Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-27/2025 05.02.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Vəkil və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili-nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Culfa Rayon X15 MMC-yə qarşı istifadə edilməyən əmək məzuniyyətinin düzgün ödənilməsi, vaxtında ödənilməmiş məbləğə görə maddi zərərin, artıq iş saatlarına görə haqqın cavabdehdən tutulması tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, e-2(089)-88/2024 nömrəli qətnaməsindən iddiaçının v əkilinümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Culfa Rayon X15 MMC-yə qarşı istifadə edilməyən əmək məzuniyyətinin düzgün ödənilməsi, vaxtında ödənilməmiş məbləğə görə ödəncin, artıq iş saatlarına görə haqqın cavabdehdən tutulması tələbi ilə Culfa Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən istifadə edilməmiş bütün illərin əsas məzuniyyətlərinə görə 3064.56 manat məbləğində pul əvəzinin, vaxtında ödənilməmiş məbləğə görə 3364.36 manat ödəncin, artıq işlənən iş saatlarına görə 7244.16 manat əmək haqqının, hüquqi yardıma görə 300 manat və ödənilmiş 81.01 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin ( sədrlik edən hakim M. Məmmədov) 21 noyabr 2024cü il tarixli, e-2(089)-88/2024 nömrəli qətnaməsi ilə İddiaçı Culfa Rayon X15 MMC-yə qarşı istifadə edilməyən əmək məzuniyyətinin düzgün ödənilməsi, vaxtında ödənilməmiş məbləğə görə maddi zərərin, artıq iş saatlarına görə haqqın tutulması tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 81.01 manatın ona qaytarılması, 120 manat məhkəmə ekspertizası xərci Culfa rayon X15 MMC-dən tutularaq Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iddiaçı tərəf apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Culfa Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, e-2 (089)-88/2024 nömrəli mülki iş üzrə qətnaməsinin ləğv edilməsi və İddiaçı istifadə edilməmiş bütün illərin əsas məzuniyyətlərinə görə 3064.56 manat məbləğində pul əvəzinin, vaxtında ödənilməmiş məbləğə görə 3364.36 manat ödəncin, artıq işlənən iş saatlarına görə 7244.16 manat əmək haqqının Culfa rayon X15 MMC- dən alınaraq İddiaçı ödənilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayəti verən tərəf müraciətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasında qeyd edilir ki, qanunvericiliklə müəyyən olunmuş tarif maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şək ildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması qaydaya əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil aparılır. İddiaçı işdən azad olunduğu gündən son bir ildə vəzifə maaşına edilən artımlar-əmək haqqında artımlar ardıcıl və mütəmadi olaraq ödənilmişdir. İddiaçı ilə işəgötürən arasında vəzifə və öhdəliklər müəyyən edən kollektiv müqavilənin mövcud olmaması məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı əmək haqqının əmsallaşdırılmamasının əsası kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı əmək haqqına edilən artım Culfa rayon X15 MMC-nin bütün işçilərinə münasibətdə əmək haqqının artırılması zamanı tətbiq edilmişdir. Məhkəmənin İddiaçı istifadə olunmamış əmək məzuniyyəti vaxtı üçün orta əmək haqqının hesablanması zamanı əmək haqqının əmsallaşdırılmaması yönündə hüquqi mövqeyi əsaslı hesab edilə bilməz. İddiaçı ərizəsində tələbinin maddi hüquqi əsası olaraq istinad etmişdir: “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş "hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir " müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Bundan başqa məhkəmə qətnaməsində iddiaçının artıq işlədiyi iş saatları üçün 7244.16 manat məbləğində əmək haqqı tələbinə dair iddianın təmin edilməyən digər hissəsi ilə bağlı əsaslandırma belə olmuşdur ki, iddiaçının əmək müqaviləsi üzrə gün ərzində 8 saat, həftə ərzində 40 saat əmək fəaliyyətində olma öhdəliyi olmuşdur. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı əmək müqaviləsi üzrə müəyyən edilmiş iş saatlarından artıq işləmişdir. Belə ki, İddiaçı 1-sutka işdə olmaqla 2-gün istirahətdə olmuşdur. Belə olan halda iddiaçının aylıq 240-saat əmək fəaliyyətində olduğu müəyyən edilir ki, bu fakt da məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Şikayət edən tərəf apellyasiya şikayətinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 139, 165-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarına, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına, apellyasiya şikayətinin prosessual əsası kimi isə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 88, 220.4, 372.7, 384.0.2 -ci maddələrinə istinad etmişdi. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, mülki iş materiallarına əlavə edilmiş: 0151203 nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı 17 oktyabr 2007-ci il tarixdə Culfa rayon X15 ASC-də maşinist vəzifəsinə təyin edilmişdir. 07 saylı, 05 yanvar 2023-cü il tarixli əmək müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı ilə X3 Qrupunun Culfa rayon “X15” MMC arasında əmək müqaviləsi bağlanmış, maşinist vəzifəsinə təyin edilmişdir. 27 oktyabr 2023-cü il tarixli, 49 nömrəli əmrin surətindən müəyyən olunur ki, İddiaçı əmək müqaviləsinə öz ərizəsi əsasında 01 noyabr 2023-cü il tarixdə xitam verilməsi, 17 oktyabr 2007-ci il tarixdən 1 noyabr 2023-cü il tarixədək olan istifadə etmədiyi məzuniyyət günlərinin konpensasiyasının ödənilməsi və işdən azad edilməsi barədə əmr verilmişdir. Culfa Rayon “X15” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş cədvəldən müəyyən olunur ki, İddiaçı istifadə etmədiyi məzuniyyət günlərinə görə 8372.08 manat məbləğində kompensasiya hesablanmışdır. Naxçıvan Bank ASC-nin Culfa filialından verilmiş 13 noyabr 2024-cü il tarixli hesabdan çıxarışdan müəyyən olunur ki, Culfa rayon “X15” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı **********3781003AZN №-li hesabına 8372.08 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2024-cü il tarixli 1000 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı 17 oktyabr 2007-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək “X15” MMC-də işlədiyi illər üzrə istifadə edilməmiş məzuniyyət illəri üzrə məzuniyyət haqqının məbləği əmsallaşdırmaqla 10588.54 manat, əmsallaşdırmamaqla 7454.44 manat olmuşdur. 01 noyabr 2022-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək, son bir il üçün ödənilməli olan məzuniyyət haqqı əmsallaşdırma tətbiq edilməməklə 659.78 manat olar ki, belə olduğu halda İddiaçı həmin il üçün 686.32 manat məzuniyyət pulu ödənilmişdir ki, məzuniyyət qalığı olması müəyyən edilmədi. 01 noyabr 2022-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək, son bir il üçün ödənilməli olan məzuniyyət qalığına görə hər gecikdirilmiş gün üçün ödənilməli olan məbləğ 105,89 (10588,54 məzuniyyət əvəzi*1%) manat olur ki, bu məbləğ gecikdirilmiş 12 günə vurulduqda, 12 gün üçün hesablanan məbləğ 1270,68 (105,89*12) manat olar ki, 13 noyabr 2023-cü il tarixdən 16 yanvar 2024-cü il tarixədək 64 gün üçün gecikdirilmiş məbləğ isə 2216,46 (10588,54-8372,08) manat son qalıq üzrə hər gecikdirilmiş gün ödənilmə li olan məbləğ 1418,54 (64*2216,46*1%) manat təşkil edir. Bundan başqa apellyasiya şikayətinə baxılması zamanı kollegiyaya "Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə təqdim edilmiş və 14 dekabr 2024-cü ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təsdiq olunmuş nizamnamədən iş üzrə cavabdeh “Culfa Rayon X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin adının dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olması aydın olur. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvv əlcədən məlumat verməmişdi. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, apellyasiya şikayətinin dəlilləri olaraq göstərmişdir ki, İddiaçı istifadə olunmamış əmək məzuniyyətləri hesablanarkən məhkəmə tərəfindən əmsallaşdırma tətbiq edilməmişdir. Əmsallaşdırmanın tətbiq edilməməsi düzgün olmamışdır. İş üzrə cavabdehin nümayəndəsinin izahatından, eləcə də iddiaçının məhkəməyə təqdim olunmuş sosial arayışından görünür ki, son bir il ərzində əmək haqqı artımı müəssisədə bütün işçi lərə tətbiq olunmuşdur. Artıq iş saatları ilə bağlı məhkəmə qətnaməsində iddiaçı haqlı olaraq göstərmişdir ki, müəssisə tərəfindən onunla bağlanmış əmək müqaviləsində gündəlik 8 saat iş rejimi nəzərdə tutulmuşdur. Lakin məhkəmə iclasında araşdırılma aparılan zaman, həmçinin cavabdehin nümayəndəsinin özünün etiraf etdiyinə görə əmək müqaviləsində nəzərdə tutulmuş iş saatı qrafik üzrə deyil, işçi ilə işə götürən arasında olan razılaşmaya əsasən iddiaçının 2 gün evdə, 1 gün işdə olmaqla ümumilikdə 240 saat əmək fəaliyyətində olması ilə müəyyən edilmiş, ancaq bu hal da məhkəmə tərəfindən nəzərə alınmamış və həmin artıq iş saatlarına görə əmək haqqı hesablanıb iddiaçıya ödənilməmişdir. İddiaçının əlavə iş saatlarında əmək funksiyalarının icrasına cəlb olunması barədə elə bir sübut olmamışdır, ş ahid ifadələri olmuşdur, eyni zamanda bu faktı birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfin nümayəndəsi də etiraf etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsi və Culfa Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, e-2(089)-88/2024 nömrəli qətnaməsinin ləğv edilərək istifadə edilməmiş bütün illərin əsas məzuniyyətlərinə görə 3064.56 manat məbləğində pul əvəzinin, vaxtında ödənilməmiş məbləğə görə 3364.36 manat ödəncin, artıq işlənən iş saatlarına görə 7244.16 manat əmək haqqının Culfa Rayon X15 MMCdən alınaraq İddiaçı ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi X11 verdiyi izahatında apellyasiya şikayətini qəbul etmədiyini bildirərək, apellyasiya şikayətinin dəlilləri olaraq göstərmişdir ki, Culfa Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, e2(089)-88/2024 nömrəli qətnaməsini qəbul edir. Birinci instansiya məhkəməsi ədalətli, obyektiv və əsaslı şəkildə qətnamə qəbul etmişdir. İşin halları tamamilə araşdırılmış, hüquqi qiymət verilmiş, maddi hüquq normalarına düzgün istinad olunmuşdur. İddiaçı ilkin iddiasına hüquqi qiymət verilərkən maddi hüquq normaları ətraflı şəkildə araşdırılmış və müəyyən tənzimləmə mexanizmi həyata keçirilmişdir. İstifadə olunmamış əmək məzuniyyətlərinə görə hesablamanın düzgün aparılmaması hissəsində iddiaçı haqsızdır. Çünki həmin dövrdə əmsallaşdırmanın tətbiq olunması ilə bağlı konkret norma vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarında da birbaşa göstərilir ki, q anunvericiliklə müəyyən olunmuş tarif, vəzifə maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması qaydaya əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil aparılır. Hazırki normanın izahından aydın olur ki, əmsallaşdırma müəssisədə kollektiv müqavilə mövcud olduqda tətbiq ediləcəkdir. Kollektiv müqavilənin tərəfləri könüllülük prinsipi əsasında müəyyən olunur və 1 ildən 3 ilə kimi qüvvədə olur. Hazırki müəssisədə sonradan mülkiyyətçilər dəyişsə də 2007-ci ildən 2023-cü ilə qədər olan müddətdə heç bir kollektiv müqavilə olmamış və kollektiv müqavilənin mövcudluğu ilə bağlı iddiaçı tə rəf belə sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də qanuna əsasən əmsallaşdırma aparılmamalıdır. Ekspert rəyində də bu öz əksini tapmışdır. Müəssisə tərəfindən müəyyən olunmuş son haqq-hesab pulu doğru şəkildə hesablanmış və iddiaçı tərəfə təqdim olunmuşdur. İş saatlarına münasibətdə isə bildirir ki, işə götürənlə işçinin razılaşdığı bir əmək rejimi olur. Bu əmək rejimi konkret olaraq əmək müqaviləsinin üzərindən tətbiq olunur. Əmək müqaviləsində göstərilmiş qaydada hesablamalar, tutqular, iş rejimi münasibətləri və s. hallar əmək müqaviləsi üzərindən hesablanır. İddiaçının artıq iş saatı ilə bağlı məhkəməyə dəvət etdiyi şəxs də maraqlı olmuşdur. Bu şəxs həmin müəssisədə işləyib, özü də hazırki hal ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Şahid ifadəsinin məhkəmə tərəfind ən sübut kimi qiymətləndirilməməsi düzgün olaraq müəyyən edilmişdir. İddiaçı tərəfin qeyd etdiyi faktın hüquqlarını müdafiə etdiyi tərəfin nümayəndəsinin məhkəmədə etiraf etməsindən dəqiq məlumatı yoxdur. Ancaq hesab edir ki, burada etirafdan söhbət gedə bilməz. Cavabdeh tərəf olaraq məhkəməyə təqdim etdiyi sənədlər əmək müqaviləsidir, hər şey əmək müqaviləsinin üzərindən gedir və məhkəməyə hansı sübutlar təqdim olunursa, onun üzərindən aparılır. Əmək müqaviləsi üzrə iş saatı günlük 8 saat olmaqla həftəlik 40 saat müəyyən edilib. Faktiki olaraq iş saatı işə götürənlə işçinin razılığı əsasında müəyyən edilib. İddiaçı 24 saat işləyib, 48 saat evdə olub, bu iş rejimi ilə iddiaçı razılaşıb. Əgər razılığı ifadə olunmasa idi bu illər ərzində iddiaçı etirazını bildirmiş olardı. Ödənişlə bağlı Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsinin də konkret mövqeyi var. Bu mövqe məhkəmənin qərarında düzgün olaraq tətbiq edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmaması və Culfa Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, e-2(089)-88/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qanunvericilik işçiyə son haqq-hesabın işdən çıxdığı gün verilməsini nəzərdə tutsa da bəzən bank problemlərindən dolayı gecikmələr yaranır. Son haqq-hesabın iddiaçıya gecikməli şəkildə verilməsi müəssisənin təqsiri üzündən baş verməyib. Əgər işçi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinin tələbi ilə işdən çıxarılırsa burada 1 aylıq müddət tətbiq edilir. Bu müddətdə hər hansı hesablamaları aparmaq, yerinə yetirmək mümkünd ür. Ancaq bəzən işçi gəlib müraciət edir ki, 69.3-cü maddənin tələbinə əsasən işə götürən işçini müraciət etdiyi gündən işdən azad etsin. Bu hala da qanunvericilik yol verir. Apellyasiya şikayətinin hüquqi həllinə gəldikdə isə kollegiya onu mülki iş materialları ilə birlikdə, həmçinin qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunla ra dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; -5.1-ci maddəsində hər hansı fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılması göstərilir; - 9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, i şdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən as ılı olmayaraq yoxlayır. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, verilmiş apellyasiya şikayətindən Culfa Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, e-2(089)-88/2024 nömrəli qətnaməsini yalnız iddiaçı tərəfin mübahisələndirməsi aydın olur. İddiaçı verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının ləğv edilməsinə yönəldiyindən, məhkəmə aktı tam yoxlanılmalıdır. Mülki prosessual qanunvericiliyin tələbini nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayəti obyektinin qanuniliyinin yoxlanılmasına ilk növbədə İddiaçı istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətinə görə məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanmasında əmsallaşdırılmanın tətbiq edilib-edilm əməsinə dair məsələni araşdırmaq lazımdır. Çünki iddiaçının istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətinə görə məzuniyyət vaxtı üçün orta əmək haqqı tələbi, həmçinin apellyasiya şikayətində mübahisələndirdiyi digər tələbi üzrə ilkin olaraq sözü gedən məsələnin hüquqi həlli zəruridir. Bununla bağlı kollegiya bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinin müddəalarına görə hər bir şəxsin əmək qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır, heç kəs zorla işlədilə bilməz, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Həmçinin Konstitusiyanın 37-ci maddəsində göstərilir ki, hər kəsin istirahət hüququ var. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Yuxarıda qeyd ediləndən başqa məzuniyyət hüququ ilə bağlı müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “Ödənişli illik məzuniyyətlər haqqında” X4 1936-cı ildə qəbul edilmiş 52 saylı Konvensiyasının 3-cü maddəsinə görə, məzuniyyətə gedən hər bir şəxs məzuniyyətin bütün dövründə milli qanunlarla və qaydalarla təsbit olunmuş üsullarla hesablanmış, əgər onun natura ilə haqqının pul ekvivalenti varsa onu da əlavə etməklə ya özünün adi haqqını və ya kollek tiv müqavilə ilə müəyyən edilmiş haqqını almalıdır. “Ödənişli məzuniyyətlər haqqında” X4 1970-ci ildə qəbul etdiyi 30 iyun 1973-cü ildən qüvvədə olan 132 saylı Konvensiyasının 3-cü maddəsinin birinci bəndinə görə hər bir şəxs müəyyən edilmiş minimum müddətli illik ödənişli məzuniyyət hüququna malikdir. Vətəndaşların istirahət hüququ həmçinin «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 24-cü maddəsində də təsbit edilmişdi. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. X4 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tə crübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın”1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır ( “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına istinadən). Konstitusiya və beynəlxalq konvensiyanın prinsip və normalarına uyğun olaraq is tirahət vaxtı və məzuniyyət verilməsinin qayda və şərtləri Azərbaycan Respublikasının Əmək Məcəlləsində də tənzimlənmişdi. Belə ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Məcəllənin 3-cü maddəsinin 4-1-ci hissəsinə görə əmək münasibətləri əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsası nda müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; 9-cu maddəsinin “x” bəndindən müəyyən edilir ki, hər il həmin Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək işçinin hüququdur; 110-cu maddəsinin 1-ci və 3-cü hissələrinin tələbinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin m üddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz: 113-cü maddəsinin 1-ci hissəsinə görə əmək məzuniyyəti-işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır; 131-ci maddəsində təsbit edilmişdir ki, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Ona altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər; 135-ci maddəsinə görə Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir; 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 172-ci maddəsinin 1, 2 və 4-cü hissələrindən görünür ki, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbindən aydın görünür ki, qanunvericilik nəinki işçinin əmək məzuniyyəti hüququnu tanıyır və həmin hüququn həyata keçirilməsinə olan maneəni qadağan edir, habelə məzuniyyət haqqını əmək haqqının tərkibi kimi müəyyən edir. Mülki işin mübahisəsiz hallarından İddiaçı iş üzrə cavabdeh olan işəgötürənlə 17 oktyabr 2007-ci ildən əmək münasibətində olmaqla, həmin tarixdə “Culfa Rayon X15” Məhdud Məsuliyyətli Cəmiyyətində kompressor-maşinist vəzifəsində işə başlaması aydın olur. Tərəflər arasında əmək münasibətlərinə 01 noyabr 2023-cü ildə xitam verilsə də, iddiaçının işlədiyi dövr ərzində, yəni 16 il 14 gün müddətində əsas əmək məzuniyyətindən istifadə etməməsi mübahisə olunmur. Sonuncu fakt iddiaçının tələbindən və mülki iş materiallarında olan “Culfa Rayon X15” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş cədvəllərlə müəyyən edilir. “Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsinin qaydaları” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143-cü maddəsi ilə tənzimlənir ki, həmin normanın mahiyyətinə görə müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilər kən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. İddiaçı ilə “Culfa Rayon X15” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında olan əmək münasibətlərinə xitam verilməsi zamanı iddiaçının məzuniyyət hüququndan istifadə etməməsi işin mübahisəli halı olmadığından kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan ist ifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İşin mübahisəsiz hallarından aydın olur ki, cavabdeh tərəfindən iddiaçıya istifadə etmədiyi məzuniyyət illərinə görə 8372,08 (səkkiz min üş yüz yetmiş iki manat, səkkiz qəpik) manat pul əvəzi hesablanmış və həmin məbləğ ona 13 noyabr 2023-cü ildə ödənilmişdi. İddiaçı isə həmin məbləğin az olduğunu hesab edərək, ona 3064.56 manat məbləğində pul əvəzinin, ümumilikdə 11436, 64 manat ödənilməli olduğunu qeyd etmiş və bununla bağlı Culfa Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdi. Birinci instansiya məhkəməsi qətnaməsində iddiaçının istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə ona 8372,08 manat məbləğində pulun ödənilməsini qeyd edərək iddianı bu hissədə rədd etmişdir. Məhkəmə bu nə ticəyə gəlməsini məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılma aparılmadan hesablanmalı olması ilə əsaslandırmışdı. İddiaçı birinci instansiya məhkəməsinin bu əsasını qəbul etməyərək ona istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə ödənilməli olan pul məbləğinin əmsallaşdırılma tətbiq edilməklə hesablanmalı olmasını hesab edir. Bununla bağlı kollegiya qeyd edir ki, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması və ödənilməsi qaydaları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140cı maddəsində təsbit edilmişdir. Həmin normaya əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib m əzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmas ına ən geci 3 gün qalmış ödənilir. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktiki olaraq verildiyi gündən hesablanıla bilər. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. “Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə ilə tənzimlənir ki, həmin qaydalara əsasən qanunvericilikdə müəyyən olunmuş tarif (vəzifə) maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması hazırkı qaydaya əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil surətdə aparılır. Sonuncu qeyd edilən normadan görünür ki, orta əmək haqqının əmsallaşdırılması aşağıdakı hallarda həyata keçirilir: büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda əmək haqqı kütləvi şəkildə artırıldıqda; təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, əmsallaşdırma kütləvi əmək haqqı artımı həyata keçirilmiş bütün büdcə təşkilatlarına aiddir. Digər sahələrdə çalışanlar üçün əmək haqqının əmsallaşdırılması kollektiv müqavilənin şərtlərinə əsasən vəzifə maaşları kütləvi şəkildə artırıldıqda həyata keçirilir. Deməli kollegiyanın hazırda hüquqi həllindən bəhs edilən apellyasiya şikayətinin əsası üzrə araşdırmalı olduğu ilkin məsələ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin büdcədən maliyyələşdirilən və ya təsərrüfat hesabı müəssisə olub-olmamasını müəyyən etmək, əgər cavabdeh təsərrüfat hesabı müəssisədirsə tarif (vəzifə) maaşlarının kütləvi şəkildə artırılması ilə bağlı kollektiv müqavilənin mövcudluğunu yoxlamaqdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin 4 saylı ərazi vergilər idarəsi tərəfindən verilmiş 18 dekabr 2023-cü il tarixli, **********730500 nömrəli məktubun məzmunundan görünür ki, “X15” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********1) xx.xx.2004-cü il tarixdən vergi ödəyicisi olmaqla, “qaz məhsullarının topdan satışı” fəaliyyəti ilə məşğuldur. Bu fakt isə onu deməyə imkan verir ki, cavabdeh büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilat hesab olunmur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsərrüfat hesabı müəssisə olduğundan tarif (vəzifə) maaşlarının kütləvi şəkildə artırılması ilə bağlı kollektiv müqavilənin mövcudluğunun yoxlanılması şərtlərinə gəldikdə isə kollegiya bildirir ki, Əmək Məcəlləsinin: -3-cü maddəsinin 6-cı hissəsinə əsasən kollektiv müqavilə işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir; - 7-ci maddəsinin 3-cü hissəsinə görə kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir; - 32-ci maddəsinin 1-ci hissəsi ilə müəyyən edilir ki, kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanıla bilər; - 34-cü maddəsinin 1-ci hissəsinin tələbinə əsasən kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarəti tərəflər və müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Nəzarət i həyata keçirən səlahiyyətli şəxslərə bütün zəruri məlumatlar təqdim edilməlidir. Mülki iş materiallarında olan 04 noyabr 2024-cü il tarixli, 25 nömrəli məktubda qeyd edilir ki, “Culfa Rayon X15” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Nəqşicahan LTD Şirkətlər qrupu arasında kollektiv müqavilə mövcud deyil. İddiaçı tərəfindən “Culfa Rayon X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektiv müqavilənin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq kollegiya belə nəticəyə gəlir ki, istifadə edilməmiş bütün iş illərinin əsas məzuniyyətinə görə iddiaçıya ödənilməli kompensasi yanın hesablanması zamanı məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanmasında əmsallaşdırılmanın tətbiq edilməsinə dair apellyasiya şikayəti verən tərəfin hüquqi mövqeyi əsaslı sayıla bilməz. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2024-cü il tarixli 1000 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı 17 oktyabr 2007-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək X15 MMC-də işlədiyi illər üzrə istifadə edilməmiş məzuniyyət illəri üzrə məzuniyyət haqqı əmsallaşdırmaqla 10588.54 manat, əmsallaşdırmamaqla 7454.44 manat olmuşdur. 01 noyabr 2022-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək, son bir il üçün ödənilməli olan məzuniyyət haqqı əmsallaşdırılma aparılmaqla 659.78 manat olar ki, belə olduğu halda İddiaçı həmin i l üçün 686.32 manat məzuniyyət pulu ödənilmişdir ki, məzuniyyət qalığı olması müəyyən edilmədi. Cavabdehin son haqq-hesab aparılması ilə bağlı iddiaçıya ödədiyi məbləğ ekspertin rəyində göstərdiyi əmsallaşdırmanın tətbiq edilməməsi ilə bağlı məbləğdən artıq olduğundan kollegiya iddiaçının tələbini bu hissədə əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı hesab edir. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi digər bir əsas isə istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə vaxtında ödənilməmiş məbləğə görə 3364.36 manat məbləğində ödəncin verilməsidir. Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilə n əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Bu qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Bundan başqa kollegiya onu da bildirir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Culfa Rayon Məhkəməsinin 21 noya br 2024-cü il tarixli, 2(089)-88/2024 nömrəli qətnaməsindən görünür ki, işə baxan hakim iddiaçının tələbini hazırda hüquqi həllindən danışılan hissəsi ona 64 günlük gecikmə üçün 3364,36 manat məbləğində pulun ödənilməsini təmin etməmiş, bunu cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilməsi ilə əsaslandırmış, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödəncinin verilməsi ilə bağlı tələbinə bir illik iddia müddəti tətbiq edib, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2024-cü il tarixli 1000 nömrəli ekspert rəyində qeyd etdiyi məzuniyyət qalığının olmamasına istinad etmişdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasında” qeyd edilir ki, qanunvericiliklə müəyyən olunmuş tarif maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması qaydaya əsasən həmi n müəssisə, idarə və təşkilatlarda müstəqil aparılır. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2024-cü il tarixli 1000 nömrəli ekspert rəyində ekspert tərəfindən həmin qaydaya uyğun olaraq əmsallaşdırma aparılmadıqda tutqusuz əmək haqqı 9135,82 (8*400+890*2+929,37+3226,45) manat illik əmək haqqı olar ki, bu zaman əmsallaşdırılmamış bir günə düşən tutqulu əmək haqqı 22,12 (8070,16/12/30,4) manat olar. Buna əsasən İddiaçı X15 MMC-də işlədiyi 16 il 14 gün üçün hesablanmış 337 orta günlük əmək haqqı olan 22,12 manata vurulmuş və 7454,44 (337*22,12) manat məzuniyyət əvəzi olması müəyyən edilmişdir. Lakin ekspert qarşısında qoyulmuş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən hər gecikdirilmiş gün üçün ödənilməli olan məbləğin nə qədər olması sualı üzrə nəticəyə gələrkən hər gecikdirilmiş gün üçün ödənilməli olan 105,89 (10588,89*1%) (əmsallaşdırma aparıldıqda) manat göturərək gecikdirilmiş gün üçün ödənilməli olan məbləğ 1418,54 (64*2216,46*1%) manat təşkil etdiyini göstərmişdir. Halbuki işin məhkəmədə araşdırılmasından müəyyən olunur ki, iddiaçıya istifadə etmədiyi iş illərinə görə əsas məzuniyyət məbləğinin verilməsi ilə bağlı əmsallaşdırma tətbiq edilməməlidir. Yəni iddiaçıya həmin məbləğlə bağlı ödəncin verilməsi üçün əsas götürülməli məbləğ əmsallaşdırma tətbiq edilmədən ödənilməli məbləğ olmalıdır. Ekspert rəyindən görünür ki, bu məbləğ 7454,44 manat təşkil edir. Bu səbəbdən də kollegiya ekspertin bununla bağlı gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hər gecikdirilmiş gün üçün ödənilməli olan 74, 54 (7454,44 məzuniyyət əvəzi*1%) (əmsallaşdırma aparılmadıqda) manat məbləğ gecikdirilmiş 12 günə vurulduqda, 12 gün üçün hesablanan məbləğ 894,48(74,54 *12) manat təşkil edir. İş materiallarından aydın olur ki, İddiaçı Culfa rayon X15 MMC-də işə başladığı 17 oktyabr 2007-ci il tarixdən işdən azad olunduğu 01 noyabr 2023-cü il tarixədək, yəni 16 illik əmək fəaliyyəti ərzində əmək məzuniyyətindən istifadə etmədiyindən işdən azad edilərkən ona istifadə etmədiyi əmək məzuniyyətinə görə 8372.08 manat kompensasiya ödənilmişdir. İddiaçıya ödənilən 8372,08 manat məbləğdən ekspert tərəfindən məzuniyyət əvəzi müəyyən edilmiş 7454,44 məbləğ çıxıldıqda iddiaçıya 917,64 (8372,087454,44=917,64) manat məbləğin artıq ödənilməsi müəyyən edilir ki, gecikdirilmiş 12 gün üçün hesablanan 894,48 manat məbləği əhatə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinin 16-cı hissəsinə görə fərdi əmək mübahisəsi dedikdə əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır; - 18-ci maddəsində qeyd edilir ki, özlərinin hüquqlarını, qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçinin, işəgötürənin, əmək kollektivinin, həmkarlar ittifaqları təşkilatının fərdi və ya kollektiv əmək mübahisəsi aparmaq hüququ vardır. Bu hüququn həyata keçirilməsi yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. İşəgötürənlə işçi, habelə əmək kollektivi arasında əmək qanunvericiliy inin tətbiqi zamanı meydana çıxan fərdi və kollektiv əmək mübahisələrinin həlli bu Məcəllənin Xİ bölməsində nəzərdə tutulan qaydada tənzimlənir; - 288-ci maddəsində fərdi əmək mübahisələrinin predmeti müəyyən edilmişdi, həmin normanın “d” bəndinə görə bunlardan biri əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsidir; - 292-ci maddəsinin 1-ci hissəsinə görə işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər; - 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisn a olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır; -296-cı maddəsinin 1-4-cü hissələrində isə qeyd edilir ki, Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün-işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələ b etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; - 375.1 və 375.2-ci maddələrinin tələbindən aydın olur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldı rmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq ed ilməlidir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və mal iyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxma sı ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Mülki iş materiallarını yuxarıda qeyd edilən hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edən kollegiya bildirir ki, İddiaçı 16 ildən artıq müddətdə “Culfa Rayon X15” Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişdi. Həmin illər üçün əsas əmək məzuniyyəti hüququndan istifadə etmədiyindən, onun bütün bu illər üçün pul əvəzi almasını və bunun verilməməsi ilə bağlı olaraq ödənc tələb etməsini qanunvericilik istisna etmir. Lakin yuxarıda da qeyd edildiyi kimi məhkəmə müdafiəsi hüququ mütləq olmadığından məhdudiyyətə məruz qalması istisna edilmir. İddiaçının hər ili n sonunda əsas əmək məzuniyyəti hüququnu həyata keçirməməsi əmək haqqının tərkib hissəsi olan məzuniyyətin gecikməsinə görə verilməli olan pul əvəzinin, həmçinin Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində qeyd edilən ödəncin hər il üzrə artması ilə nəticələnsə də, bu tələblərdən birinciyə münasibətdə (pul əvəzinə) mülki qanunvericiliyin mahiyyətinə görə iddia müddəti tətbiq edilə bilmədiyi halda, ikinciyə münasibətdə (ödənc tələbinə) sözü gedən məhdudiyyət tətbiq ediləndir. Belə ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci və 172-ci maddəsinin 4-cü hissələrinə əsasən əmək müqaviləsinə xitam verilməsi səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəz i ödənilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məzuniyyət haqqının əmək haqqının tərkib hissəsi, sonuncunun isə mülkiyyət hüququ çərçivəsində gözlənti hüququnu yaratması yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbi baxımından inkar edilmir. Hazırkı mübahisə üzrə 16 il 14 günlük əmək məzuniyyətindən istifadə etməyən İddiaçı hər ilin sonu bununla bağlı pul əvəzi almaq hüququ yaranıb ki, həmin məbləğlərin ona verilməməsi özlüyündə məbləğin-ödənilməli olan əmək haqqının artmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0-cı və 384.0.4-cü maddələrində mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə ona iddia müddətinin şamil edilməməsi qeyd edildiyindən və həmin normanın tələbi baxımından iddiaçının istifadə edilməyən məzuniyyət hüququ ilə bağlı pul əvəzi tələbinə iddia müddəti tətbiq edilə bilməsə də, onun ödənc tələbi iddia müddətinin təsiri altına düşür. Mülki iş materiallarından isə görünür ki, cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi ilə bağlı işə baxan birinci instansiya məhkəməsinə ərizə təqdim etmişdir. Həmin ərizə üzrə cavabdeh tərəfin hüquqi mövqeyi İddiaçı ona qarşı olan bütün tələblərinə iddia müddətinin tətbiqindən ibarət olsa da, işə baxan birinci instansiya məhkəməsi həm iddiaçının bütün illərin əsas məzuniyyətlərinə görə ona pul əvəzinin ödənilməsi tələbinə iddia müddətinin tətbiq edilməməsi, həm də həmin məbləğ üzrə İddiaçı ödən cin verilməsi tələbinə bir illik iddia müddətinin tətbiqi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərdən başqa yuxarıda göstərilən normaların məzmunundan aydın olur ki, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Mülki iş materiallarını nəzərdən keçirən kollegiya bildirir ki, tərəflər arasında əmək münasibətlərinə iddiaçının ərizəsinə əsasən, elə ərizə verildiyi gün, yəni 01 noyabr 2023cü ildə xitam verilsə də, “Culfa Rayon X15” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı son haqq-hesabı 13 noyabr 2023-cü ildə ödəmişdi. Həmçinin cavabdehin iddiaçıya ödədiyi məbləğ Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiz ası Mərkəzinin 21 oktyabr 2024-cü il tarixli 1000 nömrəli ekspert rəyində qeyd etdiyi məbləğdən kifayət qədər yüksəkdir. Bundan başqa onu da nəzərə almaq lazımdır ki, 16 illik istifadə edilməmiş əmək məzuniyyəti üçün məzuniyyət haqqının qısa müddət ərzində hesablanması özündə çətinlik yaradan məsələ olmaqla bərabər, qeyri-dəqiq olma ehtimalını da artırır. Çünki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin birinci və ikinci hissələri, 143-cü maddəsinin isə birinci hissəsi ilə müəyyən edilmiş müddətlər işçinin hüquqların müdafiəsinə yönəlməklə yanaşı, həmçinin işəgötürənin mənafeyinin nəzərə alınmasını tələb edir. Bu da öz növbəsində həmin Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən edilən əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafe lərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması prinsiplərindən irəli gəlir. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi digər bir əsas isə artıq işlənən iş saatlarına görə 7244.16 manat əmək haqqının verilməsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən: 1.İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: -əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqia; -əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əməyin vaxtamıuzd ödənilmə sistemində iş vaxtından artıq işə görə əmək haqqı saatlıq tarif (vəzifə) m aaşının ikiqat məbləğindən aşağı olmamaqla hesablanmalıdır.
2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.
3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. İş materiallarına əlavə edilmiş 07 saylı, 05 yanvar 2023-cü il tarixli əmək müqaviləsində X3 Qrupunun Culfa rayon “X15” MMC direktoru ( (işəgötürən) X8 ilə İddiaçı (işçi) arasında 05 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq olaraq müqavilə bağlanmış, iş və istirahət vaxtı üzrə: -işçinin gün ərzində 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayaraq işləməsi; -iş vaxtının saat 09:00-dan 18:00-dək olması; -nahar vaxtının saat 13.00-dan 14.00-dək olm ası; -istirahət günlərinin hər həftənin şənbə, bazar günləri müəyyən edilmişdir. İddiaçı müqavilədə iş və istirahət vaxtı üzrə qeyd olunan şərtlərlə razılaşaraq müqaviləyə imza etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində 1984-cü ildən 01 noyabr 2023-cü il tarixədək Culfa rayon X10 işlədiyini, iddiaçının isə 17 oktyabr 2007-ci ildən 01 noyabr 2023-cü ilədək onunla birlikdə zavodda işlədiyini, onunla eyni vaxtda növbədə olduğunu, bağlanmış əmək müqaviləsində gündəlik iş saatı 8 saat qeyd edilsə də özünün 24 saat işdə, 48 saat evdə olduğunu, İddiaçı isə 48 saat işdə, 24 saat evdə olmasını göstərmişdir. Göründüyü kimi şahidin ifadəsində qeyd olunanlar iddiaçının izahatında göstərilənlərlə ziddiyət təşkil edir. Kollegiya hesab edir ki, birinci instansiya m əhkəməsi məhkəmə iclasında dindirilmiş şahidin ifadəsini həmin şahidin tələbi üzrə Culfa Rayon Məhkəməsinin icraatında eyni mahiyyətli başqa mülki iş olduğundan və həmin şahidin mülki iş üzrə artıq iş saatlarına görə haqqın ödənilməsində maraqlı olduğu üçün birbaşa sübut kimi qəbul etməyərək düzgün nəticəyə gəlmişdir. İddiaçı iddia ərizəsində Culfa rayon X15 MMC-də doldurucu vəzifəsində işlədiyi müddətdə, Culfa rayon X15 MMC-də əmək müqaviləsi üzrə müəyyən edilmiş iş vaxtından sonra müəssisədə istehsal prosesinin davam etdirilməsi üşün işəgötürənin təklifi razılaşmaları əsasında bir il ərzində, hər gün 4 saat artıq işlədiyini və iş vaxtından artıq işlədiyi saatlara gördüyü işlərə görə ona əmək haqqı ödənilməməsini göstərsə də bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmç inin iddiaçının mübahisələndirdiyi hissə ümumilikdə 16 illik dövrü əhatə etdiyindən sübut edilməli faktlar da məhz həmin dövrə uyğun olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan birinci instansiya məhkəməsi iddianı rədd etsə də, səhvən 120 manat məhkəmə ekspertizası xərcinin Culfa rayon X15 MMC-dən tutularaq Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsinin ekspertiza xərci ilə bağlı gəldiyi nəticə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, kollegiya qətnamənin həmin hissəsinə qiymət verilməsinə zərurət görmür. Azərbaycan Respublika sı Mülki-Prosessual Məcəlləsinin 384.0.1-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri nəzərə alaraq kollegiya aşağıdakı nəticəyə gəlir ki, İddiaçı vəkilinümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Culfa Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, e-2(089)-88/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məh kəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya yuxarıda qeyd olunanları, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 382, 384.01, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Culfa Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, e-2(089)-88/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kol legiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.