Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-24/2024 06.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(079)-569/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 03.10 2023-cü il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmamış xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Cavabdeh bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 440 (dörd yüz iyirmi) manat alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(079)-569/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən G.İsmayıl) iddia qismən təmin edilmiş, 03 oktyabr 2023-cü il tarixdən hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 130 ( bir yüz otuz) manat olmaqla, ümumilikdə iki uşaq görə 260 (iki yüz altmış) manat miqdarında alimentin tutularaq, uşaqların anası İddiaçı ödənilməsi, qətnamənin alimentə dair hissədə dərhal icra olunması, iddianın qalmış hissədə rədd edilməsi, Ca vabdeh 51.20 manat ( əlli bir manat iyirmi qəpik) məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Babək Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(079)-569/2023 nömrəli qətnaməsinin dəyişdirilməsini və təyin olunmuş alimentin artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh Babək Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(079)-569/2023 nömrəli qətnaməsinin ləğv edilərək 03 oktyabr 2023-cü il tarixdən hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavab deh hər ay bir uşaq üçün 100 ( bir yüz ) manat olmaqla, ümumilikdə iki uşaq görə 200 (iki yüz) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini qətnamə ilə razılaşmadığı, məhkəmənin uşaqların saxlanılması üçün müəyyən olunmuş aliment miqdarını az təyin edilməsini iddiaçının cavabdehin gəliri barədə sübut təqdim etməməsi ilə əsaslandırılması, lakin cavabdehin əlavə gəlirinin olması, onun cavabdehlə bir yerdə yaşadığı vaxtda belə cavabdehin mütəmmadi olaraq əmək fəaliyyəti ilə məşğul olması, hazırda da rəsmi olaraq qeydə alınmasa da, əmək fəaliyyəti ilə məşğul olması, əlavə olaraq ünvan 1 ünvanında və Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin mövcud olması, həmi n evlərin kirayə verilməsi və ondan gəlir götürülməsi, məhkəmənin yaşayış minimum məbləğinin artması, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini onların normal, qida rasionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsillə bağlı xərclərini nəzərə almayaraq aşağı həddə aliment kəsməsini, uşaqların maddi vəziyyəti və hazırki yaşayış minimumu nəzərə alınmaqla 440 ( dörd yüz qırx) manat aliment tutulması, iddianın alimentə münasibətdə qismən təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunun hesab etməsi ilə əsaslandıraraq, apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 16-cı maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə istinad etmişdir. Cavabdeh apellyasiya şikayətini birinci instansiya məhkəməsi tərəfindən mülki işə baxılarkən hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparılmaması, tərəflərin çəkişmə, bərabərlik prinsiplərini pozmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməməklə düzgün olmayan, əsassız, qanunsuz qətnamənin qəbul edilməsi, məhkəmənin xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün aliment məsələsini həll edərkən cavabdeh, yəni uşaqların atasının maddi və ailə vəziyyətini diqqətəlayiq digər halları nəzərə almaması, 3-cü qrup əlil olması,150 manat pensiya alması, heç bir yerdə işləməməsi, qohumların köməyi ilə dolanması, hər bir uşağa görə 100 manat olmaqla cəmi iki uşağa görə 200 man at ödəyə biləcəyi gücündə olması, cavabdehin də yaşayış minimumu haqqında qanuna əsasən müəyyən məbləği əhatə edən yaşayış minimumunun olması, 260 manat pulu qazanmaq üçün özünün də qidalanması və işləməyə qadir olması, 150 manat pensiya alan cavabdehin digər qohumlardan 50 manat alaraq hər bir uşağa görə 100 manat olmaqla cəmi iki uşağa görə 200 manat ödəyə bilməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərinin təmin olunması cavabdeh maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halların nəzərə alınmasına gətirib çıxarılması, birinci instansiya məhkəməsinin bu hala əhəmiyyət verməməsi bu maddənin tələblərini pozmaqla yanlışlığa yol verərək ədalətsiz qətnamənin qəbul etməsinə səbəb olduğu ilə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayətinin hüquqi əsası kimi A zərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88.1, 217, 218-ci maddələrinə istinad etmişdir. İddiaçı və Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişlər. Cavabdeh kollegiyaya ünvanlandığı xx.xx.2024-cü il tarixli teleqramda 3 qrup göz əlili olduğunu, 150 manat təqaüd aldığını, 260 manat aliment pulunu verməyə gücü çatmadığını, heç bir yerdə işləmədiyini, 2 uşağa görə ayda 200 manat aliment verməyə ancaq gücü çatdığını, bunu nəzərə alınmasını xahiş etdiyini, imkanı olmadığı üçün məhkəmədə iştirak edə bilməyəcəyini göstərmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən İddiaçı və Cavabde h iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında apellyasiya şikayətini müdafiə edərək, izahatında birinci instansiya məhkəməsində uşaqlara az aliment müəyyən edildiyini, cavabdehin xəstəliklə bağlı verdiyi sənədin düzgün olmadığını, cavabdehi əvvəllər də tanıdığını, onların evlərində də usta kimi işləyərək əməkhaqqı aldığını, Cəhridə və Bakıda olan evlərini, 8 sot torpaqlarını alimenti az ödəmələri üçün dandığını, cavabdehin gözünə görə xəstəxanada yatdığını, 3-cü qrup əlil olması barədə sənəd çıxartdığını, bu insanın 10 gün onun da yanında, həmçinin hərbi hissədə də işlədiyini, cavabdehin gəlirinin olmadığı, ona kiminsə kömək etdiyi, işləyə bilmədiyi barədə yalan dediyini, özünün ayda qazandığı 450 manat pul ilə 2 ailəni anca q dolandırdığını, uşaqların xəstəxana xərclərini, evin dolanacaq və kommunal xərclərini, uşaqların təhsilini çətinliklə qarşıladığını, bunun qarşısında alimentin miqdarının çox az müəyyən olunduğunu, cavabdehin özünün adına olan evini xalasının adına keçirtdiyini, Bakıda özlərinin yaşadığı evin olduğunu, Ayşənin ordan çıxıb gələndə onların da həmin evdən çıxıb oranı kirayə verdiklərini, iki qardaşın bir evdə yaşadıqlarını, cavabdehin usta yanında işləyərək gündəlik pul qazandığını, onun hansısa idarədə işləmədiyi üçün bunu təsdiq edə bilmədiyini, hansısa mülkün, obyektin cavabdehin adına olması ilə bağlı sübutun da olmadığını, qızı ilə evli olduqları vaxt cavabdehin Bakıda inşaatda fəhlə işlədiyini, qızının deməsinə görə ayda 500-600 manat pul qazandığını, hər uşağa görə 220 manat çox ol sa da, 130 manatın da çox az olduğunu göstərərək Babək Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(079)-569/2023 nömrəli qətnaməsinin dəyişdirilməsini və təyin olunmuş alimentin artırılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisəni n predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Biri nci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İşin kollegiyada araşdırılmış halları və apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi, istər iddiaçı istərsə də cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin 2 uşağa görə təyn edilmiş alimentin miqdarına dair hissəsini mübahisələndirmişlər. Kollegiya iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakıları qey d edir. İş materiallarına əlavə olunmuş AZ-İl seriyalı, 215424 nömrəli nikah haqqında akt qeydləri kitabından çıxarışdan Cavabdeh ilə İddiaçı arasında 12 aprel 2019-cı il tarixdə nikahın bağlanması müəyyən olunur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 avqust 2019-cı il tarixli, AZ-lV seriyalı, 167415 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflərin birgə nikahından 11 iyul 2019-cu il təvəllüdlü X6 adlı övladlarının olması müəyyən olunur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 iyun 2021-cü il tarixli, AZ-İV seriyalı, 627689 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflərin birgə nikahında n 14 may 2021-ci il təvəllüdlü X7 adlı övladlarının olması müəyyən olunur. İş üzrə iddiaçının nümayəndəsinin məhkəmə iclası zamanı verdiyi izahatından iddiaçı və cavabdehin hazırda ayrı yaşamaları, birgə nikahlarından olan uşaqları 11 iyul 2019-cu il təvəllüdlü X6 və 14 may 2021-ci il təvəllüdlü X3 anaları-iddiaçı ilə birlikdə yaşamaları aydın olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin maddənin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bər abərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ə r-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tut ulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olu nması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq x ərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Yuxarıda sadalanan qanunvericiliyin normalarından da aydın olduğu kimi, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdi rir. Həmçinin, qeyd edilməlidir ki, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı apellyasiya şikayətində qətnamənin dəyişdirilməsinə dair “məhkəmənin uşaqların saxlanılması üçün müəyyən olunmuş aliment miqdarını az təyin edilməsini iddiaçının cavabdehin gəliri barədə sübut təqdim etməməsi ilə əsaslandırılması, lakin cavabdehin əlavə gəlirinin olması, onun cavabdehlə bir yerdə yaşadığı vaxtda belə cavabdehin mütəmmadi olaraq əmək fəaliyyəti ilə məşğul olması, hazırda da rəsmi olaraq qeydə alınmasa da əmək fəaliyyəti ilə məşğul olması, əlavə olaraq ünvan 1 ünvanında və Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin mövcud olaraq həmin evlərin kirayə verilməsi və ondan gəlir götürülməsi” dəlillərini əsas kimi qeyd etsə də, həmin dəlilləri təsdiq edən sübutları istər birinci instansiya məhkəməsində, istərsə də kollegiyada təqdim edə bilməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmədə verdiyi izahatında qeyd olunan dəlillərlə bağlı hər hansı sübutun olmadığını bildirmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının apellyasiya şikayətində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin düzgün tətbiq edilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək kollegiya aşağıdakıları qeyd edir. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - Aliment ödəyənin aylıq qazancının müəyyən hissəsi miqdarında; - Sabit pul məbləğində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını t ələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi məcəllənin sözü gedən maddəsi uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasının bir neçə əsasını müəyyən edir. Maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı müraciət edən şəxsin tələbi əsasında mümkündür. Mülki işin 29-cu vərəqində olan arayışdan məlum olur ki, Qənbərov X4 Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Bab ək Rayon şöbəsində orqanizmin funksiyasının 3160 faiz pozulmasına görə 150 manat məbləğində müavinət alır. Kollegiya birinci instansiya məhkəməsinin sabit pul məbləğində alimentin təyin edilməsini qanuni hesab edir. Belə ki, 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin təyin edilməsi tərəflərdən birinin, yəni uşaqların yanında olduğu ananın marağının əhəmiyyətli dərəcədə pozmuş olardı. Kollegiya Cavabdeh apellyasiya şikayətində “məhkəmənin xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün aliment məsələsini həll edərkən cavabdeh yəni uşaqların atasının maddi və ailə vəziyyətini diqqətəlayiq digər halları nəzərə almaması, 3-cü qrup əlil olması,150 manat pensiya alması, heç bir yerdə işləmə məsi, qohumların köməyi ilə dolanması, hər bir uşağa görə 100 manat olmaqla cəmi iki uşağa görə 200 manat ödəyə biləcəyi gücdə olması, cavabdehin də yaşayış minimumu haqqında qanuna əsasən müəyyən məbləği əhatə edən yaşayış minimumu olması, 260 manat pulu qazanmaq üçün özünün də qidalanması və işləməyə qadir olması, 150 manat pensiya alan cavabdehin digər qohumlardan 50 manat alaraq hər bir uşağa görə 100 manat olmaqla cəmi iki uşağa görə 200 manat ödəyə biləcəyi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərinin təmin olunması cavabdeh maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halların nəzərə alınmasına gətirib çıxarılması, birinci instansiya məhkəməsinin bu hala əhəmiyyət verməməsi bu maddənin tələblərini pozmaqla yanlışlığa yol verərək” dəlillərinə məcmu halın da qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Alim ent ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Cavabdehin İİİ qrup əlil olması onu uşaqları normal səviyyədə saxlamaq, onların qidalanma, geyim və digər zəruri ehtiyaclarını qarşılamaq vəzifəsindən azad etmir. Həmçinin cavabdeh əlavə olaraq heç bir yerdə işləyə bilmədiyini, qohumlardan 50 manat pul alaraq aldığı pensiya pulunun üzərinə qoyaraq alimenti ödədiyini bildirsə də, bunu təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Valideynlər uşaqları saxlamaqda bərabər hüquqlara malikdirlər. Bu da onu deməyə əsas verir ki, uşaqların qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərcləri ilə təmin olunması üçün hər iki valideynin üzərinə bərabər vəzifələr qoyulur. Göstərilənlərə əsasən kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi işə obyektiv baxmış, hər uşağa görə 130 manat olmaqla, iki uşağa görə 260 manat aliment təyin etməklə ədalətli və qanuni qərar qəbul etmişdir. Buna görə də kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(079)-569/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara v ə tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1ci maddəsinə uyğun o laraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna olunduğundan həmin qətnamədən də kassasiya şikayəti verilə bilməz. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(079)-569/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Babək Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(079)-569/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-24/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-24/2024
06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver