Məhkəmə qərarları › İş №2(108)-46/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-46/2024

01.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-46/2024 01.03.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - Quliyev Vüqar Kərim oğlunun (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(089)-361/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 15 sentyabr 2020-ci il tarixdə doğulmuş X3 və 14 fevral 2022-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 150 manat olmaqla, h ər ay 300 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(089)-361/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 15 sentyabr 2020-ci il tarixdə doğulmuş X3 və 14 fevral 2022-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bir uşaq üçün 130 manat olmaqla hər ay 300 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının 07 noyabr 2023-cü il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi, Cavabdeh 51.20 manat dövlət rüsumunun alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıv an Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Culfa Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(089)-361/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və alimentin əmək haqqına yönəldilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmadığını, ona görə ki, İddiaçı ilə xx.xx.2019-cu ildə rəsmi nigaha daxil olmaqla ailə həyatı qurduqlarını, həmin nigah münasibətlərindən xx.xx.2020-ci il tarixdə X3 və xx.xx.2022-ci il tarixdə X4 adlı 2 uşağının anadan olduqlarını, rəsmi nigaha daxil olduqdan sonra atasına məxsus olan Culfa rayonunda yerləşən evdə yaşadıqlarını, ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinə köçməli olduqlarını, təxminən 2 ilə yaxın Bakı şəhəri, Xəzər rayonu, Bi nə qəsəbəsi, Südçülü sovxozunda kirayədə yaşadıqlarını, həmin müddət ərzində iddiaçı ilə aralarında elə bir ciddi narazılığın olmadığını, normäl ailə münasibətində yaşadıqlarını, 2023-cü ilin iyul ayında həyat yoldaşının ona heç bir söz demədən atası tərəfindən alınmış bilet ilə Naxçıvan şəhər MR-na getməsini bildirdiyini, ona getməməyini israr etsə də onun burada qalmaq istəmədiyini və ona maneçilik törətdiyi halda özünü öldürəcəyini bildirdiyini, problemlər yaranmasın deyə onun getməyinə qarşı çıxmadığını, dəfələrlə ailəsini qorumaq məqsədi ilə ona barışıq elan etsə də heç bir nəticəsi olmadığını, uşaqlarını görmək istədiyini bildirəndə ona “aliment verdiyin halda uşaqları görə bilərsən” deyildiyini, həyat yoldaşının ona qarşı aliment tələbi ilə əlaqədar məhkəmə müraciət etdikdən sonra o nun ünvanıma bildirişlər daxil olduğunu, səhhəti ilə əlaqədar olaraq məhkəməyə gedə bilmədiyini, baş nahiyəsində olan travma ilə əlaqədar olaraq əməliyyat olunduğunu, hal-hazırda 3-cü qrup əlil olduğunu, xəstə olduğundan ağır işlərdə işləyə bilmədiyindən Yaşıllaşdırma idarəsində yəni "xxxx" MMC-də bağban işləməklə 550 azn maaş aldığını, həmin pulun müəyyən hissəsini müalicəsinə xərclədiyini, digər müəyyən hissəsi ilə kirayə pulu ödədiyini, uşaqlarına aliment ödəməkdən yayınmadığını, sadəcə aldığı əmək haqqının hər uşağa 130 azn olmaqla cəmi 260 azn pul ödəməsinə imkan vermədiyini, ondan alimentin sabit pul məbləğində tutulmasının qeyri-qanuni olduğunu, işlədiyi üçün alimentin onun əmək haqqına yönəldilməli olduğunu, az əmək haqqı olan işlərdə işləməyinə də səbəb onun 3-cü qrup əlil olmağ ını, alimentin 2 uşaq üçün əmək haqqından tutulması qanunvericilikdə nə tələb olunursa ona razı olduğunu. Hesab edir ki, 1ci instansiya məhkəməsi onun sağlamlığını kirayədə yaşamağını və az maaşla işləməyini nəzərə almadan hər uşağa 130 azn olmaqla cəmi 260 azn alimentin tutulmasını qət etmişdir. Bu da qanunvericilikdə nəzərdə tutulmuş maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi onun digər gəlir yeri olmamaqla hal-hazırda 550 azn əmək haqqının 2 uşağa görə üçdə bir hissəsinin tutulmasına razı olduğunu, yəni ondan 260 azn deyil, 183 azn tutulmalı olduğunu, buna görə də alimentin sabit pul məbləğində ləğvinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki Kollegiyasına müraciət etmək qərarına gəldiyini, Naxçıvan Muxt ar Respublikası Culfa şəhər məhkəməsinin 2(089)-361/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və alimentin tutulması əmək haqqıma yönəldilməklə yeni qətnamə qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası mübahisəndirilən qətnamə ilə bağlı məsələni həll etmək məqsədilə 01 mart 2024-cü il tarixə iclas təyin etmiş, məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh 01 mart 2024-cü il tarixli ərizə ilə kollegiyaya müraciət edərək, Culfa Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(089)-361/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə əsasən apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikayətindən imtina ilə əlaqədar Cavabdeh ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtinanı rədd etmək üçün işdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəхsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti verən şəхs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Qeyd edilənlərə əsasən Cavabdeh apellyasiya şikayətindən imtinası qanuni və əsaslı olduğundan qəb ul edilməli və apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 114.1.4-cü maddəsinə uyğun olaraq, iş üzrə icraata xitam verildiyindən Cavabdeh tərəfindən X5 vasitəsilə 15 yanvar 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehə geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(089)-361/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən Cavabdeh imtinası qəbul edilsin və apellyasiya şikayəti üzrə icraata хitam verilsin. Cavabdeh tərəfindən X5 vasitəsilə 15 yanvar 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehə geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar