Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-5/2024 10.01.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevnanın sədrliyi və məruzəsi ilə, X10 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X9 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(078)-1152/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 10 may 2007-ci il təvəllüdlü X4, 11 iyul 2011-ci il təvəllüdlü X2 və 25 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 220 (iki yüz iyirmi) manat olmaqla, üç uşağa birlikdə cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(078)-1152/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən: Q.N.Məmmədov) iddia qismən təmin edilmiş, 03 avqust 2023-cü il tarixdən hesablanmaqla, 10 may 2007-ci il təvəllüdlü X4, 11 iyul 2011-ci il təvəllüdlü X2 və 25 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 170 (yüz yetmiş) manat olmaqla, üç uşağa görə cəmi 510 (beş yüz on) manat miqdarında alimentin tutularaq, anaları İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, qətnamənin dərhal icra edilməsi, Cavabdeh 81.20 (səksən bir manat iyirmi qəpik) manat dövlət rüsumunun alınaraq, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-1152/2023 nömrəli qətnaməsində qismən dəyişiklik edərək, 10 may 2007-ci il təvəllüdlü X1 aliment məbləğinin qətnamədən çıxarılması, 11 iyul 2011-ci il təvəllüdlü X2 və 25 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində bir uşağa 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat miqdarında alimentin tutularaq, anaları İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilm əsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti vermək üçün ödənilməli olan dövlət rüsumunu Babək Rayon Məhkəməsinə ödədiyindən apellyasiya şikayəti Naxçıvan Şəhər Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(078)-1152/2023 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh tərəfindən 02 noyabr 2023-cü il tarixdə həmin yanlışlıq aradan qaldırıldıqdan sonra mülki iş 13 noyabr 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 10 may 2007-ci il təvəllüdlü X8 onun yanında qalmış, məhkəmə qətnaməni çıxararkən işin faktiki hallarını düzgün araşdırmamışdır. Uşaq onun yanında qala-qala ona niyə əlavə aliment ödəməli olduğunu bildirmiş, həmçinin bir uşağa görə 170 ( yüz yetmiş) manat olma qla, iki uşağa 340 (üç yüz qırx) manat ödəmək də onun imkanları xaricində olmuşdur. Onun rəsmi iş yeri yoxdur. Bütün bunların alimenti heç bir əsas olmadan, işin faktiki halların düzgün araşdırmadan Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin qərəzli və qeyri-obyektiv olduğunu sübut etməkdədir. Məhkəmənin hansı sübuta söykənərək bu qədər aliment kəsməsinin heç bir hüquqi əsası olmadığını və onun üçün anlaşılan olmadığını da qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində də göstərilib ki, valideyinlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqları saxlamağa borcludurlar. O, öz uşaqlarını saxlamaqdan boyun qaçırmamış, lakin məhkəmənin qeyriobyektiv olaraq ona artıq miqdarda aliment kəsdiyini bildirmişdir. Yuxarıda qeyd olunan səbəblərdən də Naxç ıvan Şəhər Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(078)1152/2023 nömrəli qətnaməsi ilə 10 may 2007-ci il təvəllüdlü X4, 11 iyul 2011-ci il təvəllüdlü X2 və 25 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün ondan hər ay sabit pul məbləğində bir uşağa 170 (yüz yetmiş) manat olmaqla, üç uşağa görə cəmi 510 (beş yüz on) manat miqdarında aliment tutularaq, anaları İddiaçı verilməsi barədə qətnamənin qismən dəyişdirilərək alimentin miqdarının azaldılmasını istəmişdir. Onun iki övladı analarının yanında olmuş və o, onların alimentini ödəməkdən boyun qaçırmamışdır. Lakin böyük oğlu onun yanında qalmış və onun xərclərin özü qarşılamışdır. Buna görə də ona əlavə alimentin kəsilməsi düzgün olmamış, hesab etmişdir ki, məhkəmə yuxarıda qeyd etdiyi halları ( sübutları) tam, hərtərəfli araşdırmadan və düzgün qiymətləndirmə aparmadan qətnamə qəbul etmişdir. Beləliklə də, Naxçıvan Şəhər Məhkəməsi işə baxarkən bir sıra qanunvericilik normalarını düzgün tətbiq etməmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəb ləri aydın göstərilməlidir. Göstərilənlərin nəzərə alınaraq Naxçıvan Şəhər Məhkəməsi 29 sentyabr 2023-cü il tarixli, 2(078)-1152/2023 nömrəli qətnaməsində qismən dəyişiklik edilərək, 10 may 2007-ci il təvəllüdlü X1 aliment məbləğinin qətnamədən çıxarılması, 11 iyul 2011-ci il təvəllüdlü X2 və 25 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində bir uşağa 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat miqdarında aliment tutularaq, anaları İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.2, 112.1ci maddələrinə, Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azər baycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarının 6-cı vərəqinin 6-cı, 8-ci vərəqinin 4-cü abzasına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1, 88-ci maddələrinə istinad olunmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh 10 yanvar 2023-cü il tarixli məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiyada apellyasiya şikayətinə baxılan zaman Cavabdeh 27 dekabr 2023-cü il tarixli ərizə ilə kollegiyaya müraciət edərək, ərizədə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarix li, 2(078)-1152/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyini, 10 may 2007ci il təvəllüdlü X4 onun yanında qaldığı üçün qətnamənin həmin hissəsinin mübahisələndirdiyini, övladına görə alimentin ödənilməsinin dayandırılması məsələsi icra qaydasında həll olduğunu qeyd edib, apellyasiya şikayətinə digər iki övladı Məmmədli Mətanət, Məmmədova Zeynəb üçün müəyyən olunmuş hər biri üçün 170 manat ümumilikdə 340 manat pulu ödəyə bilmədiyindən alimentin məbləğinin 200 manat məbləğində müəyyən olunması çərçivəsində baxılmasını xahiş edib, Məmmədov Coşquna münasibətdə apellyasiya şikayətindən imtina etdiyindən ona münasibətdə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Kollegiyanın 10 yanvar 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(078)-1152/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin 10 may 2007-ci il təvəllüdlü X1 aliment məbləğinin qətnamədən çıxarılması hissəsindən cavabdehin imtinasının qəbul edilməsi və həmin hissədə apellyasiya şikayəti üzrə icraata хitam verilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(078)-1152/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyul 2011-ci il təvəllüdlü X2 və 25 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində bir uşağa 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat miqdarında alimentin tutularaq, anaları İddiaçı ödənilməsi barədə qət namə qəbul edilməsi xahişi çərçivəsində baxılması qərara alınmışdır. Həmçinin 27 dekabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, izahatında arvadının uşaqlarını görməyə icazə vermədiyindən nəyə görə aliment ödəməli olduğunu, həmçinin işsiz olduğundan alimenti ödəməyə gücü çatmadığını, 2 il yarımdır ki, arvadı ailə münasibətlərinin kəsildiyini, həmin vaxtdan oğlu Məmmədov Coşqunun onunla birgə yaşadığını, oğlunun xərclərini çəkdiyini, ona görə aliment ödəmək istəmədiyini, indiyədək 1050 manat aliment ödədiyini bildirərək 29 sentyabr 2023-cü il tarixli, 2(078)-1152/2023 nömrəli qətnaməsində qismən dəyişiklik edilərək, 10 may 2007-ci il təvəllüdlü X1 aliment məbləğinin qətnamədən çıxarılması, 11 iyul 2011-ci il təvəllüdlü X2 və 25 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində bir uşağa 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat miqdarında aliment tutularaq, anaları İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında övladlarına körpə yaşlarından əri ilə ayrılana qədər özünün baxdığını, bir neçə il xəstə olduğundan, həmin dövrdə uşaqlarına valideynlərin baxdığını, hal–hazırda yaşadığı evi atasının ona aldığını, ərinin evə gec gəldiyini, içki içdiyini, evə qazanc gətirmədiyini, əvvəl qaldığı evdə (qaynatasının evində) qızıllarının oğurlandığını, ərinin bəlkə özündə məsuliyyət hiss edəcəyini fikirləşərək yaşamaq üçün ayrı evə çıxdıqlarını, lakin heç nəyin dəyişmədiyini, alimenti ödəməsini tələb etdiyini, alimentin məbləğinin azaldılması ilə qətiyyən razı olmadığını, Babək rayon İcra və Probasiya şöbəsinə ərizə verərək, oğlu Coşqun Məmmədovun atasının yanında qaldığından ona görə aliment ödənilməsinin dayandırılması ilə razı olduğunu, Naxçıvan Şəhər Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(078)-1152/2023 nömrəli qətnaməsinin 11 iyul 2011-ci il təvəllüdlü X2 və 25 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 170 (yüz yetmiş) manat miqdarında alimentin tutularaq, ona ödənilməsinə dair hissəsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İşin kollegiyada araşdırılmış hallarından da göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin 11 iyul 2011-ci il təvəllüdlü X2 və 25 sent yabr 2014cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün təyin edilmiş sabit pul məbləğinin miqdarına dair hissəsini mübahisələndirmişdir. Kollegiya iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya cavabdehin şikayətdə qeyd etdiyi “bir uşağa görə 170 ( yüz yetmiş) manat olmaqla, iki uşağa 340 (üç yüz qırx) manat ödəmək də onun imkanları xaricində olması, onun rəsmi iş yerinin olmaması, bütün bunların heç bir əsas olmadan, işin faktiki halların düz gün araşdırmadan Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin qərəzli və qeyri-obyektiv olduğunu sübut etməsi, məhkəmənin hansı sübuta söykənərək bu qədər aliment kəsməsinin heç bir hüquqi əsası olmaması və onun üçün anlaşılan olmaması, Azərbaycan Respublikasının Ailə Məcəlləsində də valideyinlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasının göstərilməsi, valideynlərin uşaqları saxlamağa borclu olması, onun öz uşaqlarını saxlamaqdan boyun qaçırmaması, lakin məhkəmənin qeyri-obyektiv olaraq ona artıq miqdarda aliment kəsməsi, Naxçıvan Şəhər Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(078)-1152/2023 nömrəli qətnaməsinin qismən dəyişdirilərək alimentin miqdarının azaldılmasını (bir uşaq üçün 100 manat olmaqla cəmi 200 manat) xahişi etməsi ilə bağlı dəlillərini işin araşdı rılmış halları ilə əlaqəli şəkildə araşdıraraq bildirir ki, cavabdehin alimentin miqdarı ilə bağlı göstərdiyi dəlillər əsassızdır və təmin edilə bilməz. İş materiallarında olan AZ-İ seriyalı, 794742 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, iş üzrə tərəflərin 10 may 2007-ci il tarixdə X8 adlı, AZ-İİ seriyalı, 665169 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, 11 iyul 2011-ci il tarixdə X6 adlı, AZ-İİİ seriyalı, 303575 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən 25 sentyabr 2014-cü il tarixdə X7 adlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcud ur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin maddənin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərili r ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya b ir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsa sən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hü quq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə uyğun ol araq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Yuxarıda sadalanan qanunvericiliyin normalarından da aydın olduğu kimi, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, la kin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Həmçinin, qeyd edilməlidir ki, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Kollegiya bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birin in himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir” Qanunvericiliyin yuxarıda sadalanan normalarından və işin müvafiq hallarında da aydın olduğu kimi birinci instansiya məhkəməsi bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment miqdarı müəyyən edərkən, düzgün olaraq həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alıb ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumuna yaxın məbləğdə aliment təyin etmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıq dа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində qеyd olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəm ənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun оlduğundаn apelyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(078)-1152/2023 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna olunduğundan həmin qətnamədən də kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutub kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(078)-1152/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya şikayətinə münasibətdə Naxçıvan Şəhər Məhkəməsinin 29 sentyabr 2023cü il tarixli, 2(078)-1152/2023 nömrəli qətnaməsinin “11 iyul 2011-ci il təvəllüdlü X2 və 25 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 170 (yüz yetmiş) manat miqdarında alimentin tutularaq anaları İddiaçı verilməsi” hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz
Məhkəmə qərarları › İş №2(108)-5/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-5/2024
10.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver