Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-223/2024 06.12.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə sədrlik edən hakimə cavabdehin etdiyi etiraza məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı 21 oktyabr 2024-cü ildə Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək atası Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi həmin məhkəmənin 21 oktyabr 2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmiş, mülki işə baxılması üçün zəruri hazırlıq hərəkətləri edildikdən sonra iş üzrə məhkəmə baxışı iclası 27 noyabr 2024-cü il tarixə təyin edilmişdi. Cavabdeh 19 noyabr 2024-cü il tarixli ərizə ilə Culfa Rayon Məhkəməsinə müraciət edərək mülki işə Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi ilə baxılmasına etiraz etdiyini bildirmişdir. Cavabdeh etirazının əsası kimi müraciətində hakimin işə birtərəfli baxmasını və onun heç bir tədbir görməməsini qeyd etmişdi. Sözü gedən etiraza baxılması üçün Culfa Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli qərardadı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmış və mülki iş 04 dekabr 2024-cü il tarixdə mülki kollegiyanın icraatına daxil olmuşdu. Cavabdehin iş üzrə sədrlik edən hakim Məmmədov Mehrab F ərmayıl oğluna etdiyi etirazı mülki iş materialları, həmçinin "Elektron məhkəmə" informasiya sistemində olan məhkəmə iclasının audio-video yazısı ilə birlikdə yoxlayan kollegiya aşağıdakıları qeyd edir. Mülki məhkəmə icraatında etiraz edilmə əsasları, ona baxılması qaydası, həmçinin etiraz edilə bilən və etiraz etmək hüququna malik şəxslərin dairəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2-ci fəsli, yəni 17-23-cü maddələri ilə tənzimlənir. Həmin Məcəllənin 19, 20, 46 və 47-ci maddələrinin mahiyyətindən aydın olur ki, mülki məhkəmə icraatında iştirak edən şəxslər tərəfindən işə baxan hakimə və ya hakimlərə, həmçinin ekspertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə iclasının katibinə qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduğu halda etiraz oluna bilər. Mülki məhkəmə ic raatında yuxarıda qeyd edilən subyektlərə etiraz etmək əsasları isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19 və 20-ci maddələri ilə müəyyən edilir. Həmin Məcəllənin 19-cu maddəsi “Hakim tərəfindən işə baxılmasına yol verilməməsi” adlansa da, Məcəllənin 21.1-ci maddəsindən görünür ki, birinci qeyd edilən prosessual norma özündə hakimə etiraz edilmənin əsaslarını da əks etdirir. Belə ki, hakim Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa onun işə baxılmasına yol verilmir (MPM maddə 19.1) Həmçinin həmin Məcəllənin 19.3-cü maddəsinin tələbindən görünür ki, bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir. Yuxarıda qeyd edilən lərdən aydın olur ki, mülki prosessual qanunvericilik hakimə etiraz etmənin konkret əsaslarını müəyyən edib. Mülki-Prosessual Məcəllənin 21.2-ci maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Bundan başqa "Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 3 nömrəli qərarının 5.1-ci bəndində də qeyd edilir ki, hakimə (məhkəmə tərkibinə) etiraz etmə və yaxud hakimin öz-özünə etiraz etməsi əsaslandırılma lıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 22.5-ci maddəsinin tələbinə görə əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Mülki iş materiallarını tədqiq edərkən aydın olur ki, cavabdeh hakimə etiraz edərkən prosessual qanunvericiliyin tələbinə əməl etməmiş və Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğluna etiraz etməsinə səbəb olacaq Mülki Prosessual Məcəllənin 19-cu maddəsində qeyd edilən əsası göstərməmişdir. Bu onun məhkəməyə təqdim etdiyi yazılı ərizədən müəyyən edilir. Bundan başqa mülki iş üzrə 15 noyabr 2024-cü ildə Culfa Rayon Məhkəməsində keçirilmiş məhkəmə hazırlıq iclasının audio-video yazısına baxış keçirilən zaman cavabdehin hakimə etiraz üçün hər hansı əsas göstərməməsi müəyyən edilir. Belə ki, o, hazırlıq iclasının əvvəlində ümumiyyətlə mülki işə baxılmasını istəmədiyini, iclasın sonunda isə heç bir səbəb göstərmədən mülki işə Naxçıvan şəhərində baxılmasını istədiyini bildirmişdi. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21.3cü maddəsinə görə məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Həmçinin "Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 3 nömrəli qərarının 5.4-cü bəndində qeyd edilir ki, etirazda kon kret əsaslar göstərilmədikdə və etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, həmin etiraz işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən baxılmamış saxlanılır. Qeyd edilən hüquq normalarının tələblərindən görünür ki, qanunvericiliklə dairəsi müəyyən edilmiş proses iştirakçısına edilmiş etiraz əsaslandırılmadıqda və ya etirazın əsası ilə bağlı etiraz edən şəxs sübut təqdim etmədikdə işə baxan hakim və ya məhkəmə tərkibi tərəfindən o baxılmamış saxlanır. Yəni iş üzrə Cavabdeh işə baxan hakim Məmmədov Mehrab Fərmayıl oğluna etdiyi etiraz əsaslandırılmadığından və bununla bağlı konkret əsas göstərilmədiyindən həmin hakim tərəfindən etiraz üzrə məhkəmə aktı qəbul edilməli olduğu halda, müraciətin baxılması üçün mülki işlə birlikdə apellyasiya məhkəməsinə göndərilməsi barədə 27 noyabr 2024 -cü il tarixli ayrıca qərardad qəbul etmişdi. Qanunvericiliyin tələbinə görə hazırda yaranmış hüquqi vəziyyətdə apellyasiya məhkəməsinin müvafiq kollegiyasının verilmiş etirazın hüquqi həllinə baxmaq səlahiyyəti olmadığından və bu səlahiyyət işə baxan məhkəməyə aid olduğundan Cavabdeh işə baxan Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin hakiminə etdiyi etiraz baxılması üçün həmin məhkəməyə geri qaytarılmalıdır. Culfa Rayon Məhkəməsinin hakimi cavabdehin ona olunmuş etiraz üzrə “mülki işin baxılması üçün etirazla birlikdə apelyasiya məhkəməsinə göndərilməsi” ilə bağlı müşavirə otağında ayrıca akt şəklində qərardad qəbul etdiyindən kollegiya aşağıdakıları bildirməyi zəruri hesab edir. Yuxarıda qeyd edilən prosessual normaların (MPM 21-22-ci maddələri) tələbindən aydın olur ki, eti raz birinci instansiya məhkəməsində təktərkibli məhkəmənin hakiminə edilmişdirsə, işə baxan hakim yerində və ya müşavirə otağında həmin etirazın həll edilməsi üçün iki mümkün qərardaddan, yəni etirazın baxılmamış saxlanılması və ya etirazın baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi haqqında məhkəmə aktlarından birini qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.1-ci və 263.4-cü maddələrinə görə iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Məhkəmə mürəkkəb olmayan məsələləri məhkəmə iclasında həll etdikdə, müşavirə otağına getməyib, yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxara bilər. "Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Azərbayc an Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 3 nömrəli qərarının 5.4-cü bəndinin mahiyyətindən görünür ki, etirazda konkret əsaslar göstərilmədikdə və etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, həmin etirazın işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən baxılmamış saxlanılması barədə qərardadı Azərbaycan Respublikası MPM-nin 263.3-cü maddəsinə uyğun olaraq müşavirə otağında müstəqil akt şəklində və ya Məcəllənin 263.4-cü maddəsinə uyğun olaraq yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan çıxara bilər. Sonuncu qeyd edilən normanın tələbindən də görünür ki, etirazın baxılması üçün göndərilməsi barədə qərardaddan da daha mürəkkəb və araşdırılmalı olan məsələnin, yəni etirazın baxılmamış saxlanılması haqqında qərardadın da yerində müşavirə edi lərək çıxarılması mümkündür. Culfa Rayon Məhkəməsinin hakimi cavabdeh tərəfindən ona verilmiş etiraza 27 noyabr 2024-cü ildə baxaraq ayrıca akt qəbul etmiş və həmin məsələ üzrə qəbul edilməsi mümkün olan iki məhkəmə aktından birini qəbul etmişdi. Hazırda yaranmış hüquqi şəraitə və qanunvericiliyin tələbinə əsasən cavabdehin verdiyi etiraz üzrə məhkəmə aktı qəbul etmək səlahiyyəti işə baxan Culfa Rayon Məhkəməsinə aid olduğundan, bu məqsədlə mülki iş materiallarının mülki kollegiya tərəfindən həmin Məhkəməyə geri qaytarılması qənaətinə gəlinməsi Culfa Rayon Məhkəməsi tərəfindən cavabdehin verdiyi etiraz üzrə qəbul edilməsi mümkün olan hər iki məhkəmə aktının qəbul edilməsi ehtimalını artırır ki, bu da qanunvericiliyin tələbinə zidd olmaqla, həmin məhkəmənin eyni məsələyə dair ləğv edilməmiş iki mümkün məhkəmə aktını çıxarması ilə nəticələnə bilər. Sözü gedən hüquqi şərait mülki prosessual qanunvericilikdə birbaşa tənzimlənmədiyindən kollegiya belə hesab edir ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 13.4-cü maddəsinin, yəni “barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 13.2-ci maddəsinin –“əvvəlcə qanunun analogiyasından istifadə olunur, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir” normalarını rəhbər tutmaqla yuxarıda qeyd olunan məsələ həl l edilməlidir. Birinci instansiya məhkəməsinin etiraz üzrə qəbul etdiyi 27 noyabr 2024-cü il tarixli qərardadını mülki prosessual qanunvericiliyin tələbinə görə həmin məhkəmənin özü tərəfindən ləğv etmək səlahiyyəti olmadığından, kollegiya belə nəticəyə gəlir ki, həmin qərardadın hüquqi taleyinin apellyasiya instansiyası məhkəməsində icraat qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin həm 41-ci, həm də 42-ci fəsllərində olan prosessual hüquq normaları ilə tənzimlənməsi daha düzgün olar. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur: -385.1 və 385.1.1-ci maddələrinin mahiyyətinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir; -387.1-ci maddəsinin tələbinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun; -395.2-ci maddəsi ilə müəyən edilir ki, birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Hazırda Cavabdeh işə baxan hakim Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin hakiminə etdiyi etiraz üzrə həmin məhkəmənin 27 noyabr 2024-cü il tarixli, 2(089)-341/2024 nömrəli qərardadı prose ssual hüquq normalarının pozulması ilə qəbul edildiyindən kollegiya belə hesab edir ki, həmin məhkəmə aktı ləğv edilərək, mülki iş baxılması üçün Culfa Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır. Kollegiya onu da bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22.6-cı maddəsində etir az etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadlarından şikayət verilməsinə yol verilməməsinin qeyd edilməsi, özlüyündə həmin məhkəmə aktlarının dolayı yolla mübahisələndirilməsini və ya ləğv edilməsini istisna etmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir. - İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2(089)-341/2024 nömrəli qərardadı ləğv edilməli; - mülki iş üzrə Cavabdeh işə baxan Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğluna etdiyi etiraz baxılması üçün həmin məhkəməyə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 22.6-cı maddəsinin tələbinə görə isə etiraz etmə və ya özü- özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 22.6, 23, 263 və 264cü maddələrini rəhbər tutaraq qərarverdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə çıxarılmış Culfa Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2(089)-341/2024 nömrəli qərardadı ləğv edilsin. Mülki iş üzrə Cavabdeh işə baxan Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğluna etdiyi etiraz baxılması üçün həmin məhkəməyə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev. Vera Kuimova.
Məhkəmə qərarları › İş №2(108)-223/2024
Ali Məhkəmə Qərardad — İş №2(108)-223/2024
06.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver