Məhkəmə qərarları › İş №2(108)-45/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-45/2024

26.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-45/2024 26.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X2 və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(089)-321/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 yanvar 2008-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(089)-321/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 08 yanvar 2008-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı verilməsi, alimentin tutulmasının 13 oktyabr 2023-cü il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 38 manat dövlət rüsumunun alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Culfa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(089)-321/2023 nömrəli qətnaməsinin dəyişdirilərək və 08 yanvar 2008-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə uşaqlarına saxlanılması üçün müəyyən olunmuş aliment miqdarını az kəsməsini onunla əsaslandırmışdır ki, valideyinlərin hər ikisi uşaqları saxlamağa borcludurlar. Məhkəmə hazırki halda yaşayış minimum məbləğinin artmasını, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsillə bağlı xərclərini nəzərə almayaraq aşağı həddə aliment kəsmişdir. 150 manat hazırkı dövrdə uşağın heç bir ehtiyacını qarşılamır. Ö vladının 15 yaşı var, 150 manat ilə onun nəinki təhsil xərclərini, heç gündəlik ehtiyaclarını belə qarşılaya bilmir. İddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Nəticə etibarı ilə hesab edir və inanır ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyəti şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəkdir. Apellyator sonda Culfa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(089)-321/2023 nömrəli qətnaməsinin dəyişdirilməsi və 08 yanvar 2008-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh tərəfindən kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh kollegiyadakı izahatında apellyasiya şikayətini qəbul etməyərək Culfa Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(089)-321/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə kollegiy aya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, i şdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya inst ansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu səbəbdən də gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Beləliklə, yuxarıda da qeyd olunduğu kimi cavabdeh İddiaçı apellyasiya şikayətinin əsas dəlilləri kimi “məhkəmənin hazırki halda yaşayış minimum məbləğinin artmasını, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsillə bağlı xərclərini nəzərə almayaraq aşağı həddə aliment kəsdiyini, 150 manatın hazırkı dövrdə uşağın heç bir ehtiyacını qarşılamadığını, övladının 15 yaşı olduğunu, 150 manat ilə onun nəinki təhsil xərclərini, heç gündəlik ehtiyaclarını belə qarşılaya bilmədiyini, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab etdiyini” göstərmişdir ki, kollegiya cavabdehin yuxarıda göstərdiyi bütün bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdir ilərək, müəyyən olunmuş aliment miqdarının artırılması üçün əsas hesab etmir və qeyd edir ki, alimentin məbləği müəyyən edilərkən ilk növbədə tərəfin marağı deyil, qanuna uyğun olaraq uşaqların mənafeləri üstün götürülməlidir. Belə ki, mülki işin birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı müəyyən olunmuş hallarından aydın olmuşdur ki, tərəflər 20 noyabr 2007-ci il tarixdə qeyri-rəsmi olaraq nikah münasibətlərinə girmiş, bu nikahdan 08 yanvar 2008-ci il tarixdə övladları X5 doğulmuş və tərəflər həmin tarixdən sonra faktiki olaraq ayrı yaşamağa başlamışlar. Culfa rayon Qeydiyyat şöbəsi tərəfindən 08 avqust 2023-cü il tarixdə verilmiş, 209909 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 08 yanvar 2008-ci il tarixdə İddiaçı Tofiq qızından doğulmuş X3 atası hesab edilmiş, bu barədə 08 avqust 2023-cü il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. 08 avqust 2023-cü il tarixdə Culfa rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 787620 nömrəli doğum haqqında şəhatnamənin təsdiq olunmuş surətinə əsasən Cavabdeh 08 yanvar 2008-ci il tarixdə İddiaçı Tofiq qızından doğulmuş X3 atası hesab edilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 yanvar 2008-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Culfa Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(089)-321/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 08 yanva r 2008-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı verilməsi, alimentin tutulmasının 13 oktyabr 2023-cü il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 38 manat dövlət rüsumunun alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli Plenum Qərarının 8.2 və 8.7-ci bəndlərində məhkəmələrə tövsiyyə olunmuşdur ki, “Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın po zulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kə sin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 17-ci maddəsində qeyd olunur ki, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində isə qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Həmin Qanununun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məs ələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tə rəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu isə hər il müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Beləliklə, kollegiya tərəflərin maddi və ailə vəziyyətini, işin müəyyən olunmuş hallarını, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, bununla bərabər cavabdehin ikinci dəfə nikah münasibətlərinə girdiyini və həmin nikahından iki övladının olmasını, gələcə kdə qətnamənin icrasının təmin edilməsi imkanlarını nəzərə alaraq belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə İddiaçı birinci instansiya məhkəməsindəki izahatında Cavabdeh Türkiyə Respublikasında yaşadığını, orada işlədiyini, qazancı olduğunu bildirmiş, lakin qeyd etdiyi bu halları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosess ual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə öz növbəsində iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Apellyasiya baxışı zamanı iş üzrə cavabdeh verdiyi izahatında və verilən suallara cavab verən zaman maddi vəziyyətinin yaxşı olmadığını, yenidən ailə qurduğunu, ikinci nikahından iki övladı olduğunu, hal-hazırda işləmədiyini, əvvəllər Türkiyə Respublikasında günəmuzd işlədiyini, 3 ay əvvəl deportasiya olunduğunu, öz ailəsinə baxmaqda çətinlik çəkdiyini, alimenti həyat yoldaşının qazandığı 300 manatla verdiyini, hazırkı vəziyyətdə onun aylıq 150 manatdan artıq aliment ödəməyinin imkanları xaricində olduğunu bildirmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə əldə olunmuş Cavabdeh məxsus məlumatlardan məlum olmuşdur ki, həqiqətən də cavabdehin ikinci nikahından xx.xx.2010cu təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı övladları vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmə lərinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşa ğın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi üzərinə qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Beləliklə, kollegiya iddiaçının yuxarıda göstərdiyi dəlilləri işin halları ilə əlaqəli şəkildə təhlil edib, bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, kəsilmiş aliment miqdarının artırılması üçün əsas hesab etmir və qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi alimentin ödəniş forması və məbləği müəyyən edilərkən ilk növbədə tərəflərin marağı deyil, qanuna uyğun olaraq uşaqların mənafeləri üstün götürülməlidir. Qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzi fəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə alimentin ödəniş qaydasını və miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini, həmçinin digər diqqətəlayiq olan halları nəzərə almalıdır. Belə ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı m üəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Kollegiya eyni zamanda qeyd edir ki, Ali Məhkəmənin yuxarıda qeyd olunmuş Plenum Qərarının 8.7-ci bəndində göstərilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məh kəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin ödəniş qaydası və məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmiş, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə d ə hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi Culfa Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(089)321/2023 nömrəli qətnaməsi ilə hər iki tərəfin mənafeyini nəzərə almış və məhz mübahisənin diqqətəlayiq hallarını nəzərə almaqla iddia tələbini tam deyil, qismən təmin etməklə ədalətli nəticəyə gəlmişdir. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(089)-321/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Culfa Rayon Məhkəməsini n 13 dekabr 2023-cü il tarixli, 2(089)321/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-ci maddəsinə uyğun olaraq “ Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan,..... az olan iddialar üzrə qətnamələr i stisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..” Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(089)-321/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Culfa Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(089)-321/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar