Məhkəmə qərarları › İş №2(108)-4/2023

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-4/2023

24.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-4/2023 24.01.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızına qarşı aliment tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, e-2(078)764/2022 nömrəli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı, iddiaçının vəkili Vəkil 30 iyun 2022-ci il tarixdə cavabdeh Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızına qarşı aliment tələbinə dair iddia ərizəsi il ə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızından cavabdehlə birgə nikahdan doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X2, 01 aprel 2010-cu il təvəllüdlü X4 və 28 mart 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi hər ay hərəsinə sabit pul məbləğində 193 (bir yüz doxsan üç) manat aliment tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, e-2(078)-764/2022 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı vəkili və nümayəndəsi Vəkil 15 sentyabr 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2022-c i il tarixli, e-2(078)-764/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmə Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əməl etməmişdir. Məhkəmə iddia tələbini rədd etməklə Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərini pozmuşdur. Dövlətin bir qolu kimi uşaqların maraqlarını hər şeydən üstün tutmalı olduğu halda bunu etməmişdir. Qətnamə prosessual hüquq normalarına uyğun çıxarılmamışdır. Cavabdeh Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızı 15 noyabr 2022-ci il tarixdə apellyasiya şikayətinə qarşı etirazla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək etirazında iddiaçının 6 ildir Naxçıvan MR DİN-dən polis işçisi kimi təqaüdə çıxaraq hər ay 950 (doqquz yüz əlli) manat, Naxçıvan Dövlət Universitetindən müəllim kimi fəaliyyətinə görə 520 (beş yüz iyirmi) manat, Naxçıvan Şəhər Gənclər şəhərciyində yerləşən İ binanın “C” blokunun 6-cı mərtəbəsində yerləşən evi kirayəyə verərək hər ay 350 (üç yüz əlli) manat və Naxçıvan şəhəri Çənlibel məhəlləsi bina 25, mənzil 34-ü kirayə verərək hər ay 450 (dörd yüz əlli) manat olmaqla ümumilikdə hər ay 2270 (iki min iki yüz yetmiş) manat məbləğində gəlir əldə etdiyini, hazırda iddiaçının atası tərəfindən ona bağışlanmış xx.xx.2018-ci il tarixdə Naxçıvan şəhər 1-ci DNK-nın xx.xx.2018-ci il tarixli, 4-ə 70 bağışlama müqaviləsi əsasında ünvan 1 ünvanında ye rləşən 4 otaqlı fərdi yaşayış evində yaşadığını, hal-hazırda iddiaçının adında “Hyundai İX 35” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil olduğunu, həmçinin iddiaçının adına Şahbuz rayonu Nursu kəndində torpaq sahəsi olduğunu, sözügedən əmlaklarda iddiaçının və cavabdehin pay hüququnun olmasının qanuni qüvvədə olan qətnamələrdə öz təsdiqini tapsa da, hazırki vəziyyətdə iddiaçının real şəkildə həmin əmlaklara bütövlükdə sahibliyi və istifadəni həyata keçirdiyini qeyd edərək iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(078)764/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı 09 yanvar və 10 yanvar 2023-cü il tarixlərdə ərizələr ilə Naxç ıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək ərizələrində alimentin təyin edilməsi üçün apellyasiya şikayətinə baxıldığı müddətdə Şəlalə Nəsirovanın birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi barədə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, birgə nikah dövründə əldə edilən əmlakdan ½ hissədə pay hüququnun tanındığına görə həmin əmlakın ya naturada bölünməsi ya da həmin əmlakların satışından əldə olunan gəlirdən 150000 (bir yüz əlli min) manat məbləğində pulun ondan alınaraq Şəlalə Nəsirovaya verilməsini tələb etdiyini qeyd edərək 2023-cü ildə bir uşaq üçün 220 manat nəzərdə tutulduğunu və onun təkbaşına övladlarının xərclərini ödəyə bilmədiyini nəzərə alıb uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının təmin edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı 09 yanvar 2023-cü il tarixli müraciətinə Naxçıvan Şəhər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(078)-1256/2022 nömrəli bildirişinin, iddiaçı X3, onun nümayəndəsi və vəkili X9 tərəfindən verilmiş birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi barədə iddia ərizəsinin surətlərini əlavə etmişdir. İddiaçı 23 yanvar 2023-cü il tarixdə ərizə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək uşaqlardan ayrı qalan valideynin aliment ödəməsinin və hər ay təhsil, sağlamlıq üçün ödədiyi əlavə xərclərdə də iştirakının təmin edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızına lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının vəkili və cavabdeh məhkəmə baxışı iclaslarında iştirak etməmişlər. Cavabdeh Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızı 12 dekabr 2022-ci il tarixdə ərizə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək ərizəsində Bakı şəhərində yaşadığından hazırda Naxçıvan şəhərində davam edən bütün məhkəmə proseslərində maddi vəziyyəti ilə əlaqədar iştirak edə bilmədiyini, hüquqlarını müdafiə etmək üçün vəkil və nümayəndə təyin etməyə maddi durumunun imkan vermədiyini, poçt-göndəriş ödənişlərini ancaq qarşılaya bildiyini, yuxarıda qeyd olunan gələ bilməmə səbəblərinin üzrlü sayılmasını qeyd edərək iddiaçının apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğu ndan dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini, məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya mülki işə iddiaçının vəkili Vəkil və cavabdeh Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızının iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasındakı izahatında İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahatlar verərək Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, e-2(078)-764/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə t əqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki işdə iştirak edən iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib -edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflərin birgə nikahlarından 10 aprel 2008ci il təvəllüdlü X6, 01 aprel 2010-cu il təvəllüdlü X10 və 28 mart 2014-cü il təvəllüdlü X11 anadan olmuşdur. Eyni zamanda qüvvədə olan məhkəmə qətnaməsi ilə tərəflərin birgə nikahdan olan övladları 10 aprel 2008-ci il təvəllüdlü X6, 01 aprel 2010-cu il təvəllüdlü X10 və 28 mart 2014-cü il təvəllüdlü X11 ataları İddiaçı himayəsinə verilmişdir. Kollegiya apellyasiya şikayətində qeyd olunan dəlillərə münasibətdə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam ş əraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Az ərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda qeyd olunan normaları və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarı ilə uşaqları saxlamaq və aliment ödəmək vəzifəsi hər iki valideynin borcu old uğu konkret olaraq təsbit edilmişdir. Kollegiya qeyd edir ki, bu borcun icrasında cinsi ayrı-seçkiliyə yol verilməsi, yəni uşaqların saxlanmasının və alimentin tutulmasının ataya aid edilməsi, anaya münasibətdə güzəşt edilməsi yolverilməzdir. Lakin, birinci instansiya məhkəməsi mülki işə baxarkən cavabdehin rəsmi gəlirinin olmamasını əsas gətirərək, onun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-78-ci maddələrinə əsasən birgə nikahdan doğulmuş uşaqların saxlanılmasında iştirak etməli olmasını nəzərə almayaraq iddia tələbini rədd etmiş və nəticədə uşaqların mənafeyinə zidd qətnamə çıxarmışdır. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edərkən iki əsas dəlilə istinad etmişdir. Bunlardan bir incisi “İddiaçı cavabdehin Bakı şəhəri Nizami rayonu ərazisində ev tutaraq yaxşı şəraitdə yaşadığını, həmin ərazidə 251 nömrəli tam orta məktəbdə repetitorluq fəaliyyəti ilə məşğul olduğunu, bundan başqa SOCAR-dan tərcümə işi də sifariş olaraq qəbul etdiyini bildirməsi, bunu sübut etmək üçün onun izahatının Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-125/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsində qeydə alındığını və maddi sübut olaraq nəzərə alınmasını xahiş etməsi, halbuki iddiaçının məhkəməyə təqdim etdiyi Naxçıvan MR Ali Məhkəməsinin sözügedən qətnaməsində cavabdehin bir-birinə ziddiyyət təşkil edən izahatları kimi qeydə alınmış Bakı şəhərinə müvəqqəti olaraq səhhəti ilə əlaqədar müalicə almaq məqsədilə getməsi, Naxçıvanda işdən iddiaçının ona qarşı şəxsiyyətini ləkələyən məlumatlar ya ydığına görə öz ərizəsi əsasında çıxması, Bakıda repetitor fəaliyyəti ilə məşğul olması, əvvəllər “SOCAR”da müqavilə ilə işləməsi, lakin uşaqlarına daha çox vaxt ayıra bilməsi məqsədilə oradan da işdən çıxması və s. kimi izahatlar versə də nə xəstəliyini, nə işlədiyini, nə də haradasa daimi yaşadığını təsdiq edə biləcək hər hansı sübut və ya rəsmi sənədi məhkəməyə təqdim etməməsinin aydın olması, iddiaçının sübut hesab etdiyi mövcud qanuni qüvvədə olan qətnamədə də onun bildirdiyi halların sübuta yetirilməməsi, izahatında bildirdiyi halların təsdiqi üçün hər hansı sübutun təqdim edilməməsi” dəlilindən, digəri isə “həmçinin məhkəmə cavabdehin adına əmlakların, avtomobilin, torpaq sahəsinin olması barədə iddiaçının izahatına münasibətdə sözügedən əmlaklarda iddiaçının və cavabdehin pay hüquq unun olmasının qanuni qüvvədə olan qətnamələrdə öz təsdiqini tapsa da, hazırki vəziyyətdə cavabdehin real şəkildə həmin əmlaklar barəsində mülkiyyətini həyata keçirməməsi, bunun təsdiqinin isə həmin əmlakların paylı mülkiyyətinə dair əlavə məhkəmə aktlarının mövcud olmadığına dair, bu gün həmin əmlaklara bütövlükdə sahibliyi və istifadəni iddiaçının həyata keçirməsinə dair iddiaçının məhkəmənin suallarına cavab olaraq bildirdiyi halların təşkil etməsi, şəxsin barəsində müvafiq qətnamələrlə əmlaklarda pay hüququnun müəyyən edilməsinin onun aylıq kifayət qədər gəlir əldə etməsini təsdiq etməməsi, bunu təsdiq edən sübutları, yəni cavabdehin rəsmi iş yeri barədə, rəsmi qaydada müəyyən məbləğdə gəlir əldə etməsi barədə mötəbər sübutları iddiaçının təqdim edə bilməməsinin qeyd edilməsi” dəlilind ən ibarətdir. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilən bu əsaslandırmalarla əlaqədar qeyd edilməlidir ki, təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, mübahisəli əmlakın cavabdehin mülkiyyətinə verilmiş hissəsi ilə əlaqədar olaraq cavabdeh Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızı etirazında İddiaçı birgə nikah dövründə qazanılmış əmlaklara faktiki sahiblik və istifadə etdiyini qeyd etsə də, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1256/2022 nömrəli bildirişinin, Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızı, onun vəkili və nümayəndəsi X9 tərəfindən verilmiş iddia ərizəsinin surətlərindən məlum olur ki, birgə nikah dövründə əldə edilən əmlakdan ½ hissədə pay hüququnun tanındığına görə həmin əmlakın ya naturada bölünməsi ya da həmin əmlakların satışından əldə olunan gəlirdən 150000 ( bir yüz əlli min) manat məbləğində pulun İddiaçı alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 82/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Ni kahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Buna görə də hazırki mülki iş üzrə cavabdeh Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızı birgə nikahdan doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X2, 01 aprel 2010-cu il təvəllüdlü X4 və 28 ma rt 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmasında iddiaçı ilə birlikdə iştirak etməli və aliment ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya İddiaçı 23 yanvar 2023-cü il tarixdəki müraciətində göstərdiyi cavabdehin hər ay təhsil, sağlamlıq üçün ödədiyi əlavə xərclərdə də iştirakının təmin edilməsi tələbinə münasibətdə qeyd edir ki, bu tələb yeni tələb olmaqla hazırki mülki işin apellyasiya icraatında baxıla bilməz. Çünki iddiaçı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən cavabdehdən alimentin tutulmasını xahiş etmiş, onun əlavə xərclərdə iştirakını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Kollegiya son olaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin qismən təmin edilməsi və Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, e-2(078)-764/2022 nömrəli qətnaməsinin ləğv edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansi yası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya yekun olaraq belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızına qarşı aliment tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, e-2(078)-764/2022 nömrəli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, e-2(078)-764/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, İddiaçı cavabdeh Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızına qarşı aliment tələbinə dair iddiası qismən təmin edilməli, iddianın verildiyi 30 iyun 2022-ci il tarixdən hesablanmaqla cavabdeh Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızından hər bir uşağa 80 (səksən) manat olmaqla üç uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat alimentin hər ay tutularaq birgə nikahdan doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X2, 01 aprel 2010-cu il təvəllüdlü X4 və 28 mart 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı ödənilməli və qətnamə dərhal icra edilməlidir. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilə n hissəsində iddianın qiyməti beş min manatdan....az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Belə ki, aliment tələbinə dair iddialar əmlak xarakterli iddialardan hesab olunur və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qətnaməsi ilə hər bir uşağa 80 (səksən) manat olmaqla üç uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat alimentin hər ay cavadehdən tutulması qət olunmuşdur. Haz ırki iddianın qiyməti 2880 (240x12) manat təşkil etdiyindən, həmin məbləğ 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər onların və uşaqların diqqətəlayiq mənafeləri nəzərə alınmaqla uşaqlar yetkinlik yaşlarına çatanadək məhkəməyə alimentin miqdarının dəyişdirilməsi və ya alimentin tutulmasından azad edilmə ilə bağlı iddialar verə bilərlər. Bu nəticəyə gələrkən kollegiya onu da nəzərə alır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox Qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli Qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli Qərarı, “X13rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli Qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1, 382, 392 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı cavabdeh Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızına qarşı aliment tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, e2(078)-764/2022 nömrəli qətnaməsindən İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, e-2(078)-764/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı cavabdeh Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızına qarşı aliment tələbinə dair iddiası qismən təmin edilsin. İddianın verildiyi 30 iyun 2022-ci il tarixdən hesablanmaqla cavabdeh Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızından hər bir uşağa 80 (səksən) manat olmaqla üç uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin hər ay tutularaq birgə nikahdan doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X2, 01 aprel 2010-cu il təvəllüdlü X4 və 28 mart 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar