıllar Aygün tərəfindən ona hədiyyə aldığı üzük, onların Aygünə hədiyyə aldıqları söz üzüyü və nişan üzüyündən ibarət olduğunu, kənar müdaxilələrin təsiri səbəbindən Aygünlə aralarında problemlərin baş verdiyini, bir dəfə aralarında olan ailədaxili xırda söz-söhbətə görə işdən qayıdan zaman Aygünün evdə olmadığını, daha sonra Aygünün valideynlərinin gəlib onu öz evlərinə apardıqlarını, həmin vaxt nə qədər zəng etsə də, Aygünün onun telefon zənglərinə cavab vermədiyini, bir neçə gün sonra valdeynləri ilə birlikdə Aygünün atası evinə gedərək Aygünü ailə səbəbsiz yerə dağılmasın deyə evə gətirmək istədiklərini, lakin Aygünün qəti olaraq boşanmaq istədiyini, bir daha onların evinə qayıtmayacağını bildirdiyini, Aygünün atası evindən qayıtdıqdan təxminən 3 gün sonra Aygünün atasının onlara gəldi yini və Aygünün evə qayıtmasına icazə verilməsini onlardan xahiş etdiyini, bundan sonra ailədə baş verəcək hər xırda mübahisəyə görə özünün cavabdeh olduğunu bildirdiyini, Aygünün yenidən onların evinə qayıtdığını, bir müddət sonra işdə olan zaman Aygünün ona qızdırması olduğu üçün evə gəlməsini bildirdiyini, evə gələn zaman Aygünün qabyuyan maşına çirkli qabları yığa-yığa telefonla danışdığını gördüyünü, Aygünün telefonda valdeynləri ilə boşanmaq barədə danışdığını və telefonda bu müddət ərzində yetəri qədər sübut topladığını deməsini eşitdiyini, birinci dəfə Aygünün küsüb atası evinə gedərkən özü ilə qızıl-zinət əşyalarını aparıb-aparmadığını dəqiq bilmədiyini, telefon danışıqlarında da Aygünün barışaraq 2-ci dəfə onların evinə qayıtmasında sırf məqsədinin gəlib qızılları aparıb anasıgil ə verməkdən ibarət olduğunu, təkcə nişan üzüyünün evdə qaldığını, bu barədə çox həssas olduğu üçün həmişə nişan üzüyünün Aygünün barmağında olmasını istədiyini, Aygünü atası evinə apararkən aralarında elə də ciddi mübahisənin baş vermədiyini, həmin vaxt Aygünə paltarını dəyişməsini, onu atası evinə aparmaq istədiyini və aralarında olan nikahın pozulmasında fikrinin qəti olduğunu bildirdiyini, evli olduqları müddətdə Aygünün iki telefonu olduğunu, həmin telefonların biri onların aldığı, digəri isə Aygünün şəxsi telefonu olduğunu, Aygün evdən çıxarkən barmağında üzüyün taxılı olduğunu, şəxsi telefonunu və əl çantasını da götürdüyünü, lakin həmin çantanın içinə baxmadığını, üzüyü Aygün atasının evinə çatarkən ondan aldığını, ümumiyyətlə isə Aygünün atasının evinə getdiyi zaman özü ilə əl ça ntası və telefondan başqa əşya aparmadığını, Aygünün ikinci dəfə evdən gedərkən gecə vaxtı olduğunu, Aygünü atası evinə aparıb qayıtmağının təxminən 30-40 dəqiqə çəkdiyini, həmin vaxta əsaslanmaqla Aygün ilə evdən saat 130 radələrində çıxdıqları qənaətinə gəldiyini, Aygünü atası evinə aparıb evə qayıdarkən saat 2-3 radələri olduğunu, sonuncu dəfə Aygünü atası evinə aparıb düşürən zaman həmin üzüyü onun barmağından çıxardığını, daha sonra atasının Aygünün atasına Aygünün nikahın pozulmasına razı olduğu təqdirdə onun bütün cehiz əşyaları ilə birlikdə nişan üzüyünü də qaytaracağını bildirdiyini, Aygünlə aralarında olan nikah qeydi Asan Xidmət Mərkəzində pozulduqdan bir gün sonra Aygünün şəxsi əşyaları ilə birlikdə 1 ədəd qızıl üzüyünün də Aygünün qardaşına verildiyini, iddia ərizəsində qeyd e dilmiş qızıl-zinət əşyalarının onlar tərəfindən alınıb Aygünə hədiyyə verildiyini qəbul etdiyini, Aygünə aldıqları qızıl-zinət əşyalarından bəzisinin brilyant qaşlı olduğunu, ancaq həmin qızılların içində qırmızı qaşlı brilyant komplekt kimi qeyd edilmiş qızıl-zinət əşyasının brilyant olmadığını, həmin qırmızı qaşlı komplekti onun toyu zamanı yaxın qohumu tərəfindən toya pul yazdırmağı əvəzində hədiyyə edildiyini, həmin komplekti anasının Aygünə istifadə etməsi üçün verdiyini, Aygünün isə həmin qızılı öz qızılı kimi iddia ərizəsində qeyd etdiyini, Aygünün bəzi qızıl-zinət əşyalarını brilyant kimi qeyd etsə də həmin qızılların brilyant qaşlı olmadığını, Aygünün iddia ərizəsində qeyd etdiyi digər qızıl-zinət əşyalarının onlarda mövcud olmadığını, iddia ərizəsində Aygün tərəfindən qeyd edilmi ş 12 adda qızıl-zinət əşyasının mövcudluğunu və həmin qızılların onlar və ya qohumları tərəfindən alındığını qəbul etdiyini, söz hədiyyəsi olan 1 ədəd qızıl üzüyün, 8 mart hədiyyəsi olan 1 ədəd boyunbağının, nişan hədiyyəsi olaraq verilmiş 2 ədəd qızıl qolbağın və 1 ədəd qızıl boyunbağının, 1 ədəd qızıl qolbağın alındığını, Ramazan bayramı hədiyyəsi olduğu qeyd edilmiş 1 ədəd çiçək formalı brilyant qaşlı sırğa kimi göstərilmiş qızıl əşyası mövcud olsa da, həmin qızıl əşyasının brilyant qaşlı olmadığını, Qurban bayramı hədiyyəsi olan 1 ədəd tək qaşlı brilyant qızıl üzüyün, iddia ərizəsində ad günü hədiyyəsi olduğu göstərilmiş 1 ədəd “Bulqarı” markalı saatın alındığını, ancaq həmin saatın üzərində “Bulqari” qeydi yazılmadığını, nişan hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl qaşlı qızıl qolbağı n, toy hədiyyəsi olaraq verilmiş 1 ədəd ağ qızıl brilyant qaşlı dəstin mövcud olduğunu, iddia ərizəsində qırmızı və ağ brilyant qaşlı dəst kimi göstərilmiş qızıl əşyasının alındığını, lakin həmin dəstin brilyant qaşlı olmadığını, 1 cüt mirvari qızıl qaşlı sırğanın mövcud olduğunu, bu qızılın Aygünün şəxsi qızıl sırğası olmaqla nənə yadigarı olduğunu və Aygün evdə yaşadığı vaxt bu qızılı itirdiyini, uzun müddət həmin qızıl əşyasını evdə axtardıqlarını, hədiyyə olaraq verilmiş 1 ədəd qızıl boyunbağının alındığını isə yadına sala bilmədiyini, qızıl əşyalarının əyarı, qramı, qiyməti, hara istehsalı olması barədə məlumatının olmadığını, Aygün ilə birlikdə toy hədiyyəsi kimi aldığı yeganə qızılın 1 ədəd ağ qızıl brilyant qaşlı dəst olduğunu, iddia ərizəsində mübahisələndirilməyən cehiz əşyaların ın hazırda Aygün ilə birgə yaşadıqları evdə saxlanıldığını, həmin cehiz əşyalarına görə evə gedə bilmədiyini, atasıgildə qaldığını, atasının dəfələrlə telefon vasitəsilə iddiaçı tərəfə həmin cehiz əşyalarını götürmələrini bildirdiyini, iddiaçı tərəf ilk vaxtlar cehizləri götürəcəklərini bildirsələr də, sonradan cehiz əşyalarının onların evinə uyğun yığıldığını bildirib onlardan həmin cehiz əşyalarının dəyərində pul tələb etdiklərini, Aygünün əmlak tələbi ilə bağlı Ordubad Rayon Məhkəməsində iddia qaldırmasından məlumatının olmadığını, heç bir halda onu prosesə dəvət etmədiklərini, atasının onun mobil telefon nömrəsini məhkəməyə təqdim etdiyini, lakin məhkəmədən atasına məlumat veriləcəyi bildirilsə də yenə məhkəmə iclasından xəbərlərinin olmadığını, hətta bir dəfə özü məhkəmə ilə əlaqə s axladığını, ona da iclasların vaxtı barədə məlumat veriləcəyi deyilsə də yenə məlumatın verilmədiyini, nəticədə məhkəmənin onların iştirakı olmadan qərar qəbul etdiyini, birinci instansiya məhkəməsində işə baxılarkən qızıl-zinət əşyalarına münasibətdə Aygünün qardaşının şahidlik etdiyini, Aygünün qardaşının birinci dərəcəli qohum sayıldığını, təbii olaraq həmin şahidin iddiaçının xeyrinə ifadə verəcəyini, digər şahidin isə Aygünün dayısının qayınanası olmaqla Ordubad rayonunun Kotam kəndində yaşadığını, həmin şahidin Aygünün atası evinə qayıtdığı zaman üzərində heç bir qızıl-zinət əşyasının olmadığını bildirməsinin şübhə yaratdığını, halbuki həmin şəxsin şəraitə uyğun olaraq Aygünün üzərində qızıl-zinət əşyasının olub-olmadığını şəxsən görə bilməyəcəyini, çünki Aygünü atası evinə apardığı zaman artıq gecə yarısı olduğunu, onun barmağından çıxardığı üzüyün söz alınarkən Aygünə hədiyyə alınmış üzük olduğunu, həmin üzüyün iddia ərizəsində qeyd edildiyini, söz alınan zaman hədiyyə edilmiş üzüyün hazırda Aygünün istifadəsində olduğunu, Aygün ilə aralarında olan nikahın pozulduğu günün səhərisi üzüyü Aygünün qardaşına verdiklərini, hətta üzüyün onlar tərəfindən Aygünün qardaşına verilməsi barədə qardaşının video çəkiliş belə apardığını, həmin üzüyü o aldığı üçün mənəvi baxımdan Aygündə qalmasını istəmədiyindən üzüyü Aygünün barmağından çıxardığını, lakin sonradan hüquqi baxımdan üzüyün Aygünə çatdığını bildikdən sonra üzüyü onlara verdiklərini, iddiaçı tərəfin ona hədiyyə etdiyi üzüyün iddia ərizəsində qeyd edilmədiyini, üzüklərlə paralel olaraq Aygünün pasportunun, diplomunun, a ttestatının və şəhadətnaməsinin atası tərəfindən Aygünün qardaşına evlərinin qarşısında təhvil verildiyini, daha sonra iddiaçı tərəfin polisə şikayət ərizəsi ilə müraciət etdiyini, həmin şikayət ərizəsində müəyyən şəxsi əşyalarının onların evində qaldığını bildirdiklərini, Aygünün şikayət ərizəsinin surətinin sübut kimi onlarda mövcud olduğunu, Aygünün həmin şikayət ərizəsində qızıl-zinət əşyalarından hər hansısa birinin ona qaytarılmasını mübahisələndirmədiyini, sübutunun Aygünə məxsus həmin şikayət ərizəsi olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməsini və Ordubad Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(080)-120/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməklə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 kollegiyadakı izahatında bu tip işlərdə sübutetmə yükünün iddiaçı tərəfin üzərinə düşdüyünü, birinci instansiya məhkəməsinin hansı əsasla bu qərarı qəbul etdiyinin məlum olmadığını, qərarın qəbul edilməsi üçün iddiaçı tərəfin məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyini, iddiaçı tərəfin öz yaxın qohumlarının şahid ifadələri ilə öz xeyrinə qərar qəbul edilməsinə nail olduqlarını, hüquqlarını müdafiə etdiyi Həsənin Aygünün iddia ərizəsində qeyd edib mübahisələndirdiyi qızıl-zinət əşyalarının onlar tərəfindən Aygünə hədiyyə alındığını etiraf etdiyini, lakin iddiaçı tərəfin iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən həmin qızıl-zinət əşyalarının əyarı, qramı, istehsal yeri və bazar qiyməti barədə heç bir məlumat təqdim etmədiyini, cehiz əşyaları ilə bağlı isə tələbi olduğunu idd iaçı tərəfin ümumi fon yaratmaq üçün iddia ərizəsində qeyd etdiyini, Həsənin cehiz əşyalarını özünə məxsus evdə saxladığını səmimi olaraq etiraf etdiyini, həmin əşyaların evdən çıxarılması üçün iddiaçı tərəfə heç bir maneəçilik törədilmədiyini, toy zamanı Aygünə Həsən tərəfindən hədiyyə alınmış qızılzinət əşyalarının Aygündə olduğunu, əgər qızıllar Aygündə olmasa idi şikayət ərizəsi ilə polisə müraciət edərkən həmin ərizədə qızıl-zinət əşyalarının Həsən tərəfindən ona qaytarılmasını da qeyd etməli olduqlarını bildirərək apellyasiya şikayətinin təmin edilməsini və Ordubad Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(080)-120/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməklə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı kollegiyadakı izahatında yeni ailə qurduqları müddətdə cavabdehin Fövqəladə Hallar Nazirliyində işlədiyini, daha sonra şəxsi bizneslə məşğul olaraq özünə gül mağazası açıb orada işləməyə başladığını, mağazanın cavabdehin özünün olduğunu, ümumiyyətlə ailəli olduqları müddətdə cavabdehin ailəni maddi olaraq təmin etdiyini, sonuncu dəfə 05 iyun 2023-cü il tarixdə gecə saat 23:30 radələrində cavabdehin mübahisəsi səbəbindən evi tərk etdiyini, həmin vaxt cavabdehin əvvəlcə atasıgilə tək başına getməsinə dair qərar verdiyini, lakin onun bu qərarına qəti etiraz etdiyini, daha sonra birlikdə yaşadıqları evdən çıxıb atası evinə getmələrinin təxminən 5-10 saniyə çəkdiyini, cavabdehlə mübahisə etdikdən sonra 1 saat müddətində evdə hazırlaşıb çıxmağı barədə məlumatın yalan olduğunu, cavabdehlə birlikdə yaşadıqları evdən çıxıb ge dərkən özü ilə heç bir qızıl-zinət və ya şəxsi əşya götürmədiyini, hətta maşında olarkən cavabdehin onun əl barmaqlarına baxaraq özü ilə qızıl-zinət əşyası aparıb-aparmadığına əmin olmaq istədiyini bildirdiyini, ancaq heç bir qızıl-zinət əşyası taxmadığını, bunu cavabdehin özünün də gördüyünü, ev paltarında atasının evinə getdiyini, telefonunun, şəxsiyyət vəsiqəsinin belə yanında olmadığını, daha sonra onun ailəsi tərəfindən cavabdeh tərəfə zəng edilərək şəxsiyyət vəsiqəsi və şəxsi geyim əşyalarının qaytarılmasının bildirildiyini, qızıl-zinət əşyalarının hər zaman cavabdehin valdeynlərinin yaşadığı evdə saxlanıldığını, cavabdehin dediyinə görə buna səbəb onların birlikdə yaşadıqları evin təhlükəsizlik səviyyəsinin yaxşı olmadığını, valideynlərinin yaşadıqları evin isə hər tərəfdən kamera s istemi ilə əhatə olunmaqla daha təhlükəsiz olduğunu, birinci dəfə atası evinə cavabdehlə ayrı yaşadıqları evdən getdiyini, həmin evin kirayə olmadığını, atası evinə birinci və ikinci dəfə getməyinin arasında 1 ay vaxt olduğunu, bu müddət ərzində qızıl-zinət əşyalarını öz yaşadıqları evə gətirmədiklərini, özəl günlərdə hara gedirdisə, cavabdehin atası evində hazırlaşdığını, yaşadıqları evin cavabdehin atası evi ilə 10 dəqiqəlik məsafədə yerləşdiyini, həmin günü taxmaq istədiyi qızıl-zinət əşyasını götürüb istifadə etdiyini, aprel ayında nişan mərasiminə getdiklərini, həmin vaxt ağ qızıl dəstini taxdığını, nişan mərasimindən sonra taxdığı qızıl dəstini qaytarıb verdiyini, cavabdeh tərəf isə şəxsi geyim əşyalarının az bir qismini bir paket etməklə, kaşeloku, içində kartı və şəxsiyyət vəsiqəsi olmaqla atası evinə göndərdiyini, qardaşı ilə bərabər ilk öncə polisə zəng vurub şikayətini bildirdiyini, polisdən isə ona mülki işə baxmadıqlarını, sadəcə olaraq telefon və şəxsiyyət vəsiqəsinin ona aid olduğunu bildirərək bunun üzərindən şikayət ərizəsi verə biləcəyini, qalan əşyalara münasibətdə isə məhkəməyə müraciət etməyini bildirdiklərini, vəkilinə toy və nişan zamanı çəkilmiş şəkilləri təqdim etdiyini, həmin şəkilləri vəkilinin Ordubad Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən ərizəyə əlavə edərək cavabdehin verdiyi söz üzüyünün, onların cavabdehə aldıqları nişan üzüyünün və cavabdeh tərəfin ona aldığı nişan üzüyünün qaytarıldığını bildirdiyini, hətta cavabdeh tərəfin ona aldığı nişan üzüyünü qardaşına qaytarması ilə bağlı video çəkilişin aparıldığını, üzüklə birlikdə o nun şəxsiyyət vəsiqəsi və diplomunun da qaytarıldığını, qızıllarının hamısından istifadə edə bilmədiyini, sadəcə olaraq nişan üzüyünü taxdığını, söz üzüyü, onların cavabdehə aldıqları nişan üzüyü və cavabdeh tərəfin ona aldığı nişan üzüyü olmaqla 3 adda qızıl-zinət əşyasından başqa cavabdeh tərəfindən ona heç bir qızıl-zinət əşyasının qaytarılmadığını, həmçinin bu günədək onun cehiz əşyalarının cavabdehin evində qalmaqda davam etdiyini, cehiz və ona məxsus əşyaların cavabdeh tərəfin evində olduğu halda, ona hədiyyə alınmış qızıl-zinət əşyalarını götürüb aparmağının heç də məntiqli olmadığını, cavabdehin ona qaytardığı 1 ədəd söz üzüyünü, 1 ədəd cavabdehin aldığı nişan üzüyünü və 1 ədəd onların cavabdehə aldıqları nişan üzüyünü mübahisələndirmədiyini, həmin adda olan qızılları iddia ərizəsi ndə qeyd etmədiyini, iddia ərizəsində qaytarılmadığını qeyd etdiyi və cavabdeh tərəfindən ona toy zamanı alınmış və ya hədiyyə edilmiş qızıl-zinət əşyalarının qaytarılmasını tələb etdiyini, iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyalarının qiymətini təxmini olaraq bildiyini, qızılın qiymətindən və karatından xəbəri olmayan bir insan kimi, toy zamanı ona alınmış və ya hədiyyə edilmiş qızılların qiyməti ilə bağlı cavabdeh tərəfdən nə eşitmişsə, vəkilinə onu dediyini, 1 ədəd “Bvlqari” markalı ağ saatın ona hədiyyə edilən zaman cavabdeh tərəfin dəfələrlə məhz həmin saatın İtaliyadan gəldiyini, orijinal saat olduğunu, sadəcə qutusunun gömrük məsələsinə görə gəlmədiyini vurğuladığını, saatın qiymətini dəqiq bilmədiyini, ancaq sonradan cavabdehin qardaşı ilə söhbəti zamanı saatın dəyərinin maş ın qiymətində olduğunu, təxminən saatın 10000 manat qiymətində olduğunu ona bildirdiyini, həmin ağ saatın İtaliyadan gətirilməsi ilə bağlı əlində heç bir gömrük bəyənnaməsinin mövcud olmadığını, 1 ədəd qızıl sepin 8 mart hədiyyəsi olduğunu, 2 ədəd qızıl qolbağın və 1 ədəd qızıl sepin isə nişan hədiyyəsi olduğunu, bu qızıl əşyasını ona cavabdehin böyük bacısının hədiyyə etdiyini, 2 ədəd qızıl qolbağın sadə, nazik olduğunu, birinin ortasında yoncaya bənzər 4 paxla, digərinin isə rəngli olduğunu, həmin qolbaqların hər birinin maksimum çəkisinin 2 qram və sarı qızıl olduğunu, qiymətinin elə də yüksək olmadığını, 1 ədəd brilyant qaşlı çiçək formalı qızıl sırğanın Ramazan bayramı hədiyyəsi olduğunu, bu sırğanı taxarkən üzərində etiketinin olduğunu, həmin sırğanın qiymətinin cavabdeh tərəfindən ona 12000 manat deyildiyini, 1 ədəd brilyant qaşlı təkdaş üzüyün Qurban bayramı hədiyyəsi olduğunu, həmin üzüyün tək qaşlı olduğunu və ona brilyant qaşlı olduğu deyildiyini, 1 klon, 1 üzük, 1 sırğadan ibarət 1 ağ qızıl brilyant qaşlı dəstin kim tərəfindən alınmasını dəqiq deyə bilmədiyini, ancaq bu qızıl əşyasının toy zamanı ona cavabdehin atası Yaşar Həbibov tərəfindən hədiyyə edildiyini, 1 ədəd qırmızı və ağ brilyant qaşlı qızıl dəstin ona hədiyyə olunduğunu, kim tərəfindən alınması barədə məlumatının olmadığını, ailə qurandan bir müddət sonra qarşı tərəfin anasının şəxsən ona qızıl dəstinin brilyant olmaqla 150000 manat qiymətinin olduğunu bildirdiyini, ailə quran zaman boşana biləcəyini, başına belə bir iş gələr deyə toy zamanı ona hədiyyə edilmiş qızıl-zinət əşyalarının qramını, əyar ını, qiymətini telefona çəkib götürmək zərurətinin heç kimin ağlına gələ bilməyəcəyini, sadəcə olaraq toy zamanı qızılların hədiyyə edilməsi zamanı çəkilmiş şəkillərdən birində qızıllardan birinin üzərində əyarı, qramı, qiyməti olduğunun öz əksini tapdığını, xx.xx.2023-cü il tarixə qədər birgə yaşadıqları evdə kamera sisteminin mövcud olmadığını, cehiz və şəxsi geyim əşyalarının cavabdehlə yaşadıqları evdə qaldığını, hazırda mövcud olmaqla bu gündə onda olan qızıl-zinət əşyalarının söz üzüyü və birbirilərinə aldıqları nişan üzükləri olduğunu, onda mövcud olan 3 adda qızıl-zinət əşyasının iddia ərizəsində qeyd edilmədiyini, söz hədiyyəsi olan üzüyün sarı qızıldan ibarət olduğunu, kalço olmadığını, üzərində 3 ədəd topunun olduğunu, bu üzüyün söz hədiyyəsi olduğunu, qarşı tərəfin aldığı söz ü züyünün onda olduğunu, söz hədiyyəsi olan üzüyün qiymətini bilmədiyini, ümumiyyətlə isə ona alınmış qızıl-zinət əşyalarının toy zamanı onlar tərəfindən alınmış, həmçinin yaxın qohumları və dostları tərəfindən hədiyyə edilmiş qızılzinət əşyaları olduğunu, təbii olaraq onun həmin qızılların qiymətini bilməyinin mümkün olmadığını, qızıl-zinət əşyaları əgər satılmayıbsa, hazırda cavabdehin ailəsində olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını və Ordubad Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(080)-120/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 kollegiyadakı izahatında cavabdeh tərəfin birinci instansiya məhkəməsinin prosesin vaxtı barədə məlumat verməməsini və məhkəmənin ged işatından xəbərlərinin olmamasını sübut etməyə çalışdıqlarını, ancaq iş materiallarına əlavə edilmiş protokollara baxdıqda məhkəmənin hazırki mülki işlə bağlı 7 dəfə iclas keçirdiyini, bununla əlaqədar təxminən 4-5 dəfə Ordubad Rayon Məhkəməsinə gəlib-getdiyini, cavabdeh tərəfin bu barədə dediklərinin həqiqəti əks etdirmədiyini, Həsənin cehiz əşyalarının onlarda olduğunu səmimi etiraf etdiyini, birinci instansiya məhkəməsində qızıl-zinət əşyalarının qaytarılması barədə iddia qaldırdığı zaman tərəflərin toy mərasiminin video çəkilişini, Aygünə Həsən tərəfindən qızıl-zinət əşyalarının nişan və toy zamanı alınmasını təsdiq edən foto şəkillərin iddia ərizəsinə sübut kimi əlavə etdiyini, həmin qızıl-ziynət əşyalarının nə vaxt və hansı şəraitdə Aygünə verilməsi barədə məlumatların məhkəməyə təqd im olunduğunu, Həsənin atası evinə gedərkən Aygünün qızıl-zinət əşyalarını özü ilə apardığını iddia etməsinin həqiqəti əks etdirmədiyini, əgər Həsənin Aygünü elə bir ciddi əsas olmadan bir neçə dəqiqənin içində evdən tələm-tələsik çıxarıb gecə yarısı atasının evinə aparırsa, onunla boşanacağını bildirib, atası evinə düşürən zaman Aygünün barmağından üzüyünü çıxarırsa, Həsənin hansı məntiqlə Aygünün atası evinə gedərkən qızılları götürüb özü ilə aparmağı üçün kifayət qədər imkanı olduğunu iddia edə bildiyini, halbuki Həsənin özü izahatında Aygün ilə ailə kimi kirayədə qaldıqları zaman Aygünə məxsus qızıl-zinət əşyalarının atasının evində olmaqla öz anasına saxlanması üçün Aygün tərəfindən verdiyini etiraf etdiyini, lakin hazırda mübahisələndirilən qızıl-zinət əşyalarının Həsənin anası tərəf indən Aygünə qaytarılmasını təsdiq edən heç bir mötəbər sübut növünün olmadığını, Həsənin izahatından və ona verilən suallardan qızıl-zinət əşyalarının Həsən tərəfindən alındığını, həmin əşyaların sadəcə olaraq Aygünə qaytarılmadığının məlum olduğunu, Həsənin Aygün evdən gedərkən özü ilə heç bir əşya aparmadığını etiraf etdiyini, bir neçə gün sonra isə Aygünə məxsus şəxsi geyim əşyalarının götürülməsi barədə cavabdeh tərəfə müraciət olunduğunu, Aygün evdən tələsik çıxarılaraq ona şərait yaradılmadığı üçün özü üçün şəxsi geyim əşyalarını götürmədiyini, Aygünün atası evinə gedərkən ona hədiyyə alınmış qızılzinət əşyalarını götürməsini, ancaq atası evində istifadə etməsi üçün şəxsi geyim əşyalarından götürüb aparmaması faktının inandırıcı olmadığını, Həsənin dediklərində səmimiyyətin olmadı ğını, əgər əməldə cinayət tərkibi yoxdursa, polisin toy zamanı alınmış cehiz və ya şəxsi əşyaların bir tərəfdən alınıb digər tərəfə verməsinə dair mülki işə baxmaq səlahiyyətinin olmadığını, sadəcə olaraq Aygün üçün çox şəxsi olan telefonun Həsəndən alınıb ona qaytarılmadığı üçün şikayət ərizəsi ilə polisə müraciət etdiyini, telefon Aygün üçün çox şəxsi olduğundan şikayət ərizəsində yalnız telefonun Həsəndən alınıb Aygünə qaytarılmasını göstərdiyini, hazırki məhkəmə iclasında Həsənin öz izahatında Aygündən telefonu aldığını, hazırda həmin telefonun onda olduğunu etiraf etdiyini, qızıl-zinət əşyalarının qaytarılması barədə iddia qaldırarkən Aygünün mübahisələndirilən qızıl əşyalarının qiymətini təqribi olaraq yazıb gətirdiyini, ancaq Aygünün bu sahədə peşəkar olmadığından iddia ərizəsində q ızılların qiymətini qeyd etmədiyini bildirərək apellyasiya şikayətinin təmin olunmamasını və Ordubad Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(080)-120/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə İddiaçı işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilməsinə baхmayaraq məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Аzərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci mаddəsinin tələbinə əsаsən аpеllyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bахır. Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd olunur ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun ə saslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 vasitəsilə Ordubad Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikah bağladığını, həmin nikaha xx.xx.2023-cü il tarixdə xitam verildiyini, İddiaçı gəlin köçərkən valideynləri tərəfindən ona cehiz verildiyini, həmçinin nikah ərəfəsində İddiaçı cavabdehin valideynləri və digər qohumları tərəfindən müxtəlif hədiyyələrin verildiyini, hal-hazırda həmin cehiz və hədiyyələrin geri qaytarılması tələbi ilə bağlı mübahisənin mövcud olduğunu, nikah dövründə İddiaçı xx.xx.2022-ci il ta rixdə söz hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl üzük, 8 mart hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl boyunbağı, xx.xx.2022-ci il tarixdə nişan hədiyyəsi olaraq verilmiş 2 ədəd qızıl qolbaq və 1 ədəd qızıl boyunbağı, xx.xx.2022-ci il tarixdə verilmiş 1 ədəd qızıl qolbaq, xx.xx.2022-ci il tarixdə Ramazan bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı çiçək formalı qızıl sırğa, xx.xx.2022-ci il tarixdə Qurban bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı təkdaş üzük, xx.xx.2022-ci il tarixdə ad günü hədiyyəsi olaraq verilmiş 1 ədəd Bvlgari markalı ağ saat, xx.xx.2022-ci il tarixdə nikah hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı qızıl qolbaq, xx.xx.2022-ci il tarixdə toy hədiyyəsi olaraq verilmiş 1 ədəd ağ qızıl brilyant qaşlı dəst (dəstə 1 ədəd üzük, 1 cüt sırğa və kl on ilə 1 ədəd boyunbağı daxildir), xx.xx.2022-ci il tarixdə verilmiş 1 ədəd qırmızı və ağ brilyant qaşlı dəst (dəstə 1 ədəd qolbaq, 1 ədəd üzük və 1 cüt sırğa daxildir), xx.xx.2022-ci il tarixdə hədiyyə olaraq verilmiş 1 ədəd qızıl boyunbağı, İddiaçı aid 1 cüt mirvari qaşlı qızıl sırğa, xx.xx.2023-cü il tarixdə hədiyyə olaraq verilmiş Apple markalı İphone 14 Pro Max smartfon, mətbəx mebeli, yataq dəsti, qarderob, tv stend, makyaj masası, 12 nəfərlik masa və stul, konsol, tv stend, 65 diaqonal televizor, 4 ədəd qonaq otağı çilçırağı, 6 ədəd kiçik yataq otağı çilçırağı, 2 ədəd mətbəx çilçırağı, yataq otağı, qonaq otağı və mətbəx pərdəsi, 1 ədəd 2x3 ölçülü xalça, aspirator, soyuducu, soba, mikrodalğalı soba, plitə, qabyuyan, paltaryuyan, mətbəx çanağı və kran, kiçik elektrikli mətbəx və ev əş yaları, qab-qacaq və qazan dəstlərinin mövcud olduğunu, zinət əşyalarının ona hədiyyə verilməsini müxtəlif fotoşəkillərin də təsdiq etdiyini, nikah bağlanan zaman İddiaçı və cavabdehin öz evləri olmadığından cavabdehlə birgə həyət evində kirayə yaşadıqlarını, oğurlanmasından ehtiyat etdiyi üçün həmin zinət əşyalarını yaşadığı evdə saxlamadığını, onları saxlaması üçün cavabdehin anasına verdiyini, bu səbəbdən nikaha xitam verilən zaman həmin əşyaları iddiaçının götürmək imkanı olmadığını qeyd edərək, ona hədiyyə verilmiş qızıl-zinət əşyalarının, eyni zamanda valideynləri tərəfindən verilmiş cehiz əşyalarının Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmədə araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, tərəflər 10 oktyabr 2022-ci ildə rəsmi nikah qe ydiyyatından keçməklə evlənmişlər. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 17 oktyabr 2023-cü il tarixli, AZ-İ seriyalı, 448359 nömrəli nikahın pozulması haqqında şəhadətnamə ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etm ək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə görə ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bi r cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 668.1.3-cü maddəsinə görə daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır. Kollegiya cavabdehin vəkil və nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi iddia tələbində qeyd olunan zinət əşyalarının əyarı və qiyməti (dəyəri) barədə heç bir məlumatın verilməməsi, iddiaçı ilə yaxın və qohumluq münasibətində olan şəxslərin həqiqətə uyğun olmayan ifadələrin birinci instansiya məhkəməsində əsas sübut kimi qiymətləndirilməsi, cehiz və şəxsi əşyaların geri qaytarılması ilə bağlı cavabdehdən polis orqanına şikayət ərizəsi ilə müraciət edən iddiaçının hansı səbəbdən həmin ərizədə zinət əşyalarını qeyd etməmə si barədə ortalığa sual çıxması ilə əlaqədar dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Kollegiya qeyd edir ki, işin araşdırılmış hallarından da göründüyü kimi iddiaçının cavabdehdən alınmasını tələb etdiyi qızıl-zinət əşyalarının qiymətləri, çəkisi və əyarları, o cümlədən Bvlgari markalı ağ saatın qiyməti iddia ərizəsində göstərilməmiş və bununla əlaqədar sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda mübahisələndirilən həmin əşyaların qiymətinin müəyyən edilməsi üçün xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti olduğu halda birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə iş üzrə ekspertiza təyin edilməsini təmin etməmişdir. Halbuki MPM-in 97.1-ci maddəsinə əsasən məhkəmənin öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsi hüququ nəzərdə tutulur. Kollegiyada apellyasiya şikayətinə baxılarkən müəyyən edilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi qanunun yuxarıda sadalanan normalarının tələblərinə əməl etməmişdir. Apellyasiya baxışı zamanı kollegiya tərəfindən zərgərlik məmulatları üzrə məsləhət verilməsi üçün işə mütəxəssis cəlb edilmiş, mütəxəssis X6 tər əfindən verilmiş 27 dekabr 2024-cü il tarixli mütəxəssis məsləhətinə əsasən 8 mart hədiyyəsi olan bir ədəd qızıl boyunbağının fotoşəkili tədqiq edilərkən onun çirkon qaşlarının olması, həmin boyunbağının çəkisinin təxminən 3-3.5 qram, əyarının 585, Türkiyə istehsalı olması, bu günə olan bazar qiymətinin təxminən 400 (dörd yüz) manat təşkil etməsi, ramazan bayramı hədiyyəsi olan bir ədəd brilyant qaşlı çiçək formalı qızıl sırğanın fotoşəkilini tədqiq edərkən çəkisinin orta hesabla təxminən 7-8 qram, əyarının 750 olması, Bakı şəhərində hazırlanması, bu qızıl əşyasının ümumilikdə fotoşəkildə göründüyü kimi təxminən 105 ədəd brilyant qaşdan ibarət olmaqla, qaşlardan böyüyünün 2 ədədinin təxminən sotunun 70, qalan 103 ədədinin isə orta hesabla 1 karat olması, qızıl əşyasının bu günə olan baza r qiymətinin təxminən 3000-3500 manat təşkil etməsi, xx.xx.2022-ci ildə nişan hədiyyəsinin fotoşəkilini tədqiq edərkən 2 qızıl qolbaq və bir ədəd qızıl sepin fotoşəkilində yalnız bir ədəd qızıl sepin müşahidə edilməsi, həmin sepin Türkiyə istehsalı olması, əyarının 585, çəkisinin təxminən 2.5-2.8 qram təşkil etməsi, qızıl sepin qiymətinin isə orta hesabla təxminən 320 manat təşkil etməsi, qızıl sepin bir ləçəyində təxminən 3-4 çirkon qaşın olması, dəstə aid olan 2 ədəd qolbağın iş materiallarına əlavə edilmiş fotoşəkili və videogörüntüsü olmadığından 2 ədəd qızıl qolbağın çəkisini, əyarını, qramını, hara istehsalı olmasını və bugünkü bazar qiymətini müəyyən etməyin mümkün olmaması, xx.xx.2022-ci ildə Həsənin anası tərəfindən hədiyyə edilmiş 1 qızıl qolbağın fotoşəkilini tədqiq edərkən onun Dubay istehsalı olması, əyarının 750, çəkisinin təxminən 7-8 qram təşkil etməsi, qolbağın bugünkü bazar qiymətinin isə təxminən 1060 manat təşkil etməsi, xx.xx.2022-ci ildə Qurban bayramı hədiyyəsi olan 1 ədəd brilyant qaşlı təkdaş üzüyün fotoşəkilini tədqiq edərkən həmin üzüyün hara istehsalı olmasının mümkün olmaması, bu tip qızıl əşyasının Bakı şəhərində yığılması, əyarının 750, üzərində təxminən 80 sot və ya 1 karat brilyant qaşının olması, bu qızıl əşyasının bugünkü dəyərinin əgər brilyant qaşı təmiz, yəni rəngi, təmizliyi yerindədirsə qiymətinin təxminən 5000-7000 manat aralığında dəyişə bilməsi, əgər qızıl əşyası 80 sot olarsa qiymətinin 5000 manat, 1 karat olarsa 7000 manat təşkil etməsi, əgər bu qızıl əşyasının qaşı həddindən artıq çırkli və ya keyfiyyətsizdirsə qiymətinin təxmin ən 1000-1500 manat arasında dəyişə bilməsi, xx.xx.2022-ci ildə nikah hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı qızıl qolbağın fotoşəkilini tədqiq edərkən həmin qolbağın brilyant qaşlı deyil, bu qızıl əşyasının mirvari qaşlı qızıl olduğunun müşahidə edilməsi, bu qızıl əşyasının modelinə görə Türkiyə istehsalına oxşaması, təxminən bu model qızıl əşyasının 7-8 qram təşkil etməsi, bu günkü bazar qiymətinin isə təxminən 950-970 manat civarında dəyişməsi, xx.xx.2022-ci ildə toy hədiyyə olaraq alınmış 1 ədəd ağ brilyant qaşlı dəstin (dəstə 1 klon, 1 üzük, 1 sırğa daxildir) fotoşəkili tədqiq edilərkən bu qızıl əşyasının ağ qızıl, brilyant qaşlı, əyarının 750 olması, bu qızıl əşyasının hara istehsalı olduğunu müəyyən etməyin mümkün olmaması, qızıl dəstinin çəkisinin təxminən 15-16 qram, 4-4.5 karat sota malik olması, üzərində orta hesabla təxminən 160 ədəd brilyant qaşının olması, bugünkü bazar qiymətinin təxminən 5000-5500 manat təşkil etməsi, xx.xx.2022-ci ildə alınmış 1 qırmızı və ağ brilyant qaşlı dəstin (dəstə 1 ədəd qolbağ, 1 ədəd üzük, 1 ədəd sırğa daxildir) fotoşəkili tədqiq edilərkən bu tip qızıl əşyaların üzərində təxminən 5 karata qədər brilyant, orta hesabla təxminən 20 qram qızıl ola bilməsi, əyarının 750, istehsalının Bakı olması, fotoşəkildən dəstə daxil olan boyunbağının üzərində orta hesabla təxminən 50-55 ədəd brilyant qaş olduğunun müəyyən edilməsi, boyunbağının bugünkü bazar qiymətinin ümumilikdə təxminən 75008000 manat arasında dəyişməsi, dəstə daxil olan sırğa və üzüyün üzərində təxminən orta hesabla 1 karat 40 sot brilyantın olması, dəstin təxminən 93 br ilyant qaşdan ibarət olması və ortasında qırmızı yaqut daşların müşahidə edilməsi, iddiaçının bu dəsti 1 qırmızı və ağ brilyant qaşlı dəst adlandırmasının həmin qırmızı yaqut daşlarla əlaqədar olması, bu dəstin təxminən 12-15 qram çəkisinin ola bilməsi, əyarının 750, Bakı istehsalı olması, bugünkü bazar qiymətinin orta hesabla təxminən 2800-3000 manat aralığında olması, xx.xx.2022-ci ildə ad günü hədiyyəsi olaraq alınmış 1 ədəd Bvlgari markalı ağ saatın fotoşəkili tədqiq edilərkən bütün növ firma saatlarının arxasında həmin saata məxsus kod nömrəsinin olduğu, həmin kodun 5 rəqəmli olmaqla 9 rəqəm aralığında dəyişməsi, bütün firma saatlarının özünəməxsus pasportunun olması, həmin rəqəmlərin pasportda da qeyd olunması, bu kimi keyfiyyətlər olmadan bu tip saatların orijinal və ya qeyri-orijin al olmasını müəyyən etməyin mümkün olmaması, iş materialına əlavə edilmiş saatın fotoşəkilindən onun ağ formalı saat olduğu müəyyən edilsə də, həmin saatın hara istehsalı olması və ya qiymətini müəyyən etməyin mümkün olmaması, xx.xx.2022-ci ildə Həsənin dostunun anası Təranənin söz hədiyyəsi olaraq verdiyi 1 ədəd qızıl üzüyün fotoşəkili tədqiq edilərkən bu üzüyün təxminən 2 balaca və 1 böyük olmaqla ümumilikdə 3 top qaşdan ibarət olduğunun müşahidə edilməsi, həmin üzüyün Türkiyə istehsalı olması, əyarının 585, çəkisinin təxminən 3.5-4 qram aralığında dəyişməsi, bugünkü bazar qiymətinin təxminən 450-480 manat civarında olması, xx.xx.2022-ci ildə Həsənin dostunun anası Təranənin hədiyyə olaraq verdiyi 1 ədəd qızıl boyunbağının iş materiallarına əlavə edilmiş fotoşəkillərdə və videogörüntüd ə əks edilmədiyindən həmin qızıl əşyasının çəkisini, əyarını, qramını, hara istehsalı olmasını və bugünkü bazar qiymətini müəyyən etməyin mümkün olmaması müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı kollegiya tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək üçün tərəflərin mübahisələndirdikləri iş materialında olan zərgərlik məmulatlarının əyarının, çəkisinin, növünün və həmçinin iddiaçının mübahisələndirdiyi 1 ədəd Bvlgari markalı qol saatının dəyərinin müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə tapşırılmış, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspert izası Mərkəzi tərəfindən verilmiş 21 yanvar 2025-ci il tarixli, 1427 nömrəli rəyə əsasən ekspertiza tədqiqatına təqdim edilən qərardadda və 27 dekabr 2024-cü il tarixli mütəxəssis X6 tərəfindən tərtib edilmiş mütəxəssis məsləhətində adları qeyd olunan 07 adda (xx.xx.2022-ci il tarixdə söz hədiyyəsi olaraq verilmiş 1 ədəd Türkiyə istehsalı, 585 əyarlı üzərində 2 balaca və 1 böyük olmaqla ümumilikdə 3 top qaşdan ibarət, təxminən çəkisi 3,5-4 qram olan qızıl üzük ((3,5+4)/2=3,75 qram) - 412,50 manat, 8 mart hədiyyəsi olaraq verilmiş 1 ədəd 585 əyarlı, üzərində çirkon qaşları olan, çəkisi təxminən 3-3.5 qram olan qızıl boyunbağı ((3+3.5)/2=3,25 qram) - 357,50 manat, xx.xx.2022-ci il tarixdə nişan hədiyyəsi olaraq verilmiş 1 ədəd Türkiyə istehsalı, 585 əyarlı, üzərində təxminən 3-4 çirkon qaşı olan, çəkisi 2,5-2,8 qram olan qızıl boyunbağı ((2,5+2,8)/2=2,65) - 291,50 manat, xx.xx.2022-ci il tarixdə verilmiş 1 ədəd BƏƏ istehsalı, 750 əyarlı, çəkisi təxminən 7-8 qram olan qızıl qolbaq ((7+8)/2=7,5 qram) - 1050,00 manat, xx.xx.2022-ci il tarixdə Ramazan bayramı hədiyyəsi olaraq verilmiş 1 cüt Bakı şəhərində hazırlanan, çiçək formalı, 750 əyarlı, ümumilikdə 105 ədəd brilyant qaşdan ibarət olmaqla, qaşlardan böyüyünün 2 ədədinin təxminən sotu 70, qalan 103 ədədi orta hesabla 1 karat, ümumi çəkisi təxminən 7-8 qram olan qızıl sırğa ((7+8)/2=7,5 qram) 2495,00 manat, xx.xx.2022-ci il tarixdə toy hədiyyəsi olaraq verilmiş 750 əyarlı, 4-4,5 (orta hesabla 425 sot) karat, üzərində təxminən 160 ədəd brilyant qaşı, təxminən çəkisi 15-16 qram olan 1 dəst ağ qızıl brilyant qaşlı dəst (dəstə 1 ə dəd üzük, 1 cüt sırğa və klon ilə 1 ədəd boyunbağı daxildir) ((15+16)/2=15,5 qram - 5782,50 manat, xx.xx.2022-ci il tarixdə verilmiş 1 ədəd qırmızı və ağ brilyant qaşlı dəst (dəstə 1 ədəd boyunbağı, 1 ədəd üzük və 1 cüt sırğa daxildir) əyarı 750, Bakı şəhəri istehsalı, təxminən çəkisi 20 qram, təxminən üzərində 5 karata qədər brilyant olan dəstin boyunbağısının üzərində orta hesabla 50-55 ədəd brilyant qaş, sırğa və üzüyün üzərində təxminən 1 karat 40 sot brilyant qaş olan və dəst təxminən 93 brilyant qaşdan ibarətdir - 7050,00 manat) qızıl-zinət əşyalarının və üzərində olan brilyant qaşların orta kəmiyyət göstəricilərinə əsasən hazırki orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 17439,00 (on yeddi min dörd yüz otuz doqquz) manat müəyyən olunması, digər 6 adda (xx.xx.2022-c i il tarixdə nişan hədiyyəsi olaraq verilmiş 2 ədəd qızıl qolbaq, xx.xx.2022-ci il tarixdə Qurban bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı təkdaş üzük, xx.xx.2022-ci il tarixdə ad günü hədiyyəsi olaraq verilmiş 1 ədəd Bvlgari markalı ağ saat, xx.xx.2022-ci il tarixdə nikah hədiyyəsi olaraq verilmiş 1 ədəd Türkiyə istehsalına bənzəyən, mirvari qaşlı, təxminən çəkisi 7-8 qram olan qızıl qolbaq (7+8)/2=7,5 qram), xx.xx.2022-ci il tarixdə hədiyyə olaraq verilmiş 1 ədəd qızıl boyunbağı, 1 cüt mirvari qaşlı qızıl sırğa) qızıl-zinət əşyaları haqqında kifayət qədər məlumat (əyarı, çəkisi) olmadığından qiymətləndirmənin aparılmaması, İddiaçı aid 1 cüt mirvari qaşlı qızıl sırğa olmaqla iddiaçının iddia ərizəsində yuxarıda qeyd olunan adlarda göstərdiyi həmin qızıl-zinət əşyalarının və qol saatının tərəflərin izahatları, mülki iş materiallarında olan məhkəmə iclasında tərəflərin iştirakı ilə kollegiyada tədqiq olunmuş fotoşəkillər, o cümlədən mülki işə əlavə olunmuş video görüntülərdən istifadə olunmaqla hər birinin ayrı-ayrılıqda əyarı, qramı (qızıl-zinət əşyaların texniki göstəriciləri, adı, qaşların növü və karatı) həmçinin 1 ədəd qol saatının markasının müəyyən edilməsi əmtəəşünas ekspertin səlahiyyətlərinə aid olmadığı üçün həmin işlər üzrə tədqiqatın aparılmasının mümkün olmaması müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik ol masa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ona görə də kollegiya hesab edir ki, qızıl-zinət əşyalarının qiymətləri ekspert rəyinə uyğun müəyyən edilməli və mütəxəssisin ekspertin rəyində qiymətləndirilməyən qızıl-zinət əşyalarına münasibətdə məsləhəti nəzərə alınmalıdır. Kollegiya cavabdehin vəkil və nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi birinci instansiya məhkəməsində cavabdehin iştirakının lazımi qaydada təmin edilməməsi və məhkəmə prosesləri barədə cavabdehə müvafiq sms bildirişlərinin göndərilməməsi ilə əlaqədar dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdeh Ordubad rayonu, Ələhi kəndində qeydiyyatdadır. İşə baxmış biri nci instansiya məhkəməsi də cavabdehə məhkəmə bildirişlərini onun həmin ünvanına göndərmişdir. İş materiallarına əlavə edilmiş SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli bildirişdən məlum olur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 16:00-da cavabdeh qismində məhkəmə iclasında iştirak etməsinin zəruri olması barədə onun ********** telefon nömrəsinə sms bildirişi göndərilmişdir. (İ cild, i/v 107) “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 №-li qərarının 5.10-cu bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflə rdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür. Kollegiyada işə baxılarkən Cavabdeh 1 ədəd Bvlgari markalı ağ saatı ad günü hədiyyəsi olaraq iddiaçıya təxminən 120-150 manata aldığını bildirmişdir. Kollegiya qeyd edir ki, iddiaçı təqdim etdiyi ödəniş cədvəlində 1 ədəd Bvlgari markalı ağ saatın dəyərinin 10000 manat, xx.xx.2022-ci il tarixdə hədiyyə olaraq verilmiş 1 ədəd qızıl boyunbağının dəyərinin 1000 manat və İddiaçı aid 1 cüt mirvari qaşlı qızıl sırğanın 600 manat olduğunu göstərsə də onun tərəfindən təqdim edilmiş həmin əşyaların məhz ödəniş cədvəlində göstərilən dəyərdə olmalarını təsdiq edə biləcək hər hansı bir mötəbər sübutunu təqdim etməmiş, o cümlədən yuxarıda sad alanan 1 ədəd qızıl boyunbağının, xx.xx.2022-ci il tarixdə nişan hədiyyəsi olaraq verilmiş 2 ədəd qızıl qolbağın və 1 cüt mirvari qaşlı qızıl sırğanın cavabdehdə olması sübut olunmamışdır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillərlə iddiaçının iddia ərizəsində göstərdiyi xx.xx.2022-ci il tarixdə söz hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl üzük, 8 mart hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl boyunbağı, xx.xx.2022-ci il tarixdə nişan hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl boyunbağı, xx.xx.2022ci il tarixdə verilmiş 1 ədəd qızıl qolbaq, xx.xx.2022-ci il tarixdə Ramazan bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı çiçək formalı qızıl sırğa, xx.xx.2022-ci il tarixdə Qurban bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı tə kdaş üzük, xx.xx.2022-ci il tarixdə ad günü hədiyyəsi olaraq verilmiş 1 ədəd Bvlgari markalı ağ saat, xx.xx.2022-ci il tarixdə nikah hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı qızıl qolbaq, xx.xx.2022-ci il tarixdə toy hədiyyəsi olaraq verilmiş 1 ədəd ağ qızıl brilyant qaşlı dəst (dəstə 1 ədəd üzük, 1 cüt sırğa və klon ilə 1 ədəd boyunbağı daxildir), xx.xx.2022-ci il tarixdə verilmiş 1 ədəd ağ brilyant qaşlı dəst (dəstə 1 ədəd qolbaq, 1 ədəd üzük və 1 cüt sırğa daxildir), ibarət zərgərlik məmulatlarının mövcud olması mübahisələndirilmir. Qeyd olunan həmin qızıl zinət əşyalarının və 1 ədəd Bvlgari markalı ağ saatın iddiaçıda olması, evdən gedərkən həmin qızıl-zinət əşyalarını onun aparması ilə əlaqədar cavabdehin apellyasiya şikayəti və məhkəmədəki izahatında göstərdiyi hallar sübut olunmamış və cavabdeh bununla əlaqədar möhtəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də kollegiya cavabdehin vəkil-nümayəndəsinin apellyasiya şikayətinin bu dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarında göstərilir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Həmçinin həmin qərarda göstərilir ki, iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalə t mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "Şahid2 şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normala rı əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsı MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Kollegiya belə nəticəyə gəlir ki, cavabdeh, onun nümayəndəsi və vəkili öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensi ya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əs asdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 27 dekabr 2024-cü ildə verdiyi mütəxəssis məsləhətini aydınlaşdırmaq üçün kollegiyaya apellyasiya şikayətinə baxılması ilə əlaqədar dəvət olunmuş X6 verilmiş rəylə əlaqədar məsləhətində xx.xx.2022-ci ildə verilmiş ağ brilyant qaşları olan dəstə münasibətdə dəstə daxil olan 1 ədəd qolbağı texniki səhv olaraq boyunbağı kimi göstərdiyini, həmin qızıl əşyasının qolbaq olmaqla çəkisinin 16 qram olmaqla qaşların sayının məsləhətdə göstərildiyi kimi eyni olmaqla həmin dövrdə qızılın qramının 140-150 manat civarında olmasını bildirdi. Kollegiya mütəxəssisin və ekspertin ona münasibətdə verdiyi rəydə göstərdiyi “boyunbağı” sözünü “qolbağ” sözü kimi qəbul edir. Kollegiya mütəxəssisin 27 dekabr 2024-cü il tarixli iddiaçının iddia ərizəsində göstərdiyi xx.xx.2022-ci il tarixdə Qurban bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı təkdaş üzük, xx.xx.2022-ci il tarixdə nikah hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı qızıl qolbağın əyarının, modelinin, qaşlarının və qiymətlərinin müəyyən edilməsinə münasibətdə məsləhətini və Naxçıvan Muxtar Respublikası Ədliyyə Naz irliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 yanvar 2025-ci il tarixli, 1427 nömrəli rəyini iş materiallarına uyğun olduğundan sübut kimi qəbul edir. Kollegiya eyni zamanda qeyd edir ki, yuxarıda sadalanan xx.xx.2022-ci ildə verilmiş ağ brilyant qaşları olan dəstə daxil olan 1 ədəd qolbağa münasibətdə ekspertin rəyində göstərilmiş qızılın çəkisinin 20 qram deyil, 16 qram olması müəyyən edildiyindən rəydə göstərilmiş 7050 manat məbləğindən 4 qram miqdarında olan qızılın dəyəri (qızılın qramının dəyəri 150 manat x 4 qram) olan 600 manat çıxılmaqla həmin qızıl-zinət əşyasının dəyərinin 6450,00 manat olmasını qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndiril ən hissədə yoxlanılmalıdır. Kollegiya mütəxəssisin məsləhətini və ekspertin rəyini iş materialları ilə birlikdə tədqiq edib, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikаyəti qismən təmin еdilməli, Ordubad Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(080)-120/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh xx.xx.2022-ci il tarixdə hədiyyə olaraq verilmiş 1 ədəd qızıl boyunbağı və İddiaçı aid 1 cüt mirvari qaşlı qızıl sırğanın alınıb İddiaçı verilməsi hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia xx.xx.2022-ci il tarixdə nişan hədiyyəsi olaraq verilmiş 2 ədəd qızıl qolbaq, xx.xx.2022-ci il tarixdə hədiyyə olaraq verilmiş 1 ədəd qızıl boyunbağı və İddiaçı aid 1 cüt mirvari qaşlı qızıl sırğaya aid hissədə rədd edilməli, Ordubad Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(080)120/2024 nömrəli qətnaməsinin qət etdi hissəsinin “xx.xx.2022-ci il tarixdə söz hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl üzük, 8 mart hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl boyunbağı, xx.xx.2022-ci il tarixdə nişan hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl boyunbağı, xx.xx.2022ci il tarixdə verilmiş 1 ədəd qızıl qolbaq, xx.xx.2022-ci il tarixdə Ramazan bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı çiçək formalı qızıl sırğa, xx.xx.2022-ci il tarixdə Qurban bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı təkdaş üzük, xx.xx.2022-ci il tarixdə ad günü hədiyyəsi olaraq verilmiş 1 ədəd Bvlgari markalı ağ saat, xx.xx.2022-ci il tarixdə nikah hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı qızıl qolbaq, xx.xx.2022-ci il tarixdə toy hədiyyəsi olaraq verilmiş 1 ədəd ağ qızıl brilyant qaşlı dəst (dəstə 1 ədəd üzük, 1 cüt sırğa və klon ilə 1 ədəd boyunbağı daxildir), xx.xx.2022-ci il tarixdə verilmiş 1 ədəd qırmızı və ağ brilyant qaşlı dəst (dəstə 1 ədəd qolbaq, 1 ədəd üzük və 1 cüt sırğa daxildir), sözləri göstərilən hissəsi dəyişdirilməli, Cavabdeh 412,50 manat dəyərində 1 ədəd Türkiyə istehsallı, 585 əyarlı, üzərində 2 balaca və 1 böyük olmaqla, ümumilikdə 3 top qaşdan ibarət, çəkisi 3.75 qram olan qızıl üzük, 8 mart hədiyyəsi olaraq verilmiş 357,50 manat dəyərində 1 ədəd 585 əyarlı, üzərində çirkon qaşları olan, çəkisi təxminən 3,25 qram olan qızıl boyunbağı, xx.xx.2022-ci il tarixdə nişan hədiyyəsi olaraq verilmiş 291,50 manat dəyərində 1 ədəd Türkiy ə istehsalı, 585 əyarlı, üzərində təxminən 4 çirkon qaşı olan, çəkisi 2,65 qram olan qızıl boyunbağı, xx.xx.2022-ci il tarixdə verilmiş 1050,00 manat dəyərində 1 ədəd BƏƏ istehsalı, 750 əyarlı, çəkisi təxminən 7,5 qram olan qızıl qolbağ, xx.xx.2022-ci il tarixdə Ramazan bayramı hədiyyəsi olaraq verilmiş 2495,00 manat dəyərində 1 cüt Bakı şəhərində hazırlanmış, çiçək formalı, 750 əyarlı, ümumilikdə 105 ədəd brilyant qaşdan ibarət çəkisi 7,5 qram olan qızıl sırğa, xx.xx.2022-ci ildə Qurban bayramı hədiyyəsi olaraq verilmiş 7000 manat dəyərində əyarı 750 olan, 1 ədəd brilyant qaşlı təkdaş üzük, xx.xx.2022-ci il tarixdə ad günü hədiyyəsi olaraq verilmiş 1 ədəd 150 manat dəyərində Bvlgari markalı ağ saat,xx.xx.2022-ci ildə nikah hədiyyəsi olaraq verilmiş 970 manat dəyərində çəkisi 8 qram olan 1 ədəd mirvari qaşlı qızıl qolbağ, xx.xx.2022-ci il tarixdə toy hədiyyəsi olaraq verilmiş 5782,50 manat dəyərində 750 əyarlı, 425 sot karat çəkisi 15,5 qram olan 1 dəst ağ brilyant qaşlı qızıl (dəstə 1 ədəd üzük, 1 cüt sırğa və klon ilə 1 ədəd boyunbağı daxildir), xx.xx.2022-ci il tarixdə verilmiş 6450,00 manat dəyərində əyarı 750, Bakı şəhəri istehsalı, çəkisi 16 qram olan 1 ədəd ağ brilyant qaşlı dəstdən (dəstə 1 ədəd qolbağ, 1 ədəd üzük və 1 cüt sırğa daxildir) ibarət olan qızıl-zinət əşyaları və 150 manat dəyərində 1 ədəd Bvlgari markalı ağ saat, qətnamə icra olunan vaxt həmin əşyalar naturada mövcud olmazsa onların ümumi dəyəri olan 24959 (iyirmi dörd min doqquz yüz əlli doqquz) manat alınıb İddiaçı verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, Cavab deh mütəxəssis məsləhətinin verilməsi üçün mülki iş üzrə çəkilmiş xərclərin dəyəri və görülmüş işin haqqı olaraq 100 (bir yüz) manat alınaraq mütəxəssis X5 və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 40 (qırx) manat alınaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142330, büdcə səviyyəsinin kodu 2, məhkəmə ekspertizası xərci, X7 MR İdarəsi, kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi, VÖEN **********, hesab AZ21NABZ********************) hesabına keçirilməlidir. İşə əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi üzrə ilkin mediasiya s essiyasında iştirakla əlaqədar 50 manat və iddia ərizəsi verərkən 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-in 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Dövlət rüsumunun dərəcələri və ödənilməsinin xüsusiyyətlərini müəyyən edən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İşin kollegiyada araşdırılmış halları ilə müəyyən edilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi iddianın qiymətinin müəyyən edilməsi üçün qanunun sadalanan normasının tələbinə əməl etməyərək dövlət rüsumunun kəsirinin alınması məsələsini ümumiyyətlə həll etməmişdir. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar qətnaməsinin qızıl-zinət əşyalarının alınması tələbinə dair hissəsindən verilmiş apellyasiya şikayətinə baxılarkən tələb edilən qızıl-zinət əşyaları və bir ədəd Bvlgari markalı ağ saatın qiymətinin 24959 (iyirmi dörd min doqquz yüz əlli doqquz) manat olması müəyyən edildiyindən həmin mübahisələndirilən əmlaklara münasibətdə 164.88 manat məbləğində, apellyasiya şikayəti verilərkən isə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci m addələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında, yəni 82.44 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə əlavə edilmiş “MilliÖn” e lektron ödəmə sistemi terminalının xx.xx.2024-cü il tarixli, 01251 sayılı qəbzi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ona görə də iddia ərizəsi verilərkən ödənilməmiş 64.88 manat dövlət rüsumunun və apellyasiya şikayəti verilərkən ödənilməmiş olan 32.44 manat dövlət rüsumunun kəsiri ümumilikdə 97.32 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı MPM-in 119.1, 124.1, 382, 384.0.2, 385.1.1, 392, 393, 402, 403, 404 və 405-ci mаddələrini rəhbər tutaraq kollegiya qətеtdi: Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş аpеllyаsiyа şikаyəti qismən təmin еdilsin. Ordubad Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(08 0)-120/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh xx.xx.2022-ci il tarixdə nişan hədiyyəsi olaraq verilmiş 2 ədəd qızıl qolbaq, xx.xx.2022-ci il tarixdə hədiyyə olaraq verilmiş 1 ədəd qızıl boyunbağı və İddiaçı aid 1 cüt mirvari qaşlı qızıl sırğanın alınıb İddiaçı verilməsi hissəsində ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddia xx.xx.2022-ci il tarixdə nişan hədiyyəsi olaraq verilmiş 2 ədəd qızıl qolbağ, xx.xx.2022-ci il tarixdə hədiyyə olaraq verilmiş 1 ədəd qızıl boyunbağı və İddiaçı aid 1 cüt mirvari qaşlı qızıl sırğaya aid hissədə rədd edilsin. Ordubad Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(080)-120/2024 nömrəli qətnaməsinin qət etdi hissəsinin “xx.xx.2022-ci il tarixdə söz hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl üzük, 8 mart hədiyyəsi o laraq verilmiş 1 ədəd qızıl boyunbağı, xx.xx.2022-ci il tarixdə nişan hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl boyunbağı, xx.xx.2022-ci il tarixdə verilmiş 1 ədəd qızıl qolbağ, xx.xx.2022-ci il tarixdə Ramazan bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı çiçək formalı qızıl sırğa, xx.xx.2022-ci il tarixdə Qurban bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı təkdaş üzük, xx.xx.2022-ci il tarixdə ad günü hədiyyəsi olaraq verilmiş 1 ədəd Bvlgari markalı ağ saat, xx.xx.2022-ci il tarixdə nikah hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı qızıl qolbağ, xx.xx.2022-ci il tarixdə toy hədiyyəsi olaraq verilmiş 1 ədəd ağ qızıl brilyant qaşlı dəst (dəstə 1 ədəd üzük, 1 cüt sırğa və klon ilə 1 ədəd boyunbağı daxildir), xx.xx.2022-ci il tarixdə verilmiş 1 ədəd qırmızı və ağ brilya nt qaşlı dəst (dəstə 1 ədəd qolbağ, 1 ədəd üzük və 1 cüt sırğa daxildir) sözləri göstərilən hissəsi dəyişdirilsin. Cavabdeh 412,50 manat dəyərində 1 ədəd Türkiyə istehsallı 585 əyarlı, üzərində 2 balaca və 1 böyük olmaqla ümumilikdə 3 top qaşdan ibarət çəkisi 3.75 qram olan qızıl üzük, 8 mart hədiyyəsi olaraq verilmiş 357,50 manat dəyərində 1 ədəd 585 əyarlı, üzərində çirkon qaşları olan çəkisi təxminən 3,25 qram olan qızıl boyunbağı, xx.xx.2022-ci il tarixdə nişan hədiyyəsi olaraq verilmiş 291,50 manat dəyərində 1 ədəd Türkiyə istehsalı 585 əyarlı, üzərində təxminən 4 çirkon qaşı olan çəkisi 2,65 qram olan qızıl boyunbağı, xx.xx.2022-ci il tarixdə verilmiş 1050,00 manat dəyərində 1 ədəd BƏƏ istehsalı 750 əyarlı, çəkisi təxminən 7,5 qram olan qızıl qolbağ, xx.xx.2022-ci il tarixdə Ramaza n bayramı hədiyyəsi olaraq verilmiş 2495,00 manat dəyərində 1 cüt Bakı şəhərində hazırlanmış, çiçək formalı 750 əyarlı, ümumilikdə 105 ədəd brilyant qaşdan ibarət çəkisi 7,5 qram olan qızıl sırğa, xx.xx.2022-ci ildə Qurban bayramı hədiyyəsi olaraq verilmiş 7000 manat dəyərində əyarı 750 olan, 1 ədəd brilyant qaşlı təkdaş üzük, xx.xx.2022-ci ildə nikah hədiyyəsi olaraq verilmiş 970 manat dəyərində çəkisi 8 qram olan 1 ədəd mirvari qaşlı qızıl qolbağ, xx.xx.2022-ci il tarixdə toy hədiyyəsi olaraq verilmiş 5782,50 manat dəyərində 750 əyarlı, 425 sot karat çəkisi 15,5 qram olan 1 dəst ağ brilyant qaşlı qızıl (dəstə 1 ədəd üzük, 1 cüt sırğa və klon ilə 1 ədəd boyunbağı daxildir), xx.xx.2022-ci il tarixdə verilmiş 6450,00 manat dəyərində əyarı 750, Bakı şəhəri istehsalı çəkisi 16 qram olan 1 ədə d ağ brilyant qaşlı dəstdən (dəstə 1 ədəd qolbağ,1 ədəd üzük və 1 cüt sırğa daxildir) ibarət olan qızılzinət əşyaları və 150 manat dəyərində 1 ədəd Bvlgari markalı ağ saat, qətnamə icra olunan vaxt həmin əşyalar naturada mövcud olmazsa onların ümumi dəyəri olan 24959 (iyirmi dörd min doqquz yüz əlli doqquz) manat alınıb İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh iş üzrə mütəxəssis məsləhətinin verilməsi üçün mülki iş üzrə çəkilmiş xərclərin dəyəri və görülmüş işin haqqı olaraq 100 (bir yüz) manat alınaraq mütəxəssis X5 və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 40 (qırx) manat alınaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142330, büdcə səviyyəsinin kodu 2, məhkəmə ekspertizası xərci, X7 MR İdarəsi, kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi, VÖEN **********, hesab AZ21NABZ********************) hesabına keçirilsin. İddia ərizəsi verilərkən ödənilməmiş 64.88 manat dövlət rüsumunun və apellyasiya şikayəti verilərkən ödənilməmiş olan 32.44 manat dövlət rüsumunun kəsiri ümumilikdə 97.32 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamənin mübahisələndirilən hissəsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar