Məhkəmə qərarları › İş №2(108)-211/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-211/2024

11.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-211/2024 11.12.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızının iştirakı ilə, İddiaçı cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızına qarşı “aliment” tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(078)-1049/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim G.K.Əliyeva) 24 sentyabr 2024cü il tarixli, 2(078)-1049/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızına qa rşı aliment tələbinə dair iddiası rədd edilmişdir. İşin halları: İddiaçı cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 iyun 2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası Qafarova (Kərimova) Nərmin Elman qızının aylıq əmək haqqısının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 16 avqust 2024-cü il tarixli iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək 24 iyun 2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası Qafarova (Kərimova) Nərmin Elman qızından sabit pul məbləğində hər ay 235 manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin 22 avqust 2024-cü il tarixli, 2(078)-1049/2024 nömrəli qərardadı ilə iddiaçı X3 ərizəsi təmin olunaraq iddia tələbinə “24 iyun 2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası Qafarova (Kərimova) Nərmin Elman qızından sabit pul məbləğində hər ay 235 (iki yüz otuz beş) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi” tələbi çərçivəsində baxılması qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(078)-1049/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 24 s entyabr 2024-cü il tarixli, 2(078)-1049/2024 nömrəli qətnaməsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş İddiaçı apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmış ki, həmişə vaxtlı-vaxtında uşaqların alimentlərini ödəmiş, cavabdehlə aralarında olan nikah pozularkən maddi imkanı yaxşı olduğundan Qafarova (Kərimova) Nərmin Elman qızından 24 oktyabr 2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələb etməmişdir. Halhazırda isə maddi vəziyyəti pisləşdiyindən Qafarova (Kərimova) Nərmin Elman qızının da analıq vəzifəsini yerinə yetirərək onun yanında saxlanılan 24 oktyabr 2013-cü il təvəllüdlü X9 yetkinl ik yaşına çatanadək saxlanılması üçün aliment ödəməsini istəyir. Bu səbəblə də o 16 avqust 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə göndərərək cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızına qarşı aliment tələbi barədə 12 iyun 2024-cü il tarixli iddia ərizəsi ilə Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, həmin iddia ərizəsində 24 iyun 2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası Qafarova (Kərimova) Nərmin Elman qızının aylıq əmək haqqısının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddia tələbini dəyişdirərək Qafarova (Kərimova) Nərmin Elman qızının aylıq əmək haqqısının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alime nt deyil, yuxarıda qeyd edilənləri və MPMnin 53-cü maddəsinin tələblərini nəzərə alaraq 24 iyun 2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası Qafarova (Kərimova) Nərmin Elman qızından sabit pul məbləğində hər ay 235 manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızı 22 avqust 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə onun iddiasını qəbul etmədiyini göstərmişdir. Səbəb olaraq isə 24 iyun 2013-cü il təvəllüdlü X9 anadangəlmə görmə qabiliyyətini itirmiş olduğu üçün dövlət tərəfindən ona 300 manat məbləğində pensiya kəsildiyini əsas gətirmişdir. Özü evinin təmiri üçün bankdan 8500 manat məbləğində kredit götürmüş, hər ay 245 manat məbləğində kredi t ödəyir. Bundan əlavə uşağın gözünə görə müalicə xərcləri, uşağın günlük qida, geyim, təhsil və digər xərcləri də vardır ki, onun aylıq maaşı bunların hər birini ödəməyə bəs etmir. Cavabdehlə nikahları pozulmadan əvvəl o "xxxx" MMC-də sürücü işləyib, aylıq əmək haqqısı isə artaraq 619 manat olubdur. Lakin 2023-cü ilin iyun ayında iş yeri bağlandığı üçün onu “X14” MMC-yə keçirmişlər. Hal-hazırda orada sürücü işləyir və aylıq əmək haqqısı 420 manatdır. Qafarova (Kərimova) Nərmin Elman qızı isə Şərur rayon Kürçülü kənd tam orta məktəbində riyaziyyat-informatika müəlliməsi işləyir, 920 manata qədər əmək haqqı alır və repetitorluq fəaliyyəti ilə məşğul olaraq yüksək gəlir əldə edir, maddi imkanı göründüyü kimi ondan yaxşıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılıb və 2 (iki) uşağı n saxlanılması üçün aliment qət edilərkən bir vətəndaş kimi onun maddi və sosial vəziyyəti nəzərə alınmamışdır. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(078)-1049/2024 nömrəli qətnaməsi ilə iddiası rədd olunarkən onun aylıq qazancı nəzərə alınmamış və AR Ailə Məcəlləsinin 76-cı maddəsinin tələbləri pozulmuş, tərəflərin maddi və ailə vəziyyəti eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmamışdır. Göstərilənlərə əsasən məhkəmənin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında cavabdehlə olan nikahından 3 övladının doğulduğunu, aralarında olan nikahın pozulması nəticəsində böyük övladı Rənanın onun yanında, digər övladları Vəfa və Rəvanın isə cavabdehin yanında qaldıqlarını, onun yanın da yaşayan övladının 11, Nərmin ilə yaşayan digər övladlarının isə 8 və 10 yaşlarının olduğunu, məhkəmənin qərarı ilə Vəfa və Rəvanın saxlanılması üçün onların hər biri üçün aylıq qazancından hər ay sabit məbləğdə 130 manat aliment ödədiyini, hazırda Naxçıvan şəhərində anasına məxsus evdə yaşadığını, həmin evdə yaşamağına görə kirayə haqqı ödəmədiyini, anasına məxsus evdə o, qızı Rəna və anası ilə birlikdə yaşadığını, anasının yaşa görə hər ay 360 manat pensiya aldığını, qızı Rənanın gözündə olan problemə görə hər ay dövlət tərəfindən 300 manat təminatının olduğunu, həftənin 6 günü “X14” MMC-də sürücü işləməklə hər ay 385 manat əmək haqqı aldığını, aldığı əmək haqqıdan başqa heç bir qazancının və gəlirinin olmadığını, maddi vəziyyəti yaxşı olmasa da cavabdehin himayəsində yaşayan övladları nın saxlanılması üçün hər ay məhkəmənin müəyyən etdiyi məbləğdə aliment ödədiyini, lakin cavabdehin bir valideyn kimi öz öhdəliklərini yerinə yetirmədiyini, Nərminin onun himayəsində yaşayan övladının saxlanılması üçün aliment ödəmək istəmədiyini, qızı Rənanın həm orta məktəbə, həm də musiqi məktəbinə getməklə iki məktəbdə təhsil aldığını, uşaq böyüdüyündən tələbatlarının artdığını, Rənaya hər gün 1.50 manat pul xərclədiyini, hər dəfə məktəbdə keçirilən tədbirlərə görə ayrı-ayrı paltarlar tələb edildiyini, uşağın məktəb ləvazimatları, əyin-başı, yeyib-içməsi üçün əlavə xərc tələb olunduğunu, maddi imkanına görə uşağın bu tələbatları qarşılaya bilmədiyini, əvvəllər maddi imkanı yaxşı olduğundan qızı Rənanın saxlanılması üçün cavabdehdən aliment tələbinin olmadığını, ancaq hazırda əmək haq qısının azaldığını, qızı Rənanın maddi tələbatlarını ödəməkdə, həmçinin onun müalicəsini aparmaqda maddi olaraq çətinlik çəkdiyini, digər uşaqlarına aliment ödədiyi kimi cavabdehin də onun himayəsində yaşayan övladının saxlanılması üçün aliment ödəməli olduğunu hesab etdiyini, 8500 manat məbləğində pulu kredit olaraq Nərminin götürdüyünü və həmin pulla yaşadığı kənddə özünə ev tikdirdiyini, ancaq onun da kredit öhdəliyinin olduğunu, hər ay ödədiyi aliment pulu ilə bərabər 246 manat banka kredit ödədiyini, idarə etdiyi avtomobillə yüklənmiş malların həftədə iki dəfə Şərur rayonu ərazisində satışını həyata keçirdiyini, uşaqların saxlanılması üçün hər ay ödədiyi aliment pulundan əlavə hər dəfə Şərur şəhərinə gedəndə uşaqları görməklə, onların nəyə ehtiyacı olarsa alıb onlara verdiyini, ancaq heç vaxt uşaqlara xərclədiyi pulun hesabını aparmadığını, cavabdehin maddi gəlirləri və əlavə qazancı barədə məhkəməyə təqdim edəcək heç bir mötəbər sübutunun olmadığını, hər ay uşaqların saxlanılması üçün cavabdeh tərəfə ümumilikdə 260 manat aliment ödədiyini, qanuna görə uşaqların saxlanılması üçün 235 manat müəyyən edildiyini, o da həmin məbləğin Nərminin aliment olaraq ödəməsini tələb etdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsini və cavabdehdən bir uşağın saxlanılması üçün 235 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızı apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında həqiqətən də Rəşadın eyni iş yerində sürücü işlədiyini və 385 manat əmək haqqı aldığını, ancaq aldığı əm ək haqqının Rəşadın iş yeri tərəfindən kart hesabına köçürülən məbləğ olduğunu, əlavə olaraq nağd şəkildə 300 manat pul verildiyini, evli olduqları müddətdə Rəşadın təxminən 650-680 manat civarında əmək haqqı aldığını, Rəşadın anasının 400 manat pensiya aldığını, anasının öz ehtiyacından əlavə Rəşadın da ehtiyaclarını ödədiyini, qızı Rənaya isə xəstəliyinə görə dövlət tərəfindən 300 manat müavinət verildiyini, Rənanın anadangəlmə sağ gözünün görmə sinirinin inkişaf etmədiyini, bu səbəbdən də onun sağ gözünün görmədiyini, digər gözünün isə gördüyünü, həkim təyinatı əsasında sol gözü gücə düşməsin deyə Rənanın eynək taxdığını, Rənanın 6 aydan bir müayinə üçün göz həkiminə getməli olduğunu, bunun da uşağın istifadə etdiyi eynəyin görüş məsafəsinin azalması ilə əlaqədar olduğunu, həmin müayinə və uşağa yeni eynəyin təyin edilməsi prosesinin Naxçıvan şəhərində həyata keçirildiyini, Rənaya xəstəliyinə görə dövlət tərəfindən təyin edilmiş müavinətin onun müalicəsini aparmaq üçün kifayət etdiyini, Rənanın gözündə olan problemin göz əməliyyatı ilə aradan qaldırılmasının mümkün olmadığını, çünki belə bir əməliyyat növünün mövcud olmadığını, həmin əməliyyatın hazırda İsrail dövlətində hər hansı heyvanlar üzərində təcrübə məqsədilə aparıldığını, Rənanın maddi olaraq nə Rəşada, nə Rəşadın anasına, nə də ona ehtiyacının olmadığını, Rəşadın ailəli olduqları müddətdə evin bütün maddi yükünün onun üzərində olması, ailənin 6 üzvünün əmək haqqı olaraq aldığı 385 manatla maddi olaraq təmin etməsi barədə dediyi məlumatların yalan olduğunu, həmin müddətdə müəllim işləməklə 500 manat əmək haqqı a ldığını, hər ikisinin kreditlərinin olduğunu, 10600 manat krediti bankdan illik 25 faizlə 4 ilə götürdüyünü, banka təxminən 18000-20000 manat pul qaytarmalı olduğunu, götürdüyü kreditlə evi təmir etdirdiyini, aralarında olan nikah pozulduqdan sonra bankdan götürdüyü krediti təzələdiyini, bunun üçün bankdan 17000 manata yaxın kredit götürüb əvvəlcədən adına olan 8600 manat krediti borcunu bağladığını, atasının öz həyətində ona torpaq sahəsi verdiyi üçün əlində qalan kredit pulu və yenə də atasının maddi köməkliyi ilə həmin torpaqda bir otaq, bir mətbəx və sanitar qovşaqdan ibarət ev düzəltməklə hazırda uşaqları ilə birlikdə həmin evdə yaşadığını, qızı Rənanın hər şeyi başa düşən yaşda olduğunu, valideynin imkanı olmayanda Rənaya bunu dediyi zaman onun bunu başa düşdüyünü, qızı Vəfanın gey indiyi şalvarın əyninə balaca olduğunu ona bildirdiyini, o isə ona əmək haqqı alanda həll edəcəyini bildirdiyini, əmək haqqını alandan sonra Vəfanın nənəsi ilə gedib ayaqdan başa kimi özünə ümumilikdə 195 manatlıq geyim əşyası aldığını, oğlu Rəvanın Şərur rayonunda idman məşqinə getdiyini, oğlunun da zəruri ehtiyaclarını qızı Vəfa ilə eyni səviyyədə qarşıladığını, Rəşadın qızı Rənaya hər gün 1.50 manat pul xərclədiyini bildirdiyini, o da öz himayəsində yaşayan uşaqların günlük ehtiyacları üçün hər birinə 1 manat xərclədiyi zaman həmin məbləğin ay ərzində 60 manatı keçdiyini, bütün bunları öz qazancı ilə ödədiyini, Rəşadın həqiqətən də uşaqları gəlib gördüyünü, onun yaşadığı Kürçülü kəndinin Şərur rayonunun mərkəzindən 5 km məsafədə yerləşdiyini, Rəşadın uşaqları evə gətirərkən onlara enerj i içkiləri verdiyini, bunun qəti əleyhinə olduğunu, uşaqların əlindəki həmin içkiləri gördüyü zaman alıb atdığını, ancaq Rəşadın inadla enerji içkisindən uşaqlara verməkdə davam etdiyini, uşaqların Rəşadın yanına gedib bacılarını, nənələrini görmələri üçün onları taksiyə pul verib yola saldığını, qayıdanda ataları onların taksi pulunu ödəmədiyini, uşaqlar evə gəlib maşından düşən zaman taksi pulunu ödədiyini, qızı Rənanın onun yanına gəlib qayıdan zaman onun taksi pulunu verməklə əlavə olaraq cibinə pul qoyub yola saldığını, Rəşad ilə evli olduqları müddətdə yaşadıqları evin ehtiyaclarının 80 faizini qarşıladığını, Rəşadın ondan aliment adı ilə tələb etdiyi pulu məhz uşağın saxlanılması üçün deyil, öz ehtiyaclarını ödəmək üçün istədiyini bildiyini, qızı Rənanın heç kimin maddi köməyinə eht iyacı olmadığını hesab etdiyini, yaşadığı evin kommunal xərclərini, öhdəsində olan uşaqların əyin-başını, yeyib-içməyini aldığı əmək haqqı ilə ödədiyini, hazırda 494 manat kredit ödədiyini, aldığı əmək haqqının 600 manat təşkil etdiyini, həftənin beş günü məktəbdə olmaqla işi ilə əlaqədar olaraq uşaqlara əlavə hazırlıq keçməməklə aldığı əmək haqqından əlavə heç bir yerdən qazancının olmadığını, bütün bu xərclərlə bərabər əlavə olaraq Rəşada aliment ödəməyə maddi imkanının çatmadığını, əgər Rəşad qızı Rənanı saxlaya bilmirsə, dövlət tərəfindən Rənaya hər ay verilən müavinətlə onun maddi tələbatlarını qarşılamaqda çətinlik çəkirsə, uşağı saxlaması üçün qaytarıb ona verməsini bildirərək apellyasiya şikayətinin təmin olunmamasını və Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2 (078)-1049/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd olunur ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ər izəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini işin materialları və tərəflərin kollegiyadakı izahatları ilə əhatəli şəkildə yoxlayıb onlara hüquqi qiymət verərək aşağıdakı nəticə gəlir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızı ilə 19 noyabr 2012-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində nikahlarını rəsmiləşdirib ailə qurduğunu, onların həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü X12, xx.xx.2015-ci il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X11 adlı 3 nəfər övladlarının doğulduğunu, lakin aralarında olan nikahın onun iddiası əsasında Naxçıvan şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(078)-754/2023 saylı qətnaməsi ilə pozulduğunu, həmin qətnaməyə əsasən onların birgə nikahlarından doğulmuş övladlarından Rənanın onun, Vəfa ilə Rəvanın isə anaları Qafarova (Kərimova) Nərmin Elman qızının yanında saxlanıldığını, o cümlədən də Vəfa ilə Rəvanın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər birinə 130 manat olmaqla cəmi birlikdə 260 man at alimentin ondan tutularaq anaları Qafarova (Kərimova) Nərmin Elman qızının xeyrinə ödənilməsinin göstərildiyini, həmişə vaxtlı vaxtında uşaqların alimentlərini ödədiyini, lakin həmin vaxt onun maddi imkanı yaxşı olduğundan Nərmindən Rənanın saxlanılması üçün aliment tələb etmədiyini, Nərminin Şərur rayon Kürçülü kənd tam orta məktəbində riyaziyyat-informatika müəlliməsi işlədiyini və 1100 manata qədər əmək haqqı aldığını, Nərminin repetitorluq fəaliyyəti ilə məşğul olub yüksək gəlir əldə etdiyini və maddi imkanının ondan yaxşı olduğunu, hazırda “Cahan” Sənaye Kompleksində sürücü işlədiyini, aylıq əmək haqqısının 385 manat olduğunu, Nərminin də onun yanında saxlanılan Rənaya aliment ödəməsini istədiyini, X2 alimentlə bağlı keçirilmiş ilkin mediasiya sessiyasında Nərmin iştirak etmədiyind ən orada məsələnin öz müsbət həllini tapmadığını göstərib 24 iyun 2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası Qafarova (Kərimova) Nərmin Elman qızından sabit pul məbləğində hər ay 235 (iki yüz otuz beş) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir. İşə əlavə edilmiş: - Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 07 may 2024-cü il tarixli, AZ-İİ 859347 nömrəli doğum haqqında çıxarışdan görünür ki, iş üzrə tərəflər 24 iyun 2013-cü il təvəllüdlü X9 valideynləridir. - Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 07 may 2024-cü il tarixli, AZ-İİİ 531037 nömrəli doğum haqqında çıxarışdan görünür ki, iş üzrə tərəflər 12 oktyabr 2015-ci il təvəllüdlü X10 valideynləridir. - Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 07 may 2024-cü il ta rixli, AZ-İİİ 748132 nömrəli doğum haqqında çıxarışdan görünür ki, iş üzrə tərəflər 08 mart 2017-ci il təvəllüdlü X6 valideynləridir. - Naxçıvan Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(078)-754/2023 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından olan 24 iyun 2013-cü il təvəllüdlü X9 atası İddiaçı yanında saxlanılması, tərəflərin birgə nikahından olan 12 oktyabr 2015-ci il təvəllüdlü X10 anası Cavabdeh yanında saxlanılması, tərəflərin birgə nikahından olan 08 mart 2017-ci il təvəllüdlü X7 atası İddiaçı alınaraq anası Cavabdeh verilməsi, tərəflərin birgə nikahından olan 12 oktyabr 2015-ci il təvəllüdlü X10 və 08 mart 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay bir uşağa 130 (yüz otuz) manat olmaqla, iki uşağa görə 260 (iki y üz altmış) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi hal-hazırda onun maddi vəziyyətinin pisləşməsi, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(078)-1049/2024 nömrəli qətnaməsi ilə iddiası rədd olunarkən onun aylıq qazancının və tərəflərin maddi və ailə vəziyyəti eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınmaması ilə əlaqədar dəlillərinə işdə toplanmış sübutlarla birlikdə hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) q eyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin mad di və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinin tələbinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. İddiaçının apellyasiya şikayətinə əlavə etdiyi "xxxx" MMC-nin 24 oktyabr 2024-cü il tarixli, 19 nömrəli arayışının surətindən İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər "xxxx" MMC-də sürücü vəzifəsində işləyərək aylıq olaraq 2022-ci ilin mart ayından avqust ayına qədər 300 manat, 2022-ci ilin avq ust ayından 2023-cü ilin yanvar ayına qədər 310 manat, 2023-cü ilin yanvar ayından iyun ayı daxil olmaqla 619 manat əmək haqqı alması müəyyən edilmişdir. İşə əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan gəlir məlumatlarından görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində yük avtomobilinin sürücüsü işləyir və aylıq əmək haqqı 420 manat, cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızı isə Şərur Rayon Təhsil Şöbəsində müəllim işləməklə aylıq əmək haqqı 1101.1 manatdır. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi öd əyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməli, diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Kollegiya işin yuxarıda şərh olunan halları və iddiaçının apellyasiya şikayətində göstərdiyi həmin dəlillərinə münasibətdə hesab edir ki, göstərilən həmin halları işə baxan məhkəmə kifayət qədər araşdırıb diqqətə layiq olan digər halları nəzərə alaraq iddia tələbini rədd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin maddənin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun valideynlərin hüquq və vəzifələrini müəyyən edən 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinin mənasına görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün t ədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Kollegiya qeyd edir ki, uşaqların qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı i l tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü maddəsində müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 ma nat məbləğində müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu dedikdə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma nəzərdə tutulur. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan qida, qeyri-qida məhsulları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Beləliklə uşaqlar üçün yaşayış minimumu 235 manat uşaqların sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri olan qida, qeyri-qida malları və xidmətlərini ödəyir. Beləliklə, uşaqlar üçün yaşayış minimumu 235 manat uşaqların sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri olan qida, qeyri-qida malları və xidmətlərini ödəyir. Hazırkı işdə cavabdehin yanında qalması müəyyən edilmiş 12 oktyabr 2015-ci ildə doğulmuş Vəfa Qafarlı və 08 mart 2017-ci ildə doğulmuş Rəvan Qafarlının minimum dolanacaq xərclərindən əlavə hər hansı xərcin iddiaçıdan tutulması tələb olunmur. Belə olan halda isə uşaqların zəruri qida, geyim, tibbi preparat, təhsil və tərbiyəsi üçün çəkilməli olan xərclər və başqa xərcləri də uşaqların himayəsinə verildiyi cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tə dqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Kollegiya belə nəticəyə gəlir ki, 12 oktyabr 2015-ci ildə doğulmuş Vəfa Qafarlı və 08 mart 2017-ci ildə doğulmuş Rəvan Qafarlının yanında qaldığı anaları iş üzrə Cavabdeh (Kərimova) az təminatlı olmasına dair sübutlarını İddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə düzgün nəticə verilmiş və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmaqla iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Kolleg iya İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392 və 402-ci mаddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(078)-1049/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar