Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-20/2025 30.01.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili-nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək haqqının və digər ödənişlərin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Culfa Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(089)-74/2024 nömrəli qətnaməsindən iddiaçının vəkilinümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasınd a açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “29” yanvar 2024-cü ildə “Culfa Rayon X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək haqqının və digər ödənişlərin ödənilməsi tələbi ilə Culfa Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən istifadə edilməmiş bütün illərin əsas məzuniyyətlərinə görə 11498.74 (on bir min dörd yüz doxsan səkkiz manat, yetmiş dörd qəpik) manat məbləğində pul əvəzinin və vaxtında ödənilməmiş məbləğə görə 10992.27 (on min doqquz yüz doxsan iki manat, iyirmi yeddi qəpik) manat ödəncin, hüquqi yardıma görə ödədiyi 300 (üç yüz) manatın və 107.47 (bir yüz yeddi manat, qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin (sədrlik edən hakim Mehrab Məm mədov) 04 noyabr 2024-cü il tarixli, 2(089)-74/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş və “Culfa Rayon X8” Məhdud Məsuliyyətli Cəmiyyətindən istifadə edilməyən bütün iş illərinin əsas məzuniyyətlərinə görə 1486.15 (bir min dörd yüz səksən altı manat, on beş qəpik) manat kompensasiyanın, vaxtında ödənilməmiş əmək haqqının hər gecikdirilmiş günü üçün 478.56 (dörd yüz yetmiş səkkiz manat, əlli altı qəpik) manat məbləğində pulun, vəkilə ödənilmiş 100 (bir yüz) manatın alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 107.47 (bir yüz yeddi manat, qırx yeddi qəpik) manat məbləğində rüsumun dövlət büdcəsindən ona qaytarılması və cavabdehdən 39.65 (otuz doqquz manat, altmış beş qəpik) manat miqdarında rüsumun alınıb dövlət büdcəsinə keçir ilməsi qət edilmişdi (mülki iş İİİ cild, vərəq 36-44). Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iddiaçı tərəf apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Culfa Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(089)-74/2024 nömrəli mülki iş üzrə qətnaməsinin İddiaçı istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi zamanı məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılmaması hissəsində ləğv edilməsini və ona istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı əmsallaşdırma tətbiq edilməklə 11498.74 (on bir min dörd yüz doxsan səkkiz manat, yetmiş dörd qəpik) manat məbləğində pul əvəzinin və vaxtında ödənilməmiş məbləğə görə 10992.27 (on min d oqquz yüz doxsan iki manat, iyirmi yeddi qəpik) manat miqdarında ödəncin “Culfa Rayon X8” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayəti verən tərəf müraciətini əsaslandıraraq orta əmək haqqının hesablanması zamanı əmsallaşdırılmanın tətbiq edilməsi ilə razılaşmadığını, iş üzrə təyin edilmiş ekspertizanın - Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2024-cü il tarixli 968 nömrəli ekspert rəyində İddiaçı 17 oktyabr 2007-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək “Culfa Rayon X8” Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi illər üzrə istifadə edilməmiş məzuniyyət illərinə dair məzuniyyət haqqı üçün əmsallaşdırma tətbiq edilməklə hesablanmış məbləğin nəzərə alınmadığını, İddiaçı işdən azad olunduğu gündən son bir ildə vəzifə maaşına edilən əmək haqqında artımların ardıcıl və mütəmadi olaraq ödənildiyini, İddiaçı ilə işəgötürəni arasında vəzifə və öhdəliklər müəyyən edən kollektiv müqavilənin mövcud olmaması məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı əmək haqqının əmsallaşdırılmamasının əsası kimi qəbul edilə bilməyəcəyini, məhkəmənin İddiaçı istifadə olunmamış əmək məzuniyyəti vaxtı üçün orta əmək haqqının hesablanması zamanı əmək haqqının əmsallaşdırılmaması yönündə hüquqi mövqeyinin əsaslı hesab edilə bilməyəcəyini göstərmişdi. Şikayət edən tərəf apellyasiya şikayətinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 139, 154-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 1 37 nömrəli qərarına, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına, apellyasiya şikayətinin prosessual əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88, 220.4, 372.7, 384.0.2, 385.1.1-ci maddələrinə istinad etmişdi. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, mülki iş materiallarına əlavə edilmiş: -əmək kitabçasının (mülki iş İ cild, vərəq 9-13), həmçinin 17 oktyabr 2007-ci il tarixli 02 nömrəli əmrin təsdiq edilmiş surətlərindən (mülki iş İ cild, və rəq 41) İddiaçı Culfa rayon “Birləşmiş Darıdağ” ATSC-nin icraçı direktoru təyin edilməsi; - əmək kitabçasının təsdiq edilmiş surətindən (mülki iş İ cild, vərəq 9-13), 01 nömrəli, 05 yanvar 2023-cü il tarixli əmək müqaviləsinin surətindən (mülki iş İ cild, vərəq 42-43), əmək müqaviləsində dəyişiklik edilməsi barədə 17 may və 11 avqust 2023-cü il tarixli əmək müqaviləsi bildirişlərinin surətindən (mülki iş İ cild, vərəq 14 və 44) İddiaçı ilə X4 Qrupunun “Culfa Rayon X8” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əmək müqaviləsinin bağlanması, onun həmin müəssisədə direktor vəzifəsinə təyin edilməsi və orada işləməsi; - əmək kitabçasının (mülki iş İ cild, vərəq 9-13), İddiaçı “Culfa Rayon X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim etdiyi 31 oktyabr 2023-cü il tarixli ərizəsinin (mülki iş İ cild, vərəq 46), 01 noyabr 2023-cü il tarixli, 53 nömrəli əmrin (mülki iş İ cild, vərəq 47) təsdiq edilmiş surətlərindən, həmçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 02 noyabr 2023-cü il tarixli əmək müqaviləsi bildirişindən (mülki iş İ cild, vərəq 48) tərəflər arasında bağlanmış əmək müqaviləsinə iddiaçının öz ərizəsi əsasında 01 noyabr 2023cü il tarixdə xitam verilməsi və ona 17 oktyabr 2007-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək olan istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyasının ödənilməsinin əmr edilməsi; - “Culfa Rayon X8” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş cədvəldən İddiaçı istifadə etmədiyi məzuniyyət günlərinə görə 17818.70 (on yeddi min səkkiz yüz on səkkiz manat, yetmiş qəpik) manat məbləğində kompensasiya hesablaması (mülki iş İ cil d, vərəq 51); - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Culfa filialı tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli hesabdan çıxarışdan “Culfa Rayon X8” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı **********1966003AZN nömrəli hesabına 17818.70 (on yeddi min səkkiz yüz on səkkiz manat, yetmiş qəpik) manat məbləğində pul köçürülməsi (mülki iş İ cild, vərəq 52) aydın olur. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2024-cü il tarixli, 968 nömrəli ekspert rəyində isə qeyd edilmişdi ki, İddiaçı 17 oktyabr 2007-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək X8 Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi illər üzrə istifadə edilməmiş məzuniyyət illəri üzrə məzuniyyət haqqının məbləği əmsallaşdırma tətbiq edilməklə 31960.16 (otuz bir min doqquz yüz altmış manat, on al tı qəpik) manat, əmsallaşdırma tətbiq edilməməklə 19304.85 (on doqquz min üç yüz dörd manat, səksən beş qəpik) manat təşkil edir. 01 noyabr 2022-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək, son bir il üçün ödənilməli olan məzuniyyət haqqı əmsallaşdırılma aparılmamaqla 1993,36 (bir min doqquz yüz doxsan üç manat, otuz altı qəpik) manat olar ki, məzuniyyət qalığı 747,75 (1993,36-1245,61) manat təşkil edir. 01 noyabr 2022-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək, son bir il üçün ödənilməli olan məzuniyyət qalığına görə hər gecikdirilmiş gün üçün ödənilməli olan məbləğ Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən 19,93 (1993,36 məzuniyyət əvəzi*1%) manat olur ki, bu məbləğ gecikdirilmiş 12 günə vurulduqda, 12 gün üçün hesablanan məbləğ 239,16 (19,93* 12) manat, 13 noyabr 2023-cü il tarixdən 16 yanvar 2024-cü il tarixədək 64 gün üçün gecikdirilmiş məbləğ isə 478.56 (dörd yüz yetmiş səkkiz manat, əlli altı qəpik) manat (64*747,75 *1%) manat təşkil edir. Bundan başqa apelyasiya şikayətinə baxılması zamanı kollegiyaya "Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə təqdim edilmiş və 14 dekabr 2024-cü ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təsdiq olunmuş nizamnamədən iş üzrə cavabdeh “Culfa Rayon X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin adının dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olması aydın olur. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunverici likdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, apellyasiya şikayətinə qeyd edilənləri bildirməklə yanaşı, iddiaçının işlədiyi dövr ərzində cavabdeh təşkilat tərəfindən kollektiv müqavilə bağlanmadığını, lakin işçilərinin əmək haqqının artırıldığını, iddia ərizəsində ödənclərin verilmə tarixinin 16 yanvar 2024- cü ilədək tələb edilmələrinin hər hansı bir günlə bağlı olmadığını, iddia ərizəsinin hazırlanması ərəfəsinə düşdüyündən belə yazdığını, birinci instansiya məhkəməsinin cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsinə əsaslanmasını qanuni hesab etmədiklərini qeyd edərək, apellyasiya şikayətinin təmin edilməsini kollegiyadan xahiş etmişdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Nümayəndə2 verdiyi izahatında apellyasiya şikayətini qəbul etmədiyini, Culfa Rayon Məhkəməsinin qətnaməsi əsaslı və obyektiv olduğu üçün onunla razılaşdıqlarını, İddiaçı həmin müəssisədə təsadüfi şəxs olmadığını, onun 2007-ci ildən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışdığını, qanunvericiliyin və cavabdehin nizamnaməsinin tələblərinə görə müəssisənin f əaliyyəti ilə bağlı məsuliyyətin direktorun, yəni iddiaçının üzərində olduğunu, həmin müddətdə İddiaçı işçilərlə bağlasa da, onların əmək müqaviləsi əsasında əmək məzuniyyətinə göndərilməsini təmin etmədiyini, işəgötürən birbaşa iddiaçının özü olduğundan gecikmənin də onun təqsiri ucbatından yarandığını, qanunvericilikdə mülkiyyətçiyə münasibətdə vurduğu zərərə görə işəgötürənin məsuliyyət daşımasının nəzərdə tutulduğunu, kollektiv müqavilə tərəflər arasında 1 ildən 3 ilə bağlanıldığını və bunun könüllülük prinsipi əsasında həyata keçirildiyini, heç kimin kollektiv müqaviləyə tərəf olmağa məcbur edilə bilməyəcəyini, iddiaçının nümayəndəsinin də bildirildiyi kimi hazırkı mübahisə üzrə kollektiv müqavilə mövcud olmadığını, lakin əmək müqaviləsinin özündə müəyyən normaları əks etdirdiyini, işəgötürənin əmək müqaviləsində işçi ilə istənilən şərtlər əsasında razılığa gələ biləcəyini, əgər əmək müqaviləsində əmsallaşdırmanın tətbiq edilməsi nəzərdə tutulsa idi, bunun başa düşülən hesab edə biləcəklərini, əmək müqavilələrində isə bununla bağlı hər hansı normanın göstərilmədiyini qeyd edərək apellyasiya şikayətinin təmin edilməməsini və Culfa Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(089)-74/2024 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını kollegiyadan xahiş etmişdi. Apellyasiya şikayətinin hüquqi həllinə gəldikdə isə kollegiya onu mülki iş materialları ilə birlikdə, həmçinin qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraat ının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; -5.1-ci maddəsində hər hansı fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda mə hkəmədə iş başlanılması göstərilir; - 9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmçinin həmin Məcəllənin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözü gedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməs inin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır ( 372.1, 372.2, 372.6 və 372.7-ci maddələr). Qətnamənin əsaslılığı dedikdə isə Mülki-Prosessual Məcəllənin 217-ci maddəsinin mahiyyətinə görə onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun, həmçinin məhkəmənin (hakimin) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırması başa düşülür. Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Həmçinin Mülki-Prosessual Məcəllənin 392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, verilmiş apellyasiya şikayətin dən Culfa Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(089)-74/2024 nömrəli qətnaməsini yalnız iddiaçı tərəfin mübahisələndirməsi aydın olur. İddiaçı verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının qismən ləğv edilməsinə yönəldiyindən, məhkəmə aktı apellyasiya şikayəti verən şəxs tərəfindən mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apellyasiya şikayəti verən tərəfin hüquqi mövqeyindən aydın olur ki, o Culfa Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(089)-74/2024 nömrəli qətnaməsini məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqının əmsallaşdırılma tətbiq edilməməsi və buna müvafiq olaraq istifadə edilməmiş bütün iş illərinin əsas məzuniyyətinə görə pul əvəzi məbləğinin gecikdirilməsi ilə bağlı (64 günlük müddət üçün) hesablanmalı olan ödəncin miqdarına dai r hissədə mübahisələndirir. Ümumilikdə isə iddiaçının tələbindən onun işlədiyi dövr ərzində istifadə etmədiyi əsas əmək məzuniyyəti illərinə görə məzuniyyət haqqının ödənilməsi və həmin haqqın gecikdirilməsi nəticəsində ona qanunvericiliklə müəyyən edilmiş faizin ödənilməsini tələb etməsi müəyyən edilir. Mülki prosessual qanunvericiliyin tələbini nəzərə alan kollegiya belə hesab edir ki, apellyasiya şikayəti obyektinin qanuniliyinin yoxlanılmasına ilk növbədə İddiaçı istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətinə görə məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanmasında əmsallaşdırılmanın tətbiq edilib-edilməməsinə dair məsələni araşdırmaq lazımdır. Çünki iddiaçının istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətinə görə məzuniyyət vaxtı üçün orta əmək haqqı tələbi, həmçi nin apellyasiya şikayətində mübahisələndirdiyi digər tələbi üzrə ilkin olaraq sözü gedən məsələnin hüquqi həlli zəruridir. Bununla bağlı kollegiya bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinin müddəalarına görə hər bir şəxsin əmək qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır, heç kəs zorla işlədilə bilməz, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. X7 37-ci maddəsində göstərilir ki, hər kəsin istirahət hüququ var. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir də fə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Yuxarıda qeyd ediləndən başqa məzuniyyət hüququ ilə bağlı müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “Ödənişli illik məzuniyyətlər haqqında” X5 1936-cı ildə qəbul edilmiş 52 saylı Konvensiyasının 3-cü maddəsinə görə, məzuniyyətə gedən hər bir şəxs məzuniyyətin bütün dövründə milli qanunlarla və qaydalarla təsbit olunmuş üsullarla hesablanmış, əgər onun natura ilə haqqının pul ekvivalenti varsa onu da əlavə etməklə ya özünün adi haqqını və ya kollektiv müqavilə ilə müəyyən edilmiş haqqını almalıdır. “Ödənişli məzuniyyətlər haqqında” X5 1970-ci ildə qəbul etdiyi 30 iyun 1973-cü ildən qüvvədə olan 132 saylı Konvensiyasının 3-cü maddəsinin bi rinci bəndinə görə hər bir şəxs müəyyən edilmiş minimum müddətli illik ödənişli məzuniyyət hüququna malikdir. Vətəndaşların istirahət hüququ həmçinin «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 24-cü maddəsində də təsbit edilmişdi. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. X5 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Proto kolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır ( “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına istinadən). Konstitusiya və beynəlxalq konvensiyanın prinsip və normalarına uyğun olaraq istirahət vaxtı və məzuniyyət verilməsinin qayda və şərtləri Azərbaycan Respublikasının Əmək Məcəlləsində də tənzimlənmişdi. Belə ki, Əmək Məcəlləsinin: - 2-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir; - 3-cü maddəsinin 4-1-ci hissəsinə görə əmək münasibətləri əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, d axili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; - 9-cu maddəsinin “x” bəndindən müəyyən edilir ki, hər il həmin Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək işçinin hüququdur; - 110-cu maddəsinin 1-ci və 3-cü hissələrinin tələbinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydal arı məhdudlaşdırıla bilməz; -113-cü maddəsinin 1-ci hissəsinə görə əmək məzuniyyəti-işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır; -131-ci maddəsində təsbit edilmişdi ki, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Ona altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər; - 135-ci maddəsinə görə Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir; -154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; - 172-ci maddəsinin 1, 2 və 4-cü hissələrindən görünür ki, aylıq əmə k haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; - 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunver icilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbindən aydın görünür ki, qanunvericilik nəinki işçinin əmək məzuniyyəti hüququnu tanıyır və həmin hüququn həyata keçirilməsinə olan maneəni qadağan edir. Habelə məzuniyyət haqqını əmək haqqının tərkibi kimi müəyyən edir. Mülki işin mübahisəsiz hallarından İddiaçı iş üzrə cavabdeh olan işəgötürənlə 17 oktyabr 2007-ci ildən əmək münasibətində olmaqla, həmin tarixdə “Culfa Rayon X8” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində işə başlaması aydın olur. Tərəflər arasında əmək münasibətlərinə 01 noyabr 2023-cü ildə xitam verilsə də, iddiaçının işlədiyi dövr ərzində, yəni 16 il 14 gün müddətində əsas əmək məzuniyyətindən istifadə etməməsi mübahisə olunmur. Sonuncu fak t iddiaçının tələbindən və mülki iş materiallarında olan “Culfa Rayon X8” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş cədvəllərlə müəyyən edilir (mülki iş İ cild, vərəq 5051). “Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsinin qaydaları” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143-cü maddəsi ilə tənzimlənir ki, həmin normanın mahiyyətinə görə müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallard a və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. İddiaçı ilə “Culfa Rayon X8” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında olan əmək münasibətlərinə xitam verilməsi zamanı iddiaçının məzuniyyət hüququndan istifadə etməməsi işin mübahisəli halı olmadığından kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərd ə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. İşin mübahisəsiz hallarından aydın olur ki, cavabdeh tərəfindən iddiaçıya istifadə etmədiyi məzuniyyət illərinə görə 17818.70 (on yeddi min səkkiz yüz on səkkiz manat, yetmiş qəpik) manat pul əvəzi hesablanmış və həmin məbləğ ona 13 noyabr 2023-cü ildə ödənilmişdi. İddiaçı isə həmin məbləğin az olduğunu hesab edərək, ona ümumilikdə 29317,44 manat ödənilməli olduğunu qeyd etmiş və bununla bağlı Culfa Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdi. Birinci instansiya məhkəməsi iddiaçının istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə ona 1486.15 (bir min dörd yüz səksən altı manat, on beş qəpik) manat məbləğində pulun ödənilməsini qət etmiş və b u nəticəyə gəlməsini məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılma aparılmadan hesablanmalı olması ilə əsaslandırmışdı. İddiaçı birinci instansiya məhkəməsinin bu əsasını qəbul etməyərək ona istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə ödənilməli olan pul məbləğinin əmsallaşdırılma tətbiq edilməklə hesablanmalı olmasını hesab edir. Bununla bağlı kollegiya qeyd edir ki, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması və ödənilməsi qaydaları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsində təsbit edilmişdi. Həmin normaya əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləy ib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başla nmasına ən geci 3 gün qalmış ödənilir. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktiki olaraq verildiyi gündən hesablanıla bilər. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. “Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə ilə tənzimlənir ki, həmin qaydalara əsasən qanunvericilikdə müəyyən olunmuş tarif (vəzifə) maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatl arda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması hazırkı qaydaya əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil surətdə aparılır. Sonuncu qeyd edilən normadan görünür ki, orta əmək haqqının əmsallaşdırılması aşağıdakı hallarda həyata keçirilir: - büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda əmək haqqı kütləvi şəkildə artırıldıqda; - təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, əmsallaşdırma kütləvi əmək haqqı artımı həyata keçirilmiş bütün büdcə təşkilatlarına aiddir. Digər sahələrdə çalışanlar üçün əmək haqqının əmsallaşdırılması kollektiv müqavilənin şərtlərinə əsasən vəzifə maaşları kütləvi şəkildə artırıldıqda həyata keçirilir. Deməli kollegiyanın hazırda hüquqi həllindən bəhs edilən apellyasiya şikayətinin əsası üzrə araşdırmalı olduğu ilkin məsələ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin büdcədən maliyyələşdirilən və ya təsərrüfat hesabı müəssisə olub-olmamasını müəyyən etmək, əgər cavabdeh təsərrüfat hesabı müəssisədirsə tarif (vəzifə) maaşlarının kütləvi şəkildə artırılması ilə bağlı kollektiv müqavilənin mövcudluğunu yoxlamaqdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin 4 saylı ərazi vergilər idarəsi tərəfindən verilmiş 18 dekabr 2023-cü il tarixli, **********730500 nömrəli məktubun məzmunundan görünür k i, “Culfa Rayon X8” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi ödəyicisi olmaqla, “qaz məhsullarının topdan satışı” fəaliyyəti ilə məşğuldur (mülki iş İ cild, vərəq 16). Bu fakt isə onu deməyə imkan verir ki, cavabdeh büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilat hesab olunmur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsərrüfat hesabı müəssisə olduğundan tarif (vəzifə) maaşlarının kütləvi şəkildə artırılması ilə bağlı kollektiv müqavilənin mövcudluğunun yoxlanılması şərtlərinə gəldikdə isə kollegiya bildirir ki, Əmək Məcəlləsinin; -3-cü maddəsinin 6-cı hissəsinə əsasən kollektiv müqavilə işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir: - 7-ci maddəsinin 3-c ü hissəsinə görə kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir; - 32-ci maddəsinin 1-ci hissəsi ilə müəyyən edilir ki, kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanıla bilər; - 34-cü maddəsinin 1-ci hissəsinin tələbinə əsasən kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarəti tərəflər və müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Nəzarə ti həyata keçirən səlahiyyətli şəxslərə bütün zəruri məlumatlar təqdim edilməlidir. Mülki iş materiallarında olan 04 noyabr 2024-cü il tarixli, 25 nömrəli məktubda qeyd edilir ki, “Culfa Rayon X8” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Nəqşicahan LTD Şirkətlər qrupu arasında kollektiv müqavilə mövcud deyil (mülki iş İİİ cild, vərəq 29). İddiaçı isə əvvəllər uzun müddət “Culfa Rayon X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləməsinə baxmayaraq, kollektiv müqavilənin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsini təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun “18” mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, prosessual qanu nvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd edilənlərə əsaslanaraq kollegiya belə nəticəyə gəlir ki, istifadə edilməmiş bütün iş illərinin əsas məzuniyyətinə görə ona ödənilməli kompensasiyanın hesablanması zamanı məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanmasında əmsallaşdırılmanın tətbiq edilməsinə dair apellyasiya şikayəti verən tərəfin hüquqi mövqeyi əsaslı sayıla bilməz. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi digər bir əsas isə istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə vaxtında ödənilməmiş məbləğ üzrə ona 10992.27 (on min doqquz yüz doxsan iki manat, i yirmi yeddi qəpik) manat məbləğində ödəncin verilməsidir. Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlar ından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Bu qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Bundan başqa kollegiya onu da bildirir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Əmək Mə cəlləsinin 172ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Culfa Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(089)-74/2024 nömrəli qətnaməsindən görünür ki, işə baxan hakim iddiaçının tələbini hazırda hüquqi həllindən danışılan hissəsini qismən təmin edərək ona 64 günlük gecikmə üçün 478.56 (dörd yüz yetmiş səkkiz manat, əlli altı qəpik) manat məbləğində pulun ödənilməsini qət etmiş, bunu iddiaçının nümayəndəsinin 07 mart 2024-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri i lə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilməsi ilə əsaslandırmış, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödəncinin verilməsi ilə bağlı tələbinə bir illik iddia müddəti tətbiq edib, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2024-cü il tarixli 968 nömrəli ekspert rəyində qeyd etdiyi məbləğə istinad etmişdi. Bununla bağlı kollegiya bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinin 16-cı hissəsinə görə fərdi əmək mübahisəsi dedikdə əmək müqaviləsinin, kollektiv müqavilənin və sa zişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır; - 18-ci maddəsində qeyd edilir ki, özlərinin hüquqlarını, qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçinin, işəgötürənin, əmək kollektivinin, həmkarlar ittifaqları təşkilatının fərdi və ya kollektiv əmək mübahisəsi aparmaq hüququ vardır. Bu hüququn həyata keçirilməsi yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. İşəgötürənlə işçi, habelə əmək kollektivi arasında əmək qanunvericiliyinin tətbiqi zamanı meydana çıxan fərdi və kollektiv əmək mübahisələrinin həlli bu Məcəllənin Xİ bölməsində nəzərdə tutulan qaydada tənzimlənir; - 288-ci maddəsində fərd i əmək mübahisələrinin predmeti müəyyən edilmişdi, həmin normanın “d” bəndinə görə bunlardan biri əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsidir; - 292-ci maddəsinin 1-ci hissəsinə görə işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər; - 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır; -296-cı maddəsinin 1-4-cü hissələrində isə qeyd edilir ki, Məcəllənin 294-cü maddəsin in ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsini n bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; - 375.1 və 375.2-ci maddələrinin tələbindən aydın olur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may, Bellet Fransaya qarşı iş üzrə 1995-c i il 4 dekabr tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidm ət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkə mə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Mülki iş materiallarını yuxarıda qeyd edilən hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edən kollegiya bildirir ki, İddiaçı 16 ildən artıq müddətdə hazırda cavabdeh olan müəssisədə - “Culfa Rayon X8” Məhdud Məsuliyyətli Cəmiyyətində rəhbər, yəni direktor vəzifəsində işləmişdi. İddiaçı həmin illər üçün əsas əmək məzuniyyəti hüququndan istifadə etmədiyindən, onun bütün bu illər üçün pul əvəzi almasını və bunun verilməməsi ilə bağlı olaraq ödənc tələb etməsini qanunvericilik istisna etmir. Lakin yuxarıda da qeyd edildiyi kimi məhkəmə müdafiəsi hüququ mütləq olmadığından məhdudiyyətə məruz qalması istisna edilmir. İddiaçının hər ilin sonunda əsas əmək məzuniyyəti hüququnu həyata keçirməməsi əmək haqqının tərkib hissəsi olan məzuniyyətin gecikməsinə görə verilməli olan pul əvəzinin, həmçinin Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində qeyd edilən ödəncin hər il üzrə artması ilə nəticələnsə də, bu tələblərdən birinciyə münasibətdə (pul əvəzinə) mülki qanunvericiliyin mahiyyətinə görə iddia müddəti tətbiq edilə bilmədiyi halda, ikinciyə münasibətdə (ödənc tələbinə) sözü gedən məhdudiyyət tətbiq ediləndir. Belə ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci və 172-ci maddəsinin 4-cü hissələrinə əsasən əmək müqaviləsinə xitam verilməsi səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gü n verilir. Məzuniyyət haqqının əmək haqqının tərkib hissəsi, sonuncunun isə mülkiyyət hüququ çərçivəsində gözlənti hüququnu yaratması yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbi baxımından inkar edilmir. Hazırkı mübahisə üzrə 16 il 14 günlük əmək məzuniyyətindən istifadə etməyən İddiaçı hər ilin sonu bununla bağlı pul əvəzi almaq hüququ yaranıb ki, həmin məbləğlərin ona verilməməsi özlüyündə məbləğinödənilməli olan əmək haqqının artmasına gətirib çıxarmışdı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0-cı və 384.0.4-cü maddələrində mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə ona iddia müddətinin şamil edilməməsi qeyd edildiyindən və hə min normanın tələbi baxımından iddiaçının istifadə edilməyən məzuniyyət hüququ ilə bağlı pul əvəzi tələbinə iddia müddəti tətbiq edilə bilməsə də, onun ödənc tələbi iddia müddətinin təsirinə düşür. Mülki iş materiallarından isə görünür ki, cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi ilə bağlı işə baxan birinci instansiya məhkəməsinə ərizə təqdim etmişdi (mülki iş İ cild, vərəq 70). Həmin ərizə üzrə cavabdeh tərəfin hüquqi mövqeyi İddiaçı ona qarşı olan bütün tələblərinə iddia müddətinin tətbiqindən ibarət olsa da, işə baxan birinci instansiya məhkəməsi həm iddiaçının bütün illərin əsas məzuniyyətlərinə görə ona pul əvəzinin ödənilməsi tələbinə iddia müddətinin tətbiq edilməməsi, həm də həmin məbləğ üzrə İddiaçı ödəncin verilməsi tələbinə bir illik iddia müddətinin tətbiqi ilə bağlı düz gün nəticəyə gəlmişdi. Çünki İddiaçı çalışdığı vəzifənin xarakteri həmin müəssisənin işçilərinin əmək hüquqlarının təmin edilməsi ilə bağlı təşkilati məsələlərlə (məsələn işçilərin məzuniyyət hüququnun həyata keçirilməsi, onların əmək haqqı ilə bağlı təşkilati məsəllər və s) sıx bağlı olduğundan, iddiaçının özünə məxsus olan məzuniyyət hüququnu hər iş ilinin sonunadək istifadə etməli və ya buna görə müvafiq pul əvəzi almaq hüququnun olmasını bilməməsi inandırıcı deyil. Qeyd edilənlərdən başqa yuxarıda göstərilən normaların məzmunundan aydın olur ki, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Mülki iş materialların ı nəzərdən keçirən kollegiya bildirir ki, tərəflər arasında əmək münasibətlərinə iddiaçının ərizəsinə əsasən, elə ərizə verildiyi gün, yəni 01 noyabr 2023-cü ildə xitam verilsə də, “Culfa Rayon X8” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı son haqq-hesabı 13 noyabr 2023-cü ildə ödəmişdi. Həmçinin ödənilmiş məbləği məhkəmənin müəyyən etdiyi məbləğlə qarşılıqlı şəkildə tədqiq etdikdə aydın olur ki, cavabdehin iddiaçıya ödədiyi məbləğ həm kifayət qədər yüksək, həm də iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə yaxın məbləğdir. Bundan başqa onu da nəzərə almaq lazımdır ki, 16 illik istifadə edilməmiş əmək məzuniyyəti üçün məzuniyyət haqqının qısa müddət ərzində hesablanması özündə çətinlik yaradan məsələ olmaqla bərabər, qeyri-dəqiq olma ehtimalını da artırır. Çünki Azərbayc an Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin birinci və ikinci hissələri, 143-cü maddəsinin isə birinci hissəsi ilə müəyyən edilmiş müddətlər işçinin hüquqların müdafiəsinə yönəlməklə yanaşı, həmçinin işə götürənin mənafeyinin nəzərə alınmasını tələb edir. Bu da öz növbəsində həmin Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən edilən əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması prinsiplərindən irəli gəlir. İddia tələbindən İddiaçı vaxtında ödənilməmiş məbləğə görə ödəncin ona 16 yanvar 2024-cü il tarixədək hesablanaraq ödənilməsini tələb etməsi müəyyən edilsə də, həmin tərəf sözü gedən müddətlə bağlı məhkəməyə hər hansı bir əsaslandırma təqdim etməmiş, birinci instansiya məhkəməsi i sə buna hüquqi qiymət verməmişdi. Hətta ekspertin gəldiyi nəticə üzrə həmin tarixədək ödəncin məbləğini əsaslı sayıb, buna müvafiq məhkəmə aktı qəbul etmişdi. İş materiallarından isə həmin tarixin işçinin işdən azad olunması, onunla işəgötürən arasında son haqq-hesabın həyata keçirilməsi, tərəflər arasında mediasiya prosesinin aparılması, iddia ərizəsinin məhkəməyə təqdim olunduğu, bir sözlə baxılan mübahisə üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir günlə eynilik təşkil etməməsi aydın olur. Kollegiya bütün bu qeyd edilənlərə əsaslanaraq iddiaçının işdən azad olunduğu gündən ona son haqq-hesabın ödənildiyi müddətədək keçən on iki günlük gecikmə ilə bağlı cavabdeh tərəfi təqsirli hesab etməsə də, hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bunu mübahisələndirmədiyindən qeyd edir ki, söz ü gedən hal apellyasiya şikayəti verən iddiaçının ziyanına həll edə bilməz. Çünki əks yanaşma məhkəmə müdafiəsi hüququna cavab vermir. Belə ki, məhkəmə müdafiəsi hüququ özündə şəxsin yalnız hüququnun müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək imkanını ehtiva etmir. Bu hüquq həmçinin özündə məhkəmə qərarlarından şikayət vermək, ona yuxarı instansiya məhkəməsində baxılmasını da nəzərdə tutur. Yəni şəxsin məhkəmə qərarından şikayət verməkdə məqsədi özünün barəsində əlverişli və ya səmərəli olmayan hüquqi vəziyyətin dəyişdirilməsinə nail olmaqdır. Onun tərəfindən şikayətə baxılması ilə bağlı apellyatorun vəziyyətini ağırlaşdırması isə vətəndaşların özlərinin xeyrinə olmayan məhkəmə aktını mübahisələndirməkdə tərəddüd etmək, bu hüquqdan səmərəli və arxayın şəkildə istifadə etməmələri kimi vəz iyyətə gətirib çıxarar ki, bu da məhkəmə müdafiəsi hüququnun prinsip və ruhu ilə ziddiyyət təşkil edir. İddiaçı tərəfin verdiyi apellyasiya şikayətinin hüquqi həllindən başqa kollegiya iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçının həm tələbi, həm də verdiyi apellyasiya şikayəti üzrə iddianın qiymətinin 22491 (iyirmi iki min dörd yüz doxsan bir) manat olması müəyyən edilsə də, Culfa Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(089)-74/2024 nömrəli qətnaməsindən iddia tələbinin 1964.71 (bir min doqquz yüz altmış dörd manat, yetmiş bir qəpik) manat hissəsinin təmin edilməsi aydın olur. İşə baxan birinci instansiya məhkəməsi ümumilikdə iddia tələbinin 8,74 faizini təmin etdiyi halda gəldiyi nəticə, yəni 1964.71 (bir min doqquz yüz altmış dörd manat, yetmiş bir qəpik) manat üzrə qanunvericiliklə müəyyən edilmiş bütün dövlət rüsumu məbləğinin - 39.65 (otuz doqquz manat, altmış beş qəpik) manat pulun “Culfa Rayon X8” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdi. Halbuki iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, həmçinin tələb üzrə ödənilməli dövlət rüsumu məbləği, iddiaçının mediasiya prosesində iştirakla bağlı ödədiyi 50 (əlli) manat m əbləğində azaldığından, tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 9.40 (doqquz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq büdcəyə ödənilməlidir. Birinci instansiya məhkəməsinin dövlət rüsumu ilə bağlı gəldiyi nəticə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, həmçinin həmin məbləğ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mənafeyinə ciddi təsir etmədiyindən kollegiya belə hesab edir ki, Culfa Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(089)-74/2024 nömrəli qətnaməsini həmin hissədə dəyişdirməyə ehtiyac yoxdur. Verilmiş apellyasiya şikayətinə münasibətdə məhkəmə xərclərini, daha dəqiq ifadə edilsə dövlət rüsumunun hüquqi həllinə gəldikdə isə Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Hazırkı mübahisə üzrə kollegiya verilmiş apellyasiya şikayətini əsassız saydığından, apellyasiya şikayəti verən şəxs isə dövlət rüsumu ödəməkdən azad edildiyindən sözü gedən məsələnin hüquqi həllinə ehtiyac yaranmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya ə lavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı ha lda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: - İddiaçı vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli; - Culfa Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(089)-74/2024 nömrəli qətnaməsi iddiaçı tərəfin mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmalı; - İddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan və iddiaçı tərəfin verdiyi apellyasiya şika yəti təmin edilmədiyindən apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə xərci olan rüsum dövlət büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Culfa Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(089)-74/2024 nömrəli qətnaməsi iddiaçı tərəfin mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan və iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə xərci olan rüsum dövlət büdcəsinə aid edilsin. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev Hakimlər: Mehman Allahverdiyev Vera Kuimova
Məhkəmə qərarları › İş №2(108)-20/2025
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-20/2025
30.01.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver