Məhkəmə qərarları › İş №2(108)-47/2025

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-47/2025

18.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-47/2025 18.03.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi (artırılması) tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(078)-1211/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “06” avqust 2024-cü ildə Cavabdeh qarşı iddia ərizəsi i lə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək 30 may 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 65 (altmış beş) manat miqdarında alimentin tutulması barədə Naxçıvan Şəhər Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək ondan 235 (iki yüz otuz beş) manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 1-2). Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Gülnar Səfərəliyeva) 28 oktyabr 2024-cü il tarixli, 2(078)-1211/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və Naxçıvan Şəhər Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli, 2(078)915/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək, 30 may 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (iş vərəqə 40-44). Həmçinin sonuncu qeyd edilən məhkəmə aktında X4 doğum tarixi yanlış göstərildiyindən iddiaçının müraciəti əsasında Naxçıvan Şəhər Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(078)-1211/2024 nömrəli qərardadı ilə mübahisə obyekti olan məhkəmə aktında, həmin səhvlik aradan qaldırılaraq Eldar Əlizadənin doğum tarixi 30 may 2011-ci il olaraq düzəldilmişdir (iş vərəqə 83, 88-89). Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(078)-1211/2024 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh 14 noyabr 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kolleg iyasına müraciət edərək, həmin qətnamənin alimentin miqdarına aid hissəsinin dəyişdirilməsi, ondan X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (iş vərəqə 55-60). Apellyasiya şikayəti verən tərəf müraciətini əsaslandıraraq qeyd etmişdi ki, o, “X6” Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə vəzifəsində işləyir. Aylıq əmək haqqı əmək müqaviləsi üzrə 358.80 manat təşkil edir. Başqa heç bir yerdən əlavə gəliri yoxdur. Eyni zamanda 01 fevral 2024-cü il tarixli kredit müqaviləsi üzrə “ABB”-nin Naxçıvan filialından 59 ay müddətinə 3100 (üç min yüz) manat məbləğində kredit götürmüşdür, aylıq ödənişi 79.38 manat təşkil edir. Həmçinin "xxxx" ASC-nin Naxçıvan filialından 1400 (b ir min dörd yüz) manat məbləğində 24 ay müddətinə kredit götürmüş, aylıq ödənişi 71.73 manat olmaqla kredit pulu ödəyir. Aldığı əmək haqqının qalıq məbləği demək olar ki, onun yaşayış tələbatını ödəmək üçün görmür. Çətinliklə dolanır və maddi baxımdan əziyyət çəkir. İddiaçı özü hal-hazırda Naxçıvan MR Prokurorluğunda xadimə işləyir və ondan yüksək məbləğdə əmək haqqı alır. Məhkəmə tərəfindən alimentin məbləği müəyyən olunarkən hər iki tərəfin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə alimentin məbləğini müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almamışdır. Eyni zamanda o, banklara ödədiyi kredit müqaviləsi üzrə kredit ödənişləri və aylıq əmək haqqı və maddi vəziyyəti barədə və aylıq sabit 150 (bir yüz əlli) manat miqdarında aliment ödəyəcəyini bildirib, bu barəd ə məhkəmədə izahat versə də məhkəmə tərəfindən buna məhəl qoyulmamış və ona bir uşaq üçün sabit 200 (iki yüz manat) miqdarında aliment qət edilmişdi. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılıb və 1 (bir) uşağın saxlanılması üçün ona sabit 200 (iki yüz) manat miqdarında aliment qət edilərkən bir vətəndaş kimi onun maddi və sosial vəziyyətini nəzərə alınmamışdı. Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(078)-1211/2024 nömrəli qətnaməsi ilə onun maddi və ailə vəziyyəti, eləcə də diqqətəlayiq olan digər halları və eyni zamanda işin faktiki hallarında qeyd etdiyi kimi iddiaçının da əmək fəaliyyəti ilə məşğul olub əmək haqqı almasına nəzər yetirilsə, məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti nəzərə alınmayaraq Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərini pozmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(078)-1211/2024 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli Plenum Qərarının 8.3-cü bəndinin tələbləri pozulmuşdur. Naxçıvan Şəhər Məhkəməsi, 28 oktyabr 2024-cü il tarixli, 2(078)-1211/2024 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Plenum qərarında qeyd olunan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməmişdir. Məhkəmə 28 oktyabr 2024-cü il tarixli, 2(078)-1211/2024 nömrəli qətnaməsi ilə 200 (iki yüz) manat miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməsini qət edən zaman məhkəmənin işin hallarını araşdırmaq vəzifə si olduğu halda tam sübuta yetirilməmişdir. O, hesab edir və inanır ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyəti şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəkdir. Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(078)-1211/2024 nömrəli qətnaməsinin alimentin miqdarına aid hissədə dəyişdirilərək, ondan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit 150 (bir yüz əlli) manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət edən tərəf apellyasiya şikayətinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 m art 2019-cu il tarixli qərarına, prosessual əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdi. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında fəhlə işlədiyini, aldığı əmək haqqının çox aşağı olduğunu, bundan başqa üç banka kredit də ödədiyi üçün alimenti ödəməyə imkanı olmadığını, keçən ay əmək haqqından iddiaçının kartına 142 manat pul ödənildiyini, qalan 60 manatı isə cibindən verdiyini məhkəmənin verdiyi qərar əsasında hər ay 130 manat məbləğində aliment ödədiyini, uşaqlar üçün aliment ödəməkdən əlavə onlara əlavə köməklik də etdiyini, iddiaçı ilə boşandıqdan sonra nə özü, nə də qarşı tərəfin yenidən ailə qurmadığını, yetkinlik yaşına çatmış qızının hal-hazırda işləmədiyini, məhkəmə qətnaməsi çıxdıqdan sonra ev tikmək üçün kredit götürdüyünü, hər ay Azərbaycan Beynəlxalq Bankına 81 manat, Kapital Banka 73 manat və Birbank kreditinə isə 95 manat ödəniş etdiyini, kreditləri ev tikmək üçün götürdüyünü, şəhərdə olan evini satıb, Şıxmahmud kəndində özünə ev tikdiyini, övladları ilə ünsiyyətinin olduğunu, onlarla davamlı görüşdüyünü, uşaqların nəyə ehtiyacı olubsa imkanı çatdığı qədər almağa çalışdığını, hazırda 150 manat aliment ödəməyə imkanı olduğunu, özünün aliment ödəməyə etiraz etmədiyini, sadəcə qətnamədə nəzərdə tutulmuş miqdarı ödəməyə imkanı olmadığını, qızının 18 yaşı tamam olduqdan sonra digər övladının saxlanılması üçün 3 ay müddətind ə 65 manat aliment ödədiyini, mediasiya təşkilatına çağırılan zaman orada ondan nə qədər aliment verə biləcəyi soruşulduğunu, özünün isə 100 ya da 150 manat verə biləcəyini dediyini, lakin iddiaçı bununla razılaşmadığını, özünün əmək haqqından başqa gəlirinin olmadığını, hazırda anası ilə birlikdə yaşadığını, onun pensiyası ilə dolandığını, iddiaçı ilə boşanan zaman başqa yerdə, son 3 ildir ki, “X6” Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyini bildirərək, apellyasiya şikayətinin təmin edilməsini kollegiyadan xahiş etmişdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı verdiyi izahatında, cavabdehin məhkəmə qətnaməsi əsasında bir uşaq üçün 65 manat aliment ödədiyini, illərdir ki, onu ötüşdürdüyünü, qızının 18 yaşı tamam olduqdan sonra cavabdehin aliment ödənişini dayandırdığını, əgər onun əv vəlki qaydada 130 manat alimenti ödəməyə davam etsə idi, özünün məhkəməyə müraciət etməyəcəyini, onunla danışan zaman əgər uşağa baxmağa köməklik edərsə məhkəmənin yeni qətnaməsi ilə müəyyən edilmiş 200 manat alimenti ondan tam formada istəməyəcəyini bildirdiyini, hazırda xadimə işləyərək övladlarını saxladığını, uşaqların böyüdüyünü, onların ehtiyaclarının da artdığını, özünün övladlarının təminatını yaxşılaşdırmaq üçün əvvəllər kafedə qab yuyaraq pul qazandığını, müxtəlif yeməkxanalarda yemək bişdiyini, iki il ombudsmanda xadimə işlədiyini, daha sonra fəaliyyəti yaxşı olduğu üçün Naxçıvan Muxtar Respublikası Prokurorluğunda xadimə kimi işə başladığını, mediasiya təşkilatına dəvət olunan zaman qarşı tərəfdən nə qədər aliment verə biləcəyini soruşduqda onun 100 manat aliment verə biləcəyin i dediyini, buna görə razılaşmadıqlarını, qarşı tərəfin əmək fəaliyyəti ilə məşğul olmasına mane ola biləcək qüsuru və ya xəstəliyi olsa idi özünün onunla razılaşa biləcəyini, lakin onun sağlam olduğunu, Naxçıvan şəhəri, Əlincə məhəlləsində köhnə həyət evində kirayədə yaşadığını və 100 manat kirayə haqqı ödədiyini, qızının əmək fəaliyyəti ilə məşğul olmadığını, cavabdehin başqa gəlirlərinin olması ilə bağlı məlumatının olmadığını, Eltunun övladları ilə münasibətinin normal olduğunu, onun aliment ödəməkdən başqa uşaqların təminatını yaxşılaşdıran heç nə etmədiyini, qarşı tərəfə aliment məbləği ilə bağlı güzəşt etmək barədə fikrinin olmadığını, cavabdehlə evli olduğu müddətdə də onun ailənin təminatını ödəyə bilmədiyini, 10 il müddətində alimentin artırılması üçün müraciət hüququnun olduğunu bilsə də, bu hüquqdan istifadə etmədiyini, kirayədə yaşamağı bağlı məhkəməyə hər hansı sənəd təqdim edə bilməyəcəyini qeyd edərək, yekunda Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(078)-1211/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş: - Naxçıvan Şəhər Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli, 2(078)-915/2014 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən Cavabdeh ilə İddiaçı arasında 16 iyun 2006-cı ildə nikah bağlanması (iş vərəqə 6-9); - Naxçıvan Şəhər Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli, 2(078)-915/2014 nömrəli qətnaməsinin təs diq edilmiş surətindən tərəflərin birgə nikahından 19 iyul 2006-cı il təvəllüdlü X3 dünyaya gəlməsi; - Naxçıvan Şəhər Nikah evi tərəfindən verilmiş 25 noyabr 2011-ci il tarixli, AZ-İİ seriyalı, 664904 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin birgə nikahından 30 may 2011-ci il təvəllüdlü X4 dünyaya gəlməsi (iş vərəqə 04); - Naxçıvan Şəhər Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli, 2(078)-915/2014 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında bağlanmış nikahın Naxçıvan Şəhər Məhkəməsinin 27 noyabr 2013-cü il tarixli, 2(078)-352/ 2013 nömrəli qətnaməsi ilə pozulması, onların birgə nikahından olan uşaqların iddiaçının yanında qalması və uşaqların saxlanılması üçün Cavabdeh hər ay işlədiyi təqdirdə aylıq qazancının və (və ya) başqa gəlirlər inin 1/3 hissəsi miqdarında, işləmədiyi təqdirdə isə hər ay bir uşağa görə 50 (əlli) manat olmaqla, ümumilikdə iki uşaq üçün 100 (bir yüz) manat məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsinin qət edilməsi; - Naxçıvan Şəhər Nikah evi tərəfindən verilmiş 07 yanvar 2014-cü il tarixli, AZ-İ seriyalı, 151819 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə İddiaçı aralarında bağlanmış nikahın pozulmasının dövlət qeydiyyatına alınması (iş vərəqə 05); - Naxçıvan Şəhər Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli, 2(078)-915/2014 nömrəli qətnaməsindən İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi ilə müraciət etməsi, onun tələbinin təmin edilməsi və tərəflərin birgə nikahından olan uşaqların -19 iyul 2006-cı il təvəllüdlü X5 və 30 may 2011-ci il təvəllüdlü X1 üçün hər ay Cavabdeh bir uşaq üçün 65 (altmış beş) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi aydın olur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə a id olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Kollegiyanın yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi, Naxçıvan Şəhər Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş halların hazırkı vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını tərəflərin nəzərinə çatdırmaqdır. Apellyasiya şikayətinin hüquqi həllinə gəldikdə isə kollegiya onu mülki iş materialları ilə birlikdə, həmçinin qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbayc an Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; -5.1-ci maddəsində hər hansı fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılması göstərilir; - 9.1-ci maddəsinin tələbi nə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmçinin həmin Məcəllənin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözü gedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır ( 372.1, 372.2, 372.6 və 372.7-ci maddələr). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7 -ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Həmçinin Mülki-Prosessual Məcəllənin 392.2-ci ma ddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, verilmiş apellyasiya şikayətindən Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(078)1211/2024 nömrəli qətnaməsini yalnız Cavabdeh mübahisələndirməsi aydın olur. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının Cavabdeh tərəfindən mübahisələndirilən hissəsi təşkil edir. Sonuncunun verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktı ilə müəyyən ed ilən alimentin miqdarının dəyişməsinə yönəldiyindən, kollegiya bildirir ki, Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(078)-1211/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissəyə münasibətdə şikayətdə ifadə olunmuş dəlillər üzrə qismən yoxlanılmalıdır. Kollegiya bildirir ki, aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür. Burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının tələbi əsasında məhkəmə onların birgə nikahından olan uşaqların saxlanılması üçün alimenti sabit pul məbləğində müəyyən etmişdi. Hazırkı mübahisə üzrə isə iddiaçının artırılmasını istədiyi məhz Naxçıvan Şəhər Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli, 2(078)-915/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində olan alimentin miqdarıdır. Sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə müəyyən edilir. Belə ki, həmin maddəyə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qə dər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı qətnamə ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsini tələb etdiyindən kollegiya bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları qeyd edilib. 112.1-ci maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddi h üquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Tərəflərin ailə vəziyyətinin yoxlanılması ilə bağlı kollegiya qeyd edir ki, "Elektron məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan tərəflər arasında bağlanmış nikahın pozulmasından sonra onların ailə həyatında dəyişiklik baş verməməsi müəyyən edilir. Onların maddi vəziyyətinə gəldikdə isə kollegiya bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetir ilməsinə dövlət nəzarət edir. X9 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digə r şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşaqların qayğısına qalmaqla bağlı konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşı yırlar. Yuxarıda qeyd edilən maddi hüquq normalarında, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən də aydın olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. "Elektron məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan İddiaçı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda xadimə işləməsi, aylıq əmək haqqının 400 (dörd yüz) manat, Cavabdeh isə “X6” Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə işləməsi və aylıq əmək haqqının 416 (dörd yüz on altı) manat təşkil etməsi müəyyən edilir. Bundan başqa sözügedən məlumatlardan tərəflərin adına başqa əmlak və gəlirlərin olması müəyyən edilmir. İddiaçı tələbini övladı X3 yetkinlik yaşına çatması, kirayədə yaşaması, 65 (altmış beş) manat məbləğində alim entin uşağı saxlaması üçün kifayət etməməsi ilə əsaslandırsa da, cavabdeh verdiyi apellyasiya şikayətində iş yerindən başqa heç bir yerdən əlavə gəlirinin olmamasını, banklardan kredit götürdüyünü, onları ödədikdən sonra aldığı əmək haqqının qalıq məbləğinin özünün yaşayış tələbatını ödəmədiyini qeyd etmiş və apellyasiya şikayətinə 01 fevral 2024-cü il tarixli, CL-EE002892756 nömrəli bank hesabının açılması və xidmət göstərilməsinə dair müqaviləni, eyni tarixli, nömrəli istehlak krediti müqaviləsini, 18 mart 2024-cü il tarixli, GTZK6888539B299 nömrəli müqavilə üzrə ödəniş cədvəlini əlavə etmişdi. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.2-ci maddəsinin tələbinə əsaslanmaqla cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi yeni sübutları qəbul etməsə də bildirir k i, "Elektron məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan Cavabdeh 18 mart 2024-cü ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1400 (bir min dörd yüz) manat, 01 fevral 2024-cü ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 3100 (üç min bir yüz) manat məbləğində kredit əldə etməsi aydın olur. Bu isə onu deməyə imkan verir ki, işə baxan birinci instansiya məhkəməsi cavabdehdən müvafiq sübutları əldə etmədən də "Elektron məhkəmə" informasiya sistemindən həmin məlumatları əldə etmək imkanına malik idi. Bundan başqa iş materiallarından aydın olur ki, iddiaçı iki uşağı ilə birlikdə, cavabdeh isə anası ilə birlikdə yaşayır. Yəni hazırda iddiaçının yaşadığı ailədə üç nəfərdən ikisi, cavabdehin yaşadığı ailədə isə iki nəfər əmək qabiliyyətlidir. Birinci instansiya məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(078)-1211/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği nəzərə alındıqda iddiaçının ailəsində adambaşına düşən gəlir 200 (iki yüz) manat təşkil etdiyi halda, mübahisə obyekti olan məhkəmə aktında müəyyən edilən alimentin ödənilməsindən sonra cavabdehin ailəsində hər bir nəfərə 108 (bir yüz səkkiz) manat məbləğində gəlir düşür. İddiaçı birgə nikahlarından olan X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat məbləğində aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları təsdiq edək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il ta rixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Kollegiya iddiaçının nəzərinə çatdırır ki, onun Cavabdeh ilə birgə nikahından olan 19 iyul 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatması cavabdehi həmin uşağa münasibətdə aliment öhdəliyindən azad edir, onun azad edildiyi aliment öhdəliyi digər uşağına keçmir. Alimentin təyin olunmasından on ildən çox müddətin keçməsi ilə bağlı olaraq xeyrinə aliment ödənilən uşağın həyati ehtiyaclarının dəyişməsini-artmasını diqqətəlayiq hal kimi qəbul etməsində və buna əsaslanaraq Naxçıvan Şəhər Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli, 2(078)-915/2014 nömrəli qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının dəyişməsində düzgün nəticəyə gələn birinci instansiya məhkəməsi, onun miqdarının təyin edilməsi zamanı mübahisə üzrə mühüm əhəmiyyət kəsb edən tərəflərin maddi vəziyyətini tam araşdırmamışdı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1-ci maddəsinin tələbindən isə aydın olur ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Həmçinin həmin Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Bu səbəbdən də kollegiya Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(078)-1211/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının yüksək olması ilə bağlı mövqeyini əsaslı hesab edir. Onun apellyasiya şikayətində qeyd etdiyi alimentin miqdarının 150 (bir yüz əlli) manat müəyyən olunması ilə bağlı mövqeyinin hüquqi həllinə gəldikdə isə kollegiya belə hesab edir ki, alimentin miqdarı qanunvericiliyi n tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azər baycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələb etdiyi alimentin məbləği isə Azərbaycan Respublikasında 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği ilə eynilik təşkil etdiyindən məhkəmə onun nəzərinə çatdırır ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğin in müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Uşağın yaşının artdıqca tələbatların artmasını, azyaşlı uşaqla məktəbli uşağın yaşayış ehtiyacının eyni səviyyədə olmamasını nəzərə alan kollegiya belə hesab edir ki, uşağın yaşını və buna əsaslanan ehtiyaclarını, həmçinin uşağa münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını diqqətə almadan yaşayış minimumu həddində aliment təyin edilməsi ədalətlilik və bərabərlik prinsipinə ziddir. Kollegiya yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların t əminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2025-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, tərəflərin maddi vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, 30 may 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat miqdarında aliment tutulması məqsədəmüvafiqdir. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə ba xılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr Mülki-Prosessual Məcəllənin 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. İddiaçı Naxçıvan Şəhər Məhkəməsinə alimentin artırılması tələbi ilə 06 avqust 2024-cü ildə müraciət etsə də, Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(078)-1 211/2024 nömrəli qətnaməsindən alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı olması, həmçinin hazırda İddiaçı bunu mübahisələndirməməsi müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarına 8.11-1-ci bəndin 20 dekabr 2024-cü ildə, yəni iddia tələbi üzrə yekun məhkəmə aktının qəbul edilməsindən sonra əlavə edilməsini, hazırda isə həmin normanın tətbiq edilməsinin müdafiə hüququnun mahiyyəti baxımından cavabdehin vəziyyətini ağırla şdırmasını nəzərə alan kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması ilə bağlı gəldiyi nəticə dəyişdirilmədən saxlanılmalıdır. Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(078)-1211/2024 nömrəli qətnaməsinin qanuni qüvvəyə minmə vaxtının müəyyən edilməsi məsələsinə gəldikdə isə kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinin tələbinə (mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrindən kassasiya şikayəti verilməsinin mümkünsüzlüyünə) əsaslanmaqla qeyd edir ki, bu Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tari xli, 2(078)1211/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılması ilə bağlı müvafiq kollegiyanın yekun məhkəmə aktının qəbul edildiyi tarixlə eynilik təşkil etməlidir. Bundan başqa “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarın 8.13-cü bəndində qeyd edilir ki, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Sözü gedən Qərarın 8.4-1-ci bəndində isə alimenti n indeksasiya qaydası öz əksini tapmışdı. Həmin normada göstərilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Qeyd edilən normanı hazırkı mübahisə üzrə qarşılıqlı şəkildə tədqiq edərək kollegiya bildirir ki, tərəflər arasında hüquq münasibətləri 06 avqust 2024-cü ildə, yəni İddiaçı alimentin miqdarının dəyişdirilməsi tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyi vaxt yarandığından, həmin an qüvvədə olan 345 (üç yüz qırx beş) manat məbləğində minimum əmək haqqı məbləği əsas götürülməlidir. Kollegiya cavabdehdən bir uşaq üçün 150 (bir yüz əlli) manat məbləğində alimentin tutulmasını məqsədəmüvafiq saydı ğından (150:345=0.43), Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(078)-1211/2024 nömrəli qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan, yəni 18 mart 2025-ci ildən başlayaraq 30 may 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 (sıfır tam, yüzdə qırx üç) misli həddində (2025-ci il üzrə 172 (bir yüz yetmiş iki) manat) sabit pul məbləğində aliment tutulmalıdır. Kollegiya yekunda iddia tələbini əsaslı saydığından məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən a zaddır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir (235x12= 2820. 2820-(12x65)= 2040. Ödənilməli dövlət rüsumunun miqdarı 40.24 manat). Həmçinin həmin Məcəllənin 119.2-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (12x(150-65)=1020. 2040-1020=1020 təmin edilmiş hissə) cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq kollegiya bildirir ki, İddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan iddia tələbinin təmi n edilmiş hissəsinə mütənasib (50 faiz) olaraq 20 (iyirmi) manat, 12 (on iki) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülmədir. Bundan başqa Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Apellyasiya şikayətinə əlavə edilmiş sənədləri nəzərdən keçirən zaman Cavabdeh apellyasiya şikayəti verilməsi ilə bağlı olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 13 noyabr 2024-cü il tarixli, ********** nömrəli qəbzlə 37 (otuz yeddi) manat miqdarında dövlət rüsumu ödəməsi müəyyən olunur (iş vərəqə 71). Kollegiya bildirir ki, “Dövlə t rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun miqdarı həmin Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizidir. Hazırkı mübahisə üzrə iddia verilməsi ilə bağlı ödənilməli olan dövlət rüsumunun miqdarı 40.24 (qırx manat, iyirmi dörd qəpik) manat təşkil etdiyindən, apellyasiya şikayəti vermək üçün ödənilməli olan dövlət rüsumu isə 20.12 (iyirmi manat, on iki qəpik) manat olmalı idi. Qeyd edilənlər isə onu göstərir ki, apellyasiya şik ayətinin verilməsi ilə bağlı Cavabdeh 16 (on altı) manat, 88 (səksən səkkiz) qəpik məbləğində artıq rüsum ödəmişdi. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 və 5.1.1-ci maddələrinə əsasən, həmin qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə, dövlət rüsumu qismən qaytarılır. Yuxarıda qeyd edilənləri nəticəsi olaraq kolegiya belə hesab edir ki, Cavabdeh apellyasiya şikayəti verilməsi ilə bağlı olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 13 noyabr 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 37 (otuz ye ddi) manat miqdarında dövlət rüsumunun artıq ödənilmiş 16 (on altı) manat, 88 (səksən səkkiz) qəpik miqdarı ona geri qaytarılmalıdır. X4 verdiyi apellyasiya şikayətini kollegiya əsaslı hesab etdiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsi onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasınd a yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayə tinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: - Cavabdeh tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(078)-1211/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməli; - Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(078)-1211/2024 nömrəli qətnaməsi Cavabdeh mübahisələndirdiyi alimentin miqdarına dair hissəyə münasibətdə qismən ləğv edilməli və yeni qətnamə çıxarılmalı; - Na xçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(078)-1211/2024 nömrəli qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan, yəni 18 mart 2025-ci ildən başlayaraq 30 may 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 (sıfır tam, yüzdə qırx üç) misli həddində sabit pul miqdarında aliment tutulmalı; - İddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 20 (iyirmi) manat, 12 (on iki) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməli; - Cavabdeh apellyasiya şikayəti verilməsi ilə bağlı olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 13 noyabr 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 37 (otuz yeddi) manat miqdarında dövlət rüsumunun artıq ödənilmiş 16 (on altı) manat, 88 (səksən səkkiz) qəpik məbləği ona geri qaytarılmalı; - məhkəmə aktından apellyasiya şikayəti verilməsi zamanı Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsi onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya ko llegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq qətetdi: Cavabdeh tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(078)-1211/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(078)-1211/2024 nömrəli qətnaməsi Cavabdeh mübahisələndirdiyi alimentin miqdarında dair hissəyə münasibətdə qismən ləğv edilsin və yeni qətnamə çıxarılsın. Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(078)-1211/2024 nömrəli qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan, yəni 18 mart 2025-ci ildən başlayaraq 30 may 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 (sıfır tam, yüzdə qırx üç) misli həddində sabit pul miqdarında aliment tutulsun. İddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 20 (iyirmi) manat, 12 (on iki) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Cavabdeh apellyasiya şikayəti verilməsi ilə bağlı olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 13 noyabr 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 37 (otuz yeddi) manat miqdarında dövlət rüsumunun artıq ödənilmiş 16 (on altı) man at, 88 (səksən səkkiz) qəpik məbləği ona geri qaytarılsın. Məhkəmə aktından apellyasiya şikayəti verilməsi zamanı Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsi onun özünə aid edilsin. Bu qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir. Sədrlik edən: Zamiq Əliyev Hakimlər: Mehman Allahverdiyev Vera Kuimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar